Baki universitetiNİn xəBƏRLƏRİ №3



Yüklə 324,9 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü324,9 Kb.
#54666


 BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3 

 

 

         Humanitar elmlər seriyası 

 

         2009 

 

 



 

 

TARİX 



 

 

İCTİMAİ FİKRİN İNKİŞAFI VƏ MİLLİ OYANIŞDA BDU-nun YERİ 

 

S.T.HACIYEV, B.O.ƏZİZ 

Bakı Dövlət Universiteti 

s.t.haciyev@mail.ru, boranaziz@mail.ru 

 

Arxiv sənədlərinin və müvafiq ədəbiyyatların müqayisəli təhlili göstərir ki, BDU 

Azərbaycan tarixi və ədəbiyyatının, fəlsəfi fikrinin mürəkkəb məsələlərinin araşdırılmasında, 

Azərbaycan dilinin qorunmasında, milli mənlik şüurunun formalaşıb inkişaf etməsində, milli 

demokratik ideyaların yayılmasında, müstəmləkəçi xarakter daşıyan sovet ideologiyası  və 

rejiminə qarşı mübarizədə, XX əsrin 80-ci illərindəki milli azadlıq hərəkatının başlanması, 

gedişi və  uğurla başa çatmasında, dövlətçiliyimizin qorunub saxlanılması  və möhkəm-

lənməsində mühüm rol oynamışdır.  

 

Yaranışından bu günə qədər Azərbaycan elm və təhsilinin, ictimai fikrinin in-



kişafında mühüm rolu oynayan BDU-nun xalqımızın tarixində  də  əhəmiyyətli rolu 

olmuşdur.  

BDU-nun qarşısına qoyulan vəzifələr, həyata keçirdiyi işlərin xarakteri və 

mahiyyəti təhlil olunarkən onun tarixini üç mərhələyə bölmək olar: 

I. Cümhuriyyət dövrü-1919-1920;  

II. Sovet işğal dövrü- 1920-1991; 

III. Müstəqilliyin bərpa edilməsindən indiyə qədərki dövr -1991-2009. 

Bu illərin bir çoxunda insanların hətta sadəcə yaşam mücadiləsi apardığı zaman 

belə BDU yarandığı dövrdə ona bəslənilən ümidləri doğrultdu. Doğru olaraq deyildiyi 

kimi Sarbonna universiteti fransız, Kembric universiteti isə ingilislərin tarixi tale-

yində hansı rol oynayıbsa, BDU da xalqımızın inkişafında həmin rolu yerinə yetirib.  

«… Tarixdə Atina darülfünunun yeni bir Yunanıstan yaratdığını kim inkar edə 

bilər? 

Bir  əsr  əvvəl Fransiyayı aləmşümul təqəllüb təkamülə atan Sarbonna darül-



fünunu… dəgilmi? Almanları 1806-cı il fəlakətindən sonra yenidən  şöhrətə, siyasət 

və  hərbə hazırlayan və Hamburq darülfünunları  və  hər iki darülfüsimaları Kant və 

Fixtenin əsərləri olmamışdırmı? 

…Yeni millət, yeni elm, yeni fəlsəfə demək isə, hər darülfünunda yeni bir 

məbəd olması icab edər.  

Azərbaycan Darülfünunu, əlbəttə, bir türk Darülfununudur» (3). 

BDU-nun keçdiyi yola diqqət etsək 1920-ci ilin ikinci yarısının mühüm bir 

dövr təşkil etdiyini yəqin edə bilərik. Belə ki, məhz bu zaman BDU-nun azərbay-

 

58



canlılaşdırılması sahəsində mühüm işlər görüldü.  

Təhlillər göstərir ki, hakim millətlər işğal etdikləri  ərazidə müstəmləkəçilik 

siyasətini siyasi, iqtisadi və mənəvi olmaqla üç istiqamətdə həyata keçirmişlər.  

Mənəvi sahədə hakim bolşevik ideologiyasını beyinlərə yeritməyin mühüm 

vasitələrindən biri də təhsil sistemi olmuşdur.  

1920-1930-cu illərdə bolşeviklərin mədəni inqilab adlandırdığı siyasətdə, mək-

təblərin başlıca vəzifəsi mərkəzin maraqlı olduğu sahələrdən ötrü müəyyən bilik və 

qabiliyyətlərə yiyələnən, mövcud quruluşa sadiq icraçı kadrlar hazırlamaq idi və 

onların işi buna müvafiq qurulmuşdu. 20-ci illərdə tədris proqramlarından, dərsliklər-

dən, türkçülük, islamçılıq ideyaları, xalqın mənəvi dəyərlərini təbliğ edən mövzular 

çıxarılmışdı (22,301). 

Bütün bu təzyiqlərə baxmayaraq Cümhuriyyət dövründə M.Ə.Rəsulzadənin 

sözləri ilə desək, «azadlıq tamını azacıq da olsa dadmış» xalq və məktəblər hələ uzun 

müddət bolşevizmə yad olan ideyaların təsiri altında qalmışdı.  

Belə məktəblərdən biri də Bakı Dövlət Universiteti olmuşdur.  

Dövrün arxiv sənədləri və materiallarının, son dövrlər işıq üzü görən  ədəbiy-

yatların müqayisəli təhlili göstərir ki, 1920-ci illərin ikinci yarısında Kommunist 

Partiyasının və Sovet hökumətinin  şərq ölkələrinə, o cümlədən Azərbaycana qarşı 

yeritdiyi siyasətdə bir sıra daxili və xarici səbəblər ucbatından müəyyən dəyişiklik 

etmək məcburiyyəti yaranmışdır.  

Kommunist Partiyasının və Sovet hökumətinin Azərbaycanda həyata keçirdiyi 

«simasızlaşdırma» siyasəti ciddi narazılıq yaratmaqla işğal sisteminə qarşı müqavimət 

hərəkatına çevrilmişdi. Bu siyasətə qarşı Azərbaycan mühacirlərinin xaricdə - Avro-

pada, Türkiyədə,  İranda apardığı  təbliğat isə «humanist, bəşəri» Sovet siyasətinin 

uğurla yayılmasına mane olurdu (15; 16; 17; 18; 19). 

Bu səbəbdən AK(b)P MK-nın Rəyasət Heyəti 3 aprel 1927-ci ildə BDU-nun 

azərbaycanlılaşdırılmasını  həyata keçirmək məqsədilə «AK(b)P MK-nın Rəyasət 

Heyətinin əməli təklifləri» adlı qərar qəbul etdi. Qərarda Xalq Maarif Kommisarlığına 

(XMK) tapşırıldı ki, qısa müddətdə - yaxın bir neçə il ərzində partiya və hökumətin 

göstərişləri ruhunda universitetin azərbaycanlılaşdırılmasını təmin etsin. Bu vəzifələri 

həll etmək üçün Xalq Kommisarlar Soveti (XKS) və XMK-nın Komissiyası yaradıldı.  

Tezliklə hökumət XKS Komissiyasının hazırladığı «Azərbaycan SSR Ali 

məktəblərində vəziyyət haqqında hökumətin izahına dair» adlı sənədi təsdiq etdi. 

Öz növbəsində XMK-nın hazırladığı «Ali məktəblərin azərbaycanlılaşdırıl-

masını ümumperspektiv planı»nı Maarif Komissarlığının Kollegiyası  təsdiq etdi. 

Planda nəzərdə tutulurdu ki, pedaqoji və  şərq fakültələri altı ilə azərbaycanlılaş-

dırılsın. Tibb fakültəsində müəyyən səbəblərdən konkret vaxt qoyulmasa da, bu işə 

başlanılması nəzərdə tutulmuşdu.  

Şübhəsiz ki, bu işdə BDU-nun ilk azərbaycanlı rektoru – T.Şahbazinin də rolu 

olmuşdur. Sənədlər və materialların təhlili göstərir ki, Universitetin türkləşdirilməsi 

tələbələrin, müəllimlərin içərisində azərbaycanlıların sayının artırılması, Azərbaycan 

dilində  dərslik və  tədris vəsaitlərinin hazırlanması  və çap edilməsi olmaqla üç 

istiqamətdə həyata keçirilmişdir.  

Qeyd edək ki, bu işin müsbət nəticəsi özünü çox gözlətmədi. Belə ki, əgər 

1924/25-ci tədris ilində bütün tələbələrin içirisində azərbaycanlılar 39% təşkil et-

mişdisə, 1926/27-ci tədris ilində bu rəqəm 68%-ə qalxmışdı (5, 147). 

Bu işdə ikinci mühüm istiqamət yuxarı akademik heyətin və elmi işçilərin 

 

59




içərsiində azərbaycanlıların sayının artırılması idi ki, 1929/30-cu tədris ilində bu 

istiqamətdə görülən işlərin tendensiyası açıq-aşkar görülməkdədir. Məsələn,  əgər 

1924/25-ci tədris ilində bütün akademik heyətin içərisində azərbaycanlılar 21,8% 

təşkil edirdisə, 1929/30-cu tədris ilində bu 39,2%-ə yüksəlmişdi. Elmi işçilərin ümu-

mi çəkisi isə 75%-ə çatmışdır (5, 148-149). Ali təhsil ocağında çalışan bəzi profes-

sorlar, məsələn professor M.E.Evlaxov, professor İ.İ.Şirokoqorov və digərləri univer-

sitetin türkləşdirilməsinə qarşı  çıxsalar da, bunun bir nəticəsi olmadı.  Şübhəsiz bu 

proses Azərbaycanda «proletkult» mədəniyyəti yaradılması siyasətinin tam gücü ilə 

həyata keçirilməsinə imkan vermirdi.  

BDU-da güclü elmi kadrların cəmləşməsi və xalqını, millətini düşünən, bütün 

basqılara baxmayaraq milli şüurun, mənliyin hələ  də yüksək olması hökumət 

dairələrini ciddi narahat edirdi. 1930-cu ildə Universitetin bağlanmasında bu amilin 

də rolu oldu.  

1934-cü ildə BDU yenidən bərpa edildikdən sonra o yenə də Vətənimizdə elm 

və maarifin əsas mərkəzlərindən birinə çevrildi. Bu ali təhsil ocağının müəllim və 

tələbələrinin bir qismi dövrün bütün çətinliklərinə baxmayaraq şəraitə uyğun formada 

milli ideologiyanın əsas daşıyıcıları olmuşdur.  

1936-cı ildə SSRİ Konstitusiyası qəbul edildi. Orada qeyd edildi ki, artıq Sovet 

İttifaqında sosializm tam qələbə çalmışdır. Buna görə  də Sovetlər imperiyasında 

yaşayan xalqlar bir-birinə yaxınlaşıb qovuşmalıdırlar.  

Sovet Konstitusiyasına uyğun şəkildə 1937-ci ildə Azərbaycan SSR Konstitu-

siyası qəbul edildi. Bu sənədə əsasən xalqımızın adı da repressiyaya məruz qaldı.  

Beləliklə, bütün sahələrdə olduğu kimi elm və təhsil, mənəviyyat və mədəniy-

yət sahəsində də yeni bir dövr başlandı. Milli düşüncə, milli mənlik və şüur, bir sözlə 

milliliyi insanlara xatırladan və onu adamların düşüncəsindən qoparmağa imkan 

verməyən hər  şeyin məhv edilməsi istiqamətində  məqsədyönlü siyasət aparılmağa 

başlandı. Bu siyasətin həyata keçirilməsi sahəsində görülən işlərdən biri də Azər-

baycanda rus dilinin tətbiqinin genişləndirilməsi və Azərbaycan dilinin sıxışdırılaraq 

aradan çıxarılması cəhdləri oldu.  

AK(b)P MK-nın bürosunda bu məsələ müzakirə edilərkən qərara alınmışdır ki, 

BDU-da dərslər yalnız rusca aparılsın və bunu reallaşdırmaq üçün universitetin 

rəhbərliyinə də müvafiq göstəriş verilmişdir (9, 37). Lakin BDU-nun milli dünyagö-

rüşlü müəllim və tələbələri zamanın imkan verdiyi şərtlər daxilində buna etirazlarını 

müxtəlif formada bildirmişdilər. BDU-da, xüsusən gənclər arasındakı bu narazılıq 

hökumət dairələrini də narahat etməyə başlamışdı. Bu cəhətdən 7 yanvar 1937-ci ildə 

həbs edilən, sonra da güllələnən BDU-nun rektoru, prof. B.Həsənbəyovun 5 aprel 

1937-ci ildəki istintaqı olduqca maraqlıdır. Müstəntiq rektora sual verir: «İstintaqa 

məlumdur ki, Siz ADU-nun (yəni BDU-nun redaktor) tələbələri arasında millətçi 

əhval-ruhiyyəni qızışdırmaq məqsədi ilə tədrisin yalnız rus dilində aparılması xəttini 

aparmısınız. Bunu boynunuza alırsınızmı?  

Cavab: mən bu sualı düzgün hesab etmirəm. ADU-da fənlərin yalnız rus 

dilində  tədris olunması ilə bağlı  məsələ AK(b)P MK-nın bürosunda müzakirə 

olunmuş və bu barədə oradan müvafiq göstəriş almışdım» (9,36-37). 

Maraqlıdır, tədrisi  əsasən yerli dildə, o zamanlar deyildiyi kimi türk dilində 

aparmaq istəyənlərə, məsələn 1926-1929-cu illərdə BDU-nun rektoru olmuş T.Şah-

baziyə  əksinqilabi-millətçi, rus dilində aparmaq istəyənlərə isə millətçiliyi qızışdır-

maq ittihamı verirdilər. Düşündürücü cəhət həm də budur ki, hər iki halda göstəriş 

 

60




kommunist partiyası  və hökumətdən gəlməsinə baxmayaraq, qərarı verənlər yox, 

icraçılar cəzalandırılmışdı.  

Qeyd edim ki, azərbaycanlı  tələbələr tədrisin, iclasların və digər kütləvi 

tədbirlərin yalnız rus dilində aparılmasına daha açıq etiraz bildirmişdilər. Məsələn, 

Universitetin rektoru, prof. B.Həsənbəyov BDU-da keçirilən iclasların birində rusca 

çıxış edərkən tələbələr yerdən həm yazılı, həm də  şifahi  şəkildə bildirmişdilər ki, 

rusca çıxışının mahiyyəti haqqında azərbaycanca da məlumat versin. Rektor isə 

bundan bərk  əsəbləşərək «sizə ayıb olsun ki, məsələnin azərbaycancaya tərcümə 

olunmasını deyirsiniz. Hələ bir özünüzü ADU-nun tələbəsi də adlandırırsınız» deyə 

cavab vermişdir (11, 109). 

BDU-nun tələbələri universitetin kitabxanasında azərbaycanca dərslik və 

müvafiq ədəbiyyatların olmamasına da etirazlarını bildirmişdilər. Narazılığın daha da 

böyüməməsi üçün rektor hətta yaxın dostu və Universitetə vəzifəyə təyin olunduqdan 

sonra özü tərəfindən əsaslı kitabxanaya müdir təyin edilən A.Məmmədovu işdən azad 

etməyə  məcbur olmuşdur. Yaxın dostunu işdən azad etməsinin səbəbini soruşan 

müstəntiqə o, belə cavab vermişdir: «Kitabxanada Azərbaycan dilində kitabların az 

olması ilə bağlı məsələdə əsas günahkar Ağamir Məmmədov olmuşdur. Çünki kitab-

xananı vaxtında belə  ədəbiyyatlarla təchiz etməmişdir…Azərbaycanlı  tələbələrin 

Azərbaycan dilində  dərslik və lazımi  ədəbiyyatlarla təmin edilməməsi tədris işinin 

pozulmaısna və onların narazılığının artmaısna gətirib çıxarmışdır» (9, 40).  

B.Həsənbəyov universitetdə Azərbaycan dilində  tədris vəsaitlərinin az olması 

və mühazirələrin ancaq rus dilində aparılması ilə bağlı olan narazılığı dəyişməyə cəhd 

göstərdiyini, lakin buna tam nail ola bilmədiyini də müstəntiqə etiraf edir: «Mən 

ADU-da 1935-ci ilin yanvarından–tədris ilinin yarısından işləməyə başlamışam. Hələ 

mənə qədər qoyulan qaydaya görə bütün mühazirələr rus dilində oxunurdu. Onda da 

bu, rus dilini bilməyən azərbaycanlı  tələbələr arasında narazılıq doğururdu… 

Doğrudan da mən bu qaydanı dəyişdirmədim. Hərçənd başa düşürdüm ki, bu tələbələr 

arasında narazılıq yaradır. Ona görə 1935/36-cı tədris ilindən bu qayda dəyişdirildi və 

mühazirələr həm rus, həm də Azərbaycan dilində keçilməyə başlandı. Mən təsdiq 

edirəm ki, ciddi siyasi səhvə yol vermişəm. Vaxtında Azərbaycan dilində mühazirələr 

oxunmasını təşkil etməmişəm» (9, 47). 

Azərbaycan xalqı, o cumlədən BDU 30-cu illər repressiyasında ağır itkilərə 

məruz qaldı. Repressiya nəticəsində xalqımız millətin zehni sərvətini təşkil edən 

parlaq simalardan, insanların ağıl və düşüncəsindən, intellektual potensialından 

məhrum edildi. Əslində bu, həm də millətin on illərlə formalaşan genefondunun məhv 

edilməsi, nəsillər arasında əlaqələrin kəsilməsi demək idi.  

Respublika MTN-nin məlumatına görə 01 yanvar 1934-cü ildən 01 yanvar 

1939-cu ilə  qədər Azərbaycandan 27.458 nəfər «əksinqilabi» və «antisovet» 

fəaliyyətinə görə günahsız yerə cəzalandırılmışdır.  

Ürək ağrısı ilə deməliyik ki, bütövlükdə  əhalinin hər min nəfərinə düşən 

repressiya olunanların sayına görə Azərbaycan birinci yerdə olmuşdur. Sonrakı 

yerlərdə Özbəkistan, Ukrayna və RSFSR gəlir (18,1). 

 Repressiya dalğasının ən çox vurduğu müəssisələrdən biri də BDU olmuşdur. 

Respublikanın bu qabaqcıl elm və təhsil müəssisəsindən 50-dən çox professor, elmi 

işçi və müəllim, 20-yə qədər tələbə təqib, təzyiq və güllələnməyə məruz qalmışdır (ilk 

dəfə müəlliflər tərəfindən hazırlanan və  dəqiqləşdirilməsi üçün müvafiq arxivlərdə 

çalışmaların davam etdirildiyi təxmini siyahı əlavə olunur). 

 

61




Repressiya illərində BDU-nun 1926-cı ildən 1937-ci ilə  qədər rektoru olmuş 

dörd nəfər güllələnmişdir. Bunlar aşağıdakılardır:  

1.

 

1926-1929-cu illər- BDU-nun ilk azərbaycanlı rektoru Şahbazov Tağı 



Abbas oğlu- Tağı Şahbazi (6); 

2.

 



1929-1930-cu illər- Maqsud Məmməd oğlu Məmmədov (7); 

3.

 



1934-1935-ci illər- Məməmdkazım Ələkbər oğlu Ələkbərli (8);  

4.

 



1935-1937-ci illər – Balabəy Cabbar oğlu Həsənbəyov (9). 

Repressiya dövründə Universitetin iki fakültəsinin – Şərq və Tarix fakütəsinin 

dekanları da güllələnməyə məruz qalmışdır.  

Qeyd edək ki, Şərq fakültəsinə elmi əsərlərinin dəyəri Azərbaycan sərhəd-

lərindən kənarda da kifayət qədər tanınıb qəbul edilən professor B.Çobanzadə, profes-

sor Ə.Qubaydullin kimi şəxslər müxtəlif vaxtlarda rəhbərlik etmişdir. Bu alimlər Və-

tənimizdə bütöv bir şərqşünaslar nəslinin yetişməsində əvəzsiz xidmət göstərmişlər.  

1934-cü ildə BDU dördillik fasilədən sonra yenidən fəaliyyətə başladıqda Tarix 

fakültəsinin dekanı  vəzifəsinə görkəmli tarixçi alim, professor B.N.Tixomirov təyin 

oulnmuşdu.  

Qeyd edək ki, BDU-da əməkdaşları  ən çox repressiyaya məruz qalan fakültə 

məhz Tarix fakültəsi olmuşdur. Bu fakültənin dekanı professor B.N.Tixomirovla 

yanaşı dekan müavinləri dosent Baba Əsgərov və dosent H.Biləndərli, Müstəmləkə və 

asılı ölkələr tarixi kafedrasının müdiri professor Bukşpan, SSRİ xalqları tarixi 

kafedrasının müdiri, professor Ə.Qubaydullin və digərləri də günahsız yerə  həbs 

edilərək güllələnmişdir (10; 11; 12). 

MTN-nin arxivində saxlanılan repressiyaya məruz qalmışların sənədlərinin 

təhlili göstərir ki, repressiya dövründə BDU-da ən çox əməkdaşları  cəzaya məruz 

qalan kafedralar siyasi iqtisad, fəlsəfə və SSRİ xalqları tarixi kafedraları olmuşdur.  

1937-ci ildə BDU-nun rektoru, professor B.Həsənbəyov həbs edildikdən sonra 

onun başçılıq etdiyi siyasi iqtisad kafedrasının da qara günləri başladı. Mübaliğəsiz 

demək olar ki, BDU-da ən çox əməkdaşı repressiyaya məruz qalmış kafedra məhz 

siyasi iqtisad kafedrası olmuşdur. Professor B.Həsənbəyovdan başqa bu kafedranın 

müəllimlərindən professor Çiçikalov (O, 1920-ci illərin II yarısında dialektik materia-

lizm kafedrasına rəhbərlik etmişdir), professor Safranoviç, dosent Əli Məmməd-

bəyov, dosent İsrafil Axundov və b. cəza aparatının qurbanı olmuşdur.  

Repressiya BDU-nun kitabaxanasından da yan keçməmişdir. 1937-ci il okt-

yabrın 7-də BDU-nun əsaslı kitabxanasının direktoru olmuş Ağamir Məmmədov (o, 

həm də SSRİ EA Azərbaycan filialının elmi işçisi olmuşdu) «Azərbaycan əksinqilabi 

millətçi təşkilatın üzvü olmuş, ÜİK(b)P və Sovet hökumətinə qarşı mübarizə me-

todlarından biri kimi fərdi terrorun tətbiq edilməsi mövqeyində dayanmış, habelə 

kapitalist dövlətlərinin nümayəndələri ilə  əksinqilabi  əlaqə saxlamış, onları Azər-

baycan SSR-dəki vəziyyətlə bağlı  xəbərlərlə  məlumatlandırmışdır» kimi əsassız 

iddialarla həbs edilib güllələnmişdir (13). 

BDU-nun elmi katibi, dosent Əli Məmmədbəyov, partiya təşkilatının katibi 

Əbdül Yusifov, hazırlıq şöbəsinin müdiri Baba Babayev də repressiya qurbanlarından 

olmuşdur.  

Repressiyaya təkcə BDU-nun müəllimləri deyil, təəssüf ki, tələbələri də məruz 

qalmışlar. Bu dövrdə tələbələrdən 20 nəfərə yaxını əsassız yerə istintaqa cəlb edilərək 

qorxudulmuş, təqib olunmuş, sürgünə göndərilmiş və ya güllələnmişdir. Bu baxımdan 

BDU-nun tarix fakültəsinin tələbələri repressiya sarsıntılarını daha çox keçirməyə 

 

62




məcbur olmuşdur.  

Etiraf olunmalıdır ki, xalqın daxilində  ədalətsizliyə, milli ləyaqətin tapdalan-

masına qarşı etiraz səsini qaldıra bilmək kimi qürurverici hisslərin, dünyagörüşün 

formalaşmasında BDU-nun mühüm rolu olmuşdur. 1940-cu ilin əvvəllərində 1937-ci 

ilin dəhşətli qırmızı terrorundan o qədər də çox vaxt keçməmişdir. Amma buna bax-

mayaraq BDU-nun tələbələri mövcud quruluşa qarşı mübarizə məqsədilə qüvvələrin 

birləşdirilməsinə, təşkilatlanmasına başlamışdılar. Bu məqsədlə onlar gizli antisovet, 

milli azadlıq uğrunda qruplar yaratmışlar: «Hələ 1941-ci ilin yazında sovet quru-

luşuna, kommunist partiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizə aparmaq, 

müstəqil dövlət yaratmaq məqsədilə  vətənpərvər qüvvələri birləşdirmək üçün tələbə 

Süleyman  İsgəndərovun rəhbərliyi ilə antisovet millətçi qrup fəaliyyətə başlamışdı. 

Lakin bu qrup çox yaşamadı, aşkara çıxarılıb məhv edildi, fəalları güllələndi» (22, 

354). 

BDU-nun tələbələri 1943-cü ildə gizli fəaliyyət göstərən «İldırım» təşkilatı 



yaratmışdılar. Filologiya fakültəsinin tələbəsi Gülhüseyn Abdullayevin (Hüseyn oğlu) 

təşəbbüsü ilə yaradılmış bu təşkilat Sovet hökumətinin, kommunist partiyasının milli 

siyasətini, Azərbaycan dilinin sıxışdırılmasını ciddi tənqid edir, geniş  təbliğat üçün 

imkan və vasitələr axtarırdı.  

Lakin bu gənclər sonralar təkcə öz qüvvələri ilə  məqsədlərinə çatmağın 

mümkün olmadığı  qənaətinə  gəlib taktikalarını  dəyişdilər. «Gizli fəaliyyət göstərən 

«İldırım» təşkilatının üzvü olan bir qrup vətənpərvər və romantik gənc Azərbaycanın 

azadlığa çıxması üçün xalqa onun qüvvələrini birləşdirə biləcək, tanınmış güclü bir 

liderin rəhbərlik etməsini vacib bilərək Səməd Vurğuna gizli məktubla müraciət 

etmişdilər ki, bu missiyanı öz üzərinə götürsün». Lakin o dövrdəki  şərait bunu 

reallaşdırmağa imkan vermədiyi üçün məktub cavabsız qaldı (22, 282).  

1956-1960-cı illərdə BDU xalqın öz söykökündən uzaqlaşmaması, milli 

şüurunun yüksəlməsi, elmi, intellektual potensialının artması sahəsində üzərinə düşən 

işləri və ona bəslənilən ümidləri şərəflə yerinə yetirdi.  

Azərbaycan xalqının mənliyinin, milli şüurunun və ruhunun, dilinin qorunub 

saxlanılması və inkişaf etdirilməsində BDU-da çox işlər görülmüşdür. «Bakı Dövlət 

Universitetinin bütün digər xidmətləri ilə yanaşı Azrəbaycan xalqının ana dilinin 

inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik» (1). 

1950-ci illərin ikinci yarısında respublikada Azərbaycan dilinin dövlət dili 

olması  və  və onun məişət dili səviyyəsinə endirilməsinin qarşısını almaq üçün 

aparılan mübarizədən BDU-nun müəllim və  tələbələri də  kənarda qalmamışdılar. 

«N.Hikmət ADU-da olur, Dövlət Universitetinin müəllim və  tələbələri ilə görüşür. 

Birdən rəyasət heyətinə Nazim Hikmətə ünvanlanmış  təxminən belə  məzmunlu bir 

məktub gəlir ki, əgər azərbaycanlı ziyalı Azərbaycan dilini bilmirsə  və Azərbaycan 

dilində danışmırsa, onu necə adlandırmaq olar? Görünür, N.Hikmət bu məktubu 

oxumur və ona cavab vermir. M.İbrahimov həmin dəqiəqə bu məktubu oxuyur və 

deyir: «Belə adamı əclaf adlandırmaq olar» (23, 476). 

1957-ci il dekabrın 12-də BDU-nun (bəzi müəlliflərin fikrincə 1962. Bax: 2, 

390) məşhur yetirmələri sonralar respublikanın qabaqcıl ziyalıları olmuş Xudu 

Məmmədov, xeyli müddət BDU-da müəllim işləmiş  Bəxtiyar Vahabzadə,  İsmayıl 

Şıxlı, O.Eldəgəz və b., həmçinin, bəzi vəzifəli  şəxslər birləşib gizli «Milli Azadlıq 

Qərargahı» təşkil etmişdilər. Onlar müxtəlif vasitələrlə dövlət qurumlarında vəzifəli 

şəxslərin fəaliyyətini xalqın milli oyanışına yönəltməyə çalışırdılar (15, 20). 

 

63




1964-cü ildə A.Mikoyan SSRİ Ali Sovetinin sədri kimi Naxçıvan və Dağlıq 

Qarabağın Ermənistana verilməsi üçün Xruşşova təsir göstərməyə növbəti cəhd etdi. 

Bu işin baş tutmamasında Azərbaycan ziyalılarının, xüsusən BDU-nun müəllimi, 

prof. Abbas Zamanovun apardığı  fəal işin də böyük əhəmiyyəti oldu. Təqib və 

təzyiqlərə baxmayaraq bu dəyərli alim 1960-1970-ci illərdə milli şüurun oyanmasında 

yorulmadan çalışmışdır. 

Ümumiyyətlə, yeni nəşr olunan ədəbiyyatların və üzə  çıxarılan arxiv mate-

riallarının müqayisəli təhlili göstərir ki, bu dövrdə Azərbaycanda milli azadlıq 

uğrunda yeni mübariz nəsil yetişməkdə idi. Bu cəhətdən BDU xüsusilə fərqlənmişdi. 

1960-cı illərin əvvəllərində burada azadfikirli tələbələrdən bir qrupu Əbülfəz Əliyevin 

(sonralar Elçibəy ləqəbini qəbul etmişdir) başçılığı ilə gizli siyasi mübarizəyə 

başlamaq üçün təşkilatlanmışdılar. Onlar gizli özək təşkil etmiş, üçlük qruplar yarada-

raq tələbə gəncləri azadlıq uğrunda mübarizə ruhunda tərbiyə etməyə çalışmışdılar.  

1960-cı illərdə gizli təşkilatlar yaratma meyli xeyli güclənmişdi. Bu dövrdə 

yaranan «Milli Azərbaycan partiyası-Səadət» ziyalılar, gənclər, tələbələr arasında 

ehtiyatlı, fəal təbliğat işi aparmışdı (15, 21). 

1960-cı illərdə milli oyanışın artması onu göstərdi ki, sovet işğal rejiminin 

bütün cəhdlərinə baxmayaraq imperiya xalqımızın azadlıq istəyini, ideyalarını məhv 

edə bilməmişdir. Bu ideyalar vətənpərvər  şair və yazıçılarımızın, ləyaqətli alimləri-

mizin, o cümlədən BDU-nun alimlərinin əsərlərində yaşamış və əks olunmuşdur.  

Azərbaycan milli şüurunun oyanması və milli ruhun inkişafında SSRİ-nin türk 

respublikaları içərisində ilk dəfə Bakıda, 1969-cu ildə yaradılmış BDU-nun Türko-

logiya kafedrasının da mühüm rolu olmuşdur. Bu işdə 15 ilə yaxın bu kafedraya 

rəhbərlik etmiş prof. Fərhad Zeynalovun və sonrakı illərdə prof. Tofiq Hacıyevin də 

xidmətləri qeyd edilməlidir.  

Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan, yadellilərə qarşı müba-

rizədə bir simvola çevrilən Gəncənin adının demək olar ki, qadağan olunduğu bir 

vaxtda, 1966-cı ildə BDU-nun o dövrdə  gənc olan müəllimi S.Əliyarov Kirovabad 

şəhərinin adının dəyişdirilərək ona əvvəlki adının verilməsi haqqında cəsarətli bir 

məqalə yazdı. Bu məqalə «Ədəbiyyat» qəzetində 8 yanvar 1966-cı ildə çap edildi.  

Qeyd edək ki, bu yazının, redaktorun xəbəri olmadan, redakisiya heyətində 

müzakirə edilmədən çap edilməsində qəzetin o dövr məsul katibi, mərhum yazıçı Əlfi 

Qasımov  əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdi. Məqaləyə görə o işdən 

uzaqlaşdırılsa da, bu gün biz onu minnətdarlıqla xatırlayırıq. Geniş ictimai rezonans 

doğurmuş bu məqaləyə görə redaksiyaya yüzlərlə oxucu məktubu göndərilmişdi. 

Görkəmli alimlərdən Qasım Qasımzadə, Kamran Məmmədov, Tofiq Sultanov və 

Qulu Xəlilov birgə yazdıqları məqalədə S.Əliyarovun mövqeyini müdafiə etmişdilər. 

Xarici ölkələrdə, o cümlədən Türkiyədə də bu məqaləyə «Yeni istiqlal» qəzetinin 30 

mart 1966-cı il sayında «Sovetlərin türk köylərini tarixi bağlardan qoparmaq üçün 

girişdikləri kompaniya» adlı yazısı ilə münasibət bildirilmişdi (15, 24). 

Məlumdur ki, Azərbaycanın Rusiyaya «Könüllü birləşmə»sinin şərəfinə 1964-

cü ildə ona Lenin ordeni verilmişdi. Könüllü boyunduruq, könüllü əsarət və 

mədəniləşdiricilik.  Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı konsepsiyasına 

rəsmi dövlət baxışları  məhz belə idi və tarixçilərimizin də böyük əksəriyyəti bu 

hökumət konsepsiyasını müdafiə edirdi. Xoşbəxtlikdən istisnalar da var idi.  

BDU-nun əməkdaşı da bu istisnanı yaradan çox azsaylı alimlərdən biri idi.  

1969-cu illərin sonunda S.Əliyarovun «Quzey Azərbaycanın Rusiya ilə 

 

64




birləşdirilməsi və iqtisadi vəziyyət» adlı doktorluq dissertasiyasında (qeyd edək ki, bu 

işin müdafiəsinə imkan verilməmişdi). SSRİ-dəki rəsmi konsepsiyanın- Azərbaycanın 

Rusiyaya könüllü birləşməsi, bunun yalnız və mütləq mütərəqqi tarixi hadisə olması 

haqqındakı fikirlərin  əksinə olaraq Rusiyanın torpaqlarımızı milli qırğın hesabına, 

hərbi müdaxilə yolu ilə işğal etməsini, Rusiyanın müstəmləkəçi dövlət olmasını arxiv 

materialları və sənədlərlə əsaslandırılması mühüm hadisə oldu. Şübhəsiz, tarixşünas-

lığımızda prinsipcə yeni olan bu elmi nəticə «partiyalılıq prinsiplərindən kənara çıx-

dığı» üçün çoxsaylı tənqidlərə məruz qaldı. Ancaq bu yeni elmi nəticə Azərbaycanın 

görkəmli alimləri-B.Vahabzadə. Z.Bünyadov, M.İsmayılov və digərləri tərəfindən 

müdafiə edildi (4,3-4;15;26). Sonralar 1994-cü ildə BDU-nun 75 illik yubileyində bu 

konsepsiyanın doğru olduğunu Azərbaycanın ümummilli lideri Heydər  Əliyev də 

təsdiq edərək demişdir. «1968-ci ildə mən Respublika Dövlət Təhlükəsizliyi Komitə-

sinin sədri idim. Universitet, bir də neçə alim Azərbaycanın tarixini araşdırarkən 

Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan 

Rusiyanın tərkibinə könüllü surətdə girmişdir, ya da məcburi girmişdir… o vaxt isə 

ümumi qərar belə idi ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü daxil olmuş, özü 

bunu xahiş etmişdir. Amma bir neçə alim o vaxt bunu şübhə altına alaraq öz fikir-

lərini söyləmişdi. Bu böyük bir iğtişaş yaratdı. Başladılar araşdırmağa ki, bunlar 

millətçidir, dövlət mövqeyindən kənar fikirlərlə yaşayırlar və s. Bundan ötrü o vaxtlar 

bəzi adamları xırdaca cəzalandırdılar. Ancaq mən bilirəm ki, o adamların hamısı indi 

də fəaliyyətdədir, işləyir və ondan sonra da yaxşı fəaliyyətdə olmuşdur» (1).  

Sovet imperialist tarixçiləri və onların respublikamızdakı  əlaltıları kommunist 

partiyasının köməiynə arxalanaraq xalqımızın soykökünü, milli kimliyini unutdur-

maq, milli ruhu alçaltmaq, öldürmək cəhdlərini davam etdirirdilər. Bu səbəbdən 

xalqımızın soykökü problemi ilə bağlı tarixçi, dilçi alimlərimizin elmi faktlara, mən-

bələrin müqayisəli tədqiqinə əsaslanaraq yazılan əsərləri böyük əhəmiyyətə malik idi. 

Belə  əsərlər rəsmi dövlət ideologiyasından fərqlənsə  də, milli oyanışa güclü təsir 

etmişdi. BDU-nun müəllimlərindən prof. S.Əliyarlının, prof. T.Hacıyevin və 

digərlərinin yazdıqları  əsərlər, göstərdikləri məqsədyönlü, səmərəli elmi fəaliyyət 

xüsusi qeyd edilməlidir. Bu alimlərin əsərləri rəsmi partiya və dövlət konsepsiyasının 

elmi həqiqətdən uzaq, xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan ideologiyadan 

fərqli olaraq milli ruhda, vətəndaşlıq mövqeyindən yazılmışdır. 

Yazdığı elmi əsərlərdə, mətbuat və televiziyadakı  çıxışlarında  əsl vətəndaşlıq 

mövqeyi nümayiş etdirən alimlərdən biri də professor Ş.Hüseynov olmuşdur.  

1980-cı illərin ortalarında sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həya-

tında böhranlı  vəziyyətin yaranması ilə onun çökmə prosesi yeni mərhələyə daxil 

oldu.  

Sovet ideoloji aparatı  işğal nəticəsində tabe etdiyi xalqlarda özünü müstəqil 



idarə edə bilməmək, təsərrüfat qurmaq qabiliyyətinə inamsızlıq hissləri aşılamaqla 

yanaşı, çox müxtəlif məkrli münaqişələr, o cümlədən millətlərarası münaqişələr 

törətdi. Daxili və xarici vəziyyətin belə mürəkkəb bir zamanında Azərbaycanda Milli 

Azadlıq Hərəkatı başladı.  

Fəxrlə demək olar ki, milli azadlıq, müstəqillik, demokratiya ideyalarının 

yaşadılıb yayıldığı ən başlıca mərkəzlərdən biri BDU olmuşdur. 

Ümummilli lider H.Əliyevin haqlı olaraq xalqın «milli sərvəti» adlandırdığı 

BDU-nun müəllim və tələbə kollektivi bu hərəkatın başlanması, gedişi və uğurla başa 

çatması prosesində ön sırada olmuşdu. Sovet işğal sistemindən qurtarılması, «İstiqlal 

 

65




Bəyannaməsi»nin hazırlanması kimi qürurverici sənədlərdə  də BDU-nun yetişdir-

mələrinin və əməkdaşlarının imzaları vardır. 

Xalqımızın ictimai-siyasi həyatında, milli oyanışında əhəmiyyətli rol oynayan, 

BDU-nun Tarix fakültəsinin məzunu, dünya şöhrətli siyasətçi H.Əliyevin xidmətləri 

xüsusi qeyd edilməlidir. O, BDU-nun xalqımızın tarixi taleyindəki yerini uzaqgörən 

dövlət xadimi kimi aydın dərk etdiyi üçün bu elm və tədris mərkəzindən öz qayğısını 

heç bir vaxt əsirgəməmişdir (Daha geniş məlumat üçün bax: 19)  

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də bu siyasəti davam etdirir. 

Azərbaycanın dövlət siyasətində təhsili prioritet məsələ hesab edən Prezident BDU-

nun yeni korpusunun açılışında demişdir: «BDU Azərbaycanın aparıcı təhsil ocağıdır. 

Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə Universitet 

Azərbaycanda peşəkar kadrların hazırlanması  işində çox böyük işlər görmüşdür. Bu 

gün isə Universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, 

həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim-

Azərbaycanın yerləşdiyi bu bölgədə BDU-nun xüsusi çəkisi vardır» (2). 

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində olduğu kimi, onun qo-

runub saxlanılmasında və möhkəmləndirilməsində  də «demokratik fikrin mərkəzinə 

çevrilmiş» (20, 249) BDU-nun yetişdirmələri yaxından iştirak etmişlər. Bu yetiş-

dirmələr və  əməkdaşlar indi də dövlət, hökumət və qanunverici orqanda BDU-nu 

şərəflə təmsil etməkdədirlər.  

Beləliklə, qətiyyətlə söyləyə bilərik ki, BDU Azərbaycan tarixi və ədəbiyyatı-

nın  ən mürəkkəb məsələlərinin araşdırılmasında, Azərbaycan dilinin qorunmasında, 

milli mənlik şüurunun formalaşıb inkişaf etməsində, milli demokratik ideyaların ya-

yılmasında, müstəmləkəçi xarakter daşıyan sovet ideologiyası və rejiminə qarşı mü-

barizədə, milli azadlıq hərəkatının başlanması, gedişi və uğurla başa çatmasında, döv-

lətçiliyimizin qorunub saxlanılması və möhkəmlənməsində əvəzsiz rol oynamışdır. 



 

ƏDƏBİYYAT 

1.

 



M.Ə.Rəsulzadə adına BDU-nun 75 illik yubileyinə  həsr olunmuş  təntənəli mərasimdə 

Azərbaycan Respublikası Prezidenti H.Əliyevin nitqi. «Azərbaycan» qəz.,  1994-cü  il,     

29 noyabr.  

2.

 



Bakı Dövlət Universitetinin yeni korpusuun açılışında Azərbaycan Respublikası 

Prezidenti İ.Əliyevin nitqi. «Azərbaycan» qəz., 2008-ci il, 16 sentyabr. 

3.

 

«Azərbaycan» qəz., 1919-cu il, 17 noyabr.  



4.

 

Azərbaycan tarixinin çağdaş problemləri. Bakı: Xəzər Universiteti, 2000, 206 s.  



5.

 

Атакишиев  А.  История  Азербайджанского  Государственного  Университета.  Баку: 



БГУ, 1989, 830 с.  

6.

 



Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (AR MTN) arxivi. Pr.23355.  

7.

 



AR MTN) arxivi. Pr.24690 

8.

 



AR MTN) arxivi. Pr.23584 

9.

 



AR MTN) arxivi. Pr.23533, I, II c. 

10.


 

AR MTN) arxivi. Pr.22864. I, II, III c.  

11.

 

AR MTN) arxivi. Pr.22314 



12.

 

AR MTN) arxivi. Pr.23832 



13.

 

AR MTN) arxivi. Pr.25083 



14.

 

AR MTN) arxivi. Pr. v.2.4 



15.

 

Əziz Boran. Azərbaycanda sovet işğal rejiminə qarşı mübarizə (1920-1991). Magistr 



hazırlığı üçün proqram. Bakı: BDU, 2008, 67 s.  

16.


 

Rəsulzadə M.Ə.Bolşeviklərin şərq siyasəti. Bakı: Elm, 1994, 126 s. 

 

66



17.

 

Məmmədzadə M.B Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992, 246 s. 



18.

 

Заплетип Г. Трудные судьбы детей «врагов народа»-Панорама, 1997, 18 декабря.   



19.

 

Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu. Bakı: BDU, 2001, 229 s. 



20.

 

Məhərrəmov A. Bakı Dövlət Universiteti. Bakı: Göytürk, 2000, 445 s. 



21.

 

Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı: Azərnəşr, 1992, 80 s.  



22.

 

XX əsr Azərbaycan tarixi. Bakı: Çaşıoğlu, 2004, 557 s.  



23.

 

Həsənli C. Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar. (1954-1959). Bakı: 



Adiloğlu, 2003, 542 s. 

 

REPRESSİYAYA MƏRUZ QALMIŞ MÜƏLLİMLƏR: 

1.

 

Tağı Şahbazi-Rektor- 1926-1929 



2.

 

Maqsud Məmmədov-Rektor-1929-1930 



3.

 

Balabəy Həsənbəyov – prof, siyasi iqtisad. Rektor, 1935-1937 



4.

 

Məmmədkazım Ələkbər oğlu Ələkbərli- Rektor-1934-1935 



5.

 

Boris Tixomirov – prof, SSRİ xalq tarixi kaf. müdiri.  



6.

 

Bəkir Çobanzadə- prof. Türk dili və ədəb.kaf. Şərq fak. dekanı 



7.

 

Aleksandr Bukşpan- prof., Müstəmləkə və asılı ölkələr tar. kaf. müdiri 



8.

 

Çiçikalov-prof., siyasi iqt.  



9.

 

Safranoviç-prof., siyasi iqt 



10.

 

Nikolayev – prof., tarixçi 



11.

 

Belyayev-prof.  



12.

 

Drabkin-prof. 



13.

 

Əziz Qubaydullin- SSRİ xalq tar. kaf. müdiri, 1936-1937 



14.

 

Əli Məmmədbəyov – dos. Siyasi iqt.kaf, 1935-ci ildən elmi katib 



15.

 

Ağamir Məmmədov- əsaslı kitabxananın direktoru 



16.

 

Əhməd Kazımov – dos. Fəls.kaf.müdir əvəzi 



17.

 

İsrafil Kazımov – dos.siyasi.iqt.  



18.

 

Yusifov Ədbül- partiya təşk.kat. 



19.

 

Baba Babayev – Hazırlıq şöb. müdiri, assistent 



20.

 

Hüseynəli Biləndərli- dos. SSRİ xalq tarixi kaf., Tarix fak. dekan müavini 



21.

 

Baba Əsgərov-dos., SSRİ xalqları tar.kaf., dekan müavini 



22.

 

Abbas Nəbiyev- müəllim, təqib olunub, ancaq həbs olunmayıb 



23.

 

Heydər Verdiyev –müəllim 



24.

 

Ədil Abdullayev- BDU-da bölmə müdiri, assisent 



25.

 

Abbas Yusifov- BDU ümumi tarix kaf. müəllimi. 



26.

 

Mirzə Məmmədov-BDU, part.tar.kaf.müd., müəllim 



27.

 

Əşrəf Quliyev-BDU, tarix müəllimi 



28.

 

Əbülfəz Axundov-BDU, ümumi tarix kaf. müəllimi 



29.

 

Məcid Həmzəyev –BDU, fəlsəfə müəllimi 



30.

 

Cabbar Məmmədov-  



31.

 

Belenki-  



32.

 

Ziffeld Simmumyaqi A.R.-BDU, Şərq fak.-1928-1931 



33.

 

Məmməd Bayramov-BDU-nun keç.tələbəsi, həbs olunanda APİ-nin müəllimi 



34.

 

Vəli Xuluflu- prof., BDU-nun şərq fak.keç.tələbəsi 



35.

 

Həsən İmanov- BDU-nun keç.tələb. həbs olunan zaman SSRİ EA Az.fil. elmi işçi  



36.

 

Abdulla Tağızadə -tələbə 



37.

 

Mikayıl Hüseynov- BDU-nun keç.tələbəsi, həbs olunan zaman Az K (b) P MK-da bölmə 



müdiri, APİ-də kaf. müdiri.  

38.


 

Eravanski Mehdi- dos., BDU-əvv.ümumi tarix, sonra qədim dünya tarixi kafedrası 

39.

 

Arşak Aleksandrov-komsomol kom.katibi,  



40.

 

Melyux- BDU, müəllim-Leninqrada gedib.  



 

67



41.

 

Pankratov- BDU, müəllim 



42.

 

Mövsüm Salamov- BDU-nun keç.təl, həbs olunan zaman Az.Dövlət Muzeyinin direktoru 



43.

 

Ələsgər Ələkbərov- BDU-nun keç.tələbəsi, həbs olunan zaman SSRİ EA Az.fil.elmi işçi.  



44.

 

İdris Həsənov-BDU-nun keçmiş tələbəsi, elmi işçi-1925-1930-cu illərdə 



45.

 

Baharlı Məmmədhəsən-1920-1923-cü illərdə BDU-nun şərq fak. müəllimi olub.  



46.

 

Heydər Hüseynov-BDU-nun keç.tələbəsi, akademik 



47.

 

Hənəfi Zeynallı-BDU-nun keçmiş  tələbəsi,  Şərq fakültəsinin Azərbaycan  ədəbiyyatı 



kafedrasının müəllimi, həbs olunan zaman EA Az.fil. elmi işçisi 

48.


 

Cavadbəy Rəfibəyov – BDU, müəllim, dosent, «Şərq incəsənəti tarixi» kaf., 1927-1932 

49.

 

Sumbatzadə  Əlisöhbət-akademik, BDU-nun keçmiş  tələbəsi, 1937-ci ildə  həbs olunub, 



1940-1950–ci illərdə BDU, Ümumi tarix kafedrasının müdiri 

50.


 

Yusif Vəzir Çəmənzəminli- 1927-1928-ci illərdə BDU-da, aspiranturada oxuyub.  

51.

 

Abdulla Şərifov - BDU-nun keçmiş tələbəsi, həbs olunan zaman EA Az.fil.elmi, işçi. 



52.

 

Əmin Abid- 1926-1929-cu illərdə BDU-da müəllim 



 

TƏLƏBƏLƏR 

1.

 



Abbasov Xasay  

2.

 



Nəsibov - aspirant  

3.

 



Bədəlbəyli  

4.

 



Tağıyev -1936-da repressiya olunub.  

5.

 



İsgəndər Yusifov  

6.

 



Əkbər Dadaşlı-tarix fak. II kurs. 

7.

 



Hüsyen Mütəllibov-tarif fak II kurs. 

8.

 



Məmməd Qazıyev –Tarix fak.II kurs.  

9.

 



Cəfər ibrahimov – tarix fak. II kurs.  

10.


 

Xasay Abbasov  

11.

 

Muxtar Qasımov  



12.

 

Əjdər Ənnağıyev –Tarix fak.  



13.

 

Züleyxa Əliyeva  



14.

 

Arşakyan Armen 



15.

 

Danielyan Qurgen  



16.

 

Qara Sadıqov –Tarix fak. II kurs.  



17.

 

Salamzadə Əbülfəz-BDU-nun keçmiş tələbəsi, Leninqrad şəhərində aspirant 



 

РОЛЬ БГУ В РАЗВИТИИ ОБЩЕСТВЕННОЙ  

МЫСЛИ И НАЦИОНАЛЬНОМ ПОБУЖДЕНИИ 

 

С.Т.ГАДЖИЕВ, Б.О.АЗИЗ 



 

РЕЗЮМЕ 

 

 



Сравнительный  анализ  архивного  материала  и  соответствующей  литературы 

показал,  что  БГУ  сыграл  важную  роль  в  исследовании  важнейших  вопросов  азербай-

джанской истории, литературы и философской мысли, в сохранение азербайджанского 

языка,  в  формировании  и  развитие  национального  самосознания,  в  распространение 

национально-демократических  идей,  в  борьбе  против  носившего  колониальный  харак-

тер  советской  идеологии  и  советского  режима.  Университет  сыграл  также  решающую 

роль в становлении, ходе и победе национально-освободительного движения 80-х годов 

XX века, и в защите, и укреплении нашей государственности.  



 

 

 

68




THE PLACE OF BAKU STATE UNIVERSITY IN NATIONAL CONSCIOUSNESS 

AND THE DEVELOPMENT OF PUBLIC THOUGHT 

 

S.T.HAJIYEV, B.O.AZIZ 

 

SUMMARY 

 

 



The compared analyzes of archive materials and proper literature confirms that, Baku 

State University played an important role in the investigation of the history and literature of 

Azerbaijan and multifaceted philosophical issues, the protection of the language of Azer-

baijan, the growing of national identity and the enlargement of democratic ideas, in the 

struggle against soviet ideology and regime, the start, continuance and successfully finish of 

national movement for independence, simultaneously the maintenance of the stableness of the 

statehood.

 

 



69

Yüklə 324,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə