BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elml
ər seriyası
2015
UOT : 94
ŞİMALİ KOREYANIN NÜVƏ PROQRAMI ƏTRAFINDA
MÜZAK
İRƏLƏR. ÇİNİN MÖVQEYİ
Ü.C.
ƏLİYEVA
AMEA Z.M.Bünyadov ad.
Şərqşünaslıq İnstitutu
aliyevaulker@hotmail.com
M
əqalədə Şimali Koreyanın nüvə proqramı ətrafında yaranan gərginlik, bu problemin
yaranma s
əbəbləri və səbəbkarları, Koreya yarımadasındakı gərginliyi aradan qaldırmaq
s
əylərinin nəticələri araşdırılmışdır. Müəllif Şimali Koreya ilə Çinin münasibətlərini, bu döv-
l
ətin Koreya yarımadasında yaranan gərginliyə münasibətdə mövqeyi və maraqlarını tədqiq
etmişdir. Məqalədə qeyd olunan problem və gərginlik ətrafında müzakirələrlə bağlı maraqlı
faktlar ir
əli sürülmüş və mühüm elmi nəticələr əldə olunmuşdur.
Açar sözl
ər: Şimali Koreya, Koreya yarımadası, Çin, KXDR, nüvə proqramı
Koreya yarımadasında Şimali Koreya potensial gərginlik mərkəzi olaraq
qalmaqdadır. Bu ölkənin nüvə proqramı ətrafında danışıqlar hələ də nəticə
verm
əmişdir. Problem ətrafında mübahisələr 2002-ci ildə Birləşmiş Ştatlar bu
ölk
əni uranın zənginləşdirilməsi üzrə gizli proqramın həyata keçirilməsi və
nüv
ə silahı hazırlanmasında günahlandırdıqdan sonra başlanmışdır. O zaman
C.Buş Şimali Koreyanı terrorçu ölkələr sırasına aid etdi. 2002-ci ilin okt-
yabrında isə ABŞ Dövlət katibinin müavini C.Kelli KXDR-nın uran zəngin-
l
əşdirdiyini elan etdi. Az sonra Birləşmiş Ştatlar Şimali Koreyanın elektrik
stansiyaları üçün yanacaq göndərilməsini dayandırdı. Buna cavab olaraq,
KXDR 2002-
ci il, dekabrın 12-də rəsmi olaraq nüvə proqramının yeniləşdi-
rilm
əsini elan edib Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərini
ölk
ədən çıxardı [5].
Problemin yaranma s
əbəbləri. KXDR-nın nüvə şantajı ölkədə kəskin
enerji ehtiyatları çatışmazlığı ilə izah olunur. Hələ 1993-cü ildə koreyalılar
nüv
ə silahını yaymamaq haqqında müqavilədən çıxacaqları ilə hədələyən
zaman Ağ ev 2003-cü ilə kimi KXDR-da AES tikməyi və buna qədər daimi
olaraq ölk
əni mazutla təmin etməyi vəd edərək, Pxenyanı razılığa gətirə
bilmişdi [8]. Birləşmiş Ştatlar KXDR-i müəyyən miqdarda neftlə (mazutla)
t
əmin etməyi, dinc məqsədli iki nüvə reaktoru tikintisi üçün beynəlxalq kon-
114
sorsium t
əşkil etməyi, həmçinin bu ölkəyə qarşı iqtisadi və siyasi sanksiyaları
qaldırmağı öhdəsinə götürsə də, KXDR indiyədək nə mazutu, nə də AES-i
görmüşdür. 1998-ci ildə isə Asiya maliyyə böhranı bu konsorsiumun fəaliy-
y
ətini pozdu. Cənubi Koreya öhdəsinə götürdüyü əsas maliyyə xərclərini ödə-
m
ək vədlərini yerinə yetirə bilmədi. Yaponiya da üzərinə düşən maliyyə
öhd
əliklərinin qeyri-müəyyənliyini bəyan etdi. ABŞ KXDR-ə neft verilməsi və
AES tikintisinin müdd
əti haqqında planı yarımçıq qoydu. Nəticədə Koreya
yarımadasında vəziyyət yenidən gərginləşdi: KXDR «Tepxodonq – 1» ballistik
raketini sınaqdan keçirdi [9, 624].
Əslində Şimali Koreyada nüvə təhlükəsinin olması məsələsi Koreyanın
özü deyil, onun başlıca dayağı Çinlə əlaqədardır. Belə ki, ABŞ-ın Koreyaya
enerji yardımı göstərməməsinin səbəbi onun kommunist dövləti və ABŞ-ın
r
əqibi ÇXR-in müttəfiqi olmasıdır. Deməli, ABŞ-ı Şimali Koreya ilə bağlı
problemin bu s
əviyyəyə çatmasının günahkarlarından biri hesab etmək olar.
Çünki bu ölk
ənin nüvə istehsalı sahəsində fəaliyyətinin davam etdirilməsinə öz
f
əaliyyəti ilə dolayı olaraq təkan vermişdir.
Lakin region üçün ciddi t
əhlükə olan bu problemin sülh yolu ilə həlli
istiqam
ətdə səylər davam etməkdədir. 2000-ci il, iyun ayının 12-14-də Şimali
v
ə Cənubi Koreya prezidentlərinin Pxenyanda keçirilmiş görüşünün gözlə-
nilm
əz uğuru ikitərəfli əlaqələr çərçivəsindən xeyli irəli çıxdı. Görüşün əhə-
miyy
əti böyük idi. Çünki maraqlarına toxunulan dövlətlər regional strategiya-
larını yenidən nəzərdən keçirməli olmuşdular. Doğrudur, o zaman hələ heç kim
bu gör
üşün baş tutacağına təminat vermirdi. Bu görüşü müəyyən edən amillər
Şimali Koreyada gərgin iqtisadi vəziyyət və Cənubi Koreya prezidenti Kim De
Çjunun şəxsiyyəti idi. Beş illik prezidentliyi müddətində Şimali Koreyanı
özün
ə inandırmaq üçün ona iki il yarım vaxt lazım oldu. Beləliklə, Kim Şimali
Koreyanı danışıqlar masası arxasında əyləşməyə razı sala bildi. Bu dövləti
danışıqlara cəlb etməkdə ABŞ və xüsusilə, Çin də səy göstərirdilər. Lakin
Koreya yarımadasındakı proseslərə münasibətdə bu dövlətlərin hər birinin
mövqeyi f
ərqlidir.
Problemin h
əlli istiqamətində müzakirələrdə Çinin mövqeyi. Şimali
v
ə Cənubi Koreyanın birləşməsinə münasibətdə Çinin mövqeyi dərin siyasi
kökl
ərə malikdir. Koreya birləşərsə, onun Amerika və Yaponiya nüfuz
dair
əsinə çevrilməsinin Pekinin siyasi məqsədləri üçün güclü zərbə ola bilməsi
fikri ekspertl
ər tərəfindən daha çox səsləndirilir. Çinlilərin fikrincə, Koreyanın
Yaponiyaya qarşı tarixi düşmənçiliyi bu ölkəni Çin təsiri sahəsinə yönəldə
bil
ər. Ancaq bu gün bölünmüş Koreya da Çini təmin edir [2, 275]. Ona görə də
Pekin Şimali Koreyadakı rejimin saxlanması lehinə çıxış edir. ÇXR-in Şimali
Koreyadakı rejimə tərəfdar olmasının digər bir səbəbi də hər iki ölkədə hakim
ictimai-
siyasi quruluşun eyniliyidir. Müvafiq olaraq, ABŞ-ın bu rejimə düşmən
münasib
ətinin əsasında da onun nüvə proqramı ilə yanaşı, kommunist rejimi
olması durur. Pxenyanın yeganə rəsmi müttəfiqi olan Çin 1997-ci ildən yarım-
adada g
ərginliyin azaldılması ilə bağlı dördtərəfli görüşlərdə iştirak edir. Çin
115
1993-cü ilin
mart ayında Pxenyanın nüvə silahını yaymamaq haqqında müqa-
vil
ədən çıxacağı ilə əlaqədar hədələr səsləndirdiyi vaxtdan bəri Şimali Koreya
t
ərəfindən yaradılan bütün böhranların tənzimlənməsində mühüm rol oyna-
mışdır. Çin həmişə öz müttəfiqinə qarşı sanksiyaların tətbiqi əleyhinə çıxış etsə
d
ə, beynəlxalq ictimaiyyətin müraciətini bu ölkə rəhbərinə çatdırmaqda və onu
əmin edə bilməkdə mühüm tərbiyəvi rol oynamışdır [3, 55]. Hazırda yalnız
Çinin Şimali Koreyaya təsir göstərə bilməsi təəccüblü deyil. Çünki təcrid
v
əziyyətində olunmuş bu dövlətin yeganə ümidi Çin Xalq Respublikasıdır.
Çin r
əhbərliyi yarımadada, xüsusilə də, Şimali Koreyada öz təsirini
saxlamağın qeydinə qalır. Əgər gərginliyin azaldılması prosesi davam edərdisə,
artıq 2000-ci il iyunun 12-si və 14-də Şimali və Cənubi Koreya prezident-
l
ərinin görüşündən sonra qismən iqtisadi sanksiyaları qaldıran ABŞ yarımada-
da hakim mövqe tuta bil
ərdi [3, 55]. Yaponiyada Milli Müdafiə Tədqiqatlari
İnstitutunun dərc etdiyi icmalda qeyd olunurdu ki, «Çin Koreya yarımadasının
nüv
əsizləşdirilməsini həyata keçirmək üçün çalışır. Bu baxımdan onun
maraqları ABŞ və Yaponiya ilə üst-üstə düşür. Ancaq Şimali Koreyanın bufer
zona kimi oynadığı rolu qəbul edən Çin, status-kvoda heç bir dəyişiklik
ist
əmir. Buna görə də Çin bu ölkə üzərində tam təsirini işə salır. Şimali Kore-
yaya öz
ərzaq və enerji yardımı sayəsində bu ölkə üzərində de fakto hakimiy-
y
ətini saxlayır. Ancaq hələlik bu vasitədən istifadə etməyə tələsmir» [11, 102-
103]. Q
ərbli mütəxəssislərin çoxu hesab edir ki, əslində Çin hər iki Koreyanı
birl
əşməyə doğru yönəltmir. Pekin onu zəif dövlətlərin əhatə etməsinə üstünlük
verir. Bu baxımdan, onlar Çinin bir zamanlar Vyetnamın bütövlükdə kom-
munist olmasına baxmayaraq, birləşməsinə mənfi münasibətini qeyd edirlər.
Hesab olunur ki, Çin birl
əşmiş Koreyanın kommunist dövləti olmayacağını və
C
ənubi Koreyanın iqtisadi gücünə Şimali Koreyanın nüvə silahının da əlavə
olunacağını bilir [3, 55]. Bu cür siyasət hegemonluğa meylli bütün dövlətlər
üçün xarakterikdir. Çini bu baxımdan təqsirləndirən ABŞ-ın özünün də xarici
siyas
ət xətti də eyni əsas üzərində qurulmuşdur.
Şimali Koreya problemi ən pis halda (KXDR rejiminin fəaliyyətinə son
qoyulması, qaçqınlar axını və ya hərbi əməliyyatlar) Şimal-Şərqi Çində sosial
v
əziyyəti gərginləşdirə və sosial etiraz əhval-ruhiyyəsinə, bu isə böhranın
«h
ərəkətvericisi»nə çevrilə bilər. Ancaq Pekin hələlik həm Pxenyanla ikitərəfli
münasib
ətlər çərçivəsində iqtisadi yardım əvəzində «gərginliyi azaltmaq»
sxemi, h
əm də Şimali Koreya məsələsinə nəzarət etmək üçün altıtərəfli danı-
şıqlar kimi vasitəyə malikdir [7, 60]. Hərçənd, son hadisələr məsələnin danı-
şıqlar yolu ilə həlli cəhdlərinin nəticə vermədiyini göstərdi. Hər halda sülh və
sabitliyin t
əmin olunmasında maraqlı olan böyük dövlətlər problemin həlli
yollarını tapmağa çalışacaqlar. Ancaq aşağıda qeyd olunan səbəblər regionda
sülhün t
əmin olunacağı fikirlərini sual altında qoyur: ABŞ iki Koreya arasında
münasib
ətlər qurulandan bəri Şimalın təcavüzkarlığının zəifləməsindən razı
qalsa da, onu Şimalla sülhə nail olmaq üçün Seulun gedə biləcəyi, başlıca ola-
raq, C
ənubi Koreyadakı Amerika hərbi qüvvələrinin saxlanması məsələsində
116
güz
əştlər narahat edir [3, 56].
H
ələlik həm ABŞ, həm də ÇXR koreyalıların əməkdaşlığının davam
etdirilm
əsinə tərəfdardırlar. Çünki yarımadada hərbi toqquşma ABŞ və Çinin
qarışdığı müharibəyə çevrilə bilər. Bu isə hazırda nə Birləşmiş Ştatların, nə də
ÇXR-
in maraqlarına uyğun deyil.
Koreya yarımadasında nüvə təhlükəsinin qarşısını almaq istiqamə-
tind
ə müzakirələr və nəticəsi. 2002-ci ilin fevral ayının 21-22-də Şərqi Asiya
s
əfərinə çıxan Corc Buş Pekində oldu. İki ölkə rəhbərləri arasında danışıqlar
zamanı tərəflər Koreya Xalq Demokratik Respublikası məsələsində «ümumi
t
əmas nöqtəsi» tapmağa çalışdılar [1].
Qeyd ed
ək ki, Corc Buş 2002-ci ilin yanvar ayında Konqresdə çıxışı
zamanı Şimali Koreyanı İran və İraqla birlikdə «şər yuvası» adlandırmışdı.
ABŞ-ın o zamankı müdafiə naziri Donald Ramsfeld Şimali Koreyanı nəzərdə
tutaraq diqq
ətə çatdırmışdı ki, ABŞ «iki cəbhədə döyüşüb qalib gəlməyə hazır-
dır». Bu bəyanatlardan sonra Şimali Koreya nüvə proqramının həyata keçiril-
m
əsini sürətləndirdi, 2006-cı ildə isə ilk nüvə silahı sınaqları keçirdi [12].
C.Buşun bu bəyanatı danışıqların davam etdirilməsinə mane oldu.
Şimali Koreya məsələsinin həllinə öncə iki ölkə, yəni Şimali və Cənubi
Koreya arasında danışıqlarla cəhd göstərilirdi. Sonra isə danışıqlara qoşulan-
ların sırası artmağa başladı.
2003-cü ild
ə Koreya Xalq Demokratik Respublikası ABŞ, Yaponiya, Çin
v
ə Cənubi Koreya ilə danışıqlara Rusiyanın iştirak etməsi şərti ilə razılıq verdi.
Bundan
əvvəl Pxenyan ABŞ təmsilçiləri ilə ikitərəfli danışıqlar da tələb
etmişdi. Lakin Vaşinqton yalnız Yaponiya, Çin və Cənubi Koreyanın iştirakı
il
ə beştərəfli danışıqların keçirilməsi üçün təkid edirdi. Bu formatda danışıqlar
Birl
əşmiş Ştatlara Çini öz tərəfinə çəkib KXDR-i öz etibarlı dayağından məh-
rum etm
ək imkanı verəcəkdi. Pxenyan bu təklifi rədd etdiyinə görə danışıqlar
baş tutmadı. Yalnız ABŞ Rusiyanın da müzakirələrdə iştirakına razılıq verdik-
d
ən sonra altıtərəfli danışıqlar başlandı. Kim İr Çen bu yolla Rusiya –Amerika
ziddiyy
ətlərindən istifadə etməyə çalışırdı [5].
2003-
cü ilin avqustunda Şimali Koreya problemi üzrə danışıqlar altıtə-
r
əfli formatda açıldı. Beləliklə, bu görüşdə tarixdə ilk dəfə Cənubi və Şimali
Koreya il
ə bərabər, ABŞ, Rusiya, Çin və Yaponiya da iştirak edirdilər [5]. Çin
danışıqlarda aktiv, Rusiya isə passiv vasitəçi rolu oynayırdı.
Danışıqlarda əsas məsələ təkcə mövcud böhranı yoluna qoymaq deyil,
h
əm də onu daha geniş planda – Şimali Koreya rejiminin «mülayim şəkildə əl-
qolunun bağlanması»nı təmin etmək və Koreyada sülhün yaranması üçün yeni
siyasi-hüquqi
əsaslar hazırlamaqla həll etməkdən ibarət idi [5]. Müzakirələrdə
KXDR-
in Rusiyanın iştirakına çalışması onun müttəfiqi Çinə də sonadək etibar
etm
ədiyini göstərirdi. Görünür, Pxenyan Əfqanıstanda Taliban rejimi ilə
münasib
ətlərdə olduğu kimi ÇXR-in öz siyasi maraqları əvəzində onu da sona-
d
ək müdafiə etməyərək, ABŞ-la özünə sərfəli olan razılaşmaya gedəcəyindən
ehtiyat edirdi.
117
Lakin altı ölkənin yüksək vəzifəli diplomatlarının iştirakı ilə keçirilən
danışıqlar bir il sonra dayandırıldı [4]. Beləliklə, Çinin himayəsi altında
keçiril
ən altıtərəfli danışıqlar Kim Çen İri təhlükəsizliyə təminat verməyə və
köhn
əlmiş müəssisələrə malik Şimali Koreya iqtisadiyyatının yüksəlişinə kö-
m
ək əvəzində nüvə silahı yaratmaq proqramından imtina etməyə əmin edə
bilm
ədi. Ümumiyyətlə, Şimali Koreya ilə danışıqlar hər dəfə müəyyən bir
razılığa gəlinməməsi üzündən nəticəsiz qalır.
Ancaq
ABŞ Şimali Koreya hökumətinin Yonbendə plutonium emalı üzrə
qurğunun sökülməsinə başlamağa və oraya beynəlxalq müfəttişlərin buraxıl-
masına razılıq verməsindən sonra 2008-ci ilin oktyabr ayının 11-də bu ölkəni
terrorçu ölk
ələr siyahısından çıxardı. C.Buş təkid edirdi ki, Şimali Koreyanın
terrorçu ölk
ələr siyahısından çıxarılması üçün o, altıtərəfli danışıqların iştirak-
çıları tərəfindən müəyyən edilmiş yoxlamalar haqqında tələbləri tam yerinə
yetirm
əlidir. Şimali Koreyanın bununla razılaşmasından sonra C.Buş oktyabrın
10-
da Vaşinqtonda bir neçə günlük danışıqlardan və müzakirələrdəki həmkar-
ları ilə məsləhətləşmələrdən sonra bu qərarı təsdiq etdi. Növbəti gün ABŞ
dövl
ət katibi K.Rays KXDR-in terrorçu ölkələr siyahısından çıxarılması haq-
qında sərəncam imzaladı [6, 198]. Buna baxmayaraq, ABŞ Şimali Koreyaya
qarşı çoxsaylı sanksiyalar tətbiqindən imtina etmədi. KXDR-də isə hakimiyyət
d
əyişikliyi də Şimali Koreyanın mövqeyinin dəyişməsinə səbəb olmadı, əksinə
Pxenyan daha s
ərt mövqe nümayiş etdirməyə başladı və nüvə sınaqlarını
aktivl
əşdirdi.
N
əticə. Şimali Koreyanı danışıqlar masası arxasına əyləşdirmək mümkün
olsa da, Birl
əşmiş Ştatların barəsində danışdığımız vədlərini yerinə yetirmə-
m
əsi danışıqların nəticəsiz olmasına şərait yaratdı. Bütün müharibə ocaqları və
konfliktl
ərin öz həllini tapması, böyük dövlətlərin mənafeyinə uyğun gəlmə-
dikc
ə, müşkül məsələdir. Deməli, Koreya probleminin mövcudluğu ABŞ-ın və
Çinin maraqlarında müəyyən yer tutur.
ƏDƏBİYYAT
1.
Буш потребует от Пекина и Сеула покончить с распространением оружия массового
поражения- http://inosmi.ru/untitled/20020218/143116.html, (21.10.2015)
2.
Василенко И.А. Геополитика современного мира. М.: Гардарики, 2006, 317с, 275
3.
Голдфьем Ж. Можно ли надеяться на ослабление напряженности в Азии? //
«КОМПАС», 2000, №42, с.53-57, 55
4.
Ким Чен Ир выдвинул 4 условия для новых6-сторонних переговоров по ядерной
проблеме // http://www.newsru.com , (1.03.2015)
5.
Корейский узел затягивается все туже // Эксперт (електронный журнал), №29, 2003 //
http://expert.ru, (11.09.2015)
6.
Корею сняли с «оси зла» // http://www.gazeta.ru, (13.02.2015), 198
7.
Михеев В.В. Китай: угрозы, риски, вызовы развитию // МЭ и МО, 2005, №5, с.54-60
8.
Солянская К. Северная Корея победила США //
http://www.gazeta.ru/2003/01/13/ssapomogutkn.shtml, (13.09.2015)
9.
Торкунов А.В. Современные международные отношения и мировая политика. М.:
Просвещение, 2005, 990 с., 624
118
10.
Ширяев Б.А. Внешняя политика США: принципы, механизмы, методы. С.Петербург:
С.Петербургский Университет, 2007, 442 с.
11.
East Asian Strategic Review. 2005. Tne National Institute for Defense Studies Japan. The
Japan Times. First Edition: June, 2005, 205 pp. 102-103
12.
Engelhardt T. The Bush’s Doctrine in Ruins // Asia Times, (Hongkong), 2008, October 28-
http://www.atimes.com, (24.10.2015)
ПЕРЕГОВОРЫ ПО ЯДЕРНОЙ ПРОГРАММЕ СЕВЕРНОЙ КОРЕИ.
ПОЗИЦИЯ КИТАЯ
У.Дж.АЛИЕВА
РЕЗЮМЕ
В статье исследованы напряжение вокруг ядерной программы Северной Кореи,
причины и виновники этой проблемы, проанализированы результаты усилий по
устранению напряженности на Корейском полуострове. Автор изучал отношения между
Китаем и Северной Кореей, позицию китайского правительства в отношении проблем на
Корейском полуострове и ее интересы. В статье приведены интересные факты о Северо-
корейской проблеме и результатах переговоров вокруг ядерной программы Северной
Кореи.
Ключевые слова: Северная Корея, Корейский полуостров, КНДР, Китай, ядерная
программа
THE NEGOTIATIONS ON THE NUCLEAR PROGRAM OF NORTH KOREA.
CHINA’S POSITION
U.J.ALIYEVA
SUMMARY
The article studies the tension around the nuclear program of North Korea, the causes
and perpetrators of this problem, and analyzes the results of efforts to eliminate the tensions on
the Korean peninsula. The author has studied the relationship between China and North Korea,
China's position in the problems on the Korean Peninsula and its interests. The article presents
some interesting facts about the North Korean problem and the outcome of the negotiations
over the nuclear program of North Korea.
Key words: North Korea, Korean Peninsula, China, DPRC, nuclear program
119
Dostları ilə paylaş: |