Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası



Yüklə 67,48 Kb.
Pdf görüntüsü
tarix14.02.2018
ölçüsü67,48 Kb.
#26903


 

 

129



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

 Humanitar elmlər seriyası  

 

2010 

                    

 

 

 

 

 

    

 

 

ERMƏNİSTANLA AZƏRBAYCAN ARASINDA ATƏŞKƏSİN 

ƏLDƏ OLUNMASININ TARİXİ ƏHƏMİYYƏTİ 

 

SABİR ŞAHTAXTI (Hacıyev) 

Bakı Dövlət Universiteti 

Shahtahi@mail.ru 

 

Kəssə hər kəs tökülən qan izini,  

Qurtaran dahi odur yer üzünü. 

Hüseyn CAVİD 

 

Məqalədə 1988-ci ilin əvvəllərindən Ermənistan tərəfindən Azərbaycana qarşı həyata 

keçirilməyə başlayan işğalçılıq siyasəti səbəbindən  iki qonşu dövlət arasında başlanan müha-

ribənin aradan qaldırılması istiqamətində prezident Heydər  Əliyevin göstərdiyi sülh cəhdlə-

rinin tarixi əhəmiyyətindən bəhs edilir. Müəllif çoxsaylı faktlara söykənərək  əsaslandırır ki, 

1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə 

əlaqədar  əldə olunmuş atəşkəs bütövlükdə  Cənubi Qafqazda uzunmüddətli sülhün əldə 

olunmasının bünövrəsini qoymuşdur.  

Heydər Əliyev atəşkəsə nail olmaqla, Azərbaycanı qarşılaşdığı girdabdan xilas etmiş 

və ölkənin təhlükəsizliyinə nail olmuşdur. Tarixdə ilk dəfə olaraq bu münaqişənin formulu  Er-

mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlandırılmış  və məsələnin  əsl mahiyyəti-

nin dünya birliyinə olduğu kimi çatdırılmasına başlanılmışdır.   

 

1993-cü ilin yayında ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Hey-

dər Əliyev Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan, ölkəni parçalanmaq-

dan, Azərbaycan xalqını tarixi bir rəzalət təhlükəsindən xilas etdi. 1988-ci ildən 1993-

cü ilin yayınadək ölkədə mövcud olmuş ictimayi-siyasi, iqtisadi və  hərbi proseslər 

Azərbaycanı girdaba doğru sürətlə yuvarlamışdı.  Son dərəcə  çətin və  ağır  şəraitdə 

hakimiyyət yükünü çiyinlərinə götürən Heydər  Əliyevin qısa bir zaman kəsiyində 

qazandığı  uğur və nailiyyətlərin  əsasını  təcavüzkar Ermənistanla atəşkəsin  əldə 

edilməsi təşkil edir. Əlbəttə ki, xarici havadarlarının birbaşa himayəsi ilə Azərbaycan 

torpaqlarını sürətlə işğal etməkdə olan Ermənistanı atəşkəsə məcbur etmək qətiyyən  

asan məsələ deyildir. Lakin Heydər Əliyev böyük müdrikliklə  buna nail ola bildi və 

bu nailiyyət bütövlükdə Qafqazda uzunmüddətli sülh və sabitliyin yaranmasının, 

eləcə də region dövlətlərinin kompleks iqtisadi inkişafının əsasını müəyən etdi. 

Minsk qrupuna daxil olan ölkələrin 1994-cü il mayın 4-5-də MDB parlament-

lərarası  məclisinin təşəbbüsü ilə Bişkekdə Ermənistan-Azərbaycan münaqişəsinin 

nizama salınmasına dair görüş keçirildi. Bu görüşdə Azərbaycan tərəfi yekun proto-

kolunu imzalamadı. Çünki imzalamaq üçün təklif olunan yekun sənəddə Azər-

baycanın mənafеinə zidd bir sıra müddəalar var idi. Sənəddə tutulmuş  ərazilərdən 

qoşunların çıxarılmasının zəruriliyi bildirilir, lakin bu qoşunların kimə mənsub olması 



 

 

130



göstərilmirdi. “Tutulmuş  ərazilər” termini münaqişədəki real siyasi şəraitə uyğun 

gəlmirdi. Burada söhbət işğal olunmuş Azərbaycan  ərazilərindən getməli idi. 

Həmçinin Dağlıq Qarabağın erməni icmasına sənədi imzalamaq hüququ verilsə  də, 

Azərbaycan icmasına bu hüquq verilmirdi. Bütün bunlarla bərabər Azərbaycan 

dövləti mürəkkəb tarixi situasiyanı  nəzərə alaraq 1994-ci ilin mayın 9-da Bakıda 

atəşkəs haqqında yekun protokolunu imzaladı. Azərbaycanın ardınca mayın 10-da 

Yerevanda, mayın 11-də isə Xankəndində (Stepanakertdə) də Yekun protokolu 

imzalandı (1, 82). 

Beləliklə, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsində atəşkəs rəsmi qüvvəyə mindi və hazırkı vaxta qədər (2010-cu il-S.H) 

davam etməkdədir (2). Atəşkəsin əldə edilməsi istiqamətində Heydər Əliyevin etdiyi 

cəhdlər, göstərdiyi çoxşaxəli fəaliyyəti dünya tarixində görünməmiş sülh missiyasıdır. 

Ulu öndər bu işin uğurlu sonluqla başa çatması naminə, böyük siyasi məharətlə  dün-

yanın bütün aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların imkanlarından istifadə 

etmişdir. Xüsusilə də, Rusiya Federasiyasının Ermənistana təsir imkanlarını yetərincə 

düzgün qiymətləndirən Heydər Əliyev atəşkəsin əldə edilməsində şimal qonşumuzun 

vasitəçilik missiyasından məharətlə bəhrələnmişdir. Heydər Əliyev atəşkəsdən sonra 

Rusiyanın regiondakı proseslərdə rolunu və Ermənistana təsir imkanlarını belə qiy-

mətləndirirdi: "Rusiya öz imkanlarından istifadə etsə idi, məsələni artıq həll etmək, 

böyük sülh sazişi imzalamaq mümkün olardı. Bununla belə, biz ümidimizi itirmirik. 

Böyük iş görülmüşdür, atəşkəsə nail olunub və bundan tam sülh əldə etmək üçün 

istifadə edilir. Dünyanın iri dövlətləri başa düşürlər ki, Azərbaycanın hüquqlarını 

tapdalamaq olmaz, biz torpaqlarımızın bir qarışını da heç kimə verməyəcəyik, 

süverenliyimizin və  ərazi bütövlüyümüzün pozulması ilə razılaşmayacağıq" (3, 54). 

Xüsusilə qeyd etmək lazımdır ki, 1994-cü il aprelin 15-də Azərbaycan və Ermənistan 

prezidentləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma-

sında Rusiya Federasiyasının vasitəçiliyini tədqirəlayiq hal kimi qiymətləndirmişlər. 

Qeyd etmək lazımdır ki atəşkəsə gedən yol çox çətin və mürəkəb olmuşdu. 

Belə ki, Azərbaycanla Ermənistan arasında atəşkəsin  əldə edilməsinə  hələ ilk dəfə 

1991-ci ildə  cəhd edilmişdir. Lakin bu istiqamətdə göstərilən səylər uğursuzluqla 

nəticələnmişdir. Daha dəqiq desək, Azərbaycan tərəfinin ağır itkiləri ilə  nəticələnən 

atəşkəs cəhdləri təcavüzkar tərəfin işğalçılıq siyasətinin yeni əraziləri əhatə etməsinin 

gerçəkləşməsinə mühüm və münbit şərait yaratmışdır. 1991-ci il sentyabrın 23-də 

Rusiyanın Jeleznovodsk şəhərində Rusiya prezidenti B.Yeltsin və Qazaxıstan pre-

zidenti N.Nazarbayevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri 

A.Mütəllibov və  L.Ter-Petrosyan arasında keçirilən görüşdə münaqişənin sülh yolu 

ilə nizamlanmasına dair bəyannamə imzalanmışdır. Bu görüşdə Dağlıq Qarabağın 

erməni və azərbaycanlı icmalarının nümayəndələri də  iştirak etmişlər. Təəssüf ki, 

ertəsi gün erməni silahlıları tərəfindən Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı 

genişmiqyaslı hücumları başlanmışdır (4, 246). Qeyd olunan bəyannamənin 

imzalanmasından təxminən iki ay sonra 1991-ci il noyabrın 20-də Xocavənd rayo-

nunun Qarakənd kəndinin səmasında içərisində Azərbаycanın dövlət və hökumət 

rəhbərlərinin olduğu "Mi-8" vertolyotu erməni terrorçuları tərəfindən vurulmuşdur (4, 

247). "1991-ci ilin may ayında Ermənistan prezidenti Levon Ter-Petrosyanla Yaqub 

Məmmədov (Yaqub Məmmədov Azərbaycan Respublikası Prezidentinin səlahiyyət-

lərini icra edirdi-S.H.) arasında 8 maddədən ibarət sülh razılaşması imzalanandan bir 




 

 

131



neçə saat sonra ermənilər Şuşanı işğal etdilər. Bununla ermənilər bir daha subut etdi-

lər ki, heç bir insani, əxlaqi və beynəlxalq-hüquq normalarına riayət etmirlər" (5, 

114).  Beləliklə, mövcud münaqişə müharibəyə çevrildi və imzalanan sülh sazişləri 

əhəmiyyətini itirdi. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 

olan Heydər  Əliyev sözügedən atəşkəs cəhdlərini “Azadlıq” radiosuna şərh edərək 

göstərilən cəhdlərin müsbət nəticə verəcəyinə inanmırdı. Heydər  Əliyev fikirlərini 

belə  əsaslandırmışdı ki, hər bir sənədin işləməsi üçün konkret mexanizm olmalıdır. 

Lakin yuxarıda sözügedən sənədlərin heç birinin icra mexanizmi müəyyən edil-

məmişdir.  

Ermənilər Azərbaycan türklərinə qarşı kütləvi qırğınlara 1905-ci ildən başla-

mışlar. O vaxtdan bəri bu münaqişə çoxsaylı  rəsmi sənədlərdə, ayrı-ayrı  əsərlərdə, 

qəzet materiallarında "erməni-müsəlman" münaqişəsi (davası) kimi təqdim olun-

muşdur. Məmməd Səid Ordubadinin bir sıra əsərlərində bu formula rast gəlinir. Eləcə 

də həmin faktla Cəfər Cabbarlının "1905-ci ildə" dramında qarşılaşırıq. Azərbaycan 

Xalq Cümhuriyyəti hökumətinin görkəmli diplomatlarından olan Yusif Vəzir 

Çəmənzəmənlinin bir sıra məqalə  və  əsərlərində  də  bəhs edilən ifadəyə rast gəlirik. 

Əlbəttə ki, bu siyahını uzatmaq da mümkündür.  Hətta münaqişənin qeyd olunan adla 

verilməsi bir sıra xarici müəlliflərin  əsərlərində  də yazılmışdır. Erməni-milli mən-

subiyyət, müsəlmançılıq isə dindir. Qeyd olunan formul ermənilərin mənfur təcavüz-

karlığının, işğalçılıq siyasətlərinin tərkib hissəsi kimi uzun illər ictimai fikir 

dövriyyəsində saxlanılmışdır. Ermənilər bununla uzun illər münaqişə ilə bağlı xristian 

faktorundan bəhrələnməyə nail olmuşlar (6, 137). Lakin Heydər  Əliyev böyük 

uzaqgörənliklə bu formulu dəyişə bildi. Atəşkəsin məhz Ermənistan-Azərbaycan 

arasında imzalanması mövcud münaqişənin adının düzgün verilməsinin  əsasını 

qoydu.  Heydər  Əliyev:"...reallıqda bu Ermənistan-Azərbaycan müharibəsidir... 

bu formulu insanların beyninə mən yeritmişəm - Ermənistan-Azərbaycan, Dağ-

lıq Qarabağ münaqişəsi. Amma qalanlar nə deyir  - Dağlıq Qarabağ münaqişəsi. 

Çünki hamı hesab edir ki, bu münaqişə iki ölkə arasında deyil, Dağlıq 

Qarabağla Azərbaycan arasındadır " (7, 216).  

Ermənistan rəsmiləri bütün hallarda aparılan  hərbi əməliyyatlarda Ermənistan 

tərəfinin iştirak etmədiyini və münaqişənin güya öz müqəddəratlarını  həll etmək 

niyyətində olan Dağlıq Qarabağ erməniləri tərəfindən törədildiyini iddia edirlər. 

Heydər  Əliyev: "Ermənistan Respublikası BMT Təhlükəsizlik  Şurasının Qətna-

mələrinə, ATƏM-in, Rusiyanın, Qazaxıstanın vasitəçilik səylərinə məhəl qoymayaraq 

özünün həqiqi rolunu – birbaşa təcavüz edən ölkə rolunu ört-basdır etmək məqsədilə 

bizi Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi tanımağa təhrik 

etməyə çalışır. Həqiqətdə isə Dağlıq Qarabağ bölgəsində yaşayan və elə bir ehtiyatı 

olmayan 100 mindən çox erməni 7 milyonluq əhalisi olan ölkəyə qarşı genişmiqyaslı 

hərbi əməliyyatlar apara və onun ərazisinin 20 faizini işğal edə bilməz. Respublikanın 

Dağlıq Qarabağ bölgəsinin 50 min azərbaycanlı əhalisinin hüquqlarını inkar etməyə 

cəhd göstərilir. Etnik təmizləmə nəticəsində onlar Şuşa, Xocalı, Xocavənd, Hadrut və 

Ağdərə rayonlarından tamamilə qovulmuşlar" (3, 67). Əslində, sonda göstərilən 

fikirlər Ermənistanın özünün də Azərbaycana qarşı təkbaşına müharibə aparmaq iqti-

darında olmadığına məntiqli və diplomatik işarə idi.  Beləliklə, atəşkəs sənədini hər 

üç tərəfin imzalaması, ilk növbədə ermənilərin Azərbaycana qarşı növbəti iddialarının 

əsasızlığını  və münaqişənin adının dəqiqləşdirilməsini təmin etdi. Atəşkəslə bağlı 




 

 

132



danışıqlara Ermənistan parlamentinin nümayəndə heyətinə parlamentin spikeri 

B.Araksyan, Azərbaycan parlamentinin nümayəndə heyətinə Milli Məclisin sədr 

müavini A.Cəlilov, Dağlıq Qarabağ nümayəndə heyətinə isə tanınmamış "Dağlıq 

Qarabağ Respublikasının parlamentinin spikeri" K.Babuqyan başçılıq edirdi.  Bu-

nunla da, problem rəsmi sənədlərdə ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsi kimi qəbul edildi.  Heydər Əliyev: "Mən Ermənistan prezidenti 

Levon Ter-Petrosiyanla dünən də, bu gün də telefonla danışmağa cəhd göstərdim. 

Ancaq danışmaq mümkün olmadı. Ona görə də, televiziya vasitəsilə müraciət edirəm. 

Mən onu və Ermənistanın bütün rəhbərlərini öz xalqları qarşısında məsuliyyətə dəvət 

edirəm. Elə son döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin bir necə yüz əsgəri həlak 

olub, yaralanıb. Ermənistanın təcavüzkar dairələri, bu müharibəni davam etdirən 

dairələr  həlak olmuş vətəndaşların qarşısında cavabdehdilər. Onlar bu qanı tökürlər, 

ancaq bunun sonu yoxdur" (3.3). Atəşkəsin əldə edilməsi istiqamətində atılan bütün  

bu siyasi addımlar Ermənistan rəhbərliyini çıxılmaz vəziyyətə salmışdır.  Daim ikili 

standartlarla təcavüzkar Ermənistanı bu və ya digər formada dəstəkləyən bəzi beynəl-

xalq təşkilatlar və xarici dövlətlər də Heydər  Əliyevin müdrik addımları qarşısında 

pat vəziyyətində qalmışdılar. Heydər Əliyev müraciətlərindən birində deyirdi: "Mən 

dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Birləşmiş Millətlər Təşkilatına, BMT 

Təlükəsizlik  Şurasına, Təhlükəsizlik  Şurasının daimi üzvləri Amerika Birləşmiş 

Ştatlarının, Böyük Britaniyanın, Fransanın, Rusiyanın, Çinin rəhbərlərinə müraciət 

edirəm və  bəyan edirəm ki, onlar Ermənistan Respublikasının təcavüzkarlığının 

qarşısını almaq üçün təsirli tədbirlər görməlidirlər" (3,69). 

Beləliklə, Azərbaycanla Ermənistan arasında  əldə olunan atəşkəs aşağıdakı 

ardıcıl nailiyyətlərin əldə edilməsinin əsasını qoydu: 

-mövcud tarixi təcavüz prosesi ilk dəfə olaraq  Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsi kimi adlandırıldı; 

-münaqişənin  əsl mahiyyətinin dünya ictimaiyyətinə olduğu kimi çatdırlması 

reallığa çevrildi; 

-regionda uzunmüddətli sülhün yaranması üçün ciddi zəmin yarandı; 

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın  ərazi 

bütövlüyü çərçivəsində həll edilməsi üçün hüquqi əsaslardan istifadə edilməsinə şərait 

yarandı; 

-Azərbaycan qarşılaşdığı  siyasi, iqtisadi, sosial və  hərbi böhrandan çıxmaq 

üçün vaxt qazandı; 

-region dövlətlərinin kompleks inkişafı üçün beynəlxalq iqtisadi layihələrin 

gerçəkləşməsinə tarixi şərait yarandı. 

Heydər Əliyev sonrakı illərdə atəşkəsin əldə olunması istiqamətində göstərilən 

səyləri və sonrakı danışıqlar prosesini belə  şərh edirdi:"...1994-cü ildə ATƏT-in 

Budapeşt sammitində biz vəziyyəti dəyişdik. Yəni bir az qanuna saldıq" (7, 211).  

1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında 

Heydər  Əliyevin çevik siyasi manevrləri sayəsində "Dağlıq Qarabağ münaqişəsi ilə 

əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə  qərar qəbul edildi və 

münaqişə bölgəsinə ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin yerləşdirilməsi 

barədə razılıq əldə olundu. "Ermənistan prezidenti L.Ter-Petrosyan  isə özünü dünya 

birliyinə qarşı qoyaraq, xalqların öz müqəddəratını təyin etməsi prinsipini bu münaqi-

şəyə  tətbiq etməyə, Dağlıq Qarabağ erməni icmasını münaqişədə  iştirak edən tərəf-




 

 

133



lərdən biri kimi qələmə verməyə cəhd göstərirdi" (8, 139). Ümumiyyətlə, Ermənista-

nın təcavüzkar niyyətləri regionda sülh və sabitliyə ciddi təhlükə olduğu kimi

beynəlxalq təşkilat və birliklərin normal fəaliyyətinə  də ciddi əngəllər yaratmışdır. 

Keçmiş SSRİ-nin süqutundan sonra bünövrəsi qoyulan Müstəqil Dövlətlər Birliyinin 

formalaşa bilməməsində  də Ermənistanın işğalçılıq siyasəti mühüm rol oynamışdır. 

Ermənistanın özünü Rusiyanın qubernatorluğu   kimi aparmasına baxmayaraq bu 

inkarolunmaz həqiqətdir. Professor Seyfəddin Qəndilov yazırdı ki, Azərbaycan Dağ-

lıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən MDB kollektiv təhlükəsizlik 

sistemi formalaşması üzrə Ermənistanla əməkdaşlıqdan imtina etməklə bu sahədə öz 

fəaliyyətini birlik çərçivəsindən kənarda qurur, həm ikitərəfli, həm də çoxtərəfli 

səviyyələrdə  Qərbi Avropa strukturlarına qoşulmağa dair strateji kursunu bəyan 

etmişdir. Məlumdur ki, Ermənistandan fərqli olaraq Azərbaycan Respublikasında 

insan hüquqlarının qorunmasına və  vətəndaş azadlıqlarına təminat verilir. "Milli 

azlıqların hüquqlarının qorunması üçün xüsusi təminat tələb olunur. Azərbaycanda 

belə bir təminat dövlət səviyyəsində verilmişdir. Respublikamızın Konstitusiyasının 

5-ci maddəsində göstərilir ki, Azərbaycan xalqının vahidliyi onun dövlətinin təməlini 

təşkil edir" (9, 186). 

Yuzlərlə təkzibolunmaz faktlarla əsaslandırmaq olar ki, əgər Heydər Əliyevin 

ikinci dəfə siyasi hakimiyyətə gəlməsi bir az da gecikmiş olsaydı, onda Azərbaycan 

üçün daha böyük faciəvi cəbhə Xəzər dənizində açılacaqdı. Azərbaycanın Xəzər dəni-

zindən olan su ərazisinə ediləcək hər hansı bir təcavüz Azərbaycanın dövlət müstə-

qilliyi üçün daha ciddi təhlükə mənbəyi olaraq qalırdı. Mövzudan uzaqlaşmamaq şərti 

ilə deyə bilərik ki, məsələyə yuxarıda qeyd olunan  konteksdən yanaşdıqda Dağlıq 

Qarabağ münaqişəsi ilə  hələ  də  həllini tapmayan Xəzər dənizinin hüquqi statusu 

arasında müəyyən siyasi və hüquqi paralellər aparmaq mümkündür, baxmayaraq ki, 

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinin açıq qalması Azərbaycanın 

neft strategiyasını  əngəlləyə bilməmişdir.  İlham  Əliyev: "...Xəzər dənizi ilə bağlı 

məsələnin (Xəzərin hüquqi statusunun həll edilməməsi - S.H.) həll edilməməsi bizə 

milyardlarla  dollar sərmayə cəlb etməyə mane olmamışdır" (9, 273). 

Heydər Əliyev: "1996-cı ilin dekabrında Lissabon sammitində müəyyən irəlilə-

yişlər  əmələ  gəldi. O vaxta qədər heç bir şey etmək mümkün deyildi. …Lissabon 

sammitində biz, demək olar ki, ciddi irəliləyişə nail olduq. Yəni nəyə-məlumdur. İlk 

dəfə yazıldı ki, Azərbaycanın və Ermənistanın  ərazi bütövlüyü tanınsın. Dağlıq 

Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcədə özünüidarəetmə statusu verilsin 

və Dağlıq Qarabağ  əhalisinin həm erməni, həm də azərbaycanlı  əhalisinin 

təhlükəsizliyi təmin edilsin. …Lissabonda Ermənistan bu layihənin tamamilə əleyhinə 

çıxdı" (7, 213). Azərbaycan diplomatiyasının Budapeşt və Lissabon Sammitləri 

arasındakı ikiillik fəaliyyəti ATƏT və onun Minsk qrupuna daxil olan digər üzvlərin 

də mövqeyini respublikamızın xeyrinə  dəyişmişdir. Lissabon sammiti ərəfəsində 

Minsk qrupunun 11 üzvündən 10-u (Ermənistandan başqa) Dağlıq Qarabağ 

probleminin beynəlxalq prinsiplərə uyğun və Azərbaycanı qane edən həlli layihəsini 

yekdilliklə  qəbul etmişdilər. Bu da, sözsüz ki, Azərbaycan diplomatiyasının iki 

sammit arasındakı  gərgin fəaliyyətinin məntiqi nəticəsi idi (8, 147). Budapeşt 

sammitindən sonrakı zaman kəsiyində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü-

naqişəsinin həlli yönümündə aparılan sülh danışıqlarında Azərbaycan Respublikasının 

diplomatiyası xüsusi fəallıq nümayş etdirmişdir. 




 

 

134



Lakin inkarolunmaz həqiqətdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli 

istiqamətində aparılan sülh danışıqlarının müsbət nəticə verməsinə maneə olan başlıca 

səbəblərdən biri dünyadakı mövcud ikili standartlardır. Özünün xarici havadarlarına 

arxalanan Ermənistan tərəfi aşkar formada ərköyünlük etməklə beynəlxalq hüquq nor-

malarını pozmaqda davam edir. Heydər Əliyev: "Mən bunu açıqca demişəm və Stras-

burqda çıxış edəndə də dedim. Bütün Avropa Şurasının qarşısında dedim ki, dünyada 

ikili standartlardan əl çəkmək lazımdır" (7, 222). Heydər  Əliyev: "İslam Konfransı 

Təşkilatı yeganə təşkilatdır ki, biz Ermənistanın Azərbaycana təcavüz erməsi formu-

lunu qətnamələrdə yaza bilirik və bu təcavüzə etiraz edə bilirik" (7, 225). Heydər 

Əliyev bütün hallarda İslam Konfransı Təşkilatı ilə əlaqələr  sürətlə genişləndirilmiş, 

həm  bu təşkilatla, həm də İKT-yə üzv olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq 

aparılmış, eləcə  də Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında təşkilatın 

imkanlarından Azərbaycanın xeyrinə maksimum faydalanmışdır. Təəssüflə bildirmək 

lazımdır ki, ATƏT həmsədrlərinin Erməninstan-Azərbaycan, Dağlıq Qarabağ müna-

qişəsi ilə bağlı cəhdləri siyasi manupulyasiya çərçivəsindən çıxa bilmədilər. Madrid 

prinsipləri siyasi gündəmə  gətirilənə  qədər həmsədrlərin təklifləri  əslində Azərbay-

canın ərazi bütövlüyünə qarşı açıq qəsd xarakterində olmuşdur.      

Nəhayət, Heydər  Əliyev böyük uzaqgörənliklə aparılan sülh danışıqları ilə 

bağlı  vəziyyəti Milli Məclisin müzakirəsinə  çıxarmaqla məsələni ictimailəşdirdi və 

bununla da Azərbaycan xalqının Dağlıq Qarabağla bağlı mövqeyini bütün dünyaya 

nümayiş etdirdi. Ramiz Mehdiyevin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin həlli ictimai rəy konteksində" tarixi məqaləsi  əhali tərəfindən sonsuz 

maraqla qarşılandı. Sözügedən məqalədə Milli Məclisdə müzakirə olunan məsələ 

ətrafında çıxış edən ayrı-ayrı natiqlərin təklif və mövqeləri şərh edilir, real vəziyyətə 

aydınlıq gətirilirdi. Azərbaycan ictimaiyyətinə bir daha əmin oldu ki, Heydər Əliyev 

aparılan sülh danışıqlarında Azərbaycanın milli və dövlətçilik maraqlarını tam 

formada müdafiə edə bilmişdir. 

 

 



ƏDƏBİYYAT 

1.

 



Bakı Dövlət Universiteti. Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsi / Ulu ön-

dər Heydər  Əliyevin anadan olmasının 87-ci ildönümünə  həsr edilmiş “Heydər  Əliyev və 

Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətinin əsas inkişaf  tendesiyaları” 

mövzusunda 06-07 may 2010-cu il tarixdə keçirilmiş elmi praktik konfransın materialları. 

Bakı, 2010, s. 288.  

2.

 



Hüseynova İ.M. Heydər Əliyev və Qafqazda sülh prosesi: Ali məktəblər üçün dərslik, Bakı: 

Çaşıoğlu, 2008, 670 s. 

3.

 

Məlikov R.M.(Ramiz Duyğun) Qalib gələcəkmi cahanda kamal. Bakı: Gənclik, 1998, 125 s. 



4.

 

Əliyev V.  Azərbaycan tarixi günbəgün. Bakı: Təknur MMC, 2008, 368 s. 



5.

 

Əhmədov E. Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində Azər-



baycan diplomatiyasının fəaliyyəti // Dövlət İdarəçiliyi, Bakı, 2004, N2 (6), s.137-147. 

6.

 



Prezident və Ali baş Komandan Heydər Əliyev bəyan etdi: son sözü xalq və Milli Məclis 

deyəcək. "Yeni Azərbaycan" qəzeti, Bakı, 2001, 24 fevral. 

7.

 

Həsənov  Ə.M. Azərbaycanın ABŞ  və Avropa dövlətləri ilə münasibətləri (1991-1996), 



Bakı: Elm, 2000, 367 s. 

8.

 



Məmmədov H.B. (Hikmət Baboğlu). İnsan hüquqları və azadlıqları (tarixi təkamül, beynəl-

xalq və politoloji aspektləri, Azərbaycan təcrübəsi). Bakı: Elm, 2006, 241 s. 




 

 

135



9.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi. Azərbaycanın xarici siyasəti. Sənədlər 



məcmuəsi. 2006 / Azərbaycan Prezidenti İlham Əliyev "Exo Moskvı" radiosuna müsahibə 

vermişdir, Bakı: GARİSMA MMC, 2008, 848 s. 



 

ИСТОРИЧЕСКАЯ ЗНАЧИМОСТЬ ДОСТИЖЕНИЯ ПЕРЕМИРИЯ МЕЖДУ  

АРМЕНИЕЙ И АЗЕРБАЙДЖАНОМ 

 

САБИР ШАХТАХТЫ (Гаджиев) 

 

РЕЗЮМЕ 

 

Данная статья посвящена исторической значимости миролюбивых усилий Прези-



дента Гейдара Алиева в направлении прекращении войны, начатой в 1988 году по при-

чине  очередной  захватнической  политики  Армении  против  Азербайджана.  Автор, 

опираясь  на  многочисленные  факты,  доказывает,  что  перемирие,  достигнутое 12 мая 

1994  года  между  Азербайджаном  и  Арменией,  заложило  основу  для  долгосрочного 

мира  на  всем  Южном  Кавказе.  Перемирие,  которое  было  достигнуто  Гейдаром 

Алиевым, позволило Азербайджану избежать "узкого места" и обеспечить безопасность 

страны.  Впервые  в  истории  формула  данного  конфликта  начала  называться  армяно-

азербайджанский,  Нагорно-Карабахский  конфликт  и  действительная  подоплёка  и 

реалии конфликта были достоверно доведены до мировой общественности. 

 

 



THE HISTORICAL IMPORTANCE OF ACHIEVING ARMISTICE 

BETWEEN ARMENIA AND AZERBAIJAN 

 

SABIR SHAHTAKHTI (Hagiyev) 

 

SUMMARY 

 

The article devotes to the historical significance of the President Heydar Aliyev's 



peacemaking efforts to eliminate the war initiated in early 1988 as Armenia's recurrent invasion 

policy vesrsus Azerbaijan. The author, using the multinumerous facts, proves that the cease-fire 

between Azerbaijan and Armenia reached on May 12, 1994 laid down a good platform for the 

long-term peace all around the Caucasus. The cease-fire reached by Heydar Aliyev enabled 

Azerbaijan to avoid "the bottleneck" and ensure the national security. First in the history the 

formula of the conflict was named as “Armenian-Azerbaijan Nagorno Karabakh Conflict” and 



its realistic backgound is being fully highlighted to the global community. 

                                         

 

Yüklə 67,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə