Baki universitetiNİn xəBƏRLƏRİ №3



Yüklə 73,31 Kb.

tarix12.10.2018
ölçüsü73,31 Kb.


 



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№3    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

DİLÇİLİK 

 

 



 

UOT 81’28;81’286 

Dialektologiya və linqvistik coğrafiya 

 

MƏHDUD DAİRƏDƏ İŞLƏNƏN DİALEKT SÖZLƏRİN  

LEKSİK MƏNALARI 

 

S.ƏLİYEVA (ƏSGƏROVA) 

Bakı Dövlət Universiteti 

kansan70@mail.ru 

 

Dialekt  leksikasının  özünəməxsus  xüsusiyyətləri  vardır.  Ədəbi  dilin  lügət  tərkibi  ilə 



müqayisədə  dialekt  leksikasında  mühafizəkarlıq  nəzərə  çarpır.  Son  vaxtlar  məhdud  işlənmə 

dairəsi olan dialekt sözlərinə bədii əsərlərdə tez-tez rast gəlinir. Məqalədə həmin sözlərin bədii 

mətnlərdə  çoxalmasına  müsbət  münasibət  bildirilir.  Qeyd  edilir  ki,  dialekt  sözlərin  lügət 

tərkibini zənginləşdirməklə yanaşı, həm də milliləşmə prosesini gücləndirir. 

 

Açar sözlər: məhdud, leksika, dialekt sözlər, bədii əsər, lügət 

 

Məhdud dairədə işlənən dialekt sözləri müxtəlif leksik qruplara aid olur. 



Ey

ni fonetik tərkibli sözlər ayrı-ayrı dialekt və şivələrdə bəzən eyni məna bil-

dirmir. Məsələn, bibi sözü Qazax dialektində forma və mənaca fərqlənir. Yəni 

həmin leksem büvü formasında əmi və ya dayının arvadı mənasını ifadə edir. 

Etimologiyasını türk dilləri materialları əsasında izah etmək mümkün deyildir. 

Belə  hal  yarananda  Qafqaz-iber  dilləri  materiallarından  istifadə  etmək  lazım 

gəlir. Buna səbəb bir sıra dialekt və şivələrimizin Qafqaz-iber dilləri əhatəsində 

olmasıdır. Ona görə də, Zaqatala-Qax şivəsində işlənən: aoiy (ana), beteley:bab 

(əmiarvadı), Gəncə rayon şivələrində rast gəlinən dodu (ana) sözləri nümunə 

göstərilə bilər. Adiy zaxurca nənəyə deyildiyi, ləzgi dilində də dide, du anaya 

deyilir. Yəqin ki, Gəncə dialektindəki dodu sözü də buradandır. Beteley avar 

dilində əmi arvadı deməkdir. 

Məhdud dairədə qohumluq əlaqələrini ifadə edən sözlərin bir hissəsinin 

işlənmə imkanları indi gənclərin mənalarını anlaya bilmədikləri səviyyədə da-

ral

mışdır. Belə sözlərin mənasını ancaq təsviri yolla ifadə etmək mümkündür: 




 

güni, quda, yengə, elti, göm, bacanax, yeznə dediyimizə nümunə ola bilər. Mə-



sələn, guni – bir kişinin iki arvadının bir-birinə verdiyi addır. Quda – qız və 

oğlan ata-analarının bir-birinə verdiyi ad kimi başa düşülür. Yengə-gəlini bəyin 

evinə  ötürən  qadın  və  ya  qardaş  arvadına  deyillər.  Elti-iki  və  ya  bir  neçə 

qardaşın arvadları mənasını bildirir. Göm

ərləri, yeznə - bacının əri. 

Artırılan əlavə edilən şəkilçilərin artıq işləkliyini itirməsi həmin sözlərin 

daha qədimliyindən xəbər verir. 

Quda  sözünə  quda  (türkmən  dili),  küda  (qırğız,  qazax  dilləri)  kuda, 

kudajı (tura, oyrat dilləri) şəklində, göyü//göm, kürəkən sözlərinə küyey (qazax 

dili),  küdəə  (tuva  dili),  küyöö  (qırğız  dili)  formasında  bir  sıra  türk  dillərində 

təsadüf edilir. Yengə, elti sözləri türk dilində, elti sözünü isə türkmən dilində 

də görə bilirik. Yeznə sözünə qırğız dilində, başqırd dilində yeznə şəklində də 

rast 

gəlmək  mümkündür.  Başqırd  dilində  geyəu  sözünün  kiçik  qızın  ərinə, 



yeznənin isə böyük qızın ərinə deyilməsi də maraqlıdır. Daha qədim dövrlərlə 

səsləşən  köhnə  təsərrüfat,  həyat  və  məişət  qaydalarını  əks  etdirən  bir  sıra 

sözlərin  dialekt  və  şivələrimizin  lüğət  tərkibində  mühüm  yer  tutduğunu  görə 

bilirik. Köhnə ölçü, ay, gün adları və s. belə sözlər sırasına daxildir. 

Qədim  tarixli  sözlər  sırasına  alət  anlamlı  xış,  cüt,  ulama,  cəhrə,  kirkirə 

(qaz), əldegirmanı (B.), şadara (Qaz., G., Qaz.). 

Köhnə ölçü və ölçü ilə bağlı adlar da maraq doğurur: batman, mağar (ək-

sər  dialekt  və  şivələrimizdə),  ismil,  uruf,  arva  (ağırliq  ölçüsü),  çərəx,  qulac 

(Qaz, Tov.

),  şəkləm  (yarısına  qədər  doldurulmuş  çuval  (Mər),  çanax,  daqqa 

(Z., Qax.). 

Köhnə təsərrüfatla bağlılığı qeyd edilən gün, ay adları da diqqət cəlb edir. 

Azərbaycanda sovet hakimiyyətindən əvvəl həm ədəbi dil, həm də dialekt və 

şivələrimizdə  islam  dininə  uyğun  əmələ  gəlmiş  ay  adları  –  şaban,  ramazan, 

məhərrəm  və  s.  sözlər  işlənmişdir.  –  Gün  adlarının  müəyyən  hissəsini  isə 

farsdan keçmə sözlər təşkil edirdi: seşənbə, yekşənbə, düşənbə, pəncşənbə və s. 

Lakin islam dininin qəbulundan əvvəl dilimizdə təsərrüfatla bağlı bir çox ay, 

gün adlarından istifadə edilmişdir. Sonralar isə bu sözlərin bir qismi islam dini-

nin  təsiri  ilə  dilimizdən  çıxmışdır.  Belə  vəziyyətin  yaranmasına  baxmayaraq 

haq


qında  söhbət  açılan  sözlərdən  indi  də  dialekt  və  şivələrimizin  lüğət  tər-

kibində  açılan  işlənməkdədir.  Onlara  çillə  (böyük, kiçik),  keciqıran,  qorabi-

şirən,  quyruğ  doğan  (B.Muğ.)// quyruğ  doğan  (Qaz),  payız//  ceyran  kölgəyə 

gələn  ay  (payızın  2-ci  ayı),  kələvəz  ayı  (payızın  3-cü  ayı)  (Muğ),  gilas  ayı 

(gilas yetişən ay), leysan ayı (yaz fəsli), mədaxil ayları, oğlaxqıran ay (mart), 

xəzan ayları (payız) (Ord.) adına//adna (Qaz, Şal, g, A) sözləri daxildir. 

Keçmiş köçəri həyatı ilə əlaqəli gün adlarına duz günü (mala duz verilən 

gün),  süt  günü  (süd  verilən  gün),  həmçinin  Bakının  Novxanı  kənd  şivəsində 

rast gəlinən həftənin bütün günlərinin adını göstərmək mümkündür. Məsələn: I 

gün – süt gün, II gün – 

süt gününün dannası, III gün – dannasının dannası, IV 



 

gün qatlığı aş pişən gün, V gün – kiçik cümə düşən gün, VI gün – oba bırdan 



köçən gün, VII gün – gənə gəldi süt günü. 

Qazax dialektində də məhdud dairədə işlənən dialekt sözləri mühüm bir 

siste

m təşkil edir. Azərbaycan dilinin digər dialektlərində olduğu kimi burada 



da  məhdud  dairədə  işlənmələri  ilə  seçilən  dialekt  sözlərini  müxtəlif  leksik-

semantik, yaxud tematik dil vahidləri qrupuna aid etmək mümkündür. Məsələn, 

maldarlığa  aid  sözlər  bunlardır:  peşqurt  (beçindən  sonra  dağa  getmə),  mal 

damnan  çıxan  vaxtı,  mal  dama  girən  vaxdı  (payızın  son  ayı),  yayılan  vaxtı 

(yaz

da  səhər-səhər  mal-qaranın  örüşə  aparılması  vaxtı),  malyellənən  vaxtı 



(səhər-səhər  mal-qara  ota  daraşan  vaxtı)  döl  vaxtı,  mal-qara örüşdən  dönən 

vaxtı (axşam saat 6-7 radələri), mal-qara sağını vaxtı (səhər saat 8-9 radələri), 

mal  sağını  vaxtı  (səhər  8-9  radələri),  qoyun  sağını  vaxtı  (gündüz  saat  1-də) 

quzu  əmişə  gələn  vaxtı  (gündüz  saat  2-3  radələri),  gündüz  vaxtı  (qoyun 

gündüzə, yəni payızlıq taxılın gövşəməyə gətirildiyi vaxt. 

Dialekt və şivələrimizdə vergi ilə bağlılığı müəyyənləşdirən sözlər: bidəx 

(A), dinmə vər (B), vaxtı (torpaq vergisi), çənbaşı (mal-qaraya görə alınan ver-

gi), mənzil (gira qoyma) (Ord) salat puli// əsgər puli, biyar, su vergisi, tüstü ver-

gisi, torpaqbasdı, qəllə (B), (beşdə bir), töycü// məvci, bəhrə, canpulu// başpulu, 

yer pulu, desetin pulu, otbaşı (otlaq üçün alınan vergi), mesref (kəndin özünə sərf 

olunmaq üçün yıgılan vergi), rəyin (torpaq sahibinə muzdsuz xidmət) (Qaz). 

Vəzifə, rütbə, təbəqələri bildirən sözlər: xan, bəy, bəg, bed (B), ağa, rənc-

bər,  nökər,  nökərçilik,  kətxuda,  darğa,  koxa,  yüzbaşı,  çovuş,  mugrug  (Muğ), 

mu

rov  (K.,Qaz.,  A),  dərəbəyi,  qalabəyi,  meşəbəyi  (Qaz),  bəylərbəyi,  qomur-



nat// qub

ernat, nəçənnik, pristav, qaradovoy, uradnik və s. 

Keçmiş  zamanlar  kəndə  olan  təbəqələr:  1)  varlı,  2)  orta, 3)  əyax  (B); 

1)baş, 2) orta, 3) əyax (Boz). 

Seçkilərlə bağlılığı olan sözlər: şarcaldı (B), daşsaldı (Nax), qozatdı (sal). 

Türk xalqlarının qədim və zəngin tarixi vardır. Asiya və Avropanın böyük bir 

hissəsində müxtəlif coğrafi şəraitində müasir türk xalqlarının və onların dillərinin 

formalaşması  mümkündür.  Quruluş  baxımından  bir-birinə  çox  yaxın  olmaları 

türk dillərini başqa dillərdən fərqləndirən xüsusiyyətdir. Çuvaş və yakut dilləri 

istisna olmaqla türk dillərinin lüğət tərkiblərinin müəyyən təbəqələrinin oxşarlığı 

müşahidə edilir. Bu məhdud işlənmə dairəsi olan dialekt sözlərinə də aiddir. 

Xüsusən,  Türkiyə  türkcəsinin  ədəbi  dili  ilə  Azərbaycan dilinin dialekt-

lərini  tutuşdurduqda,  qarşılaşdırdıqda  müəyyən  maraqlı  oxşarlıqlar  üzə  çıxır. 

Azərbaycan  Balakən,  Şəki,  Zəngilan,  Cəbrayıl,  Biləsuvar,  Şirvan  adlanan 

bölgələrində  yayda  mal  saxlamaq  üçün  ətrafı  hasarlanmış  üstü  açıq  yer  Ağıl 

adlanır.  Türkiyə  türkcəsində  də  “qoyun,  keçi  və  s.  heyvanların  daldalanacağı 

üçün üstü açıq, ətrafı çevrili yer” Ağıl adlanır (1, 4). 

Ağıl-mal-qara saxlanan yer (7, 18). Bu leksik “Kitabi-Dədə Qorqud”un 

mətnində qoyun saxlanan yer mənasını bildirir. Ağılın qapusını bərkitdi; Dəli 

Qarçarı yalıncıq eylədi, aqıla qoydu. Alçax – (Qazax) – sadə Türkiyə türkcəsini 




 

ədəbi dilində bu söz gönüllü sözü ilə birlikdə işlədilən eyni mənanı ifadə edir. 



Urusdamın yaxşı xasiyyəti var, alçax adamdı (1, 4). 

Tabun  –  Zaqatala-

Qax  şivələrində  tayfa,  əqraba  mənalarını  ifadə  edən 

sözdür. Məsələn, Qaxın İlisu kəndində olan tabunlar bunlardır: 1) Baş tabun; 2) 

Begin tabun; 3) 

sarılan tabun; 4) Qala tabun; 5) Dabağ tabun; 6) Bucağ tabun; 

7) 


səngər tabun; 8) Tamla tabun. 

Şaqqa.  Zaqatala  şivələrində  tayfa,  əqraba  mənalarında  işləndiyi  mü-

şahidə edilir. Şaqqa sözünə ədəbi dildə də, eləcə də digər dialekt və şivələrdə 

də rast gəlinir. Ədəbi dilimizdə, həmçinin dialekt və şivələrimizdə həmin söz 

kəsilmiş malın, qoyunun yarı hissəsi mənasını bildirir. 

Göbəklər, göbəylər, coğalar. Şamaxı dialektində tayfa əqraba mənalarını 

ifa


də edir. Ədəbi dildə, eləcə də dialekt və şivələrdə yeni doğulmuş uşaq məna-

sını bildirən çağa müasir türkmən dilində çaqa formaları coğa sözünə yaxındır. 

“Əqrəblər,  göbəylər,  məbehlər.  Şirvan  rayonu  şivələrində  mirzələr,  oy-

maxlar. Ağdam rayonu şivələrində tayfa, əqraba mənalarında işlənir. 

Bu sözlərə bir sıra türk dillərində də təsadüf edilir. Türkmən dilində tire 

(9,  282),  tuva  dilində  törel  (9,  511), oyrot torel (6, 156) formasında,  tayfa 

mənasında işlənir. Oymax sözünə türk dilində oymak, tuva dilində aymax (9, 

511) 


şəklində təsadüf edilir. 

Qan  qohumluğu  ilə  bağlılığı  göstərən  bu  tayfa  adlarının  artıq  bir  çox 

yerlərdə territorial anlayışlarla bağlı olan məhəllə sözü ilə əvəz edilməsini qeyd 

etmək lazımdır. Məsələn, Bakı şəhərində ağşalvarlılar məhləsi, toyuxyiyənlər 

palanı, cuddar məhləsi və s.  

Azərbaycan  dilinin  lüğət  tərkibinin  müəyyən  hissəsini  məhdud  işlənmə 

dairəsi olan dialekt sözləri təşkil edir. Bunlar müxtəlif leksik-semantik-tematik 

söz  qruplarına  aid  olur.  Məhdud  işlənmə  dairəsi  olan  dialekt  sözlərinə 

aşağıdakıları nümunə göstərmək olar: 

Abay – 


ləzgi arvadı – Bizim evə abaylar gəlmişdi (4, 234). 

Ağnax (kəl və camışların yatdığı göl, bataqlıq – Ağnağın süyü çox çixli 

o

lur (Qşl); Kəllər ağnaxda yatır (BG).  



Ağıl – tövlə - İneyi ağıla bağliyıf qavağına ot töhdü (BG) 

Ağız (bütün kəndlərdə) – təzə doğmuş malın ilk südündən bişirilmiş ye-

mək. –Bi qazan ağız bişirmişdim, hamısını payladım (Qşl). Aylıxmı (BD – Bö-

yük Dəhnə) – bir ayda 30 əməkgünü alan. Ayna (Qşl) // (BG., O – Baş Göy-

nük, Oxud) 1- 

pəncərə; 2 -şüşə, 3- güzgü. – Aynədən bax, gör yağış yağıymı? 

(BG); -

Aynə alan gələndə mana dinə (BG); - Ayniyə bax, yaxa düzəlt (O). 



Ayna (Qşl) // (BG) II - əhvl – Xəstənin aynası açıxdı (Qşl.). 

Ayrası (Qşl) – təəccüb – Sözün işinə mən lap ayrası qalmışam. 

Ala  (Qşl.)  –  1.göyərti,  göy,  tərəvəz.  2.dirrik  və  ya  bostanda  bitən 

ziyanverici ot, alaq. – 

Bazara gerəm ala almağa (Qşl) 

Alakeş  (Qşl)  –  dirrik  və  bostanı  ziyanverici  otlardan  təmizləmək  üçün 

alət. Həmin söz Nuxanın – Şəkinin Baş Zəyzid kəndində də işlədilir. Məsələn: 



 

Elnən  çıxmiyən  otu  alakeşnən  çıxardılar  (BZ).  Alaf  (BG,  Qşl.AG  –  Aşağı 



Göynük). – 

Qış gəliy, malların da bi çengə yox. 

Alafa (Qşl.) – gəlinin üzünə salınan nazık ipək örtük. Üzünə alafa örtən 

də olur, kəlayğa örtən də. 

Məsələn: Ay ciji-bajım, mən nəvillim, olar hər gün bir-birinən sözdəşel-

lər  (5,  250).  Yengə  leksemi  də  uzaq  keçmişlərdən  işlənən  dialekt  sözüdür. 

Məhdud işlənmə dairəsi olan bu dialekt sözünə “Kitabi-Dədə Qorqud”da rast 

gəlinir.  “Dastan”da  “qardaş  arvadı”  mənasını  ifadə  edir.  Qarındaşım  Qıyanı 

öldürmüşəm. Ağca yüzli yengəmi tul eləmişəm.  

Yengə  dilin  inkişafının  ilk  çağları  ilə  bağlı  sözlərdəndir.  İlk  çağlarda 

“böyük  qardaş  arvadı”  mənasında  işlənən  yengə  dialekt  sözü  sonralar  məna 

dəyişikliyinə  uğramışdır.  Daha  doğrusu,  onun  mənası  genişlənmiş,  toy  günü 

gəlini  oğlan  evinə  aparan  qadın  mənasında  işlənmişdir.  Toy  zamanı  boyük 

gəlin, yəni böyük qardaşın, əminin və ya dayının arvadı icra etdiyi üçün yengə 

zünün mənası genişlənmişdir (43, 246-247). 



“Qədim  Türk  Lüğəti”ndə  (7,  256),  İbn  Mühənnanın  lüğətində  “böyük 

qardaşın arvadı” yengə adlandırılmışdır (4, 86). 

Yengə Azərbaycan dili şivələrində həm “toy günü gəlini ər evinə aparan 

qadın”, həm də qardaşın, əminin və dayının arvadı” mənalarını bildirir. Tovuz, 

Qazax, Borçalı şivələrində “qardaşın və əmioğlunun arvadına yengə deyirlər. 

Böyük Qarakilsə, Basarkeçər, Şəki, Zaqatala şivələrində “qardaşın, əminin və 

dayının arvadı” yengə adlandırılır. 

Dialekt leksikas

ının  özünəməxsus  fərqləndirici  xüsusiyyətləri  vardır. 

Ədəbi  dilin  lüğət  tərkibi  ilə  müqayisədə  dialekt  leksikasında  mühafizəkarlıq 

var

dır. Məlum olduğu kimi dilin leksik qatları müxtəlif yaranma tarixləri olan 



söz

lərdən ibarətdir. Ümumxalq dilinin tərkib hissələri bir-birindən fərqli təbə-

qələrdən təşkil edilmişdir. Bu təbəqələr – qatlar arasında şivələr fərqlənir. Belə 

ki, dilin qədim qatının elementləri – sözlər şivələrin lüğət tərkibində daha çox 

qorunub saxlanılır. 

Azərbaycan dili dialekt leksikasının mühüm bir hissəsini arxaik sözlərin 

təşkilinin səbəbi də budur.  

Tolazlamaq  - 

atmaq,  tullamaq  deməkdir.  Lələ  məhdud  işlənmə  dairəsi 

olan  dialekt  sözü  olsa  da,  ayrı-ayrı  zonalarda,  bölgələrdə  müxtəlif  mənalar 

ifadə edir. Azərbaycan dialektoloji lüğətində (1, 361) eyni fonetik tərkibin bir 

neçə anlayış bildirdiyi göstərilmişdir:  

Lələ I - (Ağdaş, Bolnisi, Borçalı, Çəmbərək, Gədəbəy, Göyçay, İsmayıllı, 

Kürdəmir,  Lənkaran,  Masallı,  Mingəçevir,  Saatlı,  Salyan,  Tovuz,  Yevlax)  – 

ata.  – 

Bilmirəm  bu  lələm  də  hara  getdi  (İsmayıllı);  -  Ay  lələ,  naxax  gedəjən 

qıçdağa (Gədəbəy).  

Lələ  II  -  (Ağdaş,  Balakən,  Gədəbəy,  Gəncə,  Kürdəmir,  Qazax,  Quba, 

Zərdab) – böyük qardaş. – Mən lələmi çox isderim (Gədəbəy); - Lələm bizi çox 

isdiyir (Zərdab).  

Lələ III (Quba, Salyan) – nökər.  



 

10 


Lələ IV (Tovuz, Zərdab) – baba. – Lələm savah to:uza gedəjəx (Tovuz). 

Faktlardan göründüyü kimi, Tovuzda lələ ata, baba, Ağdaş, Gədəbəydə 

ata, böyük qardaş, Salyanda ata, nökər, Qubada böyük qardaş, nökər mənaları-

nı bildirir. Sadaladığımız sözlər ayrı-ayrı müstəqil anlayışları bildirir. Yəni on-

lar eyni deyil, müxtəlif mənaları ifadə edirlər. Buna görə də, ata, baba, böyük 

qardaş və nökər mənalarında işlənən lələ sözünü omonim adlandırmaq olar. 

Qafar qapını arxasınca örtəndə Fəridə özünü saxlaya bilməyib qaramat 

atdı (S.A). Qafar üşənir, dayanıb yan-yörəsinə baxirdı. Külək oynatdığına görə 

lampa gah közərir, gah da öləziyirdi (S.A). Hələ ulduzlar təkəmseyrəkdi – boz 

səmada  bozumtul  işıq  vardı,  gah  öləziyirdi,  elə  bil  sönmək  istəyirdi,  gah  da 

par-par 

parıldamağa başlayırdı (Y.S.). 

O tüfəngi İsmayıla verdi, xəncəri qılından çıxarıb, yançağını sildi. Qıs-

qanc bir məşuqə kimi Kərəmi güdən ay, üzündən duvağını götürüb oğrun-oğ-

run qapıdan içəri boylandı (F.E.). Çox ehtiyatlı dolanırdı, əmbə cəngimə keç-

di

n. İndi əlimdən qurtara bilməzsən... sənin də əcəlin burda tamam imiş... ay 



İsrafil”.  Səhərin  gözü  yavaş-yavaş  açıldıqca  ayın,  ulduzların  şövqü  özəliyirdi 

(F.E). Yapıncısını döşünə kimi üstünə çəkmişdi, tüfəngi də yapıncının üstündə, 

əlinin altında idi (F.E). 

Heç istəyirəm sabah-sabah təmiz havaya çıxam, eynim açılsın. Çobanlar 



alaçıqdan bir qədər aralı heyvanları arxaclardan örüşə qaldırdı (F.E). 

İt  yenə  də  onun  qabağını  kəsdi,  sırvanmağa  başladı  (F.E).  Onun  bütün 

bədəni keyimişdi, qolları boşalıb, ayaqları üyüşmüşdü. (F.E). Zabit heç cınqırını 

çıxara bilmədi, azca çabaladı və tez də əl-qolu boşaldı. İsmayılın güclü qolları 

onu 

məngənə kimi sıxdı (F.E.) Xəncərlə yelləncəyin birini kəsib sicimin ucu ilə 

yavərin əl-qolunu bağladı (F.E). Amma nə fikirləşdisə, mazerin sanballığını əli 

ilə  ölçüb  gicitkənliyə  qımcırladı  (F.E).  Kəsib,  əmbə  boğazlamayıb...  Hancarı 

yatmışıq, xəbərimiz olmayıb (F.E). 

Nolar  - 

ədəbi dildəki nə olar sözünün Qazax dialektinin tələffüzünə uy-

ğun  variantıdır.  Qaramat  Qazax,  Salyan  dialektlərində  pis  niyyət,  pis  uğurlu, 

dərdli, daima fikirli deməkdir (1, 115).  

Keyimək hiss etməmək, daha doğrusu hissini itirmək. Qazax dialektində 

qımırlamaq - atmaq, tullamaq mənasını ifadə edir. Həmin dialektdə hancarı 

necə  deməkdir.  Eyni  açılmaq  -  özünə  gəlmək,  əhvalı  yaxşılaşmaq  mənasını 

bildirir. 

Sırvanmaq - mənfi mənalı sözdür, ətrafdan əl çəkmək, o yan- bu yana 

hərəkət etmək, sırvanmaq itə, pişiyə məxsus hərəkətdir. Əmbə - ədəbi dildəki 

amma formasının Qazax dialektinə məxsus variantıdır. Bunu hancarı haqında 

da demək olar. Onun həncəri variantı da vardır. Bəzi leksemlər tarixən məhdud 

işlənmə dairəsi olan dialekt sözləri olsa da, sonralar geniş dairədə yayıldıqları 

üçün  ədəbi  dilə  keçmişlər.  Yapıncı,  keyimək,  sanballı,  alaçıq,  qaramat  dedi-

yimizə nümunə sayıla bilərlər. 

Məhdud işlənmə dairəsi olan dialekt sözlərinin obrazlılığından, rəngarəng 

mənalarından,  zənginliyindən  məqsədəuyğun  istifadə  edə  bilmək  bədii  əsər 

müəllifinin yaradıcılıq bacarığını, bilik səviyyəsini, dünyagörüşünü göstərir.  




 

11 


ƏDƏBİYYAT 

 

Azərbaycan dilində 

1.

 



Azərbaycan dialektoloji lüğəti I c., A-L. Ankara: Turk Dili Kurumu, 1999, 374 s. 

2.

 



Azərbaycan dilinin izahlı lügəti. Bakı: Şərq-Qərb,2006, 672 s. 

3.

 



Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı: BDU, 1990, 352 s. 

4.

 



İbni Mühenna Luğati. Aptullah Battal. İstanbul, 1934, 89 s. 

5.

 



Tanriverdiyev Ə. "Kitabi-Dədə Qorqud" və Qərb ləhcəsi. Bakı: ADPU, 2002, 172 s.  

 

Rus dilində 

6.

 



Баскаков Н.А., Тощакова Т.М. Ойротско-русский словарь. Горно-Алтайск: Ак Че-

чек, 2005, 280 s. 

7.

 

Древнетюркский словарь. Ленинград: ЛГУ, 1969, 677 s. 



8.

 

Гулиева Л. Русская диалектология. Баку: БГУ, 2008, 192 с.  



 

ЛЕКСИЧЕСКИЕ ЗНАЧЕНИЯ ДИАЛЕКТНЫХ СЛОВ  

ОГРАНИЧЕННОЙ СФЕРЫ УПОТРЕБЛЕНИЯ 

 

С.АЛИЕВА (АСКЕРОВА) 

 

РЕЗЮМЕ 

 

Диалектная лексика обладает специфическими особенностями.  

По  сравнению  со  словарным  составом  литературного  языка  диалектная  лексика 

отличается  консерватизмом.  В  последнее  время  в  художественных  произведениях  до-

вольно часто встречаются диалектные слова ограниченной сферы употребления. В ста-

тье выражается положительное отношение к увеличению количества таких слов в худо-

жественных  текстах.  В  частности,  отмечается,  что  диалектные  слова  не  только  обога-

щают словарный состав языка, но и усиливают процесс национализации. 



 

Ключевые  слова:  ограниченный,  лексика,  диалектные  слова,  художественное 

произведение, словарный состав. 

 

LEXICAL MEANINGS OF DIALECTAL WORDS OF LIMITED USE  

 

S.ALIYEVA (ASGAROVA) 

 

SUMMARY 

 

Dialectal vocabulary has specific peculiarities. In comparison with  the  vocabulary of 

literary language dialectal vocabulary is conservative. There have been quite a lot of dialectal 

words of limited use in belles-lettres lately. The article expresses  positive attitude to the 

increase in the number of such words in artistic texts. It is emphasized that dialectal words both 

enrich the vocabulary of language and intensify the process of nationalization. 



 

Key words: limited, vocabulary, dialectal words, artistic work 

 

 



 

: Xeberler%20Jurnali -> Humanitar%20%202013%20%203
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Humanitar%20%202013%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ
Humanitar%20%202013%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%202013%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə