Baki universitetiNİn xəBƏRLƏRİ №3



Yüklə 230,97 Kb.
Pdf görüntüsü
tarix07.08.2018
ölçüsü230,97 Kb.
#60948


 

49 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2012 

 

 

 

 

UOT 82-1 

 

XIX 

ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ CƏNUBİ 

AZƏRBAYCAN ƏDƏBİ-MƏDƏNİ MÜHİTİ – PROBLEMLƏR, 

MÜQAYİSƏLƏR 

 

A.Y.ABUŞOVA  

Bakı Dövlət Universiteti 

a.afet_1985@mail.ru 

 

XIX 

əsrin II yarısı ictimai və ədəbi proseslər baxımından Cənubi Azərbaycan və İran 

müstəvisində həm böhranlı, həm də təbəddülatlı dövr olmuşdur. Lakin bununla belə yeni tipli 

məktəblər açılmış, teatr binası inşa edilmiş, mədəniyyət və ədəbiyyatda müxtəlif nailiyyətlər 

əldə edilmişdir. Məqalədə yeni tədqiqlər və nəşrlər müqayisə edilmişdir. 

 

Açar  sözlər:  XIX  əsrin  II  yarısı,  şimal,  cənub,  mədəniyyət,  teatr,  müqayisələr, 

problemlər, ictimai mühit, Ə.Talıbov, yoxsa Pol de Kok 



 

Bədii söz istər bədii təfəkkürün, bədii inikasın, istərsə də onu doğuran 

insanın  həyatverici  qüvvələrindəndir.  İnsan  daim  yeniliyə,  dəyişməyə,  geniş 

açılımlara meyil edən elə dünyaduyum sahibidir ki, hətta bilə-bilə ki, fəzadakı 

«hava  və  iqlim  dəftərxanası»na  əvvəlcədən,  planlı  şəkildə  mesaj  ismarlaya 

bilməyəcək, yenə də nüfuzunu irəliyə can atmaqda sınayır. 

H.Zərdabi  demişdir:  «Olmaz  ki,  dünyada  hər  şey  bir  qayda  ilə  rəftar 

olsun. Bizim zəmanə dəyişməyi tələb edir». 

Həqiqətçilik,  müasirləşmə,  intibah  tarix  boyu  milli-bədii  təfəkkürümü-

zün  ən  davamlı  ənənəsi  olub:  Nizaminin  insan  konsepsiyasından  Nəsimi 

kamilli

yinə, Füzuli dühalığından Sabir “özünütənqid”inə və s... Xüsusilə, XIX 



əsrdən – Mirzə Fətəli Axundzadə fəlsəfəsindən üzü bəri... istər estetik zövq, 

istər  düşüncə  sərbəstliyi,  istər  etik  duyğular  və  didaktika,  istərsə  də  mənfi 

proseslərin qabarıq ifşası dönəm-dönəm sosial elitanı- yazar təbəqəsini bu və 

ya digər formada gərəkənin təlqin, gərəkənin tənqidinə sövq etmişdir. Sosiu-

mun  tənəzzül  etməməsi  üçün  avanqardın  (yazarın)  mühüm  ictimai  həllinə 

çalışdığı  məhz  bu  mürəkkəbliyin  stereotiplər  müstəvisində,  gərəkliyində  isə 

dissidentizm zəminində həllidir. Əsl meyar-şəxsiyyətin özüdür. Belə ki, ədə-

biyyatın  ölçü  vahidi  insan  mürəkkəbliyi,  insan  həqiqətidir.  XX  əsrdə 

M.F.Axund

zadə durmadan bu həqiqəti gah fəlsəfi yozuma, gah da realist plana 

cəlb  etdi.  İş  o  yerə  çatdı  ki,  «Kəmalüddövlə  məktubları»ndan,  «Aldanmış 



 

50 


Kəvakib»ə  və  daha  rahat  anlaşıqlı  komediyaya  qədər  hüdudlar  aşıldı  və 

təlqinlər  bu  günümüzəcən  acı  səhifəmiz  olan  Güney  Azərbaycana  nəzəriyyə 

qismində  axın  edib,  Zeynalabdin  Marağayi,  Əbdürrəhim  bəy  Talıbov  və  b. 

yazarların qələmlərində təcrübi effektə malik oldu. 

 

XX əsrin əvvəllərində Güney Azərbaycanda «Şərqi-Rus», «Hümmət», 



«Həyat»,  «Molla  Nəsrəddin»,  «Füyuzat»,  «İrşad»,  «Tərəqqi»,  «Yoldaş», 

«Təkamül», «Məktəb», «Dirilik», «İqbal» kimi mətbu orqanları çap olunsa da, 

uzun  illər  anadilli  mətbuatın  olmamasından  əziyyət  çəkən  xalqın  tələbatını 

qismən  ödəsə  də,  XX  yüzilliyin  əvvəllərində  romantizm  və  realizm  ədəbi 

məktəbləri təşəkkül tapsa da və bu təşəkkül dövrün ədəbi proseslərin özündə 

ehtiva  və  təcəssüm  etdirsə  də,  Güney  Azərbaycan  ədəbiyyatşünaslığı,  publi-

sistikası,  tənqidi  və  ədəbi  prosesləri  haqqında  təhkimçi  münasibətin  nəticəsi 

olaraq,  yuxarıdakı  optimist  fikri  dəqiq  söyləmək  çətindir.  Hələ  yenicə  milli-

mənəvi  təfəkkürün  keşiyində  durmaq,  qayğısına  qalmaq  kimi  düşüncə  sər-

bəstliyinə  M.F.Axundzadədən  sonrakı  Güney  Azərbaycan  mühitində  yetişən 

və  ondan  təsirlənərək  bəhrələnən  Zeynalabdin  Marağayi,  Əbdürrəhim  bəy 

Talıbov,  Xalxali  və  s.  qələmlərində  rastlaşır  və  reallıqlar  çərçivəsində  bir 

vətəndaş  kimi  milli  azadlığın,  birlik  və  bütövlüyün,  tamlığın  Azərbaycan  və 

ümumazərbaycanlılar üçün bölünməz sərvət oluşunu mahiyyətilə təbliğ edən 

Mirzə Cəlillərin, Səməd Behrəngilərin yaranmasilə abu-havanı, gələcəyə inam 

hissini müsbətə kökləyişlə qarşılaşırıq. 

XI

X əsrə görə o qədər də ürəkaçan mənzərə olmayan mərsiyyənəvislik 



yerini,  yavaş-yavaş  müstəvisində  də  olsa,  nəsrə  (hekayəçilik,  daha  sonra 

romançılıq) verərək yeniliyə meyilli istiqamətdə dəyişirdi. İstər inkişafa, istər 

ana dilinə, istərsə də nəsrdə söz deməyə meyilliyə mərsiyyənəvislikdən uzaq-

laşıb həm xalqın maarifi, həm də mədəniyyəti tənəzzülə aparan mövhumatçı 

buxovlardan  azad  olmalara  dövrün  xarakter  yazılarında  rastlamaq  mümkün-

dür. 1896-

cı  ildə  Təbrizli  Mirzə  Sadiq  tərəfindən  yazılmış  «Kitabçeyi-

Ədəbiyyə»  müxtəlif  prizmalardan  maraqlıdır.  Azərbaycan  dilində  yazılmış 

158 səhifəlik bu kitab beş cildlik bir əsərin ikinci cildidir. Tədqiqatçıların fik-

rincə,  bu  kitab  müxtəlif  nöqsanları  olmasına  baxmayaraq,  o  tayda  doğma 

Azərbaycan dilində yazılmış nəsr əsərlərindən biri kimi qiymətlidir. Ədəbiyyat 

üzrə dərslik olan bu kitab əhəmiyyətli və təsirli mövzularla zəngindir. Sənət və 

sənətkarlıq  (Nizami  və  Sədini  misal  gətirir)  məsələlərinə  toxunan  müəllifin 

fikrindən  belə  nəticəyə  gəlmək  olar  ki,  sənətkarı  əbədi  edən  məhz  onun 

yaradıcılığının xalqın xeyrinə olan mətləblərlə zəngin olmasıdır. 

XI

X əsr bütünlüklə mürəkkəb bir dönəm idi. Elmin müxtəlif sahələrində 



fəaliyyət  göstərən  Azərbaycan  alimlərinin,  ədib  və  ictimai  xadimlərin  əsərləri 

çox  çətinliklə,  nöqsanlı  şəkildə  çap  edilirdi.  Çap  işinin  mədəni  inkişafa  təsir-

lərini (publisistikada da həmçinin) yuxarıda qeyd etmişdik. Belə bir müqəddərat 

üçün yararlı məsələ barəsində Mirzə Fətəli dəfələrlə cənublu elm və mədəniyyət 

xadimlərinə,  ziyalılara,  o  cümlədən  Təbrizli  Mirzə  Yusif  Müstəşarüddövləyə 

məsləhətlər vermişdir. Mirzə Yusif yüksək dövləti vəzifələrdə olduğu müddətdə 

də  xalqın  rifahı  naminə  əsirgəmələrə  yol  vermirdi.  Özü  də  məhz  bu 



 

51 


təəssübkeşliyin  qurbanı  olmuşdur.  «Yeni  kəlmə»  adlı  kiçik  həcmli,  böyük 

mənalı  və  əhəmiyyətli  əsərinə  görə  yaşlı  vaxtında  əzablara  düçar  edilmiş, 

kitabını başına vuraraq kor edilmiş, sonra da faciəli şəkildə öldürülmüşdür. Bu 

dövrdə  Cənubi  Azərbaycanda  müxtəlif  sahələrdə  inkişaf  müxtəlif  şəkildə 

gedirdi. 1909-

cu ildə Şimaldan Sidqi Ruhulla, Hüseyn Ərəblinski, C.Zeynalo-

vun  yaxından  köməkliyi  ilə  Təbrizdə  Cənubi  Azərbaycanın  ilk  teatrı  təşkil 

edildi. Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadənin teatr truppaları dəfələrlə Təbriz 

və digər Azərbaycan şəhərlərində teatrlar təşkil etdilər. 1916-cı ildə Təbrizdə ilk 

teatr  binası  tikildi.  Bu  dördə  artıq  Şimali  Azərbaycanda  dekorativ  incəsənətin 

dəyərli örnəkləri yaranırdı. Şuşalı usta Qənbər və onun şagirdləri tərəfindən icra 

edilmiş  Şəki  xan  sarayındakı,  Şuşada  Mehmandarovun  və  Rüstəmovun 

evlərindəki  divar  rəsmlərini  misal  göstərmək  olar.  Müqayisə  üçün  deyək  ki, 

qadın hüququnun kölə sistemində olduğu Cənubi Azərbaycandan fərqli olaraq 

bu  dövrdə  Şimali  Azərbaycanda  Hacı  Zeynalabdin  Tağıyev  müsəlman  qız 

məktəbini inşa etdirdi (1898). Bəhs edilən dövrdə Cənubi Azərbaycan və İran 

maarifinin  inkişafında  Mirzə  Həsən  Rüşdiyyənin  xidmətləri misilsizdir. Döv-

rünün  mütərəqqi  təlim-tərbiyə  üsullarını  öyrənib,  İranda  və  Cənubi  Azərbay-

canda yaymaq məqsədilə 1883-cü ildə İrəvanda azərbaycanlılar üçün yeni tipli 

«Üsuli-


Cədid məktəbi» açmışdı. 1887-ci ildə isə Təbrizdə «Dəbestan» adlı ilk 

xüsusi yeni tipli üsuli-

cədid  məktəbini  təsis  etdi.  Rüşdiyyə  Cənubi  Azərbay-

canda ilk dəfə olaraq əlifbanı səs üsulu ilə, Azərbaycan türkcəsi əsasında tədris 

etməyə başladı. Yaratdığı məktəblər üçün «Vətən dili», «Ana dili» dərsliklərini 

yazdı. Belə bir yeniliyəmeyilli dönəmdə ədiblər də əllərindən gələni əsirgəmir, 

yaradıcılıqlarında yeni bir qələm təcrübəsinə imza atırdılar. Romançılıq dövrün 

Mirzə Fətəli Axundzadədən təsirlənən yazar Zeynalabdin Marağayi möhtəşəm 

«İbrahim  bəyin  səyahətnaməsi  və  ya  peşimançılığın  bəlası»  əsərini  yazdı. 

Əbdürrəhim  bəy  Talıbov,  «Kitabi-Əhməd»,  «Səfineyi-Talibi»  əsərlərini 

yazdılar.  2000-ci  illərədək  istər  tarix  kitablarında,  istərsə  də  digər  ədəbiyyat 

dərsliklərində verilən «Kitab yüklü eşşək» əsərinin müəllifi Əbdürrəhim Talıbov 

hesab  edilirdi.  Tədqiqatçı  Tahirə  Həsənzadənin  son  dövr  araşdırmaları  sübut 

etdi  ki,  «Kitab  yüklü  eşşək»  əsərinin  əsli  fransız  yazıçısı  Pol  de  Koka 

məxsusdur. Cənubi Azərbaycanda və İranda bu əsəri farscaya tərcümə və təbdil 

edən isə Marağalı Məhəmmədhəsən Xan Etimadüssəltənədir.  

 

Böyük  alim  Xeyrulla  Məmmədov  («XIX  əsrin  sonu  –  XX  əsrin 



əvvəllərində  Azərbaycan  maarifçi  realist  ədəbiyyatı»,  «Əkinçi»dən  «Molla 

Nəsrəddin»ə  qədər»,  «XIX  əsr  Azərbaycan  uşaq  ədəbiyyatı»,  «Azərbaycan 

ədəbi tənqidi XIX-XX əsrlərin hüdudlarında», «XIX əsr Azərbaycan ədəbiy-

yatı»  və  s.  monoqrafiyalarında,  «Əqidə  döyüşlərində»,  «Molla  Nəsrəddin»i 

zəmanə  yaratdı»,  «Əkinçi»nin  övladları»,  «N.Nərimanov  haqqında  yeni 

materiallar», «Bir mübahisə haqqında», «S.Ə.Şirvani haqqında həqiqət», «Cə-

lal  Ünsüzadə  və  uşaq  ədəbiyyatı»,  «S.M.Qənizadənin  bədii  nəsri»,  «Tərcü-

man: Dildə, fikirdə, işdə birlik» və s.) bu barədə özünün məşhur  «Cənablar, 

börklərinizi  qaldırın,  əlahəzrət  fakt  gəlir»  məqaləsini  çap  etdirmiş  və  qeyd 

etm


işdir:  «Əbdürrəhim  Talıbov  kimi  böyük  alim  və  ədibin  «Kitab  yüklü 


 

52 


eşşək»  əsəri  ilə  məşhurlaşmağa  ehtiyacı  yox  idi».  Adı  çəkilən  əsər  müxtəlif 

dövrlər  üçün  xarakterik  olan  bütün  qüsurlara  anti-defis  işarəsi  qoymuşdur. 

Böyük rus tənqidçisi V.Q.Belinskinin (1811-1848) yazdığına görə, «istedadlı 

Pa

ris hekayəçisi, xeyirxah Pol de Kok»un romanları rus dilində nəşr olunmuş-



dur. O, «Rusiyanın Homeri» adlandırdığı Pol de Koku Balzak, V.Hüqo, A.Dü-

ma, Jorj Sand kimi dahi yazıçılardan üstün tutmuş, onu Volter Skota bərabər 

hesab  etmişdir.  Paris  cəmiyyətinin  qüsurlarını  gərəkdiyində  açıq  lövhələrlə 

təsvir edən, istər Fransa geniş dairələrinin, istərsə də Avropa ictimaiyyətinin 

sevimlisi olan Pol de Kok Məhəmmədhəsən xanın diqqətindən yayınmamışdı. 

Tədqiqçilərdən  P.Ariyanpur,  Məhəmməd  Şahid  Nurayi,  Mirhaşim 

Mühəddis, xan Məlik Sasani də «Müstəqil vəhş, ya əlhimar yəhmilül-əşfəran» 

əsərini Məhəmmədhəsən xanın əsərləri siyahısında vermişlər. 

Tahirə  Həsənzadəyə  görə,  İranın  görkəmli  alimi  Səid  Nəfisi  bu  əsəri 

Məhəmmədhəsən  xanın  fransız  dilindən  tərcümə  və  təbdil  etdiyini,  əsərin 

qəhrəmanlarına  iranlı  adlar  qoyduğunu  bildirir.  İran  alimləri  F.Adəmiyyət, 

Y.Ariyanpur,  M.Bamdad  Ə.Talıbov  haqqında  tədqiqatlarında  «Əlhimar…»  -

«Kitab yüklü eşşək» əsərini Ə.Talıbovun əsərləri siyahısına daxil etməmişlər. 

Vurğulamağı lazım bilirik ki, 2005-ci ildə «Çaşıoğlu» nəşriyyat evində 

çap olunmuş 10-cu sinif üçün Azərbaycan tarixi dərsliyinin Cənubi Azərbay-

can


da  mədəniyyət  bölməsinin  149-cu  səhifəsində  «Kitab  yüklü  eşşək»  əsəri 

Əbdürrəhim  bəy  Talıbovun  müəllifliyi  ilə  göstərilmişdir.  Çap  evinin  artıq 

2012-

ci ildə nəşr etdiyi eyni adlı kitabda «Əlhimar…» - «Kitab yüklü eşşək» 



əsəri Ə.Talıbovun əsərləri sırasında verilmir. 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat  İnsti-

tutunun «XIX-XX 

əsrlərdə Cənubi Azərbaycan ədəbiyyatı tarixi» kitabında (2 

cilddə) XIX əsrin sonu - XX əsrin əvvəlləri üçün xarakterik olan ictimai-mə-

dəni  məsələlər  diqqət  önünə  gətirilir.  Kitabdakı  Z.Marağayiyə  həsr  olunmuş 

hissə  Əflatun  Məmmədova,  Ə.Talıbova  aid  bölməyə  aid  fikirlər  Mirəli  Mə-

nafiyə məxsusdur. Maraqlı cəhətlərdən biri də budur ki, İnternet səhifələrində 

yuxarıda  qeyd  olunan  kitab  barəsində  yazan  Həsən  Səfəri  Ə.Talıbovun  ilk 

orijinal əsəri kimi «Kitab yüklü eşşəy»in adını çəkir. 

Bütün qeyd ol

unanlarla  bərabər  onu  da  deməliyik  ki,  zaman-zaman 

əvvəlcə Şimal və Cənub ədəbiyyatının  «bir kök altında» - sovet hakimiyyəti 

illərində «panislamist», «pantürkizm», «dini klerikal», «sosial-demokrat» kimi 

terminlər altında, yazıçılar, məfkurələr, mənafelər qarşı-qarşıya qoyulmuşdur. 

Mirzə Fətəli Axundov başda olmaqla o dövrün qabaqcıl yazıçı və ziyalı-

ları sarsılmaz inamla təbliğ və təşviq edib deyirdilər ki, xalqın diriliyi, gələcəyi 

na

minə  ədəbiyyat  həyata  yaxınlaşmalıdır.  Xalqın  həyatından,  güzəranından, 



zəruri ehtiyaclarından yazılmalıdır, zəmanə ilə bağlı, tərəqqisinə kömək edən 

işıqlı  fikirlər  aşılanmalıdır.  Bunun  üçün  ədəbiyyat  özü  təzə  yol  seçməlidir. 

Köh

nə fikirlərdən, köhnə üsullardan uzaqlaşmalıdır. Xalqın real həyatı və hiss-



ləri ilə heç bir əlaqəsi olmayan mövhumu əhvalatları təsvir və vəsf etməkdən 

əl çəkmək lazımdır. 




 

53 


Bu  yol  realizm  yolu  idi,  ideyalı,  demokratik  fikirli  ədəbiyyat  yolu  idi. 

Xalqın  mənəvi  mədəniyyəti,  bədii  fikri  sahəsində  yeni  hava  idi.  Bu  havanı 

Azərbaycan mühitində əsməyə başlayan yeni küləklər gətirmişdi. 

Ona qarşı əsən küləklər də tufan qoparmaqda idi: ətalət, gerilik, köhnə-

pərəstlik küləkləri! Yaşadığı dövrün həyatından, ictimai mübarizələrin girdab-

la

rından xəbərsiz olan, ya da bunların mənasını anlamayan, faciəli aqibəti xə-



ya

lına gətirməyən avam və cahillərin körük basdığı küləklər!... Bu avamların 

gözünü cəhalət pərdəsi, çürük, mövhumi əqidələr və köhnə təsəvvürlər dumanı 

elə örtmüşdü ki, öz burunlarından o yanı görmürdülər, zamanın hərəkətini hiss 

etmir,  köhnə  həyat  tərzindən  bərk-bərk  yapışıb  durur,  yeniliyə  şiddətli 

müqavimət göstərirdilər. 

Onların  yaratdığı  ədəbiyyatın  mövzu  dairəsi  görüşləri  kimi  dar,  bədii 

priyomları, təşbihlər və obrazlar silsiləsi geyimləri kimi köhnə idi. Sözün ən 

pis  mənasında,  ənənəvi  qəzəlxanlıq  çərçivəsindən  o  yana  çıxmırdı.  Bu  cür 

şairlər Azərbaycan ədəbiyyatında Füzuli kimi böyük dühanın ən çox müraciət 

etdiyi  qəzəl  formasını  bayağılaşdırır,  çeynənmiş  sözlərin  və  ifadələrin 

təkrarından ibarət olan qəzəllər yazırdılar. Bu qəzəllərdə dərin mənalı fəlsəfi 

fikir  axtarmaq  nahaqdır,  insanın  məhəbbət,  dostluq,  vətənpərvərlik,  düzlük, 

alicənablıq  kimi  nəcib  hisslərinin  dərin  fəlsəfi  ifadəsini  görmək  mümkün 

deyildir.  Yeni  meyllərə,  ictimai  mənalı,  dolğun  ictimai  mündəricəli  realist 

ədəbiyyat  yaratmaq meyillərinə qarşı duran  cərəyanın bir qolu da dindarlığı, 

sağlam  şüurun  qəbul  edə  bilmədiyi  şəbihgərdanlıq,  sinəzənlik  kimi  çürük 

ayinləri yayan mərsiyə ədəbiyyatından ibarət idi. 

Əlbəttə,  xalqın  bədii  təfəkkürünün  qüdrətini,  onun  azadlıq,  tərəqqi  və 

səadət həsrətlərini, arzularını, mübarizəsini yaranmaqda olan  yeni ədəbiyyat-

realist,  demokratik  ədəbiyyat  ifadə  edirdi  ki,  o  da  öz  inkişafını  Zakirin, 

Bakıxanovun, Axundovun, Qutqaşınlının, Vazehin yaradıcılığında tapmışdı. 

Şimali Azərbaycanda yaranan ədəbiyyata xalqın mənəvi, mədəni həyatı-

na yeni ruh gətirən küləklər elə ilk başlandığı gündən Araz və Astara çaylarını, 

Muğan düzünü və Talış dağlarını aşıb Cənuba da yayıl

dı.


 

Dar çərçivədə olsa 

da, 

oraya da  yeni hava  gətirdi.  İran və Cənubi  Azərbaycan  alimləri də  bunu 



qeyd  edirlər.  Məsələn  C.H.Təbrizi  «Dilimiz  haqqındakı  məqaləsində  yazır: 

«XI


X  əsrdə  Avropada  gedən  fikri  hərəkətlər  əvvəl  Şimal,  sonra  da  İran 

Azərbaycanına  gəlməkdədir.  Şimalda  Abasqulu  ağa  Bakıxanov,  Qasım  bəy 

Zakir  və  Mirzə  Şəfi  Vazeh  və  Mirzə  Fətəli  Axundzadə  kimi  böyük  şair  və 

mütəfəkkirlər  zühur  etmişlər».  Bu  yeni  meyillər,  Cənubi  Azərbaycanda  və 

bütün İranda orta əsr həyat tərzinə, ictimai zülmə, müstəbidliyə qarşı qızışan 

mübarizələr,  insanların  ruhunda,  qəlbində  oyanan  yeni  hisslər  və  fikirlər, 

dəyişən  zövq  və  artan  estetik  tələblər  müəyyən  dərəcədə  öz  bədii  ifadəsini 

Cənubi  Azərbaycanın  onlarla  yeni  ruhlu  şair  və  yazıçılarının  yaradıcılığında 

tapdı. Yüksək sənət nümunələri yaratmış Əndəlib Qaracadaği, Heyran xanım, 

Nəbati,  Zikri,  Raci,  Şükuhi,  Məhəmməd  Hidəci,  duzlu,  şirin  yumorla  dolu 

şeirlər müəllifi Məhəmməd Bağır Xalxali və ləli kimi qüdrətli şairlər, ictimai 

məzmun  dolğunluğu  və  mütərəqqi  fəlsəfi  fikirlərlə  seçilən  nəsr  əsərlərinin 




 

54 


müəllifi  Əbdürrəhim  Talıbov  və  Zeynalabdin  Marağayi,  istibdadın,  bürokrat 

dövlət  aparatının  puçluğunu,  soyğunçu  mahiyyətini  satira  hədəfi  edən 

dramaturq Mirzə

 

Ağa



 

Təbrizi kimi istedadların əsərləri buna nümunədir. 



 

ƏDƏBİYYAT 

1.

 



Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Bakı: EA, I c., 1981, 382 s.  

2.

 



Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Bakı: EA, II c., 1983, 579 s. 

3.

 



Həsənzadə  Tahirə.  Əbdürrəhim  Talıbov,  yoxsa  Pol  de  Kok.  Azərbaycan,  2004,  №6, 

s.179-180.  

4.

 

Həsənzadə  Tahirə.  Marağalı  Məhəmmədhəsən  xan  Etimadüssəltənənin  əsərlərində 



Azərbaycan tarixi məsələləri. Bakı, 2001.  

5.

 



Quliyev Elman. 

Görkəmli  ədəbiyyatşünas  alim,  tanınmış  pedaqoq.  “Ədəbiyyat”  qəz., 

2011, 20 may. 

6.

 



Məmmədov  Xeyrulla.  “Cənablar  börklərin  qaldırın,  əla  həzrət  fakt  gəlir”.  «Ədəbiyyat» 

qəz., 2005, 22 iyul.  

7.

 

Səfəri Həsən. Kitablar və rəylər. Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi. Bakı: 2012. 



 

ЛИТЕРАТУРНО-КУЛЬТУРНАЯ СРЕДА ЮЖНОГО АЗЕРБАЙДЖАНА  

В КОНЦЕ XIX – НАЧАЛЕ XX ВВ.: ПРОБЛЕМЫ, СРАВНЕНИЯ 

 

А.Ю.АБУШОВА 

 

РЕЗЮМЕ 

 

Во второй половине девятнадцатого века в литературе в Южного Азербайджана 

и Ирана был критический период. 

Но,  не  смотря  на  это,  открылись  новые  типы  школы  и  было  построено  новое 

театральное здание и достигнуты большие успехи лишь в области культуры и литера-

туры. 


И  так  в  этой  статье  были  проведены  новые  исследования  и  были  сделаны 

некоторые сравнения. 

 

Ключевые  слова:  вторая  половина  девятнадцатого  века,  Север,  Юг,  культура, 

театр, проблемы, А.Талыбов, или же Пол де Кок 



 

LITERARY-CULTURAL PROBLEMS AND COMPARISONS IN SOUTHERN 

AZERBAIJAN LATE IN XIX – EARLY IN XX CENTURIES 

 

A.Y.ABUSHOVA 

 

SUMMARY 

 

The  II  half of the XIX  century,  from the point of view of  the social and literary 

processes, was a critical period in South Azerbaijan and Iran. 

However, new types of schools opened, and a  new theatre  was built and great 

achievements  were  gained  in the field of culture and literature. The  article  compares recent 

researches and publications. 

   

Key words:  the second part of the XIX sentury North South, culture, theatre, 

comparisons, problems, public atmospheres, A. Talibov or Pol De Cok 



 

Yüklə 230,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə