Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elml



Yüklə 64,88 Kb.
tarix25.06.2018
ölçüsü64,88 Kb.
#51519


 

169 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası 

 

 

2013 

 

 



 

 

UOT 070 

 

AÇIQ SÖZ” 



QƏZETİ  HÜSEYN CAVİD 

 

S.Q.HƏSƏNOVA 

Bakı Dövlət Universiteti 

Journalisim.bsu.edu.az 

 

Hüseyn Cavid yar

adıcılığı bir əsrə yaxındır ki, tədqiq olunur. Tədqiqatçı alimlər Cavid 

dramaturgiyasına  və  poeziyasına  dönə-dönə  müraciət etsələr də,  publisistikası  diqqətdən 

k

ənarda  qalıb.  Yalnız  bir-iki məqalə  istisna  olmaqla  bu  mövzuda  geniş  tədqiqatlar  aparıl-

ma

mışdır. Əslində Cavid 1903-cü ildən – 1936-cı ilin sonuna kimi poeziya və dramaturgiya ilə 

yanaşı  publisistika  ilə  də  məşğul  olub.  Bu  publisistik  məqalələr  teatr  tamaşalarına,  bədii 

əsərlərə, ədəbi mühitə, maarifə həsr edilmişdir. 

 

Açar sözl

ər: ədəbi tənqid, çap, müəllif, publisistika, məqalə, əməkdaşlıq    

 

Biz öt


ən məqalələrimizdə  də  qeyd  etdik  ki,  Hüseyn  Cavid  yaradıcılığa 

əsasən şeir və publisistiq məqalələri ilə başlayıb. H.Cavid də bir çox görkəmli 

s

ənətkarlar kimi düşüncələrini, hisslərini sadəcə əsərlərində, şeirlərində deyil, 



h

əm də publisistik, ədəbi-tənqidi məqalələrində əks etdirmişdir. Zaman keçdik-

c

ə H.Cavidin bu publisistik və ədəbi-tənqidi məqalələrini dərindən və əhatəli 



öyr

ənməyə daha çox ehtiyac duyulur. Bu da cavidşünasları hələ də özəllikləri 

elm

ə naməlum qalan Cavid publisistikasını araşdırmağa sövq edir.  



Cavidşünaslıq, xususilə də sovet cavidşünaslığı öyrənildiyi halda, Cavid 

publisistikasının araşdırılması, bu haqda irəli sürülən fikirlər, məqalələr heç bir 

elmi  araşdırmanın  predmetinə  çevrilməmişdir.  H.Cavid  publisistikası  onun 

b

ədii yaradıclığına nisbətən, demək olar ki, tədqiq edilməmişdir. Bu mövzuda 



t

ədqiqatçı alim Kamran Əliyev tərəfindən “Hüseyn Cavidin publisistikası” adlı 

m

əqalədə məlumat verilir. Müəllif məqaləsində bildirir ki: “Görkəmli sənətkar 



publisistika il

ə daha sıx 1904-1916-cı illərdə məşğul olub və publisistik məqa-

l

ələrində  ədəbi tənqidə, sözə  dair irəli sürdüyü mülahizələr bu gün də  öz 



aktuallığını və müasirliyini itirməyib”. 

K.Əliyevin bu fikirlərini filologiya elmləri üzrə fəlsəfə doktoru İsgəndər 

Atilla “Əsrin şairi” kitabında da təsdiq edərək yazır ki: “H.Cavidin 1904-1917-

ci ill


ərdə publisistika ilə məşğul olub”. Lakin hər iki alim burada bir az yan-

lışlığa yol verir. Belə ki, 1920-ci ilin əvvəllərindən, 1936-cı ilin sonlarına kimi 




 

170 


Bakıda çap olunan mətbu orqanlarının əksəriyyətinin səhifələrində H.Cavidin 

teatra, 


ədəbiyyata, ədəbi mühitə, maarifin təbliğinə və s. mövzulara  həsr etdiyi 

onlarla m

əqalələri ilə rastlaşdıq. 

Yeri g


əlmişkən qeyd edək ki, Cavid yaradıclığı boyu publisistika ilə də 

m

əşğul olmuşdur. “Füyüzat”, “İrşad”, “Açıq söz”, “İqbal”, “Həqiqət”, “Gənc 



işci”,  “Ədəbiyyat”, “Maarif və  mədəniyyət”,  “Qızıl  Şəfəq”, “Yeni yol” və  s. 

m

ətbuat  orqanlarında  müxtəlif mövzuda və  müxtəlif janrda məqalələrlə  çıxış 



et

mişdir. Unutmaq olmaz ki, H.Cavidin publisistikasına məqalələrindən əlavə, 

onun m

əktubları da daxildir. Şərifzadəyə, Məmmədəli Sidqiyə və Əziz Şərifə 



yazdığı  məktubları  onun  yaradıclığında  önəmli yer tutur. Bu məktublar 

haqqında  mətbuat tariximizin görkəmli tədqiqatçısı  Ə.Şərif  “Geçmiş  günlər-

d

ən” adlı əsərində çox geniş məlumat verir. Növbəti məqalələrimizdən birində 



bu haqda 

ətraflı məlumat verəcəyik. 

İndi isə H.Cavidin müxtəlif janrlarda və mövzuda olan bu publisistik mə-

qal


ələri  haqqında  söhbət  açacağıq.  H.Cavidin  bu  məqalə  və  yazıları  yeni 

m

əktəblərin açılmasına, elmin, maarifin inkişafına, teatrın təbliğinə, yeni əsər-



l

ərin tərtibinə və s. məsələlərə həsr edilib. İstər kiçik məzmunlu məqalə və çı-

xışlarında,  istərsə  də  böyük həcimli  əsərlərində  H.Cavid heç zaman kimsəyə 

xoş gəlmək üçün “mədhiyyə” yazmayıb. Bu hiss onun təbiətinə çox yad olub. 

H

ələ  İstanbulda  oxuyarkən bir qrup tələbə  yoldaşlarının  Sultan  Əbdülhəmidə 



imzaladığı məktubda bunun bir daha şahidi oluruq. Buna sübut olaraq “İrşad” 

q

əzetinin 1906-cı  il  4  sentyabr  tarixli  sayına  diqqət yetirək. Qəzetin həmin 



sayında İstanbulla bağlı bir neçə xəbər dərc edilib. Bu xəbərlərin arasında bir 

m

əktub diqqətimi cəlb etdi. Məktubun məzmunundan bəlli olur ki, Rusiyadan 



İstanbula  təhsil  almağa  gedən tələbələr  Türk  Sultanı  II  Əbdülhəmidin  şənlik 

gününün keçirilm

əsi münasibətilə ona təbrik məktubu göndərmişlər. Məktubun 

sonunda “s

ənin qulun...” (7) sözlərindən sonra hər bir tələbənin ad və soyadı 

göst


ərilib, H.Cavidin isə adı və soyadı onların arasında yoxdur.  

T

ədqiqatçı  alim  Qulam  Məmmədli bu haqda fikrini belə  bəyan edirdi: 



“O, sultana yaltaqlanmaq ist

əməmiş, öz heysiyyətini, öz varlığını  ondan çox 

yüks

ək tutmuşdur” (3, 18-19). 



Öz qürurunu kims

əyə  alçaltmayan Cavid ömrü boyu belə  yaşamış,  nə 

q

ədər maddi və mənəvi cətinlikləri olsa belə, kimsəyə xoş gəlmək üçün “məd-



hiyy

ə” yazmamış, yalnız xalqının azadlığı, elmə-təhsilə sahib olması uğrunda 

q

ələmi və sözü ilə mübarizə aparmışdır. Hələ yaradıcılıq aləminə yenicə qədəm 



qoyan şair bu məsələlər haqqında dövrü mətbuatda publisistik yazılarla müntə-

z

əm olaraq çıxışlar etmişdir.  



1904-cü ild

ə  “Şərqi-Rus”un  21  may  tarixli  sayında  “O  kəs ki, elmdən 

m

əhrum cahilliyə “fanatikdir” söyləyən müəllif sonralar bu fikirlərini “Həyat”, 



“İrşad”, “İqbal”, “Yeni İqbal”, “Həqiqət”, “Yeni irşad”, “Açıq söz”, “Füyuzat”, 

“M

əktəb”, “Şəlalə” və s. mətbu orqanlarında davam etdirmişdi. Xalqın inkişafı, 



adamların  savad,  elm  qazanması  H.Cavidi  düşündürən  ən ciddi məsələlərdən 

olmuşdur. Cavid millətin başına gələn fəlakətləri cahillikdə, elmsizlikdə görür-




 

171 


dü. Publisistik m

əqalələrində  də  daha çox məktəbin təbliğinə  yer verirdi. 

S

ənətkar Üzeyir bəyin redaktoru olduğu “Həqiqət” qəzetində bu mövzuda çox 



yazılar çap etdirmişdir.  

“H

əqiqət”in 1910-cu il 14 may tarixli sayında H.Cavid yazırdı: “Bir mil-



l

ətin tərəqqi etməsini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai 

m

əktəblərini görmək kifayət edər.  Avropaya  meydan  oxuyan  Almaniyanın, 



qoca Rusiyanı həyəcana düşürən Yaponiyanın bütün bu tərəqqiyyatı-cilddiyyə-

l

əri hər ibtidai məktəblər sayəsindədir”. Məqaləsinin sonunda müəlif bildirirdi 



ki, m

əktəblər millətin hər  halını  əks etdirir. Məktəblərin  azlığı,  yarıtmazlığı, 

qızların məktəbə cəlb edilməməsi, müəllim problemi bu gün bizim məktəblərin 

ən vacib problemlərindəndir.   

Bel

ə mətbu orqanlarından biri də istiqlal lideri M.Ə.Rəsulzadənin rəhbər-



liyi  il

ə  fəaliyyətə  başlayan  “Açıq  söz”  qəzeti  idi.  H.Cavid  yaradıclığına  və 

şəxsiyyətinə  böyük hörmət  və  ehtiramla  yanaşan  M.Ə.Rəsulzadə  qəzeti ilə 

ədibin  əməkdaşlığından  qürur  duymuş,  hələ  qəzet nəşrə  başlamazdan  əvvəl 

dövrü m

ətbuat  Cavid  Əfəndinin qəzetlə  əməkdaşlığı  haqqında  mütəmadi 



m

əlumatlar vermişdir.  

M

əsələn,  Haşım  bəy Vəzirovun “Sədayi-Qafqaz” qəzetinin 30 avqust 



1915-

ci il tarixli sayında belə bir elan çap edilib: “Yaxın günlərdə “Açıq söz” 

adında gündəlik bir qəzetə nəşr ediləcək. Qəzetədə Ömər Faiq, Hüseyn Cavid 

əfəndi kimi müqtədir mühərrirlər və ədiblər dəxi iştirak edəcəklər” (8).  Eyni 

il

ə  belə  bir məzmunlu elanla “Bəsirət” qəzetinin 12 sentyabr 1915-ci il (6) 



tarixli sayında rastlaşdıq. H.Cavidin “Açıq söz”lə ilk əməkdaşlığı 16 oktyabr 

1915-


ci il tarixli sayında çap olunan “Ey ruhi-pürsükun” adlı şeiri ilə başlayır 

(5). Doqquz gün (25-26 oktyabr) sonra is

ə ədibin “Müharibə və ədəbiyyat” (5) 

s

ərlövhəli publisistik məqaləsi çap edilir. Müharibənin  insanların  həyatına 



g

ətirdiyi dəhşətlərin ədəbiyyata, onun inkişafına da zərbə vurmağından təssüf-

l

ənən müəllif yazırdı: “ədəbiyyatımız da büsbütün alt-üst olacaq. Həm də insaf-



sız, mərhəmətsiz; etinasız bir surətdə yırtılıb, atılacaq, heyhat!” (5). Bu mövzu-

da mü


əllif  “Bəsirət”, “Qardaş köməyi” mətbu orqanlarında da “Hərb və fəla-

k

ət” sərlövhəli məqalələr dərc etdirərək Birinci dünya müharibəsinin törətdiyi 



d

əhşətlərdən oxucusunu hali edirdi.       

Q

əzetin 28 dekabr 1915-ci il tarixli sayında elan verilir ki, yaxın günlərdə 



H.Cavidin  “Şeyx  Sənan”(5) pyesi qəzetimizdə  çap ediləcək. Həqiqətən də 

1916-


cı ilin yanvarın 1-dən fevralın 2-nə kimi qəzetin 25 sayında pyes hissə-

hiss


ə  çap olunub. Bu haqda H.Cavid  Əziz  Şərifə  30 may 1916-cı  il  tarixli 

m

əktubunda  yazırdı:  “Şeyx  Sənan”ı  vaxtsız  nəşr  etdim.  Daha  münasib  vaxta 



buraxmalıydım. Lakin əgərçi məşhur ədiblər və tənqidçilərimiz tərəfindən bir 

çox t


əqdirlər eşidildi, sükut ilə keçmədi. Fəqət bən çox arzu edərdim ki, yalnız 

t

əqdir ilə qalmasın, qüsurları da göstərilsin” (2, 114). 



Dem

əli,  ədib  sağlam  tənqidə  qarşı  yaxşı  münasibət bəsləyib. Bu haqda 

t

ədqiqatçı  alim,  H.Cavidin  yaxın  dostu  Əziz  Şərif xatirələrində  yazırdı:  “Hü-



seyn Cavid t

ənqiddən qaçan, qorxan, inciyən şair deyildi. Mən hələ məktəbli 




 

172 


olduğum zaman onun əsərləri haqqında çəkinmədən öz rəyimi deyərdim, o da 

m

ənimlə  hesablaşardı  və  əsərlərinin bəzilərini mənim məsləhətlərimə  görə 



t

əzədən işlərdi. Çünki o zaman mənim tənqidim səmimi, xeyirxah tənqid idi. 

M

ən onu bir dost kimi tənqid edirdim, o da bir dost kimi mənim tənqidimi 



dinl

əyir, ağlına batanı qəbul, ağlına batmayanları isə rədd edirdi” (2, 143).  

İllər  sonra  dövrün  tanınmış  publisisti  Hacı  İbrahim  Qasımov  yazırdı: 

“Hüseyn Cavidin pyesini t

ənqidə cəsarət edəməyiz. Çünki Cavidi tənqid üçün 

ikin


ci  bir  Cavid  lazım  gərək ki, o da zənnimizcə  bizdə  yox kimidir”  (4). 

H.Cavidin t

ənqidə  münasibəti  haqqında  onun  yaxın  dostu  Abdulla  Şaiq  də 

“Xatir


ələrim”də geniş və ətraflı məlumat verir. H.Cavid özü də dövrün bir çox 

ədiblərinin  yaradıcılığı  haqqında  maraqlı  ədəbi-tənqidi məqalələr  yazmış, 

fikirl

ər söyləmiş.  1916-cı  ildə  Bakıda  görkəmli  ədib C.Məmmədquluzadənin 



“Ölül

ər”  pyesi  tamaşaya  qoyularkən  dövrün  yazarları  mətbuatda öz fikrini 

bildirdil

ər. Onların arasında H.Cavid də var idi. “Açıq söz”ün 1 may 1916-cı il 

tarixli  sayında  “Ölülər”ində  sənətkaranə  bir dirilik, mahiranə  bir incəlik var” 

söyl


əyən müəllif məqaləsində C.Məmmədquluzadə yaradıcılığına yüksək qiy-

m

ət verməklə  yanaşı  onu  alqışlayır.  Onu  da qeyd edək ki, H.Cavid “Ölülər” 



haqqında o zaman bir neçə mətbuat orqanında “Tuti” (7 may 1916), “Yeni iq-

bal” (29 sentyabr 1916) v

ə s. mətbuat orqanlarında da məqalələr çap etdirərək 

“Ölül


ər”i son komediyalar arasında parlaq ulduza bənzədirdi” (3, 87).    

Amma t


əəssüflər ki, 30-40-cı illərdə Azərbaycanın H.Cavid kimi böyük 

şair  və  mütəfəkkirinin  yaradıcılığı  sosialist  realizminin  ideoloji,  metodoloji 

əyintilərinin qurbanı olaraq səhv təbliğ edildi. Dövrün tanınmış ədəbi tənqidçi-

l

əri,  yazarları  H.Zeynallı,  M.Cəfər,  M.K.Ələkbərli,  Ə.Nazim,  M.Quliyev, 



M.Arif, M.Hüseyn, S.Rüst

əm və başqaları yerli-yersiz H.Cavidi nəinki tənqid, 

h

ətta təhqir etməkdən belə cəkinməmişlər. Nə yaxşı zaman, tarix həqiqətləri faş 



etdi. Ədəbiyyatşünas alim Y.Qarayev yazırdı ki: “Cavid zaman münasibətləri-

nin b


əlkə də ən mürəkkəbi, təzadlısı və ibrətlisidir. Bu gün tarix, elm həqiqət 

güzgüsünd

ə yenidən görünməyə Cavid qədər ehtiyacı olan ikinci böyük ədəbi 

simamız bəlkə də yoxdur” (3, 6) söyləyən alim nə qədər haqlıdır. Bu haqlılıq 

ill

ər sonra həqiqətləri üzə  çıxardı.  Növbəti məqalələrimizdə  bu  haqda  geniş 



söhb

ət açacağıq.        

Xalq arasında yeniliyi, maarifi təbliğ edən insanlara xüsusi rəğbət bəslə-

y

ən H.Cavid yaradıcılığında da onlara yüksək qiymət verirdi. “Açıq söz”ün 9 



iyun 1917-

ci il tarixli sayında “M.Qurbanəli Şərifzadə” başlıqlı iri həcmli nek-

roloqda sevimli mü

əllimi maarifpərvər insan Məşədi Qurbanəli  Şərifzadənin 

elm, maarif yolunda etdiyi xeyirxah 

əməllərini yada salaraq yazırdı: “Sağ əlinlə 

verdiyini sol 

əlin  duymasın!..”  üsuluna  ən çox riayət edən, sadiq, fədakar, 

h

əmiyyətli bir sima idi. O, böyük bir müəllim idi, camaət müəllimi idi, həm də 



əllimlərdən fəzlə məlumata malik idi. Bir an əvət, bir an belə elm və maarif 

gün

əşinə pərəstiş etməkdən geri durmazdı” (5).        



H.Cavidin “Türk 

əsirləri”  adlı  şeiri qəzetin 12 dekabr 1917-ci  il tarixli 

sayında  çap  olunub.  Nargin  adasında  saxlanılan  əsrlərə  həsr  etdiyi  bu  şeir  o 



 

173 


zaman 

ədəbi mühitdə çox maraqla qarşılanmış, dövrü mətbuatda bu haqda mə-

qal

ələr  yazılmışdır. Qəzetin 9 və  31  oktyabr  saylarında  H.Cavidin  “Bahar 



şəbnəmləri”,  “Maral”,  “Şeyx  Sənan”  əsərlərinin  satışı  haqqında  elanlar  var. 

Ümumiyy


ətlə, H.Cavidin “Açıq söz”lə əməkdaşlığı, kollektivinin ona isti mü-

nasib


əti bir daha sübut edir ki, qəzetin yaradıcılarından biri olan Məhəmməd 

Əmin Rəsulzadənin H.Cavid yaradıclığına və şəxsiyyətinə böyük hörməti olub.   

H.Cavid XIX 

əsrin sonunda, XX əsrin əvvəllərində yaşayıb-yaratmışdır. 

Bir çox tarixi hadis

ənin canlı şahidi olmuşdur. Sultan Əbdülhəmid zamanında 

Türkiy

ədəki siyasi durumu, çar Rusiyasının və Azərbaycan Xalq Cümhuriyyə-



tinin devrilm

əsini, bolşeviklərin silah gücünə hakimiyyətə gəlməsi və amansız 

rejimin idar

ə üsullarını öz gözləri ilə görmüşdür. Bütün bu siyasi, tarixi hadisə-

l

ər  Cavidin həyatına, yaradıclığına, dünyagörüşünə təsirsiz ötüşməmişdir. La-



kin bunlara baxmayaraq Cavid üçün “sosialist m

ədəniyyəti”, “proletar mədə-

niyy

əti”, “proletar  ədəbiyyatı”  yox  idi.  Onun  üçün  bir  milli  mədəniyyət, bir 



milli 

ədəbiyyat var idi ki, o da böyük türk xalqlarının mədəniyyəti və ədəbiy-

yatı  idi.  O,  “sosialist  ədəbiyyatı”  əvəzinə  “Cavid  ədəbiyyatı”,  “sovet  teatrı” 

əvəzinə “Cavid teatrı” yaradırdı.  

Ədəbiyyatşünas alim M.Cəfər demişdir: “Hüseyn Cavid göz açıb Azər-

baycanda C

əlil Məmmədquluzadələrin, Sabirlərin, Nərimanovların  yaratdığı 

çox qüdr


ətli, təsirli inqilabi məzmunlu bir ədəbiyyat görmüşdü. Bu da diqqətə-

layiqdir ki, Cavid 

əsərlərinin böyük əksəriyyətində müstəmləkə boyunduruğu 

altında inləyən Şərq xalqlarını Qərb imperalizminə qarşı mübarizəyə çağırmış 

v

ə belə bir mübarizəni məhkum xalqların azadlığı, qurtuluşu üçün labüd hesab 



etmişdir”.  Bax,  bu  idi  Hüseyn  Cavid  publisistikasının,  dramaturgiyasının,  bir 

sözl


ə,  sənətinin böyüklüyü və dahiliyi. 

 

ƏDƏBİYYAT 

1.

 

Abdulla M.Ş. “Xatirələrim”. Bakı: Uşaqgəncnəşr, 1961, 223 s. 



2.

 

Şərifzadə.Ə.Q. “Geçmiş günlərdən”. Xatirələr. Bakı: Azərnəşr, 1977, 301s. 



3.

 

M



əmmədli Q. “Cavid ömrü boyu”. Bakı: Yazıçı, 1982, 296 s. 

4.

 



 “Az

ərbaycan füqərasi”, 1921, 20 noyabr  

5.

 

“Açıq söz” qəz., 1915, 16, 25, 26 oktyabr; 1915, 28 dekabr;  1916, 1 may; 1917, 9 iyun.  



6.

 

“B



əsirət” qəz., 1915, 12 sentyabr.  

7.

 



“İrşad” qəz., 1906, 4 sentyabr. 

8.

 



“S

ədayi-Qafqaz” qəz., 1915, 30 avqust  



 

ГАЗЕТА “АÇIQ SÖZ” И Г.ДЖАВИД 

 

C.Г.ГАСАНОВА 



 

РЕЗЮМЕ 

 

Одним из сотрудников газеты «Аçıq söz» был Г.Джавид. Здесь он публиковал ста-



тьи, посвященные публицистике, критике литературы. Об этом говориться в произведе-

ниях ученого исследователя Г.Мамедли. Произведение поэта «Шейх Санан» было впер-

вые опубликовано в газете «Açıq söz».   

 

Ключевые слова: критика литературы, сотрудники, печать, статья, автор            



 

174 


 “OPEN WORD” AND H. JAVID 

 

S.G.HASANOVA 



 

SUMMARY 

 

H.Javid was one of the collaborators of the newspaper “Open Word”. It published lite-



rary and critical articles by H.Javid. The plays by the investigator and scientist G. Mammadli 

include some information about it. The play “Sheykh Sanan” by the poet was firstly published 



in this newspaper. 

 

 

Key words: “Open Word”, publish, information, newspaper, collaborate 

Yüklə 64,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə