Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar



Yüklə 77,12 Kb.
Pdf görüntüsü
tarix11.03.2018
ölçüsü77,12 Kb.
#31125


 

 

155



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4  

 

Humanitar 

elmlər seriyası    

2010 

 

 



 

                                                                

 

                               



  XƏZƏRLƏR CƏNUBİ QAFQAZDA 

 

X.İ.İLYASOVA 

Gəncə Dövlət Universiteti 

xatire_ilyasova@mail.ru 

 

Xəzərlərin tarixində ən önəmli mərhələlərdən biri də onların Cənubi Qafqaza yürüşlə-

ridir. Bu, bir tərəfdən, xəzərlərin tarixini, digər tərəfdən isə, Cənubi Qafqaz, o cümlədən Azər-

baycanın o dövrkü tarixini öyrənmək üçün çox əhəmiyyətlidir. Burada xəzərlərin Cənubi Qaf-

qaza yürüşlərinin səbəbləri, yürüş zamanı istifadə etdiyi yollar və bu dövrdə Cənubi Qafqazda 

ictimai-siyasi vəziyyət və s. bu kimi məsələlər qısa şəkildə öz əksini tapmışdır.     

          

 589-cu  ildə  Bizans  və  Türküt  xaqanlığının  xəzərlərin  də  iştirak  etdiyi  birgə 

səyləri  ilə  İranı  işğal  etmə  cəhdlərinin  uğursuzluğundan  sonra  xəzərlər  haqqında 

təxminən 35 il tarixə heç bir şey məlum deyil. Çinlə ağır döyüş, teleslilərin üsyanı, 

dövlətin müstəqil dövlətlərə parçalanması, daxili çəkişmələr – bütün bunlar türkütləri 

zəiflətdi və onların diqqətini qərbdən çəkdi. Bəhram Çubinin üsyanı və şah Xosrov II 

Pərvizin  Bizansa  qaçması  Bizansın  İranın  işlərinə  qarışmasına  zəmin  yaratdı.  İran 

şahlarının  taxtında  oturmaq  üçün  kömək  müqabilində  Xosrov  Pərviz  Bizansa  bu 

dövlətlər  arasındakı  müharibəyə  səbəb  olan  bütün  torpaqları  verdi.  Göycə  gölü  və 

Dvindən Tiflisə qədər bütün qərbi Cənubi Qafqaz Bizansın hakimiyyəti altına düşdü. 

Lakin  bu  torpaqlar  Bizansda  da  uzun  müddət  qalmadı.  Üsyan  qaldıran  ordu  xalq 

hərəkatına söykənərək Mavrikiyanı devirdi və yüzbaşı Fokunu taxta çıxartdı (602-ci 

ildə). Lakin narazılıq və narahatlıq buna imkan vermədi və daxili çəkişmələrə xarici 

çəkişmələr də əlavə olundu. Bəhram Çubin üzərindəki qələbəsinə görə Mavrikiyaya 

borclu  olan  Xosrov  Pərviz  öz  növbəsində  qəsbkar  Fokiyə  qarşı  çıxdı  və  Bizans 

vilayətlərinin işğalına başladı (1, 4-12). 

Kuşanların  İran  cəbhəsində 603-cü  ildə  üsyanı  müəyyən  qədər  İranın  çıxışını 

ləngitdi.  Bütün  İran  ordusu  Bizans  sərhədində  təmərküzləşdiyindən  Xosrov  Pərviz 

onu başqalarına həvalə etdi, lakin kuşanların köməyinə türkütlər gəldi və İranı Rey və 

İsfahana qədər boşaltdı. Lakin onlar öz uğurlarını davam etdirmədən tez getdilər, belə 

ki, türküt xaqanlığında daxili işlər yeni işğallarla uzun müddət məşğul olmağa imkan 

vermirdi.  

İranın  Bizansa  hücumu  uğurla  inkişaf  etdi  və 610-cu  ildə  imperiya  taxtına 

Bizans aristokratiyasının adamı İrakli sahib olduqda vəziyyət dəyişmədi. 611-ci ildə 

Antioxiya, 614-cü  ildə  Yerusəlim, 619-cu  ildə  İskəndəriyyə  təslim  oldu:  farslar 

Bosfora qədər gəldilər və Xalkedonu tutdular. 622-ci ildə onlar Kiçik Asiyada Rodos 

və  Ankirunu  tutdular.  Bizansın  qərb  düşmənləri  də  fəallaşdılar. 617-ci  ildə  avarlar 

çoxlu  sayda  kutriqur  və  slavyan  dəstələrinin  başında  Konstantinopola  daxil  oldular. 



 

 

156



İmperiyanın xəzinəsinin sonuncu vəsaitləri onları almağa xərcləndi. İmperiya çökmək 

ərəfəsində idi, lakin o, düşmənləri üzərində qələbə çalmağa güc tapa bildi (2,143). İlk 

baxışdan çıxılmaz vəziyyətdə olduğu görünən imperator İrakli cəsarətli tədbirə əl atdı 

– düşməni pərakəndə hala salmaq və onun diqqətini imperiya mərkəzindən yayındır-

maq  məqsədilə  İranı  parçalamağa  və  daxili  iğtişaşlar  yaratmağa  əl  atdı. 622-ci  ildə 

imperator  İrakli  paytaxtı  öz  oğlu  və  senatın  öhdəsinə  buraxaraq  Kappadokiyaya 

yollandı  və  burada  farsları  məğlubiyyətə  uğratdı.  Pontda  qışlayıb  sonra  Naxçıvanı 

işğal etdi. Farslar gözləmədəyi halda Arazı keçən İraklinin qoşunu Atropatenaya so-

xuldu və bu vilayətin paytaxtı Qanzaka getdi. Şəhər hücumla alındı və orada yerləşən 

atəşgah dağıdıldı. Qəfil hücum nəticəsində yaranmış təşvişdən ayılan şahənşah (şahlar 

şahı – İran  şahlarının  titulu)  qüvvələri  cəmlədi  və  İraklinin  qoşununu  sıxışdırmağa 

başladı. İraklinin qoşunu geri çəkilməyə məcbur oldu. Şimala hərəkət edən İrakli Al-

baniyaya soxuldu və bu ölkənin paytaxtı Partavı tutdu və qışı elə burada da keçirdi. 

624-cü ildə müharibə Albaniyada davam etdi. Lakin farslar ona müqavimət göstərdi-

lər və İrakli Syuniya vasitəsilə Göycə gölü ətrafında yerləşən rayona çıxdı, oradan isə 

farslar tərəfindən təqib olunaraq Kiçik Asiyaya qayıtdı və Pontda 625-626-cı ilin qışı-

nı keçirtdi (3, 144).  

İrana  ilk  yürüşün  uğursuzluğu  İraklini  müttəfiq  axtarmaq  məqsədilə  Bizansın 

köhnə  dostları – türkütlərə  (xəzərlərə)  müraciət  etməyə  məcbur  etdi.  Bununla  bağlı 

olaraq,  Bizans  mənbələrində  xəzərlər  haqqında  ilk  qeydlər  meydana  gəlir.  Feofanın 

«Xronoqrafiyasında»  məlumat  verilir  ki,  imperator  İrakli  xəzərlər  adlanan  şərqi 

türklərlə  ittifaq  bağladı.  Bu  tipli  məlumatlara  Musa  Kalankatlının  «Alban  tarixi» 

əsərində də rast gəlinir. Bu əsərə yunan-fars müharibəsinin müasiri alban arxiyepis-

kopu  Viro  haqqında  rəvayət  də  daxil  edilmişdir.  Burada  həmin  müharibədə  Bizans 

tərəfində  çıxış  edən  Türküt  (xəzər)  ordusunun  əsas  qüvvəsini  təşkil  edən  xəzərlər 

haqqında maraqlı məlumatlar öz əksini tapmışdır. Bu mənbənin verdiyi məlumatlara 

görə,  İraklinin  elçisi  Andrey  qızılsevən  xalqın  tamahını  oyada  bildi  və  şimal  şahı 

Cebu xaqanın (yabqu-xaqan) canişinini Bizansa kömək etməyə razı saldı. Müqaviləni 

təsdiq  etmək  üçün  Andreylə  birlikdə  cavab  göndərildi  və  o, 1000 seçmə  süvari  ilə 

Dərbəndi keçib yoluna çıxan hər şeyi dağıdaraq Kürə çatdı (2, 145).  

Müqavilə bağlandı və hələ həmin 626-cı ilin sonunda «şimal şahı» İrana qarşı 

öz qardaşı oğlunun – Şadın başçılığı altında qoşun göndərdi. O, Albaniya və Atropa-

tenaya  daxil  oldu,  böyük  dağıntılar  törətdi  və  çoxlu  əsir  tutdu.  Şad  Araz  çayının 

sahilində  dayandı  və  oradan  Xosrov  Pərvizə  imperator  İrakli  ilə  türkütlərin  ittifaqı 

haqqında  məlumat  və  farslar  tərəfindən  tutulmuş  Bizans  vilayətlərini  boşaltmaq  və 

bütün  əsirləri  qaytarmaq  tələbi  ilə  səfir  göndərdi.  Fars  şahı  buna  cavab  olaraq  hər 

şeydən əvvəl İranın türkütlərlə qədim dostluq münasibətləri və hakim ailələri arasında 

nigah əlaqələrini xatırlatdı. Məlumdur ki, Xosrov Ənuşirəvan xaqan İstəminin qızı ilə 

evlənmişdi.  O, yalnız  Şadı  öz  dövlətindən  qovmaqla  deyil,  həm  də  xaqanın  özünün 

torpaqlarına hücum etməklə hədələdi.  

Şad tərəfindən Cənubi Qafqaza yürüşdən əldə etdiyi, tərkibində əsir, mal-qara, 

qızıl, qab-qacaq, qiymətli libaslar olan böyük qənimət yabqu-xaqanın tamahını o qə-

dər oyatdı ki, o özü farslara qarşı hərəkət etmək qərarına gəldi. Buna görə o, tabeli-

yində olan bütün tayfa və xalqlara hazırlaşmağı və silahlanmağı əmr etdi.  

Türkütlərin Cənubi Qafqaza ilk yürüşü, çox güman ki, İranın diqqətini Bizansdan 

yayındırmaq  və  İrakliyə  yeni  müttəfiqi  ilə  birlikdə  müharibəni  bərpa  etməyə  hazır-




 

 

157



laşmaq imkanı vermək məqsədi güdürdü. Bu vəzifə, sonrakı hadisələrin gedişindən gö-

ründüyü kimi, yerinə yetirildi. İrakli qoşun topladı və yenə zərbələr endirməyə hazırlaşdı.  

627-ci ildə Cebu xaqan Şadla birlikdə saysız-hesabsız qoşunun başında yürüşə 

başladı. «Şimal şahı» və «Böyük xaqan», yəni o dövrdə qərbi türkütlərin xaqanı Tun-

şexu idi. 616-cı ildə öz qardaşı Şequnun ölümündən sonra o, xaqan oldu (4, 283). On-

dan sonra ikinci şəxs və ya canişin – Cebu və Yabqu – xaqan onun qardaşı idi, o da 

böyük  xaqanın  qardaşı  oğlu – Şadın  atası  idi.  Yabqu  və  Şad – Türküt  xaqanlığının 

yüksək əyanlarının titulları idi. İraklinin köməyi ilə gedən türküt qoşununun başında 

dayanan  bu  titullara  uyğun  şəxs  adları  məlum  deyil,  dolayısı  məlumatlara  istinadən 

güman  etmək  olar  ki,  Yabqu-xaqan  Tun-şexunun  kiçik  qardaşı – Moho-Şad  idi.  O, 

618-626-cı illər arasında Türküt səfiri kimi Çinə getmişdi. Onun haqqında daha heç 

bir  məlumat  yoxdur.  Lakin  fərz  etmək  olar  ki,  o,  xaqanın  ən  yaxın  qohumu  kimi 

Yabqu  titulunu  almış  və  Çin  tarixşünaslığının  diqqətindən  kənarda  qalmış  Türküt 

dövlətinin qərb vilayətlərini idarə edirdi. Onun üç oğlu vardı: Nişu, Tunva və Buli (2, 

147)  Cənubi  Qafqazda  döyüşən  Şadın  gəncliyindən  məlum  olur  ki,  bu  Moxo-Şadın 

kiçik oğlu Buli-Şad idi.  

Türkütlərin qoşunu birinci növbədə Dərbəndə hücum etdi. Alban tarixində de-

yilir: «Yırğalanan dənizin dalğaları kimi türkütlər Çora şəhərinə (Dərbənd) hücum et-

dilər  və  onu  yerlə-yeksan  etdilər».  Paytaxt  Partava  qaçmış  Alban  sakinlərini  Çora 

haqqında  deyilənlərdən  dəhşət  bürümüşdü.  Dəhşətli  düşmənin  zülmünə  müqavimət 

göstərməyə ümidi olmayan sakinlər öz var-dövlətini qoyub xilas olmaq üçün Artsax 

(Qarabağ)  dağlarına  qaçdılar.  Türkütlər  qaçanların  bir  hissəsini  Kalankatuyk  kəndi 

yaxınlığında  dağ  ətəyində  yaxaladılar (2, 105-106). Albaniyanı  dağıdandan  sonra 

türkütlər İberiyaya yönəldilər və Tiflis şəhərini mühasirəyə aldılar və bura öz qoşunu 

ilə  Bizans  imperatoru  gəldi.  Bundan  əvvəl  o  öz  müttəfiqlərini  Lazikdə  gözləyirdi. 

Məhz  bu  dövrdə  Tiflis  yaxınlığında  İraklinin  Yabqu-xaqanla  görüşü  oldu  ki,  bu 

barədə Bizans yazıçıları məlumat verirlər. Yunan müəlliflərinin Ziyevil adlandırdıqla-

rı Türküt başçısı, yəni Feofanın sözlərinə görə Yabqu imperator İrakliyə yaxınlaşdı, 

onun çiynindən öpərək qarşısında baş əydi, türküt qoşunu da digər xalqlar üçün onun 

qeyri-adi  şərəfinə  ehtiram  edərək  imperatorun  qarşısında  diz  çökdü,  lakin  bu  adət 

xəzərlər üçün adi idi. Yabqu imperatora öz oğlu Şadı təqdim etdi. Bu görüş haqqında 

tam təfsilatı ilə Nikifor danışır. İrakli, onun sözlərinə görə, türküt başçısını qucaqladı, 

onu  öz  oğlu  adlandırdı  və  öz  tacını  onun  başına  qoydu.  Sonra  təmtəraqlı  məclis 

quruldu və bundan sonra türküt başçısına məclis süfrəsinin qiymətli qab-qacağını, o 

cümlədən çar geyimləri və qiymətli daş-qaşlarla sırğalar bağışladı. İmperator Yabqu-

xaqana  öz  qızı  Yevdokinin  şəklini  göstərdi  və  türkütlər  farsları  məğlub  etməkdə 

onlara kömək edəcəyi təqdirdə qızını ona ərə verəcəyinə söz verdi (5, 358). 

Şimaldan  türkütlər  və  qərbdən  Bizansın  çoxsaylı  qoşunu  və  güclü  silahlarına 

baxmayaraq  Tiflisin  mühasirəsi  uğursuzluqla  nəticələndi,  şəhəri  almaq  mümkün 

olmadı,  belə  ki,  onun  müdafiəçiləri  təslim  olmurdular.  Farslar  şəhərə 1000 seçmə 

döyüşçü sala bildilər və onlarla birlikdə cəsur və istedadlı sərkərdə Şarqakaq da getdi. 

İki  ay  uğursuz  mühasirədən  sonra  Türküt  və  Bizans  qoşunu  yoruldu  və  itkilərlə 

zəiflədi.  Digər  tərəfdən,  qış  fəsli  də  gəldi. «Alban  tarixi»  əsərində  deyilir  ki,  İrakli 

xəzər qoşununu buraxdı və şərt kəsdi ki, o, gələn il isti aylardan sonra, yəni payızda 

Persiyaya (İrana) qarşı birgə əməliyyatı davam etdirmək üçün qayıtsınlar. O özü də 

şəhərin mühasirəsini dayandırmaq qərarına gəldi (2, 105-106). Yabqu imperatora öz 




 

 

158



oğlunun rəhbərliyi altında olan 40 minlik qoşun verərək qalan ordu ilə öz torpaqlarına 

qayıtdı.  Tiflisin  mühasirəsini  Kaxetiya  erismtavarı  Adernazeyə  tapşırıb  və  beləliklə 

arxa cəbhəni təmin edən İrakli düşmən üçün gözlənilmədən Persiyanın daxilinə yol-

landı. Sürətlə Arazı keçib Assuriyaya daxil oldu. Yolda onu, Feofanın sözlərinə görə, 

çətinliklərə dözə bilməyən köməkçi türküt ordusu tərk etdi (2, 106). Lakin bu da İrak-

lini dayandırmadı. Yolda qarşısına çıxan hər şeyi dağıdaraq imperiya ordusu dayan-

madan  Persiyanın  düz  mərkəzinə  gedirdi. 1 dekabr 627-ci  il  tarixində  İrakli  ordusu 

Böyük Zabı keçib Ninəva yaxınlığında məskunlaşdı. Burada o vaxta qədər uğursuz-

luqla Bizans ordusunu təqib etmiş farslar ona çatdı. 12 dekabrda qəti döyüş baş verdi 

və farslar məğlub edildilər. Bundan sonra İrakli Persiyanın paytaxtı Ktesifona yollan-

dı. Yolda şah iqamətgahı Dastagerdi tutaraq dağıdan İrakli Ktesifon yaxınlığında da-

yandı. Burada onun yolunu fars qoşunu kəsdi. Hərbçi bəxtini döyüşdə yenə sınamağa 

cəhd etməyən İrakli geri çəkilmək qərarına gəldi və Atropatenanın Qazaka şəhərinə 

yollandı. Belə görünürdü ki, sanki hər şey itirilmiş, heç bir şey əldə edilməmişdi və 

624-cü il təkrar olunurdu (o ildə İrakli fars torpaqlarının dərinliklərinə getmiş və çox 

çətinliklə  düşmən  mühasirəsindən  xilas  olmuşdu).  Lakin  bu  dəfə  xoşbəxtlik  onun 

üzünə güldü. Yolda olarkən İrakli xəbər aldı ki, Persiyada saray çevrilişi baş vermiş-

dir. Xosrov Pərviz öldürülmüşdü, onun oğlu Qubad Şiruye dərhal İrakli ilə sülh danı-

şıqlarına  başladı, 3 aprel 628-ci  ildə  onların  arasında  sülh  müqaviləsi  bağlandı (6, 

149).  Lakin  türkütlərin  İranla  müharibəsi  bununla  başa  çatmadı.  İranla  Bizans  ara-

sında müqavilə bağlandıqdan sonra alban mülkədarlarının üsyanında iştirak etdiyinə 

görə 25 il  fars  sarayında  saxlanılan  alban  katolikosu  Viros  Qubad  tərəfindən  azad 

edildi  və  o,  vətəninə  qayıtdı,  yabqu-xaqan  şad  və  böyük  ordu  ilə  birlikdə  İrakliyə 

verilən sözə uyğun olaraq Tiflisdən qayıdarkən yenə Cənubi Qafqazda göründü. Birinci 

növbədə  türkütlər  Tiflisə  qarşı  yönəldilər.  İki  ay  şəhər  sakinləri  düşmənə  müqavimət 

göstərdilər və nəhayət, türkütlər böyük hücum etmək qərarına gəldilər.  

Gürcü salnamələri də xəzərlərin Tiflisə yürüşü haqqında məlumat verir. Tiflisdən ge-

dərkən İrakli Kaxetiyanın eristavı Adernazeni Gürcüstanın mtavarı təyin etdi və ona Tiflisi 

verdi. Yabqu Tiflis qalasını tutub, onun başçısını əsir aldıqda dərisini soydular və onu İrak-

liyə  Qardabana  göndərdi.  Mtavar  Stefan  bu  şəkildə  öldürüldü.  Salnaməçi  yazır  ki,  allah 

Stefanı xristianların düşməni kafirlərin dostu olduğuna görə cəzalandırdı (2, 107). 

Tiflisdə böyük qənimət ələ keçirən Yabqu-xaqan öz ölkəsinə qayıtdı, oğlu şada 

isə qoşunla Albaniyanı fəth etməyi tapşırdı və əmr etdi ki, bu ölkənin hakimi və rəh-

bərləri könüllü tabe olmadıqda şəhərləri, qalaları və ticarəti təslim etmədikdə yalnız 

qadınları və 15 yaşa qədər uşaqları sağ qoysunlar və onları da qula çevirsinlər. Tür-

küt-Bizans  müqaviləsinə  əsasən  Gürcüstan  Bizansın  hakimiyyəti  altına  keçməli  və 

şərqi Cənubi Qafqaz isə xana verilməli idi. Yabqu-xaqan bu müqaviləyə uyğun olaraq 

hərəkət edirdi. O, Gürcüstanı təmizlədi və Şada Albaniyanı tabe etməyi həvalə etdi. 

Albaniyaya daxil olarkən Şad fars canişini (mərzban) və katolikos Viroya tabe olmaq 

tələbi ilə elçilər göndərdi. Fars canişini qaçdı, katolikos isə cavabı ləngitdi. Xəyanət-

də  ittiham  edilməkdən  ehtiyat  edən  katolikos  məktubla  fars  şahına  müraciət  etdi  və 

məktubda  dost  olmayan  şəxslə  danışıqlar  aparmaq  üçün  icazə  istədi.  Şad  tabeliyə 

silah yolu ilə nail olmaq qərarına gəldi. Onun qoşunları əvvəlcədən hazırlanmış plana 

uyğun  olaraq  ölkəni  sistemli  şəkildə  dağıtmağa  başladılar.  Onun  dəstələri  eyni  za-

manda müxtəlif yerlərdə göründü. Əvvəlcədən satın alınmış türküt elçiləri tərəfindən 

xəbərdar  edilən  katolikos  Viro  (Kaqdarak  kəndində  idi)  yanında  olan  bütün  kilsə 




 

 

159



əşyalarını  qoyub  Artsax  (Qarabağ)  dağlarına  qaçdı  və  Çaraberd  qalasında  gizləndi. 

Burada  da  Şad  tərəfindən  zorla  onu  özləri  ilə  aparmaq  niyyəti  ilə  elçilər  gəldi.  Bu 

zaman katolikos həmin qalada olan bütün məsul şəxsləri toplayıb onların qarşısında 

məsələ qoydu. Türkütlərə müqavimət göstərmək və ya onlara tabe olmaq məsələsini 

uzatmamaq  qərarına  gələn  Viro  hədiyyələr  topladı  və  Şadın  qərargahına  yollandı. 

Şadın  qərargahı  Albaniyanın  paytaxtı Partav  şəhərinin yaxınlığında  idi (2,151). Kür 

çayının sağ sahili boyunca uzanan Uti vilayətində Urdi düzənliyində dağlı vadilərdən 

çıxarkən yolçular «Alban tarixi»ndə deyilənlərə görə, onlara tanış olan yeri tanımadı-

lar, çünki şadın çoxlu sayda ordusu bu ərazini tanınmaz hala salmışdı. Vironu burada 

İran  mədəniyyəti  üçün  ənənəvi  olan  sağər  və  digər  xidmətçilərlə  süfrə  mərasiminin 

olmaması  xüsusilə  təəccübləndirdi:  hətta  Şadın  da  xidmətçisi  yox  idi.  Görünür, 

türkütlər  ev  məişətində  əsir-qulların  əməyindən  istifadə  etmirdilər,  onları  başqa  cür 

işlədirdilər – qonşularına satır və ya da əsir çinlilərdə olduğu kimi torpağa basdırır və 

onları  qalaya  çevirirdilər.  Vironu  onun  müşayiətçiləri  ilə  birlikdə  birinci  keşikçidən 

ikinciyə  qədər  apardılar  və  burada  Şadın  çadırına  girişdə  onları  üç  dəfə  yerə  qədər 

əyilməyə  məcbur  etdilər,  sonra  isə  yoldaşlarını  qapıda  saxlayaraq  yalnız  katolikosu 

şahzadənin  oturduğu  çadırın  içərisinə  apardılar.  Onların  qarşısına  gələn  kateolikom 

yerə qədər təzim etdikdən sonra ona və bütün əyanlara hədiyyələri təqdim etdi. Şad 

mərhəmətlə tabe olması haqqında müraciətini və Sasanilərə qulluq etdiyi kimi qulluq 

edəcəyi  haqqında  vədini  qəbul  etdi.  Vironu  ləngimədə  məzəmmət  etdi:  “əgər  ləngi-

məsəydin sənin ölkənə mənim qoşunum tərəfindən fəlakət gəlməzdi” və tələb etdi ki, 

albanlar  öz  evlərinə,  işlərinə qayıtsınlar.  O,  söz  verdi  ki,  ölkəni  qarət  etməyi  da-

yandıracaq və hücumlarını qonşu ölkələrə edəcək və onlardan gələn gəlirlə Albaniya-

nın insan və mal itkisini bərpa edəcək. Çünki Şad öz nitqini başa çatdırdı, atam bu üç 

ölkəni – Albaniya, Çora və Lbiniyanı – əbədi olaraq aldı (Çora – Dərbənd, Lbiniya – 

dağlıq Qafqazın cənub-şərq hissəsi). 

Katolikosu və onun yoldaşlarını qonaq edərkən türkütləri çöməlmiş vəziyyətdə 

oturtdular  və  onların  qarşısına  içərisində  ət  olan  qablar  qoydular,  lakin  onlar  oruc 

tutduqlarını bəhanə edərək yeməkdən imtina etdilər. Bu zaman onlara tavada qızardıl-

mış nazik çörəklər təqdim etdilər. Partav şəhərində öz evində olarkən və tez-tez köç 

və ya oturaq zamanı türkütlərə baş çəkərkən katolikos şaddan əsir tutulmuş albanları 

buraxmağı xahiş etdi. Şad öz döyüşçülərinə əsirləri  azad etmək haqda əmr verdi və 

onlardan kimisə ciddi cəza qorxusu altında saxlamağı və ya gizlətməyi qadağan etdi. 

Bununla  yanaşı,  tidiyün  (tiun)  adlanan  əsilzadələri  katolikosun  xidmətçiləri  ilə 

birlikdə göndərdi və onlar düşərgələrə daxil olaraq çadır və şatralarda axtarış aparır 

və burada mal-qara arasında və ya başqa yerdə gizlədilən gənc insanları çıxardırdılar 

və heç kim onlara müqavimət göstərməyə cəhd etmirdi (7, 153).  

Ölkənin  türkütlər  tərəfindən  dağılmasının  ardınca  Albaniyanı  dəhşətli  aclıq 

bürüdü və bununla bağlı olaraq «Alban tarixi» əsəri aclığı düşmən hücumları ilə de-

yil, siçanların hücumu ilə əlaqələndirir. «Siçanlar bütün otları yeyib, bütün tarlamızın 

məhsulunu  məhv  etdilər».  Çox  güman  ki,  bunlar  siçan  deyil,  çəyirtkələr  idi.  Aclıq 

qurtaranda tam qüvvə ilə türkütlərin ağalığı başlandı. Şimal knyazı getdikcə daha çox 

güclənirdi və bütün əraziyə dəhşətli qorxu yaymışdı. O, qızıl, gümüş, dəmir və mis 

məmulatları əldə etməkdə bacarığı olan bütün sənətkarlara nəzarət etmək üçün adam-

lar göndərirdi. Daşınan mallardan, Kür və Araz çaylarında balıqçılıqdan vergi yığır və 

bununla  yanaşı,  hətta  fars  şahlığının  adi  yazışması  üzrə  didrahma  da  tələb  edirdi. 




 

 

160



Bununla da «Alban tarixi»nin türkütlərin Cənubi Qafqazda olmaları haqqında müfəs-

səl rəvayəti sona çatır və sonradan bu məsələlərə yalnız müəyyən işarələr edilir. Şi-

malın knyazı (bu mənbədə deyilir) öz oğullarına qarşı yönəldi. Çin mənbələrində de-

yilir ki, 630-cu ildə Qərbi türküt xaqanlığında daxili müharibə yenidən baş qaldırdı.  

Bu  il  türkütlər  üçün  həyati  bir  il  idi.  Şərqi  türküt  xaqanlığı  Tan  imperiyası 

tərəfindən  dağıdıldı,  şimal  knyazı  isə,  qərbi  türküt  xaqanı  öz  tabeliyində  olanların 

narazılığına  səbəb  olduğu  üçün,  Tun-şahu  qəddar  və  zülmkar  olduğuna  görə  əmisi 

Mohadu  tərəfindən  öldürüldü  və  sonra  o  özü  taxta  çıxdı,  lakin  tezliklə 631-ci  ildə 

hakimiyyətə yeni iddiaçı ilə döyüşdə öldürüldü (3, 220). Türkütlər yaranmış belə bir 

vəziyyətdə  Albaniyada  qala  bilməzdilər.  Sonuncu  sasani  şahı III Yezdəgirdin (632-

652)  dövrünə  qədər  Albaniya  yenə  İranın  tabeliyində  idi,  bununla  yanaşı,  onun 

uğrunda türkütlərlə mübarizə haqqında heç bir məlumat yoxdur. Görünür, türkütlər öz 

ölkələrində  daxili  müharibənin  başlanması  haqqında  eşidib  tələsik  Cənubi  Qafqazı 

tərk  etmişdilər.  Yabqu-xaqan  Moho-Şad  öz  qardaşına  kömək  etmək  üçün  tələsəndə 

öldürüldü.  Bu  barədə  Alban  tarixi  və  Nikiforun  məlumatı  xəbər  verir.  Sonuncunun 

verdiyi  məlumata  görə, 631-ci  ildə  xaqana  ərə  getmək  üçün  yollanmış  İraklnin  qızı 

Yevdokiya yoldan qayıtdı, sonradan məlum oldu ki, onun nişanlısı ölmüşdü. Moho-

Şadın  oğulları  daxili  mübarizədə  fəal  iştirak  edirdilər  və  iki  böyük  oğlu  hətta  qısa 

müddətə  bir-birinin  ardınca  xaqan  da  ola  bildi.  İraklinin  İranla  müharibədə  Qərbi 

türküt xaqanlığı ilə ittifaq bağladığına heç bir şübhə ola bilməz. Onun müttəfiqlərini 

Bizans mənbələri xəzərlər adlandırırlar (8). 

 

ƏDƏBİYYAT 

1.

 

Кулаковский Ю. История Византии. В 3-х т. Т.1, Киев: 1913, 552 с. 



2.

 

Артамонов М.И. История хазар, Л.: Эрмитаж, 1962, 523 с.   



3.

 

Гумилев Л. Открытие Хазарии. М.: Айрис, 2007, 412 с.  



4.

 

Бичурин Н.Я. Собрание сведений о народах, обитавших в Средней Азии в древние 



времена. В 3-х т. Т.1. Л.: 1950, 471 с.                               

5.

 



Никифора  патриарха  Константинопольского.  Краткая  история  со  времени  после 

царствования Маврикия. Перевод Е.Э. Липшиц. 1950, 387 с. 

6.

 

Ковалевская В.Б. Кавказ и аланы. М.: Наука, 1984, 290.  



7.

 

Brok, Kevin Alan. Bir Türk İmperatorluğu: Hazar Yahudileri, Nokta Kitab, İstanbul: 



2005, 480 c. 

8.

 



Плетнева  С.А.  Хазары,  евреи  и  славяне.  В 16-ти  т.  Т. XVI, ”Хазары  и  Хазарский 

каганат” Иерусалим: Гешарим. Мосты кулътуры 2005, 568 с.  

 

                                                                        



ХАЗАРЫ НА ЮЖНОМ КАВКАЗЕ 

 

Х.И.ИЛЬЯСОВА 

 

РЕЗЮМЕ 

           

В истории хазарских племен одним из важных этапов является их набеги на Юж-

ный Кавказ. Это имеет исключительное значение как для изучения истории хазарских 

племен,  так  и  для  изучения  истории  Южного  Кавказа,  в  том  числе  Азербайджана 

соответствующего периода. В статъе нашло отражение причины походов хазар на Юж-

ный Кавказ, дано описание использованных во время набегов путей, а также дана харак-

теристика общественно-политического положения того времени и тому подобные вопросы. 

Ключевые слова: каган, уабку, туркут, шад, летописъ. 




 

 

161



KHAZARS  IN  THE SOUTH  CAUCASUS 

 

Kh.I.ILYASOVA 

 

SUMMARY 

 

One of the most important stages in the history of the Khazars is their marches to the 



South Caucasus. This is important to learn the history of the Khazars and the South Caucasus

including the history of Azerbaijan of that time. The article deals with the study of the reasons 

for Khazars marches to the South Caucasus, the ways that they used during their marches and 

the social-political situation in the South Caucasus at that time.  

Key words: Khakan, yabku, turkut, shad, chronicle. 

 

 



 

 

 



Yüklə 77,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə