BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Sosial-siyasi elmlər seriyası
2010
VƏRƏSƏLİK HÜQUQU MÜLKİ HÜQUQUN BİR SAHƏSİ KİMİ
R.S.DÜNYAMALIYEVA
Bakı Dövlət Universiteti
Raisa Dünyamalıyeva@gmail.com.
Vərəsəlik hüququ vərəsəliklə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının
məcmusu olaraq müstəqil hüquq sahələrindən biri olan mülki hüququn tərkib hissəsi kimi
cıxış edir.Hər bir ölkənin öz vərəsəlik hüququ olduğu kimi, Azərbaycan Respublikası da öz
vərəsəlik hüququna malikdir. Məqalə göstərilən vərəsəlik hüququnun xüsusisiyyətlərinə həsr
olunmuşdur.
Vərəsəlik hüququ barədə danışanda mülki hüquq kimi o da iki mənada başa
düşülməlidir: obyektiv və subyektiv mənalardada. Məhz bu cür yanaşma məzmun və
mənaça çoxcəhətli anlayış olan vərəsəlik hüququnun mahiyyətinə aydınlıq gətiril-
məsinə imkan verir və kömək edir.
Obyektiv mənada vərəsəlik hüququ dedikdə vərəsəliklə bağlı olan münasi-
bətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür ki, bu münasibətlər
ölmüş şəxsin əmlak (mülki) hüquqlarının və vəzifələrin başqa şəxslərə (vərəsələrə)
keçməsi prosesində yaranır. Məhz bu mənada, vərəsəlik hüquq normalarının məc-
musu baxımından vərəsəlik hüququ müstəqil hüquq sahələrindən biri olan mülki
hüququn struktur elementi - tərkib hissəsi kimi çıxış edir. Mahiyyətcə eyni sosial-
iqtisadi təmələ malik olan, bilavasitə cəmiyyətin çoxəsrlik ailə, milli və əxlaqi ənə-
nələri əsasında formalaşan həmin normalar özlərinin konkret hüquqi və texniki-
hüquqi məzmunu cəhətdən üst-üstə düşməyərək bir-birlərindən fərqləndiyinə görə hər
bir ölkənin öz vərəsəlik hüququ (obyektiv mənada) vardır ki, onların biri digərindən
mühüm xüsusiyyətləri ilə seçilir və ayrılır. Bu səbəbdən Azərbaycan Respublikasının
vərəsəlik hüququnun, Rusiya Federasiyasının vərəsəlik hüququnun, ABŞ-ın vərəsəlik
hüququnun və s. mövcud olmasından, ümumiyyətlə, hər bir dövlətin öz vərəsəlik hü-
ququna malik olmasından danışmaq olar. Ümumi vərəsəlik hüququndan, yəni ölkə-
lərin hamısı üçün ümumi və vahid olan vərəsəlik hüququnun mövcud olmasından
danışmaq isə məntiqsizdir. Hər bir dövlətdə obyektiv mənada vərəsəlik hüquq nor-
malarını həmin dövlətin özü yaradır və buna görə də olkələrdə tətbiq edilən ümumi
vərəsəlik hüququ mövcud deyildir.
Obyektiv mənada vərəsəlik hüququ struktur element kimi mülki hüququn
tərkibinə hansı «statusla» daxil olur? Başqa sözlə, obyektiv mənada vərəsəlik hüqu-
qunun ibarət olduğu vərəsəlik hüquq normalarının nıəcmusu mülki hüququn tərkib
hissəsi kimi institutu, yoxsa yarımsahəni yaradır? Qeyd etmək lazımdır ki, hüquq
ədəbiyyatında bu suallara birmənalı cavab olmadığına görə xeyli müddətdir ki, mü-
bahisə predmetinə, diskussiya obyektinə çevrilmişdir. Həmin məsələ, yəni vərəsəlik
23
hüququnun mülki hüququn institutu və ya yarımsahəsi olması Mülki hüquq elmində
(doktrinasında) ən çox müzakirə olunan məsələlərdən biri sayılır.
Elə müəlliflər vardır ki, onlar vərəsəlik hüququnun mülki hüquq sistemində
yerini müəyyənləşdirərkən ona mülki hüquq institutlarından biri kimi baxırlar. Və-
rəsəlik hüququ mülki hüququn bir hissəsi kimi, onun institutlarından hesab edilməsi
barədə fıkir söyləyən Serebrovski V.İ. yazır ki, vərəsəlik hüququ üzrə əmlak hüquq-
larının (şəxsi mülkiyyət hüququnun və s.) keçmə qayda və şərtlərini tənzimləyən qa-
nunvericilik normalarının məcmusu mülki hüququn hissəsi (institutu) olan vərəsəlik
hüququnu yaradır (18, 14).
Analoji mövqedə B.S.Antimonov və K.A.Qrave də dururlar. Onlar vərəsəlik
hüququnu mülki hüququn institutlarından biri kimi tanıyırlar (2, 6).
O.S.İoffe də vərəsəlik hüququnu mülki hüququn institutlarından biri hesab edir
(15, 6). P.S.Nikityuk da məsələyə eyni cür yanaşaraq vərəsəlik hüququnu mülki hü-
ququn institutu hesab edir. O yazır ki, vərəsəlik zamanı hüquq və vəzifələrin miras
qoyanın vərəsələrinə keçməsi qaydası hüquq normaları ilə müəyyən olunur ki, həmin
normaların məcmusu mülki hüququn vərəsəlik hüququ adlı institutunu yaradır. Başqa
bir fikir vərəsəlik hüququnun mülki hüquq sistemində tutduğu yeri institut kimi
müəyyənləşdirir (14, 3).
Qeyd etmək olar ki, sovet dövrünün elmi və tədris hüquq ədəbiyyatı səhi-
fələrində (monoqrafıyalarda, mühazirə kurslarında və s.) vərəsəlik hüququ mülki hü-
quq sistemində tutduğu yer baxımından institut kimi xarakterizə olunur. Vərəsəlik
hüququnu mülki hüququn institutlarından biri kimi tanımaq tendensiyası hətta müasir
dövrün ədəbiyyat səhifələrində müşahidə olunur. Məsələn, T.İ.İllarionova yazır ki,
mülki hüququn strukturunda vərəsəlik hüququ institut kimi xüsusi yer tutur (10, 15).
Vərəsəlik hüququna mülki hüququn institutlarından biri kimi baxmaq tenden-
siyası həm də xarici ölkələrdə hiss olunur. Xarici ölkələrin mülki və ticarət hüququ
barədə ədəbiyyatda göstərilir ki, ölmüş şəxsin hüquq və vəzifələrin başqa şəxslərə
keçməsi ilə bağlı münasibətləri tənzimləyən hüquq normalarının məcmusu kimi
vərəsəlik hüququ xarici ölkələrin mülki hüququnun institutu sayılır (9, 278).
Vərəsəlik hüququnun mülki hüququn sistemində tutduğu yeri müəyyən-
ləşdirmək barədə söylənilən ikinci fıkrin mahiyyəti isə bundan ibarətdir ki, vərəsəlik
hüququ ölmüş şəxsin hüquq və vəzifələrinin başqa şəxslərə keçməsi prosesini
tənzimləyən hüquq normalarıın sistemi kimi mülki hüququn yarımsahəsi hesab edilir.
Vərəsəlik hüququnun mülki hüququn strukturuna onun yarımsahəsi kimi daxil olması
barədə fıkir xüsusən Rusiya Federasiyasında daha geniş səslənir. M.D.Yeqorov və-
rəsəlik hüququnu mülki hüququn yarımsahəsindən biri hesab edərək yazır ki,
vərəsəlik hüququnun əsas işi ölmüş şəxsin əmlakının onun vərəsələrinə keçməsi ilə
bağlı münasibətləri tənzimləməkdən ibarətdir (8, 24).
E.A.Suxanov da məsələyə eyni cür yanaşaraq göstərir ki, vətəndaş öldüyü
halda əmlakın başqa şəxslərə keçməsini tənzimləyən vərəsəlik hüququ mülki hüqu-
qun yarımsahəsidir. Müəllifin fıkrincə, mülki hüquqa münasibətdə adətən xüsusi
hissə anlayışı işlədilmədiyinə görə o, beş yarımsahə ilə əhatə olunur ki, vərəsəlik
hüququ da onlardan biri hesab edilir.
Müəlliflərdən A.N.Qusev də mülki hüquq sistemində vərəsəlik hüququnun
«statusunu» eyni cür müəyyənləşdirir. O, qeyd edir ki, mülki hüququn yarımsahəsi
qismində həm də eyni zamanda vərəsəlik hüququnun adını çəkmək olar (12, 16).
Mülki hüququn yarımsahəsi olması barədə tezis V.V.Dolinskaya tərəfındən də
24
dəstəklənir və qeyd edilir ki, mülki hüququn məzmunu ayrı-ayrı struktur hissələr-
dən ibarətdir və həmin hissələrdən bunu tədricən yarımsahə statusu əldə edən
vərəsəlik hüququ hesab edilir (5, 23).
M.M.Rassolov mülki hüququn daxilində altı yarımsahə fərqləndirir və vərə-
səlik hüququ onlardan biri kimi nəzərdən keçirilir. Müəllif belə hesab edir ki, öz
spesifik xüsusiyyətinə görə mülki hüququn predmetinə bir neçə növ ictimai mü-
nasibət, o cümlədən vərəsəlik münasibətləri daxildir ki, həmin münasibətlər vərəsəlik
hüququ ilə tənzimlənir (6, 25).
E.V.Protas da mülki hüququn sistemində vərəsəlik hüququnun yerini yarım-
sahə kimi müəyyənləşdirir. Belə ki, mülki hüququn altı yanmsahədən ibarət olması
fıkrini söyləyən müəllif vərəsəlik hüququnu onlardan biri kimi tanıyır (17, 11).
Göstərilən ideyanı dəstəkləyən İ.L.Korneyeva qeyd edir ki, obyektiv mənada
vərəsəlik hüququ dedikdə vərəsəliyi tənzimləyən hüquq normalarının məcmusu başa
düşülür. Məhz bu normalar mülki hüququn dördüncü yarımsahəsini - vərəsəlik
hüququnu yaradır.
Başqa fikrə görə, ölümündən sonra xüsusi mülkiyyət hüququ əsasında vətən-
daşa məxsus olan əşyaların, əmlakın, habelə əmlak hüququ və vəzifələrinin bir və ya
bir neçə şəxsə (vərəsələrə) keçməsi ilə bağlı yaranan vərəsəlik münasibətləri mülki
hüququn yarımsahəsi kimi vərəsəlik hüququnun predmetini təşkil edir. Göründüyü
kimi, bu fıkir də vərəsəlik hüququnu mülki hüququn yarımsahəsi kimi tanıyır (4, 13).
V.V.Quşinin verdiyi elmi tərifə görə mülki hüququn yarımsahəsi kimi vərə-
səlik hüququ dedikdə ölmüş şəxsin əmlakının universal hüquq varisliyi qaydasında
başqa şəxslərə keşməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyən hüquq
normalarının məcmusu başa düşülür (13, 141). Müəllifın verdiyi bu tərifdən belə bir
nəticə çıxarmaq mümkün olur ki, o, vərəsəlik hüququna mülki hüququn yarımsahəsi
kimi baxmaq istəmişdir.
Zənn etmək olar ki, göstərilən müəlliflər tərəfındən vərəsəlik hüququnun
yarımsahə kimi tanınması barədə söylənilən hər bir elmi fıkir dəyərli və qiymətli
olub, onun mülki hüquq sistemində tutduğu yeri müəyyənləşdirmək, eləcə də obyek-
tiv mənada vərəsəlik hüququnun mahiyyətini dərindən və hərtərəfli anlamaq baxı-
mından əhəmiyyətlidir. Əsaslı, inandırıcı və həqiqətə uyğun olduğuna görə qeyd
etmək olar ki, vərəsəlik hüququnun mülki hüququn strukturuna yarımsahə kimi daxil
olması barədə fikrini dəstəkləmək və qəbul etmək vacibdir.
Ancaq bu fıkri irəli sürən müəlliflər nədənsə əsaslandırmırlar ki, nəyə və hansı
səbəbə görə vərəsəlik hüququ mülki hüquq tərkibində yarımsahə statusu əldə edir. Bu
baxımdan S.Allahverdiyevin nə üçün vərəsəlik hüququnun mülki hüququn yarımsa-
həsi olmasını əsaslandırmağa təşəbbüs göstərməsini, bundan ötrü onun kifatyət dərə-
cədə tutarlı dəlillər gətirməsini təqdirəlayiq hal hesab etmək olar. Onun fıkrincə, və-
rəsəlik hüququ, birincisi, ayrıca olaraq nizamasalma predmetinə, ikincisi, nizamasal-
ma metoduna, üçüncüsü özünə xas prinsiplərə, dördüncüsü, bir neçə hüquq institutu-
na malik olmasına görə mülki hüququn tərkibində yarımsahə statusu əldə edir (1,
630).
Doğrudan da, etiraf olunmalıdır ki, hər bir müstəqil hüquq sahəsinin tərkibində
yarımsahənin fərqləndirilməsi üçün həmin yarımsahənin özünün ayrıca nizamasalma
predmetinə malik olması tələb edilir. Vərəsəlik hüququ üçün ayrıca olaraq öz niza-
masalma predmetinin mövcudluğu şərtsiz olub, hər hansı mübahisə predmeti ola
bilməz. Belə ki, şəxs öldüyü halda onun sağlığında malik olduğu əmlakın başqa
25
şəxslərə (vərəsələrə) keçməsi ilə bağlı olaraq müəyyən növ ictimai münasibətlər -
vərəsəlik münasibətləri yaranır ki, həmin münasibətlər mülki hüququn hər hansı
struktur bölməsinin vasitə və köməyi ilə tənzimlənmir. Şəxsin ölümü ilə əlaqədar
olaraq yaranan vərəsəlik münasibətləri məhz mülki hüququn struktur bölməsi olan
yarımsahə statuslu vərəsəlik hüququnun nizamasalma predmetinə - hüquqi tənzim-
etmə obyektinə daxildir.
Inkar etmək olmaz ki, yarımsahənin fərqləndirilməsi üçün onun öz hüquqi
nizamasalma metoduna malik olması tələb edilir. Sözsüz, vərəsəlik hüququnun özü-
nəxas tənzimetmə metodu vardır və bu, hər hansı müzakirə obyekti ola bilməz.
Mövcud olan fıkirlə razılaşmaq olar ki, vərəsəlik hüququnda universal (ümu-
mi) hüquq varisliyi metodundan istifadə edilir (6, 15).
Bu məsələ barədə deyilənlərə əlavə olaraq göstərilməlidir ki, vərəsəlik hüqu-
qunda həm də eyni zamanda xüsusi hüquq varisliyi kimi metodun tətbiq edilməsi
mümkündür.
Qeyd olunmalıdır ki, istənilən yarımsahənin hər hansı müstəqil hüquq sahəsi
tərkibində yarımsahə statusu əldə etməsi üçün onun özünəxas sahədaxili prinsiplərə
malik olması tələb edilir. Vərəsəlik hüququ üçün belə prinsiplər mövcud olub, heç
kəsdə zərrə qədər şübhə doğura bilməz. Deyilənləri təsdiqləmək üçün təkcə bunu
demək kifayətdir ki, vərəsəliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi ailə
mənafeyinin qorunması kimi iki vacib prinsipin uyğunlaşdırılması, onların əlaqələn-
dirilməsi əsasında həyata keçirilir.
Şübhə yoxdur ki, prinsiplər istənilən müstəqil hüquq sahəsinin, o cümlədən
onun yarımsahələrinin mühüm nəzəri məsələsidir. Bu sözləri olduğu kimi eyni ilə
vərəsəlik hüququnun prinsipləri barəsində də demək olar. Çünki həmin prinsiplərdə
vərəsəliyin sosial, iqtisadi mahiyyəti, hüquqi məzmunu, onun hüquqi tənzimlən-
məsinin xarakteri və təşkili məsələsi təzahür edir.
Vərəsəlik hüququnun prinsipləri dedikdə şəxsin ölümü nəticəsində onun
əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsi ilə bağlı olaraq yaranan vərəsəlik
münasibətlərini tənzimləyən hüquq normalarında ifadə olunan əsas ideyalar və rəhbər
başlanğıclar başa düşülür ki, bu ideya və başlanğıclar vərəsəlik hüququnun əsasını
təşkil edir. Çünki vərəsəliyin hüquqi nizamlanması və qaydaya salınması onların
köməyi ilə həyata keçirilir.
Ancaq təəssüflə qeyd olunmalıdır ki, subyektiv şüurumuzdan asılı olmayaraq
obyektiv surətdə mövcud olan və ayrı-ayrı hüquq normalarında ifadə edilən prinsiplər
(söhbət vərəsəlik hüququnun prinsiplərindən gedir) qanunverici tərəfındən rəsmən,
birbaşa, normativ göstəriş və direktiv şəklində formulə edilmir. Bu da ki, öz növbə-
sində ayrı-ayrı hüquq normalarında əks olunduğuna görə ümumməcburi qüvvəyə
malik olan prinsiplərin təsir imkanlarını azaldır. Vərəsəliyə aid hüquqi məsələlərin
həllində və normativ tənzimetmənin həyata keçirilməsində onların effektiv rol
oynamasına mane olur. Odur ki, vərəsəlik hüququnun prinsiplərinin mühüm element
kimi xüsusi olaraq normativ formada rəsmiləşdirilməsini, qanunvericilik qaydasında
bilavasitə təsbit olunmasını, Mülki Məcəllə səviyyəsində birbaşa formulə edilməsini
vacib sayır və məqsədəuyğun hesab olunur. Bundan ötrü, hər şeydən əvvəl, Azər-
baycan Respublikası Mülki Məcəlləsinin «Vərəsəlik hüququ» adlı bölməsində (10-cu
bölmə) qanunverici tərəfındən «vərəsəlik hüququnun prinsipləri» kimi ayrıca bir
maddə daxil olunmasını və bu maddədə vərəsəlik hüququnun prinsiplərini sadayalan
siyahı verilməsini təklif etmək olardı.
26
Tam dəqiqliklə güman etmək olar ki, belə maddənin nəzərdə tutulması və
müəyyənləşdirilməsi vərəsəlik münasibətlərini mülki hüquqi tənzimetmə mexa-
nizminin effektivliyini artırar, ona müsbət mənada böyük təsir göstərərdi.
Lakin qanunvericilikdə vərəsəlik hüququnun prinsiplərinin birbaşa normativ
göstəriş və direktiv şəklində formulə edilməsi şəraitində təqdirəlayiq haldır ki, çox az
sayda bəzi müəlliflər hüquq ədəbiyyatı səhifələrində vərəsəlik hüququnun prinsip-
lərinin geniş surətdə işıqlandırmasına, həmin prinsiplərin mahiyyətinə aydınlıq gəti-
rilməsinə, eləcə də onun sivilistika elmində, o cümlədən vərəsəlik doktrinasında ən
«sevimli» mövzulardan birinə çevrilməsinə təşəbbüs göstərirlər (16, 34).
Vərəsəliyin sosial təyinatını və mahiyyətini dərindən anlamaq, bu hadisə ilə
bağlı münasibətləri tənzimləyən normativ qanunvericilikdə hüquqi boşluq olduqda
müvafıq məsələni analogiya institutunun köməyi ilə düzgün həll etmək, yəni konkret
hüquq norması mövcud olmadığı hallarda vərəsəli hüququnun prinsiplərini tətbiq et-
mək, həmin qanunvericiliyi təfsir etmək, eləcə də vərəsəlik hüququnun nizamasalma
predmetinə daxil olan ictimai münasibətlərin normativ hüquqi tənzimlənməsini hə-
yata keçirmək baxımından həmin fikirlərin vacib rol oynamasına şübhəmiz yoxdur.
Göstərilən müəlliflərin hüquq ədəbiyyatı səhifələrində ayırdıqları və elmi ba-
xımdan əsaslandırdıqları vərəsəlik hüququnun prinsiplərinin hamısının vərəsəlik
münasibətlərinin tənzimlənməsində tətbiq edilməsi, bu prinsiplərin özündə vərəsəlik
hüququnun ən xarakterik cəhətlərini və daha başlıca xüsusiyyətlərini əks etdirməsi
heç bir etiraz doğurmur. Bu səbəbdən onları qəbul etmək olar. Bununla bağlı vərə-
səlik hüququnun prinsiplərini sadalayan belə bir siyahı təklif olunur:
1. Vərəsəlik varisliyinin universallığı prinsipi. Bu prinsipə görə miras qoyan
şəxsin mülki hüquq və vəzifələri vərəsələrə kompleks halında, hər hansı şəxsin
vasitəçiliyi olmadan keçir, bir aktla qəbul edilir.
2. Vəsiyyət azadlığı prinsipi. Bu prinsipə görə miras qoyan vəsiyyətnamə tərtib
etməklə əmlakını və ya onun bir hissəsini istənilən fıziki və ya hüquqi şəxsə, dövlətə
və yaxud bələdiyyəyə vəsiyyət edə bilir.
3. Vərəsəliyin mühafızəsi prinsipi. Bu prinsipə görə vərəsəlik hüququ dövlət
tərəfındən qanunla qorunur, bu hüquq pozulduqda isə məhkəmə qaydasında və digər
yolla müdafıə olunur, vərəsəliyə Konstitusiya səviyyəsində təminat verilir.
4. Növbəlik prinsipi. Bu prinsipə görə qanun üzrə vərəsələr beş qrupa bölünür
və onlar buna uyğun olaraq vərəsiliyə növbə ilə çağırılırlar.
5. Ailə mənafeyinin qorunması prinsipi. Bu prinsipə görə miras qoyan öldükdə,
ilk növbədə vərəsəliyə onun ailə üzvləri, yəni həyat yoldaşı, uşaqları və valideynləri
çağırılırlar.
6. Miras paylarının bərabər olması prinsipi. Bu prinsipə görə qanun üzrə
vərəsəlik zamanı miras əmlak öz növbəsində vərəsəliyə çağırılan vərəsələr arasında
bərabər surətdə bölünür.
7. Miras əmlakın vərəsəlik hüququ üzrə dövlətə keçməsi prinsipi. Bu prinsipə
görə əmlak dövlətə vəsiyyət edilibsə, miras qoyanın nə qanun üzrə, nə də vəsiyyət
üzrə vərəsələri yoxdursa, bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilib-
lərsə və ya vərəsələrdən heç biri miras əmlakı qəbul etməzsə, miras əmlak vərəsəlik
qaydasında dövlət mülkiyyəti olur.
8. Vərəsəlikdə məcburi pay almaq prinsipi. Bu prinsipə görə miras qoyanın
uşaqları, həyat yoldaşı və valideynləri vəsiyyətnamənin məzmunundan asılı olmaya-
raq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası məcburi payın yarısını,
27
yəni ikidə bir hissəsini alırlar.
Vərəsəlik hüququnun əsaslandığı və onun oynadığı başlıca rolu şərtləndirən
prinsipləri, vərəsəlik hüququnun tənzimetmə metodu ilə sıx surətdə bağlıdır. Prin-
siplər kimi vərəsəlik hüququ nəzəriyyəsinin vacib məsələsi sayılan tənzimetmə
metodu nə qanunvericilikdə, nə də mülki hüquq elmində, o cümlədən vərəsəlik hüquq
doktrinasında işıqlandırılmır və xüsusi olaraq ayrılmır. Buna görə də, zənn etmək olar
ki, mülki hüququ tənzimetmə metodu ilə müqayisədə spesifık cəhətlərə malik olan
həmin məsələnin mahiyyətinə vərəsəlik hüququ fıkirlərində müfəssəl şəkildə aydınlıq
gətiriləcəkdir. Başqa sözlə, tənzimetmə metodu vərəsəlik hüququnun əsas nəzəri
məsələlərindən biri kimi hüquq ədəbiyyatında öz həllini gözləyir.
Belə bir nəzəri fıkri mübahisə predmetinə çevirmək olmaz ki, istənilən yarım-
sahə eyni ictimai münasibətlərin ayrı-ayrı növlərini tənzimləyən müxtəlif hüquq
institutlarından ibarət olmalıdır. Vərəsəlik hüququ məhz özündə vərəsəlik münasibə-
tinin müxtəlif növlərini nizama salan bir neçə hüquq institutunu birləşdirir. Həmin
hüquq institutları imkan verir, vərəsəlik mülki hüququn tərkibində yarımsahə statusu
əldə etsin. Məsələn, vərəsəlik hüququnun tərkibinə qanun üzrə vərəsəlik, vəsiyyət
üzrə vərəsəlik, məcburi vərəsəlik, vərəsəsiz əmlak üzrə vərəsəlik daxil edilir. Vərə-
səliyin rəsmiləşdirilməsi, vərəsəliyin (mirasın) açılması, vərəsəlik hüquq subyektliyi,
mirasın qorunması və digər hüquq institutlarıda daxildir ki, onlar cəmləşərək birlikdə
mülki hüququn yarımsahəsi kimi vərəsəlik hüququnu yaradır. Aydın məsələdir ki,
vərəsəlik hüququnun tərkibinə daxil olan hər bir hüquq institutunun öz nizamasalma
predmeti vardır. Məsələn, vərəsəsiz əmlak üzrə vərəsəlik hüquq institutunun nizama-
salma predmetini mirasın vərəsəlik qaydasında dövlətə keçməsi ilə bağlı yaranan
ictimai münasibətlər təşkil edir; məcburi vərəsəlik hüquq institutunun nizamasalma
predmetinə məcburi vərəsələrə qanun üzrə vərəsəlik zamanı çatası payın müəyyən
hissəsini onların alması ilə əlaqədar yaranan ictimai münasibətlər daxildir.
Təbii ki, vərəsəlik hüququnun ibarət olduğu hər bir hüquq institutu da, öz
növbəsində, yarıminstitutlara, subinstitutlara və daha kiçik struktur hissələrə bölünür
ki, onlar daxilən bir-biri ilə xaotik yox, qarşılıqlı əlaqəli şəkildə bağlı olub, müəyyən
sistem üzrə yerləşir və düzlənirlər. Məsələn, vəsiyyət üzrə vərəsəlik hüquq institutu
vəsiyyətnamənin icrası, vəsiyyət tapşırığı (leqal), vəsiyyət həvalə etməsi və digər
subinstitutlardan ibarətdir.
Deyilənlər belə fıkir söyləməyə imkan verir ki, mülki hüququn yarımsahəsi
kimi vərəsəlik hüququnun nizamasalma predmetinə daxil olan ictimai münasibətlərin
ayrı-ayrı növlərinin müəyyən xüsusiyyətlərə malik olması, öz növbəsində vərəsəlik
hüququnun daxili struktur sistemləşdirilməsini, onun çərçivəsində müvafiq hüquq
institutlarının mövcud olmasını və bu institutların subinstitutlara bölünməsini şərt-
ləndirir.
Vərəsəlik hüququnun institutları dedikdə hüquq normalarının elə məcmusu
başa düşülür ki, həmin normalar daxilən qarşılıqlı surətdə bir-biri ilə bağlı olan eyni
növlü vərəsəlik münasibətlərini tənzim edir; bu institutların vasitəsilə vərəsəlik hüqu-
qunun nizamasalma predmetinə daxil olan vərəsəlik münasibətlərinin ayn-ayrı növ-
ləri tənzimlənir, həmin növ münasibətlər vərəsəlik hüququ institutlarının tənzimetmə
predmetini təşkil edir. Yarımsahə kimi vərəsəlik hüququ dedikdə də məhz bir neçə
eyni növlü və predmet baxımından qarşılıqlı surətdə bağlı olan hüquq institutlarının
məcmusu başa düşülür, həmin institutların daxilən uyğunlaşdırılmış şəkildə vəhdət və
birliyi ilə vərəsəlik hüququnun sistemi adlanır. Lakin təəssüf hissi ilə qeyd olun-
28
malıdır ki, vərəsəlik hüququnun sistemi kimi vacib nəzəri məsələyə nə mülki hüquq
nəzəriyyəsində, nə də vərəsəlik hüququ doktrinasında toxunulur. Təəcüblü haldır ki,
indiyə kimi vərəsəlik hüququ barədə yazan müəlliflərdən heç kim həmin məsələnin
elmi cəhətdən işıqlandırılmasına diqqət yetirməmişdir. Buna görə də vərəsəlik hüqu-
qunun sistemi məsələsini sivilistika elmi (o cümlədən, vərəsəlik hüquq doktrinası)
qarşısında duran və onun üstünə düşən vəzifələrdən biri sayılır.
Hüquq ədəbiyyatında belə bir nəzəri fıkir geniş yayılmışdır ki, mülki hüququn
hər hansı yarımsahəsinin tənzimetmə predmetinə daxil olan ictimai münasibətlərin
ümumiliyi həmin yarımsahə üçün ümumi olan hüquq normalarının ayrılmasına imkan
verir və bu normalar da birləşərək onun ümumi hissəsini yaradır (6, 15). Söylənilən
bu kimi nəzəri fıkri eyni ilə, olduğu kimi vərəsəlik hüququna da şamil etmək olar.
Doğrudan da, vərəsəlik hüququ ilə nizamlanan ictimai münasibətlər nə qədər müxtəlif
olsa və ayrı-ayrı münasibətlər üçün ümumi olan, onları birləşdirən və xarakterizə
edən ümumi xüsusiyyətlər müəyyənləşdirmək mümkündür. Bu xüsusiyyətlər də, öz
növbəsində, vərəsəlik hüququ üçün ümumi hüquq normalarının ayrılmasına səbəb
olur. Belə normalar qanunvericinin subyektiv istək və mülahizəsindən asılı olmayaraq
obyektiv surətdə mövcuddur ki, onların məcmusuna vərəsəlik hüququnun ümumi
hissəsi deyilir. Məhz ümumi hissəyə malik olması vərəsəlik hüququnun mülki hüquq
tərkibində yarımsahə statusu əldə etməsinə imkan verən əsaslardan biri kimi çıxış
edir (7, 11).
Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüququn yarımsahələ-
rindən olan əşya hüququ (3-cü bölmə, 5-cü fəsil), öhdəlik hüququ (6-cı bölmə, 19-cu
fəsil) və nəhayət vərəsəlik hüququ üçün (10-cu bölmə, 62-ci fəsil) ümumi müddəalar
yarımsahələrin ümumi hissəsinin özü demək deyildir və bütövlükdə, tam halında onu
əhatə etmir, ümumi müddəalar mülki hüququn yarımsahələrinin ümumi hissəsinin
yalnız bir qismini təşkil edir. Buna görə də, ümumi hissə ümumi müddəalardan daha
geniş və əhatəli anlayışdır. Odur ki, hər hansı struktur bölmənin mülki hüququn
yarımsahəsi kimi tanınmasını şərtləndirən əsas tələb həmin bölmənin ümumi müd-
dəalar müəyyənləşdirilməsindən yox, ümumi hissəyə malik olmasından ibarətdir. Hər
hansı struktur bölmə istər hüquq institutu, istərsə də yarımsahə olsun, fərqi yoxdur,
ümumi müddəalar formulə edir.
Vərəsəlik hüququ tərkibində obyektiv surətdə qanunvericinin subyektiv istə-
yindən asılı olmayaraq ümumi hüquq normalarının və bu səbəbdən həmin normaların
məcmusu kimi ümumi hissənin mövcud olmasına baxmayaraq, vərəsəlik hüququnun
ümumi hissəsi normativ göstəriş formasında, qanunvericilik qaydasında rəsmiləş-
dirilmir, mülki hüququn yarımsahələrindən yalnız öhdəlik hüququnun ümumi hissəsi
normativ göstəriş formasında, qanunvericilik qaydasında rəsmiləşdirilir. Belə halı
nəzərə alaraq qeyd olunmalıdır ki, vərəsəlik münasibətlərini tənzimləyən əsas nor-
mativ aktda - Azərbaycan Respublikasının Mülki Məcəlləsində vərəsəlik hüququnun
ümumi hissəsinin ayrılmasını, başqa sözlə, ayrıca olaraq nəzərdə tutulmasını və bu
məqsədlə həmin məcəlləyə xüsusi olaraq «Vərəsəlik hüququnun ümumi hissəsi» adlı
bölmə daxil edilməsini vacib məsələ saymaq olar. Bu mülki hüquq elminin və
vərəsəlik doktrinasının üstünə düşən ən mühüm vəzifələr sırasına aiddir.
Vərəsəlik hüququnun ümumi hissəsinin qanunvericilik qaydasında ayrılması-
nın vacib əhəmiyyəti vardır. Hər şeydən əvvəl, onu qeyd etmək vacibdir ki, vərəsəlik
hüququnun ümumi hissəsi onun sistemləşdirilməsinin əsasını, bazasını təşkil edir.
Belə ki, vərəsəlik hüququnun ümumi hissəsi müəyyən məsələlər (vərəsəliyin anlayışı
29
və əsasları, vərəsəlik hüququnun subyekt və obyekti, miras əmlak, vərəsə ola bilən
şəxslər və vərəsəlik hüququ olmayan vətəndaşlar və digər məsələlər barədə ümumi
xarakterli qaydalar) müddəalar müəyyən edir ki, onların bütün vərəsəlik münasibət-
lərinə tətbiq olunması mümkündür; həmin qaydalar bütün digər vərəsəlik hüquq nor-
maları tətbiq edilərkən bu və ya digər dərəcədə nəzərə alınır. Bu baxımdan vərəsəlik
hüququnun ümumi hissəsinin praktiki, hüquq tətbiqetmə əhəmiyyəti vardır. Vərəsəlik
hüququnun ümumi hissəsi həm də sistem yaratmağa və nəzəri əhəmiyyətə malikdir.
Mülki hüquq elmində, o cümlədən vərəsəlik doktrinasında elmi maraq doğuran
və müzakirə obyektinə çevrilən məsələlərdən biri obyektiv mənada (ya hüquq ins-
titutu, ya da yarımsahə mənasında) vərəsəlik hüququna verilən elmi tərifə aiddir.
Bəzi müəlliflər universal və ya bilavasitə hüquq varisliyini məcburi element (əlamət)
kimi vərəsəlik hüququna verdikləri elmi anlayışa daxil edirlər. 0.S.İoffenin fik-
rincə, vərəsəlik hüququ dedikdə, vətəndaşın ölümü nəticəsində yaranan bilavasitə və
universal varislik münasibətlərini tənzimləyən normaların məcmusu başa düşülür.
Obyektiv mənada (institut mənasında) vərəsəlik hüququna buna oxşar elmi
anlayış V.S.Makarova tərəfındən də verilir. O.S.İoffenin formulə etdiyi tərifı mahiy-
yətcə təkrarlayan müəllif yazır ki, vərəsəlik hüququ ölmüş şəxsin hüquq və vəzifə-
lərinin bilavasitə və universal hüquq varisliyi qaydasında başqa şəxslərə keçməsi ilə
bağlı yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur
(19, 510).
Vərəsəliyin bilavasitə və universal hüquq varisliyi olması kimi əmanət vərə-
səlik hüququnun elmi anlayışına E.A.Posse tərəfındən də daxil edilmişdir. Müəllifın
fıkrincə, anlayışlarda həmin əlamətin göstərilməməsi və vərəsəliyin vətəndaşın ölü-
mü ilə bağlı hüquq və vəzifələrin əldə edilməsinə müraciət edilməsi vətəndaşın ölü-
mündən sonra hüquq və vəzifələrin başqasına keçməyin digər hallardan vərəsəliyi
ayırmağın və fərqləndirməyin mümkün olmasına gətirib çıxardır. O, həm də eyni za-
manda belə hesab edir ki, vərəsəlik hüququna verilən anlayışlarda vərəsəliyin bila-
vasitə və universal (ümumi) hüquq varisliyi olmasının xatırlanması vərəsəlik münasi-
bətlərinin hüquqi tənzimlənməsinin təhlilində həlledici əhəmiyyətə malik olur (20,
409).
Müasir müəlliflərdən T.İ.İllarionova da məsələyə mahiyyətcə eyni cür yanaşa-
raq göstərir ki, vərəsəlik hüququnu vətəndaşın ölümü ilə bağlı olaraq universal hüquq
varisliyinin məzmun və qaydaları müəyyən edir (10, 15).
Müəllif faktiki olaraq universal hüquq varisliyi, vərəsəliyin məcburi əlaməti
kimi vərəsəlik hüququna verdiyi elmi tərifə daxil edir.
Universal hüquq varisliyi kimi əlamətə həm də V.V.Quşin tərəfındən mülki
hüquqi yarımsahəsi nöqteyi-nəzərindən (yəni obyektiv mənada) vərəsəlik hüququ-
na verilən elmi tərıfdə də rast gəlmək olar. Müəllif qeyd edir ki, vərəsəlik hüququ öl-
müş şəxsin əmlakının universal hüquq varisliyi qaydasında başqa şəxslərə keçməsi
ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının sistemidir
(13, 10).
Göstərdiyimiz müəlliflərdən fərqli olaraq alimlərin əksəriyyəti bilavasitə və
universal hüquq varisliyi kimi əlaməti vərəsəlik hüququna verdikləri elmi anlayışa
daxil etmirlər (22, 3) və vərəsəlik hüququna verdikləri anlayışda həmin əlamət gös-
tərilmir.
Qeyd etmək lazımdır ki, müəlliflərin hər birinin bilavasitə və universal hüquq
30
varisliyi kimi əlamətin vərəsəlik hüququnun elmi anlayışına daxil edilib-edilməməsi
barədə mövqeyində bu və ya digər dərəcədə yaxın məqamlar olmasın. Sözsüz, gös-
tərilən məsələ barəsində söylənilən hər bir fıkir həm nəzəri, həm də praktiki ba-
xımdan əhəmiyyətli və dəyərli olub, elmi maraq doğurur. Ancaq buna baxmayaraq
müəyyən qüsur və çatışmazlıqdan kənar olmadıqlarına görə söylənilən bütün tərifləri
vərəsəlik hüququnun dolğun, uğurlu və münasib anlayışı hesab etmək olmaz.
Bir tərəfdən vərəsəlik hüququnun elmi anlayışına bilavasitə və universal hüquq
varisliyinin daxil edilməsi onu ifadə edir ki, vərəsəlik hüququ yalnız bilavasitə və
universal varislik qaydasında vərəsəliyi nizama salır, vasitəli və xüsusi vərəsəliyi isə
tənzimləmək funksiyasını yerinə yetirmir.
Qeyd olunmalıdır ki, miras qoyanın ölümündən sonra onun hüquq və vəzifə-
lərini vərəsələri heç kəsin vasitəçiliyi olmadan, bilavasitə miras əmlakı qəbul etmək
aktı əsasında əldə edirlər; bu zaman üçüncü şəxs tərəfındən əlavə hərəkətlər edilməsi
tələb olunmur. Bu nöqteyi-nəzərdən vərəsəlik bilavasitə hüquq varisliyi sayılır.
Vərəsələrinə miras qoyanın ayrı-ayrı hüquq və vəzifələri yox, tam və bütöv halda
onların bütün kompleksi keçir. Bu baxımdan isə vərəsəlik universal (ümumi) hüquq
varisliyi hesab edilir; universal (ümumi) hüquq varisliyi dedikdə, hüquq və vəzifə-
lərin məcmu halında başqasına keçməsi başa düşülür.
Bəzən şəxsə hüquq və vəzifələrin məcmusu (kompleksi) yox, bu və ya digər
ayrıca hüquq və vəzifə keçir ki, belə varisliyə xüsusi varislik deyilir. Sinqulyar (xü-
susi) varislik və universal (ümumi) varislik hüququ varisliyi iki növ olub, bir-birinə
qarşı qoyulur.
Sinqulyar varislik qaydasında vərəsəliyin mövcud olması məsələsi xeyli
müddətdir ki, müqayisə predmetinə çevrilmişdir və bu mübahisə indi də davam etdi-
yindən müasir dövrün mülki hüquq elmində, eləcə də vərəsəlik doktrinasında həmin
məsələ hələlik öz həllini tapmamışdır. Həmin məsələyə birmənalı şəkildə münasibət
bəsləyən müəlliflərin böyük əksəriyyəti varisliyin sinqulyarlığı ideyasını inkar edir,
bəziləri isə həmin ideyanı qəbul etmirlər.
ƏDƏBİYYAT
1.
Allahverdiyev S. Azərbaycan Respublikası Mülki hüququ. Dərslik. 4 cilddə. IV c. Bakı: Diqesta,
2008, 943 s.
2.
Антимонов Б.С. , Граве К.А. Советское наследственное право. М.: Наука, 1955, 540 с.
3.
Атфитеатров Г.Н., Солодилов А.П. Право наследования в СССР. М.: Министерство юс-
тиции СССР, 1948, 620 с.
4.
Власов Ю.Н., Калинин В.В. Наследственное право Российской Федерации: Учебное
пособие. М.: Юрайт, 352 с.
5.
Гражданское право: Учебник. В 2-х ч. Ч. I /Под ред. А.Т.Калпина, А.И.Масляева. М.:
1997, Юрист, 720 с.
6.
Гражданское право: Учебник / Под ред. В.В.Замеского, М.М.Рассолова. М.: 2002,
Юнитис, 820 с.
7.
Гражданское право: Учебник. В 2-х ч. Ч. I / Под ред. Е.А.Суханова. М.: БЕК, 2003, 861 с.
8.
Гражданское право: Учебник. В 2-х ч. Ч. I / Под ред. А.П.Сергеева, Ю.К.Толстого. М.:
Проспект, 1998, 786 с.
9.
Гражданское и торговое право капиталистических государств. Учебник. В 2-х ч. Ч. II /
Отв. ред. Л.Р.Нарышкина. Международные отношения. М.: 1984, 634 с.
10.
Гражданское право: Учебник. В 2-х ч. Ч. II / Отв. ред. Т.И.Илларионова, В.А. Плетнев. М.:
1998, Норма-инфа, 748 с.
31
11.
Советское гражданское право. Учебник. В 2-х ч. Ч. II / Под ред. Смирнова В.Т.,
Толстого Ю.К., Юрченко А.П. Л.: ЛГУ, 1982, 765 с.
12.
Гражданское право: Учебник. В 2-х т. Т. II / Отв. ред. Гусев А.Н. М.: Норма-Инфа 2003,
648 с.
13.
Гущин В.В. Наследственное право. Учебное пособие. М.: М.Дашков и К
о
2003, 304 с.
14.
Драников В.К. Наследование по завещанию в советском праве, К.: КГУ, 1957, 241 с.
15.
Иоффе О.С. Советское гражданское право, курс лекций. В 3 ч. Ч. III: ЛГУ, 1965, 648 с.
16.
Научно-практический комментарий к ГК РСФСР /Под ред. Рясенцева Е.А., М.: Юрид.
лит. 1966, 870 с.
17.
Протас Е.В. Гражданское право: Учебник. М.: Высшая школа, 2005, 736 с.
18.
Серебровский В.И. Очерки советского наследственного права. М.: Академия наук СССР,
1953, 368 с.
19.
Советское гражданское право. Учебник. В 2 т. Т. II / Под ред. О.А.Красавчикова, М.:
Высшая школа, 1985, 910 с.
20.
Советское гражданское право: Учебник. В 2-х ч. Ч. II / Отв. ред. В.Т.Смирнов, Ю.К.Тол-
стой, А.К.Юрченко, Л.: ЛГУ, 1982, 765 с.
21.
Черепахин Б.Б. Правоприемство по советскому гражданскому праву. М.: Госюриздат,
1962, 211 с.
22.
Халфина Р.О. Право наследования в СССР. Изд. 2-е. М.: Госюриздат, 1952, 420 с.
НАСЛЕДСТВЕННОЕ ПРАВО КАК ПОДОТРАСЛЬ
ГРАЖДАНСКОГО ПРАВА
Р.С.ДУНЬЯМАЛИЕВА
РЕЗЮМЕ
Наследственное право, являясь сводом норм, регулирующих наследственные
отношения, являются подотраслью гражданского права. Как и любая другая страна,
Азербайджанская Республика имеет свои нормы наследственного права. В статье ана-
лизируюся особенности наследственного права Азербайджанской Республики и даются
некоторые рекомендации по ее совершенствованию.
SUCCESSION LAW AS A BRANCH OF CIVIL LAW
R.S.DUNYAMALIYEVA
SUMMARY
Succession law as a branch of Civil Law regulates civil-legal relationships related to
succession. Azerbaijan Republic like other countries has its own regularities concerning suc-
cession law. The article analyzes specificities of succession law and provides recommen-
dations on its perfection.
32
Dostları ilə paylaş: |