Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial



Yüklə 92,54 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü92,54 Kb.
#39611


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3 

 

 

Sosial-

siyasi elmlər seriyası   

 

2014 

 

 



 

 

FƏLSƏFƏ 

 

 

UOT 1:001;001.8 

 

S

İSTEMLƏRİN ÖZÜNÜTƏŞKİLETMƏSİ  

VƏ SİNERGETİK PARADİQMA 

 

Ə.B.MƏMMƏDOV, S.M.TALIŞLI   

Bakı Dövlət Universiteti 

mamedov.aziz@gmail.com 

 

Məqalə  mürəkkəb  və  az  işlənmiş  bir  problemin  təhlilinə  həsr  olunmuşdur.  Burada  si-

nergetikanın elmi xüsusiyyətlərinin təhlilinə mikroaləmdə bifunksiya nöqtəsində mürəkkəb sis-

temlərdə  dissinativ  strukturların  yaranması,  sinergetika  ilə  fəlsəfənin  qarşılıqlı  əlaqəsi  açıq-

lanır, elmin intellektual bioqrafiyası haqqında obyektiv təsəvvür yaranır. 

 

Açar sözlər: sinergetika, paradiqma, mürəkkəblik, dissipativlik 

   


Elmi dövriyyəyə 1973-cü ildə daxil edilmiş “sinergenatika” termini qədim 

yu

nan dilinə məxsus “synegeticas” sözündən alınmışdır. Hərfi mənası “kollektiv ”, 



“birgə fəaliyyət” deməkdir. G.Hakenin elmi dairələrə yaxşı məlum olan və bir çox 

dillərə tərcümə olunmuş “Sinergetika” kitabının girişində bu elmin mahiyyəti belə 

açıqlanır: “Mən  öz təlimimi ona görə “sinergenatika” adlandırdım ki, əvvəla, onda 

sistemin  bir  çox  elementlərinin  birgə  fəaliyyəti  tədqiq  olunur,  həm  də  ona  görə 

belə  adlandırdım  ki,  özünütəşkiletməni  idarə  edən  ümumi  prinsiplərin  tapılması 

üçün müxtəlif  təlimlərin birgə fəaliyyəti zəruridir” [10, 24-25]. 

Hakenin  fikrindən  aydın  görünür  ki,  müasir  anlamda  “sinergenatika” 

sözünün iki mənası vardır: burada söhbət, bir tərəfdən sistemin elementlərinin 

kooperativ, birgə təsirindən, digər tərəfdən biliyin müxtəlif sahələrində fəaliy-

yət göstərən alimlərin birgə elmi əməkdaşlığından gedir. Sinergetikanın ikinci 

mənası  təsadüfi  olmayıb,  bu  elmin  özünün  mürəkkəb,  çoxaspektli  təbiəti  ilə 

şərtlənir, belə ki, sinergenatika yeni elmlərarası istiqamət olmaq etibarilə müx-

təlif elmlərin , o cümlədən fizika, riyaziyyat, kimya, biologiya, sistemotexnika, 

kibernetika, informatika, sosiologiya və s. bilik sahələrinin qovuşmasından ya-

ranmışdır.  Buna  görə  də  yalnız  bir  ixtisasa  yiyələnməklə  bu  elmin  qanuna-

uyğunluqlarını  dərk  etmək  mümkün  deyil.  Sinergetika  mürəkkəb  sistemləri 

85 



öyrənən mürəkkəb elmdir. Hakenin etirafına görə sinergetika müasir elmin si-

ner


getik  ideyaları  sayəsində  yaranmış,  müxtəlif  qohum  fənlərin  ümumi  anla-

yışlarının,  vahid  tədqiqat  prinsiplərinin  və  metodlarının  yaradılması  naminə 

onların  inteqrasiya  olunması  zərurətindən  doğulmuşdur.  Bir  sözlə,  sinergetik 

ideyalar konkret elmlərə məxsus spesifik anlayış və prinsiplərin ümumiləşdiril-

məsi və inkişafının nəticəsidir, belə ki, özünütəşkiletmə prosesləri ilk dəfə ayr-

ayrı konkret fənlərdə(fizika, kimya, kibernetika və s.) məhz bu elmlərdə müəy-

yən edilmişdir. Özünütəşkiletmə vahid sistem təşkil edən böyük sayda element-

lərin qarşılıqlı təsirlərinin məhsuludur.  

Sinergeti

kanın əsas məzmunu onun predmetində əks olunur: Sinergetika 



özünütəşkiledən mürəkkəb, açıq, qeyri-xətti, dissipativ, tarazlıq halından 

uzaq  yerləşən  sistemlərin  ümumi  qanunauyğunluqdarını  öyrənən  elmdir 

[1, 37-


41]. Sinergetikanın tədqiqat obyektini təşkil edən və elmin bu vaxtadək 

öyrəndiyi  sadə  və  özünütənzimləyən  mürəkkəb  sistemlərdən  özlərinin  özəl-

likləri ilə fərqlənən bu tipli sistemlər sinergetik sistemlər adlanır. 

Yuxarıda verdiyimiz xarakteristikadan aydın olur ki, sinergetik sistemlər 

müəyyən  tip  sistemlər  olub,  ümumiyyətlə,  sistemlərin  malik  olduğu  ümumi 

əlamətlər ilə (tamlıq, emercent xassələr, hissələr, elementlər, struktur, kompo-

zi

siya, funksiya və s.) yanaşı bir sıra özəl, təkrarsız xüsusiyyətlərə də malikdir-



lər. Sinergetik sistemlər haqqında oxucuda daha aydın təsəvvür yaratmaq üçün 

onun səciyyəvi əlamətlərinin də  nəzərdən keçirilməsi vacibdir. Bu zərurətdən 

çıxış edərək biz sinergetik sistemlərin əsas əlamətlərinin qısa xarakteristikasını 

verməyə çalışaq. 

Sinergetik sistemlərin mühüm əlamətlərindən birincisi onların mürəkkəb 

olmasıdır.  Sistemin  mürəkkəbliyi  onun  elementlərinin  say  çoxluğu,  bu  ele-

ment

lərin qarşılıqlı təsirlərinin zənginliyi, sistemin struktur mürəkkəbliyi, sis-



tem  funksiyalarının  rəngarəngliyi,  ətraf  mühitin  təsirlərinə  sistemin  reaksiya-

sının mürəkkəbliyi və s. amillər ilə müəyyən olunur. 

Sinergetik sistemin ikinci əlaməti onun özünütəşkiletməsidir. Qeyd edək 

ki,  istər  cansız  təbiətdə,  istərsə  də  canlı  aləmdə  təkamülün  hər  bir  addımı 

materiyanın atributu sayılan özünütəşkiletmə prosesləri ilə bağlıdır. Özünütəş-

kil


etmə  anlayışı  mürəkkəb  sistemlərdə  baş  verən  özünüstrukturlandırma, 

özünütənzimləmə, özünühasiletmə proseslərini ifadə edir. 

Sinergetik  sistemlərin  üçüncü  əlaməti  onların  açıq  sistemlər  olmasıdır. 

Açıq sistemlər elə sistemlərdir ki, onlar xarici mühitdən fasiləsiz olaraq maddə, 

enerji  və  informasiya  qəbul  edir  və  bu  mübadilə  hesabına  özlərinin  qeyri-ta-

razlıq hallarını qoruyub saxlayırlar. 

Sinergetik  sistemlərin  mühüm  əlamətlərindən  birini  də  onların  qeyri-



xəttiliyi təşkil edir. Professor D.İ.Trubetskov qeyri-xəttiliyin obrazını aşağıdakı 

sözlərlə ifadə edir: “Elmi tədqiqatın əsrimizə gətirdiyi fəxri titullar arasında ən 

az ahəngdarı, lakin ən çox əhəmiyyətlisi qeyri-xəttilikdir” [9, 314]. 

Sinergetik

ada  öyrənilən  sistemlərin  nüvəsini  “qeyri-xətti  mühit”  təşkil 

edir. Qeyri-



xətti mühit elə mühitdir ki, onun xassələri həmin mühitdə cərə-

86 



yan edən proseslərdən asılıdır, onun hərəkəti isə qeyri-xətti (iki və ya daha 

çox tərtibli) riyazi tənliklərlə təsvir olunur. Özünütəşkiledən mürəkkəb sistem-

lərin həssaslıq həddini nümayiş etdirən qeyri-xəttilik, həm də bu sistemlərin tə-

ka

mül yollarının diskretliyini yaradaraq mühitdə məcburi və ya spontan bütün 



həcmi boyunca elementləri və altsistemləri arasında dəyişmələrin baş vermə-

sini təmin edir. Müxtəlif  istiqamətlərdə inkişafa qabil olan xətti sistemlərdən 

fərqli olaraq qeyri-xətti sistemlər mümkün inkişaf yollarından yalnız birini 

seçməyə qabildirlər. 

Sinergetik  sistemlərin  beşinci  əlaməti  onların  termodinamik  tarazlıq 



ha

lında kifayət qədər uzaqda olmasıdır. Əgər  sistem tarazlıq nöqtəsində və 

ya  ona  yaxın  bir  nöqtədə  qərar  tutmuşdursa,  bu  halda  o  özünün  xaos  və  ya 

nizamsız halına uyğun maksimum entropiyaya malik olacaqdır. 

Nəhayət, sinergetik sistemlərin mühüm əlamətlərindən biri də dissipativ-



lik xassəsidir. İ.Priqojininin təbirincə, dissipativliyin ən sadə izahı bundan iba-

rətdir  ki,  və  forma  etibarilə  rəngarəng    maddi  sistemlərdən  necə  təşkil  olun-

muşdur? Görəsən canlı təbiət qeyri-adi şəraitdə təsir göstərən amillərin təsadüfi 

gedişindənmi  sinergetik  sistem  açıq  olduğundan  ətraf  mühitdən  qəbul  etdiyi 

ener

jini özünün hər hansı bir nöqtəsində və yaxud kiçik bir həcmində kristal-



laşdırmayıb, başlayaraq özlərini spontan surətdə təşkil edirlər. Mürəkkəb sis-

temlər məhz dissipativlik hesabına xaosdan, nizamsızlıqdan nizama, qay-

daya, özü

nütəşkiletməyə keçirlər [11, 108-110]. 

Bir elm kimi sinergetikanın bəşəriyyətin mənəvi həyatında rolu ondadır 

ki, o özünütəşkiletmənin yayır. Açıq sistemlərin elementləri dissipatsiya aktları 

hesabına  kollektiv  və  kooperativ  fəaliyyətə  materiya  təşkilinin  bütün  səviy-

yələrində  meydana  gəlməsi  imkanını  müəyyən  etmişdir.  Buna  görə  də,  özü-

nütəşkiletmə materiyanın universal xassəsidir. 

Müasir elmi idrakda özün

ütəşkiletmə  paradiqmasından  geniş  istifadə  edil-

məsi bir sıra mühüm fəlsəfi – metodoloji problemlər irəli sürür. Həmin problem-

lərdən biri özünütəşkiletmənin aləmin ümumi təkamül prosesindən və onun mexa-

nizminin müəyyənləşdirilməsindəki rolunun açıqlanmasından ibarətdir. Bu müna-

sibətlə belə bir məsələni aydınlaşdırmağa çalışaq ki, bizi əhatə edən aləm məzmun 

və forma etibarilə rəngarəng maddi sistemlərdən necə təşkil olunmuşdur? Görəsən 

canlı  təbiət  qeyri-adi  şəraitdə  təsir  göstərən  amillərin  təsadüfi  gedişindənmi 

yaranmış, canlı materiyanın, daha sonra isə cəmiyyətin yaranması ilə başa çatmış, 

yoxsa özünütəşkiletmənin qanunauyğun nəticəsi kimi meydana gəlmişdir? 

Bəşəriyyətin  inkişaf  tarixindən  məlumdur  ki,  cəmiyyətin  yaranması  və 

insanların  maddi  nemətlər  istehsalında  şüurlu,  məqsədəuyğun  fəaliyyətinin 

başlanması ilə əlaqədar olaraq təşkil olunmanın da yeni üsulu meydana çıxmış-

dır.  Təşkilatlanmanın  bu  yeni  forması  özünütəşkiletmə  idi.  Özünütəşkiletmə 

cəmiyyətin bir sıra sferalarında kortəbii baş verdiyi təqdirdə, onun nəticələri in-

sanlar tərəfindən irəlicədən dərk olunmamış müəyyən ictimai və dövlət təşki-

latları isə şüurlu surətdə formalaşaraq ayrı-ayrı insan qruplarının, xalqların və 

dövlətlərin konkret məqsəd və maraqlarını izləmişlər. Buradan isə cəmiyyətin 

təkamülü  prosesində  özünütəşkiletmə  ilə  təşkiletmənin  fərqləndirilməsi,  on-

87 



ların  düzgün  nisbətinin  və  qarşılıqlı  təsirinin  müəyyənləşdirilməsi  zərurəti 

doğmuşdur. Özünütəşkiletmənin tədqiqi müxtəlif təbii və sosial sistemlərin tə-

kamül 

mexanizminin aydınlaşdırılması üzərinə əlavə işıq salır. Biz intuitivcəsi-



nə anlayırıq  ki, sistemlərin inkişaf səviyyəsi onların mühitlə qarşılıqlı təsirin-

dən əhəmiyyətli dərəcədə asılıdır. Darvinin təkamül nəzəriyyəsi başlıca diqqəti 

canlı  orqanizmlərin  təkamülünə  olan  xarici  şəraitin  təsirinə  yönəldirdi.  Açıq 

sistem


lərin  müasir  konsepsiyası  isə  sistemlərin  mühitə  əks  təsirini  ön  plana 

çəkərək  təkamülün  cərəyan  etdiyi  ümumi  şəraiti  daha  geniş  bucaq  altında 

görməyə əlverişli imkan yaradır. 

Özünütəşkiletmə  başlığı  altında  sinergetikanın  əsas  ideyaları  tarixin 

dərinliklərinə gedib çatır [8, 29-37]. Antik fəlsəfəyə göstərilən maraq xatirinə 

qeyd  edək  ki,  hələ  Aristotel  tərəfindən  aydın  dərk  olunan  bu  problem  ondan 

xeyli  əvvəllər  də  qədim  yunanların  kosmoqonik  təsəvvürlərinin  inkişafında 

önəmli rol oynamış, mifoloji təfəkkürə heç də pis yiyələnməmiş qədim yunan 

biliciləri  dünyanın  formalaşmasına  kosmosun  və  ya  nizamın  xaosdan  və  ya 

hərcmərclikdən,  nizamsızlıqdan  yaranması  fikrinə  şərik  çıxmışlar.  Lakin  bu 

ümumi  ideya  antik  yunan  təfəkküründə  eksperimental  təbiətşünaslığın  olma-

ma

sı  üzündən  elmi  cəhətdən  əsaslandırılmış  hipotezadan  daha  çox  dahiyanə 



gümandan başqa bir şey olmamışdır. Lakin Avropanın mənəvi-intellektual hə-

ya

tında mühüm mərhələ təşkil edən Yeni dövr mədəniyyətində sadə mexaniki 



sistemləri  öyrənmək  məqsədilə  irəli  sürülən  prinsip  və  metodlar  da  ictimai 

həyat hadisələrini, sosial sistemləri öyrənmək üçün yaramadı. Məhz buna görə 

də, təəccüblü deyildir ki,  sosial-iqtisadi və humanitar elmlər meydana gəldik-

ləri ilk vaxtlarda belə, özünütəşkiletmə problemi ilə qarşılaşdılar. 

Belə bir sual da xüsusi maraq kəsb edir ki, insanların maraq və məqsədlə-

rinin müxtəlifliyinə, hətta əksər hallarla onların əksliyinə baxmayaraq bazarda 

kimsə  tərəfdən  planlaşdırılmayan  spontan  qaydalar,  nizam  necə  yaranır?  Biz 

mənəviyyat normaları haqqında da düşündükdə eyni sualla rastlaşırıq: görəsən, 

bu normalar yuxarıdan diqtə olunur, yoxsa onlar insanların mədəni-tarixi inki-

şafının gedişində dəyişən həyat şəraitinin təsiri altında formalaşır? Özünütəş-

kiletmənin  intuitivcəsinə  anlaşılması  ilə  bağlı  olan  bu  suallar  bir  o  qədər  də 

aydın və  dəqiq olmayan formada ilk dəfə məhz   sosial-iqtisadi və humanitar 

elmlərdə söylənilmişdir. Buna  görə də, bu sualların rasional analitik xarakter 

daşımasından daha çox  intuitiv xarakter daşıması onların sinergetik baxışları-

nın sonrakı inkişafı üçün əhəmiyyətini heç də azaltmır. Təsadüfi deyil ki, müa-

sir alimlər klassik siyasi iqtisadın banisi A. Smiti kibernetikanın müjdəçisi ad-

lan

dırır və öz mövqelərini belə bir dəlillə əsaslandırırlar ki, müasir kibernetika-



nın əsas  prinsiplərindən sayılan “mənfi əks əlaqə prinsipi”,  bir o qədər də ay-

dın olmayan şəkildə olsa da, ilk dəfə məhz A.Smit tərəfindən söylənilmişdir. 

A

lman  filosofu  İ.Kant  özünütəşkiletmə  probleminə  təbiətdə  daxili 



məqsədəuyğunluq məsələsi ilə bağlı təbii və süni obyektlərin fərqini araşdırdığı 

“Mühakimənin tənqidi” əsərində fəlsəfi dünyagörüşü kontekstində toxunmuş-

dur. Kantın təbirincə, təbiət elə təşkil olunmuşdur ki, onun sanki hər bir hissəsi 

88 



öz mövcudluğu üçün yalnız digər hissələrə borcludur və o, ancaq bu  hissələri-

nin hesabına mövcuddur. Sistemin elementləri yalnız  bu şərt daxilində  özünü-

təşkil edən varlıqlar kimi mövcud ola bilirlər. Təəssüflər olsun ki, canlı və so-

sial  sistemlərin  öz-özünə  funksiyalaşması  və  təkamülü  haqqında  yeni  radikal 

ideyalar  maarifçilik  fəlsəfəsində  və  onunla  bağlı  olan  rasionalizmdə  özünün 

sonrakı  inkişafını  tapmadı.  Rasionalizmin  “dünyanı  ağıl  idarə  edir”  ehkamı 

cəmiyyət və onun obyektiv inkişaf qanunları haqqında həqiqi təsəvvürlərin for-

ma

laşdırılmasını uzun müddətə ləngitdi. 



Özünütəşkiletmə prinsipinin dərinliyinin və ümumiliyinin dərkinə təbiət 

və  ictimai  elmlərin  müxtəlif  sahələrində  fəaliyyət  göstərən  tədqiqatçıların 

pərakəndəliyi  də  az  mane  olmamışdır.  Bu  dövrdə  təbiət  və  ictimai  elmlərin 

metodlarının  bir-birinə  qarşı  əks  qoyulması,  həmçinin  pozitivistlər  tərəfindən 

id

rakın təbii-elmi metodların sosial və humanitar elmlərə daxil edilməsi cəhd-



ləri  də  buna  geniş  meydan  açırdı.  Bu  müdaxilə  isə  sosial-humanitar  elmlərin 

nümayəndələri tərəfindən kəskin etirazlarla qarşılanırdı. Bütün bunlara baxma-

ya

raq müxtəlif elmlərin ayrı-ayrı problemlərinin həllində özünütəşkiletmə prin-



sipi  özünü  bu  və  ya  başqa  formada  göstərirdi.  Məsələn,  U.Kennon  fiziolo-

giyada məşhur homeostaz prinsipini formulə etmişdi. Bu prinsipə  görə,  canlı 

or

qanizmlər dəyişilən xarici şəraitə adaptasiya (uyğunlaşma) prosesində özlə-



rini bir qayda olaraq həyat fəaliyyətlərinin parametrlərinin dayanıqlığını qoru-

yub saxlaya biləcək bir tərzdə dəyişirlər [2, 183-185]. 

Mənfi  əks  əlaqə  prinsipini  ümumiləşdirən  kibernetikanın  yaranması  da  

özünütəşkiletmə  proseslərinin  tədqiqinə  yeni  impuls  vermişdir.  Bu  prinsip  sa-

yəsində dinamik sistemlərdə dayanıqlı halların mövcudluğunu, onların homeo-

stazını, bazarda tələb və təklif arasındakı tarazlığı tənzimləyən  spontan nizamlı 

və bir çox digər proses və hadisələri  izah etmək mümkün olmuşdur. Lakin əks 

əlaqə prinsipi dinamik sistemlərdə dayanıqlıq və nizamın necə yaranmasını de-

yil,  yalnız  saxlanmasını  izah  edə  bilirdi.  Halbuki,  adına  uyğun  olaraq  özünü-

təşkiletmə  sistemdə  yeni  nizam  və  strukturların  təşkili,  onların  dəyişilməsi, 

sistemdə elementlərin qarşılıqlı təsirləri sayəsində yeni təşkilin və strukturların 

meydana gəlməsi deməkdir. Başqa sözlə, elementlərin davranışlarındakı hər cür 

dəyişikliyin və  özünütəşkiletmənin səbəbini sistemlə mühitin qarşılıqlı təsirində, 

onların  maddə,  enerji  və  informasiya  mübadiləsində  axtarmaq  lazımdır. Lakin 

kibernetikada quraşdırılan avtomatlar və texniki qurğular həqiqətdə xarici təşkilə 

əsaslanır,  onlarda  baş  verən  “özünütəşkiletmə”  prosesləri  irəlicədən  insan- 

konstruktor  tərəfindən  planlaşdırılır.  Kibernetik  qurğulardan  fərqli  olaraq  canlı 

təbiətdə  və  cəmiyyətdə  özünütəşkiletmə  və  ona  əsaslanan  təkamül  yalnız 

dinamik tarazlığın saxlanılmasına müncər edilmir. [5, 7-11]. Sistemin təkamülü 

gec və ya tez, bu və ya digər dəyişikliklərlə müşayiət olunur. Bu dəyişikliklərin 

sırasına  onların  parametr  və  strukturlarında  baş  verən  və  yeninin  yaranmasına 

gətirib çıxaran hər cür kəmiyyət və keyfiyyət dəyişiklikləri də aiddir. Canlı və 

cansız aləm arasındakı məhz bu dərin fərq uzun müddət klassik termodinamika 

(fizika)  ilə  Darvinin  təkamül  nəzəriyyəsi  (biologiya)  arasında  həll  edilməmiş 

89 



ziddiyyət kimi mövcud  olmuşdur. 

Sinergetikanın  müasir  elm  qarşısında  ən  böyük  xidməti  ondadır  ki,  bu 

elm sistemlərin və strukturların yaranma mexanizmini açmaq üçün keyfiyyətcə 

mənfi əks əlaqə prinsipindən fərqlənən müsbət əks əlaqə prinsipindən istifadə 

edir.  Bu  prinsipə  görə,  köhnə  sistemdə  baş  verən  dəyişikliklər  sistemdən  kə-

narlaşdırılmayıb,  əksinə,  bir  yerə  toplanaraq,  daha  da  gücləndirilir  [7,  3-15]. 

Bütün hallarda olduğu kimi sinergetik sistemlərdə də tədricən kəmiyyət dəyiş-

mələri sistem çərçivəsində köklü keyfiyyət dəyişmələrinə başlanğıc verir və bu 

dəyişikliklər son nəticədə yeni strukturlu, yeni xassəli sistemlərin yaranmasına 

gətirib çıxarır. 

Sinergetika  yeni elmi istiqamət olmaq etibarı ilə dərin fəlsəfi məzmuna 

malikdir.  Sinergetikanın  bu  keyfiyyəti  təsadüfi  olmayıb,  bütün  elmlər  üçün 

səciyyəvi olan ümumi bir cəhətdən irəli gəlir. Həmin ümumi cəhət isə bundan 

ibarətdir ki, hər bir elmin məzmunu üç blokdan - elmin mənzərəsindən, onun 

xüsusi metodologiyas

ından və fəlsəfi əsaslarından ibarətdir. 

Bütün elmlər kimi sinergetika da gerçəkliyi qanunlar, anlayışlar, kateqo-

riyalar, idey

alar, prinsiplər və nəzəriyyə formasında əks etdirir. Sinergetikanın  

anlayış və kateqoriyaları, ehtiva etdiyi ideya və nəzəriyyələr onun gerçəkliyə 

münasibətini ehtiva edib sinergetikanın elmi mənzərəsini formalaşdırır. 

Bir elm olmaq etibarilə sinergetikanın həm də özəl, özünəməxsus meto-

dologiyası vardır. Özünütəşkiledən mürəkkəb sistemləri öyrənmək üçün siner-

getika özünün xüs

usi,  təkrarsız  metodlarından  istifadə  edir.  Həmin  metodlar 

məcmusu isə sinergetikanın xüsusi metodologiyasını yaradır. 

Sinergetikanın məzmununda onun fəlsəfi əsasları xüsusi yer tutur. Siner-

getikanın fəlsəfi əsasları onun fəlsəfə ilə qarşılıqlı münasibətinin ifadəsi kimi 

çıxış edərək onun dünyagörüşünün mahiyyətini təşkil edir. 

Biliyin müxtəlif formaları olmaq etibarilə sinergetika və fəlsəfə arasında 

qarşılıqlı  əlaqə,  qarşılıqlı  şərtlənmə  mövcuddur.  Sinergetika  və  fəlsəfənin  bu 

əlaqəsi təsadüfi olmayıb, belə bir ümumi cəhətə malikdir ki, istər sinergetika, 

istərsə də, fəlsəfə eyni bir dünyanı öyrənir. Lakin bununla belə, sinergetika və 

fəlsəfənin predmeti heç də üst-üstə düşmür. Sinergetika ilə müqayisədə fəlsəfə 

daha universal elm statusunda çıxış edir. Sinergetikanın mərkəzində nizam və 

xao


sun  qarşılıqlı  əlaqəsi  məsələsi,  fəlsəfənin  nüvəsində  isə  əlaqə,  hərəkət  və 

qar


şılıqlı təsir münasibətləri dayanır. Bu baxımdan fəlsəfənin qanun və kateqo-

ri

yaları  sinergetikanın  müvafiq  qanun  və  kateqoriyalarından  daha  ümumi 



səciyyə daşıyır. Sinergetika yalnız mürəkkəb sistemləri, fəlsəfə isə eyni zaman-

da həm sadə, həm də mürəkkəb sistemləri də öyrənir. Sinergetika yalnız özünü-

təşkiledən  prosesləri,  fəlsəfə  isə  həm  özünütəşkiletməyən,  həm  də  özünütən-

zim


ləyən və özünütəşkiledən prosesləri öyrənir. Bu baxımdan fəlsəfə sinergeti-

ka

ya nisbətən daha geniş, daha ümumi səciyyə daşıyan elmdir. Sinergetika isə 



fəlsəfənin təbii elmi əsaslarından yalnız biridir. Sinergetikanın fəlsəfənin inki-

şafına  gətirdiyi  bir  sıra  yeniliklər  ilə  diqqəti  çəkir.  Sinergetika  ilə  fəlsəfənin 

qarşılıqlı əlaqəsini əks etdirən həmin yeniliklərə qısaca da olsa nəzər yetirək.  

90 



Fəlsəfədə nizam və xaosun nisbəti məsələsində  nizam bir qayda olaraq, 

harmoniyanın, xaos isə qaydasızlığın, intizamsızlığın göstəricisi rolunu oyna-

mışdır. Deməli, fəlsəfə nizam ilə xaos arasında sədd çəkmiş, onları bir-birindən 

qəti  sürətdə  ayırmışdır.  Fəlsəfədən  fərqli  olaraq  sinergetika  nizam  ilə xaosun 

əlaqəsini əks etdirir. Sinergetika sübut etmişdir ki, nizam ilə xaos arasında ke-

çil


məz sərhəd yoxdur: Nizamın daxilində xaos, xaosun daxilində isə nizam var-

dır. Xaos nizamdan, nizam isə xaosdan törəyir. Təbiətdə ən mükəmməl  nizam 

məhz xaosun yaratdığı nizamdır. Fəlsəfəyə görə xaos destruktiv, yəni dağıdıcı, 

nizam isə konstruktiv və yaradıcı səciyyə daşıyır. Fəlsəfəyə görə nizamın mü-

təşəkkil strukturu olduğu halda, xaosun strukturu yoxdur. Sinergetika isə sübut 

edir ki, xaos heç də dağıdıcı, destruktiv deyil, onda yaradıcılıq, konstruktivlik 

əlaməti,  özünəməxsus  keyfiyyəti  vardır.  Sinergetika,  həmçinin  sübut  edir  ki, 

ni

zam kimi xaosun da strukturu vardır. Fərq bundadır ki, nizamın strukturu da-



ya

nıqlı, xaosun strukturu isə dayanıqsızdır. 

Sinergetika və fəlsəfənin qarşılıqlı əlaqəsini zərurət və təsadüf kateqori-

yalarının münasibətlərində də görmək olar. Dialektik fəlsəfə kursunda mükəm-

məl öyrənilən bu problemin həllində üstünlük bir qayda olaraq zərurət kateqo-

ri

yasına verilir. Fəlsəfə də oxucuya belə bir fikir aşılayır ki, zərurət və təsadü-



n münasibətində zərurət birinci və əsas, təsadüf ikinci və törəmədir. Burada 

zərurətin təsadüf üzərində üstünlüyü özünü həm də belə bir cəhətdə göstərir ki, 

tün təsadüflərin arxasında zərurət yerləşir. Yəni zərurət təsadüflərin yaradıcı-



sı, bir növ onların formalaşmasının əsasını təşkil edən generatordur. Sinergeti-

ka

ya gəldikdə isə vəziyyət kökündən dəyişilir. Belə ki, sinergetikada zərurətin 



təsadüf üzərində hökmranlığı aradan qaldırılır, təsadüf daha geniş nisbi müstə-

qil


liyə malik olan fenomen kimi təqdim olunur. Sinergetikaya görə proses və 

ha

disənin funksiyalaşmasında və inkişafında zərurətlə yanaşı təsadüfün də rolu 



yükdür.  Bu  prosesdə  təsadüf  zərurəti,  hətta  üstələyə  də  bilir.  Gerçəklikdə 

pro

ses və hadisələrin meydana gəlməsində təsadüflərin rolu kifayət qədər bö-



yük

dür. Təsadüflər haqda nəzəriyyə stoxastik və ya ehtimal nəzəriyyəsi adla-

nır. Bu nəzəriyyənin prinsip və müddəaları sinergetikada öz təsir dairəsini ge-

nişləndirərək proseslərin cərəyan etməsində özlərinin aparıcı mövqeyini ortaya 

qoyur.  

Sinergetika və fəlsəfənin qarşılıqlı əlaqəsinin digər bir cəhəti öz ifadəsini 

təkamül  anlayışında  tapır.  Fəlsəfədə  təkamül  anlayışı  ilə  biz  kəmiyyət  dəyiş-

mələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanununda rastlaşırıq və bu nəzə-

riy

yədə təkamül inkişafın formalarından biri kimi, arasıkəsilməz, tədricən kə-



miy

yət dəyişmələri kimi çıxış edir. Sinergetikada isə təkamül anlayışı tamamilə 

yeni məzmun, yeni məna kəsb edir. Belə ki, əgər fəlsəfəyə görə təkamül yalnız 

bir istiqamətdə, yalnız bir trayektoriya boyunca baş verirsə sinergetikada bifur-

ka

siya  nöqtəsində  sistemin  təkamülü  müxtəlif  trayektoriyalar  boyunca  istiqa-



mətlənir və bu istiqamətlərin hər biri sistemin gələcəyi ilə bağlı olur. Burada 

artıq gələcəyin fəlsəfi və sinergetik anlamları arasında kəskin fərq yaranır. Belə 

ki, əgər fəlsəfədə sistemin yalnız bir gələcəyi varsa, sinergetikada onun gələcə-

91 



yi çox mənalı və müxtəlifdir. 

Sinergetika ilə fəlsəfənin fərqinin digər bir cəhəti də bundan ibarətdir ki, 

əgər fəlsəfəyə  görə sistemin inkar böhran nöqtələrində baş verirsə və hər bir 

ölçü daxilində belə böhran nöqtələrinin sayı sağ və solda olmaq etibarilə iki-

dirsə, sinergetikada sistemin köhnədən yeniyə keçidi bifurkasiya adlanan yal-

nız bir nöqtədə baş verir. Əgər fəlsəfədə sistemin böhran nöqtələrinə yaxınlaş-

ması kəmiyyət dəyişmələri vasitəsilə yaranırsa, sinergetikada sistemin bifurka-

siya  nöqtəsinə  yaxınlaşması  fluktasiyalar  vasitəsilə  baş  verir.  Fluktasiya de-

dikdə  sistemdə  baş  verən  kiçik  harmonik  rəqslər  başa  düşülür.  Fluktasiyalar, 

ümu


miyyətlə, sistemlərin ayrılmaz səpkiləri olub, hər bir zaman baş vermək-

dədirlər.  Sinergetikaya  görə  sistem  tarazlıq  vəziyyətindən  uzaqlaşdıqda öz 

funk

siyalarını artıraraq bifurkasiya nöqtəsinə çatır və bu nöqtədə sistemin fluk-



tasiyaları güclənərək onun təkamül  yolunun şaxələnməsinə, sistemin təkamü-

lünün müxtəlif trayektoriyalar boyunca səpələnməsinə səbəb olur. Bu göstərir 

ki,  hər  bir  sistemin  gələcəyə  düşməsi  birmənalı  olmayıb,  çoxmənalı  xarakter 

da

şıyır. 



Sinergetikan

ı  fəlsəfədən  fərqləndirən  mühüm  cəhətlərdən  biri  də  zaman 

anlayışı ilə bağlıdır. Klassik fizikaya görə zaman geriyə dönən, kvant fizikasına 

görə zaman geridönməzdir. Priqojinin  rəhbərliyi ilə Belçika məktəbi belə bir 

kəşfə  imza  atmışdır  ki,  zaman  istər  makro-,  istərsə  də  mikroaləmdə  geridön-

məzdir, yəni dünyada yalnız bir “zaman oxu” vardır. Bu zaman vektoruna görə 

zaman keçmişdən indi vasitəsilə gələcəyə doğru axır. 

Beləliklə, biz görürük ki, yeni elmlər arası istiqamət, yəni dünyagörüş ol-

maq  etibarı  ilə  sinergetika  fəlsəfə  ilə  sıx  bağlıdır.  Bu  mənada  sinergetikanı 

fəlsəfənin təbii elmi əsaslarından biri kimi qəbul etmək olar. 

 

ƏDƏBİYYAT

 

1.

 



Qurbanov F. Sinergetika: Xaosun astanasında. Bakı: Bakı Universiteti, 2004, 316 s. 

2.

 



S

əmədova R.M., Məmmədov Ə.B. Sistemli yanaşma və sinergetik paradiqma. Bakı, 2012, 

279 s. 

3.

 



Аршинов В.И. Синергетика как феномен постнеклассической науки. М: Ифран, 1999, 

350 s. 


4.

 

Гайденко П.П.Проблема рациональности на исходе ХХ века // Вопросы философии, 



1991,№6, s.3-15. 

5.

 



Князева Е.Н., Курдюмов С.П. Основания синергетики. М.: УРСС, 2005, 240 s. 

6.

 



Князева Е.Н., Синергетика как новое мироведение: диалог с Пригожиным//Вопросы 

философии, 1992, №12, с.3-20. 

7.

 

Николис Г., Пригожин И. Познание сложного М: Едиториал УРСС, 2003, 344 с. 



8.

 

Пригожин И., Стенгерс И. Квант, Хаос, время. К решению парадокса времени. 



М.УРСС, 2003, 240 с. 

9.

 



Трубецков Д.И. Введение в синергетику. Хаос и структуры. М: УРСС, 2004,  240 с. 

10.


 

Хакен Г. Синергетика. М.: Мир, 1980,  404 с. 



 

 

 

92 



ЯВЛЕНИЯ САМООРГАНИЗАЦИИ СИСТЕМ И  

СИНЕРГЕТИЧЕСКАЯ ПАРАДИГМА 

 

А.В.МАМЕДОВ, С.М.ТАЛЫШЛЫ 



 

РЕЗЮМЕ 

 

 



В статье рассматриваются основные  понятия и представления современной меж-

дисциплинарной теории самоорганизации и коэволюции сложных систем. Синергетиче-

ские идеи живо иллюстрируются образами из фактов разнообразия в живой природе. 

В статье также рассматривается также диалектическая взаимосвязь синергетики и 

философии. В этом аспекте раскрывается значение синергетики для философии, а также 

философии для синергетики. 



 

Ключевые слова: синергетика, парадигма, сложность, диссипативность 

 

 



PHENOMENA OF SELF-ORGANIZATION SYSTEMS  

AND SYNERGETIC PARADIGM 

 

A.B.MAMMADOV, S.M.TALISHLI 

 

SUMMARY 

 

The article deals with the main concepts and the ideas of modern inderdisciplinary theo-

ry of organization and coevolution of diffucult systems/ Synergetic ideas illustrate characters 

of different datas in vivid nature/ 

The article also considers with dialectical interaction of synergetic and philosophy/ In 

this aspect the mean of synergetic is explained for philosophy. 



 

Key words: synergetic, paradigm, complexity 

93 

Yüklə 92,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə