Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elml



Yüklə 105,88 Kb.
Pdf görüntüsü
tarix05.10.2017
ölçüsü105,88 Kb.
#3303


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3   

 

Sosial-siyasi elml

ər seriyası   

 

2015 

 

 

 

 

 

 

PSİXOLOGİYA

 

 

UOT 159.9:316.37 

 

AİLƏ TƏRBİYƏSİNİN XÜSUSİYYƏTLƏRİ MENTALİTETİN 

FORMALAŞMASI ŞƏRTİ KİMİ 

 

K.R.ƏLİYEVA, S.İ.ƏLİYEVA 

Bakı Dövlət Universiteti 

aliyeva.semra@mail.ru 

 

M

əqalədə elmi ədəbiyyatın təhlili əsasında mentallıq anlayışının məzmun və mahiyyəti-

nin  açılmasına  təşəbbüs edilir. Bu məqsədlə  “milli xarakter”, “mədəniyyətlərin konfiqurasi-

yası”,  “təməl  şəxsiyyət”,  “modal  şəxsiyyət” və  “mentallıq”  anlayışlarının  müqayisəli təhlili 

veri

lir. Qloballaşma zəminində müşahidə olunan “paradoksal vəziyyətin” neytrallaşdırılması 

istiqam

ətində mentalitetin formalaşmasının əsas şərtlərindən olan ailə tərbiyəsinin təkmilləş-

dirilm

əsi və ona lazımi korrektlər edilməsi təklif olunur. 

 

Açar sözl



ər: mentallıq, milli xarakter, xalq ruhu, mentalitet, təməl şəxsiyyət 

 

 



Araşdırdığımız problem çox mürəkkəb təbiətə malikdir və bu səbəbdən 

d

ə  onun öyrənilməsi  bir  sıra  çətinliklər  yaradır.  Həmin çətinliklər etnik 



psixoloji z

əmində  bəzi məsələlərə  aydınlıq  gətirilməsini zəruri edir. Burada 

mühüm ç

ətinliklərdən biri, heç şübhəsiz ki, ilk növbədə mentallıq anlayışının 



özünün t

əbiəti ilə  bağlıdır.  Təsadüfi deyildir ki, bəzi  ədəbiyyatlarda,  hətta 

mentallıq  termininin  işlədilməsi və  onun məzmun və  mahiyyətinə  aydınlıq 

g

ətirilməsi istiqamətində  müəyyən nəticəyə  nail  olmaq  üçün  qarşıya  konkret 



olaraq bel

ə  bir sual qoyulur: “Milli xarakter,  yoxsa  mentallıq?”.  Bu,  heç  də 

t

əsadüfi deyildir. Çünki bir çox müəlliflər hər  bir  xalqın,  etnosun,  millətin 



özün

əməxsus xarakterə  malik  olması  fikrini  irəli sürür və  bu istiqamətdə  də 

əyyən  araşdırmalar  aparırlar.  Nəticədə  isə  elmi  ədəbiyyatlarda yeni-yeni 



amorf terminl

ərin, anlayışların peyda olması üçün zəmin yaranmış olur. Həmin 

anlayış və terminlərin konkret olaraq nəyi ifadə etməsi ilə bağlı  yekdil fikrin 

olmaması,  bəzən isə  bu fikirlərin birinin digəri ilə  ziddiyyət təşkil  etməsi 

t

ədqiqat planında ciddi çaşqınlığın yaranmasına gətirib çıxarır. 



125 


Fikrimiz

ə aydınlıq gətirmək üçün “milli xarakter” anlayışı ilə bağlı elmi 

ədəbiyyatda əks olunmuş bəzi fikir və mülahizələrə diqqət yetirək. 

İ.S.Konun fikrincə, ilkin olaraq xalqların həyat tərzini ifadə etmək məq-

s

ədi ilə  təsviri  anlayış  qismində  “milli xarakter”dən səyahətlərə  dair  ədəbiy-



yatlarda istifad

ə edilmişdir. Sonralar isə milli xarakter dedikdə bəzi müəlliflər 

temperamenti, dig

ərləri şəxsiyyət əlamətlərini, üçüncülər sərvət meyillərini və 

s. n

əzərdə tutmuşlar. 



Qloballaşma zəminində bu günlərdə daha maraqlı bir tendensiyanın şahi-

di oluruq. Bel

ə  ki, bir tərəfdən bütün dünyada inteqrasiya prosesi güclənir, 

dig


ər tərəfdən isə bu inteqrasiyanın təsiri ilə bağlı etnosentrizmin, milli qürur 

hissinin k

əskinləşməsi və bu zəmində də, məişət, siyasi və hərbi münaqişələr 

baş verir. Bu, çox ciddi və paradoksal bir tendensiyadır. Sanki bu elə milliliklə, 

etniklikl

ə qloballığın və ya mentallıqla qloballığın paradoksudur. Hesab edirik 

ki, h

əmin paradoksal vəziyyətin  yaranması səbəblərinin aşkara çıxarılması da 



m

əhz mentallığa, onun mahiyyətinin müəyyən edilməsinə bağlı bir məsələdir. 

Qloballaşma ilə bağlı daha bir məqam diqqəti cəlb edir. Belə ki, qlobal-

laşma  prosesinin  güclənməsi zəminində  biz bu günlərdə  daha tez-tez milli 

xarakter, milli fikir, milli 

ədəbiyyat və  s. kimi ifadələr  eşidirik.  Təbii ki, bu 

ifad

ələrin konkret olaraq hansı məna və məzmun kəsb etməsi ilə bağlı məsələ 



h

ər kəsi düşündürür. Amma həmin ifadələrin məzmun və mahiyyəti ilə bağlı 

suala  aydınlıq  gətirmək o qədər də  asan məsələ  deyildir. Fikrimizin təsdiqi 

kimi Q.D.Qoçevin aşağıdakı fikirlərini iqtibas gətiririk. O, yazır: “Xalqın milli 

xarakteri, fikri, 

ədəbiyyatı – çox “hiyləgər” və çətin dərk edilə bilən “materi-

yadır”.  Onun  mövcudluğunu  hiss  edirsən, lakin onu sözlərlə  ifadə  etməyə 

çalışdıqda sanki buxarlandığını, əhəmiyyətsiz şeylərdən danışdığını və ona aid 

etdiyin xüsusiyy

ətlərin yalnız ona deyil, bütün xalqlara aid olduğunu görürsən. 

Bu t

əhlükədən  qaçmaq  olmaz,  yalnız  onları  daim  yadda  saxlamaq  və  onlara 



qalib g

əlmək deyil, onlarla mübarizə aparmaq olar” (5, 320). Burada əlavə şər-

h

ə ehtiyac görmürük. Sadəcə bir faktı qeyd etməliyik ki, mədəniyyətdə fərdin 



xüsusiyy

ətlərinin “tam patternlərini” müəyyən etmək üçün mədəni antropolo-

giyada “m

ədəniyyətlərin  konfiqurasiyası”,  “təməl  şəxsiyyət”,  “model  şəxsiy-

y

ət” kimi yeni terminlər meydana gəlmişdir. Lakin bir müddətdən sonra tədqi-



qatçılar yenidən “milli xarakter” anlayışına müraciət etməyə başladılar. Amma 

indi d


ə bununla bağlı müxtəlif noqteyi-nəzərlər mövcuddur. Hətta vəziyyət o 

h

əddə çatıb ki, ümumiyyətlə, milli xarakterin mövcud olub-olmaması ilə bağlı 



m

əsələ sual altındadır. İndi bir çox müəlliflər (Berry J.W. və b.) məsələni bu 

şəkildə qoyurlar ki, hətta biri digərinə oxşar olan fərdləri də differensasiya edən 

milli  xarakter  dünyada  bütün  insanları  birləşdirən  şəxsiyyət elementlərindən 

“daha vacib” 

əlamətləridirmi?. 

B

əzi müəlliflərin də (Stefanenko T. və b.) qeyd etdikləri kimi son zaman-



lar milli xarakter  anlayışının ardınca “təməl şəxsiyyət” və “modal şəxsiyyət” 

anlayışları da tədricən psixoloji və eləcə də mədəni antropoloji ədəbiyyatların 

s

əhifələrindən  yox  olmaqdadır.  Onların  əvəzində  etnik birliklərin psixoloji 



126 


xüsusiyy

ətlərini ifadə etmək üçün  “mentallıq”  anlayışı elmi dövriyyəyə  daxil 

edilmişdir. 

Amma n


əzərə  almaq  lazımdır  ki,  etnopsixologiyanın  təşəkkülünün ilk 

dövrl


ərində  onun görkəmli nümayəndələri  başqa  ad  altında  olsa  da,  məhz 

mentallığı öyrənmişlər. Belə ki, onlardan bəziləri xalq ruhunun məzmunu kimi 

ümumi t

əsəvvürləri (V.Vundt), “Sosial təsəvvürləri” (F.Xsyu), digərləri isə 



“tipik  kollektiv  yaşantıları”  (Q.Q.Şpet)  öyrənmişlər.  Fransız  alimi  L.Levi-

Bryul h


ətta mentalite terminindən istifadə etmişdir. 

T

əəssüf  doğuracaq  bir  məqam da ondan ibarətdir  ki,  “mentallıq”  anla-



yışının özünün məzmun və mahiyyəti ilə bağlı da ümumin qəbul etdiyi vahid 

fikir yoxdur. B

əzən həmin anlayışın intuitiv olaraq tutulan məzmununa uyğun 

olaraq onu sad

əcə  təsvir etməklə  kifayətlənirlər.  “Mentallıq”  adı  altında  kim 

n

əyi başa düşürsə ona müvafiq də tədqiqat planı qurur. Bu isə təsadüfi deyildir. 



Çünki  “mentallıq”  etnosa  bağlı  anlayışdır  və  etnosun özü ilə  əlaqədar da 

ümumin q


əbul etdiyi yekdil fikir yoxdur. Bəzi tədqiqatçılar  ona  coğrafi,  di-

g

ərləri sosial-iqtisadi, bir başqaları isə sosial qrup və s. kimi baxırlar. 



Etnosa sosial-iqtisadi vahid kimi baxan mü

əlliflər  etnosların  mental-

lıqlarının  ayrılmasının  mümkünlüyünü  inkar  edirlər. Yəni etnoslarda sabit 

t

əsəvvürlər sisteminin ayrılmasının mümkünlüyünü qəbul etmirlər. 



Etnosa  qrup  kimi  baxıldıqda  isə  vəziyyət dəyişir.  Bu  halda,  etnosa 

m

əxsusluğun mühüm göstəricisi kimi həmin etnosa (qrupa) mənsubluğun dərk 



edilm

əsi ön plana keçir ki, bu səbəbdən bəzi müəlliflərin fikrincə, məhz 

me

ntallıq  etnopsixoloji  tədqiqatın  əsası  predmeti  olmalıdır.  Amma  burada  da 



b

əzi çətinliklər meydana çıxır. Həmin çətinliklərdən ən mühüm olanı yuxarıda 

qeyd etdiyimiz kimi m

əhz mentallıq termininin axıradək aydın ifadə olunma-

ması ilə bağlıdır. Bu mövqedən çıxış edərək müasir tədqiqatçıların əksəriyyəti 

bel


ə  hesab edirlər ki, bu vəziyyət  mentallıq  terminindən  geniş  diapazonda 

istifad


ə  etməyə  və  insan  haqqında  humanitar  mühakimələri psixoloji təhlillə 

əlaqələndirməyə  imkan vermir. Bu isə  mentallığın  tədqiqi  zamanı  eklektik 

üsullardan istifad

əyə geniş meydan verməklə, əldə olunan nəticələrin birmənalı 

olmasına  kölgə  salır.  Belə  ki, müxtəlif ölkələrin psixoloq və  etnoloqları  belə 

eklektik üsullardan istifad

ə  edərək  mentallığı  öyrənməyə  cəhd edirlər. Son 

n

əticədə  isə  onların  mentallığı  məhz milli xarakterə  müncər etdikləri  aydın 



olur. T

əsadüfi deyildir, son dövrlərdə  bu səpkidə  nəşr  olunan  kitabların  da 

(m

əs.,  “Rus  mentallığı”,  “İsveç  mentallığı”  və  s.)  sayı  artmaqdadır.  Həmin 



kitablarda  müvafiq  xalqların  nümayəndələrinin  şəxsiyyətlərarası  əlaqə  və 

münasib


ətlərdə təzahür etdirdikləri keyfiyyətlər ön plana çəkilir. 

Amma n


əzərə  almaq  lazımdır  ki,  hansısa  əlamətin  yalnız  müəyyən bir 

xalqa, etnosa aid edilm

əsi digərlərində  həmin  əlamətin  olmaması  anlamını 

vermir. M

əsələn, hər kəs təsdiq edə  bilər ki, Azərbaycan  xalqı  qonaqpərvər 

xalqdır. Təbii ki, kimsə deyə bilməz ki, başqa xalqlar qonaqpərvər deyildir və 

bu keyfiyy

ət  yalnız  azərbaycanlılara  xas olan bir keyfiyyətdir. Yəni  hansısa 

əlamətin müəyyən etnik birliyin sərvəti olması ilə bağlı fikrin qəbul edilməsi 

127 



yolverilm

əzdir. Bəs, burada yolverilən əsas olan nədir? Bu sualın cavabı kimi 

rus  psixoloqu  Q.Andreyeva  yazır:  “Söhbət heç də  hansısa  əlamətlər  “yığı-

nından”  deyil,  daha  çox  bu  yığında  bu  və  ya digər  əlamətin ifadə  olunması 

d

ərəcəsindən, onun təzahür xüsusiyyətindən gedir”  (7, 69). Göründüyü kimi, 



burada n

ə hansısa əlamətin unikallığından, nə də onların cəmindən danışılmır. 

Yeri g

əlmişkən, qeyd edək ki, Azərbaycan psixologiyasında da daha çox 



milli xarakterin öyr

ənilməsinə diqqət  yetirilmiş və bəzi tədqiqatlar (Ə.S.Bay-

ramov,  Ə.Ə.Əlizadə)  aparılmışdır.  Həmin tədqiqatlarda da milli xarakter 

anlayışına  verilən  izahlardakı  fərqliliyə  diqqət yetirilir və  onun məzmun və 

mahiyy

ətinə  aydınlıq  gətirilməsinə  cəhd edilir. Bu istiqamətdə  görkəmli 



Az

ərbaycan psixoloqu prof. Ə.S.Bayramovun irəli sürdüyü fikir və mülahizələr 

diqq

əti cəlb edir. O, yazır:”... etnik xarakter və ya “milli xarakter”, “psixi sima” 



anlayışı ilə sinonim kimi işlədilir. “Psixi sima” anlayışı etnosa, yaxud bu və ya 

dig


ər xalqa məxsus sabit psixi xüsusiyyətlərin məcmusudur. Yəni o, sabit 

etnik-psixoloji hadis

ə olub, adamların psixi həyatının dəyişkən müxtəlifliyində 

nisbi d


əyişməzliyi ifadə edir. Elə etnik xarakterin də başlıca cəhəti həmin nisbi 

d

əyişməzliyi nisbətən sabit ünsürləri əks etdirməsindədir (3,  69). 



Göründüyü kimi, 

çox  maraqlı  fikirdir.  Əslində,  bu  fikir  “mentallıq”, 

“mentalitet”  anlayışlarının  məzmun və  mahiyyətinin mühüm tərəfini  əks 

etdirir. Mentalitetl

ə  bağlı  D.D.Polejayevin fikirlərində  də  bu  məqama xüsusi 

diqq


ət yetirilir:”Mental xüsusiyyətlər fərdin  psixikasında  və  insanların 

davranışında  insanın  müəyyən etnosa, sosiuma və  zamana məxsus  olmasını 

t

əyin edən hansısa “konstantlar” kimi təzahür edir”. 



Lakin bu “nisbi d

əyişməzlik” nədən qaynaqlanır  onların  formalaşması 

şəraiti mexanizmləri necədir, struktur elementləri nələrdən ibarətdir və s. kimi 

suallar,  t

əəssüf  ki,  açıq  qalır.  Hansı  ki,  cəmiyyətdə  baş  verən köklü dəyişik-

likl


ər zamanı bu suallar, xüsusən də, insanların mental xüsusiyyətlərini, men-

taliletin aksioloji strukturunu bilm

əmək və  onları  nəzərə  almamaq ciddi 

f

əsadlar doğura bilər. 



Az

ərbaycan psixoloqu prof.  R.Əliyev  isə  2006-cı  ildə  nəşr  etdirmiş 

olduğu  “Mentalitet”  adlı  kitabında  mövcud  elmi  ədəbiyyatın  psixoloji  təhlili 

əsasında  “mentallıq”  və  “mentalitet”  anlayışlarının  fərqli tərəflərinə  aydınlıq 

g

ətirməyə, eləcə  də  konkret həyati faktlara istinad edərək mentalitetin 



formalaşması  ilə  bağlı  məsələni  araşdırmağa  çalışmış  və  maraqlı  fikir  və 

mülahiz


ələr irəli sürmüşdür. 

Y

əni son zamanlar  “mentalitet”  anlayışının  özü  daha  çox  diqqəti cəlb 



etm

əyə  başlamışdır.  Bu  isə  təsadüfi deyildir. Çünki hər bir xalq özünün 

özgürlük tarixini, müasir durumunun xüsusiyy

ətlərini, gələcək perspektivlərini 

doğru-düzgün dərk etməyə ciddi ehtiyac duyur. Amma mentalitet fenomeninin 

birm


ənalı  xarakter  daşımaması  həm  bu  ehtiyacın  ödənilməsi, həm də  onun 

t

ədqiqi istiqamətində xeyli çətinliklər yaradır (1, 7). 



128 


Mentalitetin m

əzmun və  mahiyyəti ilə  bağlı  məsələni müfəssəl surətdə 

araşdırmaq başqa bir yazımızın mövzusu olduğundan, burada onunla əlaqədar 

yalnız bəzi məqamlara diqqət yetirməyi məqsədəuyğun hesab edirik. 

Özünün m

əşhur  zarafatında  sosioloq  Yan  Robertson  müxtəlif  xalqların 

üstünlük verdikl

əri dadlar barəsində misal gətirir və qarşıya belə bir sual qoyur: 

“Niy

ə amerikanlar şala cırcıramasını, zuluslar isə dəniz ilbizini yemirlər? Ona 



gör

ə ki, onların psixologiyası fərqlidir?”. Bu suala “bəli” cavabı verilərsə, onda 

bundan da maraqlı və bir qədər də çətin suallarla qarşılaşmalı olardıq. Məsələn, 

dey


ək ki, fransızlar  dəniz ilbizini yeyirlər.  Afrikalılar  dəniz ilbizi yeyərlərsə, 

fransızlara oxşayarlarmı? Təbii ki, bu suala təsdiqedici cavab vermək mənasız 

olardı. Problemin əsas cəhətlərinə aydınlıq gətirmək üçün rus psixoloqu Oleq 

Xuxlayev “Maqdonalds” restoran

lar şəbəkəsi ilə  bağlı maraqlı bir misal  gös-

t

ərir. Müəllif düzgün olaraq qeyd edir ki, “Maqdonalds” hazırda qloballaşma-



nın simvoludur. Dünyanın hər yerində hamburger və kartof frisini tapa bilər-

s

ən. Lakin müxtəlif ölkələrdə insanların “Maqdonalds”a nə üçün getdiklərinə 



diqq

ət etmək bəzi məqamlara aydınlıq gətirməyə az və ya çox dərəcədə kömək 

ed

ə bilər. Əlbəttə, ilk baxışda burada qeyri-adi bir şey yoxdur. “Maqdonalds”a 



yem

ək üçün gedirlər. Amma burada diqqət çəkən başqa məqamlar da vardır. 

Bel

ə ki, ABŞ-da bu əlüstü və ucuz qidalanma üçün restorandır. Yəni vaxta və 



pula q

ənaət olunur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Rusiyada bu “xaricdə 

xoşbəxt həyat” simvolu idi. Azərbaycanda  “Maqdonalds”  görüş  yeri  və  ya 

vaxtı  öldürmək  üçün  olan  bir  yerdir.  Ən  maraqlısı  isə  bu  restoranlar  şəbəkə-

sinin  yaponlar 

üçün  hansı  əhəmiyyət kəsb etməsi ilə  bağlıdır.  Yaponiyada 

“Maqdonalds”ın  meydana  çıxmasının  təşəbbüsçüsü olan milyarder Fudjit ya-

ponları inandırmağa çalışırdı ki, əgər onlar min il hamburger və kartof yesələr 

boy

ları uzun, dəriləri isə ağ olacaqdır. Daha doğrusu, qarabuğdayılardan sarı-



şınlara çevriləcəklər. 

Müxt


əlif xalqlarla əlaqədar bu misalda əksini tapmış məqamlarda özünü 

biruz


ə verən fərqlərin nə ilə bağlı olduğunu müəyyən etmək o qədər də çətin 

deyildir.  Şübhəsiz ki, insanlar üçün əsas və  mühüm olan dəyərlərdir. Mə-

d

əniyyətdə də mühüm olan məhz elə budur. Lakin O.Xuxlayevin psixologiya 



jurnalında düzgün olaraq qeyd etdiyi kimi insanlar həmişə onları ən sonda hiss 

edir, başa düşürlər. 

Bu situasi

yanı,  adətən,  aysberqlə  müqayisə  edirlər. Gəmidə  ona ya-

xınlaşarkən  biz  yalnız  onun  suyun  üstündə  olan hissəsini  görürük.  Hansı  ki, 

aysberqin daha böyük hiss

əsi suyun altında yerləşir və görünmür. 

Müxt


əlif ölkələrə  səyahət edənlər  orada  hansısa  plakatlar,  rəmzlər, 

davranış ritualları və s. ilə rastlaşırlar. Yəni bunlar zahirdə olanlardır. Amma 

bu xüsusi simvolların, davranış rituallarının qaynaqlandığı mənbəni ilk baxışda 

sezm


ək  mümkün  deyildir.  Hansı  ki,  onların  hamısının,  yəni müəyyən milli 

m

ədəniyyətə xas olan bu xarici görüntülərin əsasında məhz dəyərlər dayanır. 



Yuxarıda  gətirdiyimiz misalda “Maqdonalds”a getmək, qidalanma görüntüsü 

il

ə bağlı təəssürat yaratsa da, onun aysberqin suyun alt hissəsində olan görün-



129 


m

əyən tərəfləri  ayrı-ayrı  xalqlar  üçün  müxtəlif dəyərləri (vaxta, pula qənaət

göz

əllik və s. dəyərlər) özündə ehtiva edir. 



B

əs,  bu görünməyən,  lakin  xalqların  müqayisəsi və  eləcə  də  onların 

yaxınlaşması,  etnoslararası  qarşılıqlı  münasibətlərin tənzimi, milli və  etnik 

z

əmində  baş  verə  biləcək münaqişələrin  qarşısının  alınması  və  eləcə  də  həlli 



üçün mühüm 

əhəmiyyət kəsb edə biləcək həmin dəyərlər haradan qaynaqlanır 

v

ə onları necə aşkara çıxarmaq olar? 



M

ədəniyyətlərin  hansı  parametrlərə  görə  bir-birindən fərqləndiyini  şərh 

etm

əyə  hesablanmış  bir  çox  nəzəriyyələr  vardır.  Bizim  mövzu  ilə  əlaqədar 



onlardan daha mühüm olanı ötən əsrin 70-ci illərində holland alimi Q.Hofsted 

t

ərəfindən təklif olunmuş nəzəriyyədir. 50 ölkədən eksperimentə cəlb olunmuş 



6000-

ə  yaxın  tədqiq olunanlardan əldə  olunmuş  nəticələrin təhlili  əsasında 

Hofsted bel

ə  qənaətə  gəlmişdir  ki,  mədəniyyətlə  bağlı  fərqləri mədəniyyətin 

dörd kateqoriya üzr

ə ölçülməsi vasitəsi ilə təsvir etmək olar. Həmin ölçülərdən 

biri h

əyati strategiyalara dair məsələnin həlli ilə  əlaqədardır.  Fikrimiz  aydın 



olsun dey

ə Azərbaycan atalar sözlərindən bir neçəsinə diqqət yetirək: “Nağdı 

qoyub, nisy

ənin arxasınca qaçma”, “Bir əldə 2 qarpız tutmaq olmaz”, “Gördü-

yünü qoyub,  gör

əcəyə getmə” və s. Bunlardan hər biri müəyyən həyati strate-

giyadır. Bunlar nəyi ifadə edir? Hesab olunur ki, bunlara əməl etməmək peşi-

mançılıq yarada biləcək zəruri dəyişikliyə səbəb ola bilər. Gözlənilən dəyişik-

liyin bizd

ə həyəcan yaratmaması və eləcə də, sonrakı neqativ təsirlər haqqında 

düşüncələrimizin bizi üzməməsi üçün qeyd olunan atalar sözlərindəki strategi-

yaları nəzərə almalıyıq.  Bu heç də bütün mədəniyyətlərdə belə deyil. Bu ba-

xımdan mədəniyyətləri iki qrupa, növə ayırmaq olar: qeyri-müəyyənliyə qapalı 

(qeyri-mü

əyyənlikdən qaçan) və  qeyri-müəyyənliyə  açıq  olan  mədəniyyətlər 

(4, 198). 

Yuxarıda qeyd etdiyimiz atalar sözlərində ifadə olunan strategiyalar qey-

ri-mü


əyyənlikdən qaçan mədəniyyətlər üçün xarakterikdir. Buraya Azərbaycan 

da daxil  olmaqla Rusiya, Almaniya, Fransa v

ə  eləcə  də  Cənubi Amerika 

ölk


ələrini aid etmək olar. 

Qeyd olunan atalar sözl

ərindən birində qoyulan qadağanın digər tərəfinə 

diqq


ət yetirək. “Gördüyünü qoyub, görmədiyinin arxasınca getmə”. Görəcəyə 

gedils


ə  nə  baş  verər? Bəlkə  görmədiyinin  arxasınca  getməklə  yeni nəsə  əldə 

etm


ək olar. Yəni dəyişikliyə, nəsə  bir yenini  əldə  etmək  imkanı  kimi  də 

baxmaq olar. Bel

ə  mədəniyyətlərdə  qeyri-müəyyən, yeni, dərk olunmayan 

maraq  doğurur.  Qeyri-müəyyənlikdən qaçan mədəniyyətlərdə  isə  ümumin 

q

əbul etdiyi normalar təhlükəsiz hesab olunur. 



İstər ailədə, istərsə də məktəbdə uşaq hansısa bir mövzunu şərh edərkən 

bir balaca m

əzmundan kənara çıxdıqda valideynlər və müəllimlər tərəfindən: 

“Özünd


ən Amerika kəşf etmə”, “Kitabda necə yazılıb, elə də danış” və s. kimi 

iradları azmı eşidib? Yaxud da ailədə çox vaxt uşaq böyüklərin danışıqlarına 

müdaxil

ə  edəndə  ona belə  bir  irad  tuturlar  ki,  “uşaqsan  uşaq  işinə  qarış”, 



“böyük  danışanda,  kiçik  ağzına  su  alıb  durar”.  Hansısa  bir  məsələ  barəsində 

130 



müzakir

ə  açmaq istəyəndə, səsimizi  qaldıraraq  “bazar  açmayın”  deyirik  (2, 

150). 

Hansı  ki,  qeyri-müəyyənliyə  açıq  olan  mədəniyyətlərdə  təhsildə  “yaxşı 



müzakir

ə”, birmənalı olmayan problem, sual və məsələlərin aydın qoyulması 

mühüm d

əyərlər hesab olunur. 



Qirit Hofstedin m

ədəniyyətlərdəki fərqləri təsvir etmək üçün təklif etdiyi 

dig

ər ölçü kateqoriyasının mahiyyətinin nədən ibarət olduğuna aydınlıq gətir-



m

ək üçün eyni hadisənin müxtəlif mədəniyyətlərin nümayəndələri tərəfindən 

f

ərqli interpretasiya edilməsini nümayiş etdirən bir eksperimentə baxaq. Alim-



l

ər  eksperiment  iştirakçılarına  bir  şəkil təklif edirlər. Həmin  şəkildə  balıqlar 

d

əstəsi suda üzürlər.  Bir balıq isə bu dəstədən  ayrı olmaqla tək üzür. Ekspe-



riment  iştirakçıları  bu  balığın  balıqlar  dəstəsindən  ayrı  şəkildə  üzməsinin 

s

əbəbini izah etməlidirlər. Qərb mədəniyyətinin tipik nümunəsi olan amerikan-



lar bunu t

əkliyin xüsusiyyətləri ilə onun məqsədyönlülüyü, liderliyə, müstəqil-

liy

ə can atması ilə izah etməyə meylli olurlar. Şərq nümunəsi olan çinlilər isə 



q

ərb mentalitetini təmsil edənlərin əksinə olaraq, bunu tək balığın davranışına 

qrupun t

əsiri ilə əlaqələndirirlər. Onların fikrincə, tək balıq balıqlar dəstəsindən 

qovulmuş ola bildiyindən onlar tərəfindən təqib olunduğu üçün ayrıca üzür (6, 

210). 


B

əzi alimlər buna oxşar fərqlərin sivilizasiyanın lap başlanğıcından men-

talitetd

ə  qoyulduğunu  hesab  edirlər və  bunu qədim dövlətlərin  formalaşdığı 

ekoloji v

ə iqtisadi şəraitlə bağlayırlar. 

Lakin bu, m

ədəniyyətlərin ölçülməsinin  çox  mühüm  kateqoriyasını 

özünd

ə ehtiva edir və bütün müasir tədqiqatçılar da bu reallığı qəbul edir. Söh-



b

ət mədəniyyətlərin daha bir bölgüsündən (fərdiyyətçi və  kollektivçi) gedir. 

F

ərdiyyətçi mədəniyyətlərdə başlıca dəyər insanın özüdür, rəyidir, məkanıdır. 



Y

əni fərdiyyətçi mədəniyyətlərdə şəxsiyyət unikaldır. Kollektivçi mədəniyyət-

l

ərdə isə o qrupun bir hissəsidir. Hofsted fərdiyyətçiliyə “fərdlərin qrup, təşki-



lat v

ə ya digər kollektivlərdən emosional asılı olmaması” anlamında baxır. Fər-

diyy

ətçi mədəniyyətlərdə: davranışda sərbəstlik, mühakimə və düşüncədə müs-



t

əqillik, ətrafdakılar üzərində hökmranlıq və s. əsas dəyərlərdir. Kollektivçili-

yin 

əsas mənası isə qrup maraqlarının şəxsi maraqlardan üstün olması, prioritet 



t

əşkil etməsidir. 

Xeyli sayda Az

ərbaycan atalar sözləri  vardır  ki,  kollektiv  mədəniyyətə 

m

əxsusluğu özündə ehtiva edir: “Palaza bürün, elnən sürün”, “Hamı necə, sən 



d

ə elə” və s. 

Hofstedin t

əklif etdiyi ölçü kateqoriyalarının digər ikisi aşağıdakılardır: 

“Maskulinlik-feminlik”, “f

ərd və hakimiyyət arasında məsafə”. Əksər müəllif-

l

ərin də  qeyd etdiyi kimi fərdlə  hakimiyyət  arasındakı  məsafə  “Niyə  bütün 



insanlar b

ərabər deyil?” məsələsinin həlli ilə bağlı aləm haqqında təsəvvürlərin 

əsas dəyərlərindən biridir. Qeyd olunur ki, burada yalnız iki cavab vardır: ona 

gör


ə ki, “iş üçün belə lazımdır” və ya ona görə ki, “dünyanın düzümü, qaydası 

bel


ədir”. O.Xuxlayevin fikrincə, birinci halda bu məsafənin yaxın, ikinci halda 

131 



is

ə uzaq olmasından söhbət gedir. Birinciyə misal olaraq Skandinaviya ölkələri 

nümun

ə  göstərilir. Bu ölkələrdə  baş  nazirin  bankomatın  qarşısında  növbəyə 



durmasına adi hal kimi baxılır. İşdən sonra o da digər insanlar kimidir. Amma 

Venessuelada bel

ə  deyil. Deyilənə  görə, orada hətta prezidentə  toxunmaq 

şəfalı, müalicəvi bir hadisə hesab olunur. 

Maskulinlik  –  nailiyy

ət,  rasionallıq,  pul  qazanmaq  və  s. dəyərlərdir. 

Feminist d

əyərlərə  gəldikdə  isə  bu daha çox həyat məkanının  əhəmiyyətli-

liyind

ə, hisslər, düzgünlük və əlaqələrə açıq olmaqda təzahür edir. 



M

ədəniyyətlərin  bütün  bu  ölçü  kateqoriyalarında  ehtiva  olunan  dəyər-

l

ərin, demək olar ki, əksəriyyəti bu və ya digər dərəcədə ailə tərbiyəsinə bağ-



lıdır. Bu fikrə, azacıq da olsa, aydınlıq gətirmək üçün başqa bir ekspermentin 

n

əticələrinə diqqət yetirək. 



Eksperiment Kornelli Universitetinin 

əməkdaşı Ki Vonq tərəfindən apa-

rılmışdır. O, uşaqların bu və ya digər təfəkkür tərzini, üslubunu mənimsəmə-

sinin s


əbəblərini müəyyən etməyə çalışmışdır. Bu məqsədlə də, o, amerikalı və 

çinli  anaların  öz  3  yaşlı  uşaqları  ilə  söhbətlərini təhlil  etmişdir.  Məlum ol-

muşdur ki, amerikalı analar çox vaxt onların nağıllarına şərh verərkən uşaqların 

xatir


ələrindən ayrı-ayrı detalları oraya əlavə etməklə, orada uşaqların iştirakını 

da n


əzərə çarpdırırlar. Çinlilər isə bu dialoqda direktiv mövqe tuturlar. Onlar 

çox tez-tez c

əmiyyətdə  qəbul  edilmiş  normalara  istinad  edirlər.  Şübhəsiz ki, 

birinci  halda  uşaq  şəxsi təcrübələrinin o hadisələrini  yadda  saxlayır  ki,  onlar 

onun unikallığını, müstəqillik hissini nəzərə çarpdırır. İkinci halda isə ana ilə 

söhb


ət  uşağı  qaydaları  gözləməyə  rəğbətləndirir, onu münasibətlərin ierar-

xiyasının aludəçisi edir, qrupa mənsubluq hissini inkişaf etdirir (8, 106). 

Yuxarıda mədəniyyətin ölçülməsinin “fərdi-kollektiv” kateqoriyası haq-

qında danışarkən bu barədə qeyd etmişdik. 

Aparılan tədqiqatdan o da aydın olur ki, mədəniyyətdən asılı olmayaraq 

öz uşaqları ilə baş vermiş hadisələri müzakirə edən anaların uşaqları hadisələri 

daha müf

əssəl  şəkildə  yadda  saxlayır  və  özlərinin də  orada  iştirakını  nəzərə 

çarpdırır.  

Y

əni  hansı  dəyərlərin ön və  ya arxa plana çəkilməsi ailə  və  ailə  tər-



biy

əsinin xüsusiyyətlərinə  bağlıdır.  Bu  baxımdan  da,  deyə  bilərik ki, ailə 

t

ərbiyəsi mentalitetin formalaşmasının əsas şərtlərindəndir. 



Bir c

əhəti də nəzərə almaq lazımdır ki, mentalitet dəyişməz deyildir və 

mentalitet

ə  xas olan dəyərlərə  zaman-zaman  baxılmalı  və  cəmiyyətin,  xalqın 

inkişafına  səbəb  olan,  onu  dünyanın  öncül  xalqları  sırasına  daşıya  bilən də-

y

ərlər qorunub saxlanılmalı, əksinə təsir edənlər isə aradan qaldırılmalıdır. Bu-



nun üçün d

ə  bütövlükdə  tərbiyə  sistemində  xüsusən də  ailə  tərbiyəsində 

əyyən korrektələr edilməli və təkmilləşdirilməlidir. 



 

ƏDƏBİYYAT 

1.

 



Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.  Sosial  psixologiya:  Dərslik.  Bakı:  “Qapp-Poliqraf” korpo-

rasiyası, 2003, 356 s. 

132 



2.

 

Bayramov Ə.S. Etnik psixologiya məsələləri. Bakı: Elm və həyat, 1996, 150 s. 



3.

 

Əlizadə  Ə.Ə.  Etnik  psixologiyanın  müasir  dövrdə  əsas problemləri:  ənənə  və  müasirlik. 



Bakı: BDU, 1996, 69 s. 

4.

 



Əliyev R. Mentalitet. Bakı: Elm və təhsil, 2009, 198 s. 

5.

 



Стефаненко Т.Г. Этнопсихология. М.: Академический проект, 1999, 320 c. 

6.

 



Стефаненко Т.Г. Этнопсихология. Учебник для студентов вузов: ЗАО. М.:  Аспект-

Пресс, 2014, 210 c. 

7.

 

Андреева Г.М. Сочиальная психология. М.: Аспект Пресс, 1996, 69 c. 



8.

 

Психология Н7-8 (32) II июль – август 2009, 106 c. 



 

ОСОБЕННОСТИ СЕМЕЙНОГО ВОСПИТАНИЯ КАК УСЛОВИЕ  

ФОРМИРОВАНИЯ МЕНТАЛИТЕТА 

 

К.Р.АЛИЕВА, С.И.АЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В  статье  предпринимается  попытка  раскрыть  содержание  и  суть  понятия  мен-

тальность  на  основе  анализа  научной  литературы.  С  этой  целью  представлен  сравни-

тельный анализ понятий  «национальный  характер»,  «конфигурация культур»,  «осново-

полагающая  личность»,  «модальная  личность»  и  «ментальность».  Предлагается  совер-

шенствование  семейного  воспитания,  являющегося  одним  из  основных  направлений 

формирования менталитета в направлении нейтрализации наблюдаемой на почве глоба-

лизации «парадоксальной ситуации» и внесения в него необходимых корректировок.  

 

Ключевые  слова:  ментальность,  национальный  характер,  народный  дух,  мента-

литет, фундаментальная личность 

 

 

CHARACTERISTICS OF FAMILY UPBRINGING  



AS A PREREQUISITE OF THE FORMATION OF MORALITY 

 

K.R.ALIYEVA, S.İ.ALIYEVA 

 

SUMMARY 

 

The paper discloses the essence and the content of the notion of morality on the basis of 

analysis of scientific references. The notions of “national character”, “configuration of 

cultures”, “fundamental personality”, “modal personality” and “morality” are comparatively 

analized. It is proposed to perfect family upbringing that is a fundamental prerequisite of the 

formation of morality and make essential amendements to it in the framework of neutralization 

of “the paradoxal situation” in the context of globalizasion.  

 

Key words: morality, national  character, national spirit, mentality, fundamental 

personality 

 

133 



Yüklə 105,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə