Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar



Yüklə 50,18 Kb.
Pdf görüntüsü
tarix08.03.2018
ölçüsü50,18 Kb.
#30836


 

 

102



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4  

 

Humanitar 

elmlər seriyası    

2010 

 

 

 

ORTA ƏSR BAKI ŞƏHƏRİNDƏ ZƏRGƏRLİK 

 SƏNƏTİNİN INKIŞAFI HAQQINDA 

 

B.Ə.RƏCƏBOVA 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 

selavi 81 @-mail.ru 

 

Məqalə Bakı şəhərində arxeoloji qazıntılar nəticəsində əldə olunmuş zərgərlik məmu-



latlarına həsr olunmuşdur. 

Maddi – mədəniyyət nümunələrinə əsasən müəyyən olunmuşdur ki, orta əsrlər dövrün-

də Bakıda digər sənət sahələri ilə yanaşı zərgərlik sənəti də öz inkişafını davam etdirmişdir. 

 

Qədim insan məskənlərindən biri olan Abşeron yarımadası  və Bakı  şəhərində 



sənətkarlığın tarixi çox qədim dövrlərə gedib çıxır. Bunu müxtəlif illərdə Abşeronda 

aparılan arxeoloji qazıntı  işləri nəticəsində  aşkara çıxarılmış maddi-mədəniyyət 

nümunələri də təsdiqləyir. Bu ərazidə uzun illər arxeoloji qazıntı işləri aparan Q.Asla-

novun apardığı qazıntılarda müxtəlif zərgərlik məmulatları da aşkar olunmuşdur. 

Bunların arasında Mərdəkan və  Şüvəlan arasında yerləşən Ağdan düzündə tunc 

dövrünə aid olan tunc kəmər tapılmışdır (1; inv. 5782). Xüsusilə son illərdə  arxeoloq 

İ.Əliyevin başçılığı altında AMEA-nın təşkil etdiyi Abşeron arxeoloji ekspedisiyası 

tərəfindən bir sıra zinət  əşyaları  aşkar olunmuşdur. Abşeron mayakı  ətrafında 

aparılmış qazıntı  işləri zamanı 2 №-li daş qutu qəbirdən tunc üzük, sancaq, asma, 

muncuq; 4 №-li daş qutu qəbirdən 38 əqiq və 22 ədəd qarnıyarıq (kamri) aşkar 

olunmuşdur ki, bunların dövrü b.e. ə. VIII-VI əsrlərə aiddir (3, 115-119). 

Abşeron yarımadasında yerləşən Bakı şəhərində də zərgərlik sənətinin özünə-

məxsus inkişafı olmuşdur. Hər hansı bir sənət sahəsinin yaranması üçün, ilk növbədə

əlverişli coğrafi  şərait və xammal bazasının olması vacib şərtlərdən biridir. Çox əl-

verişli təbii coğrafi şəraitdə yerləşən Bakı şəhəri istər dəniz, istərsə də quru yollarla 

dünyanın müxtəlif ölkələri ilə  əlaqə  saxlamışdır. Eyni zamanda bu ərazi zərgərlik 

sənətinin inkişafına təsir göstərə bilən bir çox xammalla da zəngin olmuşdur. Bu 

haqda bəzi mənbələrdən də məlumat əldə etmək mümkündür. 

S.Aşurbəyli  ərəb səyyahlarından  Əbu Həmid  əl  Əndəlusi  əl Qərnatiyə istinad 

edərək yazır: «O, Bakı yaxınlığında yerləşən adanı (Pir-Allahı) təsvir edir. Buradan  

qara kömür rəngində acı, iyli su, bu su ilə birlikdə oradan sarı misə oxşar dördkünc 

formalı daşlar çıxır.  İnsanlar bu daşlardan tərəzi daşları hazırlayırdılar. Digər yerdə 

isə  Əl-Qərnati yazır ki, bu daşlardan kəhrəbaya bənzər sarı  rəngli muncuqlar ha-

zırlayır və onları dünyanın bütün yerlərinə aparırdılar. O, həmçinin yazır ki, Xəzər 

sahillərində və onun adalarında müxtəlif formalı məhək daşları çıxarılırdı. Bu məhək 

daşlarından qızılişləmə ustaları  qızıl məmulatının hazırlanmasında istifadə etmişlər» 

(4, 174). Çünki hər hansı bir ərintinin tərkibində xalis qızıl və gümüşün miqdarını 

müəyyən etmək «əyar sistemi» adlanan xüsusi ölçü vahidi tətbiq edilirdi. 




 

 

103



Qızıl və gümüşün  əyarı, adətən məhək daşı vasitəsilə müəyyən olunurdu. Bu 

daşın istifadə olunması, şəhərdə  zərgərlik emalatxanalarının olması, şəhər əhalisinin 

zərgərlik məmulatlarından geniş istifadə etməsini göstərir. 

Arxeoloji qazıntılar nəticəsində Bakıdan bir sıra zərgərlik məmulatları tapılmış-

dır. Bunların arasında müxtəlif üzüklər, bilərziklər, sırğalar, sancaqlar, toqqalar var 

idi (8, 46-60). 

Bu məmulatlar öz əksini F.İbrahimovun «Bakıda metalişləmə tarixi» adlı əsə-

rində tapmışdır. Hətta bakılı zərgərlər qızıl suyuna çəkmək əməliyyatı ilə də məşğul 

olmuşlar. Bakıda, İçəri şəhərdə arxeoloji qazıntılar nəticəsində arxeoloq Ö.S.İsmizadə 

tərəfindən qızılı  rəngdə toz aşkar edilmişdir. Bu toz XI-XII əsrlərə aid olan saxsı 

qabın içərisindən tapılmışdır. Bu qızıl tozunun tapılması onu təsdiq edir ki, ustalar 

əridilmiş misə qızılı toz qataraq həmin ərintini «qızıla» çevirə bilirdilər (11, 130). 

Orta əsrlər dövründə Bakı inkişaf etmiş şəhərlərdən biri idi. Burada digər sənət 

sahələri ilə yanaşı  zərgərlik sənəti də öz inkişafını davam etdirməkdə idi. Zərgərlik 

emalatxanaları şəhərdə ayrıca cərgələrdə yerləşirdi. Zərgərlik emalatxanalarında usta-

lar masa üzərində  işləyirdilər. Onların sağ  əlinin altında başlıca  əmək alətləri, sol 

tərəfində qəlib, tərəzi, ehtiyat puta, ləkağacı və az işlənən digər istehsal ləvazimatları 

yığılırdı. 

Etnoqrafik müşahidələr zərgərlik emalatxanalarında metalın  əridilməsi prose-

sini də izləməyə imkan vermişdir. Bütün bunlar orta əsrlərdə metalın  əridilməsində 

fərqli dəyişikliyin olmadığını deməyə əsas verir. Bakılı ustalar əritməni kömürlə qız-

dırılmış kürələrdə icra edirdilər. Kürəyə «körük» vasitəsilə hava vurulur və bunun 

nəticəsində alovu azaldıb, çoxaltmaq mümkün olurdu. Kürələrdə istifadə edilən 

kömür isə xüsusi ağac növündən hazırlanırdı. Zərgərlik məmulatlarının hazırlan-

masında zərgər kürəsinin də xüsusi yeri vardır. Bu girdə formalı ocaq qurğusu 

məxsusi olaraq seçilmiş sarı gildən düzəldilirdi. Körüyün aşağı hissəsinə bərkidilmiş 

lülə odluğa fasiləsiz hava üfürülürdü. Körüyün özü isə bütöv soyulmuş  və yaxşı 

aşılanmış keçi dərisindən düzəldilirdi. Dərinin arasına bir cüt əl taxtası  bərkidilir, 

boğazı isə  dəmir lüləyə birləşdirilirdi.  Əl taxtaları açılıb yumulduqca dəriyə dolan 

hava dəmir lülə vasitəsi ilə kürəyə ötürülür və burada yanma prosesini sürətləndirirdi. 

Adətən, işlədilən körük və kürə 12-15 il ustaları təmin edirdi. 

Zərgərlərin istifadə etdikləri putalar sarı gildən düzəldilirdi. Tərkibinə pambıq 

qatılmış sarı gili təxminən bir həftə  ərzində çəkiclə döyüb yetişdirir, onun nəmliyini 

itirirdilər. Tam yetişdirilmiş gil qatışığı göyümsov rəng alırdı. Bundan sonra gil qatı-

şığından müvafiq formalarda putalar düzəldilir, kölgədə qurudulur və kürədə bişirilir-

di. Sənətkar alətləri və emalatxana ilə yanaşı zərgərlik sənətində başlıca məsələ zinət 

əşyalarının istehsalı üçün xammalın əldə edilməsi olmuşdur. 

Azərbaycanın digər bölgələri ilə müqayisədə bakılı zərgərlər xammalı satınal-

ma yolu və yaxud sifarişçinin təqdim etdiyi xammal əsasında yerinə yetirmişlər. Orta 

əsrlərdə  zərgərlər  ən çox qızıl və gümüş kimi qiymətli metallardan məmulatlar 

hazırlayırdılar. Bunu İçəri  şəhərdən və  qədim müsəlman qəbirstanlığından tapılan 

zərgərlik nümunələrinə əsasən də müəyyən etmək olur. 

1946-cı ildə Bakıda  Şirvanşahlar sarayının məqbərəsində aparılmış arxeoloji 

qazıntılar nəticəsində bir cüt qızıl sırğa tapılmışdır. Bu sırğa  dairəvi halqadan ibarət 

olub, hörülmüş  məftillərdən ucları  kəsik formada hazırlanmışdır. Sırğanın halqa 

hissəsinə ürək formasında çəhrayı rəngli, yaxşı cilalanmış qaş salınmışdır. Qaş halqa 




 

 

104



hissəyə mis məftillər vasitəsi ilə bərkidilmişdir. Digər sırğanın qaşı isə düşmüşdür. Bu 

sırğa 1 saylı qəbir abidəsindən aşkar olunmuşdur. Dövrü XV əsrə aiddir (2, 10). 

Bakıda qədim müsəlman qəbirstanlığından da iki ədəd gümüş və bir ədəd qızıl 

sırğa tapılmışdır. Qızıl sırğanın qulağa keçirilən hissəsi sual işarəsi formasında olub, 

üzərində  zərb üsulu ilə nöqtələr vurulmuşdur. Sırğanın asma hissəsi isə bir növ 

ayparanı xatırladır. Qulağa keçirilən hissə asmanın ortasına bənd edilmişdir. Bu 

sırğanın dövrünü XIV əsrə aid etmək olar (13, 172). Oxşar sırğalar Azərbaycanın 

digər orta əsr abidələri üçün xarakterikdir (9, 106). 

Şirvanşahlar sarayının məqbərəsində aparılan qazıntılar zamanı  qəbirdən bir 

ədəd qızıl sancaq da tapılmışdır. Geyim bəzəyinə daxil olan bu sancaq altıləçəkli gül 

formasında olub, üzəri cilalanmış yaqut daşları ilə  bəzədilmişdir. Yüksək  əyarlı 

qızıldan olan bu sancağın orta hissəsinə firuzə daşından olan qaş salınmışdır. Sanca-

ğın diametri 1,5 sm, uzunluğu isə 3,8 sm-dir. Tapılan digər maddi-mədəniyyət nümu-

nələrinə əsasən sancağı XV əsrin ortalarına aid etmək olar (8, 56). 

Digər qızıl sancaq isə müsəlman qəbirstanlığından  əldə olunmuşdur. Sancağın 

baş hissəsi şəbəkə formasında hazırlanmış və qızıl məftillə hörülərək bir növ tacvari qa-

barıq şəkildə hazırlanmışdır. Bakıda aparılan arxeoloji qazıntı işləri nəticəsində qızıl və 

gümüş bəzək əşyaları ilə yanaşı xeyli miqdarda mis üzüklər aşkar olunmuşdur (8, 56). 

Bu üzüklərin bəzilərinin qaşı  əqiq, firuzə  və dağ büllurundan hazırlanmış, di-

gərlərinin qaşları isə metaldandır. Metalqaşlı üzüklərin qaşları düzbucaqlı, çoxbu-

caqlı, dairəvi və badamvari formalıdır. Üzüklərlə yanaşı bilərziklər, asma medalyon-

lar toqqa və toqqa bəzəkləri də bakılı  sənətkarların hazırladıqları  bəzəklərdəndir. 

Bütün bu zərgərlik məmulatının hazırlanmasında ustalar müxtəlif üsullardan istifadə 

etmişlər. Bu üsullar arasında qəlibkarlıq, şəbəkə, qarasavad, məftilçəkmə, minasazlıq 

kimi üsulları göstərmək olar. 

Azərbaycanın digər şəhərlərinə nisbətən Bakıda zərgərlər şəbəkə və minasazlıq 

üsullarına daha yaxşı yiyələnmişdilər. 

Şəbəkə üsulu ilə kəmər, boğazaltı, bilərzik, sırğa kimi zərif zinət məmulatı ha-

zırlanırdı.  İstehsal texnologiyasına görə  ən mürəkkəb iş prosesindən ibarət olan 

şəbəkə texnologiyasının ilk mərhələsi «məftil çəkmə» və ya «simçəkmə» adlanırdı. 

Azərbaycanda qızıl və gümüş  vərəqədən simçəkmə  əməliyyatının tarixi çox qədim 

dövrlərə gedib çıxır. Tunc dövrünün ilk və orta inkişaf mərhələsində meydana gələn 

şəbəkə üsulu (5, 97) orta əsrlər dövründə də öz inkişafını davam etdirmişdir. Məftil-

çəkmə üçün xüsusi alət «həddə»dən istifadə edilir. Kərpic formasında olan möhkəm 

metaldan hazırlanmış bu alət yastıdır. Yan tərəfində  əvvəlcə bir qədər iri, getdikcə 

diametri kiçilən deşiklər açılmışdır. Qızıl kütləsi  əvvəlcə iri diametrli deşiklərdən, 

sonra isə kiçik diametrli deşiklərdən dartılır və beləliklə, nazikləşərək tük kimi telə 

çevrilir. Sonra «eşən» adlanan alətin üzərində  eşilir, üç-dörd qatdan olan tellər 

birləşdirilərək bir məftilə çevrilirdi. Daha sonra eşmə növləri hazırlanırdı ki, bunlar da 

müxtəlif qruplara ayrılırdı.  Şəbəkəçilikdə  bəzək məmulatı müxtəlif bəzək ünsür-

lərindən əmələ gətirildiyindən onların hər biri üçün müvafiq eşmə növü hazırlanırdı. 

Bakı zərgərləri «vov» adlanan mikrometrik ölçülü ən nazik və zərif tellər vasitəsi ilə 

nəqş ünsürlərinin ara boşluqları doldurulurdu. İkinci qrup eşmələr nisbətən qalın 

olmaqla haşiyə bəzəyində işlənirdi. 




 

 

105



«Haşiyə gəzmələri adlanan bu qrup eşmələr cızma, burma və ya hörmə yolu ilə 

dekorativ  şəkildə  işlənəndən sonra onlardan «hörük, hörükburuq», «caharqat», 

«zəncirə», ilan-tac və s. adlı şəbəkə ünsürləri düzəldilirdi (6, 380). 

Üçüncü və dördüncü qrup eşmələr isə zinətin özülü üçün hazırlanırdı (12, 210). 

Zinətin növündən asılı olaraq özülü üçün bəzək ünsürlərinin dekorativ  tərtibatı  hər 

dəfə dəyişdirilirdi. Buna müvafiq olaraq şəbəkəçilik sənətində «həyətlik», «əncamə», 

«divarə», «bəndəm» və s. kimi bir-birindən fərqli dekora malik bəzək ünsürlərindən 

istifadə olunurdu (7, 13). Şəbəkə məmulatının tamamlanması «bəndləmə» əməliyyatı 

ilə sona çatırdı. Şəbəkə hissələri, lehimləmə üsulu ilə bir-birinə bənd edilirdi. 

Bakı zərgərliyində qədim üsullardan biri də minasazlıq olmuşdur. «mina» sözü 

fars dilindəki «minur» sözündən götürülmüşdür ki, bu da «işıqlanan», «işıq saçan» 

mənasını ifadə edir. 

Mina odadavamlı metal duzlarından hazırlanmış qələvidən ibarət olub, fırça ilə 

məmulatın üzərinə yaxılırdı. Məmulat bir neçə  dəfə odda bişiriləndən sonra mina 

bərkidilib sabitləşir (6, 413) və  şüşə keyfiyyəti kəsb edirdi. Minasızlığın  ən çətin 

sahələrindən biri pərdəli minadır. Pərdəli mina işi Bakı  şəhəri ilə yanaşı  Təbriz və 

Naxçıvanda da inkişaf etmişdir. 

Zərgərlik məmulatının xalqın içərisində özünə geniş yer tutmasını bir sıra 

məzar daşları üzərində həkk olunmuş nümunələr də sübut edir. Bunlardan Bakıda Qız 

qalası yaxınlığından tapılmış məzar daşlarını göstərmək olar (10, 184-199). 

Bu qəbir daşlarının üzərində müxtəlif bəzək  əşyalarının təsviri ilə yanaşı 

zərgərlərin istifadə etdikləri müxtəlif naxışları da görürük. 

Digər məzar daşlarından birinin üzərində qadın zinətlərinin təsviri daha qabarıq 

verilmişdir. Bu daşın səthi tağ formasında işlənmişdir. Tağın başında dörd yarpaqlı 

qabarıq gül naxışı vardır. Onun sağ və solunda günəşə oxşar iri dairə şəkli verilmişdir. 

Tağ formalı  səthin yuxarı hissəsində sağ  tərəfdə daraq, solda isə bir cüt sırğa və 

həmin cərgədə bir cüt üzük təsviri verilmişdir. Üzüklərdən bir qədər aşağı bir ədəd 

bilərzik şəkli vardır. Daşın aşağı tərəfində əl güzgüsünün təsviri verilmiş, bunun sağ 

və solunda yenə  də bir üzük göstərilmişdir. Həmin üzüklər çox aydın təsvir 

edildiyindən, onların qaşları də nəzərə çarpır. Daşın üzərində gülabdan, sürmə milçəsi 

və qaytana düzülmüş piləklər də verilmişdir. Təsvirdən aydın olur ki, bu varlı ailəyə 

məxsus gənc qadın qəbridir. Oxşar məzar daşları Azərbaycanın digər orta əsr 

abidələrindən də tapılmışdır. Bakı  şəhərində  zərgərlik sənətinin sonrakı inkişafına 

əsasən demək olar ki, bu sənət növü orta əsrlər dövrünün zərgərliyi əsasında inkişaf 

etdirilmişdir. 

 

ƏDƏBİYYAT 

1.

 



Aslanov Q.M. 1963-cü ildə Abşeronda aparılmış arxeoloji qazıntı işlərinin hesabatı. MEA 

TİE Arxivi. İnv. 5782. 

2.

 

Асланов Г.М. Голубкина Т.И. Садыхзаде Ш.Г. Золотые и серебряные предметы из 



археологических раскопок Азербайджана. Баку: АН Азерб. ССР, 1966, 72 с. 

3.

 



Алиев И.Н. Результаты археологических работ вокруг Абшеронского маяка / Мате-

риалы конференции по археологии и этнографии // Международная научная конфе-

ренция 11-12 сентября, 2008, с. 115-119. 

4.

 



Ашурбейли С. Государство Ширваншахов. Баку: Элм, 1993, 304 с. 

5.

 



Avşarova  İ.P.  Xocalı-Gədəbəy  mədəniyyəti  tayfalarının  bədii  tunc  məmulatı  (e.ə.  XIV-

VII əsrlər). Bakı: Nurlan, 2007, 190 s. 




 

 

106



6.

 

Azərbaycan etnoqrafiyası, 3 cilddə, I c. Bakı: Şərq-Qərb. 2007, 541 s. 



7.

 

Əsədova S.D. XIX-XX əsrlərdə Azərbaycanda zərgərlik incəsənəti (XIX əsrin sonu, XX 



əsrin əvvəlləri). Bakı: Elm, 1978, 96 s. 

8.

 



İbrahimov F.Ə. Bakıda metalişləmə tarixi. Bakı: Elm, 1995, 66 s. 

9.

 



Исмизаде О.Ш. О раскопках в Кабале на территории южной части городища в 1960 

г. В кн. МКА. Баку: Элм, 1964, 186 с. 

10.

 

İsmizadə  Ö.Ş.  Ciddi  N.Ə.  Bakı  yaxınlığındlakı  abidədən  tapılmış  məzar  daşları.  AMM 



kitabında VIII s., Bakı: Elm, 1976, 258 s. 

11.


 

Гасанова  А.М.  Археологический,  обнаруженный  на  территории  г.  Баку,  сосуд  с 

золотым порошком и его исследование / Тезисы докладов на Всесоюзной археоло-

гической конференции. Баку, 1985, с. 130-132. 

12.

 

Mustafayev A.N. Azərbaycanda sənətkarlıq. Bakı: Елм, 1999, 323 s.   



13.

 

B.Rəcəbova.  Azərbaycanın  ənənəvi  sənətkarlıq  məmulatı  və  istehsalı  tarixindən  (IV-



XVIII əsrlər) Bakı: Elm, 2009, 186 s. 

14.


 

Bünyadova Ş. Azərbaycanın təsərrüfat və maddi mədəniyyəti. Bakı: Elm, 2007, 358 s. 

15.

 

Abbasova F.Ə. Şabran şəhərinin tarixi-arxeoloji materialları. Bakı: Elm, 2009, 362 s. 



 

О РАЗВИТИИ ЮВЕЛИРНОГО ИСКУССТВА В  

СРЕДНЕВЕКОВОМ ГОРОДЕ БАКУ 

 

Б.А.РАДЖАБОВА 

 

РЕЗЮМЕ 

 

Статья посвящена развитию ювелирного искусства в средневековом городе Баку. 

На  Абшеронском  полуострове  и  в  городе  Баку  история  ремесла  уходит  в  древние 

времена  и  развитие  ювелирного  искусства  имеет  свои  особенности.  Во  время 

археологических раскопок выявлены некоторые ювелирные изделия. Для изготовления 

этих изделий ювелиры использовали различные методы. 

 

 

JEWELRY ART DEVELOPMENT IN THE 



 MEDIEVAL CITY OF BAKU 

 

B.A.RAJABOVA 

 

SUMMARY 

 

The article is dedicated to the development of jewelry art in the medieval city  of Baku. 

The history  of   handicraft in Absheron peninsula and Baku city  belongs to the ancient times 

and that’s why the jewelry art has its own peculiarities. Archeological excavations revealed 



some jewelry materials. Jewellers used different methods for production of these articles. 

 

Yüklə 50,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə