Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-s



Yüklə 251,86 Kb.
Pdf görüntüsü
tarix08.11.2018
ölçüsü251,86 Kb.
#79262


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4   

 

Sosial-s

iyasi elmlər seriyası   

 

2014 

 

 

 

UOT 340.1; 321.01 

 

HÜQUQI AKTLAR VƏ ONLARIN NÖVLƏRİ 

 

Ü.B.YUS

İFOVA 

Bak

ı Dövlət Universiteti 

k.kalb79@box.az 

 

Məqalədə hüquqi aktların, habelə onları qəbul edən orqanların (vəzifəli şəxslərin) müx-



təlifliyi şəraitində hüquqi aktların ayrı-ayrı növlərinin tədqiqinin vacibliyi qeyd olunur və müx-

t

əlif qəbildən olan hüquqi aktların hüquqi təbiəti və təyinatının fərqliliyinə diqqət çəkilir. Eyni 

zamanda məqalədə hüquqi aktların əsas əlamətləri, həmçinin normativ və fərdi hüquqi aktların 

fərqləndirmə meyarları  araşdırılır. Qeyd olunur ki, hüquqi aktların sistemləşdirilməsi, habelə 

qeyri-

normativ  hüquqi  aktların  səciyyəvi  əlamətlərinin  müəyyənləşdirilməsi  üçün  hüquqi 

aktların dəqiq elmi təsnifatının aparılması böyük əhəmiyyət kəsb edir.  

 

Açar  sözlər:  hüquqi,  fərdi,  normativ,  qeyri-normativ,  tənzimləmə,  akt,  qanunvericilik, 

sərəncam 

   

Müasir  dövrdə  insanlar  öz  hüquq  və  azadlıqları  barədə  ilkin  məlumatı 



əsasən müxtəlif növ hüquqi aktlar vasitəsilə əldə edirlər. Həmin hüquqi aktların 

t

ədqiqi və dəqiq tərifinin verilməsi zamanı ən əvvəl onların ifadələrlə sənədləş-



dirilm

əsini və iradi xarakter daşıdığını qeyd etmək lazımdır. Belə ki, şəxslərin 

daxili, psixi v

əziyyətini  əks etdirən iradənin təzahürü akt-sənədlər vasitəsilə 

ifad

ə  olunmaqla məlum hüquqi effekt göstərir.  Azərbaycan  Respublikasının 



“Nor

mativ hüquqi aktlar haqqında” 21 dekabr 2010-cu il tarixli Konstitusiya 

Qanununun  1.0.4-cü madd

əsinə  müvafiq olaraq Azərbaycan  Respublikasında 

hüquqi aktlar normativ hüquqi aktlardan, normativ xarakterli aktlardan v

ə  ya 


qeyri-normativ hüquqi aktlardan ibar

ətdir. Müvafiq qanun normativ hüquqi 

akt

ların daha  yüksək hüquqi qüvvəyə malik olması səbəbindən, normativ xa-



rakterli aktlardan v

ə ya qeyri-normativ hüquqi aktlardan fərqli olaraq, normativ 

quqi aktlarla bağlı məsələləri dəqiq tənzimləyir. Belə ki, “Normativ hüquqi 



akt

lar haqqında” Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən, “norma-

tiv hüquqi akt t

ənzimlənməsi  Azərbaycan Respublikasının  Konstitusiyası  ilə, 

qanunla v

ə ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər 

üzr

ə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, 



ha

mı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər 

dair

əsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən for-



ma

lı rəsmi sənəddir” (1).  

38 



Bel

əliklə, normativ hüquqi akt müəyyən edilmiş qaydada dərc olunmuş 

akt olmaq etibaril

ə, qeyri-müəyyən şəxslər dairəsi üçün məcburi olan davranış 

qay

dalarını müəyyən edir, təkrar tətbiq edilə bilir, aktla nəzərdə tutulan konkret 



hüquq münasib

ətlərinin yaranmasından və ya başa çatmasından asılı olmayaraq 

qüvv

ədə olur. Bununla yanaşı, normativ hüquqi akt ümumi xarakterli davranış 



qay

daları şəklində səlahiyyətli dövlət orqanının hüquqi hökmran iradəsini (gös-

t

əriş, qadağa, icazə) əks etdirir. Normativ hüquqi aktın göstərişləri onun təsir 



dair

əsində olan bütün ictimai münasibətlərə tətbiq edilə bilər. Normativ hüquqi 

aktın  qəbulu  hüquq  normalarının  yaradılmasına,  dəyişdirilməsinə  və  ya ləğv 

edilm


əsinə yönəlir.  

Qeyd etm


ək lazımdır ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan 

Res


publikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun 67.4-cü 

madd


əsinə əsasən normativ hüquqi aktın qəbul edilməsi müddətlərinin müəy-

y

ənləşdirilməməsi, qəbulunun vacib sayıldığı normativ hüquqi aktın qəbul edil-



m

əsi əvəzinə məcburi davranış qaydalarının sərbəst inzibati mülahizə əsasında 

f

ərdi hüquq tətbiqetmə aktları ilə əvəzlənməsi yolverilməz hesab olunur.  



Hüquq subyeki yalnız elə növ hüquqi akt qəbul edə bilər ki, qüvvədə olan 

qa

nunvericilik bunu təsbit etsin.  Lakin çox vaxt praktikada müvafiq orqanlar 



tərəfindən hüquqi aktın formasının sərbəst seçimi bu qaydanın pozulmasına gə-

ti

rib çıxarır. Deməli hüquqi aktın formasının onu qəbul edən orqanın səlahiy-



yətlərinə ciddi şəkildə uyğun gəlməsi, onun qanuni  və əsaslı olmasının vacib 

me

yarlarından biridir.  



 

Hüquqi aktın rəsmiləşdirilməsi həmçinin onun rəsmi dərcini nəzərdə tu-

tur. Rəsmi dərcin mənası hüquqi aktın mətninin müvafiq mənbədə dərc edilmə-

si və ya digər vasitə ilə hüquq subyektlərinin nəzərinə çatdırılmasından ibarət-

dir. Hüquqi aktın dərci dəqiq şəkildə müəyyən edilmiş müddət ərzində həyata 

ke

çirilir. Deyilənlər xüsusilə normativ hüquqi aktlara aiddir. Lakin cari qanun-



ve

ricilik  fərdi  hüquqi  aktlarla  bağlı  məlumatlandırma  tədbirlərinə  də  böyük 

əhəmiyyət verir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə 

vafiq olaraq, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı 



şəxslərə  və  ya  onların  nümayəndələrinə  rəsmi məlumat verməyə  borcludur. 

R

əsmi məlumat  inzibati  aktın  maraqlı  şəxslərə  birbaşa  elan  edilməsi, təqdim 



olun

ması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxi-

lind

ə göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keç-



dikd

ən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə, göndərildiyi gündən 

3 gün keçdikd

ən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Lakin nəzərdə tu-

tul

muş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şa-



mil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdi-

yi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi 

inzibati  orqanın  üzərinə  düşür.  Məhkəmə  aktlarının  müvafiq  şəxslərə  təqdim 

edilm


əsi bir qayda olaraq məhkəmə qərarlarının göndərilməsi, yəni işdə iştirak 

ed

ən tərəflərin  ünvanına  poçt  xidməti vasitəsilə  çatdırılması  yolu  ilə  həyata 



keçirilir. Bel

ə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 

39 



227.3-

cü maddəsində məhkəmə qətnaməsinin işdə iştirak edən şəxslərə  tərtib 

edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməsi nəzərdə tutulmuşdur. 

Hüquqi aktların və onları qəbul edən orqanların (vəzifəli şəxslərin) müx-

təlifliyi şəraitində hüquqi aktların ayrı-ayrı növlərinin bir-birindən dəqiq şəkil-

də ayrılması vacib məsələdir, çünki onların hər birinin öz təbiəti vardır və öz 

təyinatı  üzrə  fəaliyyət  göstərir.  Xüsusən  də,  normativ  aktları  qeyri-normativ 

aktlardan düzgün şəkildə fərqləndirmədən dövlət orqanlarının akt layihələrini 

hazırlamaq və tərtib etmək, hüquqi normaları sistemləşdirmək, dərc etdirmək, 

qa

nunvericiliyi köhnəlmiş müddəalardan təmizləmək, mövcud qanunvericiliyin 



uçotunu aparmaq mümkün deyildir.  

Ən ümumi halda qeyri-normativ hüquqi aktın mahiyyəti onun “qeyri-nor-

ma

tiv” adında təzahür edir, yəni belə hüquqi aktlar yuxarıda göstərilən norma-



tiv hüquqi aktın əlamətlərinə malik deyildirlər. Buna əsaslanaraq, normativ aktı 

qeyri-


normativ aktdan fərqləndirən meyarın müəyyən edilməsi mümkün olur. 

Onların  arasında  ən  mühümü  odur  ki,  qeyri-normativ  aktlar  fərdi-birdəfəlik, 

fərdi-müəyyən xarakter daşıyır və əsasən də təşkilati-sərəncamverici məsələlər 

üzrə qəbul edilir (məsələn, vəzifəyə təyinetmə, rütbənin verilməsi və s.).   

H

üquqi aktlar yalnız məzmun baxımından deyil, həmçinin onların qəbul 



edilməsi, qeydiyyatı və dərc edilməsi qaydasına görə fərqlənirlər. Bu məsələ-

nin aktuallığı, həmçinin cari qanunvericiliyin buna dair fərqli müddəaları ilə də 

t

əsdiqlənir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin  2012-ci il 6 iyun 



ta

rixli 648 nömrəli Fərmanı ilə  təsdiq edilmiş  “Yerli icra hakimiyyətləri haq-

qında Əsasnamə”nin 6.2-ci bəndinə görə, “yerli icra hakimiyyəti orqanlarının 

nor


mativ xarakterli aktları onların tərəfindən qəbul edilmiş, məhdud subyektlər 

dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olun-

maq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Yerli icra haki-

miy


yəti  orqanlarının  normativ  xarakterli  aktları  qərar  formasında  qəbul  edi-

lir”(2). Əsasnamənin 6.8-ci bəndinin mətni isə (“Yerli icra hakimiyyətinin baş-

çısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həya-

ta  keçirilməsi  məqsədilə  və  ya  digər  birdəfəlik  tətbiq  halları  üçün  qeyri-nor-

mativ 

hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya 



əmrlər formasında qəbul edilir”) bir daha təsdiq edir ki, cari qanunvericilikdə 

normativ xarakterli aktlar qeyri-

normativ hüquqi aktlar sırasına daxil deyildir. 

Adı çəkilən Əsasnamədən fərqli olaraq, Azərbaycan Respublikasının İn-

zi

batı Prosessual Məcəlləsinin 2.2.6-ci maddəsində yalnız “normativ xarakterli 



aktlar” ifad

əsindən istifadə olunur. Həmin maddəyə əsasən, “Azərbaycan Res-

pub

likasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər is-



tisna olmaqla, 

normativ xarakterli aktların (qeyd bizimdir – Ü.Y.) qanunauy-

ğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) in-

zibati m

əhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr və inzibati-iq-

tisadi kollegiyalar t

ərəfindən baxılır”(3). Bununla yanaşı, məhkəmə şikayətinin 

obyekti qismində təkcə normativ xarakterli hüquq aktları deyil, həm də vətən-

da

şın hüquq və azadlığını pozan qeyri-normativ hüquqi aktlar ola bilər. Hüquqi 



40 


aktların qəbul edilməsi nəticəsində: 

- v


ətəndaşın hüquq və azadlığı pozulduqda; 

-  v


ətəndaşın  hüquq  və  azadlıqlarının  həyata keçirilməsi üçün maneələr 

yarandıqda; 

vətəndaşın üzərinə qeyri-qanuni olaraq hər hansı bir vəzifə qoyulduqda 



və ya o, hər hansı növ məsuliyyətə qeyri-qanuni cəlb olunduqda vətəndaş bila-

va

sitə məhkəməyə və ya tabeçilik üzrə yuxarı orqana (vəzifəli şəxsə) şikayətlə 



müraciət edə bilər.  

Aidiyyəti  orqan  şikayətin  əsaslı  olub-olmamasını  müəyyənləşdirərək 

vətəndaşın  tələblərinin  yerinə  yetirməsini  təmin  edir,  onun  barəsində  tətbiq 

edilmiş  məsuliyyət  tədbirlərini  ləğv  edir  və  ya  hər  hansı  başqa  yolla  onun 

hüquq və azadlıqlarını bərpa edir, həmçinin, vətəndaşın hüquq və azadlıqları-

nın pozulmasına səbəb olmuş fərdi hüquqi aktı qəbul edən orqanın məsuliyyəti-

ni müəyyən edir.  

Əgər məhkəmə şikayət olunan hüquqi aktı vətəndaşın hüquq və azadlığı-

nı pozmayan, yəni qanuni hesab edirsə, onda şikayətin təmin edilməsindən im-

tina edir.  

Müasir dövrdə cari qanunvericilikdə hüquqi aktların növlərinə və forma-

la

rına  dair  dəqiq  ifadələrin  istifadə  olunması  olduqca  önəmlidir.  Məsələn,  



Az

ərbaycan Respublikası Daxili İşlər naziri 19 yanvar 2012-ci il  tarixli Qərarı 

il

ə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 1.3-cü bəndinə görə 



 “Yol-patrul xidm

əti öz fəaliyyətində  “Polis haqqında” və “Yol hərəkəti haq-

qında” Azərbaycan  Respublikası  Qanunlarını,  Azərbaycan  Respublikasının 

dig


ər  qanunlarını,  ölkə  Prezidentinin  aktlarını, Nazirlər Kabinetinin qərar və 

s

ərəncamlarını,  DİN-in qərar,  əmr və  göstərişlərini,  digər  normativ  aktların 



(qeyd bizimdir – Ü.Y.) t

ələblərini, eləcə də bu Təlimatı rəhbər tutur”. Görün-

düyü kimi, müvafiq T

əlimatda səhvən  “normativ  aklar”  sırasına  mahiyyətcə 

f

ərdi hüquqi akt olan hüquqi aktlar da daxil edilmişdir. Bununla əlaqədar, hə-



min T

əlimatda “normativ aktlar” sözünün “hüquqi aktlar” sözü ilə əvəz edilmə-

si m

əqsədəmüvafiqdir. 



S

əciyyəvi haldır ki, Azərbaycan Respublikasının “Normativ hüquqi akt-

lar  haqqında”  Konstitusiya  Qanununda  qeyri-normativ hüquqi aktların  bütün 

növl


əri  qeyd  olunmur.  “Normativ  hüquqi  aktlar  haqqında”  Qanunun  3.3-cü 

madd


əsinə görə qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir: 

-  Az


ərbaycan Respublikası Milli Məclisinin qərarları; 

- Az


ərbaycan Respublikası Prezidentinin sərəncamları; 

- Az


ərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları; 

-  v


ətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatını  həyata keçirən 

orqanların aktları; 

-  konkret (bird

əfəlik) təşkilati,  nəzarət və  ya sərəncamverici tədbirlərin 

h

əyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq halları 

üçün n

əzərdə tutulan digər hüquqi aktlar” (qeyd bizimdir – Ü.Y.). 

Qeyri-


normativ  hüquqi  aktları  normativ  hüquqi  aktlardan  fərqləndirən 

41 



əlamətlər,  həmçinin Azərbaycan  Respublikası  Prezidentinin  2011-ci il 1 iyul 

tarixli 463 nömr

əli Fərmanı  ilə  təsdiq  edilmiş  “Hüquqi  aktların  Azərbaycan 

Respub


likasının  Hüquqi  Aktların  Dövlət Reyestrinə  daxil edilməsi  qaydaları 

haq


qında Əsasnamə”də də qeyd olunur. Belə ki, həmin Əsasnamənin 1.10-cu 

b

əndinə əsasən “Dövlət Reyestrinə konkret (birdəfəlik) təşkilati, nəzarət və ya 



s

ərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya di-

g

ər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan (qeyd bizimdir – Ü.Y.) nor-

mativ xarakterli aktlar deyil, m

əhdud subyektlər dairəsi üçün məcburi davranış 

qay


dalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş nor-

mativ xarakterli aktlar daxil edilir”(4). Lakin 

əfsuslar olsun ki, həmin aktlar bu 

Əsasnamədə  “qeyri-normativ hüquqi aktlar” kimi deyil, “normativ xarakterli 

aktlar” kimi qeyd olunub. 

Normativ  texniki  sənədlər,  tövsiyə  xarakterli  çoxsaylı  aktlar  (metodik 

gös

tərişlər, təlimatlar və s.) məcburi hüquqi qüvvəyə malik deyildirlər. Lakin 



onlar bu halda avtomatik olaraq qeyri-normativ aktl

ara çevrilmirlər, çünki qey-

ri-

normativ akt müəyyən səbəbə görə konkret subyektə mütləq göstərişlər verir 



və qətnamə, qərar, əmr, göstəriş və s. şəkildə tərtib olunur.  

Bel


ə bir qüsur özünü Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti 

M

əcəlləsinin 4-cü fəsilində (Şəhərsalma və tikintiyə dair normativ sənədlər sis-



te

mi.  Şəhərsalma və  tikinti fəaliyyətinin informasiya təminatı  sistemi)  ifadə 

edil

ən normalarda büruzə verir. Məcəllənin həmin fəslində istifadəsi nəzəri cə-



h

ətdən əsaslı olmayan “normativ sənədlər” və “texniki normativ hüquqi aktlar” 

ki

mi  anlayışlara  təsadüf edilir. Belə  ki,  həmin Məcəllənin 9.2-ci maddəsinin 



dis

pozisiyasına  əsasən  “Bu Məcəllədə  və  digər normativ hüquqi aktlarda 

əyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənəd-



l

ərdə (qeyd bizimdir – Ü.Y.) tikinti ərazilərinin və obyektlərinin yanğından, tə-

bii v


ə ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükə-

sizlik t


ədbirləri nəzərdə tutulmalıdır”(5). Göründüyü kimi, burada  konkret ola-

raq “texniki normativ hüquqi s

ənədlərə” dair tələblər nəzərdə tutulur və onlar 

madd


ədə qeyd olunduğu kimi “normativ hüquqi aktlarda müəyyən edilmiş tə-

l

əblər əsasında” qəbul olunurlar. Fikrimizcə,  həmin  maddədə “normativ sə-



n

ədlərdə” ifadəsi  əvəzinə  “texniki normativ hüquqi aktlarda” və  ya “texniki 

normativ hüquqi s

ənədlərdə” ifadəsi istifadə olunmalı idi. 

Qeyri-d

əqiq terminologiyadan, həmçinin Azərbaycan Respublikası Mülki 



M

əcəlləsinin 19-cü maddəsində  (“Dövlət hakimiyyəti  orqanının  və  ya  yerli 

özünüidar

ə orqanının aktının etibarsız sayılması”) istifadə olunur. Həmin mad-

d

əyə əsasən, “Dövlət hakimiyyəti orqanının və  ya yerli özünüidarə orqanının 



mülki qanunvericiliy

ə uyğun  gəlməyən, fiziki və  ya hüquqi şəxsin mülki hü-

quq

larını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı 



m

əhkəmə tərəfindən etibarsız sayıla bilər”(6). Burada, şübhəsiz, “qeyri-norma-

tiv xarakterli akt” ın əvəzinə “qeyri-normativ hüquqi akt” ifadəsinin istifadəsi 

düzgün olardı.  

Lakin h

ər bir halda belə bir müddəanın nəzərdə tutulması böyük əhəmiy-



42 


y

ət kəsb edir və mülki qanunvericilik sahəsində “Vətəndaşların hüquq və azad-

lıqlarını  pozan  qərar və  hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə  şikayət 

edilm


əsi haqqında” 11 iyun 1999-cu il tarixli Qanunun realizəsi üçün əsaslar 

ya

radır. Belə ki, həmin Qanunun 2-ci maddəsinə əsasən “Vətəndaş onun hüquq 



v

ə azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa 

m

əhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünü-



idar

ə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, və-

zif

əli şəxslərə şikayətlə müraciət edə bilər. 



Dövl

ət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, ida-

r

ələrin və  təşkilatların,  ictimai  birliklərin, vəzifəli  şəxslərin qərarlarından  və 



h

ərəkətlərindən (hərəkətsizliyindən) vətəndaşların şikayətlərinə məhkəmə tərə-

find

ən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq baxılır. 



Qanunvericilikd

ə  başqa  müddət nəzərdə  tutulmayıbsa,  qanunvericilikdə 

n

əzərdə tutulan hallar istisna olmaqla, tabelik qaydasında yuxarı orqan şikayətə 



1 aydan gec olmayan müdd

ətdə baxmalı, şikayətə baxılmasının nəticəsi barədə 

h

əmin orqanın rəhbərliyi vətəndaşa cavab verməlidir”(7).  



Lakin müvafiq q

ərar  və hərəkət (hərəkətsizlik) bilavasitə vətəndaşın  hü-

quq v

ə azadlıqlarını pozmursa, həmin müraciətin mülki icraat qaydasında ba-



xılması düzgün hesab edilmir, çünki mübahisələndirilən aktlar müraciət edən 

şəxsin hüquq və azadlıqlarına toxunmur.    

Əgər  vətəndaşın  iddia  etdiyi  qərar  sırf  sərancamverici  xarakterə  malik, 

ic

ra hakimiyyəti orqanının funksiyaların bölünməsinə aid olan qeyri-normativ 



quqi aktdırsa, yəni vətəndaşın qanuni hüquq və maraqları ilə bilavasitə əla-

qəsi  yoxdursa, onun iddia etdiyi tələblərin məhkəmə icraatına qəbul edilməsi 

üçün əsas ortaya çıxmır. 

Beləliklə, məhkəmə normativ hüquqi aktı olduğu kimi qəbul etməsi üçün 

bu

rada hüquq normalarının mövcudluğu ilə yanaşı onun qəbul edilməsi, qeyd 



edil

məsi,  daxil  edilməsi  və  dərc  olunması  qaydalarına  da  riayət  edilməlidir, 

nor

mativ texniki aktı normativ hüquqi aktla eyniləşdirmək olmaz. 



Az

ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 122.1-ci mad-

d

əsinə  əsasən “Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu maddəsinə 



uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 

müst


əsna səlahiyyətinə  aid  edilmiş  normativ xarakterli aktlar  (qeyd bizimdir  – 

Ü.Y.) istisna olmaqla, dövl

ət və  bələdiyyə  orqanları  tərəfindən qəbul  edilmiş 

normativ  xarakterli  aktların  qanunauyğunluğunun  yoxlanılmasına  və  onların 

etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər”(8).   

Hesab edirik ki, h

əmin Məcəllədə Azərbaycan Respublikası Konstitusiya 

M

əhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş aktların “normativ xarakter-



li aktlar” 

kimi adlandırılması  “Normativ hüquqi aktlar haqqında” Konstitusiya 

Qanunun 1-ci madd

əsinə ziddir.  Qeyd olunan maddədə həm normativ hüquqi 

akt

ların, həm də  normativ xarakterli aktların uyğunluğundan bəhs olunduğu 



üçün onların maddədə “müvafiq hüquqi aktlar” kimi qeyd olunması məqsədə-

müvafiqdir. Ümumiyy

ətlə, normativ xarakterli aktlarla inzibati aktlar arasında 

43 



olan daha bir f

ərqli cəhət ondan ibarətdir ki, birincilər ümumi davranış qayda-

la

rı (normativlər) müəyyən edir, ikincilər isə hüquqi faktın bir növü kimi kon-



kret subyektl

ər üçün hüquq və vəzifələr yaradır, onları dəyişdirir və ya onlara 

xitam verir. 

Hüquqi aktın hazırlanması zamanı onun formasının düzgün seçilməsi va-

cibdir, çünki o, t

ənzimləmə obyektini və onun həcmini adekvat şəkildə əks et-

dirm

əlidir. “Hüquqi aktın forması” termini ən azı iki məna daşıyır. Birinci hal-



da  hüquqi  aktın  forması  dedikdə  onun xarici ifadə  forması,  ikinci  halda  isə 

onun adı başa düşülür. Baxdığımız halda “hüquqi aktın” forması termini “hü-

qu

qi aktın (növ müxtəlifliyinə) növünə” bərabərdir.  



Hüquq ədəbiyyatında “fərdi akt” və “qeyri-normativ akt” anlayışları bir 

qay


da olaraq sinonim kimi ifadə olunur (9, 14). Hesab edirik ki, həmin aktların 

paralel istifad

ə edilməsi yanlışlığa  yol açır. Onların hər biri konkret təşkilati, 

n

əzarət və  ya sərəncamverici tədbirlərin həyata keçiriləsi məqsədilə ilə qəbul 



edil

ən hüquqi aktları xarakterizə edir və ya digər birdəfəlik tətbiq üçün hesab-

lan

mış normativ qismində çıxış etmir.   



A.Q.Tikoven

ko fərdi hüquqi aktın aşağıdakı səciyyəvi əlamətlərini göstərir: 

1)f

ərdi hüquqi akt qanunda dəqiq müəyyən edilmiş unifikasiya formasına 



(adına)  malikdir,  hal-hazırda  o,  hüquqtətbiqi  praktikasının  bütün  subyektləri 

üçün t


əfərrüatı ilə təsbit edilmişdir ki, bu da hüquqi mübahisələrin yaranmasına 

s

əbəb olur; 



2)f

ərdi  hüquqi  akt  hüquq  normaların  tətbiqinin rəsmi  aktıdır,  ayrı-ayrı 

m

əsələlər üzrə  və  ya hüquqtətbiqinin xüsusi səlahiyyətli subyekti tərəfindən 



(orqan, v

əzifəli  şəxs) konkret tədbirlərin həyata keçirilməsi məqsədilə  qəbul 

edilir, bird

əfəlik icra ilə öz təsirini başa çatdırır; 

3)f

ərdi hüquqi akt iradi hökmran xarakterə malikdir, müəyyən hüquqi nə-



tic

ələrin əldə edilməsi üçün onu qəbul edən subyektin iradəsini, səlahiyyətinin 

xüsusiyy

ətlərini əks etdirir;  

4)f

ərdi hüquqi akt konkret subyektə və ya yalnız müəyyən şəxslər dairə-



sin

ə ünvanlanır və konkret hüquqi münasibətlərin qəbul edilməsinə, dəyişdiril-

m

əsinə və ya dayandırılmasına səbəb olur (10, 58).   



A.A.Travkin f

ərdi  hüquqi  aktın  çoxsaylı  əlamətlərini  şərti olaraq dörd 

qrupa bölür. O, birinci qrupa f

ərdi hüquqi aktı hüquqi sənədin növ müxtəlifliyi 

kimi xarakteriz

ə edən əlamətləri aid edir, yəni xüsusi növ sənəddir, spesifik ifa-

d

ə formasına malikdir, hüquqi aktlar sistemində  xüsusi yer tutur və hüququn 



real

laşdırılmasının  növlərindən  biridir.  İkinci  qrupa  dərc  olunmanın  xüsusiy-

y

ətlərini və  fərdi  hüquqi  aktın  hökmran  təbiətini göstərən  əlamətlər daxildir, 



y

əni hüquq normaları əsasında qəbul olunmuş prosessual qaydada səlahiyyətli 

subyektl

ər tərəfindən hazırlanması və qəbul edilməsinin məcburiliyi aiddir.    

Üçüncü qrupu f

ərdi hüquqi aktın hüquqi keyfiyyətlərini xarakterizə edən 

aşağıdakı əlamətlər təşkil edir: 

- o, r


əsmi olaraq iş üzrə qərarı tərtib və təsbit edir; 

- onun t


ərkibinə fərdi göstərişlər daxildir, onlarda adresatların subyektiv 

44 



quqları və vəzifələri konkretləşdirilir (ictimai münasibətlərin şəxsən müəy-

y

ən edilən iştirakçıları);  



- o, d

əqiq şəkildə ifadə olunmuş təsir hüdudlarına (sahələrinə) malikdir; 

onun reallaşdırılması təşkilati, maddi və digər xarakterli həvəsləndirici 



v

ə məcburedici tədbirlərin tətbiq edilməsi imkanı ilə təmin edilir;  

o, spesifik hüquqi faktdır, ictimai münasibətlərin hüquqi tənzimləmə me-

xanizmind

ə xüsusi yer tutur.  

N

əhayət, A.A.Travkinin mülahizələrinə görə dördüncü qrupa aid edilən 



f

ərdi hüquqi aktın sosial-psixoloji keyfiyyətləri, məhz aşağıda göstərilənlərdir: 

hüququn t

ətbiqi subyektlərin və iştirakçıların hüquqi davranışının sosial-psixo-

loji mexanizminin f

əaliyyətinin nəticəsidir və insanların, onların kollektivləri-

nin v

ə təşkilatlarının şüurlu-iradi fəaliyyəti prosesində ictimai həyatın müxtəlif 



sah

ələrinin dəyişdirilməsinə yönəlmişdir (11, 11-12). 

S.S.Alekseyev düzgün olaraq qeyd edir ki, “hüquq nəzəriyyəsi dərsliklə-

rin


də və kurslarda normativ aktlar və fərdi aktlar ayrı-ayrılıqda nəzərdən keçiri-

lir: birincilər hüquq mənbəyinin xarakteristikasında, ikincilər isə hüquq müna-

si

bətlərində; belə bölgü hardasa özünü doğruldur, xüsusilə də ona görə ki, bir 



hal

da akt dedikdə hüququn xarici forması, digərində isə qanuni davranış forma-

sı başa düşülür”(12, 193).  

Fərdi hüquqi aktlar konkret ictimai münasibətlərin tənzimləmə funksiya-

sını yerinə yetirir. İctimai münasibətlər ümumilikdə və tam olaraq hüquqla tən-

zim


lənir, lakin real həyatda belə münasibət subyektlərinin və ya obyektlərinin 

kon


kretləşdirilməsi tələb olunur. Fərdi hüquqi aktın ümumi tənzimləmə prosesi 

ilə əlaqəsi yoxdur. O, konkret hadisəyə, vəziyyətə aiddir, yəni konkret hüquqi 

nasibətin realizəsi ilə əlaqədardır. 



Fərdi hüquqi akt səlahiyyətli orqan tərəfindən qoyulmuş qaydada qanun-

ve

ricilik əsasında qəbul edilən rəsmi hüquqi sənəddir. Qeyd etmək lazımdır ki, 



cari qanunvericilikd

ə  “hüquqi aktlar” ifadəsi “hüquqi sənədlər” ifadəsindən 

f

ərqləndirilir. Məsələn, Azərbaycan  Respublikası  Milli  Məclisinin Daxili Ni-



zamnam

əsində “Milli Məclisin sənədləri” ilə “Milli Məclisin aktları”  fərqlən-

dirilir. Bel

ə ki, Daxili Nizamnamənin 30-cu maddəsi “Milli Məclisin aktlarının 

q

əbul edilməsi üçün tələb olunan səs çoxluğu” adlanır və həmin maddəyə əsa-



s

ən “Azərbaycan Respublikasının Konstitusiyasında və bu Daxili Nizamnamə-

d

ə başqa qayda nəzərdə  tutulmayıbsa, Milli Məclisin aktları 63 deputatın səs 



çox

luğu  ilə  qəbul edilir”.  Bundan fərqli olaraq, Daxili Nizamnamənin  “Milli 

M

əclisin sənədlərinin dərc edilməsi” adlanan 53-cü maddəsinin mətnindən par-



lamentin s

ənədləri qismində  Milli Məclisin qərarları ilə yanaşı,  Milli Məclisin 

ic

laslarının protokolları və stenoqramları da qeyd olunur (13). 



Sənədin fərdi hüquqi akt kimi nəzərdən keçirilməsi üçün o, aşağıdakı iki 

əlamətə malik olmalıdır: 

1)fərdi  hüquqi  akt  səlahiyyətli  orqan  tərəfindən  ümumi  qayda  əsasında 

qəbul edilir; 

2)fərdi hüquqi aktlar müəyyən prosedur qaydasında qəbul edilir. 

45 



Fərdi hüquqi aktın qəbul edilməsi prosesi bir neçə mərhələdən keçir və 

onların arasında aşağıdakıları seçib göstərmək olar: 

təşəbbüs mərhələsi – müvafiq aktın dərc olunması ideyasının yaranma-



sı.  Həmin  mərhələdə  ilk  növbədə  səlahiyyətli  orqanın  aktı  qəbul  edilir,  aktın 

qəbul  edilməsinin  zəruriliyi  əsaslandırılır  (dəyişdirilmə,  ləğv  etmə),  baxılan 

məsələ üzrə  mövcud olan bütün informasiya toplanılır və analiz edilir (qanun-

ve

ricilik, təlim-metodik materiallar, informasiya məktubları və s. öyrənilir); 



fərdi hüquqi aktın mətninin hazırlanması. 

Əksər hallarda müvafiq orqanın (vəzifəli şəxsin) fərdi hüquqi aktlarının ta-

be

çilikdə  olan  strukturlar  və  ya  vəzifəli  şəxslər  üçün  məcburiliyi  əvvəlcədən 



müəyyən  edilir.    Belə  ki, Azərbaycan  Respublikası  Prezidentinin  2001-ci il 30 

iyun tarixli 518 nömr

əli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 

Daxili İşlər Nazirliyi haqqında Əsasnamənin 5.3.6-ci bəndinə əsasən “Azərbaycan 

Respublikasının Daxili İşlər naziri Nazirlik sistemində icrası məcburi olan əmrlər 

verir, 


əsasnamələri, nizamnamələri, təlimatları,  qaydaları, standartları, normaları 

v

ə  digər  normativ  hüquqi  aktları  təsdiq edir, habelə  dövlət hakimiyyəti orqan-



larının rəhbərləri ilə birlikdə və ya onlarla razılaşdırılmaqla əmrlər, sərəncamlar, 

göst


ərişlər verir, onların icrasına nəzarəti təşkil edir”(14).   

Qeyd etm


ək lazımdır ki, hüquq normasının və fərdi hüquqi aktların adre-

sat


ları  müxtəlifdir.  Hüquq  normasının  özünün  xarakterindən qeyri-müəyyən 

şəxslər dairəsinə münasibətdə ümumi davranış qaydaları yaranır. Fərdi hüquqi 

ak

tın məcburiliyi hüquq normasının konkret şəxslərə şamil olunmasına gətirib 



çıxardır, zəruri hallarda normada göstərilən məcburi subyektlərin dar dairəsi ilə 

m

əhdudlaşır. 



Onların arasında, ilk növbədə, baxılan aktın müvafiq hüquq normasının 

kim


ə və ya kimlərə münasibətdə tətbiq edilməsini qeyd etmək lazımdır.  

Birincisi

ənənəvi olaraq aktın özündə onun adresatları bilavasitə göstərilir. 

Bu,  orada f

ərdi  hüquqi  aktın  adresatı  göstərilmədiyi halda və  onu qəbul etmiş 

orqanın müəyyən edilməsi mümkün olmadıqda, belə akt effektli və işlək olmur.  

İkincisi,  əgər adresat tərəfindən müvafiq vəzifələr yerinə  yetirilmirsə, 

onda f


ərdi hüquqi aktın icrası müvafiq orqanlar və vəzifəli şəxslər tərəfindən 

t

əmin olunur. Nəzərə  almaq  lazımdır  ki,  fərdi  hüquqi  aktın  icrasının  bu  növ 



t

əminatçıları  bir  qayda  olaraq  orada  göstərilmir, çünki onlar qanunvericilik 

sisteminin dig

ər  hüquqi  aktlarında  əvvəlcədən müəyyənləşdirilmişdir  (polis, 

m

əhkəmə icraçıları və s.).  



Üçüncüsü, h

əmin aktda həll edilən məsələyə  orqan və  konkret  şəxslər 

aid ola bil

ərlər. Fərdi hüquqi aktın “üçüncü şəxslərə” münasibətdə ümumi fəa-

liyy

ət  proqramı  qismində  çıxış  etməsi hüquq nəzəriyyəsində  az  işlənilmişdir. 



Bu, xüsus

ən də aktla hər hansı bir müəyyən hüquq səlahiyyətlərin icrası həvalə 

edilmiş  subyektə  (müəyyən qaydada hərəkət etmək səlahiyyətinə  malik olan, 

əmlakın sahibi sayılan və s.) münaisibətdə geniş şəxslar dairəsi üçün nəzərdə 

tutulan f

ərdi hüquqi aktlara aiddir.  

Aidiyy

ətli dövlət orqanlarının və ya məsul vəzifəli şəxslərin öz səlahiyyət-



46 


l

əri çərçivəsində qəbul etdiyi hüquqi aktları həmin orqanların müvafiq tapşırıq-

larından fərqləndirmək lazımdır. Çünki hüquqi aktlardan fərqli olaraq, aidiyyəti 

dövl


ət  orqanın  və  ya məsul vəzifəli  şəxsin hər  hansı  tapşırığı  yalnız  müvafiq 

hakimiyy


ət orqanları sistemində mövcud ola bilər. Lakin cari qanunvericilikdə 

b

əzən kobud terminoloji səhvlərə də təsadüf olunur. Belə ki, Azərbaycan Res-



publikası  Nazirlər Kabinetinin  2014-cü il 16 dekabr tarixli 393 nömrəli qərarı 

il

ə təsdiq edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya 



olunmuş  orqanlar  tərəfindən  yoxlanılan  ölçmə  vasitələrinin Siyahısı”nın  17-ci 

b

əndinin  adının  (“Dövlət  orqanlarının  ölçmələrin məcburi aparılması  barədə 



q

ərarlarının  icrası  üzrə”) düzgün göstərildiyi halda, onun 1-ci yarımbəndində  

istifad

ə  olunan ifadənin (“məhkəmə  ekspertizasının  həyata keçirilməsində, 



h

əmçinin məhkəmə  və  prokurorluq  orqanlarının  və  digər  dövlət orqanlarının 



tapşırıqlarının (qeyd bizimdir – Ü.Y.) yerinə yetirilməsində tətbiq edilən ölçmə 

vasit


ələri”) (15) qeyri-dəqiqliyini qeyd etmək  lazımdır.  Fikrimizcə, ölkəmizdə 

Konstitusiya s

əviyyəsində  hakimiyyət bölgüsü prinsipinin bəyan edildiyi və 

reallaşdırıldığı bir şəraitdə belə “ikimənalı” ifadələrin işlədilməsi yolverilməzdir.  



 

ƏDƏBİYYAT

 

1.



 

“Azərbaycan” qəz. 2011, 17 fevral, № 37. 

2.

 

“Azərbaycan” qəz. 2012, 8 iyun, № 125. 



3.

 

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762. 



4.

 

Az



ərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 626. 

5.

 



“Azərbaycan” qəz. 2012, 9 sentyabr, № 201. 

6.

 



Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2000, № 4, maddə 250. 

7.

 



Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 1999, № 7, maddə 398. 

8.

 



Azərbaycan Respublikası Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762   

9.

 



Дементьев  И.В.  Индивидуальные  налогово-правовые  акты:  Дис...  канд.    юрид. 

наук. Воронеж, 2005, 235с. 

10.

 

Тиковенко А.Г. Индивидуальные (ненормативные) правовые акты: характерные 



признаки / Правовое обеспечение инновационного развития экономики Респуб-

лики Беларусь: Материалы  международной научно-практической  конференции 

(21-

22 октября 2010 г.). Минск: Позитив-центр, 2010, с. 56-58. 



11.

 

Травкин А.А. Сущность и пределы (сферы) действия правоприменительных актов: 



проблемы теории и практики: Автореф. дис... канд. юрид. наук. Ярославль, 22с. 

12.


 

Алексеев С.С.Общая теория права: В 2 х т. Т.2. М.: Юрид. лит., 1982, 360с. 

13.

 

Az



ərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107. 

14.


 

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416. 

15.

 

“Azərbaycan” qəz., 2014, 26 dekabr, № 284. 



 

 

 



47 


ПРАВОВЫЕ АКТЫ И ИХ ВИДЫ 

 

У.Б.ЮСИФОВА 

 

РЕЗЮМЕ 

 

В статье, в первую очередь, отмечается, что в условиях разнообразия правовых 

актов,  а  также  принимающих  их  компетентных  органов  (должностных  лиц),  важно  их 

четкое отграничение друг от друга, так как каждый из них имеет свою собственную при-

роду и назначение. В этой связи в статье рассматриваются основные признаки правовых 

актов, а также критерии разграничения нормативных и индивидуальных правовых актов. 

Отмечается  необходимость проведения четкой научной дифференциации правовых ак-

тов в целях систематизации правовых актов, а также определения характерных призна-

ков ненормативных (индивидуальных) правовых актов. 

 

Ключевые  слова:  правовой,  индивидуальный,  нормативный,  ненормативный, 

регулирование, акт, законодательство. 

 

 

LEGAL ACTS AND THEIR TYPES 

 

U.B.YUSIFOVA 

 

SUMMARY 

 

It is noted in the article that there are more variety of legal acts, as well as host of their 

competent authorities (officials). In this sense,  it is important to define distinct difference  of 

legal acts, because each of them has its own nature and purpose. The  article discusses  main 

features of legal acts, as well as criteria for distinguishing the normative and individual legal 

acts. It is noted that a clear scientific differentiation of the legal acts is very important for 

systematization of legal acts and definition of  the  characteristic features of non-normative 

(individual) legal acts. 



 

Key words: legal, individual, normative, non-normative, regulation, act, legislation. 

 

 



 

 

 



48 

Yüklə 251,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə