Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 71,33 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü71,33 Kb.
#18420


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

  Humanitar 

elmlər seriyası 

  2011 

 

 

 

 

UOT 07.0006 

 

AZƏRBAYCANIN İLK TUNC DÖVRÜNÜN  

TƏDQİQAT TARİXİ VƏ TARİXŞÜNASLIĞI 

 

K.Ş.ƏZİZOV  

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 

kamal-azizov@mail. ru 

 

Məqalədə ilk tunc dövrünə aid Azərbaycan  ərazisində  tədqiqatçılar tərəfindən apa-

rılmış arxeoloji qazıntılardan bəhs olunmaqla  bərabər, tədqiqatçıların  Azərbaycanın ilk tunc 

dövrünə aid yazdıqları elmi əsərlər və məqalələrin məzmunu  işıqlandırılmış və bu  əsərlərin 

Azərbaycan arxeologiyasının tədqiqində və öyrənilməsində xüsusi əhəmiyyət kəsb etməsi qeyd 

olunmuşdur.  Müəllif ilk tunc dövründə Azərbaycan ərazisində aşkar olunan yaşayış yerləri və 

qəbir abidələrindən əldə edilən arxeoloji materialları ətraflı təsnif edərək, Azərbaycanın digər 

zonalarından aşkar olunan maddi mədəniyyət nümunələri ilə də müqayisə etmişdir. Burada, 

həmçinin Azərbaycanda ilk tunc dövrünə aid arxeoloji abidələrin dövrləşməsi məsələsi də öz 

əksini tapmışdır. 

 

Açar sözlər: mədəni təbəqə, tunc dövrü, kurqan, tədqiqat işləri, qayaüstü rəsmlər, 

qədim abidələr.  

 

Azərbaycan xalqının çoxminillik qədim tarixi müxtəlif maddi-mədəniy-



yət abidələrində  təbəqələşmiş materiallar və yazılı  mənbələr  əsasında tədqiq 

edilib öyrənilmişdir. Azərbaycanın ilk tunc dövrü maddi-mədəniyyət abidələri 

XIX əsrdən etibarən xarici səyyahların və tədqiqatçıların diqqətini cəlb etmiş-

dir. 1890-cı ildə fransız tədqiqatçısı Jak De Morqan tərəfindən Talışın dağlıq 

rayonlarında tunc dövrünə  və  dəmir dövrünə aid 230-a qədər müxtəlif tipli 

qəbir abidələri aşkar edilmişdir. Təkcə onu qeyd etmək olar ki, bir abidədən 16 

kq-a qədər tunc əşyalar tapılmışdır. Morqan tədqiq etdiyi qəbrlərdə bir neçə 

ölünün bir yerdə basdırıldığını və skeletlərin bükülü vəziyyətdə olduğunu qeyd 

etmişdir. Jak de Morqan əldə edilən materialların çoxunu və ən qiymətlilərini 

Fransadakı Sen Jermen muzeyinə təhvil vermişdir. 1834-cü ildə İsveç səyyahı 

Dyubya de Monpero Qafqazı gəzərkən Naxçıvandan keçib Şuşaya gəlmiş, Şu-

şanın təbii-coğrafi şəraiti ilə yanaşı onun tarixi abidələri ilə də tanış olmuşdur. 

Bundan başqa o, Şuşadan Gəncəyə gedərkən  Şahbulaq və  Tərtər zonasında 

mövcud olan abidələr haqqında da ötəri məlumat vermişdir.  

223 



XIX əsrin 70-ci illərindən Qafqaz arxeologiyasının öyrənilməsinə xüsusi 

maraq oyanır ki, bunun nəticəsində də 1871-ci ildə Tiflisdə Qafqaz Arxeoloji 

Komitəsi yaranır. Cəmiyyətin Qafqazda apardığı  işlərin nəticəsində 1901-ci 

ildə Tiflisdə Cəmiyyətin Qafqaz şöbəsi yaradılmışdır (28, 8). Moskva Arxeo-

loji Cəmiyyətinin xətti ilə 1896-cı ildə Zaqafqaziyaya ezamiyyətə göndərilmiş 

A.A.İvanovski Gədəbəy və Qalakənd  ətrafında 72 daş qutu qəbri açmışdır. 

Yalnız faktları qeydə almaq və materialların təsviri ilə kifayətlənən E.A.Res-

lerden fərqli olaraq A.A.İvanovski  əldə olunmuş maddi-mədəniyyət nümu-

nələrinin elmi təhlilini verməyə çalışmış, onların dövrü haqqında mülahizələr 

söyləmişdir (11,8-9). 

Azərbaycanda geniş həcmli qazıntı işləri aparan Şuşada realnı məktəbin 

müəllimi E.A.Resler Qarabağ və Gəncə ərazilərində tədqiqat işləri aparmışdır. 

E.A.Reslerin həm Qarabağ, həm də sonralar Gəncəçay hövzəsində aşkar etdiyi 

abidələrdən heç biri Xocalı nekropolu ilə müqayisə oluna bilməz. Üç dağ 

çayının Qarqarçay, Xocalıçay və İlisuçayın qovşağında, geniş ərazidə yerləş-

miş bu möhtəşəm abidələr kompleksində E.A.Resler bir neçə qazıntı  işləri 

aparmış, 20-dən çox kurqan və xeyli daş qutu qəbri qazmışdır. Ümumiyyətlə, 

1892-1903-cü ilə qədər E.A.Reslər Moskva Arxeoloji Komissiyasının tapşırığı 

ilə  Qarabağ və Gəncəçay ərazisində apardığı arxeoloji tədqiqatlar nəticəsində 

əldə edilən materialları sonradan Cənubi Qafqazdan əldə olunan materialların 

tərkibində Sankt-Peterburqun Ermitaj və Moskvanın Dövlət Tarix Muzeyinə 

göndərmişdir. E.A.Reslerden sonra arxeoloji qazıntıları Azərbaycanda Gəncə-

çay ərazisində dağ mühəndisi D. Şults davam etdirmiş, nəticədə bir neçə qəbir 

abidəsi aşkar etmişdir. Gəncəçay hövzəsində 1903-cü ildə Q.O.Rozendorf 

Gəncə şəhəri ətrafında çoxlu sayda kurqan qazmış və əldə etdiyi maddi mədə-

niyyət nümunələrini Arxeoloji komissiyasının xəbərlərində  nəşr etdirilmişdir 

(12, 10-11)

1896-cı ildə Arxeoloji Komissiyanın tapşırığı ilə N.V.Fyodov Naxçıvan-

da-Qızılvəngdə nekropolda kəşfiyyat xarakterli qazıntılar aparmış, lakin hesa-

bat təqdim etməmişdir. O, özü hesabat təqdim etməsə də, topladığı materiallar 

sonradan A.S.Spitsin tərəfindən 1909-cu ildə dərc olunmuşdur (17, 11). 1905-

1907-ci ildə Moskva Arxeoloji Cəmiyyətinin Tiflis şöbəsinin razılığı ilə 

ehtiyatda olan zabit V.A.Skinder Gəncəçay  ərazisində  tədqiqat aparmış  və 

tunc dövrünə aid yeddi kurqan və Çovdar kəndi yaxınlığında iki daş qutu qəbri 

açmışdır. 1908-ci ildə isə dağ mühəndisi Ferdinand Lass Daşkəsən və Quşçu 

kəndi ərazisində 7 daş qutu qəbri açmışdır. (16, 11) 

1923-cü ildə “Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyət təşkil olun-

duqdan sonra arxeoloji tədqiqatlar sistemli şəkildə aparılmış və xüsusi jurnal-

larda nəşr olunmağa başlanmışdır. 1925-26-cı illərdə Dağlıq Qarabağ, Qəbələ, 

Gəncə, Naxçıvan ərazilərində arxeoloji tədqiqat işləri aparılmış, qədim maddi-

mədəniyyət abidələri qeydə alınmış  və onların ilk arxeoloji xəritələri tərtib 

edilmişdir. 1926-cı ildə İ.İ.Meşaninov tərəfindən Qızılvəngdə aparılmış tədqi-

qatlar nəticəsində 7 daş qutu açılmış və qəbirlərdən boyalı qablar, tunc silahlar 

224 



və  bəzək  əşyaları tapılmaqla bərabər daş alətlər də tapılmışdır. 1927-ci ildə 

İ.İ.Meşaninov “Çinin qədim boyalı qabları” adlı  əsərində  Qızılvəng boyalı 

qablarının yerli və fərqli xüsusiyyətlərini qeyd edərək, Zaqafqaziya və Yaxın 

Şərq boyalı qablar mədəniyyəti ilə əlaqəsini vurğulamışdır.   

1936-cı ildə Şərur rayonunda aparılan araşdırmalar zamanı Ə.K.Ələkbə-

rovun Şahtaxtıda açdığı daş qutu tipli bir qəbirdən 29 ədəd sadə qab və bəzək 

əşyalar ilə bərabər, incə zövqlə bəzədilmiş polixrom boyalı bir küpə də aşkar 

edilmişdir. Tədqiqatçı 1926-cı ildə  Zəngəzur və Naxçıvan  ərazilərinə  səfəri 

zamanı Əlincəçay vadisində Ərəfsə və Nəhəcir kəndi yaxınlığında tunc dövrü 

əkinçi tayfalarının yaşayış yerlərini qeydə almış  və çox qiymətli materiallar 

əldə etmişdir (18, 243-249). V.M.Sisoyev tərəfindən 1926-cı ilin iyulunda Xa-

raba-Gilanda kəşfiyyat xarakterli qazıntılar aparılmış, sərdabə  və  qəbir abi-

dələri öyrənilmiş və buradan tapılan qabların qalıqları və s. əldə olunan bütün 

maddi mədəniyyət əşyaları Azərbaycan Dövlət Muzeyinə təhvil verilmişdir.  

Azərbaycanının ilk tunc dövrü kurqanlarının bəziləri 1930-1940-cı illər-

də  həvəskar arxeoloq  Y.İ.Hummel tərəfindən, Tovuz və  Şəmkir rayonları 

ərazisində aşkara çıxarılmışdır. Tədqiqatçı Gəncəçay vadisində, Xanlar yaxın-

lığında açılmış torpaq kurqanların materialları  əsasında bu regionun qədim 

əhalisinin metalişləmə, dulusçuluq, daşişləmə sənəti və dini görüşləri haqqında 

elmi nəticələr söyləmişdir. O, həmin kurqanları qəbilə quruluşunun dağılmağa 

başladığı dövrə aid edir və qoşa ailələrin yarandığını göstərir. Y.İ.Hümmelin 

tədqiqatlarının nəticələri onun “Arxeoloji oçerklər” kitabında nəşr olunmuşdur 

(21, 3-5).  

Görkəmli qafqazşünas, humanitar elmlər sahəsində ilk dövlət mükafatına 

layiq görülmüş B.A.Kuftin 1941-ci ildə nəşr etdirdiyi “Trialetidə arxeoloji qa-

zıntılar” kitabında Azərbaycan  ərazisində qablar mədəniyyətinin inkişafı  və 

tapılan bu qabların Cənubi Qafqazın digər ərazilərində tapıldığını, iqtisadi-mə-

dəni  əlaqələrdən bəhs etmişdir (24). Dövlət mükafatı laureatı B.B.Piotrovski 

1949-cu ildə nəşr etdirdiyi “Zaqafqaziya arxeologiyası” adlı əsərində Azərbay-

candan tapılmış arxeoloji materialların üzərində xüsusi dayanaraq, Qarqarçay 

və Tərtərçay hövzəsinin arxeoloji abidələrini də geniş təhlil edərək onlara öz 

münasibətini bildirmişdir.  

1949-53-cü ildə S.M.Qazıyevin rəhbərliyi ilə Mingəçevirdə, Kür çayının 

sağ sahilində yaşayış yeri tədqiq edilmiş  və ilk tunc dövrünə aid düzbucaqlı 

şəklində, torpaqdan yaşayış evlərinin qalıqları açılmış və ilk tunc dövrünə aid 

aşkar edilmiş dörd yaşayış binasından zəngin, maddi-mədəniyyət nümunələri 

əldə edilmişdir. Aparılan tədqiqatlar, toplanan materiallar burada e. ə. II minil-

liyin sonu e. ə. I minilliyin əvvəllərində patriarxat ailələrin yaşadığını göstərmiş-

dir (20). 1947-ci ildən Bakıdan 70 km uzaqda Qobustanda İ.M.Cəfərzadə 

tərəfindən qayalar üzərindəki rəsmlərin tədqiqinə başlanılmış  və iki mindən 

artıq müxtəlif rəsmlər siyahıya götürülmüşdür. İ.M.Cəfərzadə bu abidələrin ən 

qədimini e. ə. V-III minilliyə aid etməklə, Qobustanda 1947-1966-cı ildə apardı-

ğı müntəzəm tədqiqatlar sayəsində, 750 daş üzərində aşkar olunan 6000-ə yaxın 

225 



kompozisiyalı qayaüstü rəsmlərdə - kollektiv əmək prosesi, taxıl biçini, ov 

səhnəsi, dəvə karvanları, ikiçarxlı araba və s. müxtəlif simvolik məzmunlu işarə-

lər olduğunu aşkar etmişdir (22). A.A.Formozov 1959-cu ildə yazdığı  “İbtidai 

incəsənətə dair oçerklər” adlı əsərində Qobustanı tunc dövründə maldarlar və 

ovçular üçün müqəddəs bir yer kimi qiymətləndirmişdir (30, 24-60) 

1954-1956-cı ildə A.A.İessenin rəhbərliyi ilə Ağdam şəhəri yaxınlığında 

Üzərliktəpə yaşayış yerində tədqiqat işləri aparılmış və tunc dövrünün ilk və 

orta mərhələsinə aid zəngin materiallar əldə edilmişdir. Aşkar olunmuş iribuy-

nuzlu heyvan sümüyündən olan əşyalar, sümük qalıqları maldarlığın, buğda və 

üyüdülmüş darının isə əkinçilik təsərrüfatında üstün mövqe tutduğunu göstərir. 

Tədqiqatçı Q.X.Kuşnaryeva Qarabağda, Xocalı  və Üzərliktəpə abidələrinin 

tədqiqində yaxından iştirak etmiş və Üzərliktəpə tunc dövrü yaşayış məskəni 

haqqında ilk məlumat vermişdir. Bundan başqa K.X.Kuşnaryeva gürcü ar-

xeoloqu T.N.Çubinişvili ilə birgə yazdığı monoqrafiyada, habelə sonrakı illər-

də  nəşr etdirdiyi müxtəlif səpkili məqalələrdə Qarabağın qədim abidələri ilə 

bağlı məsələlərə toxunmuş, bununla bağlı müxtəlif mülahizələr irəli sürmüşdür 

(25, 81-85).  Tədqiqatçı R.M.Munçayev də öz əsərində Qarabağın ilk tunc 

dövrü kurqanlarının xronologiyasına toxunmuş  və Üçtəpə kurqanını Maykop 

abidələri ilə müqayisə etmiş, onun ilk tunc dövrünün son mərhələsinə aid ol-

masını göstərmişdir (27). 

İ.H.Nərimanov “Gəncəçay rayonunun arxeoloji abidələri” adlı monoqra-

fiyasında faktiki materiallara əsasən Gəncəçay hövzəsinin ən qədim dövrlərin-

dən başlayaraq tunc dövrünün sonlarına qədərki maddi-mədəniyyət abidələri-

nin əhəmiyyətindən danışılır. Əsərdə abidələrdən əldə edilmiş zəngin kerami-

ka, xüsusilə  cızma naxışları  ağ maddə ilə doldurulmuş  ağ inkrustasiyalı gil 

qablar, tunc məmulatı, dulusçuluq və metalişləmə sənətinin inkişafından bəhs 

olunur. (14);  Azərbaycan arxeologiyasının tədqiqində böyük əməyi olan 

Q.S.İsmayılovun 1965-1967-ci ildə Kiçik Qafqazın cənub-şərq ətəklərini əhatə 

edən Quruçay və Köndələnçay hövzəsinin tunc dövrü yaşayış yerlərində – 

Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Üçüncü Kültəpə, Meynətəpə və Uzuntə-

pə abidələrində tədqiqat işləri aparmışdır. 

Q.S.İsmayılovun fikrincə Azərbaycanda 

xüsusi inkişaf mərhələsi keçmiş dulusçuluğun bir neçə müstəqil inkişaf mərkəzləri 

olmuşdur ki, bu dulusçuluq mərkəzlərindən biri də Quruçay və Köndələnçay 

vadisində fəaliyyət göstərmişdir (13).

  

Qərbi Azərbaycanın tunc dövrü abidələrinin öyrənilməsində C.Ə.Xəlilo-



vun böyük xidməti olmuşdur. Onun “Qərbi Azərbaycanın tunc və dəmir döv-

rünün əvvəllərinə aid arxeoloji abidələri” adlı monoqrafiyasında bu ərazidəki 

tunc dövrü abidələrinin xarakteristik xüsusiyyətləri, xronologiyası  və  qədim 

əhalinin həyat tərzi verilmişdir.  Əsərdə  Qərbi Azərbaycanın yaşayış yerləri, 

onlara aid olan qəbir abidələri və müdafiə xarakterli siklop tikintiləri təhlil 

olunmuş və dəyərli elmi fikirlər söylənilmişdir (11). 

I və II Kültəpə yaşayış yeri tədqiqatlarının nəticələri O.H.Həbibullayevin 

əsərlərində  və bir sıra məqalələrində  də öz elmi əksini tapmışdır. Tədqiqat-

226 



çının  əsərlərində tunc dövrü tikililəri, bu dövrün mədəniyyətlərinin özündən 

əvvəlki dövrün yerli eneolit mədəniyyətinin varisliyi əsasında formalaşması, 

Azərbaycanın  şimal rayonlarından fərqli olaraq bu regionda boyalı qablar 

mədəniyyətinin inkişaf tapması və s. məsələlər haqqında elmi fikirlər söylənil-

mişdir. O.H.Həbibullayev  əsərlərində tunc dövründə  təsərrüfatın və  sənətin 

inkişafını bölgənin qonşu ölkələrlə iqtisadi əlaqələrinin genişləndiyini qeyd 

etməklə, Naxçıvanın tunc dövründə özünün boyalı qabları  və Ön Asiya tipli 

tunc məmulatına görə cənubla, sadə qabları və yerli istehsal məhsulu olan tunc 

məmulatına görə isə  Şimalı Azərbaycan və  Cənubi Qafqazın başqa bölgələri 

ilə iqtisadi əlaqələrinin olduğunu qeyd etmişdir (10, 17). 

Naxçıvan  ərazisindəki tunc dövrü abidələri V.H.Əliyevin monoqrafiya-

larında və elmi məqalələrində  də  ətraflı  təhlil olunmuşdur. Onun əsərlərində 

Azərbaycan boyalı qablar mədəniyyətinə aid arxeoloji abidələr, yaşayış yerləri 

və  qəbir abidələri işıqlandırılmışdır. Bu abidələrdən  əldə edilmiş gil qablar 

məmulatının, silah, bəzək  əşyalarının təsnifatı  və  təhlili verilmişdir. Tədqi-

qatçının fikrincə, Naxçıvan Azərbaycanda boyalı qablar mədəniyyətinin mər-

kəzi olmuşdur. Altı  fəsildən ibarət olan “Azərbaycanın orta tunc dövrü mə-

dəniyyəti” adlı  əsərində  tədqiqatçı Azərbaycanın orta tunc dövrü yaşayış 

məskənləri və bu abidələrdən  əldə olunmuş maddi-mədəniyyət nümunələri 

haqqında ətraflı elmi məlumat vermişdir (9, 19). 

Qarabağın qədim arxeoloji abidələrindən danışarkən H.F.Cəfərov ilk 

tunc dövrü əhalisinin təsərrüfat məşğuliyyətindən, əsasən əhalinin əkinçilik və 

qismən maldarlıqla məşğul olduqlarını qeyd etməklə yanası, bu dövrə aid 

tikilmiş dövrün aşağı qatlarında evlərin dairəvi, üst qatlarındakı tikintilərin isə 

dördkünc planlı olduğunu bildirmişdir. Tədqiqatçı Üçoğlan qədim yaşayış 

yerində arxeoloji tədqiqat işləri aparmış və buradan ilk tunc dövrünə aid tapıl-

mış arxeoloji materialların təhlili zamanı göstərmişdir ki, bu yaşayış yerlərin-

dəki mənzillər və köməkçi təsərrüfat binaları əhəngdaşından hörülmüş, palçıq-

la bərkidilmişdir. Tədqiqatçı öz əsərlərində Qarqarçay və Tərtərçay hövzələri-

nin, yəni düzənlik və Dağlıq Qarabağın daha çox hissəsini əhatə edən Ağcabə-

di, Ağdam, Bərdə, Tərtər,  Şuşa, Kəlbəcər rayonları  ərazisində açılmış tunc 

dövrü abidələrdən  əldə edilən maddi-mədəniyyət nümunələrini araşdıraraq 

daha da ətraflı işıqlandırmışdır (6). 

C.N.Rüstəmovun “Qobustan dünyası” kitabında tunc dövrünə aid “Bö-

yükdaş”, “Dairə”, yaşayış yerləri, kurqan abidələri və yeni qeydə alınmış 

2000-dən çox qayaüstü rəsmlərdən bəhs olunmuşdur. Qobustan qayaüstü 

rəsmlərdən bir qismi tunc dövrünə aid edilmişdir. Bu təsvirlər Qobustanın tunc 

dövrü  əhalisinin yaradıcılıq qabiliyyətini, dünyagörüşlərini, dini-ideoloji ba-

xışlarını  əks etdirir. F.M.Muradova və C.N.Rüstəmov tərəfindən Qobustanda 

“Ana zağa”, “Firuz-1”, “Dairə”, “Böyükdaş” abidələrində tədqiqat işləri apa-

rılmışdır.  

S.H.Aşurovun “Naxçıvanın İlk Tunc dövrü keramikası” adlı kitabı Azər-

baycanın ilk tunc dövrü dulusçuluq sənətini öyrənməkdə qiymətli mənbə sayı-

227 



la bilər. Bu əsərdə Naxçıvanın Kür-Araz mədəniyyəti keramikasının yaranma 

ocaqları, yayılma arealı, forma və hazırlanma texnikası və naxışlanma üsulları-

na görə inkişaf mərhələləri, eləcə  də  qədim Azərbaycan üçün səciyyəvi olan 

Kür-Araz mədəniyyətinin Qafqazda və Yaxın Şərq ölkələrinə yayılması yolları 

göstərilmişdir. Müəllif kitabda Naxçıvanin arxeoloji abidələrindən aşkar 

olunmuş keramika məmulatının geniş  təsnifatını vermiş, heyvan fiqurları  və 

ocaq qurğularının semantikası ilə bağlı müəyyən məsələlərə toxunmuşdur (1). 

A.Q.Seyidov Naxçıvanın Kür-Araz mədəniyyəti abidələrinin, yaşayış yerləri-

nin və qəbir abidələrinin tədqiqini verməklə, onların tikinti xüsusiyyətləri haq-

qında da məlumat vermişdir. O, Kür-Araz mədəniyyəti abidələrindən  əldə 

edilmiş maddi-mədəniyyət nümunələrinin klassifikasiyasını vermiş, bu abidə-

lərin dövrləşməsi-xronologiyası məsələsi üzərində dayanaraq əsərlərində Nax-

çıvanın Kür-Araz mədəniyyəti abidələrinin dövrləşməsini verməyə çalışmışdır 

(15, 29). 

V.B.Baxşəliyevin “Gəmiqaya təsvirlərinin poetikası” adlı kitabında e. ə. 

IV-I minilliklərə aid qaya təsvirlərinin struktur-sematik təhlili şərh edilmişdir. 

Gəmiqaya təsvirlərinin Azərbaycanın arxeoloji abidələri ilə vahid kompleksdə 

tədqiqi, folklor nümunələrinin və etnoqrafik materialların müqayisəli araşdırıl-

ması qaya təsvirlərinin böyük bir qrupunun semantikasını açmağa imkan ver-

mişdir. Müəllifin “Gəmiqaya təsvirləri adlı kitabında Gəmiqaya təsvirlərinin 

tarixi kökləri, təsvirlərin meydana gəlməsini  şərtləndirən ictimai-siyasi 

amillərə toxunulmuşdur (2, 3). V.B.Baxşəliyev Naxçıvan Muxtar Respublika-

sının ərazisində arxeoloji abidələr, yaşayış yerləri və qəbir abidələrinin ensik-

lopedik məlumatını verməklə yanaşı  və yaşayış yerlərindən tapılan arxeoloji 

materialların təsnifatını da vermişdir. Əsərdə adları sadalanan arxeoloji abidə-

lər Naxçıvanın qədim və orta əsrlərə aid maddi-mədəniyyət nümunələrinin 

mədəni-tarixi prosesini izləməyə imkan verir (4). 

Beləliklə, Azərbaycanın müxtəlif bölgələrində ilk tunc dövrünə aid külli 

miqdarda maddi-mədəniyyət nümunələri aşkar olunmuş, yaşayış yerləri, dəfn 

adətləri öyrənilmiş və kurqanların quruluşu haqqında maraqlı faktlar toplanıl-

mışdır. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən 

maddi mədəniyyət nümunələri ölkənin qədim tarixə malik olduğunu söyləmə-

yə imkan verir.    

 

ƏDƏBİYYAT 

1.

 



Aşurov S.H. Naxçıvanın ilk tunc dövrü keramikası. Bakı: Nafta-Press, 2002, 158 s. 

2.

 



Baxşəliyev V.B. Gəmiqaya təsvirləri. Bakı: Elm, 2003, 168 s.  

3.

 



Baxşəliyev V.B. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 

320 s.  


4.

 

Baxşəliyev V.B Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, 304 s. 



5.

 

Baxşəliyev V.B, Marro. C, Aşurov. S. H. Ovçulartəpəsi. Bakı, Elm, 2010 s. 154. 



6.

 

Cəfərov H.F. Azərbaycan e. ə IV miniliyin axırı –I miniliyin əvvələrində Bakı: Elm, 2000, 



183 s. 

7.

 



Cəfərov H.F. Tərtər-Bərdə-Ağdam rayonlarına arxeoloji səfər haqqında / Azərbaycanda 

arxeoloji tədqiqatlar. Bakı: Elm, 2008, 215 s.  

228 



8.

 

Əliyev V.H. Tarixin izləri ilə. Bakı: Nurlan 1975, 80 s. 



9.

 

Əliyev V.H. Qədim Naxçıvan. Bakı: Elm, 1979, 76 s. 



10.

 

Həbibullayev O. H. Kültəpə arxeoloji qazıntıları. Bakı: Elm, 1959, 134 s. 



11.

 

Xəlilov C.Ə. Qərbi Azərbaycanın tunc və ilk dəmir dövrünün əvvələrinə aid arxeoloji 



abidələri. Bakı: Elm, 1959, 169 s. 

12.


 

İsmayılov Q.S. Abidələr,xatirələr,düşüncələr. Bakı: Gənclik, 1981, 94 s.  

13.

 

İsmayılov Q.S. Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri. Bakı: Elm, 



1981, 64 s. 

14.


 

Nərimanov İ.H. Gəncəçay hövzəsinin arxeoloji abidələri, Bakı: Nurlan, 1958, 121 s. 

15.

 

Seyidov A.Q. Naxçıvan e. ə. VII-II minilliklərdə. Bakı: Elm, 2003, 338 s.  



16.

 

Səfərov Y. Arxeologiya tariximizdən / Elm və həyat jurnalı, 1987, №9, s. 10-11 



17.

 

Абибуллаев  О.А.  Энеолит  и  бронза  на  территории  Нахичеванской  АССР.  Баку: 



Наука, 1982, 258 с.  

18.


 

Алекперов  А.К.  Поездка  в  Зангезур  и  Нахичеванский  край / Исследования  по 

археологии и этнографии Азербайджана. Баку: Наука, 1960, с. 243-249. 

19.


 

Алиев В.Г. Кулытура эпохи средней бронзы Азербайджана. Баку: Наука, 1991, 256 с.  

20.

 

Асланов. Г.М, Ваидов Р.М., Ионе Г.И. Древний Мингечаур. Баку: АН Азерб. ССР 



1959, 189 с.  

21.


 

Гуммелы Я.И. Археологические очерки. Баку: АзФАН 1940, 164 c. 

22.

 

Джафаров И.М. Гобустан . Наскальные изображения. Баку: Наука, 1973, 347 с.  



23.

 

Исмаилзаде  Г.С.  Азербайджан  в  системе  раннебронзовой  культурной  общности 



Кавказа. Баку: Наука, 2008,  304 с.  

24.


 

Kуфтин Б.А. Археологические раскопки в Триалети. Тбилиси: АН Гр.ССР 1941, 491 с. 

25.

 

Кушнарева К.Х, Чубинишвили Т.Н. Древние культуры Южного Кавказа. Л: АНССР 



1970, c. 189.  

26.


 

Махмудов Ф.Р. Культура Юго-Восточного Азербайджана в эпоху бронзы и раннего 

железа. Баку: Наука, 2008, 215 с.  

27.


 

Мунчаев Р.М. Кавказ на заре бронзового века. История СССР Учебник. М.: 1975, c. 218. 

28.

 

Пиатровский Б.Б. Археология Закавказья. Л.: АНССР 1949, 133 с.  



29.

 

Сеидов А.Г Памятники Куро-Аракской культуры Нахичевани. Баку: Наука, 1993, 164 с. 



30.

 

Формозов А.А. Очерки по первобытному искусству. М.: Наука, 1969, 253 с. 



 

ИСТОРИЯ ИССЛЕДОВАНИЯ И ИЗУЧЕНИЯ РАННЕГО  

БРОНЗОВОГО ВЕКА В АЗЕРБАЙДЖАНЕ

  

К.Ш.АЗИЗОВ  

 

РЕЗЮМЕ 

 

В  статье  говорится  об  археологических  раскопках  раннего  бронзового  века  на 



территории  Азербайджана,  освещаются  научные  труды  и статьи  исследователей, 

посвященные  этому  периоду  Азербайджана,  и  отмечается  важная  значимость  этих 

трудов для исследования азербайджанской археологии. В работе подробно исследуются 

археологические материалы, обнаруженные в населенных пунктах и гробницах, относя-

щихся  к  раннему  бронзовому  веку,  найденных  на  территории  Азербайджана,  срав-

ниваются образцы материальной культуры, обнаруженные в различных регионах Азер-

байджана.  В  статье  также  рассматривается  вопрос  периодизации  археологических 

памятников раннего бронзового века на территории Азербайджана.  



 

Ключевые  слова:  культурный  слой,  бронзовый  век,  курган,  исследовательские 

работы, наскальные рисунки, древние памятники  

229 



HISTORY OF THE STUDY AND EXPLORATION OF ARCHAEOLOGICAL 

MONUMENTS OF EARLY BRONZE AGE IN AZERBAIJAN 

 

K.Sh.AZIZOV 



 

SUMMARY 

 

The article titled “History of the study of archaeological monuments of Early Bronze 



Age in Azerbaijan” refers to the archaeological excavations of the Early Bronze Age in the 

territory of Azerbaijan, highlights research papers and articles of researchers dedicated to this 

period of Azerbaijan and accents particular importance of this work for the study of 

Azerbaijani archaeology. This paper profoundly investigates the archaeological materials of 

the Early Bronze Age in the settlements and tombs found in the territory of Azerbaijan. The 

sites are compared with samples of material culture found in various regions of Azerbaijan. 

The article focuses on a broad issue of chronology of archaeological sites of early Bronze Age 

in the territory of Azerbaijan.  

 

Key words:  cultural layer,  Bronze Age, kurgan mound,  researches,  rock paintings, 

ancient monuments.  



 

 

230 



Yüklə 71,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə