Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 95,63 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü95,63 Kb.
#27711


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 39; 5729 

 

XIX ƏSRİN İKİNCİ YARISINDA ŞİMALİ AZƏRBAYCANDA 

MÜQAV

İLƏ MÜNASİBƏTLƏRİNƏ DAİR (Tarixi-etnoqrafik baxış) 

 

T.Q.



ƏHMƏDOVA 

AMEA-

nın Arxeologiya və etnoqrafiya İnstitutu 

axmedova_tarana@mail.ru 

 

M

əqalə Azərbaycan etnoqrafiyasının az öyrənilmiş problemlərindən birinə – XIX əsrin 

II yarısında Şimali Azərbaycanda müqavilə münasibətlərinin tarixi-etnoqrafik mövqedən öyrə-

nilm

əsinə həsr olunmuşdur.   

 

Açar sözl

ər: borc öhdəlikləri, alqı-satqı müqavilələri, icarə müqavilələri 

 

 



XIX 

əsrin  ikinci  yarısında  Azərbaycan  xalqının  ictimai  məişətində 

müqavil

ə hüquqi institutu mühüm yer tuturdu. Azərbaycanın Rusiya tərəfindən 



işğalından sonra əhali arasındakı mülki hüquq münasibətləri əsasən müsəlman 

hüququ v


ə adətlərlə tənzimlənsə də, tədricən hökumət yeni qanunların köməyi 

il

ə özünün yerli xalqla münasibətlərini nizama salırdı.  



Bu dövrd

ə əhali arasında geniş yayılmış bir sıra konsensual müqavilələr 

möv

cud olmuşdur. Çevik hüquqi formalar olan müqavilələr öz xarakterinə görə 



müxt

əlif ictimai münasibətləri, xalqın həyat tərzini əks etdirirdi. Onlar həm də 

c

əmiyyətin hüquqi cəhətdən tənzimlənməsində  böyük  rol  oynamışdır  və 



oynamaqdadır.  

Fransız etnoqrafı Norber Rulan müqavilə münasibətlərinin əsasən liberal 

c

əmiyyətlər üçün xarakterik olmasını, burada birinci yerdə qrupun deyil, fərdin 



dayandığını bildirir [1, 129]. Müəllif tarixən ayrı-ayrı sosial strukturlara malik 

olan c


əmiyyətlərdə  müxtəlif səpkidə  müqavilə  münasibətlərinin mövcud 

olması haqqında yazırdı [1, 130]. 

Fransız  etnoqrafı  E.Le.Rua sosial strukturun müəyyən səviyyəsində 

müqavil


ə  münasibətlərinin meydana gəldiyini göstərir. O, müxtəlif tip struk-

turlara malik c

əmiyyətdə hansı növ müqavilə formalarından istifadə edildiyini 

t

əyin  etmişdir.  Tədqiq olunan dövrdə  müqavilə  xarakterli sənədlər daha çox 



bir-birin

ə  yaxın olan, öz aralarında minimum əlaqə saxlayan şəxslər arasında 

razılaşma predmeti dəqiq müəyyənləşdirildikdən sonra tərtib edilirdi [1, 134].  

Hüquqi c


əhətdən  əməkdaşlıq  münasibətləri  üçün  geniş  meydan  açan 

müqavil


ələr əsasən predmetindən və ya funksiyasından asılı olaraq təsnif edilir. 

78 



Etnoqraf Elias bu s

ənədlərin təsnifatında  razılaşma  predmetinə, E.le Rua isə 

onların funksiyalardan asılı təsnifatına üstünlük vermişlər [1, 134]. 

XIX 


əsrin  II  yarısında  hər iki təsnifata  aid olan müqavilə  növlərindən 

istifad


ə edildiyi məlumdur. Bunlar aşağıdakılar idi: 

1. Daşınmaz əmlakın girov qoyulması ilə borc müqavilələri. 

2. Alqı-satqı müqavilələri. 

3. Torpaq sah

əsinin və  ya hər  hansı  mülkiyyətin icarəyə  verilməsi 

haqqında müqavilələr.  

4. Bağışlama müqavilələri. 

5. Podrat müqavil

ələri. 

Az

ərbaycanda müqavilə münasibətlərinin meydana gəlməsinədək insan-



lar öz aralarındakı münasibətləri əsasən inandıqları və etibar etdikləri şəxslərlə, 

and içm


əklə  –  sözlə  möhkəmləndirirdilər.  İnsanlar həyatın  ümumilikləri ilə 

daha çox bağlı olardısa onların münasibətlərində müqavilə aspektindən daha az 

istifad

ə olunurdu.  



Borc müqavil

ələri.  Bu dövrdə  müqavilə  münasibətlərinə  daxil olan 

t

ərəflər tarixən xalqın iqtisadi münasibətlərində istifadə edilən  zəmanət, dəb-



b

ələmə, daşınmaz əmlakın girov qoyulması, ziyanın ödənilməsi kimi qoruyucu 

vasit

ələrdən istifadə edirdilər.  



T

ədqiqata cəlb edilən arxiv sənədlərindən aydın olur ki, XIX əsrin I yarı-

sında 1000 rubldan çox borc götürənlər əsasən tacirlər, torpaq sahibləri, bəylər 

olmuşdur [2, 4]. Cəmiyyətin aşağı təbəqələri əsasən az məbləğdə borc götürür-

dül

ər.  Alınmış  borc  müqabilində  girov  qoyulmuş  mülkiyyət  borc  almış  şəxsin 



özünün olmalı idi. Mübahisəli torpaqlardan girov qəbul edilmirdi. Borc alan şəxs 

gi

rov qoyduğu mülkiyyət haqqında müqavilədə “onu başqasına girov qoymamı-



şam, heç kəsə satmamışam, heç kimə verməmişəm” sözlərini qeyd edirdi [3,1]. 

Borc  alan  şəxs borcunu müqavilədə  nəzərdə  tutulan müddətdə  ödəməli 

idi.  Əgər  borclu  öz  borcunu  vaxtında  qaytarmırdısa,  o  zaman  müqavilənin 

bitdiyi t

əqdirdə borc verən məhkəməyə müraciət edir və borcunu tələb edirdi. 

Bu zaman borclu t

ərəfindən girov qoyulmuş mülk, torpaq sahəsi və s. hərraca 

çıxarılır  və  satışdan  alınmış  məbləğdən borc verənin borcu ödənilirdi  [4, 1]. 

Borc ver

ən  öz  borcunu  almadan  dünyasını  dəyişərdisə, borclunun girov qoy-

duğu  mülkün  və  ya torpaq sahəsinin  satışından  alınmış  məbləğ  borc  verənin 

v

ərəsələrinə ödənilirdi. Əgər borc alan öldükdə, o zaman onun vərəsələri həmin 



borcu öd

əməli idilər.  

XIX 

əsrin I yarısında mövcud torpaq formaları – əsasən mülki-xalisə, mülk 



torpaqları  və  tiyul  torpaqları  feodalın  xüsusi  mülkiyyəti  sayılırdı.  Bəylərə 

m

əxsus olan mülki-xalisə  torpaqları  onların  tam  xüsusi  mülkiyyəti idi. Mülk 



torpaqları  ali  hakimə  xidmət  borcu ilə  əlaqədar olmayan irsi, tam feodal mül-

kiyy


ət forması olub satıla, başqasına güzəştə gedilə və bağışlanıla bilərdi [5, 80]. 

XIX 


əsrin  I  yarısında  çar  hökuməti  Şimali  Azərbaycanda özünə  dayaq 

yaratmaq m

əqsədilə  1846-cı  il  dekabrın  6-da  ağaların  və  bəylərin  hüquqları 

bar


əsində fərman verdi. Fərman feodalların həm irsi mülk torpaqları, həm də 

tiyul torpaqları üzərində tam mülkiyyət hüququnu tanıdı və təsdiq etdi.  

79 



Alqı-satqı  müqavilələri.  XIX  əsrin  II  yarısında    alqı-satqı  müqavilə-

l

ərindən geniş istifadə olunurdu. Bu dövrdə  dövlət kəndlilərinin istifadəsində 



olan torpaqlar hüquqi c

əhətdən dövlət mülkiyyətində  idi və  kəndlilər ondan 

mülkiyy

ətçi kimi deyil torpaq istifadəçiləri kimi istifadə edirdilər.  



XIX 

əsrin 80-ci illərində Şimali Azərbaycan kəndinə kapitalist münasi-

b

ətlərinin sirayət etməsi nəticəsində torpaq sahələrinin ayrı-ayrı şəxslərin əlinə 



keçm

əsi kənddə təbəqələşmə proseslərinin təşəkkül tapmasına, torpaqların varlı 

k

əndlilər, qolçomaqlar və başqalarının əlinə keçməsinə səbəb olmuşdu [5, 81]. 



Dövl

ət kəndliləri özlərinin istifadəsində  olan həyətyanı,  biçin  və  bağ 

torpaqlarını  öz  mülkiyyəti kimi sata bilərdi.  Bu  zaman  alıcı  satıcının  vergi 

t

əhəddüdlərini də öz üzərinə götürürdü. Bu dövrdə bəzən əkin torpaqlarının da 



istifad

ə  hüququnun satılması  hallarına  tez-tez rast gəlinirdi. Belə  torpaqların 

satış əməliyyatı  bir kəndin üzvləri arasında baş verirdi. Bu zaman torpaqların 

satılması  yazılı  müqavilə  olmadan faktiki istifadəyə  verilmə  yolu ilə  baş  ve-

rirdi.  Çox vaxt torpaqların əsas alıcıları varlı kəndlilər və bəylər olurdu [5, 81].  

B

əzən  torpağın  alqı-satqısı  zamanı  alıcıda  mülkiyyət  kağızı  kimi  sadə 



q

əbz qalırdı. Bu qəbzdə kəndlinin digər kəndliyə nə qədər və hansı məbləğdə 

pulun öd

ənildiyi qeyd olunurdu. Belə qəbzlərlə torpaqdan istifadə və sahiblik 

hüququ  verilirdi  ki,  onlar  pul  borc  alaraq  öz  torpaqlarını  girov  da  qoya 

bil


ərdilər [5, 80]. 

K

əndlilər torpaqları öz həmkəndlilərinə, eləcə də şəhərlilərə satırdılar [5, 



80]. 

Varlı  zümrələr  torpaqları  təkcə  satın  almır,  həm də  onu zəbt edirdilər. 

Ad

ətən kənd  icmaları  şəhər  əhalisindən  olan  varlıların  öz  pay  torpağından 



istifad

ə  etməsinə  mane olmurdular. Kənd  varlılarının  bir  qismi  isə  kəndli 

malikan

ə  torpaqlarını  və  bağlarını  öz  borclarının  hesabına  ələ  keçirir və  ya 



alırdılar. Bəzən icmanın ümumi istifadəsində olan torpaqlar da satılırdı. Digər 

t

əsərrüfat yerlərinin, bostan və əkin sahələrinin özgə əllərə verilməsi isə əslində 



icma mülkiyy

ətçiliyi  hüququnun  pozulması  demək idi. Belə  ki, bütün dövlət 

k

əndli torpaqları – həyətyanı, bağ və  ya təsərrüfat yerləri xüsusi torpaq mül-



kiyy

əti kimi satılırdı. Lakin kəndli torpaqlarının daimi istifadə üçün öz adına 

möhk

əmləndirilməsini göstərən  azsaylı  sənədlər  vardır.  Torpaqların  şəhərli-



l

ərin və varlı kəndlilərin əlinə keçməsi həm məhkəmələrin icra vərəqələri ilə, 

h

əm də  notariat qaydada xüsusi müqavilələrlə  həyata keçirilirdi. Hətta neft 



şirkətləri tərəfindən kəndlinin pay torpaqlarının qeyr-qanunu tutulması halları 

da baş verirdi. Dövlət kəndlilərinin torpaqlarının notariat qaydada şəhərlilərin 

əlinə  keçməsi  aydın  göstərir ki, dövlət özü nəinki kəndlilərə  torpaqlarını 

satmağa  icazə  verirdi, həm də  hüquqi cəhətdən  bu  alqı-satqının  qanuniləş-

dirilm

əsinə də göz yumurdu [5, 82]. 



İcarə  müqavilələri.  XIX  əsrin 70-90-cı  illərində  Şimali  Azərbaycanda 

dövl


ət torpaqlarının hərracla, icarəyə verilməsi geniş yayılmışdı. Lakin torpağa 

böyük ehtiyac hiss ed

ən kəndli kütlələri  torpaqları  birbaşa  dövlətdən icarəyə 

götür


ə  bilmirdilər. Hərracla torpaq icarəsi  zamanı  dövlətlə  torpağı  bilavasitə 

bec


ərən kəndli arasında xüsusi bir vasitəçi olurdu. Kənd təsərrüfatı ilə məşğul 

olmayan  xüsusi  şəxslər icarəyə  götürdükləri torpaq sahələrini kəndlilərə  sub-

80 



icar

əyə vermək və bununla da qazanc əldə etmək məqsədini güdürdülər [6, 26]. 

Bu dövrd

ə Şimali Azərbaycanın demək olar ki, bütün qəzalarında xüsusi 

şəxslər tərəfindən icarəyə  götürülmüş  torpaqların  miqdarı  daha  çox  idi. 

M

əsələn,  Yelizavetpol  quberniyasının  Qazax  qəzasında  xüsusi  şəxslərin ica-



r

əyə götürdükləri əkin sahələri (1490 desyatin) dövlət və sahibkar kəndlilərinin 

h

ərracla icarəyə  götürdükləri  torpaqların  miqdarından  müvafiq  olaraq  2,2  və 



1,7 d

əfəyədək  çox  olmuşdur  [6, 26].  Tədqiq olunan dövrdə  xüsusi torpaq 

sahibl

ərinə  məxsus olan torpaq sahələrinin icarəyə  verilməsinə  rəsmi  şəkildə 



qanunla  yasaq  qoyulmurdu.  İcarəyə  götürülmüş  torpağın  bütöv  şəkildə  və  ya 

hiss


ələrlə  icarəsi icarədarla  torpaq  sahibi  arasında  şifahi  razılaşma  ilə  gö-

türülürdüs

ə  xəzinə  torpaqlarının  icarəsi müvafiq dövlət hakimiyyət  orqanları 

t

ərəfindən mütləq şəkildə sənədləşdirilməli idi. İcarədar torpaq sahələrini bütöv 



şəkildə  və  yaxud da hissə-hissə  icarəyə  verə  bilərdi.  Əgər torpaq sahələri 

icar


ədarlara şifahi razılaşma ilə icarəyə verilirdisə, xəzinə torpaqlarının icarəsi 

müvafiq dövl

ət hakimiyyət  orqanları  tərəfindən mütləq  şəkildə  sənədləş-

dirilm


əli idi [7, 43]. 

Torpaq sah

ələri  əkin məqsədilə  icarəyə  verildikdə  tərəflər  arasında 

bağlanan  müqavilədə  icarədarın  torpaqdan  istifadə  hüquqları  və  onun riayət 

etm

əli olduğu bir sıra şərtlər geniş şəkildə öz əksini tapmalı idi. Əgər icarədar 



bu v

ə ya başqa səbəbdən əkin qaydalarından kənara çıxardısa hər bir desyatin 

torpaq sah

əsi üçün təxminən 6 rubladək cərimə ödəməli idi [6, 19]. 

Aztorpaqlı  və  torpaqsız  kəndlilər sahibkarlardan icarəyə  götürdükləri 

torpaqlarda yaşamağa məcbur idilər. İcarə müqaviləsinin vaxtı bitdikdə torpaq 

sahibi icar

ə haqqını vaxtında ödəməyən kəndlilərdən böyük məbləğdə ziyanın 

öd

ənilməsini tələb etmək hüququna malik idi [8, 124]. 



İcarədar kəndlilərin icarə  haqqının  miqdarı  torpaqların  yaxınlıqda  və 

uzaq


lıqda  yerləşməsindən,  torpağın  məhsuldarlığından,  su  ilə  təmin edilmə-

sind


ən bilavasitəvə  asılı  olurdu.  Kəndlilər torpağa  kəskin ehtiyac hiss etdik-

l

ərindən  torpağı  ən  ağır  şərtlərlə  icarəyə  götürməyə  məcbur olurdular. Belə 



icar

ə hallarında icarə haqqının məbləğini kəndlinin torpağa olan ehtiyacı müəy-

y

ənləşdirirdi [6, 37].  



Torpağın  icarəyə  verilməsinin  əsas səbəbi  iş  heyvanının  olmaması  ilə 

bağlı idi. Buna görə də, kəndlilər qonşularla birlikdə qardaslıqlar yaradırdılar. 

Yelizavetpol  quberniyasının  Nuxa qəzasında  kəndlilər  torpağı  əsasən həm-

k

əndlilərinə  icarəyə  verirdilər. Bu ərazidə  həmçinin  ayrı-ayrı  kəndlilər  başqa 



icmalarda v

ə  xüsusi  şəxslərdən torpaq icarəyə  götürürdülər. Nuxa qəzasının 

Muxax, Daşagil, Padar kəndlərində də torpaq icarəyə götürürdülər [7, 43].     

Pulla icar

ədən fərqli olaraq məhsulla icarə haqqı torpaq sahibinə məhsul 

yığımı  başa  çatdıqdan  sonra  ödənilirdi. Elə  buna görə  də  əlində  nəqd pulu 

olmayan k

əndlilər  əksər  hallarda  torpağı  məhsulla icarəyə  götürürdülər. Bu 

h

əmin dövrdə  Azərbaycanın  yoxsul  aztorpaqlı  və  torpaqsız  kəndlilər ölkəsi 



olması ilə bağlı idi. 

M

əhsulla icarə haqqı adətən iki cür müəyyənləşdirilirdi. İcarədar-kəndli 



torpaq sahibin

ə: a) yığım başa çatdıqdan sonra, istehsal edilmiş məhsulun qa-

81 



baqcadan mü

əyyən edilmiş hissəsini; b) istehsal edilmiş məhsulun miqdarından 

asılı olmayaraq, müəyyən edilmiş qədər məhsul verməli idi [6, 39].     

Bakı  quberniyasında  torpaq  sahələri bir çox hallarda istehsal edilən 

m

əhsulun 1/4 –  1/2 hissəsini  almaq  şərtilə  icarəyə  verilirdi. Yelizavetpol 



quberniyasında əkinə yararlı torpaq sahələri məhsulun 1/20, 1/10, 1/5 hissəsini, 

bağ və bostanlardan ibarət torpaq sahələri məhsulun 1/4, 1/3, 1/2 bəzi hallarda 

is

ə 1/6 hissəsini torpaq sahibinə vermək şərtilə icarəyə verilirdi [16, 41]. 



İcarə  haqqı  məhsulla ödənilərkən,  bir qayda olaraq torpaq sahibi ilə 

icar


ədar  arasında icarənin şərtlərini özündə  əks etdirən rəsmi-yazılı müqavilə 

bağlanmırdı.  Bu  da  onlara  icarənin  şərtlərini öz xeyirlərinə  dəyişməyə  və 

k

əndliləri qabaqcadan artıq məhsul ödəməyə məcbur etmək şəraiti yaradırdı.  



Pulla icar

ə.Tədqiq olunan dövrdə  Azərbaycanda    kapıtalist  münasibət-

l

ərinin  inkişafı  nəticəsində  kəndlilər  arasında  gedən ictimai təbəqələşmə 



prosesi daha da d

ərinləşmiş və varlı, ortabab, yoxsul kəndli təbəqələri meydana 

g

əlmişdi. Varlı kəndlilər öz təsərrüfatını genişləndirmək məqsədilə dövlətdən 



v

ə  xüsusi  şəxslərdən iri  torpaq sahələrini icarəyə  götürürdülər. Adətən belə 

icar

ə hallarında icarə haqqı pulla ödənilirdi [6, 43].  



Pulla icar

ə  hallarında  icarə  haqqı  məhsul  toplanmamışdan  əvvəl torpaq 

sahibin

ə  verilməli idi. Bundan ötrü icarə  qabağı  kəndlinin  əlində  nəqd pulun 



olması vacib şərt idi. Belə bir imkana ancaq kəndin varlıları və qolçomaqları 

malik idil

ər. Elə buna görə də pulla icarə hallarına, əsas etibarilə, torpağı daha 

uzun müdd

ətə icarəyə götürən varlı kəndlilər arasında təsadüf edilirdi [6, 43].  

Dig


ər tərəfdən  torpağa  olan  ehtiyacın  və  onun qiymətinin  artması  ilə 

bağlı olaraq kəndlilər çalışırdılar ki, torpağı mümkün qədər uzun müddətə ica-

r

əyə  götürsünlər. Bununla onlar icarə  haqqının  artmasının  qarşısını  almış 



olurdular [6, 44]. 

Dövl


ət kəndliləri tərəfindən xüsusi sahibkar torpaqlarının icarə edilməsi 

hallarında icarə sazişlərinin müddəti qəzalar üzrə fərqli idi. Məsələn, Göyçay 

q

əzasında 15, Şamaxı qəzasında 10-12 və hətta 40, Nuxa qəzasında 7-12, Quba 



q

əzasında isə 12 ilə çatırdı.  Lakin  İrəvan quberniyasının qəzalarda belə icarə 

hallarına təsadüf edilsə də bütövlükdə Şimali Azərbaycanın quberniyaları üçün 

uzunmüdd


ətli icarə sazişləri xarakterik deyildi [6, 44].  

Şimali  Azərbaycanın  həm dövlət, həm də  sahibkar kəndliləri icarədar-

lardan t

əkcə əkinə yararlı torpaq sahələrini, bağları və s. deyil, otlaq, yaylaq və 

qışlaqları  da  icarəyə  götürürdülər. Otlaq, yaylaq və  qışlaqlar  əsasən pulla 

icar


əyə verilirdi.  

Otlaqlardan  alınan icarə haqqı torpaq sahələrinin çoxluğuna  görə deyil, 

orada otarılan iri və xırdabuynuzlu mal-qaranın sayına görə müəyyən olunurdu. 

Ayrı-ayrı qəzalarda yaylaq və qışlaqlara olan ehtiyacdan  asılı olaraq hər 100 

baş  mal-qara üçün icarəyə  götürülmüş  otlaqlara:  Bakı  qəzasında  5-20 rubl, 

Şamaxı  və  Göyçay qəzalarında  15  rubl,  Ərəş  qəzasında  6-10 rubl, Nuxa 

q

əzasında 5-6 rubl, Naxçıvan qəzasında 20-30 rubl icarə haqqı verilirdi [6, 45].  



Qarışıq  icarə. XIX əsrin son rübündə  Şimali  Azərbaycanda icarə  haq-

qının qarışıq formada ödənilməsi halları artmağa başladı [6, 47]. İcarə haqqının 

82 



qarışıq  formada  ödənilməsi  hallarında  kəndli, icarəyə  götürdüyü  torpağın 

müqabilind

ə məhsul formasında ödədiyi icarə haqqından əlavə müəyyən qədər 

pul, müxt

əlif bəxşişlər və  s. verməli və  hətta bəzi hallarda torpaq sahibinin 

t

əsərrüfatında becərmə işlərini də yerinə yetirməli idi [6, 49]. Ona görə də, belə 



icar

ə forması icarədara daha çox sərfəli olurdu. 

Bir sıra hallarda kəndli icarəyə götürdüyü torpağın əvəzində mülkədarın 

t

əsərrüfatında  işləməyi öz üzərinə  götürürdü.  Şamaxı  qəzasının  bəzi kəndlə-



rind

ə  torpaq məhsulun 1/2 hissəsini  almaq  şərtilə  icarəyə  verilərkən kəndli 

icar

əyə  götürdüyü  torpağa  bərabər miqdarda mülkədar  torpağını  da  əkib-



bec

ərməli idi [6, 49]. 

Az

ərbaycanın  ayrı-ayrı  qəzalarında  qarışıq  formada  ödənilən icarə 



haqqının miqdarı yerli şəraitdən asılı olaraq müxtəlif olurdu. Məsələn, Şamaxı 

q

əzasının Kür sahili zolağında bəzi hallarda torpaq sahibinə icarə haqqı kimi 



m

əhsulun 1/2 hissəsindən əlavə (yerli kəndlilərin “rüşvət” adlandırdığı) hər 0,3 

desyatin torpaq sah

əsi üçün əlavə 2 rubl verməli idi [6, 50]. 

Dövl

ət, xüsusi sahibkar və pay torpaqlarının icarə haqqı məhsul və pul 



qarışıq  formada  ödənilirdi.  İslahatdan  sonrakı  dövrdə  məhsulla icarə  pulla 

icar


ədən qat-qat baha olub aztorpaqlı kəndli kütlələri arasında geniş yayılmışdı. 

Bağışlama  müqavilələri.  Bu dövrdə  Azərbaycanda  bağışlama  müqavi-

l

əsi formasından da istifadə edilmişdir. Əsasən torpaqlar hədiyyə edilirdi. Hə-



diyy

ə həm varlı təbəqədən olanlar, həm də sıravi kəndlilər tərəfindən verilirdi.  

Bağışlama  müqavilələri hədiyyə  verən  əşyanı  hədiyyə  alana verməklə 

real bağışlanma müqaviləsi üzrə vəzifəsini icra etmiş sayıla bilərdi. Bağışlama 

müqavil

ələrini tənzimləyən normalarda əksini tapan öhdəlik xarakterli hüquq 



v

ə  vəzifələr  əsasən  qarşılıqlı  bağışlama  müqaviləsinə  münasibətdə  daha  açıq 

formada  özünü  biruz

ə  verirdi. Hədiyyə  verənin  əsas vəzifəsi hədiyyəni ver-

m

əkdir. Bu da təqdim etmə, təhvil vermə və ya çatdırılma formasında ola bilər. 



Əmlak hüquqlarının bağışlanması hüququ təsdiq edən sənədlərin verilməsi ilə 

h

əyata keçirilir [9, 85].  



Qarşılıqlı bağışlama müqaviləsinə görə hədiyyə verənin vəzifələri vərə-

s

əlik  qaydasında  onun  vərəsələrinə  keçirdi. Hədiyyə  verən bu hüquqdan 



müxt

əlif vəziyyətlərdə istifadə edə bilərdi [9, 86].     

H

ədiyyə verənə qədər nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən 



şəxs hədiyyə  alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə 

bil


ərdi. Hədiyyənin  pozulmuş  hüququ  bərpa etməsi və  zərərlərini ödəmə  hə-

diyy


ə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın 

hüququnu özünd

ə saxlaya bilərdi.  Hədiyyə qəbul edildikdən sonra bağışlamaq-

dan imtina ed

ə bilərdi. 

H

ədiyyə alan hədiyyə verənin və ya onun yaxını barəsində açıq cinayət 



tör

ətdikdə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə 

qoyulmuş  vəzifələri hədiyyə  verənin və  onun  yaxın  qohumlarının  biri  ba-

r

əsində  kobudcasına  pozduqda  hədiyyə  alan,  bağışlama  ilə  bağlı  öhdəlikləri 



əsassız  olaraq  icra  etmədikdə,  qarşılıqlı  bağışlama  müqaviləsi üzrə  hədiyyə 

ver


ənə bağışlamaq barəsində verdiyi vədi ləğv və onun icrasından imtina edə 

83 



bilm

əsi hüququ verilirdi [9, 87]. 

V

əd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı 



onun üçün son d

ərəcə  ağır  yükə  çevirə  biləcəyi dərəcəyə  dəyişdikdə  və  ve-

rildikd

ən sonra hədiyyə  verənin ailə  hüquq münasibətləri  əvvəllər  olmamış, 



yaxud çox cüzi h

əcmdə olmuş öhdəlikləri  yarandıqda qanun hədiyyə verənin 

imtina hüququnu h

əyata keçirməsini məhdudlaşdırırdı. İmtina hüququ vərəsəlik 

qaydasında  keçirdi.  Belə  ki, hədiyyə  verənin həmin ilin sonunadək öldüyü 

halda imtina hüququ qalan müdd

ət üçün onun vərəsəllərinə  keçirdi.  Bağış-

lamaqdan imtina etdikd

ə hədiyyə alan əgər bağışlanmış predmet onun mülkiy-

y

ətindədirsə, hədiyyəni qaytarmağa borclu olurdu [9, 88].     



Əldə etdiyimiz arxiv materiallarından  aydın olur ki, Yelizavetpol qəza-

sından Hüseyn Bayram oğlu öz oğulluğu Məmmədəli İsgəndər oğluna 300 rubl 

d

əyərində olan üzüm bağını, Nuxa qəzasının Qutqaşen kəndində yaşayan Meh-



dib

əy Hacıbəy Hacı Musabəy oğlu öz oğlu Süleyman bəyə 2000 rubl qiyməti 

olan Böyük Əmili kəndinin 11/40 hissəsindən 1/2 hissə bağışlamışdı.  

Podrat müqavil

ələri.  Tədqiq olunan dövrdə  istifadə  olunan müqavi-

l

ələrdən biri də podrat müqavilələridir. Bu müqaviləyə görə podratçı müqavi-



l

ədə  nəzərdə  tutulan  işi  icra  etməyi,  sifarişçi  isə  podratçıya  razılaşdırılmış 

muzd öd

əməyi öhdəsinə  götürürdü  [9, 229].  Podrat müqaviləsi bir tərəfdən 



əyyən maddiləşmiş nəticənin yaradılması ilə müşahidə olunan istehsal pro-

sesini t

ənzimləyir, digər tərəfdən isə əşyanın hazırlanması, istehsalı və ya hər 

hansı digər işin görülməsi onun nəticəsinin sifarişçiyə verilməsi ilə şərtləndi-

rirdi. Podrat müqavil

əsi əşyanın sifarişçinin mülkiyyətinə verilməsini nəzərdə 

tuturdu v

ə müqavilə bağlanarkən əsas diqqət nəzərdə tutulan əşyanın hazırlan-

masına yönəlirdi. Podrat müqaviləsi sifarişçinin fərdi maraqlarının və tələbat-

larının  təmin  olunması  üzərində  qurulurdu. Müqavilə  üzrə  əşya  həm  sifariş-

çinin, h


əm də podratçının materiallarından hazırlanırdı. Podrat müqaviləsində 

n

əzərdə  tutulmuş  şəkildə  podratçı  işlərini müəyyən  risklər  bahasına  öz 



materiallarından, imkanlarından və vəsaitlərindən istifadə etməklə yerinə yeti-

rirdi. Podratçı münasibətlərin müstəqil subyekti kimi sifarişi yerinə yetirərkən 

üsul v

ə vasitələrin seçilməsində sifarişçidən asılı olmurdu. Podratçı yalnız işi 



lazımi  qaydada  yerinə  yetirdiyi təqdirdə  sifarişçidən muzdun tam olaraq 

öd

ənilməsini tələb edə bilərdi [9, 233].     



Podrat müqavil

əsi qarşılıqlı xarakter daşıyırdı. Bu müqavilə həm şifahi, 

h

əm də  yazılı  ola  bilərdi. Podrat müqaviləsinin müddəti tərəflərin  razılığı  ilə 



əyyən olunurdu. Tədqiq olunan müqavilə  sənədlərindən  aydın  olur  ki, 

Şimali Azərbaycanda podrat müqavilələrindən də istifadə edilirdi. Bu dövrdə 

t

ərəflər  arasında  razılaşdırılmış  şəkildə  bağlanmış  müqavilələr  əsasən  satış 



m

əhsullarının qorunması, yeraltı su mənbələrinin – kəhrizin çəkilməsi [10, 1], 

yol salınması [11, 5] və digər işlər zamanı bağlanılırdı.  

Bel


əliklə, tədqiqata cəlb olunmuş müqavilə sənədlərindən aydın olur ki, 

tarix


ən təşəkkül  tapmış  müxtəlif müqavilə  münasibətləri müasir dövrdə  belə 

aktuallığını itirməmiş, həyatın müxtəlif sahələrində istifadə olunmaqdadır. 

 

84 



ƏDƏBİYYAT 

1. Норбер Рулан Юридическая антропология. М.: 1999, 301 с. 

2. Az

ərbaycan Respublikası Dövlət Tarix Arxivi, f. 170, siy. 2, iş 179  



3. Az

ərbaycan Respublikası Dövlət Tarix Arxivi, f. 187, siy. 2, iş 179  

4. Az

ərbaycan Respublikası Dövlət Tarix Arxivi, f. 170, siy. 2, iş 157, 26 vərəq 



5. Исмаилов М. Капитализм в сельском хозяйстве Азербайджана на исходе XIX и начале 

XX 


в. Баку: АН Азерб. ССР, 1964, 305 s. 

6. H


əsənova L.L. İslahatdan sonrakı dövrdə Azərbaycanda torpaq icarə münasibətləri. Bakı, 1985. 

7. Свод материалов по изучению экономического быта государственных крестьян Закав-

казского края, Тифлис: 1888, т. VI, ч.1 

8. Сегаль И.Л. Крестьянское землевладение в Закавказье. Тифлис: 1912, 154 s. 

9. Göyüşov R.A. Mülki hüquq. Bakı: Qanun, 2012, 500 s.  

10. Az


ərbaycan Respublikası Dövlət Tarix Arxivi, f. 170, siy. 2, iş 1050 

11. Az


ərbaycan Respublikası Dövlət Tarix Arxivi, f. 170, siy. 2, iş 1081 

 

К ВОПРОСУ О ДОГОВОРНЫХ ОТНОШЕНИЯХ В СЕВЕРНОМ АЗЕРБАЙДЖА-



НЕ ВО II ПОЛОВИНЕ XIX ВЕКА 

(историко-этнографический аспект) 

 

Т.Г.АХМЕДОВА 

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  одной  из  малоизученных  проблем  азербайджанской  этногра-

фии-изучению историко-этнографических аспектов, договорных отношений во II поло-

вине XIX века в Северном Азербайджане. Впервые автором к исследованию были прив-

лечены  конкретные факты,  о разнохарактерных договорах: долговых обязательствах, о 

купле-продаже, а также об арендных договорах. 

 

Ключевые слова: долговые обязательства, договоры о купля-продаже, арендные 

договоры 

 

ON THE QUESTION OF CONTRACTUAL RELATIONS IN NORTHERN 

AZERBAIJAN IN THE SECOND HALF OF THE XIX CENTURY 

(the historical and ethnographic aspect) 

 

T.G.AHMADOVA 

 

SUMMARY 

 

The article is devoted to one of the poorly studied problems of Azerbaijan Ethnography 

–  the research of historical and ethnographic aspects,  the contractual relations in the second 

half of the XIX  century in Northern Azerbaijan. The author researched the specific facts on 

diverse treaties: debentures, purchase-sale and lease agreements. 

 

Key words: debentures, purchase-sale, lease agreements 



 

 

 



 

85 

Yüklə 95,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə