Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar



Yüklə 104,88 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü104,88 Kb.
#43474


BAKI 

UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar 

elmlər seriyası   

 

2014 

 

 



 

 

ŞƏRQŞÜNASLIQ

 

 

UOT 82(100)(091) 

 

ƏRƏB DİLİ ƏRƏB MƏDƏNİYYƏTİNİN AYRILMAZ 

TƏRKİB HİSSƏSİ KİMİ 

 

S.S.SÜLEYMANOV 

Bakı Dövlət Universiteti 

ssuleymanli@mail.ru 

 

Məqalədə  göstərilir  ki,  ərəb  xilafəti  yarandıqdan  sonra  bu  böyük  dövlətin  ərazisində 



elm, 

mədəniyyət xüsusi bir vüsətlə inkişaf etməyə başlayır. Bütövlükdə isə, bu mədəniyyətin dili 

ərəb  dili  idi.  Ərəb  dili  xilafət  ərazisində  yaranan  bütün  mədəniyyətləri  birləşdirərək  ərəb 

mədəniyyəti,  sonralar  müsəlman  mədəniyyəti  adı  altında  fəaliyyət  göstərməsində  xüsusi  rol 

oynamışdır. Xilafət ərazisində ərəb dilinin rolu o qədər böyük olmuşdur ki, xilafət ərazisində 

yaşayan  ərəb  olmayan  xalqlar  arasından  çıxmış  alimlər  də  öz  əsərlərini  ərəb  dilində  yazıb-

yaratmış, bütövlükdə bu mədəniyyətin inkişafına xidmət göstərmişlər. 

 

Açar 

sözlər: Ərəb dili, ərəb mədəniyyəti, Abbasilər, Bəsrə 

 

VII 



əsrdə  islam  dininin  meydana  çıxması  ilə  bərabər,  ərəblər  özləri  də 

tarix 


səhnəsinə  yeni  missiya  ilə  qədəm  qoydular.  Belə  ki,  onlar  VII  əsrdən 

etibarən yeni bir imperiya – Hindistan sərhədlərindən başlayaraq bütün Yaxın 

və Orta Şərqi, Şimali Afrikanı, Priney yarımadasını, Zaqafqaziyanı və s. əhatə 

edən geniş ərazidə çoxmillətli, möhtəşəm bir dövlət - Ərəb xilafəti  yaratdılar 

(6,  7). 

Belə ki, islam bayrağı altında aparılan ərəb istilaları ilk mərhələdə VII 

əsrin 30-50-ci illərində xəlifə Əbubəkr (632-634), Ömər (634-644) və Osmanın 

(644-656) 

hakimiyyəti  dövrlərində  başladı.  633-cü  ildə  Xalid  ibn  əl-Validin 

başçılığı ilə xəlifə qoşunları şimal-şərqi Ərəbistan bədəviləri ilə birlikdə Xirə 

şəhərini  alırlar.  Zəifləmiş  Bizans  qoşunu  ərəblər  tərəfindən  Vadi  əl-Ərəbdə, 

qalıqları  isə  634-cü  ilin  fevralında  Dasində  darmadağın  edilir.  634-640-cı 

illərdə bütün Suriya və Fələstin ərəblərin hakimiyyəti altına keçir. Ərəblər 642-

ci 


ildə  Nəhavənd  yaxınlığında  İran  qoşunları  üzərində  həlledici  qələbə  qaza-

nırlar.  651-ci  ildə  Sasanilər  dövlətinin  bütün  ərazisi  (Amudərya  çayınadək) 

xilafətin  tərkibinə  qatılır.  640-641-ci  illərdə  ərəblər,  demək  olar  ki,  müqa-

vimətə rast gəlmədən Misiri işğal edirlər. 641-ci ildə Yuxarı Mesopotamiya ələ 

 

141 



keçirilir. 642-ci 

ildə döyüşsüz İskəndəriyyə, sonra isə Kirenaika və Liviya işğal 

olunur.  647-ci 

ildə xilafət ordusu Afrikadakı Bizans torpaqlarına, o cümlədən 

Məğrib ölkələrindəki Tunis, Əlcəzair, Mərakeşə daxil olur. 644-645-ci illərdə 

ərəblər Hindistan sərhədlərinə yaxınlaşırlar (1, 216).  

VII 

əsrin  sonu,  VIII  əsrin  30-cu  illərində,  yəni  ərəb  istilalarının  ikinci 



mərhələsində öz ordularını möhkəmləndirən ərəblər Zaqafqaziya, Orta Asiya, 

Şərqi  İran,  Şimali  Afrika  və  Kiçik  Asiyada  öz  istilalarını  davam  etdirmiş, 

həmçinin  Avropaya  qədər  gedib  çıxmışdılar.  Bu  dövrdə  ərəblərin  dayaq 

məntəqəsi Qayruvan olmuşdur. 696-698-ci illərdə ərəblər bütünlüklə Məğribi 

işğal edərək, təqribən 709-cu ildə Atlantik okeanının sahillərinə çıxdılar. Qarşı 

tərəfin  zəifliyi  nəticəsində  711-ci  ilin  yazında  kiçik  qrupdan  ibarət  olan  ərəb 

hərbi  dəstəsi  Priney  yarımadasının  xeyli  hissəsini  işğal  etdi.  712-ci  ildə  ərəb 

qoşunları Mədinə - Sideniyanı, Kormonanı, Sevillanı, Meridi, 718-ci ildə Pri-

ney 

yarımadasının çox hissəsini, 720-ci ildə isə  Cənubi Qalliyanı işğal etdilər.  



Xilafət ordusu şərqdə də uğurla hərbi əməliyyatlar keçirir, bu torpaqları 

Ərəb  xilafətinin  tərkibinə  qatırdı.  Belə  ki,  711-713-cü  illərdə  ərəblər  şərqdə 

İran  əyaləti  Məkranı,  Sindi  və  Multan  şəhərini,  706-715-ci  illərdə  Soğd  və 

Xarəzmi, Fərqanə vilayətini, Kabul daxil edilməklə Əfqanistanın bir hissəsini 

işğal  etdilər.  Eyni  zamanda,  VIII  əsrin  əvvəllərində  xilafət  qoşunları  Zaqaf-

qaziyanı  tamamilə  ələ  keçirdi.  Xilafətin  şimal  sərhədləri  Baş  Qafqaz  silsilə-

sindən Dərbəndə qədər uzandı. 712-ci ildə ərəblər Hindistana daxil oldular (1, 

216-217). 

Beləliklə, ərəblər iki əsr - VII-VIII əsrlər ərzində Priney yarımada-

sından  tutmuş  Hindistana  qədər  böyük  bir  ərazidə  Ərəb  xilafəti  qurmağa 

müvəffəq  oldular.  Bu  dövlətin  isə  ən  azından  dini-elmi-mədəni  dili  ərəb  dili 

idi. 


Və təbii ki, artıq VII-VIII əsrlərdən etibarən bu dildə böyük bir mədəniyyət 

yaranmağa başladı. Bu mədəniyyətin yaranmasında isə, ilk növbədə, ərəblərin 

özləri ilə yanaşı, xilafət ərazisinə daxil olan torpaqlardan çıxmış onlarla, yüz-

lərlə  mütəfəkkirlər  də  yaxından  iştirak  edirdilər.  İlk  dövrlərdə  “ərəb  mədə-

niyyəti” adlanan bu mədəniyyət, sonralar daha geniş məna kəsb edərək, “mü-

səlman  mədəniyyəti”  adı  altında  tanınmağa  başlandı.  Lakin  hansı  ad  altında 

tanınsa da, bu mədəniyyətin yaranmasında, yayılmasında bütün digər amillərlə 

yanaşı,  sözsüz  ki,  ilk  növbədə,  ərəb  dili  mühüm  rol  oynadı.  Bu  mənada,  bu 

mədəniyyətin yaranmasında ərəb dili əsas rol oynadığı və bu mədəniyyətin ilk 

əlamətləri,  təşəkkül  dövrü  ərəb  zəminində  meydana  çıxdığı  üçün  bu  mədə-

niyyətin ilkin dövrlərinin “ərəb mədəniyyəti” adlandırılmasını da haradasa başa 

düşmək və qəbul etmək olar (6, 14). 

 

Həqiqətən də, YII-X əsrlər arasında “ərəb mədəniyyəti” adı altında yara-



nan böyük bir 

mədəniyyətin başında ilk növbədə, demək olar ki, bütün dünya 

elmindən, xüsusilə də  yunan elmindən ərəb dilinə edilən tərcümələr dururdu. 

Bu 


faktı  ərəb  mədəniyyəti  tarixilə  məşğul  olan,  demək  olar  ki,  bütün  böyük 

şərqşünaslar – Q.E.Qryunebaum və A.B.Xalidovdan tutmuş, akademik Vasim 

Məmmədəliyevə  qədər  hamı  qeyd  etmişdir.  Bu  mənada,  biz  təkcə  akademik 

Vasim 


Məmmədəliyevin fikirlərinə söykənməklə bu faktı bir daha xatırlatmaq 

 

142 




istəyirik:  “Xilafətdə  yunan  və  hind  elmi  ədəbiyyatın  ərəb  dilinə  tərcüməsinə 

böyük  fikir  verilirdi. 

Əsası  islamiyyətdən  əvvəl  Suriyadakı  monastırlarda 

xristianlığın təbliğini daha da genişləndirmək məqsədilə qoyulan bu tərcümə işi 

ərəb zəminində daha güclənmişdi. Suriya dilinin ərəb dili ilə qohumluğu elmi 

tərcümə  prosesini  sürətləndirir,  ellin  mədəniyyətinin  Suriya  dilinə  hələ  IV-V 

əsrlərdə tərcümə edilmiş nümunələrini qısa bir müddət ərzində ərəblərə öz ana 

dilində çatdırmağa imkan yaradırdı... 

Yunan 

filosoflarının  əsərlərinin  ərəb  dilinə  tərcüməsində  xəlifə  Məmun 



(813-833) 

tərəfindən  təsis  edilmiş  Cündişapurdakı  akademiya  tipli  məşhur 

“Beytül-

hikmət”  (hikmət,  müdriklik  evi)  müstəsna  rol  oynayırdı.  Rəvayətə 

görə, bu müəssisənin əsas vəzifəsi xəlifə Məmunun təşkil etdiyi xüsusi ekspe-

disiyanın  Bizansdan  gətirdiyi  yunandilli  elmi  əsərlərin  ərəb  dilinə  tərcüməsi 

işini həyata keçirmək idi “ (2, 13). 

Bu 


mənada,  ərəb  dili  ərəb  mədəniyyətinin  yaranmasında  mühüm  rol 

oynayır, xilafət ərazisində yeganə aparıcı rəsmi dilə çevrilir və bütün əsərlər bu 

dilə çevrildiyi və bu dildə yarandığı üçün bu dil mədəni ümumünsiyyət vasi-

təsinə  çevrilir  və  bir  növ  hamı  bu  dili  öyrənməyə  məcbur  olur,  öz  əsərlərini 

ümumi 

mədəni müzakirəyə təqdim etmək üçün ancaq və ancaq bu dilə müra-



ciət edirdi.  

Maraqlıdır  ki,  hələ  orta  əsrlərdə  görkəmli  filosof,  ensiklopedik  alim  əl-

Biruni 

ərəb  dili  haqqında  danışarkən  ərəb  dilinin  bu  missiyasını  duyaraq 



yazırdı: “Bütün dünya ölkələrinin elmi ərəb dilinə çevrilmişdir; onlar bəzənmiş 

və  ürəyəyatımlı  olmuşdur.  Hər  xalqın  öz  dilini  gözəl  hesab  etməsinə  bax-

mayaraq, bu 

dildən gələn gözəllik qana və damarlara işləyir” (6, 13).  

  Qeyd etdiyimiz kimi, 

ərəblərin islama qədər də böyük bir mədəni tarixi, 

ən azından böyük poeziya nümunələri vardı. Lakin çox maraqlıdır ki, islamdan 

sonrakı dövrdə ərəb mədəniyyətinin yaranmasında ilkin olaraq, məhz ərəb dili 

olduqca  böyük  rol 

oynadı.  Başqa  sözlə  desək,  sonralar  daha  geniş  mənada, 

“mü

səlman mədəniyyəti” adı  altında tanınacaq  dini, elmi, fəlsəfi, siyasi, icti-



mai, ideoloji 

və s. sahələri birləşdirən “ərəb mədəniyyəti” – “müsəlman mədə-

niyyəti”nin yaranmasında ərəb dili və onun öyrənilməsi ilk yerdə durdu. Aka-

demik Vasim 

Məmmədəliyev bu prosesi çox düzgün olaraq belə dəyərləndirir: 

“Ərəb  dili  islam  aləmində  latın  dilinin  Avropada  oynadığı  rolu  oynayırdı. 

Xilafətdə ərəb dilçiliyinin yaranması qədim Hindistanda olduğu kimi, praktik 

səbəblərlə  bağlı  idi.  Quranın  yazıldığı  klassik  dil  ilə  canlı  danışıq  dili  olan 

müx

təlif  ərəb  ləhcələri  arasında  ciddi  fərqlər  mövcud  idi.  Bir  tərəfdən  mü-



səlmanların  müqəddəs  kitabını  savadsız  ərəblərin  özlərinə  və  islamı  qəbul 

etmiş başqa xalqlara düzgün oxuyub başa düşmək, onun təhrif edilməsinə yol 

verməmək,  digər  tərəfdən  klassik  ərəb  dilini,  ləhcələrin  və  əcəmlərin  (qeyri-

ərəblərin) dillərinin təsirindən qorumaq zərurəti ərəb dilinin qayda-qanunlarını 

bir 

yerə toplayıb sistemləşdirməyi tələb edirdi. Məhz buna görə də, islamın ilk 



dövrlərindən başlayaraq, ərəb dilində məktəblər açılır. Quranın düzgün qiraəti 

məqsədilə məscidlərdə məşğələlər keçirilir, ərəb dilinin qayda-qanunları ciddi 

 

143 



surətdə  öyrənilirdi.  Bütün  bunlar  ərəb  dilçilik  elminin  yaranması  üçün  real 

zəmin yaradırdı. 

Məlum olduğu kimi, ərəb dilinin ilk tədqiqatçıları ərəblərin özləri və orta 

əsr müsəlman şərqi ölkələrinin nümayəndələri olmuşlar. Artıq VII əsrdə Bəsrə, 

Kufə,  daha  sonralar  isə  Əndəlis,  Bağdad  və  Misir  qrammatika  məktəblərinin 

ətrafına  toplanmış  dilçilər  ərəb  dilini  böyük  bir  səylə  öyrənir,  müxtəlif  mə-

sələlər barəsində ciddi elmi mübahisələr edirdilər. Orta əsr qrammatiklərindən 

İsa bin Ömər, Xəlil ibn Əhməd, Sibəveyhi, əl-Əxfəş əl-Övsəd, əl-Mazini, ər-

Ruasi, 

əl-Kisai, əl-Əsməi, əl-Mübərrəd, İbn-Sikkit, əz-Zəccaci, əl-Farisi, Əbu-



Həyyan,  ibn-Cinni,  əl-Cürcani,  əl-Ənbari,  əz-Zəməxşəri,  ibn-Malik,  ibn-Hi-

şam,  əs-Suyuti  və  başqalarının  ərəb  dilinin  tədqiqində  rolu  böyük  olmuşdur” 

(2,  7).  Gördüyümüz  kimi, 

həqiqətən  də  istər  ilkin  dövrlərdə  və  istərsə  də 

sonrakı əsrlərdə ərəb dilinin öyrənilməsində, ərəb dilçiliyinin inkişafında ərəb-

lərin özləri ilə yanaşı, fars, yunan, ispan, türk xalqlarına mənsub olan alimlər 

də yaxından iştirak etmiş, ümumiyyətlə, mədəniyyətin  ayrılmaz tərkib hissə-

lərindən biri olan dilçiliyin, xüsusilə də ərəb mədəniyyətinin, müsəlman mədə-

niyyətinin  ayrılmaz  tərkib  hissələrindən  sayılan  ərəb  dilçiliyinin  inkişafında 

yaxından iştirak etmişlər. Akademik Vasim Məmmədəliyev orta əsr ərəb dilçi-

lərinin dünya dilçilik elminə və bütövlükdə ərəb mədəniyyətinə etdikləri xid-

mətləri  müəyyənləşdirərkən  aşağıdakıları  yazır:  “Mübaliğəsiz  demək  olar  ki, 

orta 

əsr  ərəb  qrammatiklərinin  bir  sıra  fikirləri  müasir  dilçiliyin  mülahizə  və 



müd

dəalarını xatırladır. Təsadüfi deyildir ki, M.Karter Sibəveyhinin (ölüb 794) 

ərəb  qrammatikasının  ilk  sistematik  təsvirini  verən  əsərinin  XX  əsrə  qədər 

Qərbə məlum olmayan struktur təhlil nümunəsi olduğunu qeyd edir. O, göstərir 

ki, 

əgər  Sibəveyhi  bizim  dövrümüzdə  doğulsaydı,  harada  isə  Sössyür  ilə 



Blumfild 

arasında  bir  yer  tutardı...  Həmçinin  XIII  əsrdə  yaşamış  ərəb  alimi 

Yaqut 

əl-Həməvinin  toponomika  sahəsindəki  xidmətləri  barədə  demək  olar. 



Maraqlıdır  ki,  Yaqut  əl-Həməvi  müasir  toponimikada  geniş  tətbiq  olunan 

semantik 

və formant metodlarından hələ XIII əsrdə istifadə etmişdi. 

Ərəb qrammatikləri fonetik məsələləri yunan dilçilərindən daha incə şə-

kildə həll etmiş, səs və hərfi ayırmış, səsin səslənmə anı ilə məna anını fərq-

ləndirmiş  (bu  Avropa  dilçiliyində  çox  sonra  Boduen  de  Kurtene  tərəfindən 

fərqləndirilmişdir),  səsləri  fizioloji  prinsipə  görə  müəyyənlşdirib  müxtəlif 

fonetik 


hadisələrin mahiyyətini və  əmələ  gəlməsini izah etmiş, analogiya ba-

rəsində  cəsarətli  fikirlər  söyləmiş,  işlənmə  tezliyinin  səs  tərkibinə  dəyişdirici 

təsirini çox düzgün başa düşmüşlər. Onların leksikoqrafiya sahəsində, xüsusilə 

müxtəlif tipli lüğətlərin tərtibi (izahlı lüğət, predmet lüğəti, sinonimlər lüğəti, 

nadir 

işlənən söz və ifadələr lüğəti, alınma sözlər lüğəti, tərcümə lüğəti) sahə-



sində  müstəsna  xidmət  göstərmişlər.  Özünün  bir  çox  müddəa  və  tezislərində 

yalnız  fəlsəfəyə  əsaslanan  yunan  dilçiliyindən  fərqli  olaraq,  ərəb  qrammatika 

elmi  daha  empirik  xarakter 

daşıyır  ki,  bu  da  dil  strukturunun  ümumi  prin-

si

plərini dərk etmək üçün yeganə meyardır. Ərəb filoloqları tərəfindən işlənib 



hazırlanmış qrammatik təsvir sisteminin mərkəzində dil təbəqələrinin (fonem, 

 

144 




morfem, söz) 

əlaqəsi durur” (2, 3-4). Qeyd etmək lazımdır ki, ərəb dilçiliyində 

bu 

fikirlər  ilk  növbədə  ərəblərin  özləri,  daha  sonra  isə  müxtəlif  millətlərə 



mənsub olan  Xəlil ibn  Əhməd, Sibəveyhi, Əxfəş, əz-Zəccaci,  İbn əs-Sərrac, 

əs-Sirafi, ər-Ruasi, əl-Kisai, əl-Fərra, əs-Sikkit, Sələb, əl-Ənbari, əd-Dinəvəri, 

İbn-Keysan, İbn-Cinni, İbn-Faris, əl-Cövhəri, əz-Zəməxşəri, əl-Firuzabadi, əs-

Süyuti kimi 

yüzlərlə digər alimlərin - adları burada çəkilən və çəkilməyən “əl-

Kitab”, 


“əl-Əvsətu fin-nəhv”, Muxtasarun fin-nəhv”, “Şərhu kitabi-Sibəveyhi”, 

“Kitabul  iqnai  fin-

nəhv”,  “Kitabul-feysəl”,  “Kitabu  məanil-Quran”,  “Kitabu 

müx


təsərin-nəhv”, “Kitabu luğatil-Quran”, “Kitabun- nəvadir”, “Kitabul məq-

suri 


vəl  məmdud”,  “Kitabul  cəmi-vat-təsniyə  fil  Quran”,  “Kitabul  müzəkkəri 

vəl  müənnəs”,  “Kitabu  müxtəsəri  təhzibəl  əlfaz”,  “Kitabu  ma  təlhənu  fihil-

amm”,  “Kitabul  kafi  fin-

nəhv”,  “İrabul  Quran”,  “Kitabul  muxtari  fi  iləlin-

nəhv”,  “əl-İdah  fi  iləlin  nəhv”,  “əl-Cuməl”,  əl-Muhtəsəb  fi  təbyini  vucuhi 

şavazzil-qiraati val-izahi ənha”, “Kitabul munsif”, “əl-Mucməl”, “ən nəyruz”, 

“Muxtasarun  fil-

muənnəsi  val-müzəkkər”,  “Tacul-luğa  va  sihahul-arabiyyə”, 

“Unmuzəc  fin-nəhv”,  “Əsasul  bəlağə”,  “əl-Qamusul-mühit”,  “əl-Muzhir  fi 

ulumil-


luğa” kimi əsərlərində qaldırılmış və öz həllini tapmışdır.  

Ərəb  mədəniyyətinin  təşəkkülündə  və  yayılmasında  sözsüz  ki,  eyni  za-

manda, 

ərəb dilinin xilafət ərazisində intişar tapmasında ərəb ədəbiyyatı, ərəb 



poeziyası da böyük rol oynayırdı. İslamdan sonrakı dövrlərdə, istər əməvilər və 

istərsə  də  Abbasilər  dövründə  Fərəzdəq,  Cərir,  Əbu  Nüvas,  Əbu  Tammam, 

Həssan bin Sabit, Mütənəbbi, Bəşşar ibn Burd və onlarla başqalarının  fəaliyyət 

göstərməsi  ərəb  ədəbiyyatının  sərhədlərini  genişləndirir,  tərif,  təsvir,  tənqid 

kimi 

mövzuları ədəbiyyata gətirir, yeni-yeni janrların, mövzuların, formaların, 



ədəbi  növlərin  yaranmasına  səbəb  olurdu  (5).  Yüksək  sənətkarlıqla  yaranmış 

bu 


əsərlər bütün xilafət ərazisində yayılır, sevilə-sevilə oxunurdu. Təbii ki, bu 

əsərlərin  ideya,  məzmun,  forma  xüsusiyyətləri  xilafət  ərazisində  yaşayıb-ya-

radan 

digər xalqların ədəbi fikrinə, ədəbi zövqünə təsir etdiyi kimi, bu əsərlərin 



yarand

ığı ərəb dili də bu xalqların ədəbiyyatına təsir edir və hətta ərəb olmayan 

digər  xalqların  ədəbiyyatlarında  belə  ərəbdilli  ədəbiyyatların  yaranmasına 

gətirib çıxarırdı. Sözsüz ki,  yuxarıda adı çəkilən şairlərin sırasında da mənşə 

etibarilə ərəb olmayan şairlər vardı. Lakin bu şairlərin böyük əksəriyyəti əsasən 

ərəb mədəniyyətinin mərkəzində, ərəb ədəbiyyatının nəşət tapdığı mərkəzlərdə 

yaşayıb-yaradırdılar.  Bununla  belə,  xilafətin  ucqar  bölgələrində  də  ərəbdilli 

ədəbiyyat yaranırdı ki, bu da bilavasitə ərəb ədəbiyyatının, ərəb mədəniyyəti-

nin, 

ərəb dilinin təsirinin nəticəsi idi. Məsələn,  Abbasilər dövrü  ərəb ədəbiy-



yatının ikinci böyük qolu İspaniyada yaranırdı. Ərəblərin yerli xalqlarla qayna-

yıb-qarışması,  yeni  təbii  şərait  ərəb-ispan  poeziyasını  Abbasilər  dövrü  poezi-

yasından  fərqləndirirdi.  İspan-ərəb  şairlərinin  yaratdığı  “müvəşşəh”,  “zəcəl” 

şeir formaları ərəb poeziyasında bədii novatorluq idi (2, 248; 5). Məhz bunun 

sayəsində şeirin mövzu dairəsi genişlənir, təbiət təsvirləri, məhəbbət motivləri 

onun 


əsas  mövzusuna  çevrilirdi.  Bu  ədəbiyyatın  yaranmasında  istər  nəzmdə, 

 

145 




istərsə  də  nəsrdə  İbn  əbd  ər-Rəbbih,  İbn  Şuheyd,  İbn  Hani,  İbn  Zeydun  və 

başqaları böyük rol oynayırdı (1, 220).  

Xilafətin digər ucunda, şərqində, Bağdaddan, ərəb mədəniyyətinin, ədə-

biy


yatının mərkəzindən minlərlə kilometr uzaqlarda - Orta Asiyada da ərəbdilli 

poeziya 


inkişaf edirdi. Belə ki, burada yaşayıb-yaradan Orta Asiya xalqlarına 

mənsub  onlarla  şair  ərəb  dilində  də  əsərlər  qələmə  alırdılar.  Belə  şairlərin 

adlarına  və  yaradıcılıqlarının  geniş  təhlilinə  biz  hələ  X-XI  əsrlərdə  yaşayıb-

yaratmış görkəmli alim, filoloq  əs-Səələbinin “Yetimət üd-dəhr” əsərində rast 

gəlirik.  Belə  ki,  o,  öz  əsərində,  qeyd  olunan  əsrlərdə  Orta  Asiyada  yaşayıb-

yaradan 


Əbul Hüseyn Məhəmməd ibn Məhəmməd əl-Muradi, Məhəmməd ibn 

Musa 


əl-Həddadi  əl-Bəlxi,  Əbülfəzl  əs-Sükkari  əl-Mərvəzi,  Əbu  Bəkr  Mə-

həmməd  ibn  əl-Abbas  əl-Xarəzmi,  Əbu  Abdullah  Məhəmməd  ibn  Hamid  əl-

Xarəzmi, Əbu Nəsr  İsmayıl ibn Həmmad əl-Cövhəri əl-Farabi və başqa 30-a 

yaxın  ərəbdilli  şairin  adını  çəkərək,  onların  əsərlərini,  yaradıcılıqlarını  təhlil 

edir.  Bu 

mənada,  bu  əsər  də  bir  daha,  hətta  xilafətin  ucqar  nöqtələrində  də 

ərəbdilli ədəbiyyatın, ərəb dilinin geniş yayıldığını  sübut edir (3).  

Beləliklə,  müqəddəs  Qurani-Kərim,  islam  dini  xilafət  ərazisində  yayıl-

dıqca, öyrənildikcə ictimai-fəlsəfi fikrin digər sahələri olan fəlsəfə, fiqh, digər 

islam 


elmləri  də  meydana  çıxmağa  başlayır  və  islam  ideologiyasının  əsas 

mənbəyi  olan  Qurani-Kərim  islam  fəlsəfəsinin  tədqiqat  mərkəzində  dururdu. 

Bununla  da  Qurani-

Kərimdən  yararlanan,  ilk  növbədə  ona  söykənən,  onun 

mahiyyətinə, ideyalarına arxalanan şərq filosofları  fəlsəfi fikirlərində nə qədər 

elmi 


dərinliklərə getsələr də, amma öz əsərlərini əsasən ərəb dilində yazırdılar. 

İslam tarixindən danışarkən islamlaşmanın bir qədər sonrakı tarixinə toxunan 

Q.E.Qryunebaum 

yazırdı: “ İslamlaşma ərəblərlə artıq əlaqəni itirsə də,  lakin 

hələ  də  ərəb  dilinin  ayrılmaz  hissəi  olaraq  qalırdı”  (4,  65).  Bu  mənada  öz 

fəlsəfi əsərlərini ərəb dilində yazıb-yaradan filosoflar sırasında ilk növbədə əl-

Kindi, 

Aristoteldən sonra ikinci müəllim adlanan əl-Farabi, İbn-Sina, İbn Rüşd, 



əl-Qəzali, İbn əl-Ərəbi və onlarla başqalarının adlarını çəkmək olar. Şərq fəl-

səfəsinin, şərq ideologiyasının əsas istiqamətlərini müəyyənləşdirən bu alimlər 

öz 

əsərlərində Allahın varlığı, kainatın yaranması, insanın cəmiyyətdəki və tə-



biətdəki rolu, islam dininin cəmiyyətdəki yeri, islam dininin müxtəlif xüsusiy-

yətləri barədə olduqca qiymətli əsərlər yazır və ərəb dilində yazılan bu əsərlər 

bütün 

xilafət  ərazisində  yayıldığı  və  anlaşıldığı  üçün  islam  ideologiyasının, 



islam 

cəmiyyətinin və nəhayət, ərəb mədəniyyətinin, daha sonralar isə müsəl-

man 

mədəniyyətinin  əsas  fikrinə  çevrilirdi.  Bununla  da  müqəddəs  Qurani-



Kərim  və  ondan  irəli  gələn  ideyalar  bütün  xilafət  ərazisində  çox  asanlıqla 

anlaşılır və müsəlman mədəniyyətinin, ərəb mədəniyyətinin birliyinə və onun 

idarə olunmasına xidmət göstərirdi. 

Qeyd 


edək ki, Şərq ictimai-fəlsəfi fikrinin bir qolu olan sufiliyin meydana 

çıxması da ərəb - müsəlman mədəniyyətinin unikal hadisələrindən biridir. İstər 

islam 

ideyalarının, istərsə də ərəb mədəniyyətinin yayılmasında, intişar tapma-



sında bu cərəyan da  heç də az rol  oynamamışdır. Belə ki, islam dininin geniş 

 

146 




xalq 

kütlələri  içərisində  yayılmasında  bu  fəlsəfi-dini  cərəyanın  rolu  olduqca 

böyükdür. Bu 

fəlsəfənin nəzəri əsasları, ilk növbədə, əl-Qəzali və İbn əl-Ərəbi 

tərəfindən  ərəb dilində olduqca mükəmməl  səviyyədə işlənib hazırlanmış və 

ərəb  ədəbiyyatının  özündə,  ərəb  dilində,  ərəb  şairi  İbn  əl-Fərid  tərəfindən 

poeziya 

nümunələri vasitəsilə geniş şəkildə tərənnüm olunmuşdur. Sonralar bu 

nəzəri  təlim  və  bu  poeziya  növü  demək  olar  ki,  bütün  Şərq  fəlsəfəsi  və 

ədəbiyyatına  hakim  kəsilmiş  və  şərq  poeziyası  başdan-başa  əsasən  sufi  və 

irfani 

ideyaların tərənnümçüsünə çevrilmişdir. 



İlkin orta əsrlərdə ərəb tarix və coğrafiya elmləri də geniş vüsət tapmış və 

ərəb tarixçiləri, coğrafiyaşünasları ərəb dilində olduqca qiymətli əsərlər qələmə 

almışlar.  Belə  ki,  ərəb  tarixşünaslığının  əsas  janrı  olan  ümumi  tarixin  çiçək-

ləndiyi dövrdə (IX-XI əsrin birinci yarısı) Bəlazuri, Əbu Hənifə əd-Dinavəri, 

Yaqubi 

və Təbərinin yaratdıqları əsərlər xüsusi əhəmiyyət kəsb edir. Məsudi, 



Həmzə  əl-İsfahani,  İbn  Misgəveyh,  İbn  əl-Əsir,  İbn  Xəldun  və  başqalarının 

ümumi tarix 

əsərləri də sonralar böyük şöhrət qazanmışdır. IX-X əsr tarixçiləri, 

xüsusilə  müsəlman  ölkələri  hüdudlarından  kənarda  yaşayan  xalqların  mədə-

niyyətinə, tarixinə aid materiallar yığan Yaqubi və Məsudi geniş ensiklopedik 

biliklərilə  fərqlənirdilər.  Cənubi  Ərəbistanın  geneologiyası,  tarixi,  arxeologi-

yası, coğrafiyası və ədəbiyyatı haqqında məlumatlar toplamış Yəmən tarixçisi, 

əsrin  ikinci  yarısında  yaşayıb-yaratmış  Həmədaninin  tarix  ensiklopediyası 



isə daha diqqətə layiqdir ( 1, 219-220).  

Sonralar 

ərəb  tarixşünaslığında  müxtəlif  janrlar  meydana  gəlir  ki,  şəxsi 

tərcümeyi-hal  ədəbiyyatı,  Yaqut,  İbn  Xəlliqan  və  əs-Safadinin  ümumi  tərcü-

meyi-hal 

lıüğətləri, İbn əl-Qifti, İbn Əbu Üseybi və başqalarının fəlsəfə, təba-

bət,  təbiətşünaslıq  sahəsində  çalışan  xadimlər  haqqında  tərtib  etdikləri  tərcü-

meyi-hal 

məcmuələri də ərəb tarixşünaslığında mühüm yer tutur. Ərəb dilində 

tarixi 


əsərlər  təkcə  ərəb  ölkələrində  deyil,  müsəlman  şərqinin  başqa  ölkələ-

rində,  o  cümlədən,  Hindistan,  İran,  Türkiyə  və  Şimali  Afrika  ölkələrində  də 

yara

nırdı (1, 220).  



Ərəb coğrafiyaşünaslarının da dünya coğrafiyaşünaslığına xidmətləri ol-

duqca  böyükdür. 

Belə  ki,  ərəb  coğrafiyaşünasları  bütün  müsəlman  şərqinin, 

həmçinin Avropa, Şimali və Mərkəzi Afrikanın, Şərqi Afrika və Asiya sahil-

lərindəki (Koreya və Malayya arxipelaqınadək) bir sıra ölkələrin təsviri, coğ-

rafi  mövqeyi, 

təbii şəraiti, yaşayış məntəqələri və s. haqqında ətraflı məlumat 

vermiş,  burada  mədəni  bitkilərin  və  faydalı  qazıntıların  yayılması  yerlərini 

göstərmişlər. Ərəb coğrafiyaşünas – səyyahları  yalnız fiziki-coğrafi şərait de-

yil, 


həmçinin məişət, sənət, mədəniyyət, dil, dini görüşlər və s. məsələlərlə də 

eyni 


dərəcədə maraqlanmışlar. Ərəb coğrafiyaşünasların əldə etdiyi məlumatlar 

xilafətə daxil olan ölkələrdən və yunanlara məlum olan hüdudlardan da xeyli 

kənara çıxmışdır.  

IX 


əsrdən etibarən ərəb coğrafiyaşünaslığında əsasən səyahətlərdən bəhs 

edən  ilk  nümunələr  meydana  çıxır.  Ərəb  coğrafiyaşünaslığında  təsviri  coğra-

fiyaya aid 

dövrümüzə qədər gəlib çatan ilk mənbə İbn Xordadbehin əsəridir. IX 

 

147 



əsr  ərəb  coğrafiyaşünaslarından  Yəqubi,  İbn  əl-Fəqih,  İbn  Rüstə  və  başqa-

larının adlarını çəkmək olar ki, onların əsərlərində də təsvir etdikləri ölkələrin 

karvan 

yolları, şəhərlər arasındakı məsafə və s. haqqında məlumatlar verilir. IX 



əsr ərəb coğrafiyaşünaslarından olan Əbu Zeyd Həsən əs-Sirafinin və Büzürc 

İbn Şəhriyarın əsərlərində Hindistan və Çin haqqında məlumatlar verilir. Ərəb 

coğrafiyaşünaslığının  çiçəkləndiyi  IX-X  əsrlərdə  İbn  Fədlanın  Volqa  sahil-

lərində  yaşayan bulqarların ölkələrinə etdiyi səyahətlərdən bəhs edən əsər də 

olduqca 

qiymətli mənbələrdən biridir. Sonrakı əsrlərdə  yaşayıb-yaratmış ərəb 

coğrafiyaşünaslarından danışarkən Əbu Düləf İstəxri, İbn Hövqəl, Müqəddəsi 

və başqalarının da adlarını çəkmək mümkündür.  

Xilafət  ərazisində  dəqiq  elmlər,  təbiət  elmləri  də  vüsətlə  inkişaf  edirdi. 

Belə ki, Xarəzmi hesaba aid ərəb dilində ilk əsər yazır. Kaşi onluq kəsirdən ilk 

dəfə  istifadə  edərək,  onlar  üzərindəki  əməlləri  göstərir.  Hind  mənbələrindən 

götürülmüş mövqeli onluq say sistemi geniş yayılır. Əbdülvəfa, Biruni, Ömər 

Xəyyam, Nəsirəddin Tusi və Kaşinin əsərlərində tam dərəcəli kökalma üsulları 

işlənir  və  sistemə  salınır.  Cəbrin  riyazi  fənn  kimi  yaranmasında  Xarəzmi  və 

Ömər  Xəyyam  xüsusi  rol  oynayır.  Xarəzmi,  əl-Mərvəzi,  Bəttani,  Biruni  və 

Nəsirəddin  Tusi  öz  əsərlərində  bütün  altı  triqonometrik  funksiyanı,  sferik 

bucaqların həllini, triqonometriyanın bütün teoremlərini və dəqiq triqonometrik 

cədvəllər verirlər.  

Astronomiyaya  aid 

müvəffəqiyyətlər  isə  Ptolemey  və  hind  alimlərinin 

əsərlərinin  ərəb  dilinə  tərcüməsi  ilə  başlayır.  Ərəb  astronomları  göy  cisimlə-

rinin 


koordinantlarının təyini üsullarını, istifadə edilən üç koordinat sisteminin 

birindən digərinə keçid qaydalarını işləyirlər.  

Xəlifə Məmunun dövründə yerin ölçülərinin təyini üçün dərəcə ölçməsi 

aparılır. Eyni zamanda, Biruni, Xazini, ər-Razi və başqaları minerologiyaya aid 

qiymətli əsərlər yazırlar. Biruninin “Məsudun qanunu”, “Mineralogiya” və İbn 

Sinanın  “Bilik”  kitabında  geologiya,  mineralogiya,  atmosfer  fizikası  və  geo-

fizikadan 

geniş  şəkildə  bəhs  olunur.  Heysəmin  “Optika”  əsəri  isə  hələ  orta 

əsrlərdən Qərbi Avropada çox məşhur idi. 

Tibb 


sahəsində də böyük müvəffəqiyyətlər qazanılır.  İbn Sinanın “Tibb 

elminin qanunu” 

əsəri orta əsr Şərqində və Qərbi Avropada uzun müddət tibbə 

dair 


əsas  mənbə  idi.  Eyni  zamanda  cərrahiyyə,  oftalmologiya  və  psixi  xəstə-

liklər haqqında da qiymətli əsərlər qələmə alınır. Kimya elminin inkişafında isə 

Cabir 

İbn Həyyan, Əbubəkr Məhəmməd ər-Razi və İbn Sinanın da xüsusi rolu 



olmuşdur  (1,  218).  Yuxarıda  deyilən  məsələləri  dərindən  araşdıran  görkəmli 

ingilis 


şərqşünası Q.E.Qryunebaum bu barədə öz fikirlərini ümumiləşdirərkən 

belə yazırdı: “IX əsrin sonuna qədər dinşünaslıq, filologiya, təbiət elmlərində 

ərəb  dilində  ifadə  olunmayan  heç  bir  şey  müsəlman  mədəniyyəti  tərəfindən 

qəbul edilmirdi” (4, 65). Beləliklə, gördüyümüz kimi, Ərəb xilafəti ərazisində 

böyük  bir 

mədəniyyət yaranırdı ki, bu mədəniyyətin də əsas dili ərəb dili idi. 

Bu 

mənada,  görkəmli  ərəbşünas  A.B.Xalidovun  yazdığına  görə,  klassik  ərəb 



dili 

təkcə  bu  mədəniyyətin  üz  qabığı  kimi  çıxış etmir,  ona  özünəməxsus  xü-

 

148 



susiyyətlər verməklə, onun tərkib hissəsinə çevrilərək, tarixi sərhədlərini müəy-

yənləşdirib, bu mədəniyyətin bütövlüyünü ifadə edirdi (6, 14).  



 

ƏDƏBİYYAT 

1. 


Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, IV c. Bakı: 1980.   

2. 


Məmmədəliyev V. Ərəb dilçiliyi. Bakı: Maarif, 1985.  

3. 


Абдуллаев И. Поэзия на арабском языке в Средней Азии и Хорасане Х - начало XI вв. 

Ташкент: Фан, 1984  

4. 

Грюнебаум  Г.Э.  Истоки  мусульманской  цивилизации.  Основные  черты  арабо-му-



сульсанской культуры. М.: Наука, 1981. 

5. 


Фильштинский И.М. История Арабской литературы V- начало X вв. М.: Наука, 1985   

6. 


Халидов А.Б. Арабский язык. Очерки истории арабской культуры V-XV вв. М.: Наука, 

1982 


 

АРАБСКИЙ ЯЗЫК  КАК НЕОТЪЕМЛЕМАЯ ЧАСТЬ АРАБСКОЙ КУЛЬТУРЫ 

 

С.С.СУЛЕЙМАНОВ 

 

РЕЗЮМЕ 

 

 



В статье отмечается, что после образования арабского халифата на территории 

этого большого государства начинает процветать наука и культура. В целом же, языком 

данной  культуры  был  арабский  язык.  Данный  язык  объединив  все  культуры,  образо-

вавшиеся  на  территории  халифата  в  своей  активизации  сыграл  особую  роль.  Роль 

арабского  языка  на  территории  халифата  была  настолько  высока,  что  даже  ученые  не 

арабского происхождения писали свои произведения на арабском языке; в целом внесли 

в развитие этой науки ощутимый вклад. 

 

Ключевые слова: арабский, арабская культура, Аббасидов, Басра 

 

 

THE ARABIC LANGUAGE AS A CONSTITUENT PART  

OF THE ARABIC CULTURE 

 

S.S.SULEYMANOV 

 

SUMMARY 

 

The article shows that the science and culture began to develop widely in the territory of 

this  great  state  after  the  foundation  of  Arab  Caliphate.  The  language  of  this  culture  was  the 

Arabic language. Combining all cultures in the territory of the Caliphate, the Arabic language 

played  an  important  role  in its functioning  under  the  name  of  the  Arabic  culture  and  Muslim 

culture successively. The role of the Arabic language was so great in the area of the Caliphate 

that even scientists among non-Arab nations who lived in the territory of the Caliphate, wrote 

their  scientific  works  in  the  Arabic  language  and  they  all  served  to  the  development  of  this 

culture. 

 

Key words: Arabic, Arabic culture, the Abbasids, Basra 



 

149 

Yüklə 104,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə