Baki universitetiNİn xəBƏRLƏRİ №3



Yüklə 221,07 Kb.
Pdf görüntüsü
tarix29.09.2018
ölçüsü221,07 Kb.
#71025


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2015 

 

 

 

 

 

ƏDƏBİYYATŞÜNASLIQ

 

 

 

47.09.09 – 

Müxtəlif ölkələrin və xalqların ədəbiyyatı tarixi  

UOT 821 (091) 

 

AVROPA ƏDƏBİYYATINDA QADIN AZADLIĞI PROBLEMİ 



 

F.S.ZÜLFÜQAROVA 

ARP

DİA 

farqanazulfuqarova@mail.ru 

 

Məqalədə  ingilis  ədəbiyyatında  qadının  ictimai  problemindən  bəhs  edilir.  XX  əsrin 

birinci  yarısında  yaşayıb  yaratmış  ingilis  yazıçısı  Con  Qolsuorsinin  yaradıcılığında  qadına 

münasibət problemi geniş yer tutur. 

O,  Böyük  Britaniyanın,  insanlarının  sosial,  ictimai-siyasi  və  elmi-fəlsəfi  həyatından 

bəhs etmişdir. Bu problemlırin əksəriyyəti qadına həsr edilmişdir. 

Məqalədə ingilis ədəbiyyatının tipoloji əlaqələrinə də toxunulmuşdur. 

 

Açar sözlər: Qərb, qadın, ictimai, problem, ingilis ədəbiyyatı, Şərq 



 

Qərb ictimai-siyasi və elmi-fəlsəfi fikrində qadının rolu çox zəngin ədə-

bi-

bədii  fəaliyyətə  malikdir.  “Avropa  ədəbiyyatında  qadın  azadlığı  problemi” 



adlı bu məqalədə istedadlı ingilis yazıçıları Con Qolsuorsi, Etel Lilian Voyniç, 

Oskar Uayld, Cozef 

Konradın əsərlərindəki qadın azadlığı və ədəbiyyat möv-

zusundan 

bəhs edilir. 

Qərb düşüncəsində qadın azadlığı humanizm, yəni insanpərvərlik ideya-

larının pərvəriş tapmağa başladığı İntibah dövründən etibarən ədəbiyyat və in-

cəsənətin ən başlıca mövzusuna, leytmotivinə çevrilib. Kilsə qadının azadlığı, 

yüklüyü, gözəlliyi ideyasını heç cür qəbul edə bilmir, buna özünün cəmiy-



yətdəki  nüfuzunun  sona  yetməsi  kimi  baxırdı.  Bir  neçə  əsrlik  qarşıdurmada 

mil


yonlarla  adam  inkvizisiya  tonqalında  yandırılsa  da,  azad insan,  qadın  dü-

şüncəsi bu mübarizədə qalib gəldi və çağdaş Qərb ictimai-siyasi, elmi-fəlsəfi 

fikrindəki müxtəlif qadın konsepsiyalarına gətirib çıxardı.  

Qərb  ictimai-siyasi, elmi-fəlsəfi  fikrində  qadının  rolu  dedikdə,  ilk növ-

bədə  Avropada  qadın  azadlığı  və  ədəbiyyatdan,  Qərb  ictimai-siyasi  və  elmi-




fəlsəfi fikrində, bədii-estetik sahələrdə qadının rolundan söhbət açılır. Qadının 

azadlığı  onun  cəmiyyətdə  fikir  söyləməyi  bacarması,  sərbəst  düşünə  bilməsi, 

azad fikir 

söyləməyi, azad yaza bilməyidir. Azadlıq, xüsusilə sənətkar yaradıcı 

qadınlar üçün son dərəcə önəmlidir. Azadlıq, yaradıcılığı sərbəst buraxır. Şeir, 

nəsr,  poeziya  zehni  azadlığa  bağlıdır.  Zehni  azadlıq  isə  maddiyyata  bağlıdır. 

Maddi ehtiyaclar qadın üçün dözülməzdir. Çünki o, nə isə yazıb-pozursa, yəni 

yaradıcılıqla  məşğuldursa,  hər  şeydən  öncə  onun  maddi  ehtiyacları  ödənil-

məlidir.  Ümumiyyətlə,  qadın  heç  bir  kişidən  asılı  olmamalıdır.  Asılılıq  isə 

qadını  çıxılmaz  vəziyyətə  sala  bilər;  köləliyə,  oğurluğa,  əxlaqsızlığa,  ölümə-

intihara 

belə gətirib çıxara bilər. 

XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  ingilis  ədəbiyyatında  çox 

mürəkkəb  ədəbi  və  ideoloji  mübarizələr  olmuşdur.  Bu  illərdə  müxtəlif  ədəbi 

cərəyanlar  yaranmış  və  həmin  cərəyanlar  arasında  ciddi  yaradıcılıq  müna-

qişələri  baş  vermişdir.  Bu  dövrdə  ingilis  ədəbiyyatında  ictimai  həyata  fəal 

müdaxilə  etməyə  çalışan  yazıçıların  meydana  gəldiyinin  şahidi  oluruq.  Onlar 

öz  əsərlərində  yeni  problemlər,  yeni  mövzular  ortaya  atırdılar.  Belə  aktual 

mövzulardan  biri  də  qadın  problemidir.  İngilis  ədəbiyyatında  mövcud  olan 

müxtəlif ədəbi cərəyanlar içərisində iki əsas cərəyan - realizm və dekadentçilik 

xüsusilə fərqlənirdi. Burjua cəmiyyətinin və mədəniyyətinin çürüməsi prosesi 

dekadent  sənətində  öz  əksini  tapmışdı.  Realist  ədəbiyyatda  isə  kapitalizm 

c

əmiyyətində  baş  verən  sosioloji  təbəddülatların,  yeni  dünyagörüşlərin  kapi-



talizm  ilə  proletariat  arasındakı  sinfi  ziddiyyətlərin  inikasına  rast  gəlirik.  Bu 

yazıçıların  ictimai  romanlarında  kapitalizmin  ziddiyyətləri  və  saxtakarlıqları, 

geniş xalq kütləsinin ictimai narazılıqları qabarıq şəkildə təsvir olunur.   

Dekadentçilərin  özləri  də  əslində,  burjua  cəmiyyətindən  narazı  idilər. 

Qeyd  edək  ki,  dekadentçilik  cərəyanı  əvvəllər  modernist  cərəyan  adı  altında 

nəzərdə tutulurdu. XX əsrdə yaranan ədəbi cərəyanlardan ən məşhuru moder-

nizmdir.  Bu söz 

yəni modernizm ingilis sözü olub, mənası müasir deməkdir. 

Dekadentçilik  isə  fransız  sözüdür,  mənası  düşkünlük  deməkdir.  O zaman 

Avropa  ədəbiyyatında  yaranan  və  oxucularda  da  düşkünlük  əhvali-ruhiyyəsi 

yaradan əsərlərin hamısına dekadent ədəbiyyat deyilirdi. Həmin əsərlərin ide-

yası ondan ibarət idi ki, yaşadığımız həyat ölümdən də qorxuludur. Rus ədə-

biyyatında  bu  cərəyanın  nümayəndəsi  olan  Balmont  belə  yazırdı:  “Mən  in-

sanları istəmirəm, mənim yeganə vətənim boş qəlbimdir”. 

Modernistlər iddia edirdilər ki, bu dünyada insan alçaldılır və təhqir edi-

lir. 


Belə  yaşamaqdansa  ölmək  yaxşıdır.  “Ümumiyyətlə,  modernistlərə  görə 

məs:  ekzistensialist  yazıçıların  fikrincə  bu  dünyada  insanın  dayağı  yoxdur. 

Onun yeganə yolu öz ürəyinə sığınmasıdır.” 

Postmodernizm  anlayışında  postmodernistlər  də  bu  fikirlərlə  razıdırlar. 

İnsanlar alçaldılır, lakin bunlara dözülməlidir. Onların fərqi belə idi: I. Həyatın 

zülməzliyi təsdiq edilir,  II. Bu dözülməzliyi qəbul etmək  yəni, dözmək la-



zımdır. Lakin onların bir qismi burjua cəmiyyəti ilə mübarizə əvəzinə həyatdan 

uzaqlaşmaq,  ictimai  hadisələrin  fövqündə  dayanmaq  kimi  saxta  ideyalar  irəli 




sürürdülər.  Başqa  bir  qrup  isə  naturalizm  çirkabında  çabalayır  və  insanın 

təbiətində, fitrətində çirkinliklər axtarırdılar. Simvolistlər də burjua cəmiyyəti 

ilə barışmırdılar. Onlar burjua fərdiyyətçiliyi ilə zəhərlənmişdilər. Simvolistlər 

real həyatla əlaqəni tamamilə kəsməyi tövsiyə edirdilər.  

İngilis  yazıçısı  Oskar  Uayld  (1859-1900)  göstərirdi  ki,  sənət  həyatdan 

yüksəkdə dayanmalıdır. O, yazırdı: “Təbiət bizi xəlq edən müqəddəs ana deyil, 

əksinə, o, özü bizim yaratdığımız aləmdir”. Oskar Uaylda görə sənətin tələbləri 

əbədidir. Qadının əxlaqi tələbləri isə cəmiyyətin ahənginə uyğun olaraq dəyişir. 

O,  məşhur  ədəbi  tənqidçi  kimi  “Şeirlər  kitabı”  (1881),  “Etiqad  və  Nihilistlər 

melo


dramı”  (1882),  “Paduya  hersoqiniyası”  (1883),  “Dorian Qreyin portreti” 

(1890),  “Ledi Uindermirin yelpiyi”  (1892),  “

İdeal ər” (1895), “Ciddi olmağın 

vacibliyi” 

(1895)  əsərlərinin  müəllifi  kimi  qadın  haqları  və  hüquqlarını  mü-

dafiə etmişdir. Beləliklə, simvolistlər sənəti həyatın real məsələlərindən ayırır, 

onun tərbiyəvi və əxlaqi rolunu heçə endirir, yalnız əyləncə vasitəsinə çevirir-

dilər. Onların yaradıcılığı və estetik proqramları ziddiyyətlərlə dolu idi. 

İngilis naturalistləri, əlbəttə, fransız naturalistləri kimi geniş və zəngin bir 

ədəbi  cərəyan  yarada  bilmədilər.  Onlar  öz  əsərlərində  ingilis  yoxsullarının, 

qadınların, London müflislərinin həyat tərzinə müraciət edirdilər. Təsvir etdik-

ləri  qadınların,  proletariatın  halına  acımaqdan  başqa  bir  iş  görə  bilmirdilər. 

İngilis naturalistləri proletariatın tarixi rolunu başa düşmür və onun gələcəyini 

görmürdülər. 

Bu  dövrdə  ingilis  ədəbiyyatında  neoromantizm  adlanan  yeni  bir  ədəbi 

cərəyan  da  meydana  çıxır.  Həmin  cərəyanın  nümayəndələri  macəra  roman-

larına daha çox meyl edirdilər. Onlar sərgüzəştlərlə dolu ekzotik əsərlərin ya-

ranmasına çalışırdılar. Mayn Ridin və Fenimor Kuperin əsərlərini buna misal 

göstərə bilərik. Bu ədəbi cərəyanın ən görkəmli nümayəndəsi Stivenson (1850-

1894)  olmuşdur.  Stivenson  öz  əsərlərində  qadınların  yeni  bir  aləmini  təsvir 

edirdi. Onun  “

Dəfinələr  adası”,  “Oğurlanmış”,  “Katriona”,  “Qara  ox”  və  s. 

əsərlərində  qeyri-adi  və  cazibədar  qadın  həyatından  danışılır.  Bu  romanlarda 

burjua 


cəmiyyətinin müxtəlif ictimai təbəqələrinin nümayəndələri iştirak edir. 

Stivensonun əsərlərində sirli hadisələr, müxtəlif xarakterli qadınlar təsvir edilir.  

Stivensonun yolunu Cozef Konrad (1857-

1924)  davam  etdirmişdir. 

C.Kon

rad milliyyətcə polyakdır. “Lord Cim”, “Gənclik”, “Qasırğa”, “Qəzəb” 



kimi  romanları  yazıçıya  ədəbi  şöhrət  qazandırmışdı.  C.Konradın  tərənnüm 

etdiyi qəhrəmanlarının taleyi dərin psixologizm və ictimai məsələlərlə birləşir. 

C.Konradın  qəhrəmanları  dinclik  və  sakitlik  bilməyən  üsyankar  zəhmətkeş-

lərdir. Qadının yalqızlığı, tənha qalması C.Konradın əsərlərinin əsas mövzusu-

dur. Bu qəhrəmanların çoxu burjua cəmiyyətində tək qalmış adamlardır. Onlar 

tropik  meşələrdən  keçir,  dəhşətlərlə  qarşılaşırlar.  Əsas  düşmənləri  isə  burjua 

cəmiyyətinin Allahı olan qızıldır. C.Konradın qadın qəhrəmanları hər yerdə bu 

maneələrə rast gəlir, lakin öz insani və qadınlıq xüsusiyyətlərini qoruyub sax-

layırlar. 

  

Neoromantizm  yolunu  sonralar  Konan  Doyl,  Kiplinq  kimi  yazıçılar 






davam  etdirdilər.  Onların  əsərlərində  detektiv  ünsürlərə  və  müəyyən  mənada 

müstəmləkəçilik siyasətinin idealizəsinə də rast gəlirik. 

XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  ingilis  ədəbiyyatında  realizm 

daha geniş yayılır. Tənqidi realizm keçən əsrin 80-ci illərində fəhlə hərəkatının 

inkişafı ilə əlaqədar olaraq yenidən dirçəlir. 

Fəhlə həyatını realist planda təsvir etmək təşəbbüsünə ilk dəfə M.Qark-

nessin  “

Şəhərli  qız”  əsərində  rast  gəlirik.  Yazıçı  bir  centlemen  tərəfindən 

aldadılmış və tərk edilmiş qızın taleyini təsvir edir. M.Qarkness özü sosial-de-

mokrat fraksiyasının üzvü idi. Fəhlələrin, qızların həyatı ilə çox maraqlanırdı. 

Öz  əsərlərində  qadınların,  fəhlələrin  həyatını  təsvir  etməklə  yanaşı  onların 

zəhmətsevərliyini də göstərirdi.  

Bu illərdə fəaliyyət göstərən  yazıçılardan danışarkən mütləq Etel Lilian 

Voyniçin də (1864-1960) adını çəkməliyik. 

Etel Lilian Voyniç (1887-

1889)  qadın  yazarı  kimi  rus  inqilabçıları  ilə 

əlaqə saxlamışdır. İnqilabçılarla əlaqəsini öz “Oliviya Letem” romanında təsvir 

etmişdir. Londona qayıtdıqdan sonra yenə inqilabi işlə məşqul olmuşdur. 1892-

ci ildə Lilian Sibir sürgünündən Londona qaçmış Polşa inqilabçısı Voyniçə ərə 

gedir. Bundan sonra bədii yaradıcılıqla məşğul olur. 90-cı illərdən 1911-ci ilə 

qədər  musiqi  ilə  məşğul  olur.  Sonra  Amerikaya  köçür  və  ömrünün  axırına 

qədər orada yaşayır. 

E.L.Voyniç 

ədəbiyyat  tarixində  məşhur,,Ovod”  romanı  ilə  tanınmışdır. 

Bu romanında  yazıçı  İtaliya inqilabçı qadınların da həyatını qələmə almışdır. 

Əsərdə biz azadlıq uğrunda vuruşan inqilabçıları görürük.  

Qərb  dünyasında,  o  cümlədən  ingilis  ədəbiyyatında  qadına  münasibət 

prob


leminin  əksi  Con  Qolsuorsinin  (1867-1933)  də  yaradıcılığında  geniş  yer 

tutur. O, XX əsr ingilis tənqidi realizminin ən böyük nümayəndələrindən biri 

kimi  ingilis  ədəbiyyatında  zəngin  fəaliyətə  malikdir. Qustav Flober, Gi de 

Mopassan, 

İvan Serqeyeviç Turgenev, Lev Tolstoy, Anton Pavloviç Çexov və 

başqaları  onun  sevdiyi  yazıçılar  idi.  C.Qolsuorsi  bədii  yaradıcılıqda  həyat 

gerçəkliklərinə, o cümlədən qadın taleyinə sadiq qalmağı, eyni zamanda tipik 

məsələlər seçməyi ədəbi prinsip kimi qəbul etmişdir. Lakin buradan belə nəticə 

çıxarmaq  olmaz  ki,  C.Qolsuorsi  təsvir  etdiyi  hadisələrə,  qadınların  taleyinə 

biganə  olmamışdır,  onlara  qarşı  öz  münasibətini  bildirmişdir.  Onun  yaratdığı 

obrazların,  qadınların  taleyi  ilə  yaxından  maraqlandı.  Onun  əsərlərində  biz 

həmişə qadına məhəbbətin, hörmətin üstün olduğunu görürük. 

Yazıçının  qadın  məsələlərinə  dair  də  özünəməxsus  mülahizələri  vardır. 

C.Qolsuorsini daha çox qadının cəmiyyətdə ictimai mövqeyi maraqlandırırdı. 

O, cəmiyyətin siniflərə parçalanmasını əbədi hesab etmiş, sinfi ziddiyyətlərin 

aradan  qaldırılmasına  isə  inanmamışdır.  Beləliklə,  biz  onun  ictimai  görüşlə-

rində qadın mühafizəkarlığının əsas yer tutdutunu görürük. Lakin bədii yaradı-

cılıqda o, başqa cür hərəkət edirdi. Yəni çox vaxt yazıçı C.Qolsuorsi, siyasətçi 

C.Qolsuorsini qabaqlayırdı. 

Con  Qolsuorsi  bədii  əsərlərində  sentimentalizmdən  uzaq  olmağa  çalı-




şırdı. Eyni zamanda biz onun epik vüsətli əsərlərində lirik səhnələrin üstünlük 

təşkil etdiyini görürük. C.Qolsuorsi ideal qadın obrazı yaratmaqla oxucularının 

həm zehninə, həm ürəyinə təsir etməyi bacarırdı. Onun dili dəqiq, lakonikdir. 

Buna görə də, ədəbiyyatşünaslar C.Qolsuorsini səviyyəli üslubçulardan hesab 

edirlər. 

Yaradıcılığının  əsas  problemi  ingilis  burjuaziyasının  istinad  nöqtəsinin 

süqutunun  təsviridir.  Bu  durumda  yaşayan  qadının  taleyindəki  ziddiyyətləri 

önə gətirmişdir. Yazıçı burjua ailəsinin tənəzzülünü epik əsərlərində təsvir et-

mişdir. O, ailənin süqutu timsalında burjua cəmiyyətinin süqutunu vermişdir. 

C.Qolsuorsi  burjua  cəmiyyətində  yaşayan  qadınların  xüsusiyyətçilik  hissinə 

qapıldığını  və  bu  hissin  onları  mənən  müflisləşdirdiyini  göstərmişdir.  Yazıçı 

ustad 


bir sənətkar kimi bu prosesi də baş verən siyasi hadisələrlə bağlamış və 

be

ləliklə, ingilis cəmiyyətindəki bütün qüsurları - işsizliyi, parlament çəkişmə-



lərini və s.-ni göstərmişdir. 

Qadın  taleyindəki  ictimai  ziddiyyətlərin  düzəlməsinə  inanmayan,  ona 

şübhə ilə baxan sənətkarda ömrünün axırlarına yaxın da olsa, bir ümid əmələ 

gəlmişdi. O, deyirdi ki,  cəmiyyətin qəddarlığına  baxmayaraq, dünyanın işləri 

yaxşılığa doğru hərəkət edir. 

C.Qolsuorsi  bu  yaxşılığa  doğru  getməni,  qadın  keyfiyyətindəki  təkmil-

ləşməni,  onun  xarakterinin  kamilləşməsini  təkamüllə  əldə  etməyin  mümkün-

lüyünə inanırdı. Bu yolla təkamül vasitəsi ilə burjua cəmiyyətini dəyişdirməyi 

mümkün hesab edirdi. O, ictimai idrakın yenidən tərbiyə olunması və könüllü 

şəkildə xüsusi mülkiyyətdən imtina etmək yolu ilə sinfi ziddiyyətləri sahmana 

salmaq ümidində idi. Şübhəsiz, bu, C.Qolsuorsi dünyagörüşünün əsas məhdu-

diy


yəti idi. Bütün bunlar onun yaradıcılığındakı yanlışlıqlardan irəli gəlirdi. 

Yazıçının ilk əsərlərindən biri də “Rubeyn villası” romanıdır. Romanda 

qadının gözəllik duyğusu və xüsusiyyətçilik problemi verilmişdir. Hadisələr İs-

veçrədə cərəyan edir. Qəhrəman üsyankar ruhlu bir rəssamdır. O, burjuaziyanı 

sevmir. 

Bu əsərdə qadın saxta insanlarla qarşılaşır və öz emansipasiyasına daha 

çox inanır. 

Bu  əsərin  bədii  qüsurlarının  az  olmasına  baxmayaraq  yazıçının  yaradı-

cılığında əsas yeri tutmur və “Fardiseyevlər adası” (1904) əsəri isə onunla mü-

qayisədə daha kamildir. Əsərdə bütün imtiyazlara malik olan İngiltərə ilə tam 

hüquqsuzlaşmış  İngiltərənin  qarşı-qarşıya  durduğunu  görürük.  C.Qolsuorsi 

xalq içindən çıxan qadının namuslu və təmiz olduğunu, dediyinə əməl etdiyini 

göstərir və bunu hakim dairələrin saxtakarlığından üstün tutur. Yazıçı göstərir 

ki,  imtiyazlı  sinfin  qadınları  isə  eqoist,  xudpəsənd  və  özlərindən  razı  adam-

lardır.  Onlar  özlərini  zahirən  nə  qədər  yüksək  tutsalar  da  əslində  kütləşmiş 

qadınlardır. Belə qadınlarda vicdan yoxdur, onların həssaslığı kütləşmişdir. 

Əsərin əsas surəti zadəgan qızı gözəl Antoniya və onun sevgilisi Riçard 

Şelton  -  burjua  ailəsindəndir.  Şübhəsiz,  mənsub  olduğu  sinfin  xüsusiyyətləri 

Riçard 

Şeltonda  vardır.  Şelton  Ferran  adlı  bir  qızla  tanış  olur.  Ferran  zərif, 



ağıllı, həssas, öz halal zəhməti ilə dolanan bir qızdır. Cibində bir qəpik pulu 




belə olmadıqda kədərlənmir. Belə bir qadınla tanışlıq Şeltonun xasiyyətini, əx-

laqi keyfiyyətlərini dəyişdirir. O, zadəgan qızı gözəl Antoniyanı sevirdi. Onun 

nişanlısı  idi.  Ferranla  tanışlıqdan  sonra  başa  düşür  ki,  nişanlısı  Antoniyanın 

gözəlliyi puçdur. Əslində o, cansız bir kukladır. Ona görə öz nişanlısından üz 

döndərir. 

Şelton  Ferranla  tanışlıqdan  sonra  cəmiyyət  məsələləri  ilə  maraqlanır, 

yoxsulların həyatını öyrənir və cəmiyyətdə olan bərabərsizliyi görür. Bunlarla 

yanaşı, mənsub olduğu sinfin kütlüyünü də dərk edir. O, anlayır ki, imtiyazlı 

sinfin  nümayəndələri  məhdud  görüşlü  insanlardır.  Yazıçıya  görə  Şeltonun  öz 

sevgilisindən  üz  döndərməsi  onun  mənsub  olduğu  sinifdən  üz  döndərməsi 

demək idi.  

Qeyd etmək lazımdır ki, ingilis ədəbiyyatında fəhlə sinfini ilk dəfə dra-

ma

turgiyaya  gətirən  C.Qolsuorsi  olmuşdur.  Proletariatın  hegemonluğuna  heç 



vaxt inanm

ayan  yazıçı  bu  əsərində  fəhlə  qadınların  qəhrəman  surətini  yarat-

mışdır. 

Bütün bunlarla  yanaşı, müəllif əsərin axırında  yenə barışdırıcılığa gəlib 

çıxmışdır. Pyesin sonunda hər iki tərəf güzəştə gedir. Üsyan sazişlə qurtarır.  

C.Qolsuorsi ictimai-psixoloji 

xarakterlər və səhnələr yaratmaq ustasıdır. 

Bu cəhətdən onun yaradıcılığında “Forsaytlar dastanı” adlı romanlar silsiləsi və 

epopeyası  mühüm  yer  tutur.  Dastan  üç  trilogiyadan  –“Forsaytlar  dastanı” 

(1906-1920), “

Müasir məzhəkə” (1924-1928) və “Fəsillərin sonu” (1931-1934) 

ibarətdir. Bu romanlar silsiləsinə bir neçə novella da daxildir. Həmin novellalar 

məzmun  etibarı  ilə  romanlarla  bağlıdır,  bir  növ  onları  tamamlayır.  Buraya 

“For


saytın  xilası”  (1900)  və  “Forsaytlar  birjasında”  (1930)  adlı  novellalar 

silsil


əsi daxildir. 

  “


Forsaytlar  dastanı”  bir  ailənin  tarixi,  eyni  bir  sinfin  tarixidir.  C.Qol-

suor


si XIX əsrin ortalarından başlayaraq həyat səhnəsinə gələn bir burjua ailə-

sinin tarixini əsrimizin 30-cu illərinə qədər izləyir. Yazıçı həmin nəslin, yaxud 

sinf

in yaranmasını, inkişafını, süqutunu təsvir edir. Sənətkar geniş həyat löv-



hələri yaradır və bir ailənin timsalında böyük ictimai ümumiləşdirmələr verir. 

Forsaytların tarixi fərdi bir hadisə deyil, forsaytlar ingilis burjuaziyasını təmsil 

edirlər. 

Fikrimiz


cə,  yazıçı  əsərlərində  ictimai  ziddiyyətləri  barışdırmağa  çalışsa 

da, 


bunun mümkün olmayacağını başa düşür və etiraf edir. Çünki bu romanlar 

yazılanda, doğrudan da, burjuaziya artıq öz dövrünü keçirmişdi.  

Fəsillərin sonu” trilogiyasında C.Qolsuorsinin satirik qələmi artıq zəiflə-



yir. 

Forsaytlardan olan Maykl real cizgilərini itirir. Biz onu əsərdə görmürük. 

Onun  barəsində  Flyorun  danışdıqlarından  məlumat  alırıq.  Flyorun  özü  də 

atasının dediklərinə əməl edərkən ənənələrə sadiq qalır: nümunəvi ailə qadını, 

ana olur, ailəsində ahəngdarlıq yaradır. 

Forsaytlar  silsiləsinin  əvvəlində  İren  bu  nəsldə  yad  kimi  görünürdü. 

Ancaq sonrakı əsərlərdə həmin fərq aradan qalxır. 

 

10 




ƏDƏBİYYAT 

1. James Aldridge. The Problem of Honest. 1940. N.Y, P.MC, p. 167. 

2. James Aldridge. The Problem of Honest. 1970. N.Y, P.MC, p. 267. 

3. John Galswothy. (The Essays) Three Volumes, N.Y., 1975, p.42. 

4. The Selected Letters of V.Woolf.Congenial Spirits, N.Y., 1974, 120 p. 

5. John Galswothy. A Moment’s Liberty, N.Y., 1965, 145. 

6. John Galswothy The Hogarth Press, 1965, 245 p. 

7.Maria Lord.China.2010.The Story of Literature. From Antiquity to the Present.216p.  

8.Shaw Bernard. Four plays .1952.M.,Publishing house, 355 P. 

9.R.Majumdar and a Mclaurin, Routledge and Kegan Paul.  The Critical Heritage. London, 

1975, 466 p.  

10. James Aldridge. The Diplomat (, Penguin Modern Classics, Hogarth Press. 1949, 466 p. 

11. Witgenstein L.Philosophical Investigations. Oxford. N.Y., 1963, 159 p. 

 

ПРОБЛЕМА ЖЕНЩИНЫ В ЕВРОПЕЙСКОЙ ЛИТЕРАТУРЕ 



 

Ф.С.ЗУЛЬФУГАРОВА  

 

РЕЗЮМЕ 

 

  

В статье говорится о социальной проблеме женщины в английской литературе. 



Широкое место занимает проблема отношения к женщине в творчестве английского пи-

сателя Джона Голсуорси жившего в первой половине ХХ в. Он писал о социальной, об-

щественно-политической  и  научно-философской  жизни  людей  Великобритании.  Боль-

шинство этих проблем было посвящено женщине. В статье также были задеты типоло-

гические связи английской литературы. 

 

Kлючевые слова: Запад, женщина, социальная проблема, английская литература, 

Восток 

 

THE PROBLEM OF WOMAN IN EUROPEAN LITERATURE 

 

F.S.ZULFUGAROVA  

 

SUMMARY 

 

The article deals with  the social  problem of woman  in English literature. It studies  the 

beginning of the XX century on the basis of the works by John Galswothy. His plays played an 

enormous role in social, moral and literary life of Great Britain. The problem of woman in Eu-

ropean literature is a very modern and important problem in our life. 

The problem of woman and her social life, psychological freedom, feminist actions are 

discussed in chronological order in the article.  

 

Key words: West, woman, social, problem, English literature, East 



 

 

 

 

11 

Yüklə 221,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə