Baki universitetiNİn xəBƏRLƏRİ №3 Təbiət elmləri seriyası



Yüklə 83,38 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü83,38 Kb.
#43259


 

 

158 



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Təbiət elmləri seriyası 

 

 

2013 

 

 



 

 

COĞRAFİYA 

 

 

УДК 911.3 



 

AZƏRBAYCANDA URBANİZASİYANIN MÜASİR VƏZİYYƏTİ  

VƏ ONUN İNKİŞAF İSTİQAMƏTLƏRİ 

 

V.

Ə.ƏFƏNDİYEV, F.E.QASIMOVA  

Bakı Dövlət Universiteti 

Fira-9@rambler.ru 

 

Məqalə müstəqillik dövründən ehtibarən Azərbaycan Respublikası şəhərsalma və şəhər 



məskunlaşdırılmasına  əhali-iqtisadi  göstəricilərinə  təsir  edən  amillərdən  bəhs  edir.  Sonuncu 

siyahıyaalma göstərdi ki,  əhalinin 53 %-dən çoxu şəhərlərdə yaşayır və sənayenin inkişafı ilə 

urbanizasiya 

prosesləri daha da genişlənir.  

Müasir dövrdə cəmiyyətimizdə baş verən siyasi, iqtisadi  və sosial dəyişikliklərin şəhər 

məskunlaşmasına  təsiri,  urbanizasiyanın  müasir  vəziyyəti  və  onun  inkişaf  istiqamətləri, 

urbanizasiya prosesində qarşıda duran əsas problemlər və onların həlli yolları göstərilmişdir. 

 

Açar 

sözlər: urbanizasiya prosesi, demoqrafik proses, şəhər məskunlaşması, qəsəbə  

 

Müasir  dövrdə  cəmiyyətimizdə  baş  verən  siyasi,  iqtisadi  və  sosial 

dəyişikliklər respublikamızın şəhər məskunlaşmasına öz təsirini göstərir. Belə 

ki,  Azərbaycan  şəhərləri  öz  inkişafında  yeni  mərhələyə  keçir,  bu  isə  öz 

növbəsində onu bir sıra problemlərlə qarşılaşdırır. 

Məskunlaşmanın mütərəqqi mərhələsi olan urbanizasiya bir çox iqtisadi 

və sosioloji əlaqələrə malikdir. Urbanizasiyanın inkişafı məhsuldar qüvvələrin 

yüksəlişi,  məskunlaşmanın  formalaşması  ilə  yanaşı,  yaşayış  məntəqələrinin 

funksional inkişafı ilə də bağlıdır. Müasir urbanizasiyanın xarakterik cəhətlə-

rindən biri də onun elmi-texniki nailiyyətlər əsasında inkişaf etməsidir. 

Ümumiyyətlə,  urbanizasiya  proseslərinin  yaranmasında  və  inkişafında 

cəmiyyətin  çoxtərəfli  əlaqələri  əks  olunur.  Bunlar  isə  kompleks  coğrafi 

tədqiqat metodlarının tətbiqini tələb edir. 

Urbanizasiya müəyyən tarixi mərhələlərdə, cəmiyyətin inkişafı ilə bağlı 

olub  şəhər  mühitini  formalaşdırır.  Bununla  yanaşı,  istehsal  münasibətlərini, 

sənaye  sahələrini  və  nəqliyyatın  xarakterini  əks  etdirir.  Bu  proseslər  eyni 

zamanda beynəlxalq aləm və mərkəzlərlə intensiv əlaqələrə malik olur. 



 

 

159 



Şəhər  məskənlərinin  ərazi  aspekti  və  inkişafı  ümumi  urbanizasiya 

prosesinin xüsusiyyətləri ilə səciyyələnir. 

Keçmiş  sovet  dövründə  şəhərsalmada  urbanizasiyanı  nizamlayan  kon-

sepsiyalar  formalaşdırılır,  respublikalar  və  iri  iqtisadi  rayonlar  üçün  nəzərdə 

tutulmu

ş şəhərsalma prinsipləri, həyata keçirilirdi. Bu müddəalar nisbətən kiçik 



olan regionlara da şamil edilirdi. Bəzən yerli xüsusiyyətlər nəzərə alınmayaraq, 

məskunlaşma  və  şəhərsalma  məsələlərində  iqtisadi-coğrafi  yanaşma  kifayət 

dərəcədə istifadə olunmuşdur. 

Mərkəz  şəhərlərin  inkişaf  prosesi  kimi  urbanizasiyanın  kənar  əraziləri 

arasındakı  fərqlər  məskunlaşma  ziddiyyətlərini  ortaya  çıxarır  və  bəzən  də 

həmin ziddiyyətlərin müəyyən qədər aradan götürülməsinə kömək edir. Buna 

misal  olaraq  Bakı  şəhərinin  mərkəzi  ilə  onun  ətraf  yaşayış  məntəqələri  ara-

sındakı  nəqliyyatın,  xidmət  sahələrinin,  istilik,  enerji  xidmətlərinin  keyfiyyət 

və kəmiyyətcə fərqli olmasını, şəhər ətrafı rayonlara tətbiq edilən yeniliklərin 

ondan  xeyli  əvvəl  şəhər  mərkəzində  özünə  yer  tutmasını  göstərmək  olar. 

Bunun  da  əsas  səbəbi  mütəmadi  olaraq  mərkəzi  hissədə  yeniliklərin  və 

inkişafın olmasıdır. 

Urbanizasiya  prosesində  qarşıda  duran  əsas  məsələ  əhalinin  məşğulluq 

problemidir.  Azərbaycanda  müstəqillik  illərdən  (1991-ci  il)  başlayaraq  başqa 

sahələrdə olduğu kimi, aqrar sahədə də tənəzzülün baş verməsi, təsərrüfatların 

dağılması kənd əhlisinin iş yerlərinin itirməsinə səbəb oldu. Regionlarda isteh-

sal müəssisələrinin bağlanması, torpaqlardan istifadənin (əkib-becərilməsinin) 

çətinləşməsi əhalinin şəhərlərə, əsasən də Bakıya gəlməsinə səbəb olmuşdur.  

Yaranmış iqtisadi böhran, əhalinin dolanacaq şəraitinin xeyli pisləşməsi, 

yeni bazar münasibətlərinə keçidin doğurduğu əlavə çətinliklər, xüsusən tica-

rətin liberallaşması nəticəsində Gürcüstan Respublikasında yaşayan soydaşla-

rımızın  müəyyən  hissəsi,  habelə  Azərbaycan  rayonlarının  minlərlə  sakini 

qeydiyyatsız  böyük  şəhərlərdə  (xüsusən  Bakıda)  daimi  alver  etməklə  həmin 

şəhərlərin əhalisinin sayını xeyli artırmış və şəhərlərin infrastrukturunda böyük 

gərginlik yaratmışlar. Öncədən iş yerlərinin Bakı şəhərində cəmləşməsi, kənd 

və  rayon  əhalisini  məşğulluq  probleminin  həlini  şəhərdə  axtarmağa  məcbur 

edirdi. 

Müstəqillik dövründən etibarən Azərbaycan Respublikası şəhərsalma və 

şəhər məskunlaşdırılmasının əhali-iqtisadi göstəricilərinə təsir edən ən başlıca 

amillərdən biri də miqrasiya prosesidir. Tamamilə planlaşdırılmamış, bu günə 

kimi  baş  verən  xaotik  miqrasiya  prosesi,  hər  bir  planlaşdırmaya  və 

ümumiyyətlə, normal inkişafa ciddi təsir etmişdir. 

Urbanizasiya

nın inkişafı, xüsusən əhalinin miqrasiya çevikliyinin artması 

və  son  20  ildə  miqrasiya  axınının  böyük  miqyas  alması  şəhər  məskənləri 

əhalisinin cins-yaş, peşə, etnik tərkibində böyük dəyişikliklərə səbəb olmuşdur. 

Xüsusən  əhalinin  peşə  və  milli  tərkibində  əsaslı  dəyişikliklər  baş  vermişdir. 

Yeni  gələnlərin  əsasən  kənd  yerlərindən  olduğunu,  gedənlərin  isə  fəhlə  və 

qulluqçu  olduğunu  nəzərə  alsaq  şəhər  əhalisinin  peşə  tərkibində  baş  vermiş 



 

 

160 



kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında təsəvvür yaranır. Bu dəyişiklik-

lər  şəhərlə  məşğulluq  problemini  xeyli  gərginləşdirmiş,  yeni  gələnləri  öz 

peşələri  üzrə  işlə  təmin  etməkdə  əlavə  çətinliklər  yaratmışdır.  Son  illərin 

miqrasiya  prosesləri  nəticəsində  şəhər  məskənlərində  azərbaycanlıların  sayı 

əhalinin əksəriyyətini təşkil edir. 

2009-


cu  ildə  keçirilmiş  son  siyahıyaalmaya  görə,  hazırda  Azərbaycan 

Respublikasında əhalinin sayı 9 milyon nəfərdən çoxdur. Bunun 53,1 % şəhər, 

46,9 % isə kənd əhalisidir. Lakın bu rəqəm 1897-ci ildə Azərbaycanda əhalinin 

sayı  1806.7  min  nəfər  (şəhər  –  16.9%,  kənd  –  83.1%), 1959-cu  il  siyahı-

yaalmasına  görə,  respublika  əhalisi  3,684  mln.  nəfər  (şəhər  –  47%,  kənd  – 

53%), 1970-

ci ildə əhalinin sayı 5,117 mln. (şəhər – 50%, kənd – 50%), 1979-

cu ilə görə əhali 6,027 mln. (şəhər – 52,6%, kənd – 47,4%), 1989-cu ildə əhali 

7,021 mln. 

(şəhər – 53,7%, kənd – 46,3%), 1999-cu ildə isə əhali 7,953 mln. 

(şəhər – 51%, kənd – 49%) olmuşdur. Gördüyümüz kimi urbanizasiya prosesi 

nəticəsində  şəhər  əhalisinin  artmasına  və  kənd  əhalisinin  azalmasına  səbəb 

olmuşdur. 

Məlumdur ki, əhalinin yaşayış  yerinə görə təsnifatı onun pasport qeydiy-

yatına görə təyin edilir. Lakin bu gün əhalinin bir hissəsi pasport qeydiyyatında 

rayonlarda olsa 

da, Bakı və Sumqayıt kimi iri şəhərlərdə yaşayır. Buna görə də  

şəhərlərdə  yaşayanların  sayı  rəsmi  statistikada  göstəriləndən  xeyli  çoxdur. 

Azərbaycanda  urbanizasiya,  yəni  kənd  əhalisinin  şəhərə  axını  prosesi  gedir. 

Hal-


hazırda Bakı şəhərində yaşayan əhalinin sayı haqqında müxtəlif rəqəmlər 

göstərilir. Bəzi qeyri-rəsmi məlumatlara görə şəhər və ətraf ərazilərində yaşa-

yanların sayının 4 milyonu keçdiyi göstərilir. 2009-cu il son siyahıyaalınmaya 

görə rəsmi Bakı şəhərinin əhalisi 2 milyon 50 min  nəfər, ərazisi isə 2,13 min 

km

2

 



olduğu bildirilir.  

Planlı və nəzarət altında, düzgün siyasətə əsaslanacaq urbanizasiyanın bir 

çox  müsbət  cəhətləri  vardır.  Məsələn,  elm  və  texnikanın  səviyyəsi  yüksəlir, 

mədəniyyət və incəsənətin səviyyəsi yüksəlir, ticarət və nəqliyyat inkişaf edir, 

istehsal edilən əmtəə və xidmətlərin keyfiyyəti artır, fikir mübadilələrində axı-

cılıq və canlanma yaranır, fikir müxtəlifliyinin inkişafı ilə məhsuldar bir təbəqə 

yarandığı halda regionlarda yaranan iqtisadi çətinliklər nəticəsində əhalinin şə-

hərə üz tutması paytaxtda əlavə problemlərin meydana gəlməsinə səbəb olur. 

Ur

banizasiyanın müsbət cəhətləri ilə yanaşı mənfi nəticələri də vardır. Şəhərlə-



rə axının çoxalması və əhali sıxlığı, bu regionda torpaqların tikililərlə örtülmə-

si, ekoloji şəraitin mürəkkəbləşməsi və şəhər əhalisinin işlə təmin olunmasında 

çətinliklərin yaranması, işıq, qaz, su, kanalizasiya və digər kommunal xidmət-

lər sahəsində əmələ gələn yüklənmə, havanın çirklənməsi kimi problemlər hiss 

olunur. Hal-

hazırda Bakı şəhəri dünyanın bütün böyük şəhərlərində olduğu ki-

mi urbanizasiyanın mənfi fəsadlarını yaşayır. Bu da şəhər sakinlərinin sağlam-

lığına mənfi təsir göstərir. Urbanizasiya prosesi nəticəsində ətraf mühitin, ha-

vanın çirklənməsi, yollarda nəqliyyatların yaratdığı tıxaclar, böyük səs-küy, in-



 

 

161 



sanlarda stress hallarını artıraraq müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb 

olur.  


Göstərilən problemlərin Bakı şəhər aqlomerasiyası sistemində baxılması, 

bununla  əlaqədar  şəhərsalma  proseslərinin  tənzimlənməsi  dövrün  ən  aktual 

məsələlərindəndir.  

Azərbaycan  Respublikası  Prezidentinin  «Bakı  şəhərinin  qəsəbələrinin 

sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı»nın təsdiq 

edilməsi haqqında sərəncamı olmuşdur. Bu proqrama uyğun olaraq, həm şəhər-

ətrafı qəsəbələrin və həm də onların daxil olduqları ayrı-ayrı inzibati rayonların 

yan


acaq və enerji təchizatı, rabitə xidmətləri, ekoloji şəraitin mühafizəsi məsə-

lələri, mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişaf etdirilməsi və xidmətlə-

rin yaxşılaşdırılması ilə yanaşı su təchizatı və kanalizasiya işlərini yaxşılaşdır-

maq, yeni 

iş yerlərinin yaradılması, mənzil, yol təsərrüfatı və s. sosial-iqtisadi 

məsələlərin  əsaslı  həlli  məqsədilə  müxtəlif  təyinatlı  tədbirlərin  yerinə  yetiril-

məsi  nəzərdə  tutulmuş,  gənclər  və  idman  məsələlərinə  də  xüsusi  diqqət 

ayrılmışdır. 

Q

əsəbələr Azərbaycanın  yaşayış  məntəqələrinin 5,5%-ni təşkil  edir, 



respublika 

əhalisinin 15,1 %-ni özündə  cəmləyir. Göründüyü kimi, qəsəbələr 

Az

ərbaycanın ərazi inzibatı bölgüsündə az bir pay təşkil etsə də, ölkənin apa-



rıcı  təsərrüfat sahələrində  rolu çox böyükdür. Qəsəbələrin ölkənin idarəedici 

orqanında  da  rolu  böyükdür.  Hər bir qəsəbədə  icraedici  orqanın  və  bələdiy-

y

ələrin nümayəndəlikləri  vardır  və  qəsəbələr ölkənin mərkəzi icraedici 



orqanlarının işində yaxından iştirak edirlər. 

Az

ərbaycanda urbanizasiya prosesi 1870-ci illərdə «neft bumu» dövrünə 



t

əsadüf edir. Məhz o dövrdən başlayaraq ölkədə «şəhərləşmə» prosesi böyük 

vüs

ət  almış,  şəhərlərin  sayı  və  əhalisi  durmadan  artmışdır.  Ona  görə  də  bu 



prosesin n

əticəsi olaraq Azərbaycanda 1930-cu illərdə  yeni  tipli  şəhər 

m

əskənləri-qəsəbələr  əmələ  gəlməyə  başlamışdır.  Bu  qəbildən  olan  yaşayış 



m

əntəqələri öz tarixi inkişaf mərhələlərində, neft və qazın hasilatı və emalı ilə 

yanaşı,  kənd təsərrüfatı  məhsullarının  emalı,  pambıqtəmizləmə  zavodlarının, 

konserv (meyv

ə-tərəvəz və balıq) sənayesi müəssisələrinin, balıq vətəgələrinin, 

daş və qum karxanalarının yaxınlığında, kurort-rekreasiya və turizm mərkəzlə-

rind

ə, dəmir yolu stansiyalarının ətrafında yaranmışdır. Nəhayət, inkişaf dövr-



l

ərini keçən bu yaşayış məntəqələri növbəti mərhələyə qədəm qoyublar. Belə 

ki, 

əhalisi sürətlə artan, təsərrüfat sahələrinin böyük potensialı olan qəsəbələr 



şəhər statusu alır, öz daşıdıqları funksiyaları genişləndirən yaşayış məntəqələri 

q

əsəbəyə çevrilir, perspektivi olmayan yaşayış məntəqələri isə tənəzzülə məruz 



qalaraq l

əğv olunurlar.  

Az

ərbaycanda qəsəbələrin əmələ gəlməsi əsasən iki istiqamətdə olub:  



1) Neft hasilatı və onun emalı olan ərazilərdə yaranan qəsəbələr;  

2) K


ənd yaşayış məntəqələrinin inkişaf edərək qəsəbələrə çevrilməsi. 

Qeyd etm


ək lazımdır ki, qəsəbə anlayışı və onların əmələ gəlməsi SSRİ 

dövrün


ə  təsadüf  edir.  Bu  yaşayış  məntəqələri kəndlərdən kəskin fərqlənərək 


 

 

162 



(b

əzi hallarda əhalisinin ümumi sayına görə istisna olmaqla) yerinə yetirdikləri 

funksiyalarına və əhalisinin məşğuliyyətinə görə şəhər yaşayış məntəqələri ilə 

eynilik t

əşkil edirlər. Yəni şəhərlərdə olan həyat tərzi, şəhər mühiti və əhalinin 

m

əşğuliyyəti qəsəbələrdə  də  müşahidə  edilir.  Bu  baxımdan  fərqlər ondan 



ibar

ətdir  ki,  şəhərlərdə  bu proseslər daha əhatəlidir. Məhz buna görə  də 

q

əsəbələrin tədqiqində onun nəzəri-metodoloji əsasları şəhərlərlə eynilik təşkil 



ed

ərək (xüsusilə kiçik şəhərlərdə) urbanizasiya prosesinin təsiri altında inkişaf 

edir v

ə vahid şəhər məskənlərini yaradır. 



Azərbaycanda urbanizasiya prosesi kəndlərin tamamilə silinməsi anlamı-

na gəlməməlidir. Əksinə, kənd təsərrüfatının modernləşdirilməsi və məhsuldar-

lığın artırılması nəticə etibarilə rəqabət qabiliyyətinin yüksəlməsinə gətirəcək. 

Kənd  təsərrüfatı  sahəsində  qənaət  edilən  əmək  resursları  isə  urbanizasiya 

prosesi çərçivəsində şəhərə transfer edəcək. Bu gün dünyada sürətlə genişlənən 

"rəqəmsal nəsil" Azərbaycanda da formalaşır və əmək resurslarının keyfiyyət 

və kəmiyyət etibarilə yeni mərhələyə qədəm qoyur. 

Müstəqillik dövründən etibarən Azərbaycan Respublikası şəhərsalma və 

şəhər məskunlaşdırılmasının əhali-iqtisadi göstəricilərinə təsir edən ən başlıca 

amil miqrasiya prosesidir. Miqrasiyanın istiqaməti isə Bakı istiqamətinə yönəl-

mişdir. Tamamilə planlaşdırılmamış, bu günə kimi baş verən xaotik miqrasiya 

pr

osesi,  hər  bir  planlaşdırmaya  və  ümumiyyətlə,  normal  inkişafa  ciddi  təsir 



etmişdir.  Lakin  Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı 

Dövlət  Proqramlarının  hazırlanması  və  həyata  keçirilməsilə  əlaqədar  (Bakı 

şəhərinin rayon və qəsəbələri, ölkənin regionları üzrə tədbirlər və s.) regionlar-

da 


vəziyyətin  yaxşılaşmasına  və  bu  proseslərin  qarşısının  alınmasına  səbəb 

olmuşdur. 

Respublikada  miqrasiyanın  ən  «cəzbedici»  qüvvəsi  və  miqdarı  Bakı-

Abşeron  zonasına  düşür.  Paytaxta  yaxınlaşdıqca  miqrasiyanın  miqdarı  düz 

mütənasib  artır  və  periferiya  (kənar)  zonalarında  miqrasiyanın  təsir  qüvvəsi 

azalır. Lakin əhalinin fiziki dəyişməsi miqrasiya şəhərsalmanın digər atributları 

ilə  tərs  mütənasiblik  təşkil  edir.  Yəni  mərkəzə  doğru  əhali  sıxlığı  artdıqca 

ərazinin digər şəhərsalma göstəriciləri, norma və qaydalara riayət olunması və 

xaosun yüksəlməsi baş verir. 

Urbanizasiyanın inkişafı, xüsusən əhalinin miqrasiya çevikliyinin artması 

və  son  20  ildə  miqrasiya  axınının  böyük  miqyas  alması  şəhər  məskənləri 

əhalisinin cins-yaş, peşə, etnik tərkibində böyük dəyişikliklərə səbəb olmuşdur. 

Xüsusən əhalinin peşə və milli tərkibində əsaslı dəyişikliklər baş vermişdir. Bu 

dəyişikliklər şəhərdə məşğulluq problemini xeyli gərginləşdirmiş, yeni gələn-

ləri öz peşələri üzrə işlə təmin etməkdə əlavə çətinliklər yaratmışdır. Son illərin 

miqrasiya  prosesləri  nəticəsində  şəhər  məskənlərində  azərbaycanlıların  sayı 

əhalinin əksəriyyətini təşkil edir. 

Urbanizasiyanın  mənfi  təsiri  şəhərsalma  prosesində  də  özünü  göstərir. 

Bölgələrdən paytaxta üz tutan insanların müvəqqəti və ya daimi yaşayış yerilə - 

mənzillə təminatı çox ciddi problemdir.  




 

 

163 



Lakin yaşayış massivləri yaradılarkən inkişaf perspektivini əks etdirilən 

layihələşdirilmə  istiqamətində  deyil,  pərakəndəlik  həyata  keçirilir.  Belə 

yaradılan yaşayış massivləri böyük problemlər yaradır. Xüsusi olaraq nəqliy-

yatda,  işıq,  qaz,  su  təchizatında,  kanalizasiya  sistemində  problem  yaranan 

massivlərdə  xüsusi  olaraq  əhalinin  həddən  ziyadə  çox  təmərküzləşməsi, 

toplanması böyük sosial problemlər yaradır və əhalinin bu vəziyyətinə, sosial 

durumuna çox mənfi təsir göstərir. Belə məskunlaşmasını nəzərə alaraq burada 

yaradılan hər bir yeni yaşayış massivlərinə ciddi yanaşılmalıdır. Yeni yaradılan 

yaşayış  massivləri  xüsusi  olaraq  mövcud  imkanlar  daxilində  həyata 

keçirilməlidir. Yəni onun əhalisinin işlə təmin olma məsələləri, əhalinin sosial 

rifah  halını  yaxşılaşdıran  tədbirlər  nəzərdə  tutulur.  Əfsuslar  olsun  ki,  yeni 

yaradılan bəzi yaşayış massivləri vulkanlara yaxın yerləşdirilir. Gələcəkdə bu 

yaşayış  massivləri  vulkan  püskürmələrinə  məruz  qala  bilər.  Dövlət  Layihə 

İnstitutunda  Abşeronun  yaşayış  məntəqələrinin  layihələşdirilməsi  planında 

qaçqın  və  məcburi  köçkünlərin  nəzərə  alınmaması  həddən  ziyadə  problemlər 

yaradır.  Bu  isə  müəyyən  mənada  böyük  sosial  problemlərin  yaranmasına, 

xüsusi olaraq ətraf mühitin kəskin surətdə çirklənməsinə səbəb olur. Belə hallar 

layihələrdə  nəzərdə  tutulsa  da  inşaat  işlərində  heç  də  həmişə  nəzərə  alınmır. 

Ona görə də yeni salınan yaşayış massivləri aşağıdakı parametrlərə ərazi cavab 

verərsə,  belə  ərazilərdə  yeni  yaşayış  massivlərinin  salınması  məqsədəuyğun 

hesab  edilə  bilər.  Birinci  növbədə  bu  ərazinin  mövcud  əhalinin  işıq,  qaz,  su 

problemləri, nəqliyyat sistemləri ilə təmin edilmə məsələsi nəzərə alınmalıdır. 

Bunların nəzərə alınmaması gələcəkdə yeni yaradılmış yaşayış massivləri çox 

böyük problemlər yarada bilər. 

Yaranmış vəziyyəti nizamlamaq üçün dövlət səviyyəsində əsaslı islahat-

lar  aparılması  zəruriyyəti  yaranmışdır.  Bazar  iqtisadiyyatına  keçid  mərhə-

ləsində şəhərlər və şəhərin özünə xas problemləri meydana çıxır və öz həllini 

tələb  edir.  Bu  yaşayış  massivləri  ümumi  məskunlaşma  sisteminin  mühüm 

tərkib hissəsi olmaqla, ictimai və sosial həyatımızda əhəmiyyətli rol oynayırlar. 

Ətraf  ərazilər  şəhərin  simasına,  funksiyasına,  onun  əhalisinin  həyat  tərzinə 

güclü təsir göstərərək, ona ətalət verir. Belə yaşayış massivlərinin əhalisinin bir 

hissəsi dünənki kəndlilərdir. 

Abşeron  kimi  urbanizasiya  səviyyəsi  yüksək  olan  ərazilərdə    əhalinin 

daha  çox  məskunlaşması,  urbanizasiya  səviyyəsi  aşağı  olan  ucqar  ərazilərdə 

əhalinin  azalması  prosesi  gedir.  Şəhərlərdə  urbanizasiyanın  qarşısını  almaq, 

geniş mənada yaxşılaşdırılmaq üçün ucqar regionlarda təsərrüfat strukturasında 

müasir  tələblərə  cavab  verən  şəhəryaradıcı  -  sənaye  sahələrinin,  maşınqayır-

manın, elektrotexnikanın, yüngül sənayenin və s. inkişafına üstünlük verilməli,  

yeni iş yerləri açmalı, tarixi məşğulluq ənənələrinin bərpasının nəzərə alınması, 

əhalinin  qaz,  su,  elektrik  enerjisi  ilə  təchizatını  yaxşılaşdırmaq,  mədəni-

intelle

ktual  mühit  formalaşdırmaq,  güzəştli  kreditlər  verilmək  və  şərtləri 



yüngülləşdirilməli, gənc mütəxəssislərin məvacibləri artırılmalı və onların bəzi  

kommunal xərcləri dövlət tərəfindən ödənilməlidir. 




 

 

164 



Dövlət,  urbanizasiya  siyasətini  tənzimləmək  məqsədilə  bir  sıra 

layihələrinin icrası istiqamətində müəyyən işlər görür. Regional iqtisadiyyatın 

formalaşmasına dəstək məqsədilə Dövlət proqramlarının qəbulu, gənc ailələrin 

mənzillə  bağlı  problemini  həll  etmək  üçün  İpoteka  kreditləri  layihəsinin  və 

digər  proqramların  reallaşması  insan  resurslarının  qorunmasına,  idarə 

olunmasına hesablanıb. Urbanizasiya prosesi işsizlik, regional balansın pozul-

ması və sosial xarakterli digər problemlərlə şərtlənir.  

Qeyd etmək lazımdır ki, ölkəmizin iqtisadi və sosial-demoqrafik inkişafı 

mərhələsində,  yəni  iqtisadi  islahatlar,  suverenliyimizin  verdiyi  imkanlar, 

mülkiyyətin  bütün  formalarından  istifadə  etməyə  şərait  yaradılmasına 

baxmayaraq,  məhsuldar  qüvvələrin  yerləşməsinin  yeni  konsepsiyası  işlənib 

hazırlanmayıb. Hazırda əvvəlki idarəetmə və inkişaf prinsiplərinin bəziləri işə 

yaramır.  Bununla  yanaşı,  keçmiş  işlərin  müsbət  təcrübələrini  yeni  dövrün 

konsepsiyası  ilə  əlaqələndirməklə  şəhərlərin  inkişaf  yollarını  müəyyən  edib, 

onların iqtisadi və sosial həyatlarını formalaşdırmaq lazımdır. 

Urbanizasiya sosial prosesin, s

ənaye və  şəhər nəqliyyatının  inkişafının 

m

əcmusudur.  Şəhər isə  tarixi fenomen kimi konkret cəmiyyətdə  yenilik 



tör

ədən, öndə gedən obyektdir. Şəhər məskunlaşması başqa yaşayış məntəqələ-

rin

ə nisbətən əhali məskunlaşmasının əsas aparıcı elementi olmaqla, istehsalın 



t

əmərküzləşməsinə, izafi məhsulların alınmasına təsir edən mühüm amildir. Bu 

proses k

ənd yaşayış məntəqələrindən fərqli olaraq sıx əhali məskunlaşmasına 

şərait yaradır və əhalinin yüksək fəallığına səbəb olur. 

 

ƏDƏBİYYAT 

1.

 

Azərbaycan  Respublikası  regionlarının  2009-20013-cü  illərdə  sosial-iqtisadi  inkişafı 



Dövlət Proqramı. Bakı: Nurlar, 2009, 183 s. 

2.

 



Az

ərbaycan  Respublikası  Prezidentinin  «Bakı  şəhərinin qəsəbələrinin sosial-iqtisadi 

inkişafının  sürətləndirilməsinə  dair tədbirlər  Proqramı»nın  təsdiq edilməsi  haqqında 

S

ərəncamı. Bakı, 27 fevral, 2006, №1338.  



3.

 

Azərbaycan regionları 2010, Bakı: ARDSK, 2010, 647 s. 



4.

 

Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı. Bakı: ARDSK, 2006.  



5.

 

Əhalinin 2009-cu ildə siyahıyaalınmasının yekunları. Bakı: 2010. 



6.

 

Əfəndiyev  V.Ə.,  Dəmirqayayev  Ş.Q.  Azərbaycan  Respublikası  şəhərlərinin  inkişafının 



coğrafi məsələləri. Bakı: Nicat, 1995, 172 s. 

7.

 



Əfəndyev  V.Ə.  Urabanizasiya  və  Azərbaycanın  şəhər  yaşayış  məskənləri.  Bakı:  Bakı 

Universiteti, 2002, 395 s. 

8.

 

Əfəndiyev V.Ə. redaktəsi ilə. Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası. 



Bakı: Bakı Universiteti, 2010. 470 s. 

9.

 



Əfəndiyev V.Ə., Qasımova F.E. Azərbaycanda qəsəbə. Bakı, 2013, 218 s.  

 



 

 

165 



СОВРЕМЕННОЕ СОСТОЯНИЕ УРБАНИЗАЦИИ В АЗЕРБАЙДЖАНЕ И 

НАПРАВЛЕНИЯ ЕГО РАЗВИТИЯ 

 

В.А.ЭФЕНДИЕВ, Ф.Э.ГАСЫМОВА 

 

РЕЗЮМЕ 

 

В статье анализируются факторы, влияющие на градостроительство и городское 



расселение  Азербайджана  на  современном  этапе.  Последняя  перепись  выявила,  что 

более  53  %  населения  страны  живет  в  городах,  и  с  развитием  промышленности 

урбанизационные процессы возрастают. 

Выявлено  влияние  политических,  социально-экономических  изменений  на 

городское  расселение  Азербайджана,  современное  состояние  урбанизации  и  пути  его 

развития. 



 

Ключевые  слова:  процесс  урбанизации,  демографический  процесс,  городское 

поселение, поселок. 



 

THE CURRENT STATE OF URBANIZATION IN AZERBAIJAN AND  

DIRECTIONS OF ITS DEVELOPMENT  

 

V.A.AFANDIYEV, F.E.GASYMOVA  

 

SUMMARY  

 

The paper analyzes the factors affecting urban planning and urban  resettlement  in 

Azerbaijan. The last census revealed that over 53% of the population lives in cities, and with 

the development of industrial processes urbanization processes increase.  

The influence of political, social and economic progress of changes on  the urban 

settlement  in  Azerbaijan, the current state of urbanization and ways  of its development  are 

revealed.  

 

Keywords: urbanization, demographic processes, urban settlement, settlement 

 

Redaksiyaya daxil oldu: 17.09.2013-cü il 

Çapa 

imzalandı: 29.10.2013-cü il. 

 

 



 

 

 



 

Yüklə 83,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə