Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elml



Yüklə 241,71 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü241,71 Kb.
#66106


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3   

 

Sosial-siyasi elml

ər seriyası   

 

2015 

 

 

 

FƏLSƏFƏ 

UOT 321. 01; 340. 11:1

 

 

HÜQUQUN FƏLSƏFƏSİNDƏ “ƏDALƏT” MƏFHUMUNUN 



FƏLSƏFİ VƏ HÜQUQİ TƏHLİLİ

 

 

Ə.N.PAŞAYEVA

 

AMEA-

nın Fəlsəfə və Hüquq İnstitutu 

pashayeva.ph@mail.ru 

 

Hüququn f

əlsəfəsində  təhlil olunan mövzulardan biri də  “ədalət” mövzusudur və  bu 

mövzu hüquq elminin 

əsasını təşkil edir. Ədalət əxlaqın mühüm xüsusiyyətlrindən biri olaraq, 

h

əm də onun üstün sifətlərini əks etdirir. Filosofların fikrincə, ədalət məfhumu bir neçə kate-

qoriyaya bölünür v

ə  bu  kateqoriyaların  işlənməsi hüquq və  onun daxilində  olan qanunlar 

əsasındadır. Ədalətin mənası hüquqi prinsiplərə bağlıdır və qanunları əks etdirməyən ədalət 

söz kimi 

mövcud olacaqdır. 

M

əqalədə, filosof və hüquqşünasların hüquq nəzəriyyəsinə istinad etməklə, ədalət məf-

humunun f

əlsəfi və hüquqi mənaları araşdırılmaqla onun ictimai tərəfləri təhlil olunmuşdur.  

 

Açar sözl



ər: hüququn fəlsəfəsi, əxlaq, hüquq, qanun, ədalət, ictimaiyyət, dövlət 

 

Giriş 

 

İnsanın nəinki cismi, əsas nəfsi ədalətə ehtiyacı vardır. Çünki bu fəzilət 



ələ  gəldikdən sonra daxili qüvvələrdən hər biri yerini tutur və  bu qüvvələr 

arasında  xüsusi nizam-intizam hökm sürür və  başçılıq  edir.  İnsanın  bütün 

qüvv

ələri, o cümlədən qəzəb və şəhvət qüvvələri ağlın nəzarəti altında olmalı 



v

ə bunların hər biri özünün öhdəsində olan vəzifəni yerinə yetirməlidir. Ədalət 

el

ə bir məfhumdur ki, bəşəriyyət özünün başlanğıc mərhələsində onu tanımağa 



v

ə tanıtdırmağa can atmışdır. 

Bizi 

əhatə  edən  ətraf aləm və  ya təbiət aləmi,  yaranış  barədə  olan dü-



şüncələr və  tarixi hadisələr buna əsas verir ki, aləm səbəbsiz olaraq yaran-

mamışdır. Burada əsas məqsəd hədəfdir və bu hədəfdə müəyyən qayda hökm 

sürür.  İnsan  bu  hədəfə  çatmaq üçün müəyyən rütbəyə  sahibdir və  çalışır  ki, 

özünü haqqı olduğu həmin dərəcəyə uyğunlaşdırsın. Mövcud aləmdə hər şey 

düzgün istiqam

ətdə olarsa doğru və ədalətli hesab olunur. Bu düzgün istiqaməti 

hüquq 

ələ gətirir və əgər hüquq olmasa ədalət termin olaraq mövcud olacaqdır. 



Ədalət hüquqdan kənarda deyil və  ola da bilməz. Hüququn əsas məqsədi 

varlıqları və müxtəlif hadisələri müşahidə etmək və ədalətin tələb etdiyi qərarı 

verm

əkdir. Hüquq və  ədalət həm təcrübədə və həm də nəzəriyyədə bir-birini 



98 


t

ənzimləyir və bunların ayrı-ayrılıqda mövcudluğu qeyri-mümkündür.  

Hüququn 

əsasın ədalət təşkil edir və ədalət anlayışı, ilk növbədə, hüqu-

qun prinsipl

ərini  əks etdirir;  ədalət  olmadan  hüququn  mövcudluğu  şübhə 

doğurur. Ona görə ki, hüququn hədəfi ədaləti bərpa etməkdir və bunlar (hüquq 

v

ə ədalət) bir-birini tamamlayır.  



T

əbiətdə baş verən hər nə varsa və nə qədər ki, təhlil olunursa, son olaraq 

hüquqa v

ə ədalətə üz tutur; hər hansı bir düzgün qərar hüquq daxilində (əda-

l

ətlə) öz həllini tapır. Əgər hər hansı bir fikir bu iki prinsipə (hüquq və ədalət) 



istinad etm

əsə insan hədəfə çata bilməz və bizi əhatə edən aləmdə sabit struktur 

mövcud ola bilm

əz. Elə  buna görə  də,  ədalət və  hüquq  anlayışlarını  nəinki 

m

əfhum olaraq bilmək, həm də onun ictimaiyyətdə dərəcə və tətbiqinin (“olan” 



v

ə  “gərək olsun”) təhlilə  ehtiyacı  vardır.  Bu  mənada, ilk oaraq “ədalət” 

sözünün lüğəti və mövzuda işlənmə mənalarını bilmək zəruridir.  

Ədalət kəlməsinin lüğəti və mövzuda işlənmə mənası 

Qeyd etm


ək lazımdır ki, “ədalət” ərəb kəlməsi olan “ədl” sözündən gö-

türül


müş  məsdərdir  və  mənası  “bərabərlik”,  “tarazlıq”  deməkdir. Bu kəlmə, 

eyni zamanda 

əşyanın müqayisə olunmasında da işlədilir (1, 325). Amma bəzi 

dilçi aliml

ər “ədl” sözünü “istiqamət” adlandırmışlar (2, c.11, 414; c. 3, 494). 

Dig


ər dilçilikdə isə “ədalət” kəlməsi müxtəlif mənalarda, o cümlədən, hər hansı 

bir işi düzgün yerinə yetirmək, düz yola gətirmək, istiqamətləndirmək, düzgün 

hesab etm

ək və digər mənalarda işlədilir (3, 1257-1258).  

Ədalət  sözünün  mövzuda  işlənmə  mənası  isə  daha  genişdir.  Filosoflar 

ədalət sözünün mövzuda işlənmə mənasını belə izah edirlər. İbn Meskuyenin

1

 

fikrinc



ə, “ədalət” əsil ideya və qərara alınmış bir üsuldur ki, haqqın mənasını 

əyyənləşdirir,  ona  ehtiram  və  əməl  olunmasını  tələb  edir.  Əgər  ədalət hər 



hansı bir şeylə bağlılığı olsa və bu haqqa uyğun olarsa, onda ədl “bərabərlik” 

v

ə “düzgünlük” mənasındadır. Amma əgər şəxslə bağlı olarsa, onda “ədl” əsil 



f

əzilətlərdən  biridir.  Əsl fəzilətlər “hikmət”,  “şücaət”, “iffət” və  “ədalət”dən 

ibar

ətdir. “Ədalət” təkcə fəzilət deyil, bəlkə fəzilətin əsasıdır (4, 53, 34).  



Bunun n

əticəsi olaraq demək olar ki, ədalət iki hissəyə ayrılır: mübadləli 

v

ə  bölgülü  ədalət. Mübadiləli  ədalət,  insanların  bir-birlərilə  əlaqəsini və  ara-



larında olan ünsiyyəti tənzimləyir və bu əlaqələri müəyyən və düzgün istiqa-

m

ətə  yönəldir. Amma bölgülü  ədalət,  insanların  dövlətlə  əlaqəsini, insan və 



dövl

ət  arasında  olan  münasibətləri sistemləşdirir  və  bunların  ikisi  də  vahid 

sistem

ə daxildir.  



Diqq

ət etsək görərik ki, burada çox mühüm bir fərq mövcuddur və  o 

bundan ibar

ətdir ki, mübadiləli ədalət riyaziyyata (ədədə), amma bölgülü ədalət 

is

ə  həndəsəyə  aiddir, yəni burada həm fərd (tək) və  həm cəm höküm sürür. 



Ədəd fərdə  (şəxsə) və  cəm isə  həndəsəyə  (topluya)  aiddir.  Ədalət, insan və 

1

 



Əbu Əli Əhməd bin Məhəmməd bin Yaqub Məskəviye Razi, (1326-1421 h.q.) 11-ci əsrdə 

yaşamış məşhur filosof, ilahiyatçı, riyaziyyatçı, təbib və təbiətşünas.  

 

99 


                                                           


dövl

ət arasında əlaqə yaradır və hüququ rəhbər tutaraq iki tərəf arasında (şəxs 

v

ə dövlət) münasibətlərə riayət olmasını tələb edir.  



Q

ədim mütəfəkkirlərin əsərlərində ədalət məfhumu 

Q

ədim yunan dövrünü təhlil etdikdə  görürük ki, o dövrdə  ədalət,  şəxsə 



aid olan sif

ət hesab olunurdu, yəni ədalət digərlərinin haqqına riayət etməyin 

əsası kimi qəbul olunurdu. Əgər insan digərlərinə ehtiramsızlıq edirdisə ədalət 

hissi onu vicdan 

əzabı çəkməyə məcbur edirdi və insan xəcalət hissi keçirirdi. 

Platon v


ə  Aristotel dövründə  yaşayan  Menkius

2

 



ədaləti  iki  hissəyə  ayıraraq 

yazırdı ki, ədalət həm icraçıdır və həm də icra olunandır. Əgər icraedici ədalət 

şəxs olsa onun ölkəsində hər şey ədalətə uyğun olacaq (5, 62-63). Menkiusun 

qeyd etdiyi 

ədalət, yəni  yüksək  əxlaqa sahib olmaq, qanunlara tabe olmaq, 

düzgün v


ə tələb olunanlara riayət etmək deməkdir.  

Əgər bu mövzu barəsində Platon nəzəriyyəsinə müraciət etsək görərik ki, 

onun  fəlsəfəsində  ədalət  mövzusu  mühüm  yer  tutur.  Platon,  ədalət  kəlməsi 

üçün yunan sözü olan  “Dikaiosune”  (

δικαιοσ

ύ

νη)  terminini  işlətmişdir



3

. O, 


ədalətin mənasını belə izah edir: “hər kəs ona aid olan və öhdəsində olan və-

zifəsini yerinə yetirməlidir” Onun fikrincə, ədalət məfhumu təkcə ictimai mə-

sələlərə  aid  deyil,  bu  həm  də  əxlaqi  və  siyasi  məsələlərə  də  bağlıdır  (6,  28, 

236).  


Əgər diqqət etsək  görərik ki, burada Platon müstəqil olaraq təbii hüqu-

qun


4

 

mövcudluğunu və qanunvericilikdə olan ideal prinsipləri irəli sürmüşdür. 



Amma  bu  o  demək  deyildir  ki,  Platon  dövlətin  mövcud  qərarlarını  hüquqi 

hesab etmir, bəlkə onun nəzərində hüquq və ədalət təbii məfhum olduğu üçün 

bunların  bir-birinə  bağlılığı  mövcuddur,  yəni  dövlət  qanunlarını  bu  iki  məf-

humsuz  təsəvvür  etmək  qeyri-mümkündür;  çünki  qanunlar  və  qərarlar  məhz 

hüquq daxilində yaranır və dövlət tərəfindən tənzimlənir. 

Ədalət məfhumu əxlaqa aid olaraq insanın bütün vəzifələrini əhatə edir. 

Ədalət, şəxsi rəftarın ümumi hədəflərini digərlərində təsir edənə qədər qoruyur. 

Platon, 


ədaləti bəzən  şəxsiyyətin və  bəzən isə  ictimaiyyətin vəziyyəti ilə 

əlaqələndirir. Onun nəzərində, şəxsiyyətə aid olan ədalət, şəxsin düzgün əmələ 

sahib  olmasıdır.  Amma  ictimai  ədalət

5

  is



ə  cəmiyyətdə  tələb olunan nizam-

2

 Mencius ya Meng Ko, (289-



372 m. ə.) Çin siyasi filosofu, miladdan əvvəl 4-cü əsrdə yaşayıb. 

3

 



Qeyd olunmalıdır ki, yunan mətnində işlədilən “Dikaiosune” (ədalət) terminin mənası genişdir. 

4

 Hüququn f



əlsəfəsində əsas mövzulardan biri hesab olunan təbii hüquq (Natural Law) və təd-

qiqi hüquq (Positive of law)  mövzusudur. T

əbii hüquq ardıcılları iddia edirlər ki, hüquq ağıla 

əsaslanaraq təbii və  fitri  olaraq  yaranmışdır,  amma  tədqiqi  hüquq  ardıcılları  bunları  qəbul 

etm


əyərək hüquq və qanunların məhz qanunvericilik tərəfindən yarandığını bildirirlər. 

5

 



Qeyd  olunması  zəruridir  ki,  “ictimaiyyət”  sözü  ərəb  dilindədir  və  yunan  dilində  isə 

“ko


i

noteta” (

κοινότητα)  adlanır.

 

İctimai  ədalət  (social  justice)  termini  ilk  dəfə  sosioloqlar 



tərəfindən  irəli  sürülmüşdür.  Onların  fikrincə,  insanlar  üzərində  hakim  olan  bütün  qaydaları 

ümumi vicdanda axtarma

q lazımdır. O, şəxs ki, ədalət barəsində danışır, gərək bundan sonra 

ictimai ədaləti hüquqi qaydaların bazası hesab etsin.

 

100 


                                                           


intizamın və bütün məsələlərdə hormoniyanın

6

 



qorunmasıdır (7, 36), yəni şəxsi 

ədalətdə  pisixoloji  tarazlıq  (psychic  harmony)  və  ictimai məsələlərdə  isə 

ictimai tarazlıq (social harmony) nəzərdə tutulur.  

İctimai  ədalət  o  vaxt  bərqərar  olur  ki,  hər  hansı  bir  şəxs  bacardığı  işi 

yerinə yetirsin və digərlərinin işinə müdaxilə etməkdən çəkinsin. Əgər belə ol-

mazsa, ond

a ictimaiyyətdə nizam-intizam pozular və ölkədə nizamsızlıq hökm 

sürər. Platon, ədalət məhumunu fəzilətlə birlikdə axtarır; bundan başqa, ictimai 

ədalətin  mövcudluğunu  ağıllı  və  elmli  hakimdə  görür,  bu  hakimə  və  onun 

hakimiyyətinə olunan hər hansı bir təcavüzü hədsiz dərəcədə haqsızlıq hesab 

edir (8, 1009, 1690-2).  

Platonun fi

krincə, ədalət elə bir fəzilətdir ki, hər kəs təbii olaraq ona aid 

olan  işi,  digərlərinin  işinə  qarışmamaq  və  mane  olmamaq  şərti  ilə  yerinə 

yetirsin.  H

ər  hansı  bir  şəxs, müəyyən ölçü daxilində  ona  aid  olan  işi  yerinə 

yetirsin. 

Platon  ədalətin  mahiyyətini  insan  əməllərilə  əlaqələndirir  və  bildirir 

ki, ədalətli insanın etdiyi hər hansı bir iş ədalət daxilindədir və bundan kənarda 

ola bilməz. Hissləri ağlına tabe olan şəxsə məlumdur ki, hansı iş ədalətə uyğun 

və  hansı  iş  ədalətə  uyğun  deyildir.  Ədalətli  olmaq  üçün  hissə  və  təcrübəyə 

əsaslanmaq  olmaz  və  ədalətin  meyarını  hiss  deyil,  ağıl  müəyyənləşdirir  və 

bundan  sonra  hissə  həvalə  olunur;  məsələn,  hər  hansı  bir  iş  yerinə  yetiril-

məkdən öncə düşünülür və onun mahiyyəti və mənası aydınlaşdırılır və bundan 

sonra o

nun  yerinə  yetirilməsinə  hökm  olunur.  Burada  hiss  və  praktika  ikinci 



mərhələdə dayanır və buna görə də hüquqa aid olan əxlaqi və digər məsələləri 

təkcə praktikaya aid etmək hüququn dəyərini məhdudlaşdırmaq deməkdir. Hü-

quq elmi

7

,  əhatəli,  saf  (pure)  və  mücərrəd  bir  elm  olaraq  bütün  bu  məhdu-



diyyətləri sübutlar (proofs) əsasında təhlil edir və digər elmləri də (fəlsəfədən 

başqa) nəzarətdə saxlayır. Hüququn mücərrəd olmağının əsas sübutu odur ki, 

digər  elmlər  hüquqla  müqayisədə  acizdir,  çünki  bu  elmlərin  hər  hansı  bir 

meyarlarda hüquqa ehtiyacı vardır. Digər bir məsələ ondan ibarətdir ki, ədalət 

fəzilət olmaqdan əlavə, həm də ideyadır və elə bir ideya ki, təkcə fəlsəfi-hüquqi 

doktrinalar  əsasında  bunu  əldə  etmək  mümkündür.  İctimai  elmlər,  ədalətin 

praktiki tərəflərini göstərə bilər, amma mahiyyətini və onun  yaranma (zatını) 

səbəblərini təhlil edə bilməz, çünki bu məsələlərin təhlili varlıqla bağlı olduğu 

üçün məhz fəlsəfədə axtarılmalıdır. 

Amma Aristotelin ədalət barədə olan fikirləri o qədər əhatəlidir ki, hətta 

ondan  sonra  gələn  filosoflara  belə  təsir  etmişdir.  O,  yazdığı  “Nikomaxusun 

əxlaqı” (Nicomachean Ethics) adlı əsərində ədaləti iki hissəyə ayırır: təbii və 

qanuni ədalət. Təbii ədalət, əşyanın təbiətindən bəhrələnir, şəxsin əqidəsilə və 

ictimaiyyətdə hakim qanunlarla əlaqəsi yoxdur, yəni təbii ədalət ilahi və ideal 

6

  “Harmonious” 



latın  dilinə  aid olan “harmonie” sözündən  götürülmüşdür.  Lüğəti mənası 

uyğunluq”, “ahəngdarlıq” və “hormoniya” deməkdir.  



7

  N


əzərə  almaq  lazımdır  ki,  burada  hüququn fəlsəfi təhlilindən  bəhs olunur, nəinki ictimai 

hüquq elmind

ən. 

101 


                                                           


bir xüsusiyyətə malikdir. Amma qanuni ədalət isə qanunun əmrlərinə tabedir; 

müəyyən bir meyarı yoxdur və bu meyarı asanlıqla müəyyənləşdirmək müm-

kün  deyil.  Qanuni  ədalət,  qanunla  bağlı  olaraq  ancaq  qanun  əsasında  nəticə 

əldə edir (9, 20-22 / 338). Amma burada hakimə verilən səlahiyyəti də nəzərə 

almaq  lazımdır.  Hakimə  verilən  səlahiyyət  ədalətin  üstünlüyünü  və  qanunlar 

toplusunun ədalətə bağlı olduğunu göstərir. Hakim, qanunların tətbiqində, on-

ların hətta tək-tək insanlar arasında işlənməsində, ona həvalə olunan səlahiy-

yətdən  istifadə  edərək  və  ədalətli  qanunlardan  ruhlanaraq  müəyyən  hədd  və 

ədalət çərçivəsində tələb olunan ədalətli qərarı qoruyur və ona riayət edir; yəni 

hakim  ixtiyarında  olan  qanunu  ədalətlə  birlikdə  saxlayır  və  qanunların  əda-

lətsiz, daimi və davamlı olması qeyri-mümkündür. Əgər hakim istəsə, hər hansı 

bir məsələni tələb olunan həddə yerinə yetirsin, ilk növbədə ədaləti və sonra isə 

qanunu  əsas  götürməlidir.  Əks  halda  qanun  öz  qüvvəsini  itirir  və  bunun  da 

nəticəsində  nəinki  hüquqi  sistemdə,  ictimaiyyətdə  və  hətta  insan  mənəviyya-

tında  nizam-intizam  pozulur.  Çünki  ədalətin  bərpası  təkcə  insanın  cismi  ilə 

əlaqədar deyil, bu həm də onun ruhu ilə sıx bağlıdır. İcra olunan hər hansı bir 

ədalətli qərar insan ruhunun rahatlığıdır. Digər mühüm məsələ odur ki, hakimin 

ədaləti  qanundan  öndə  rəhbər  tutması  təkcə  ictimaiyyətdə  nizam-intizamın 

hök

m sürməsi deyil, bu şərəfli məsuliyyət səbəb olur ki, insan azad düşünsün 



və  hər  bir  insan  özünə  və  hərəkətlərinə  həm  əqli  və  həm  də  ruhi  baxımdan 

hakim olsun. Hüquqi quruluşların əsas hədəfi ondan ibarətdir ki, bütün insanlar 

həm  özlərinin  və  həm  də  digərləri  qarşısında  olan  vicdan  hissinə  müraciət 

etməklə, həm daxili və həm də xarici (ictimai) davranışlarına hakim olsunlar. 

Çünki, insan h

əm özü və həm də toplu qarşısında məsuliyyət daşıyır.  

Burada  daxili  və  xarici  davranış  dedikdə  mühüm  bir  məsələyə  diqqət 

etmək lazımdır və o, bundan ibarətdir ki, daxili davranış insanın özünə verdiyi 

hesabatdır, amma xarici davranış isə özünə və digərləri qarşısında hesabatdan 

əlavə, həm də çox tələb olunan və gərgin bir məsuliyyətdir. Hakimin üstünlüyü 

ondadır ki, ədalət daxilində, özünün ideal göstəricilərinə əsaslanaraq daxili və 

xarici  nizamsızlığı  və  gərginliyi  aradan  qaldırsın  və  qanunlardan  faydalanraq 

əsl şəxsi və ictimai insan simvolunu yaratsın.  

Bundan başqa, Aristotel ədaləti həm şəxsi və həm də ictimai adlandırır. 

Şəxsi ədalət, ruha bağlı olan bir sifətdir. Bu sifət, insana xüsusi bir qüvvə bəxş 

edir 


ki, insan işlərini düzgün yerinə yetirsin, həm özü üçün və həm də yaşadığı 

mühi


t  üçün  ləyaqətli  insan  olsun.  Aristotel,  həm  insanla  və  həm  də  əxlaqla 

bağlı olan məsələlərdə ədalətə riayət olunmasını başlıca amil hesab edir. Onun 

fikrincə,  fəzilətin  (ədalət)  özündə  də  iki  mühüm  məsələ  mövcuddur  və  bun-

lardan biri ifrat (excess) və digəri isə təfritdir (deficiency). Bunların arasında 

müəyyən ölçüyə riayət olunmalıdır və bu ölçü, həmin fəzilətin sifətlərindən biri 

və  ən  əsaslısı  olan  ədalətdir.  Düzgün olmayan əməl,  ədalətin  meyarı  ola  bil-

məz. Ədalət, ifrat və təfrit arasında göstərici olmaqdan əlavə, həm də nizam-

layıcı  bir  əməldir  (10,  119,  125).  Amma,  ədaləti  göstərici  və  nizamlayıcı  bir 

əməl adlandırmaq çox azdır, bu həm də ictimai əməlləri qaydaya salan və onu 

102 



müəyyən  struktura  tabe  edən  başlıca  amildir.  Ümumiyyətlə,  ədalət  ictimai 

üstünlük olmaqla, 

həm mənəvi və həm də fiziki dəyərdir. Şəxsi ədalət, insanın 

bütün nəfsani istəklərini əhatə etməli və bütün işlərdə meyar olmalıdır. 

Ümumiyyətlə, Aristotel nəzərində, insanın fəzilətə (ədalətə) sahib olmağı 

təbiətin və ya digər amilin istəyi və hökmü ilə deyil, ona görə ki, insan fitrəti 

zatidir,  yəni  bəsitdir.  Amma  fəzilət  və  ədalət  isə  bəsit  deyil,  bəlkə  sonradan 

yaranır  və  insan  təbiəti,  bunları  (fəziləti  və  ədalət)  öz  təbiətinə  uyğunlaşdıra 

bilər və onun üçün digər sifət və dəyərləri də yarada bilər (9, 21).  

Amma  ictimai  ədalət,  ədalətin  xüsusi  mənasını  bəyan  edir  və  bu  bütün 

fəzilətlərə  şamil  olunur.  Çünki  hər  hansı  bir  şəxs,  əgər  insan  mənəviyyatına 

zidd  hərəkət  edərsə,  həm  özünə  və  həm  də  ətrafdakılara  pislik  etmiş  olur. 

Həqiqi səadətə nail olmaq, o deməkdir ki, şəxs fəzilətlərə sahib olsun və ağlın 

göstərişlərinə  əməl  etsin.  Tənasüblik  (proportionality)  və  qanun  qarşısında 



bərabərlik (the equality before law) ədaləti özündə əks etdirir və bunlar ədalət 

bölgüsünə  (distributive  justice)  və  ədalətli  cəzaya  (retributive  justice)  şamil 

olunur. 

Ədalət  bölgüsü  dedikdə,  burada  ictimaiyyətdə  insanlara  verilən  də-

rəcənin, sərvətin və digər mənafelərin bölgüsü nəzərdə tutulur. Amma ədalətin 

cəzası dedikdə isə bu hakim tərəfindən cinayətkara verilir. Hər iki halda ədalət, 



mütənasib  bərabərlik  (proportional  equality)  deməkdir.  Ədalətli  cəza  hissə-

sində verilən cəzalar cinayətə uyğun olaraq müəyyənləşməlidir və cəzalar eyni 

qayda da və tam bərabər şəkildə bütün cinayətkarlara şamil olunmalıdır. Ədalət 

bölgüsündə  hər  bir  şəxs  layiqli  bir  işi  yerinə  yetirirsə,  onda  o, münasib bir 

hədiyyəyə sahib olur və hətta verilən hədiyyələr də eyni səviyyədə və bərabər 

olmalıdır (11, 179).  

Ədalət  mövzusunda  Siseronun  fikirləri  də  maraqlıdır.  O,  “ədalət”  və 

“ağıl” arasında fərq qoyur və hər birini ayrı-ayrılıqda təhlil edir. Ağıl, bizi məc-

bur edir ki, istəklərimizi daha da artıraq, yəni özümüzə aid olan şəxsi istəkləri 

(mənfət, var-dövləti və s.) genişləndirək; insanların böyük əksəriyyətinə başçı-

lıq edək, əyləncələrdən zövq alaq, bir sözlə həyatımızı şad və şənlik içərisində 

keçirək. Amma  ədalət isə bizə əmr edir ki, bütün insanları düşdüyü çətinlik-

lərdən xilas edək, bəşər övladının bütün mənafelərini diqqət mərkəzində sax-

layaq, ləyaqəti olan şəxsə layiq olduğunu verək, ümümi və müqəddəs sayılan 

və digərlərinə mənsub olan şəxsi sərvətə yaxınlaşmayaq (12, 24).  

Siseronun dediklərində bir məsələyə diqqət etmək lazımdır. Onun ümumi 

və müştərək mənafeyi əhatə edən dəyərli fikirləri, Aristotelin əxlaq və ictimai 

məsələlərlə bağlı olan digər əsərlərində göstərilmişdir, yəni bu fikirləri tam ola-

raq Siseron

a aid etmək olmaz və bütün bunlar Siserodan əvvəl məhz Aristotel 

tərəfindən deyilmiş, amma insafla demək lazımdır ki, Roma hüquqşünasları bu 

m

əsələləri daha əhatəli formada və tam aydınlığı ilə bəyan etmişlər.  



Ədalət  mövzusunda  mühüm  məsələlərdən  biri  də  budur  ki,  ədalətə  aid 

olan  məsələləri  necə  öyrənək  və  bunları  ələ  gətirmək  üçün  hansı  prinsiplərə 

müraciət  edək?  Diqqət  etmək  lazımdır  ki,  bu  məsələ  barəsində  müəyyən  bir 

cavab göstərilməyib və demək olar ki, hüququn fəlsəfəsində ən gərgin məsə-

103 



lələrdən biri hesab olunur. Bəziləri iddia edirlər ki, ədalətə aid olan prinsiplər 

gərək  ağıl,  ictimai  və  ideal  məsələlərin  vasitəsilə  ələ  gəlsin;  yəni  burada, 

əşyanın  təbiəti  və  təbiət  aləminin  ümumi  nizamı  və  yaranış  nəzərdə  tutulur. 

Digərləri  isə  bu  məsələdə,  ağılın  öndə  olmasını  qəbul  etməmiş  və  bunun  ələ 

gəlməsini təkcə iman və nurun vasitəsilə mümkün olduğunu bildirmişlər.  

İnsana  xas  olan  duyğular  və  qəlbin  istəyi  nəticəsində  haqsızlıqlar  baş 

verir.  Göründüyü kimi, 

burada alimlər, əsasən ilahi hökmü və dini məsələləri 

önə  çəkmişlər.  Sosioloqların  nəzərində  ədalət  ümumi  vicdandan  yaranır.  O 

şəxslər ki, ictimaiyyətə aid olan vicdan məfhumunu qəbul etmirlər və bu halda 

bildirirlər ki, ədalətli qayda odur ki, insanların böyük hissəsi onu düzgün hesab 

etsin. 


Bunların qarşısında digər bir qrup, ədaləti ümumi rəyə tabe olan bir məf-

hum kimi qəbul etmirlər. Onların fikrincə, təbii qaydaları əksəriyyətin qüvvə-

silə dəyişmək olmaz; yəni ədaləti əksəriyyətin rəyi ilə müəyyən etmək olmaz. 

Bu bir reallıqdır və bu reallıq ümumi nəzərə bağlı deyil. Amma Aristotel bu 

barədə yazır ki, “ədalət bir əmrdir və ədalətli insan düşünür” (13, 165, 626). 

Bu barədə Paul Robiğin

8

 

fikri də maraqlıdır. Onun fikrincə, ədalətlə bağlı 



olan 

qaydaları tapmaq üçün ancaq hüququşünaslara müraciət etmək lazımdır. 

Çünki  hüquqşünaslar  bu  qaydaları  təhlil  etməkdən  əlavə,  həm  də  bunu  mü-

qəddəs hesab edirlər. Ümumi adətlər, inanclar, davranışlar və dövlət qanunları 

ədalətin  qaydalarını  müəyyənləşdirə  bilməz  və  elə  buna  görə  də  hüququn 

qaydaları və ədalət arasında ziddiyyətlər qarşıya çıxır(13. həmin mənbə).  

Amma,  Hegel  və  onun  ardıcılları  ədalətin  mənasını  dövlətlə  əlaqələn-

dirirlər.  Onların  fikrincə,  ədalətin  prinsipləri  dövlətin  tələblərinə  bağlıdır, 

“olan” və  “gərək olsun” prinsipləri arasında heç bir fərq  yoxdur (14, 43-48). 

quqi  məsələlər  müəyyən  qaydaya  tabedir,  amma  ədalət  müəyyən  qaydaya 



tabe deyil, 

ədalət hüquqi qaydaları nizamlayır və onları struktura uyğun olaraq 

tənzimləyir.  Ədalətin  məqsədi  ondan  ibrətdir  ki,  hər  hansı  bir  şəxs  ağıl  və 

qanun  əsasında  haqqına  sahib  olsun.  Şəxs,  hüququn  qarşısında  və  hüququn 

tələb etdiyi vəzifələri yerinə yetirməklə, həm də onun prinsiplərini müqəddəs 

saymalı və hüquqla bağlı olan hər hansı bir məsələni qəbul etməlidir. 



Ədalət və əxlaqın əlaqəsi 

Qeyd olundu ki, ədalət, əxlaqa aid olan məfhumdur və onun əsas xüsu-

siyyətlərindən biri hesab olunur. Ədalətin qaydaları fitri və sabit deyil və onu 

müəyyənləşdirmək  üçün  təkcə  ağılın  gücünə  söykənmək  olmaz,  ona  görə  ki, 

burada  dini  etiqadlar  və  hissi  duyğular  təsirə  malikdirlər.  Əlbəttə,  hər  insan 

özündə ictimai hadisələr qarşısında ədalət hissi keçirir, amma ümumi fikirləri 

ədalətin və haqsızlığın meyarı hesab etmək olmaz. Nəzərə almaq lazımdır ki, 

zehn bütün ictimai məsələlərin təhlilinə qadir deyil və bəzən hissə qapılır ki, bu 

da ağıldan kənardır. Ağılın qüvvəsi, təcrübə və tədqiqin köməyi ilə inkişaf edir 

və  ədaləti  tanımağa  o,  şəxsin  zehni  qadirdir  ki,  ictimai  işlərdə  kifayət  qədər 

dərin düşüncəyə və təcrübəyə sahib olmuş olsun. Bundan başqa, ədalətli şəxs 

8

 Paul Roubier, 



fransız hüquqşünası (1886-1964). 

104 


                                                           


düzgün və qeyri-düzgün arasında olan fərqi dərk etməkdən əlavə, həm də onun 

(düzgün  tərəfinin)  icra  olunmasına  səy  göstərməlidir.  Ədalətin  başlıca  hədəfi 

əxlaqala  birlikdə  olaraq  təkamülə  çatmaqdır.  Ədalət,  haqsızlıqlar  qarşısında 

əxlaqi  keyfiyyətləri  əks  etdirir  və  təcrübəli  hakimlər,  əxlaq  və  ədalətin  bir-

birinə bağlılığını, onun dəyərlərini, hər bir insanda baş verməsini və mövcud 

aləmdə görünməsini yerinə yetirən müdafiəçidirlər.  



Hüquq və ədalətin meyarı 

Qeyd  etmək  lazımdır  ki,  hüquq  və  ədalət  hər  ikisi  tarixə  aiddir  və  yu-

nanlar bu birliyə hamıdan əvvəl yiyələnmişlər. Romalılar yunan düşüncəsinin 

ardınca getmişlər. Bu mövzuda mühüm bir məsələnin təhlilə ehtiyacı var və bu 

ondan  ibarətdir  ki,  əgər  hüquq  olmasa  ədalət,  ədalət  olaraq  mövcud  olarmı? 

Əlbəttdə, əgər hüquq olmasa ədəalət termin olaraq mövcud olacaq, amma məna 

olaraq mövcud olması qeyri-mümükündür. Ona görə ki, ədalətin mənası düz-

gün əmələ bağlıdır. Onda belə nəticəyə gəlirik ki, hüquq olmadan ədalət nəinki 

məna  və  hətta  məfhum  baxımından  əhəmiyyətli  hesab  oluna  bilməz.  Çünki 

ədalətin mənası təkcə əməllə deyil, bu həm də hüquqla bağlıdır. 

Biz  ədaləti  tərif  etdikdə,  ilk  növbədə  onu  ictimai  məsələlərlə  əlaqələn-

diririk və deyirik ki, ədalət, hər hansı bir şeyin (bu istər şəxsə aid olsun və is-

tərsə də müəyyən bir şeyə) düzgün bölgüsüdür. Ədalətin mövcudluğu hüquqla 

bağlıdır və hüquq olmadan ədalət öz təsirini göstərə bilməz. Əgər hər hansı bir 

şəxs ədalətə uyğun bölgü aparırsa, bu ilk baxışda ədaləti ifadə etsə də əslində 

bunlar hüquqi prinsiplərin yerinə yetirilməsidir. Ədalət həm daxildə və həm də 

zahirdə hüququn tələblərini yerinə yetirir. Ona görə ki, hüquqi normativlər ol-

masa ədalət bölgüsü aparıla bilməz. Bu hüququn gücüdür ki, həmin şəxsi əda-

lət bölgüsünə sövq edir və onun qarşısında sistemləşmiş tələblər qoyur. Hüquq, 

nizamlayıcı bir sistemdir ki, onun vasitəsilə ədalətə və  əxlaqın digər məsələ-

lərinə əməl olunur. 

Nəticə 

Burada təhlil olunan məsələlərin nəticəsi olaraq demək olar ki, ədalət hər 

bir millətdə ictimai-siyasi, iqtisadi və digər məsələlərdə əxlaqi dəyərlər yaradır 

və  bu  dəyərlər  vasitəsilə  qanun  və  qanunsuzluq  arasında  müəyyən  həddləri 

göstərir. Ədalət hissi, hətta az olsa belə insanlarda mövcuddur. Amma bunun 

(ədalətin)  müəyyən  qaydası  olmadığı  üçün  tam  deyil  və  çox  hallarda  da aid 

olduğu hüquqi, siyasi, iqtisadi və digər məsələləri müəyyənləşdirə bilmir. Elə 

buna  görə  də,  ədalət  məfhumunun  fəlsəfi  və  hüquqi  təhlilini  məhz  hüquq  və 

əxlaq elmində axtarmaq lazımdır. Çünki hüquq və əxlaq bir-birlərilə bağlı ol-

duğu və müəyyən struktura (xüsusilə hüquq) sahib olduğu üçün ədalətin isti-

qamətini müəyyənləşdirir; yəni hüquq və əxlaq olmadan ədalət söz olaraq möv-

cuddur  və  bu  məfhumun  işlənməsi  hüquq  daxilindədir.  Baxmayaraq  ki,  bəzi 

hallarda ədalət müstəqil olaraq tanınır, amma onun təkcə tanınması deyil, əsas 

tətbiqi və işlənməsi məhz hüquqla bağlıdır və ədalətə bağlı olan hər hansı bir 

şey birbaşa olaraq haqqın zatına dəlalət edir. Çünki mövcud aləmdə hər bir şey 

sistemləşmiş  qaydalar  əsasındadır,  hətta  adi  bir  kiçik  canlının  da  hərəkəti 

105 



müəyyən qaydalara tabedir.  

Digər bir bir məsələ ondan ibarətdir ki, ümumiyyətlə insan ədalətin ye-

rinə  yetirilməsinin tərəfdarıdır ona görə ki, bəşəriyyət tarixinə nəzər saldıqda 

ədalətin mövcud olması səylərini müşahidə edirik. Bu kəşməkeşli vəziyyətdə 

ziddiyyətlər və çəkişmələr baş verir və burada zor tətbiq edən tərəflər çalışırlar 

sübuta ye

tirsinlər  ki,  ədalətli  bir  hakimə  ehtiyacları  vardır.  Amma  ədalət  bu 

qapalı və həm də dərin olan fikirlərdən əziyyət çəkir və bunları araşdırmaqla 

özünün azadlıq qurbanına çevrilir. Bəzən bunların öhdəsindən  gəlir və bəzən 

isə  daha  geniş  və  möhkəmlənməsi  üçün  hüquqla  birlikdə  olmasını  istəyir. 

Çünki hüquq, müəyyən və heç vaxt dəyişməyən sabit normativlərə hakimdir.  

 

Bir məsələni də nəzərə almaq lazımdır ki, ədalət təkcə bərabərlik deyil 



ki, insanlar arasında mübadiləyə və bölgüyə riayət etsin, bəlkə ədalət, əxlaqın 

mənasını  və  onun  tələblərini  reallaşdıran  və  cəmiyyətdə  mühüm  təsirə  malik 

olan bir amildir. Daha aydın desək, ədalət xüsusi mənada şəxs və əşyanın bə-

rab


ər  olması  deməkdir, amma ədalətin məqsədi təkcə  dəqiq və  düzgün bəra-

b

ərliyi təmin etmək deyil, ədalətin ən əsas məqsədi insanların mənfəət, ziyan, 



v

əzifə  və  hüquqları  arasında  olan  nizam-intizamı  inkişaf  etdirməklə  yanaşı, 

h

əm də hüququn zəruri hesab etdiyi və yaratdığı ictimai mühiti qorumaqdır.  



 

ƏDƏBİYYAT 

İngilis dilində 

1. (9) Aristotel. Nicomachean Ethics. Translated by W. D. Ross, Batoche Books, Kitchene 

1999.  /Patterson, Edwin. W. Jurisprudence, Men and Ideas of the Law, Brooklyn, The 

Foundation Press, INC. 1953. 

2. (11) Andrew, Levine. Engaging Political Philosophy, From Hobbes to Rawls,  Oxford: 

Blackwell Publishers, 2002. 

3. (6) Cairns, Huntington. Leqal Philosophy from Ploto to Hegel. The Johns Hopkins Press, 

Baltimore 1949. 

4. (7) David. Daiches Raphael. Concepts of Justice, Oxford: Oxford University Press, 2001. 

5. (10) Hans Kelsen. What is justice? Justice, Law and Politics in the Mirror of Science. Berke-

ley and Los Angeles. University of California Press, 1957. 

6. (14) Hegel Georg Wilhelm Friedrich, Philosophy of Right. Translated with notes by T. M. 

Knox. Oxford University Press, Lonon 1967. 

7. (12) Marcus Tullius Cicero. Republic. Trans. By C. W. Keyes, Cambridge, Mass. Harvard 

University Press, 1928. 

8. (8) Plato. Complete Works. İntroduction and Notes by J. M. Cooper. Cambridge, Hackett 

Publishing Company, 1997. 

9. (5) Robert C. Solomon and Mark C. Murphy. What Is Justice? Oxford University Press, 1990. 



 

Ərəb və fars dillərində 

 

 



.

 

 



-

 

 



106 


ЮРИДИЧЕСКИЙ И ФИЛОСОФСКИЙ АНАЛИЗ ПОНЯТИЯ  

«СПРАВЕДЛИВОСТЬ» В ФИЛОСОФИИ ПРАВА 

 

А.Н.ПАШАЕВА 

 

РЕЗЮМЕ 

 

Одной  из  тем  философии  права  является  проблема  «справедливости»,  которая  со-



ставляет  основу  этой  дисциплины.  Принцип  справедливости  является  также  одной  из 

главных отличительных черт морали и подчеркивает ее особенности. По мнению фило-

софов, понятие справедливости делится на несколько категорий и их использование ос-

новано  на  праве  и  его  основополагающих  законах.  Принцип  справедливости  связан  с 

правовыми принципами справедливости, не основывающаяся на законах, остается толь-

ко на уровне простых слов. 

В данной статье, наряду со ссылками на теории философов и правоведов, проанали-

зированы общественные стороны понятия справедливости, а также исследованы ее юри-

дические смыслы. 

 

Ключевые слова: философия права, мораль, право, закон, справедливость, обще-

ственность, государство. 

 

PHILOSOPHICAL AND LEGAL ANALYSIS OF THE CONCEPT OF JUSTICE IN 

THE PHILOSOPHY OF LAW

 

 

A.N.PASHAYEVA 

 

SUMMARY 

 

The concept of "justice" which is the basis of jurisprudence is analyzed in the philosophy 

of law. Justice is studied as one of the most important properties of morality and its superior 

attributes  are reflected.  According to the philosophers, the concept of justice is divided into 

several categories and the development of these categories are based on rights and laws. The 

article, by reference to the theory of philosophers and lawyers, studies the concept  of justice 

and its social aspects. 

 

Key words: philosophy of law, ethics, right, law, justice, society, state. 

 

 



107 

Yüklə 241,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə