Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar



Yüklə 70,16 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü70,16 Kb.
#22104


BAKI 

UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar 

elmlər seriyası   

 

2014 

 

 



 

 

 

UOT 94(479.24) 

 

XX 

ƏSRİN  80-90-cı İLLƏRİNDƏ  

QAZAXISTANDA 

MİLLİ-AZADLIQ MÜBARİZƏSİ 

 

X.İ.İLYASOVA 

Gəncə Dövlət Universiteti 

xatire_ilyasova@mail.ru 

 

SSRİ-nin  dağılması  ərəfəsində  Qazaxıstanda  ictimai-siyasi  gərginliyin  artması  kütləvi 

etiraz 

dalğasının  genişlənməsinə  və  milli-azadlıq  hərəkatının  geniş  vüsət  almasına  gətirib 

çıxartdı.  Tələbə  hərəkatı  və  ictimai  birliklərin  meydana  gəlməsi  ilə  müstəqillik  uğrunda 



barizə daha kəskin xarakter aldı və16 dekabr 1991-ci ildə Qazaxıstan dövlət müstəqilliyini 

elan etdi. 

 

Açar 

sözlər:  müstəqillik,  sosial-ekoloji  problemlər,  milli-azadlıq  hərəkatı,  ictimai  bir-

liklər     

         

SSRİ-də və dünya sosializm sistemində iqtisadi, siyasi və sosial sahədə 

uzun 

müddət formalaşan böhran 1980-ci illərin sonlarında daha da kəskin xa-



rakter 

aldı.  Sovet  imperiyasının  çökməsi  ərəfəsində  Qazaxıstanda  da  yaran-

maqda  olan  ümumxalq 

narazılığı  özünü  açıq  formada  büruzə  verməsə  də,  

müstəmləkəçilik və sistemli assimliyasiya siyasətinə etiraz hərəkatının başlan-

ması üçün fürsət 1986-cı ilin sonlarında yarandı. Uzun illər Qazaxıstan Kom-

munist 

Partiyasına  rəhbərlik  etmiş  Dinməhəmməd  Kunayev  vəzifədən  azad 



edildi. 

Qazaxıstanın  müasir  tarixinin  tanınmış  simalarından  olan  D.Kunayevi 

“idarəetmədə  rüşvətxorluq  və  bürokratiyaya  yol  verməkdə  günahlandıraraq” 

işdən azad etmişdilər. 

D.Kunayev 

Qazaxıstanda  30  ildən  artıq  rəhbər  vəzifədə  çalışmışdı  və 

partiya idar

əçiliyində onun L.İ.Brejnev dövründə formalaşmış köhnə metodlara 

üstünlük  verm

əsi  hələ  Sov.İKP  rəhbərliyində  olarkən  Andropovun  diqqətini 

ç

əkmişdi.  O,  mövcud  reallıqlara  uyğun  fəaliyyətini  qura  bilmirdi.  Bu  sırada 



Sov.İKP MK-nın Baş katibi postuna K.Çernenkonun seçilməsi prosesi tormoz-

lamış oldu. Kunayevin işdən çıxarılma ərəfəsində  yaşı  yetmişi keçmişdi, psi-

xoloji  v

ə  fiziki  cəhətdən  yorulmuşdu.  Bu  baxımdan  Kunayevin  rəhbər  vəzi-

f

ədən  uzaqlaşdırılması  Qazaxıstanda  sakit  qarşılandı,  ancaq  birinci  katib  və-



 

102 



zif

əsinə rus millətindən olan Gennadi Kolbinin gətirilməsi vətəndaşların, xüsu-

s

ən də gənclərin etirazına səbəb oldu. Qazax cəmiyyətində mərkəzin kadr dəyi-



şikliyinə həyəcanlı reaksiya verilməsi, eyni zamanda, Özbəkistandakı proses-

l

ərlə bağlıdır. Məlumdur ki, Özbəkistanda da yerli partiya rəhbərliyinin dəyiş-



dirilm

əsindən sonra qondarma faktlar əsasında kütləvi represiyalarla müşahidə 

olunan  istintaq 

işi  başlanmışdı.  Belə  bir  aqibət  1986-cı  ildə  G.Kolbinin 

hakimiyy

ətə gəlişi ilə Qazaxıstanda da gözlənilirdi. O zaman İttifaqda narazı-

lıqların əsil səbəblərini gizlədərək bunu vəzifə dəyişikliyi ilə əlaqələndirməyə 

çalışırdılar.  1986-cı  ilin  17-19  dekabrında  Kunayevin  yerinə  Kolbinin  təyin 

edilm

əsinə  etiraz  əlaməti  olaraq  minlərlə  qazax  tələbəsi  Alma-Atada  mitinq 



keçirdi. 

Qarmaqarışıq  şəraitdə  iki  rus  növbətçisinin  öldüyü,  minlərlə  insanın 

x

əsarət  aldığı  bildirilirdi.  Dinc  nümayiş  iştirakçılarına  cəza  tədbirləri  tətbiq 



edildi.  G

ənc  demokrat  Kayrat  Rıskulbekov  mübarizə  rəmzi  kimi  tanındı. 

K.R

ıskulbekova dekabr hadisələrinə görə hakim partiya tərəfindən ölüm hök-



mü verildi. Kayrat mü

əmmalı şəraitdə həbsxanada öldü (1, 84-85). 

Nizam-

intizamı bərpa etmək üçün ilk dəfə olaraq ordudan istifadə edildi. 



Ümumiyy

ətlə, 1986-cı il Sovet tarixinə millətlərarası toqquşma ili kimi daxil 

oldu.  H

ələ  Qazaxıstan  hadisələrindən  bir  neçə  ay  əvvəl  mart-aprel  aylarında 

Yakutiyada yakut t

ələbələri ilə rus gəncləri arasında qarşıdurma olmuşdu.1986-

cı  ilin  dekabr  olayları  zamanı  küçələrə  çıxan  minlərlə  insanın  səsləndirdiyi  

“Kolbin, Rusiyaya geri dön”, 

”İstiqlal istəyirik!”, “Qazaxıstan qazaxlarındır!”, 

“Qazaxıstan  BMT-də  təmsil  olunmalıdır”  kimi  şüarlar  da  səslənmişdi  (2,42-

43). Bu da öz növb

əsində sovet partiya rəhbərliyinin ciddi narahatlığına səbəb 

olmuşdu, ancaq həmin vaxt dərhal yeni təyinat dəyişmək siyasi gərginliyi daha 

da  d


ərinləşdirə  bilərdi.  Etiraz  dalğasının  daha  da  qüvvətlənməsindən  ehtiyat 

ed

ən  sovet  rəhbərliyi  10  yanvar  1987-ci  ildə  Qazaxıstan  KP  MK-nın  ikinci 



katibi  v

əzifəsinə milliyətcə qazax olan S.Kubasovu gətirmək məcburiyyətində 

qaldı (6, 87). Hadisələrin bir daha təkrarlanmaması üçün DTK vasitəsilə işti-

rakçılar təqib olunmağa, həbs edilməyə başlandı. Alma-Ata olayları Orta Asi-

yada milli m

əsələnin ciddi olduğunu, rusların və onların timsalında imperiyaya 

nifr

ətin  getdikcə  dərinləşdiyini  göstərdi.  Tələbələrin  etiraz  hərəkatı  respubli-



kanın ictimai-siyasi həyatı üçün xarakterik olmayan dinamiklik yaratdı. Artıq 

ill


ərdən bəri yığılıb qalan problemlərin həll edilməsi yönümündə ictimaiyyətin 

t

ələblərindən doğan və ziyalıların rəhbərlik etdiyi çoxlu ictimai birliklər, qeyri-



hökum

ət təşkilatları meydana çıxdı (2, 43). 

1987-ci ild

ə Qazaxıstanda müstəqil təşkilatlar yarandı. Bu təşkilatlar içə-

risind

ə cəmiyyətin həyatında tez bir müddətdə aparıcı rol oynamağa başlayan 



“T

əşəbbüs”  Sosial-Ekoloji  Birliyini,  Balxaş  və  Aral  problemləri  üzrə  İctimai 

Komit

əni  misal  göstərmək  olar  (4,  87).  Bütövlükdə  cəmiyyətin  getdikcə  de-



mokratikl

əşməsi  və  inzibati-amirlik  sisteminin  laxlaması  yeni  ictimai-siyasi 

h

ərəkatların  formalaşması  və  inkişafını  stimullaşdırırdı.  Siyasi  arenaya  atom 



əleyhinə hərəkat “Neveda-Semipalatinski”nin qədəm qoyması qazax cəmiyyə-

tinin 


inkişafının yeni mərhələsi demək idi.  Hərəkata görkəmli yazıçı və ictimai 

 

103 




xadim  Oljas  Süleymenov  r

əhbərlik  edirdi.  SSRİ-nin  dağılması  ərəfəsində  ya-

ranmış  ictimai  təşkilatların  məhz  sosial-ekoloji  problemlərin  həlli  tələbi  ilə 

çıxış etməsi təbii idi. Hələ Sovet İttifaqının tərkibində olduğu dövrdə Mərkəzi 

Asiyanın ekoloji durumunun getdikcə ağırlaşması müşahidə olunurdu. Bunun 

başlıca  səbəbi  isə  yerli  şəraitin  imkanlarını  nəzərə  almadan  kütləvi  şəkildə 

k

ənd  təsərrüfatı  bitkilərinin  əkilməsi,  əkin  sahələrinin  süni  surətdə  genişlən-



dirilm

əsi,  istər  SSRİ,  istərsə  də  Çin  tərəfindən  yeraltı,  yerüstü  və  səmada 

yüzl

ərlə nüvə silahının sınaqdan çıxarılması və s. olmuşdur. 



Ekoloji 

tarazlığın  pozulmasının  nəticəsidir  ki,  Orta  Asiya  respublikaları 

keçmiş  İttifaq  miqyasında  həmişə  uşaq  ölümünə  görə  ilkin  yerləri  tuturdu, 

n

əsillərin  cırlaşma  prosesi  intensiv  xarakter  alır,  onkoloji  xəstəliklərin  sayı 



artırdı. Elə buna  görə də, regionda  yerləşən dövlətlərin qarşısında duran  əsas 

m

əsələlərdən  biri  də  təbii  tarazlığı  qoruyub  saxlamaq,  ekoloji  problemlərin 



h

əlli üçün birgə səy göstərməkdir. Regionun ayrı-ayrı yerlərində SSRİ dəfələrlə 

nüv

ə  silahını  sınaqdan  keçirib.  2002-ci  ildə  mərkəzi  ofisi  Surrey  qraflığında 



yerl

əşən  Britaniya  Onkoloji  Mərkəzinin  mütəxəssisləri  SSRİ-nin  bir  neçə  on 

ill

ər nüvə silahlarının sınaqdan keçirdiyi Semipalatinsk poliqonu yaxınlığında 



yaşayan insanlar üzərində tibbi ekspertiza aparıblar. 1949-1989-cu illər ərzində 

Sovet 


İttifaqı Semipalatinskdə 470 atom bombasını sınaqdan keçirib – onlardan 

354-ü yer 

altında, 90-ı havada, 26-sı isə yerin təkində partladılıb. 40 il ərzində 

partlayışların  ümumi  çəkisi  17  milyon  kiloton  olub.  Radioaktiv  tullantıların 

poliqonun 

yaxınlığında yaşayan yaşlı və uşaqların səhhətinə mənfi təsir etməsi 

bar

ədə  geniş  ictimaiyyətin  heç  bir  məlumatı  olmayıb.  Sınaqlar  keçirilən  vaxt 



SSRİ-nin  tibb  mütəxəssisləri  gizli  qaydada  həm  Semipalatinskdə,  həm  də 

poliqondan  150  km  k

ənarda  məskunlaşmış  əhali  üzərində  tibbi  müşahidələr 

aparıb. Ancaq əldə olunan bütün nəticələr gizli saxlanılıb. Britaniya alimlərinin 

verdikl

əri  açıqlamalara  görə,  nüvə  silahının  sınaqdan  keçirilməsi  nəticəsində 



nüv

ə  çöküntüsü  yaranmış  zonalarda  insanlarda  gen  dəyişmələri  müşahidə 

olunur. 

Artıq BMT tərəfindən Semipalatinsk xüsusi təhlükə zonası hesab edilir. 

Qeyd  ed

ək ki, Semipalatinskdən uzaq olmayan,  Qazaxıstanla sərhəddə  yerlə-

şən,  uyğur  türklərinin  yaşadığı  Çinin  Sintszyan  vilayətində  də  nüvə  sınaqları 

keçirilm


əkdədir. Burada, 11-i yer altında olmaqla, 44 dəfə partlayış törədilib. 

Kolbin  Moskvada 

başqa  vəzifəyə  təyin  olunduqdan  sonra  1989-cu  il 

iyunun 22-d

ə Nursultan Abış oğlu Nazarbayev Qazaxıstan KP MK-nın birinci 

katibi  seçildi.  Nazarbayevin  qazax  türkl

ərinin qəlbində bir lider olaraq özünə 

yer  etm


əsini şərtləndirən amil dil məsələsi ilə bağlı olmuşdu. Sovetlərin uzun 

zaman  dön

əmində  həyata  keçirdiyi  mədəni  istila  və  assimilyasiya  siyasəti, 

dig


ər tərəfdən, yerli qazaxlardan sayca çoxluq təşkil edən rus gəlmələrinin bu-

rada yerl

əşdirilməsi nəticəsində uzun illər rus dili Qazaxıstanın rəsmi dili kimi 

istifad


ə olunurdu. Nazarbayev 1989-cu ilin sentyabr ayında qazax türkcəsinin 

respublikanın dövlət dili elan olunmasına nail oldu. Artıq bundan sonra qazax 

türkü öz ölk

əsində ana dilindən rəsmi səviyyədə istifadə edə biləcəkdi (7, 187). 

 

104 



Uzun ill

ər rus dili və mədəniyyətinin təsiri altında olan və incidilən qazax 

türkl

əri milli mənliyinin qorunmasında xidməti olan Nazarbayevə böyük hör-



m

ət  və  ehtiramla  yanaşırlar.  Mərkəzdə  gedən  proseslər,  “yenidənqurma”nın 

sovet  c

əmiyyətinə  bəxş  etdiyi  yumşalma,  bürokratik  dövlət  aparatının  artıq 

inzibati-amirlik 

metodları ilə işləyə bilməməsi Qazaxıstanda da geniş əks-səda 

doğurmuşdu (8, 19). Bu ərəfədə 1990-cı ilin martında XII çağırış Qazaxıstan 

Ali  Sovetin

ə  seçkilər  keçirildi.  Bu,  hələ  inzibati-amirlik  sisteminin  öz  təsir 

imkanlarını  qoruyub  saxladığı  bir  şəraitdə  keçirilən  ilk  demokratik  seçki  idi. 

360  deputat 

mandatı uğrunda iki mindən artıq adam iştirak edirdi. Seçkilərdə 

ictimai  t

əşkilatların  90-dan  artıq  nümayəndəsi  qələbə  çaldı.  1990-cı  ildən 

başlayaraq,  respublikada  siyasi  vəziyyət  köklü  surətdə  dəyişdi.  İctimai-siyasi 

h

ərəkatlar  institutlara,  birinci  növbədə  Qazaxıstan  KP-nin  hakim  strukturuna 



t

əsir  etməyə  başladı.  Rəhbərliyi  iqtisadiyyatda  yaranmış  böhranda  və  həyata 

keçiril

ən  islahatlarda  qarşıya  çıxan  uğursuzluqda  ittiham  edirdilər.  Bu  zaman 



KP  daxilind

ə də fikir ayrılıqları baş qaldırmışdı və partiyanın özünün islahat-

lara  ciddi  ehtiyac  duy

ması  barədə  açıq-aşkar  fikirlər  səslənirdi.  Cəmiyyətin 

demokratikl

əşmə  kursunun  mahiyyətində  siyasi  sistemdə  xalq  nəzarətinin 

artırılmasını  təmin  etmək  dayanırdı.  Məhz  belə  şəraitdən  faydalanaraq  yeni 

partiyalar siyasi arenaya 

çıxdı. 

“Azat”, “Jeltoksan”, 



“Alaş”, “Birlik”, Sosial-demokrat partiyasi və s. Ye-

ni ictimai birlikl

ərin yaranması öz növbəsində ictimai təşkilatların fəaliyyətini 

t

ənzimləyən  hüquqi  bazanın  formalaşdırılmasını  zəruri  edirdi.  Bununla  əla-



q

ədar olaraq 1989-cu ilin 14 aprelində Qazaxıstan SSR Ali Soveti “Müstəqil 

ictimai  birlikl

ərin  yaradılması  və  fəaliyyəti  haqqında”  qanun  qəbul  etdi.  Ali 

Sovetin 1991-ci ilin 

yayında qəbul etdiyi ”İctimai birliklər haqqında” qanunla 

is

ə  respublikada  ictimai  birliklərin  inkişafını  stimullaşdıran  hüquqi  baza 



formalaşmış oldu. 

1991-ci ilin 19 avqustunda  Moskvada dövl

ət çevrilişinə cəhd və Dövlət 

Fövq


əladə Vəziyyət Komitəsinin yaranması (DFVK) SSRİ-nin süqutunu sürət-

l

əndirdi,  eyni  zamanda  müttəfiq  respublikalarda  milli-azadlıq  hərəkatının 



vüs

ətlənməsinə təkan verdi. Bu zaman DFVK-nin qərarlarına tabe olmayacağı-

nı bildirən N.Nazarbayev xalqına müraciət etdi (3, 270). Suveren respublikanın 

prezidenti 

xalqın təbii tələbatından doğan bir sıra fərmanlar verdi: “Qazaxıstan 

SSR T


əhlükəsizlik Şurasının yaradılması haqqında”, “Qazaxıstan SSR Qızıl və 

Almaz  fondunun 

yaradılması  haqqında”,  “Semipalatinsk  nüvə  poliqonunun 

bağlanması haqqında” və s. 

1991-ci  ilin 

sentyabrında  isə  Qazaxıstan  KP-nin  buraxılması  haqqında  

q

ərar  qəbul  edildi.  SSRİ-nin  əksər  türkdilli  respublikalarında  olduğu  kimi, 



burada  da  yerli  partiya  öz  strukturunu  qoruyub  saxlaya  bildi, 

başqa sözlə, cə-

miyy

ətdə gedən proseslərin gedişində müəyyən keyfiyyət dəyişikliklərinə keç-



m

əklə hakim mövqenin qorunub saxlanılmasına nail olundu. Ölkədə çoxsaylı 

ictimai-siyasi  h

ərəkatlarla  yanaşı,  Qazaxıstan  KP  daxilində  də  islahatameylli 

yenilikçi qüvv

ələr mövcud idi.  

 

105 



16  dekabr  1991-ci  ild

ə  Qazaxıstan  dövlət  müstəqilliyini  elan  etdi.  Ali 

Sovet 

“Qazaxıstan Respublikasının dövlət müstəqilliyi haqqında” qanun qəbul 



etdi. 

SSRİ-nin dağılmasından sonra  Qazaxıstan Sovet Sosialist Respublikası, 

postsovet  m

əkanında  dövlət  müstəqilliyini  elan  edən  sonuncu  ölkə  oldu.  Bu 

tarixi hadis

ədən bir neçə gün öncə isə dekabrın 1-də Qazaxıstanın tarixində ilk 

d

əfə  olaraq,  respublikada  ümumxalq  səsverməsi  yolu  ilə  birinci  prezident 



seçkil

əri  keçirildi.  Seçkilərdə  Nazarbayevə  alternativ  namizədliyi  irəli  sürül-

müş X.Koyəhmədovu “Jeltoksan”, ”Alaş”, ”Azat” və başqa ictimai siyasi bir-

likl


ər  dəstəkləyirdi.  Seçkilərdə  N.Nazarbayev  qələbə  çaldı.  Qazaxıstan  prezi-

denti ümumxalq s

əsverməsi yolu ilə yeddi illiyə seçilir. Qazaxıstanda son pre-

zident  seçkisi  2011-ci  il  l4  fevralda 

keçirilmiş  və  N.Nazarbayev  yenidən 

prezident 

seçilmişdir.

 

1992-ci  il  4  iyunda 



“Qazaxıstan Respublikasının dövlət 

bay


rağı  haqqında”  qanun  qəbul  olundu.  Qazaxıstan  Respublikasının  dövlət 

bayrağı  kvadrat  şəkilli  mavi  qumaşdan  hazırlanır.  Bayrağın  ortasında  32  işıq 

şüasından ibarət olan  günəş və onun altında da  bozqır qartalı, sol tərəfdə isə 

milli motivl

ərdən ibarət şaquli bir xətt yerləşir. Günəş, milli motivlər, işıq şüa-

ları  və  qartal  təsvirləri  qızılı  rəngdədirlər.  Mavi  türkçülüyü  ifadə  edir,  günəş 

h

əyat mənbəyi, qartal heyvandarlığa işarədir.



 

Qazaxıstan Respublikasının  milli 

gerbi  1992-ci  il  4  iyun  tarixind

ə yaranmışdır. Ölkənin dövlət dili Türk dilləri 

ail

əsinə  mənsub  olan  Qazax  dilidir.  Bundan  əlavə  rəsmi  dil  rus  dilidir.  Qa-



zaxıstan  Respublikasında  qeydiyyatdan  keçmiş  85  dini  qurum  fəaliyyət  gös-

t

ərir. Lakin əsas din İslam dinidir və əhalinin 60 %-i bu dinə etiqad edir. Qa-



zaxıstan  siyasi  sisteminin  mühüm  komponenti  olan  Konstitusiyanın  1993-cü 

ilin 28 


yanvarında  qəbul olunmasına baxmayaraq, sonradan cəmiyyətdə siyasi 

münasib


ətlərin gərginləşməsi, xüsusən də hakimiyyətin qolları arasında böhran 

bura  bir 

sıra  yeni,  mindən  çox  təklif  bildirilmişdi.  Konstitusiya  komissiyası 

ir

əli sürülən bütün təklifləri nəzərdən keçirmiş və təkliflərin böyük bir hissəsi 



layih

ənin yekun variantında öz əksini taparaq 1993-cü ilin 28 yanvarında XII 

Çağırış  Qazaxıstan  Respublikası  Ümumxalq  Məclisinin  doqquzuncu  sessiya-

sında qəbul olunmuşdur.  

 

ƏDƏBİYYAT 

1.İsmayılov İ. Türk dünyası XX əsrin 90-cı illərində. Bakı: Zaman, 2001 

2.Məmmədli N. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə. Bakı: 2005 

3. Nazarbayev N. 

Yüzyılların kavşağında. Ankara: Bilig, 2000  

4. Saray M.  Yeni Türk Cümhuriyyetleri tarihi. Ankara: Bilig, 1999  

5.  Özdemir,  Emin. 

20.Yüzyılın  Başlarında  Kazakistanda  Fikir  Hareketleri,Yayınlanmamış  

Doktora Tezi, Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü, Ankara: 2007   

6. Muhtar Sahanov. Jeltoksan  

Epopeyası.bd, Almatı: 2006 

7. Ali  


Kafkasyalı.  Bağımsız lıklarının   20.Yılında Kazakların İstiklal Mücadelesi Tarihine Bir 

Bakış.Türk Dünyası Dncelemeleri Dergisi, XII/1, 2012          

8.Ergin  Ayan.  Kafkaziya  ve  Türküstanda  Ulus-Devletler  Sistematinin 

Oluşma Süreci. Sosyal 

Bilimler 

Araştırmaları Dergisi, 2011 

   

 

106 




НАЦИОНАЛЬНО-ОСВОБОДИТЕЛЬНАЯ БОРЬБА В КАЗАХСТАНЕ  

В 80-90-х ГОДАХ ХХ ВЕКА 

 

Х.И.ИЛЬЯСОВА 

 

РЕЗЮМЕ 

 

Накал общественно-политической напряженности в Казахстане накануне распада 



СССР привело  к  усилению  национально-освободительного движения.  Образование об-

щественных  организации  и  студенческое  движение  еще  больше  усилило  борьбу  и  16 

декабря 1991 года Казахстан объявил государственную независимость. 

 

Ключевыe  слова:  независимость,  социально-экологические  проблемы,  нацио-

нально-освободительное движение, общественные организации. 

 

 

NATIONAL-FREEDOM STRUGGLE IN KAZAKHSTAN  



IN THE 80-90S OF THE XX CENTURY 

 

Kh.I.ILYASOVA 

 

SUMMARY 

 

Increase  of  public-  political  tension  in  Kazakhstan  on  the  eve  of  the  collapse  of  the 

USSR  resulted  in  widening  of  mass  protest  waves  and  spreading  of  national-freedom  move-

ment.  Creation  of  student  movements  and  public  unions  influenced  the  struggle  for  freedom 

more ardently and on December 1991, Kazakhstan declared its state independence. 

 

Key  words:  independence,  social-ecological  problems,  national-freedom  movements, 

public unions 



 

107 

Yüklə 70,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə