Baki universitetiNİn xəBƏRLƏRİ №4 Fizika



Yüklə 51,13 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü51,13 Kb.
#39401


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Fizika-

riyaziyyat elmləri seriyası 

 

2015 

 

 

 

 

 

İNFORMATİKA 

 

 

UOT 004.048 

 

OFFICE 365 VƏ ACTIVE DIRECTORY SİNXRONİZASİYASI 

 

N.Ə.QULİYEV

*



F.N.KƏRİMOV

** 

*

Bakı Dövlət Universiteti, 

**

Dövlət Neft Fondu  

natigguliyev@yahoo.com 

frhd.info@gmail.com 

 

Bu  məqalə  Microsoft  sirkətinin  proqram  təminatı  sahəsində  son  yeniliklərindən  olan 

Office 365- 

in xüsusiyyətlərinə həsr olunmuşdur. Aydındır ki, dünyada artıq bu yeni proqram 

paketindən  geniş  istifadə  olunmağa  başlanılmışdır.  Bu  məqalədə  isə  Office  365  ilə  Active 

Directory- 

nin  inteqrasiya  məsələləri  araşdırılmışdır.  Bu  nöqteyi-nəzərdən  təqdim  olunan 

məqalə aktualdır. 

 

Açar sözlər: Office 365 Exchange, Active Directory, AD with Cloud, Office 365 Sync 

with AD, Office 365 və Active Directory sinxronizasiyası. 

 

Son dövrlər müasir kompüterlərdə  Office 365- in geniş tətbiqləri orada 



bəzi  əməliyyatları  yeni  platformada  həyata  keçirmək  istəklərini  meydana 

gətirmişdir.  Office 365  dünyanın  məşhur  Microsoft  şirkətinin  son  nailiyyət-

lərindəndir.  Office 365  artıq  kompüterlərdə  bir  çox  sahələrdə  tətbiq  olun-

maqdadır.  Hətta  kompüter  şəbəkələrinin  bəzi  sahələrində  yeni  yanaşmalarda 

həyata keçirmişdir. 

Belə aktual məsələlərdən biri də  Office 365 ilə Active Directory (AD)- 

ni inteqrasiya etmək məsələsidir. Təbii ki, bu mümkündür. Amma əvvəllər bu 

məsələni AD FS istifadə edərək həll etmək olurdu. Lakin belə bir sual meydana 

gəlirdi  ki,  bunu  AD  FS  istifadə  etmədən  necə  etmək  olar?  Bir  az  araşdırma 

apardıqdan  sonra  məlum  oldu  ki,  Office  365  yenilənib  və  bu  yenilənmə  ilə 

Office  365  üzərində  yeni  bir  funksiya  “Active Directory Synchronization” 

var. 


Başqa bir sual da ondan ibarət idi ki, ancaq bu funksiyasını istifadə edərək 

inteqrasiya  etmək  mümkündürmü?  Məhz  bu  sahədə  araşdırma  apamağı 

qərarlaşdırdıq və burada praktik olaraq sınaq həyata keçirdik. Bu praktikanın 

digər  istifadəçilər  üçün  də  faydalı  olması  üçün  bu  tədqiqatın  nəticələrini 

103 



məqalə halında çap etməyi qərarlaşdırdıq, ona görə ki, digər insanlar da bundan 

istifadə edə bilsin.  

Yəqin  ki,  Office  365  haqqında  eşitmisiniz.  Office  365  bulud  texno-

logiyasıdır,  hansı  ki,  özündə  bir  neçə  xidmətlər  birləşdirib.  Biz bu məqalədə 

Office 365- 

in poçt xidmətindən istifadə etmişik. 



Məsələnin qoyuluşu 

Tutaq ki, 

Office  365  üzərində  poçt  xidmətimiz və  eyni  zamanda  daxili 

domain  strukturumuz  var.  Biz  istəyirik  ki,  daxildə  olan  istifadəçilər  eyni 

istifadəçi adı və şifrələri ilə eyni zamanda Office 365 üzərində yerləşən poçta 

daxil ola bilsinlər. Yuxarıda da qeyd etdiyimiz kimi biz bunu ADFS istifadə 

etmədən həyata keçirtmək istəyirik. 

Həllin mərhələləri 

Bu məsələni həll etmək üçün iki ədəd virtual maşın və Trial Office 365 

istifadə edilir. Onların adları aşağıda göstərilmişdir. 

1. VM- Domain Controller | EXAM.LOCAL 

2. VM- TMG, eyni zamanda Sync Server 

3. Trial Office 365- KHIRDALAN.ONMICROSOFT.COM 

Bu  araşdırmamıza  başlamaq  üçün  ilk  öncə  “Active Directory Domain 

and Trusts” 

idarəetmə pəncərəsinə daxil oluruq. Bura “UPN Suffixes”ə Office 

365`də istifadə etdiyimiz domain- i daxil edirik. 

 

Bundan 


sonra isə “Active Directory Domain and Trusts” adı üzərində 

siçanın sağ düyməsini sıxıb, Propertiesə daxil oluruq. 

 

Bundan 


sonra  isə  bizi  “UPN Suffixes”  pəncərəsi  qarşılayır.  Bizə  də 

məhz bu pəncərə lazımdır. Sonar isə Office 365 domain-imizi bura daxil edirik. 

104 



 

Burada n


ümunə  üçün  “Active Directory Users and Computers”`də 

“Farhad Karimov” adlı istifadəçi açırıq və onun  “Properties” bölməsinə daxil 

oluruq. Bundan sonra 

isə “Account” TAB bölməsinə keçirik və domain adını 

dəyişirik. 

 

105 




 

Bundan sonra 

isə Office 365- ə daxil oluruq. 

 

Bundan sonra 



isə   aşağıdakı kimi bizi Office 365- in Admin mərkəzi 

qarşılayır. 

 

106 



Bu zaman açılan pəncərədən isə “Users and Groups” bölməsinə daxil 

oluruq


,  sağ  tərəfdə “Active Directory Synchronization”  qarşısındakı “SET 

UP” 

düyməsinə  sıxırıq.  Bunu  etdikdən  sonra  isə  daha  bir  pəncərə  açılacaq, 

burada isə Office 365 üzərində aşağıdakı şəkildə göstərilən funksiyasını aktiv 

edirik. 


 

Bundan sonra 

isə artıq Directory Sync Tool`u serverimizi yükləməliyik. 

Bunun üçün yuxarıdakı pəncərədə “Download” düyməsinə sıxırıq. 

 

Gördüyünüz kimi alət bizim təyin etdiyimiz yerə yükləndi. 



Onu da qeyd ed

ək ki, Sync Tool- u ən aşağısı Windows Server 2008 



SP2 

və ya Windows Server 2008 R2 SP1 üzərinə yükləyə bilərsiniz. Əgər, 

qeyd etdiklərimizdən aşağı olsa, aşağıdakı xətanı alacaqsınız. 

 

Digər  tələb  isə  ən  aşağısı  .Net Framework 3.5 SP1  və  ya  .Net 



Framework 4.0 

serverdə yüklənməlidir. Əks halda xüsusi xəta xəbardarlığını 

alacaqsınız. 

107 



Digər nəzərə almalı olduğunuz bir məsələ isə ondan ibarətdir ki, siz bu 

aləti  Domain  Controller  olan  server  üzərinə  yükləməməlisiniz.  Əks  halda 

uyğun xüsusi xəta xəbardarlığını alacaqsınız. 

Ümumiy


yətlə, Microsoft şirkəti məsləhət görür ki, Sync Tool- u ayrı bir 

server üzərinə qurasınız. Onu da qeyd edək ki, sınaq mühiti olduğuna görə biz 

TMG  2010  üzərinə  qurmuşuq.  Təbii  ki,  real  mühitdə  siz  bəzi  təhlükəsizlik 

qaydalarına əməl etməlisiniz. 

Sonra isə yüklədiyimiz alətin üzərinə vururuq və bir az gözləyirik. Bir 

az gözlədikdən sonra isə aşağıdakı pəncərə ekrana gəlir. 

 

Burada “NEXT” düyməsinə sıxaraq davam edirik. 



Bundan sonra 

açılan pəncərədən qaydaları oxuduqdan sonra qəbul edib, 

davam edirik. 

 

108 




Yuxarıdakı  pəncərədə  aləti  hara  yazacağımızı  bizə  göstərir.  Heç  bir 

dəyişiklik etmədən, davam edirik və yüklənmənin bitməsini gözləyirik. 

Yüklənmə bitdikdən sonra isə bunun haqqında məlumat verən pəncərə 

gəlir. Burada işarəni qaldırırıq və serveri yenidən başladırıq. İşarəni ona görə 

qaldırdıq ki, özümüz sonradan bunu yenidə  sazlamalı olacayıq. 

 

Server  yenidən  başladıqdan  sonra  isə  işçi  masada  yerləşən  proqramın 



işarəsinin üzərinə vururuq. 

 

Bu zaman 



sazlama  pəncərəsi  ekrana  çıxacaqdır.  Burada “NEXT” 

düyməsinə sıxaraq, davam edirik. 

Növbəti  açılan  pəncərədə  isə  Office  365-də  istifadə  etdiyimiz 

Administrator hüquqlarına malik olan, Administrator istifadəçisini qeyd edirik 

və “NEXT” düyməsinə sıxaraq davam edirik. 

 

109 




Bundan 

sonra  isə  daxildə  yerləşən  domaində  istifadə  etdiyimiz 

Administrator istifadəçisinin məlumatlarını qeyd edirik. 

Növbəti  pəncərə  gördüyünüz  kimi  aktiv  deyil.  Burada  “NEXT” 

düyməsinə sıxaraq davam edirik. 

 

Bundan sonar meydana 



gələn pəncərədə isə mütləq “Enable Password 

Sync”`

bölməsini  qeyd  etmək  lazımdır.  Ona  görə  ki,  bizim  daxildə  istifadə 

etdiyimiz şifrələri eyni zamanda Office 365- də də istifadə edə bilək. Sonra isə 

sazlamaların bitməsini gözləyirik. 

Sazlamalar  bitdikdən  sonra  qarşımıza  çıxan  növbəti  pəncərədə  göstə-

rilən uyğun bölməni qeyd etməklə, Active Directory üzərində olan istifadəçiləri 

Office 365-

ə  sinxronizasiya  edə  bilərik.  Amma  bunu  işarə  etmirik,  çünki 

sonradan  bunu  Powershell  üzərindən  necə  həyata  keçirtmək  lazımdır,  onu 

göstərmək istəyirik. 

 

110 



Burada 

“FİNİSH” düyməsinə sıxaraq, sazlamaları tamamlayırıq. 

Qəbul olunmuş qaydada Active Directory üzərində yerləşən istifadəçilər 

72 saat ərzində Office 365- ə sinxronizasiya olunur. Təbii ki, bu qədər gözləyə 

bilmərik.  Bunun  üçün  bir  neçə  Powershell  əmri  icra  edərək,  bunu  həyata 

keçirdirik.  İlk  öncə  onu  nəzərinizə  çatdıraq  ki,  artıq  proqramın  qovluğunun 

içərisində  Powershell  scripti  var,  bu  scripti  istifadə  edərək,  əl  ilə  özümüz 

sinxronizasiya edə bilərik. 

Bunun üçün “C:\Program Files\Windows Azure Active Directory 

Sync\” yoluna daxil oluruq. 

 

Burada isə aşağıdakı scriptin üzərinə sıxırıq: 



DirSyncConfigShell.psc1 

 

Sonra açılan pəncərədə isə aşağıdakı əmri yazmaq lazımdır: 



Start-OnlineCoexistenceSync 

111 



 

Sinxronizasiyanın  uğurla  həyata  keçdiyini  təsdiq  etməyimiz  üçün 



“Event Viewer”-

ə daxil oluruq və buradakı loglara nəzər salırıq. 

 

İndi isə yenidən Office 365 üzərinə daxil olaq və əmin olaq ki, Active 



Directory daxilində açdığımız istifadəçi Office 365 üzərində də var. 

 

Gördüyünüz kimi 



burada  istifadəçinin  qarşısında  Active  Directory  ilə 

sinxroniza

siya olunması barədə məlumat verilir. 

İndi  isə  bu  istifadəçi  ilə  Office  365-  ə  daxil  olaq.  Yoxlayaq görək 

həqiqətən daxil ola bilirik ya yox. 

112 



 

Yuxarıdakı şəkildə də gördüyünüz kimi uğurla Office 365 üzərinə daxil 

ola bildik

. Artıq bu yolları istifadə edərək, digər istifadəçiləri də Office 365 ilə 

sinxronizasiya edə bilərik. Nəticədə biz aktual bir məsələni həll etmiş olduq. 

Elektron p

oçt  xidməti  Office  365  üzərində  yerləşən  insanlar  üçün  bu  çox 

əhəmiyyətli, aktual bir mövzudur.  

Müasir  dövrdə  İnternetdə  bulud  texnologiyalarının  geniş  tətbiqləri 

kompü


ter istifadəçiləri üçün xüsusən geniş imkanlar açmışdır. Dünyada idarə, 

müəssisələrin,  korparasiyaların  və  fərdi  şəxslərin  bulud  texnologiyasından 

geniş miqyaslı istifadəsi müşahidə olunmaqdadır. Son dövrlər bulud texnolo-

giyasını geniş dəstəkləyən Office 365 proqram təminatının da geniş tətbiqləri, 

insanların  Şəbəkədə  istifadə  etdiyi  bir  çox  xidmətləri,  məsələn,  daha çox 

istifadə  olunan  poçt  xidmətini  də  bu  yeni  sistemə  uyğunlaşdırmaq  aktual 

məsələlərdən  birinə  çevrilmişdir.  Bu  baxımdan  bu  məqalədə  göstərilən  və 

addım-  addım  tətbiq  olunan  model  Office  365  ilə  Active  Directory  (AD)-ni 

inteqrasiya etmək üçün kifayyətdir. 

 

ƏDƏBİYYAT 

1.

 

Таненбаум Э. Компьютерные сети.  4-е издание. СПб: Питер, 2009, 992с.  



2.

 

Matthew Katzer, Don Crawford. Office 365: Migrating and Managing Your Business in the 



Cloud. Apress 2013, s.680. 

3.

 



Anthony Puca, Julian Soh.  Microsoft Office 365 Administration Inside Out. Microsoft 

Press 2013, s. 870 



 

СИНХРОНИЗАЦИЯ OFFICE 365 И ACTIVE DIRECTORY 

 

Н.А.ГУЛИЕВ, Ф.Н.КЕРИМОВ 

 

РЕЗЮМЕ 

 

Эта  статья  посвящена  программе  Office 365,  являющаяся  одним  из  последних 

достижений в области программного обеспечения компании Microsoft. Ясно, что уже во 

всём  мире  широко  используется  данный  программный  пакет.  В  данной  статье 

исследованы задачи интеграции Office 365 и Active Directory. С этой точки зрения статья 

очень актуальна. 



Ключевые слова: Office 365 Exchange, Active Directory, AD with Cloud, Office 

365 Sync with AD, 

синхронизация между Office 365 и Active Directory. 

 

113 



SYNCHRONIZATION OF OFFICE 365 AND ACTIVE DIRECTORY 

 

N.A.GULIYEV, F.N.KARIMOV 

 

SUMMARY 

 

 This article is  devoted to the features of Microsoft Cloud Based Office 365. As we 



know,  cloud based systems  are spreading all over the world. The paper studies integration 

issues of Office 365 and Active Directory. 



 

Key words: Office 365 Exchange, Active Directory, AD with Cloud, Office 365 Sync 

with AD, Office 365 and Active Directory Synchronization. 



 

 

Redaksiyaya daxil oldu: 01.12.2015-ci il 



Çapa imzalandı: 12.02.2016-cı il 

114 

Document Outline

  • UOT 004.048
  • OFFICE 365 VƏ ACTIVE DIRECTORY SİNXRONİZASİYASI
  • N.Ə.QULİYEV*, F.N.KƏRİMOV**
  • *Bakı Dövlət Universiteti, **Dövlət Neft Fondu
  • natigguliyev@yahoo.com
  • frhd.info@gmail.com
  • Bu məqalə Microsoft sirkətinin proqram təminatı sahəsində son yeniliklərindən olan Office 365- in xüsusiyyətlərinə həsr olunmuşdur. Aydındır ki, dünyada artıq bu yeni proqram paketindən geniş istifadə olunmağa başlanılmışdır. Bu məqalədə isə Office 36...

Yüklə 51,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə