Baki universitetiNİn xəBƏRLƏRİ №3



Yüklə 53,09 Kb.
Pdf görüntüsü
tarix10.05.2018
ölçüsü53,09 Kb.
#43392


 BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3 

 

 

         Humanitar elmlər seriyası 

 

           2009 

 

 

 

 

JURNALİSTİKA

 

 

 

İNSAN HÜQUQ VƏ AZADLIQLARI  

BEYNƏLXALQ JURNALİSTİKANIN ƏSAS MƏNBƏYİDİR 

 

S.R.MƏMMƏDOV 



Bakı Dövlət Universiteti 

sabir.rma rambler.ru 

 

Məqalədə qeyd olunur ki, beynəlxalq informasiya əməkdaşlığının mahiyyətində demok-

ratik dəyərlərin inkişafı dayanır. Söz və fikir azadlığı, özünüifadə sərbəstliyi insan haqlarının 

ayrılmaz hissəsidir. Müəllif xüsusi vurğulayır ki, insan haqlarının bərqərar olunması bütöv-

lükdə  cəmiyyətin inkişafına yeni məzmun gətirir, ölkənin yüksəldilməsinə böyük imkanlar 

yaradır. 

 

İdeya və düşüncə azadlığı, insan haqları, şəxs və cəmiyyət münasibətləri tari-



xən həmişə müxtəlif mülahizələr obyekti olmuşdur. Bu məsələ hər bir zaman aparıcı 

mütəfəkkirlərin diqqətini cəlb etmişdir. Azadlıqlar sırasında söz və fikir sərbəstliyi 

bəşəriyyətin əldə etdiyi ən yüksək dəyərlərdən hesab olunur. Mətbuat və informasiya 

azadlığı isə dünya mədəniyyətinin təkamül inkişafını reallaşdıran əsas amillərdəndir. 

Mətbuat azadlığı ideyasının tarixi orta əsrlərin son dövründən başlayır. Bu 

dəyər faktiki olaraq jurnalistikanın bir sosial institut kimi yarandığı vaxtdan meydana 

çıxmışdır. Həmin dövrdə İngiltərə parlamenti kral hakimiyyətinin mətbu fəaliyyətə li-

senziya verilməsi haqqında qanunu ləğv etdi. Beləliklə, mətbuat üzərində hakimiyyət 

dairələrinin nəzarətinə, monarxiya inhisarına, dövlət senzurasına və  məmur rüşvət-

xorluğuna son qoyuldu. Bu tarixi qərar mətbuat azadlığı ideyasının geniş yayılmasına 

güclü təkan verdi. Sözsüz ki, sonrakı dövrlərdə  hər bir ictimai-siyasi şəraitin 

xarakterinə uyğun olaraq mətbuat azadlığı ideyası müxtəlif təsirlərə  məruz qaldı  və 

nəticədə bir sıra fərqli konseptual yanaşmalar meydana çıxdı. Mətbuat azadlığına 

inqilabi-demokratik baxış gənc burjuaziyanın formalaşdığı və feodalizm qalıqları ilə 

mübarizə apardığı dövrə  təsadüf edir. Mətbu fəaliyyət sahəsində dövlət hökmran-

lığına son qoymaq, qəzet və jurnalların nəşri üçün istifadə olunan istehsal vasitələrini 

bütün təşkilatlara və  vətəndaş birliklərinə vermək inqilabı-demokratların bu sahədə 

başlıca vəzifəsi idi.  

Paralel olaraq cəmiyyət içərisində azad jurnalist fəaliyyətini sahibkarlıq ma-

raqları ilə uzlaşdırmağa çalışanlar da az deyildi. Bu sahədə baş verən fikir toqquş-

maları bir çox ölkələrdə müşahidə olunurdu. Kütləvi informasiya vasitələrin fəaliy-

yətində mənəvi və maddi amillərin uzlaşması heç də asan başa gəlmirdi. Hamı üçün 

aydın idi ki, yazar və jurnalist yaşamaq və yaradıcılıqla məşqul olmaq üçün pul 

 

173




qazanmalıdır. Amma sözün geniş  mənasında onlar yalnız qazanmaq üçün yazıb – 

yaratmalı deyillər. Bunun əksinə olaraq başqaları düşünürdülər ki, yazar qazanmaq 

üçün yaşayıb – yaratmalıdır. 

Bu sahədəki mövcud ziddiyyətlər tək nəzəri məkanla məhdudlaşıb kifay-

yətlənmir. Hazırki dövrdə  qəzet və jurnal redaksiyalarının fəaliyyətində bu problem 

özünü tez-tez biruzə verir. 

Tarixi hadisələrin təhlili onu göstərir ki, mətbuat azadlığına dair sinfi-siyasi 

yanaşma  əsasən kəskin sosial toqquşmalar zamanı özünü göstərir. Bu nəzəri baxış-

ların daşıyıcıları olanlar ön plana vətəndaşların və yaxud onların ittifaqlarının, 

birliklərinin bərabər hüquqlarının  əvəzinə müəyyən bir sosial qrupun maraqlarını 

çəkirlər. Reallıqda bu maraqların təmin olunması başqa təbəqələrin sıxışdırlması ilə 

müşayiət olunur. Mətbuat hər hansı bir sosial qrupun inhisarında olanda o, həqiqətən 

cəmiyyəti sosial-siyasi amillər üzrə parçalamaq qüdrətinə malik olur. Proletar 

diktaturasının mövcud olduğu dövrdə  mətbuat yalnız fəhlə sinfi və onun aparıcı 

qüvvəsi olan siyasi partiyanın ideoloji iradəsini həyata keçirirdi. Bununla bağlı olaraq 

proletar diktaturasının ideoloqları bütün vasitələrlə  mətbuatı  və  ədəbiyyatı partiya 

nəzarətində saxlamağa çalışırdılar.  

Qeyd etmək lazımdır ki, həmin məntiq yalnız sosial-sinfi təşkilatların lider-

lərinə aid deyil. O, həm də başqa ictimai birliklərin, o cümlədən millətçi, dini qu-

rumların rəhbərlərinə xas ola bilər. Hazırki ictimai-siyasi şəraitdə Rusiyada və başqa 

MDB ölkələrində mətbuat azadlığı və onun sosial-sinfi həlli daha çox inzibati-siyasi 

rəngə boyadılır və modelləşdirilir. Yəni jurnalistika sahəsində dövlət hakimiyyətinin 

hegemonluğuna qayıdış müşahidə olunur. 

Normativ-hüquqi konsepsiyasında isə kütləvi informasiya fəaliyyəti zamanı 

mətbuatın, dövlətin, hüquqi şəxslərin, vətəndaşların, yəni bütün proses iştirakçılarının 

qarşılıqlı  vəzifələri, imkanları  və  məsuliyyəti dəqiq müəyyənləşdirilir və aydın 

şəkildə  təsbit edilir. Bu qaydalar öz əksini beynəlxalq müqavilələrdə, milli qanun-

vericilikdə, inzibati qərarlarda, etik kodekslərdə  və başqa normativ sənədlərdə öz 

əksini tapır. Əhəmiyyətinə görə birinci yerdə qanunlar dayanır. Belə yanaşma bütün 

qabaqcıl ölkələrdə müşayiət olunur.  

Demokratiyanın inkişafı yalnız bu yoldadır. Düzdür, mətbu fəaliyyəti hüquqi 

aktlarla tənzimləmək cəhdləri Rusiyada da bir neçə  əsr bundan əvvəl olmuşdur və 

vaxtaşırı belə addımlar atılırdı. Amma mahiyyət etibarılə bu qaydalar jurnalistlərə 

sərbəstliklər və azadlıqlar vermək əvəzinə, onların üzərinə daha çox vəzifələr qoyur-

du. Belə qanunverici aktlar qadağa mahiyyətli olduğu üçün daha çox dövlət senzura-

sının  əlavəsinə çevrilirdi. Müstəqillik  əldə etdikdən sonra bizim ölkəmiz üçün də 

mətbuat azadlığı sahəsində hüquqi-normativ yanaşmanın tətbiqi prinsipial əhəmiyyət 

kəsb edir. 

Tarixi təcrübə göstərir ki, mətbuat üzərində dövlət nəzarəti müxtəlif formada 

ola bilər: ilkin (yəni materialın dərc edilməsi üçün icazə almaq sistemi) və  cəza-

landırıcı (həddi aşdığına görə cəzalandırma üsulu). Mətbuat azadlığı uğrunda mübari-

zə faktiki olaraq həmişə senzuraya qarşı hərəkata çevrilmişdi. 

Hələ kitab çapına qədər katolik kilsə bütün əlyazma əsərlərini senzuradan keçi-

rirdi və onların idarəolunmaz təsirindən çox narahat olurdu. XVIII əsr maarifçiliyin 

təsiri nəticəsində bir çox Avropa ölkələrində burjuaziya nümayəndələri senzuraya 

qarşı  səslərini ucaltmağa başladılar. Bunun nəticəsində 1695-ci ildə  İngiltərə 

senzuranı  ləğv edən ilk müasir dövlət oldu. Sonrakı dövrdə senzuranı  ləğv etmək 

 

174




ideyası Avropada bir qədər zəiflədi. Amma ABŞ-da bu fikir özünə daha çox tərəfdar 

tapdı. 1776-cı ildə ABŞ-da qəbul olunmuş müstəqillik haqqında Bəyannamə insan 

hüquqlarının aliliyinə  əsaslanırdı. Bunun özəyini isə  şəxslərin özünüifadə azadlığı 

təşkil edirdi. Həmin il Virciniya ştatı öz Ana Yasasında «mətbuat azadlığı»nı 

azadlığın ən böyük dayağı elan etdi. Senzuranın ləğv olunmasına Avropa ölkələri gec 

yetişsələr də Fransa senzuranı 1789-cu ildə inqilab dövründə aradan qaldırdı. Tam 

həcmdə  mətbuat azadlığı Fransada yalnız 1872-ci ildə  bərqərar olundu. Alman 

imperiyasının bütün ərazisində  mətbuat azadlığı qanunla 1874-cü ildə  təmin edildi. 

Qəbul olunmuş  həmin qanunda bir sıra qadağalar da öz əksini tapmışdı. Rusiyanın 

tarixi yolunun mürəkkəb və ziddiyyətli olması özünü mətbuat azadlığında da 

göstərirdi. Senzuranın ləğv edilməsi barədə Rusiya cəmiyyətində XIX əsrin 60-70-ci 

illərində başlanan müzakirələr müasir dövrə qədər davam etdi [1, 10-12]. Göründüyü 

kimi mətbuat azadlığı  və bütövlükdə insan haqları  uğrunda mübarizə demokratik 

cəmiyyət qurmaq savaşından keçir. 

Əsrlər boyu davam edən bu savaşın kökündə  vətəndaşların demokratik 

hüquqlara və azadlıqlara nail olmaq, onlardan istifadə etmək, tam sərbəst və azad 

şəkildə özünüifadə etmək istəyi durur. Ölkə vətəndaşlarının əsas məqsədi real olaraq 

bu dəyərləri əldə etmək və konstitusiya təminatı formasında onu həyata keçirməkdir. 

Özünüifadə azadlığı bir sıra  şəxsi hüquqları özündə etiva edir. Bu haqlar 

özünüifadə azadlığının ayrı-ayrı komponentləri olmaqla yanaşı müstəqil hüquqi 

anlayış kimi də çıxış edir. Qabaqcıl ölkələrin hüquq sistemlərinin təhlili həmin şəxsi 

hüquqların sırasına aşağıdakı prinsipləri daxil etməyə imkan verir: 

- hər bir şəxsin öz düşüncəsinə və inancına sahib olmaq hüquqünu; 

- iştənilən formada öz fikrini ifadə etmək hüququnu; 

- istənilən məsələ üzrə azad informasiya mübadiləsi aparmaq hüququnu; 

- suallara cavab verməmək hüququnu; 

- başqa şəxslərdən informasiya almaq hüqüqünu; 

- istisnasız olaraq bütün mənbələrdən informasiya sorğulamaq və  əldə etmək 

hüququnu; 

- başqa şəxslərlə ünsiyyət yaratmaq və birliklər təşkil etmək hüququnu. 

Qeyd etmək lazımdır ki, bu haqların hər biri özünüifadə hüququnun təmina-

tından irəli gəlir. Bununla belə  şəraitdən asılı olaraq bu prinsiplər müstəqil hüquqi 

dəyər kimi qəbul olunur və müdafilə edilir [2. 9-10].  

Cəmiyyət üçün özünüifadə azadlığının təmin olunmasının çox böyük üstün-

lükləri var. Bununla bağlı böyük mütəfəkkirlərin dərin və parlaq düşüncələri 

mövcuddur.  İctimai fikir tarixi bu ideyalarla zəngindir və bunların  əsasında bir çox 

nəzəri konsepsiyalar işlənib hazırlanıb. Mahiyyət etibarılə bu təlimlər fərqli olsalar da 

dörd əsas məsələdə onlar bir-biri ilə tam uzlaşır: 

- söz azadlığı həqiqətin bərqərar olmasına kömək edir; 

- söz azadlığı  həqiqi demokratik idarəçiliyin yaranmasında cəmiyyətə yardım 

edir; 

- söz azadlığı zorakılığa əl atmadan mübahisəli məsələləri həll etməyə kömək 



edir; 

- söz azadlığı  hər bir şəxsə  cəmiyyətin bir üzvü kimi öz bacarığını realizə 

etməyə kömək edir. 

Həqiqətin dərk edilməsi və  bərqərar olunması özünüifadə azadlığı olmadan 

mümkün deyil. İdraka və  həqiqətə can atan insan azad olmalıdır ki, hər hansı bir 

 

175




məsələ ilə bağlı bütün tərəfləri dinləyə bilsin, müsbət və mənfi məqamları ayırd etsin, 

əks tərəfə öz mövqeini bildirməklə öz çıxarışlarını yoxlasın və  nəhayət, bütün 

müxtəlif baxışlara giriş  əldə etsin. Bu haqda görkəmli ingilis şairi Con Milton belə 

deyirdi: «Dərk etmək istəyi mülahizələri alovlandırır, fikirlər qat-qat artmış olur, 

ləyaqətli kişilər üçün həqiqət fikir toqquşmalarında yaranır» [2, 11].  

Sərbəst fikir mübadiləsi prosesində həqiqəti üzə çıxarmaq üçün daha bir vacib 

şərt tələb olunur. İstisnasız olaraq istənilən fikir, nə  qədər nüfuzlu görünməyindən 

asılı olmayaraq, şübhə altına alınmalıdır. Bu haqda məşhur ingilis filosofu Frensis 

Bekonun böyük və dərin nəzəriyyəsi mövcuddur [3, 6-12]. 

Söz azadlığı olmadan demokratiyaya nail olmaq, yəni siyasi qərarların qəbul 

olunması prosesində  vətəndaşların həqiqi iştirakını  təmin etmək mümkün deyil. 

Yalnız istənilən lazımi informasiyaya vətəndaşların girişi olduğu halda, nümayəndəlik 

idarəçiliyinə malik olan cəmiyyət demokratik yolla qərarlar qəbul edə bilər. 

Bundan  əlavə, söz azadlığı demokratik şəraitdə  məmurların törətdikləri öz-

başnalığın qarşısını almaqda və ifşa etməkdə böyük rol oynayır. Məhz söz, mətbuat 

və yığıncaq azadlığının gücü vasitəsilə seçilmiş nümayəndələrin vəzifə zorakılığının 

qarşısını almaq olur. Azad sözün təsiri nəticəsində  məmurların xalq qarşısında 

hesabat vermək zərurəti  əldə edilir, onların məsuliyyət hissi güclənir, öz əllərində 

qanunsuz yolla böyük hakimiyyət cəmləşdirmək imkanları məhdudlaşır. 

Belə bir nəticə hasil olur ki, hakimiyyət orqanları  tərəfindən hər hansı bir 

mətbu materialının və yaxud televiziya verilişinin qarşısını almaq cəhdi  ən ciddi 

formada araşdırılmalıdır. Hələ 1931-ci ildə ABŞ-ın Ali məhkəməsi qeyd edirdi ki, 

artıq yüz əlli il ərzində  məmurların vəzifə cinayətləri ilə bağlı materiallara əvvəllər 

olduğu kimi qadağaların tətbiq edilməməsi və buna ümumiyyətlə  cəhd göstərilmə-

məsi vətəndaşların düşüncəsində belə  məhdudiyyətlərin insan haqlarına nə dərəcədə 

uyğun gəlmədiyini və konstitusiyanın birbaşa pozulduğunu sübut edir. Ali məhkəmə 

bu mövqeyi qırx ildən sonra da qəti surətdə bəyan etmişdi: «Hakimiyyət dairələrinin 

fəaliyyəti ilə bağlı aşkarlığın olmaması sırf antidemokratik xarakter daşıyır və saysız-

hesabsız məmur özbaşınalığı yaradır. Millətin sağlamlığı üçün dövlət məsələlərinin 

açıq müzakirəsi həlledici əhəmiyyətə malikdir» [4]. Məhz buna görə, hesab olunur ki, 

hökümətin və  məmurların fəaliyyəti ilə bağlı  çəkinmədən tənqidi fikir bildirmək

mətbuatda material dərc etdirmək, radio, televiziya verilişi hazırlamaq üçün söz 

azadlığının mütləq konstitusiya təminatı olmalıdır və bu proses işlək halda həyata 

keçirilməlidir. 

Söz azadlığı  cəmiyyətdə ictimai qaydaları  tənzimləyən və sabitliyi qoruyan 

ciddi bir amildir. Vaxtilə ingilis hüquqşünası və filosofu İeremiya Bentam «İdarəçilik 

haqqında oçerk» əsərində yazırdı: «Azad idarəçiliyin despotizmdən fərqi ondan 

ibarətdir ki, narazı olanlar sərbəst olduqlarına görə belə, idarəçilik şəraitində heç bir 

təhlükə olmadan öz hislərini açıq ifadə edə, istəklərini ümumiləşdirib hətta müxtəlif 

müqavimət formalarına əl ata bilirlər - yalnız açıq üsyankarlıq addımlarından başqa - 

çünki belə olan halda icra hakimiyyəti qanuni əsaslarla müdaxilə etmək hüququna 

malik olur» [2,14]. 

ABŞ-da söz azadlığına hörmət o dərəcədə yüksəkdir ki, ən radikal özünüifadə 

forması belə, bu hüquqi prinsiplə özünü müdafiə edə bilir. Hətta milli bayrağın yan-

dırılması, Ali məhkəmənin 1989-cu il qərarına  əsasən, özünüifadə azadlığı hüququ-

nun təsiri altına düşür və müdafiə olunur. Bu qərarı verərkən hakim Uilyam Brennan 

xüsusi olaraq qeyd etmişdir: «Əgər Birinci düzəlişin əsaslı prinsipinə söykənsək, onda 

 

176




məlum olar ki, hökumət heç bir kəsə  hər hansı bir fikri ifadə etməyə qadağa qoya 

bilməz, üstəlik bu fikir özü-özlüyündə  cəmiyyət üçün təhqiredici və yaxud qəbul-

olunmaz xarakterli olduğuna baxmayaraq belə»[5]. Ali məhkəmənin başqa bir üzvü 

vurğulamışdır ki, «nə qədər qəribə görünsə də, milli bayraq öz himayəsi altına hətta 

ona nifrət hissi bəsləyənləri də alır və müdafiə edir» [6].  

Söz azadlığı  hər bir şəxs üçün öz imkanlarını üzə  çıxarmaq və bacarığını 

realizə etmək vasitəsi kimi çıxış edir. Bu haqda professor Tomas Emerson yığcam 

formada belə deyib: «İnsanın həyatdakı məqsədi özünü bir şəxs kimi reallaşdırmaq və 

bacarığını üzə  çıxarmaqdır. Bunun üçün azadlıq lazımdır. Buradan belə  nəticə hasil 

olur ki, özünüifadənin istənilən formada boğulması, fikrə qadağa qoyulması  şəxsi 

ləyaqət hissinin təhqir edilməsi deməkdir və onun bir şəxs kimi inkar olunmasıdır». 

ABŞ-ın Ali məhkəməsi  əsas insan haqlarından olan söz azadlığını belə xarakterizə 

etmişdir: «Heç bir məmur, yüksək və ya kiçik vəzifə tutmasından asılı olmayaraq, 

göstəriş verə bilməz ki, son instansiyada həqiqət məhz budur, istər siyasət olsun, 

istərsə - din, millətçilik və yaxud hər hansı bir başqa məsələ» [7]. 

Beləliklə, tam aydındır ki, özünüifadə azadlığının məqsədləri son dərəcə 

əhəmiyyətli və müsbətyönümlüdür. Bunlara nail olmaq üçün mövcud olan hüquq 

sistemi vətəndaşlara söz azadlığı sahəsində dolğun və  əsaslı formada təminat 

verməlidir.  İlk növbədə, hakimiyyət strukturları  tərəfindən gözlənilən basqıların 

qarşısı alınmalı  və bunun üçün işlək mexanizm hazırlanmalıdır (hətta hər hansı bir 

fikir ictimai maraqlara zidd olsa belə). Söz azadlığını  məhdudlaşdırmağa çalışanlar 

hər zaman belə addımların  əsaslandırılması  əzabına duçar olurlar. Məhdudiyyətlər 

yalnız o vaxt işə düşə bilər ki, onlar inandırıcı zəminlər əsasında hazırlansın və heç də 

özündən kiçik olmayan hüququn pozulmasının qarşısını ala bilsin. Əgər məhdu-

diyyətlə müqayisədə ictimai çəkisi az olan məsələnin həlli üçün söz azadlığına qadağa 

qoyulursa, onda bu dəyərin bütöv mahiyyəti pozulur. Söz azadlığı hüququ bütün 

insanlara bəxş edilir: hökumətin tərəfdarlarına da, onu tənqid edənlərə də. 

 

ƏDƏBİYYAT 

1.

 



Смыслова Т.М. Международное информационное право. Методические  

1.

 



материалы к междисциплинарному спецкурсу. М.: ТЭНСИ, 2002, 192 с. 

2.

 



Концептуальный доклад о праве СМИ. Пер.И.Гаврилова / Современное право СМИ 

в США. М.: Право и СМИ, 1997, с.5-150. 

3.

 

Məmmədli S. Təbliğatın sosioloji və psixoloji mahiyyəti. Bakı: ULU, 2000, 34 s. 



4.

 

New York Times Co.v. United States, 403 u.s.713, 724 (1971) (Douglas, Y.concurring). 



5.

 

Texas v. Johuson. 491 U.S. 397. 414 (1989). 



6.

 

Texas v. Johuson. at 421 (Kennedy, J., concurring). 



7.

 

West Virginia State Board of Education v. Barnette, 319 U.S. 624, 642 (1943). 



 

ПРАВА И СВОБОДЫ ЧЕЛОВЕКА КАК ОСНОВНОЙ ИСТОЧНИК 

МЕЖДУНАРОДНОЙ ЖУРНАЛИСТИКИ 

 

С.Р.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

В статье рассматривается процесс формирования международной журналистики. 

Автор  отмечает,  что  борьба  за  развитие  демократии  в  обществе  неразрывно  связано  с 

движением за осуществление прав и свобод человека. Самой важной составной частью 

 

177



этих прав является право на свободу мысли и выражения. В статье раскрывается пози-

тивная  роль  свободы  слова  во  всестороннем  развитии  общества.  Опираясь  на  между-

народный опыт, автор анализирует отдельные компоненты свободы слова и выражения.  

 

 



THE RIGHTS AND FREEDOM OF THE PERSON AS THE BASIC SOURCE  

OF THE INTERNATIONAL JOURNALIZM 

 

S.R.MAMMADOV 

 

SUMMARY 

 

The article deals with the process of formation of the international journalism. The 



author notices, that struggle for the development of democracy in a society is inseparably 

linked with the movement for the realisation of the person’s rights and freedom. The most 

important component of these rights is the right to thought and expression freedom. The article 

investigates the positive role of a freedom of speech in the all-round development of the 

society. Leaning against the international experience, the author analyzes separate components 

of a freedom of speech and expression. 



 

 

178



Yüklə 53,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə