Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 56,22 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü56,22 Kb.
#32159


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

                     Humanitar elmlər seriyası 

  2009 

 

 



 

 

«



ƏKİNÇİ» QƏZETİNDƏ ƏDƏBİYYAT MƏSƏLƏLƏRİ VƏ ONUN XALQIN 

MİLLİ ŞÜURUNUN TƏŞƏKKÜLÜNƏ TƏSİRİ 

 

M.O.HƏSƏNOVA (SARACLI) 

Bakı Dövlət Universiteti 

 

Ədəbi tənqidimizin M.F.Axundovdan sonrakı  mərhələsi «Əkinçi» qəzetinin 



(1875-1877) və onun naşirinin fəaliyyəti ilə bağlıdır. Adından da göründüyü kimi 

«Əkinçi» sırf ədəbi-bədii orqan deyildi. 

Onun məramı yoxsulluq və zülm girdabında boğulan Azərbaycan kəndlisinin 

iqtisadi-sosial dərdləri, təsərrüfatla bağlı qayğılarını  işıqlandırmaq idi. Ancaq bu 

zahirən belə görünsə  də arxasında daha böyük məqsədlər gizlənmişdi. Çar Rusiyası 

Zərdabiyə ana dilində  qəzet nəşrinə icazə verərkən onun məhz «Əkin və ziraətdən 

danışacağını» nəzərdə tutmuşdu. Həsən bəy üçün isə bu daha çox qəzeti qoruyub 

saxlamaq vasitəsi idi.  

Görkəmli ictimai xadim M.Ə.Rəsulzadə M.F.Axundovun xidmətlərindən bəhs 

edərkən Həsən bəy Zərdabinin Azərbaycan türklərinin «milliyyət ikən millət olmaya 

başlaması» prosesinin öncülü olduğunu göstərirdi. 

«Qonuşduğu lisanda ilk qəzetəyə malik cəmiyyət bir milliyyət ikən millət 

olmaya başlamış deməkdi». 

Deməli Azərbaycan türklərinin millət olma prosesinin başlanması «Əkinçi»nin 

və onun naşirinin adı ilə bağlıdır. «Əkinçi» qəzetindən 1905-ci ilə  qədər olan dövr 

(1875-1905) tədqiqatçılar tərəfindən müxtəlif adlarla adlandırılsa da daha çox Zərdabi 

dövrüdür. «Əkinçi»dən Molla Nəsrəddinə qədərki dövrdür. 

Bəs bu dövr hansı keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunur. 

1. M.F.Axundovla ədəbiyyatda başlanan Avropalaşma orientasiyası  tədricən 

mədəniyyətin başqa sferalarına da nüfuz edir. H.Zərdabi maarifçilik hərəkatının 

önündə gedərək ilk xeyriyyə  cəmiyyətinin, milli teatrın ana dilli mətbuatın  əsasını 

qoyur, təhsilin milliləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Həsən bəy 

Zərdabi özündən sonrakı Azərbaycan mədəniyyətinin əsas istiqamətlərini, meyllərini 

müəyyənləşdirir. 

2. Azərbaycan mədəniyyətini  əhatə edən qərbləşmə meyli «Əkinçi»  ənənələri 

Rusiya əsarətində yaşayan digər müsəlmanların, türkdilli xalqların mədəni inkişafına 

təsir göstərir, Azərbaycanı Rusiya müsəlmanlarının əsas mədəniyyət mərkəzlərindən 

birinə çevirir. İlk dram əsərinin, ana dilində realist nəsrin və  ədəbi tənqidin ardınca 

«Əkinçi» dövründə ilk ana dilli qəzet, ana dilində teatr tamaşası, ilk milli ədəbiyyat 

tarixi də Azərbaycan türkləri arasında meydana gəlir,  İsmayıl Qaspiralı  və 

«Tərcüman» fenomeni «Əkinçi» qəzetinin ardıcılı, davamçısı olaraq, onun təsiri 

altında formalaşır. 

 

24



3. Mərhələnin sonunda ümmətçilikdən millətçiliyə keçid baş verir. Azərbay-

canda ilk dəfə olaraq bu dövrdə «millət» və «din» məfhumlarının arasındakı  fərq 

nəzərə çarpdırılır. Qafqazda yaşayan müsəlmanların etnik mənsubiyyətinin müəyyən-

ləşdirilməsi yolunda ilk addımlar atılır. Cəmiyyətin bütün sahələrini bürüyən maarif-

çilik hərəkatı millətin və milli şüurun formalaşmasını şərtləndirir. Həsən bəy Zərdabi 

dövrü Əli bəy Hüseynzadə tərəfindən Milli ideologiyanın yaranması ilə başa çatır. 

4. «Əkinçi» qəzetinin  İsmayıl Qaspiralıya,  İsmayıl Qaspiralının Azərbaycan 

mühitinə,  Ə.Hüseynzadə,  Ə.Topçubaşov və  Ə. Ağaoğluna ikitərəfli təsiri baş verir. 

İlk dəfə olaraq İsmayıl Qaspiralı 80-ci illərdə bütün türklərin bir millət olması, türk 

birliyinin türklərin milli tərəqqisinin vacib şərti olması, ümumtürk ədəbi dili 

yaratmaq» - «dildə, fikirdə, işdə birlik» tezisini irəli sürür. 

Çar Rusiyasının mədəniyyəti yerli ləhcələrdə inkişaf etdirməklə rus olmayan 

əhalini ruslaşdırmaq siyasəti  əks nəticə verir: Bu siyasət milli şüurun oyanmasına, 

milli özünüdərkin güclənməsinə gətirib çıxarır. Bundan sonra hökumət var qüvvəsi ilə 

ana dilində maarifin, mətbuatın, təhsilin yayılmasının qarşısını almağa çalışır. Bu 

milli ayrı-seçkilik siyasəti 1905-ci ilə qədər xüsusi kəskinliklə davam edir. 

Zərdabi mərhələsinin baş ideoloqu heç şübhəsiz müasirlərinin: «Zaqafqaziya 

müsəlman ziyalılarının müəllimi və atası» adlandırdıqları Həsən bəy Zərdabi idi. 

Bu baş ideoloq və onun mühərrirlik etdiyi «Əkinçi» ilk anadilli mətbuatımız 

kimi mənsub oldu xalqın mədəni tərəqqisinə, qədim və çoxəsrlik mədəniyyətinə 

biganə qala bilməzdi. Təsadüfi deyil ki, geniş  mənada elmin və maarifçilik 

ideyalarının intişarı, məzmunsuz formalist şerə qarşı mübarizə, realist ədəbiyyatın 

başlıca prinsiplərinin müdafiə və tətbiqi «Əkinçi»nin səhifələrindən qırmızı bir xətlə 

gəlib keçir. 

Zərdabi başda olmaqla dövrün ən yaxşı  ədəbi qüvvələri (N.Vəzirov, 

S.Ə.Şirvani,  Əhsənül-Qəvaid,  Əsgər ağa Adıgözəlov, Gorani və s.) «Əkinçi» 

qəzetinin ətrafına toplanmışdı. 

M.F.Axundovun ömrünün son çağlarında «Əkinçi»də «Vəkili-naməlumi-millət» 

imzası ilə əməkdaşlıq etməsi də qəzetin nəşri tarixində əlamətdar hadisələrdən idi.  

M.F.Axundov milli ədəbi tənqidi  əsaslandırıb onun gələcək inkişaf yollarını 

müəyyənləşdirməyə çalışarkən ciddi bir çətinlik qarşısında qalmışdı. Ana dilində 

bircə  dənə  də olsun qəzet və ya jurnalın nəşr edilməməsi yazıçının tənqidi irsinin 

ədəbi prosesə  dərindən müdaxiləsinə maneəçilik törətmiş, müasir ədəbi hərəkata 

istiqamət vermək imkanlarını xeyli məhdudlaşdırmışdı. 

Milli mətbuatın yaranması ilə tənqidçi Axundovun qarşılaşdığı çətinlik qismən 

də olsa aradan qalxdı. Realist ədəbiyyat uğrunda mübarizə özünün yeni mərhələsinə 

daxil oldu. M.F.Axundovun başlayıb axıra qədər çatdıra bilmədiyi işi onun xələfləri – 

«Əkinçi»nin mühərrirləri yerinə yetirdilər. 

H.Zərdabinin qəzetin məqsəd və  vəzifələri,  əhatə etdiyi məsələlər barədə 

konkret proqramı var idi. 

Həmin proqramı o, «Əkinçi»nin ilk nömrələrindən etibarən elan da etmişdi: 

«Hər bir vilayətin qəzeti gərək ol vilayətin sakinləri elədiyi işlər onlara lazım olan 

şeylər xülasə, onların hər bir dərdi nə xahişi ol qəzetdə çap olunsun ki, ol qəzətə 

baxan xalqı aynada görən kimi görsün». 

Belə aydın proqramla mətbuat aləminə  qədəm qoyan «Əkinçi» sonadək öz 

prinsipinə sadiq qalmış ictimai-mədəni tərəqqi hərəkatında, milli şüurun tərbiyə 

edilməsində səfərbəredici rol oynamışdır. 

 

25




1905-ci ildə  qələmə aldığı «Rusiyada əvvəlinci türk qəzeti» adlı  məqaləsində 

H.Zərdabi öz qəzetinin yarandığı şəraiti və səbəbləri şərh edərək yazırdı: «… hər kəsi 

çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, 

onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz 

ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın». 

Belədə  qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur. Hər ildə on qəzet 

oxuyandan biri oxuduğunu qansa, onların qədəri ilbəil artar.  

«Əkinçi» qəzetinin araşdırdığı mühüm maarif və  mədəniyyət problemləri 

sırasında dünyəvi elmlərin təbliği, yeni tipli məktəb və  dərslik uğrunda mübarizə, 

uşaqların təlim və tərbiyəsi, ana dili kimi mühüm məsələlər var idi. 

Axundzadə dövrünün maarifçiliyi daha çox nəzəri səciyyə daşıyırdısa, bu dövr 

intensiv təşkilati fəaliyyət dövrü idi. «Əkinçi» öz səhifələrində  qədim islam və türk 

dəyərlərini inadla dəstəkləməklə yanaşı, mədəniyyət və  ədəbiyyatın, elmin, kənd 

təsərrüfatının sənaye və texnikanın bütün sahələrində islahat ideyasını təbliğ edir və 

bunu bir proqram kimi də irəli sürürdü: «Bizim sözlərimizə  əməl ediblər, zəmanə 

dəyşilməyinə görə kökündən tərəqqi edib irəli gedirlər». 

Realizm sosial satira xəlqilik və irsilik problemi milli demokratik dəyərlərə 

sadiqlik «Əkinçi»nin sənət sahəsində proqramı belə idi. Dövrün məşhur elmlər 

mübahisəsində o qəti olaraq «elmi-əbdan»ı seçmişdir. 

Əkinçinin səhifələrində milli-realist ədəbiyyatın qayğıları, onun inkişaf 

istiqamətləri və yaradıcılıq problemləri daim diqqət mərkəzində dururdu. 

Yeni tipli realist ədəbiyyat və  sənət uğrundakı tarixi mübarizəsinə  «Əkinçi» 

şerdə məzmundan uzaq olan, ümumxalq mənafeyindən istifadə etməyən həcuğuluğa 

və  mədhiyyəçiliyə qarşı  kəskin hücumlarla başladı. Belə mübarizənin tarixi qədim 

olsa da M.F.Axundovun ədəbi-tənqidi görüşlərində bu məsələ yeni məna kəsb 

etmişdi. Azərbaycan poeziyasının ideya istiqamətini dəyişmək realist ədəbiyyatın 

mövzu, ideya məzmun və  sənətkarlıq baxımdan istiqamətverici və müdafiəçisi kimi 

çıxış edən «Əkinçi»nin mübarizəsində  Zərdabidən başqa onun qələm və  məslək 

yoldaşları da iştirak edirdilər. 

Qəzetin fəal  əməkdaşlarından olan Əhsənül-Qəvaid «Məktubat» adı altında 

dərc etdirdiyi silsilə xarakterli məqalə məktublarında şer və sənət problemlərinə də öz 

münasibətini bildirir, müasiri olduğu  şairlərin qarşısında duran vəzifələri diqqət 

mərkəzinə  çəkirdi. Məqalə müəllifi hər bir vətəndaşın mövqeyini, dəyərini, onun 

xalq, vətən üçün gördüyü işlərin faydası ilə ölçürdü. Əhsənül-Qəvaid  şerdə 

epiqopçuluğa, nəsfğuluğa qarşı kəskin ittihamla çıxış edirdi. 

«Yaxşı olurdu bu əşar əvəzinə bez toxuyub bir növ əhli-elm ilə və kəmal hesab 

oleydilər, ya pinədazluq öyrənib bir qardaşın başmağı  yırtılanda pinə edəydilər». 

Məqalə etirazla qarşılandı  və S.Ə.Şirvani başda olmaqla dörd nəfər  Şirvan  şairi 

«Əkinçi» qəzetində ona cavab məqaləsi ilə  çıxış etdilər. Onlar Şirvan  şairlərinin 

mövqeyini ifadə edərək ədəbiyyatda mədhiyyəçiliyə, şərabın və gözəlin vəsfinə rəvac 

verməyi daha üstün hesab edirdilər. Mövqelərində haqlı olduqlarını sübut üçün 

Qurandan ayə  nə  Sədi, Hafiz, ibn Sina kimi şərq klassiklərindən misallar, parçalar 

gətirirdilər. 

Qəzetin növbəti nömrəsində Əhsənül-Qəvaid Şirvan şairlərinə cavab məktubu 

yazır və orada heç bir şəxsi ədavəti və məqsədinin olmadığını vurğulayaraq bildirirdi 

ki, «Aya, cəhət nə olmuş ola ki, milləti-digər bu qədər tərəqqi tapıb, məmləkətləri 

məmur olub nə illət nə olub ki, bizim millət, məmləkət tənəzzül etməkdədir.» 

 

26




Cavab məktubunda o, Şirvan şairlərinin gətirdikləri dəlillərin əsassız olduğunu 

sübuta yetirir. Eyni zamanda yeni dövrün şer və  sənət qarşısında qoyduğu  əsas 

vəzifələri realist ədəbiyyatın prinsiplərini daha dərindən açıb şərh edirdi. 

«Əkinçi» və onun mübariz silahdaşlarının düzgün mövqeyi S.Ə.Şirvani kimi 

görkəmli  şairin maarifçi-didaktik irsinin formalaşmasında aparıcı rol oynadı. Bu 

ədəbi mübarizələrin müsbət səmərəsi onu maarifçi realist şer yoluna 

istiqamətləndirdi. 

«Əkinçi» qəzetinin yeni məktəb, yeni ədəbiyyat uğrunda mübarizəsinə inamına 

qoşulan və realist ədəbiyyatın prinsiplərini ardıcıl şəkildə müdafiə edənlərdən biri də 

o vaxt Moskvada təhsil alan gənc yazıçı-dramaturq Nəcəfbəy Vəzirov idi. O, 

«Əkinçi» qəzetinə göndərdiyi publisistik məqalələrdə xalqın ağır vəziyyəti, mədəni 

geriliyi haqqında düşünən və bu vəziyyətdən çıxış yolu axtaran bir maarifçi

vətənpərvər yazıçı kimi nəzəri cəlb edir: 

«Bizim məktəbxanalarımızdan yaman məktəbxana dünyada tapılmaz. Amma 

ona elə adət eləməmişik ki, guya ondan əla məktəbxana dünyada olmaz» (Əkinçi 6 

noyabr, 1876, № 1). N.Vəzirov çox haqlı olaraq məktəblərdə «Leyli və  Məcnun» 

əhvalatının, Hafizin aşiqanə qəzəllərinin az yaşlı uşaqlara öyrədilməsi əleyhinə çıxır 

və  məsləhət görür ki, «Leyli və  Məcnun» məhəbbət dastanını  uşaqlara 

öyrətməkdənsə, onlara «elmi coğrafiya kitabını oxusaq, həm yazıb oxumağı öyrənə, 

həm dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq» (Yenə orada). 

Qəzetdə nəşr etdirdiyi digər məqaləsində poeziya haqqında nəzəri mühakimələr 

irəli sürür. Məqalədə Moskvada olarkən ona Qarabağdan iki şer dəftərinin 

göndərilməsindən danışır. O, bu şerlərdəki həvğuluğu bəyənmir və onların zəif olması 

qənaətinə gəlir. 

N.Vəzirov digər qələm yoldaşları kimi realizmi dövrün tələblərinə cavab verən 

yaradıcılıq metodu kimi müdafiə edirdi. Vəzirova görə: «Yazıçı xalqın gözgüsüdür»- 

yəni əsil sənətkar xalqın tərbiyəçisidir. Ədəbiyyat nümunələri elə yazılmalıdır ki, «o, 

xalqın gözünü açsın», «cəmiyyətə xeyir versin». 

Ədəbi forma və janr axtarışları yolunda M.F.Axundov ideyaları  əsrin sonuna 

doğru öz bəhrəsini verdi və yeni diqqətəlayiq  əsərlər yarandı. Zəngin tarixi ədəbi 

ənənələri olan Azərbaycan poeziyası tarixində milli məzmuna malik sərgilər 

yaratmağın zəruriliyi ideyasını ilk dəfə H.Zərdabi irəli sürmüşdür. Qəzetin son 

nömrələrindən birində  Zərdabi  şairlərə müraciət edərək xalq mahnılarının 

melodiyasını əsas götürməklə «millətin keçmişdə olan yaxşı və yaman günlərini şərh 

edən mahnılar yazmağa çağırmışdır. Onun fikrincə, bu mahnılar ağızdan-ağıza düşüb 

xalqı «nadanlıqdan danalığa təhrik etməkdə» mühüm rol oynaya bilərdi.  

Bizim qonşularımız ermənilər belə şerlər ilə çox iş görürlər. Bu halda onların 

küçələrində gözləri kor əlində tar aşıqları bir uşaq qolundan tutub qapı-qapı gəzdirir. 

Heç bilirsinizmi ki, o, aşıqlar nə oxuyurlar. Onlar Ermənistanın keçmişdə olan xoş və 

yaman günlərindən, Osmanlı dövləti onlara etdiyi zülmlərdən və qeyrə  şerlər 

oxuyurlar. Odur ki, bir millət işi olanda ermənilərin hamısı birdən qalxıb bir adam 

kimi iş görürlər. Məgər bizim belə olmağımız günahdır?! Millətin oyanması, 

özünüdərki üçün bundan gözəl örnək nə ola bilər? Milli şüurun təşəkkülündə bu cür 

çağırışlar qəzetə qarşı təqibləri sürətləndirirdi. 

«Əkinçi» qəzeti öz səhifələrində tez-tez mövcud uşaq kitablarını tənqid atəşinə 

tutan məqalələr nəşr edir, «Kəmal ibarətdir o, elmi əməldən ki, onun millət, dövlət 

üçün bir faydası olsun». 

 

27




Qəzet uşaqların dərsdən sonra oxuması üçün mütaliə kitablarının yoxluğunu da 

nəzərə çatdırır və bunların zəruriliyini dönə-dönə qeyd edirdi. 

Maraqlı  cəhət onda idi ki, yeni tipli sənət nümunələri yaradılması yolunda 

tənqidlərə məruz qalan S.Ə.Şirvani sonradan özü bu sahədə nümunə olmuş maarifçi-

realist şerlərinin mühüm bir qismini ilk dəfə «Əkinçi»də nəşr etdirmişdir. Maarifçilər 

şair-pedaqoq və realist poeziyanın yaradıcılarından biri kimi həmin  şerlərdə 

S.Ə.Şirvani bir tərəfdən, oğlu Mir Cəfərin timsalında gələcəyinə böyük ümid 

bəslədiyi yeniyetmələri səylə çalışmağa, elmə və maarifə çağırır, digər tərəfədən də 

«Əkinçi»nin yeni məzmunlu realist ədəbiyyat və  sənət uğrunda mübarizəsində  fəal 

iştirak edirdi. H.Zərdabi tərəfindən «Məliküşüəra» adlandırılan S.Əzim məhz belə bir 

nümunəyə çevrilə bildi. 

Azərbaycan mədəniyyəti tarixində  ədəbi-bədii  əsərlərin Milli mətbuat 

səhifələrində ilk dəfə  nəşri «Əkinçi» ilə başlayır. Qəzetin  ədəbi  əhəmiyyəti ondan 

ibarətdir ki, ötən  əsrin ikinci yarısında dramaturgiya və  nəsrə nisbətən geridə qalan 

şeri həyatla  əlaqələndirmək işinə, satirik janrda realist metodda bir sıra poeziya 

nümunələrinin yaranmasına kömək etdi. 

 Qeyd etdiyimiz kimi «Əkinçi» başda M.F.Axundov olmaqla XIX əsr 

Azərbaycan maarifçilərinin, alim və yazıçılarının xalqa müraciət tribunası idi. 

«Əkinçi»nin səpmiş olduğu «toxumlar» sonrakı dövrlərdə öz bəhrəsini vermiş, 

«Ziya», «Kəşkül», Krımda «Tərcüman» «Əkinçi» qəzetinin davamçıları kimi 

meydana çıxdılar. 

H.Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşov «Əkinçi» qəzetinin 50 illik 

yubileyinə  həsr etdiyi «Azərbaycanın mayakı» adlı xatiratında göstərirdi ki, 

«Əkinçi»nin nəşr olunduğu dövr çar Rusiyasının ən müdhiş dövrlərindən idi və Şərqi 

Zaqafqaziyanın müsəlman  əhalisi ağır zülümə  və  təqiblərə  məruz qalırdı. Onlar öz 

ölkələrinin adı ilə – «Azərbaycan» adı ilə, özlərini isə azəri türkləri adlandırmağa 

cəsarət etmirdilər; deməyə qorxurdular ki, onlar türk mənşəli xalqdırlar, onların da 

nəinki dini, eyni zamanda əqli, elmi-təhsil, iqtisadi ehtiyacları vardır. 

Qəzetin tənqidi ruhunun sferasını müəyyənləşdirmək üçün Ə.B.Topçubaşovun 

bu fikirləri olduqca əhəmiyyətlidir. Qeyd etdiyimz kimi, milliyyətdən millətə keçidin 

baş verməsinin ən böyük təsir vasitəsi mətbuat və onun başında dayanan ziyalılar idi. 

Deməli, Azərbaycan türkləri «Əkinçi» qəzetinin nəşri ilə artıq millət olmağa 

başlamış «Ziya» və «Kəşkül»dən sonra artıq millət kimi formalaşmışdır. 

Məlumdur ki, «Əkinçi» qəzetində  hələ ümmətçilik  şüuru hakim idi 

(«Müsəlman», «Qafqaz müsəlmanları», «müsəlman milləti» və s.). 

Amma Mirzə  Fətəli Axundovun və  Həsən bəy Zərdabinin maarifçilik 

fəaliyyətləri nəticəsində ötən  əsrin 80-90-cı illərindən «din» və «millət» anlayışları 

artıq bir-birindən fərqləndirilməyə başlanmışdı. «Müsəlman», «türk», «azərbaycanlı» 

anlayışlarının fərqli məzmun daşıdıqları etiraf edilirdi. Mətbuatda, mədəni mühitdə 

din və millət məfhumlarını bir-birindən ayırmağı bacaran adamlar cərgəsində 

H.Zərdabi də var idi. 

O, «Ziya» qəzetində çap olunmuş  məktubunda dərs kitablarında uşaqlara 

millətin adını öyrətməyi, onlarda milli şüuru oyatmağı məsləhət görürdü. 

 

ƏDƏBİYYAT 

1.

 



Qasımzadə F. XIX əsrin Azərbaycan ədəbiyyatı tarixi. Bakı: 1973, s. 487. 

2.

 



Qarayev Y. Azərbaycan ədəbiyyatı XIX və XX yüzillər. Bakı: 2002, s.737. 

 

28




3.

 

Əliyeva A. Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük. Bakı: 2002, s. 332. 



4.

 

Məmmədov M. Azərbaycan ədəbi tənqidi müntəxabat. Bakı: 2002, s.382. 



5.

 

Rüstəmov İ. Bir daha «Əkinçi haqqında» (Ə.Topçubaşov və bir sıra yeni məqamlar). Bakı 



Universitetinin Xəbərləri. Humanitar elimlər seriyası. 2003, № 3, s. 247- 253. 

6.

 



Məmmədov X. «Əkinçi»dən «Molla Nəsrəddin»ə qədər. Bakı: 1987, s.258 . 

7.

 



Məmmədov X. Azərbaycan  ədəbi tənqidi. XIX-XX əsrlərin hüdudunda. Bakı: 1999, 

s.145. 


 

 

ЛИТЕРАТУРНЫЕ ВОПРОСЫ В ГАЗЕТЕ «ЭКИНЧИ» И ЕЕ ВЛИЯНИЕ НА 

ФОРМИРОВАНИЕ НАЦИОНАЛЬНОГО СОЗНАНИЯ НАРОДА 

 

М.О.ГАСАНОВА 

 

РЕЗЮМЕ 

 

Статья  посвящена  деятельности  газеты  «Экинчи» (1875-1877). Основной  целью 

этой  газеты  являлось  формирование  у  азербайджанского  крестьянина  национального 

сознания. Начало процесса формирования азербайджанских тюрок как нация связано с 

газетой «Экинчи» и с ее основателем. Деятельность газет начиная с 1875 по 1905 года 

связано с именем Г.Зардаби. 

Азербайджанские  тюрки  с  изданием  газеты  «Экинчи», «Зия»  и  «Кешкюль» 

формировались как нация. 

 

 

 



 

 

 



 

 

 



  

 

LITERATURE TASKS AND ITS INFLUENCE IN THE DEVELOPMENT OF 

PEOPLES NATIONAL CONSCIOUSNESS IN THE “EKINCHI” 

 

M.O.HASANOVA 

 

SUMMARY 

 

Article was devoted to the activities of “Ekinchi” (1875-1877) newspaper. The main 

object of this newspaper is consist of national consciousness formation. The beginning of 

Azerbaijan turks being nation is connected with “Ekinchi” and its founder. The activies period 

of newspaper from 1875 till 1905 year is connected with name H. Zardabi. Azerbaijan turks 

were beginning nation with puplish of “Ekinchi” newspaper, after “Ziya” and “Kashkul” had 

already formed as nation. 

 

 



 

 

29



Yüklə 56,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə