Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elml



Yüklə 176,38 Kb.
Pdf görüntüsü
tarix26.11.2017
ölçüsü176,38 Kb.
#12671


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-siyasi elml

ər seriyası   

 

2015 

 

 

 

FƏLSƏFƏ 

 

УОТ 122/129 

 

FƏLSƏFƏ VƏ TƏBİƏTŞÜNASLIĞIN  

MÜNASİBƏTİNİN POZİTİVİST ANLAMI 

 

V.M.KƏRİMOV 

Bakı Dövlət Universiteti 

V.m.Karimov@yahoo.com 

 

M

əqalədə fəlsəfə və təbiətşünaslığın münasibətinin pozitivist anlamının mahiyyəti açılıb 

t

ənqidi  surətdə  təhlil  olunur.  Həmin  bilik  sahələrinin  qarşılıqlı  əlaqədə  olduğu  və  bunun 

obyektiv 

əsası açılaraq göstərilir ki, bu onların tədqiqat obyektinin ümumiliyidir: həm fəlsəfə, 

h

əm də təbiətşünaslıq təbiəti öyrənir. Pozitivizmin kontizm, maxizm və neopozitivizm kimi tarixi 

formaları  tənqidi  surətdə  nəzərdən  keçirilərək  göstərilir  ki,  fəlsəfə  və  təbiətşünaslıq  ancaq 

qarşılıqlı əlaqədə və təsirdə müvəffəqiyyətlə inkişaf edə bilər. 

 

Açar  sözl

ər:  fəlsəfə,  təbiətşünaslıq,  qarşılıqlı  əlaqə,  pozitivizm,  kontizm,  maxizm, 

neopozitivizm, dialektik-materialist anlam 

 

İnsan idrakının fəlsəfə və təbiətşünaslıq kimi iki mühüm sahəsi qarşılıqlı 



əlaqədə  və  təsirdə  yaranıb  inkişaf  etmiş,  bir-birlərini  zənginləşdirmişlər.  Bu-

nunla bel

ə həmin bilik sahələrinin qarşılıqlı əlaqəsi və münasibəti uzun müddət 

düzgün 


başa düşülməmişdir. Həmin münasibət yalnız bu bilik sahələrinin uzun 

sür


ən  inkişafı  nəticəsində  yaranmaqla  müasir  təbiətşünaslığın  həqiqi  fəlsə-

fi-metodoloji 

əsası  kimi  çıxış  edən  dialektik-materialist  fəlsəfədə  düzgün  ay-

dınlaşdırılmışdır.  

F

əlsəfə və təbiətşünaslığın münasibətinin düzgün anlamını verən dialektik 



materializm

ə qədər ona uzun müddət naturfəlsəfi baxış hakim olmuşdur. Məlum 

olduğu kimi, təbiət haqqında biliklərin son dərəcə aşağı səviyyədə olduğu qədim 

dövrd


ə dünya haqqında təbii-elmi təsəvvürləri də özündə ehtiva edən ümumi bir 

elm  –  naturf

əlsəfə  mövcud  olmuşdur.  Naturfəlsəfə  daxilində  fəlsəfə  və  tə-

bii-elmi t

əsəvvürlər, sonralar onlar əsasında yaranıb inkişaf edən təbiət elmləri 

arasında  fəaliyyət  sahəsi  aydın  şəkildə  ayrılmamış,  həmin  bilik  sahələrinin 

t

ədqiqat  predmetləri  hələ  müəyyənləşməmişdi.  Buna  görə  də  təbiət  haqqında 



bilikl

ərin  artıq  müəyyən  dərəcədə  inkişaf  etdiyi  dövrdə  yaşayan  ilk  yunan 

filosofları  eyni  zamanda  müxtəlif  təbiət  elmləri ilə  də  məşğul  olmuş,  onların 

dünyagörüşündə fəlsəfi baxışlar və təbii-elmi təsəvvürlər naturfəlsəfədə çulğaş-

94 



mış şəkildə mövcud olmuşdur.  

F

əlsəfə və təbiətşünaslığın münasibətinin naturfəlsəfi və dialektik-mate-



rialist 

anlamlarını artıq əvvəllər təhlil etdiyimizdən, həmin məsələ ilə maraq-

lananl

arı oraya (9, 10) göndərməklə bu məqalədə onun pozitivist anlamını ver-



m

əyə çalışacayıq. Həmin anlam naturfəlsəfənin «xarabaları» üzərində meydana 

çıxdığından qısaca olaraq bunu qeyd etməklə kifayətlənirik ki, konkret təbiət 

elml


ərinin  o  qədər  də  inkişaf  etmədiyi,  təbiətşünaslığın  başlıca  olaraq  faktlar 

toplamağa  məşğul  olduğu,  hadisələr  arasındakı  real  əlaqələri  açmağa  qadir 

olmadığı  və  olnları  əqli  quraşdırmalarla  əvəz  etdiyi  dövrdə  dünyanın  ümumi 

m

ənzərəsini verməyə çalışan və bu səbəbdən də bütün bilik sahələrini əhatə edən 



«elml

ər elmi» olmaq iddiası ilə çıxış edən naturfəlsəfə təbiət elmlərinin yeganə 

düzgün  f

əlsəfəsi  kimi  çıxış  edirdi.  Dünyanın  müxtəlif  elmlər  tərəfindən 

öyr

ənilən sahələri arasındakı əlaqələrin hələ məlum olmadığı dövrdə dünyanın 



bütöv  elmi-f

əlsəfi  mənzərəsini  verməyə  çalışan  naturfəlsəfə  bu  zaman  həmin 

əlaqələri xəyali əlaqələrlə əvəz edir, xüsusi tədqiqat tələb edən məsələlərə əqli 

quraşdırmaların köməyilə cavab verməyə çalışırdı.  

İdrak tarixi göstərir ki, öz elmi fəaliyyətlərində təbiətşünaslığın nailiyyət-

l

ərinə əsaslanan materialist naturfəlsəfənin nümayəndələri Demokrit, Qassendi, 



İ.Nyuton,  C.Bruno,  Lomonosov,  Laplas,  Dalton,  Darvin  və  b.,  habelə  Hegel 

kimi dialektik müt

əfəkkirlər dünya haqqında elmin inkişafını xeyli qabaqlayan 

v

ə  fəlsəfi  dünyagörüşünü  zənginləşdirən  bir  sıra  mütərəqqi  ideyalar  irəli 



sürmüşlər. 

 Lakin konkret t

əbiət elmlərinin inkişafı dərinləşdikcə, xüsusilə fizikanın 

daha da 


inkişafı, kimya, geologiya, astronomiya, biologiya elmlərinin təşəkkülü 

v

ə inkişafı konkret təbii-elmi tədqiqata əsaslanmayan naturfəlsəfənin məhdud-



luğunu aşkara çıxararaq onun dağılmasını və aradan qaldırılmasını zəruri edirdi. 

Bu bel


ə bir haldan da irəli gəlirdi ki, artıq həmin bilik sahələri arasında təbiətin 

özünd


ə mövcud olan əlaqələrin aşkara çıxarılıb öyrənilməsi XIX əsrin ortalarına 

doğru  təbiətşünaslığı  başlıca  olaraq  faktları  toplamaqla  məşğul  olan  empirik 

elmd

ən  toplanmış  faktik  materialların  sistemləşdirildiyi,  hadisələr  arasındakı 



real 

əlaqələrin açıldığı nəzəri elmə çevrilmişdi. 

T

əbiətşünaslıqda  baş  verən  və  alimlərin  əksəriyyətinin  əsas  tutduqları 



metafizik  t

əfəkkür  üsulunu  dağıdaraq  dünyaya  dialektik  baxışın  işlənməsinə 

g

ətirib çıxaran bir sıra mühüm kəşflər sayəsində naturfəlsəfənin məhdudluğu və 



g

ərəksizliyi  aşkara  çıxırdı.  Naturfəlsəfənin  nüfuzdan  düşməsi  və  aradan  qal-

dırılması ilə müşayiət olunan bu mütərəqqi proses dialektikcəsinə düşünə bil-

m

əyən təbiətşünaslara artıq konkret elmlərin ümumiyyətlə «elmlər elmi» sayılan 



f

əlsəfənin hökmranlığından «xilas olması» kimi görünməyə başladı. Bu zəmin-

d

ə ümumiyyətlə fəlsəfədən yaxa qurtarmaq pərdəsi altında çıxış edən, əslində 



is

ə təbiətşünaslıqla çıx bağlı olan materialist fəlsəfəni aradan qaldırmaq cəhd-

l

ərinin ifadəsi olan pozitivizm meydana çıxdı və o dövrün filosofları, xüsusilə 



t

əbiətşünasları arasında geniş yayılmağa başladı. Bunun da başlıca səbəbi o idi 

ki, özünü «elml

ər elmi» kimi qələmə verməklə konkret elmlərin nailiyyətlərinə 

95 



m

əhəl qoymayan, əsasən əqli quraşdırmalarla məşğul olan naturfəlsəfəyə qarşı 

çıxan pozitivizmin nümayəndələri eyni zamanda təbiət elmlərinin konkret nai-

liyy


ətlərini inkar etmirdi.  

Pozitivizmin banisi 

fransız filosofu Oqyust Kont (1798-1857) olduğundan 

onun  ilkin 

forması  kontizm  adlanır.  Pozitivizmin  yaranması  və  inkişafında 

ingilis filosofu Con Stüart Mill (1806-1873) v

ə Herbert Spenserin (1820-1903) 

d

ə xidmətləri olmuşdur. Pozitivizm mövqeyindən biliyin anriorluğu fikrinə qarşı 



çıxaraq  idrak  nəzəriyyəsi  məsələlərində  empirizm  mövqeyindən  çıxış  edən 

C.S.Mill  deduktiv  biliyin  mümkünlüyünü  q

əbul  etmir.  Biliklərin  induksiya  – 

xüsusid


ən ümumiyə keçmək yolu ilə əldə edildiyini bildirirdi. Pozitivizm fəl-

s

əfəsinin  metodunun  işlənib  hazırlanmasına  böyük  diqqət  yetirən  C.S.Mill 



induksiyanı belə metod hesab edirdi.  

H.Spenser

ə görə, fəlsəfənin təsiri olmadan müstəqil surətdə inkişaf edən 

elmin m


əqsədi əldə olunan biliklər arasında vəhdət yaratmaqdır. Onun fikrincə, 

f

əlsəfə elmin kəşf etdiyi qanunları vəhdət halında öyrənməyə çalışır.  



F

əlsəfədə antifəlsəfi istiqamət kimi formalaşan pozitivizm öz inkişafında 3 

m

ərhələdən keçmişdir: 1) kontizm, yaxud «birinci pozitivizm»; 2) empiriokriti-



sizm,  yaxud  «ikinci  pozitivizm  (maxizm); 3) üçüncü  pozitivizm,  yaxud  neo-

pozitivizm. 

Pozitivizmin  banisi  O.Kont  v

ə  ardıcılları  (C.S.Mill,  H.Spenser)  özlərini 

müsb

ət (pozitiv) bilik tərəfdarları kimi qələmə verərək bildirirdilər ki, həqiqi 



elm  ancaq  müsb

ət  faktları  öyrənir,  onun  tədqiqat  oybekti  ancaq  təcrübənin 

verdiyi 

faktlardır. Həm də elmin vəzifəsi faktları təhlil, izah etmək deyil, təsvir 

etm

əkdir,  alim  filosofluq  etməyərək  aşkara  çıxarılan  faktları  təsvir  etməklə 



kifay

ətlənməlidir. Konta görə, elm və fəlsəfənin predmeti eyni bir şeydir. Xüsusi 

elml

ərdən  fərqli  olaraq  fəlsəfənin  öz  xüsusi  predmeti  yoxdur.  O,  yalnız 



hadis

ələri  sadəcə  təsvir  etməklə  kifayətlənməlidir.  Kont  və  tərəfdarlarının 

fikrinc

ə, «pozitiv  elm»  daxili  mahiyyəti,  daxili  səbəbləri,  daxili  strukturu 



açmağa  çalışmamalıdır,  onun  vəzifəsi  ancaq  «bilavasitə  müşahidə  olunanları 

t

əsvir etməklə», habelə müşahidə olunan hadisələri bir-birilə bağlayan qanunları 



əyyənləşdirməklə məhdudlaşmalıdır» (17,76). 

Elmi 

idrakın ali pilləsi sayan O.Konta görə, elmi bilik şeylərin mahiyyətini 



aça bilmir, o, hadis

ələri ancaq təsvir edir, onların ardıcıllığında qanunauyğun-

luqları açır, lakin onların mahiyyətinə nüfuz edə bilməz. Burada Kont geriyə – 

Yum  v


ə  Kantın  aqnostisizminə  qayıdır.  Konta  görə,  elmi  bilik  empirik,  yəni 

t

əcrübi bilik olduğundan elm dünyanın insan tərəfindən dərk olunması, başlıca 



olaraq 

müşahidələrə  əsaslanan  idrak  tarixidir.  Biz  yalnız  hadisələri,  yaxud 

du

yğularımızda verilənləri müşahidə edə bildiyimizdən aydındır ki, elmi bilik 



hadis

ələrin güman olunan əsasına nüfuz edə, nə onların mahiyyətinə, nə də ilkin, 

sonuncu s

əbəblərilə iş görə bilməz. Buna görə, öz xarakteri etibarilə elmi bilik 

əksərən  təsviri  bilikdir.  Kont  özu  belə  deyir: «həqiqi  pozitivist  ruh  başlıca 

olaraq,  hadis

ələrin ilkin və son səbəblərinin öytrənilməsinin onların sarsılmaz 

qanunlarının öyrənilməsi ilə əvəz olunmasından, başqa sözlə, niyə sözünün necə 

96 



sözü il

ə əvəz olunmasından ibarətdir» (25, 38). Əslində qanun hadisələrin daxili, 

mühüm,  z

əruri, mahiyyət xarakterli əlaqələrini ifadə etdiyi halda Konta görə, 

qanun  ancaq  hadis

ələrin  xarici  səthi,  bilavasitə  müşahidə  olunan,  yəni  hissi 

olaraq 

qavranılan əlaqələrini ifadə edir.  



F

əlsəfə və xüsusi elmləri bir-birindən ayıran pozitivistlər bildirirdilər ki, 

elmin,  o  cüml

ədən  təbiət  elmlərinin  ayrı-ayrı  sahələrinin  fəlsəfəyə  ehtiyacı 

yoxdur  v

ə  sonuncusunun  konkret  elmlərin  işlərinə  müdaxiləsi  guya  onların 

inkişafına mənfi təsir göstərir.  

Xüsusi  elmi  probleml

əri ancaq fəlsəfənin həll  edə biləcəyini iddia  edən 

naturf


əlsəfənin əksinə olaraq, pozitivizm əslində elmi və fəlsəfi biliyin bütün 

probleml


ərini  xüsusi  elmi  metod  və  vasitələrlə  həll  etməyin  mümkünlüyünü 

söyl


əyir və bildirirdi ki, fəlsəfənin dövrü artıq həmişəlik ötüb keçmişdir və öz 

probleml


ərini müstəqil surətdə həll etməyə qadir olan konkret elmlərin ona heç 

bir 


ehtiyacı yoxdur. Buna görə də təbiət elmləri heç bir fəlsəfəyə etina etmədən 

ancaq 


faktları toplamaq, qeydə almaq və təsvir etməklə kifayətlənməlidir. Bu 

s

əbəbdən  də  XIX  əsrin  ortalarında  fəaliyyət  göstərən  bir  çox  təbiətşünaslar 



pozitivizmin banisi O.Kontun bel

ə bir iddiasına şərik çıxırdılar ki, təbiət elmləri 

onların fövqündə duran «metafizikaya» (fəlsəfəyə) ehtiyac duymur və qarşısına 

çıxan bütün problemləri özünün vasitələri ilə həll edə bilər. Bu o dövrdə təbiət 

elml

əri içərisində daha çox inkişaf etmiş olan fizika üçün xüsusilə səciyyəvi idi.  



XIX 

əsr fiziklərinin fəlsəfəyə mənfi münasibətinin səbəbi xeyli dərəcədə 

elmin 

qarşısına  çıxan  konkret  problemləri  təbii-elmi  vasitələrlə  həll  etmək 



əvəzinə çox zaman səmərəsiz olan əqli quraşdırmalarla məşğul olan naturfəl-

s

əfəyə bəslədikləri ədavət idi. Bunu nəzərdə tutan A.Zommerfeld yazırdı: «XIX 



əsrdə fizika və fəlsəfə arasında kifayət qədər gərgin münasibət vardı. Əvvəlcə 

fizikaya onun 

inkişaf yolunu qabaqcadan müəyyənləşdirməkdə kömək etməkdə 

özünü 


haqlı sayan fəlsəfə üstünlük təşkil edirdi. Bu münasibətlə Şellinqi, Hegeli 

… 

xatırlamaq olar. sonra fiziklər daha inamsız oldular və hər cür fəlsəfəni rədd 



etm

əyə  başladılar.  Bu,  məsələn,  ona  gətirib  çıxartdı  ki,  R.Mayerin  enerjinin 

saxlanması  prinsipi  haqqında  zahirən  fəlsəfi  görkəmə»  malik  olan  ilk  əsər 

«Reddendorf Annalen»in redaktoru t

ərəfindən rədd edilmişdir (24, 117). Burada 

A.Zommerfeld  «Annalen  der  Fhüsik» 

jurnalının  redaktoru  İ.Reddendorf 

t

ərəfindən R.Mayerin «Qüvvənin kəmiyyət və keyfiyyət cəhətdən təyini» adlı 



m

əqaləsini çap üçün qəbul etməməsi faktını nəzərdə tutur.  

Bu  fakt  pozitivizmin  elmin 

inkişafına mənfi təsirini aydın göstərir. əgər 

t

əbiətşünaslıq pozitivistlərin göstərdiyi yolla gedərək yalnız faktları toplamaq və 



t

əsvir etməklə məşdudlaşsaydı, onda murəkkəb hadisələri və prosesləri dərindən 

t

əhlil və şərh etmək, şeylərin mahiyyətinə nüfuz etmək onun vəzifəsinə daxil 



olm

amalı idi. Çünki pozitivizmə görə, elmin vəzifəsi ancaq müşahidə və təc-

rüb

ənin verdiyi empirik materialları toplamaq, qənaətbəxş və səmərəli şəkildə 



qaydaya salmaq, sisteml

əşdirməklə kifayətlənməkdir. Məsələn, həmin mövqe-

d

ən  çıxış  edən  fransız  fiziki,  filosofu  və  elm  tarixçisi  P.Dühem  (1861-1916) 



yazırdı  ki, «nəzəri  fizika  şeylərin  reallığını  dərk  etmir,  o,  ancaq  qavrayışa 

97 



müy

əssər  olan  hadisələri  işarə  və  simvolların  köməyilə  təsvir  etməklə  məh-

dudlaşır, o, bizim qavrayışlarımıza müyəssər olan hadisələr arasındakı cisim-

l

ərin həqiqi xassələrini görməyə qabil deyildir» (5, 137). 



T

əbiətşünaslığın vəzifəsinin belə müəyyənləşdirilməsi və nəzəri təfəkkürə 

etina 

olunmaması  aydın  göstərir  ki,  pozitivizm  məhdud  empirizmin  formala-



rından  biridir.  Əgər  təbiətşünaslığın  inkişafı  pozitivistlərin  göstərdikləri  yolla 

gets


əydi, onda öz inkişafında bir neçə əsr geriyə – elmlərin faktlar toplamaq və 

qeyd


ə  alıb  təsvir  etməklə  məşğul  olduğu  empirizm  dövrünə  qayıtmalı  olardı. 

H

əm də təbiətşünaslığın inkişafının ilk pillələrində faktların toplanması ilə bağlı 



olan  empirizm  o  zaman  t

əbiətşünaslığın  və  elmi  idrakın  xüsusiyyətindən  və 

ümumi  s

əviyyəsindən  irəli  gəlməklə  zəruri  idisə,  təbiətşünaslığın  artıq  yeni, 

mühüm  ümumil

əşdirmələr etmək dövrünə qədəm qoyduğu və tədricən  nəzəri 

t

əbiətşünaslığa  çevrildiyi  XIX  əsrin  ikinci  yarısında  bu  elmi  idrakı  geriyə 



ç

əkmək olub, mürtəce xarakter daşıyırdı. Çünki empirik təbiətşünaslığın özü də 

n

əzəri-fəlsəfi təfəkkürsüz müvəffəqiyyətlə inkişaf edə bilməz. Bu münasibətlə 



F.Engelsin 

aşağıdakı  sözlərini  misal  gətirmək  yerinə  düşər: «Hər  cür  nəzəri 

t

əfəkkürə qarşı nə qədər etinasızlıq göstərilsə də hər halda nəzəri təfəkkür ol-



madan  t

əbiətin  heç  ikicə  faktını  da  bir-birilə  əlaqələndirmək  və  ya  onların 

arasında olan əlaqəni başa düşmək mümkün deyildir… Nəzəriyyəyə qarşı eti-

nasızlıq göstərilməsi isə özlüyündə aydın olduğu kimi, bir naturalist kimi dü-

şünməyə və deməli, yanlış düşünməyə doğru aparan ən müstəqil yoldur» (6, 41). 

M

əlumdur ki, faktlar elmin əsasıdır və onlar böyük rus fizioloqu İ.P.Pav-



lovun qeyd etdiyi kimi (19,50-51) alim üçün hava v

ə su qədər zəruridir. Bununla 

bel

ə  özlüyündə  faktlar  hələ  elm  deyildir.  Buna  görə  faktik  materialların  top-



lanması hələ kifayət deyildir və idrak üçün onlardan bacarıqla istifadə etmək 

lazımdır. A.Puankare yazmışdır: «Alim faktları təşkil etməlidir; ev kərpiclərdən 

tikildiyi  kimi,  elm  d

ə  faktlardan  düzəldilir.  Həm  də  kərpic  topası  evi  təşkil 

etm

ədiyi kimi təkcə faktların quruca toplanması da hələ elmi təşkil etmir….» 



(21, 141), h

əm də Tuankarenin fikrincə, alimi hər cür faktlar deyil, ancaq gec-tez 

qanunauyğunluqların aşkara çıxarılmasına gətirib çıxaran faktlar maraqlandırır. 

Buna  gör

ə  də  artıq  XIX  əsrin  ortalarından  etibarən  elmdə  yaranmış  şəraitdə 

aliml


ərin ən mühüm vəzifəsi toplanmış olan çoxlu faktları təsvir etməklə yanaşı 

sisteml


əşdirmək, izah etmək, qanunauyğunluqları açmaqdan ibarətdir. Odur ki, 

elmi 


idrakın  faktlar  toplamaq  və  onları  təsvir  etməklə  məşğul  olan  empirik 

s

əviyyəsi ilə məhdudlaşmayaraq idrakın daha yüksək olan sonrakı pilləsinə – 



faktlar

ın  izah  olunması,  mənalarının  açılması,  qanunauyğunluqlarının  aşkara 

çıxarılması  ilə  məşğul  olan  nəzəri  təfəkkürə  keçilməsini  tələb  edir.  Nəzəri 

t

əfəkkür  isə  yalnız  qabiliyyət  şəklində  anadangəlmə  bir  xassədir  və  həmin 



qabiliyy

ət inkişaf etdirilməli, təkmilləşdirilməlidir. Lakin özlüyündə aydındır ki, 

insanın nəzəri təfəkkürünün, fəlsəfi baxışlarının inkişafı dövrün, ictimai mühitin 

t

əsiri altında gedir. Bu prosesdə fəlsəfi dünyagörüşünə, daha dəqiqi gerçəkliyi 



doğru-düzgün  əks  etdirən  dialektik-materialist  fəlsəfəyə  yiyələnmək  zərurəti 

doğur. 


98 


Konkret  t

əbiət  elmləri  ilə  fəlsəfənin  həqiqi  münasibətini  anlamayan 

kontizmin 

əsas postulatı fəlsəfəni elmə müncər etmək olduğundan onun nüma-

y

əndələrinin  bu  cəhdi  fəlsəfənin  predmetsizləşdirilməsi  ilə  nəticələnmişdi. 



H

əmin  baxışa  görə,  özlüyündə  fəlsəfə  olan  elm  özünün  spesifik  elmi  prob-

leml

ərilə yanaşı əslində yalnız fəlsəfənin həll etməli olduğu ümumnəzəri-fəlsəfi 



probleml

əri həll edə bilər və həll etməlidir. Buna görə də elmlə yanaşı fəlsəfəyə 

ehtiyac yoxdur. Kontun t

əlimində «pozitiv» və «elmi» anlayışları sinonim kimi 

işlədilirdi. 

F

əlsəfə  və  təbiətşünaslığın  münasibətinə  pozitivist  baxış,  yəni  hər  bir 



t

əbiət elminin öz-özlüyündə fəlsəfə olduğu, onun heç bir xüsusi fəlsəfəyə möh-

tac 

olmamasına dair elmi dairələrdə geniş yayılmış və özünə çoxlu tərəfdarlar 



toplamış baxış o dövrdə fəlsəfənin tədrisinə, onun təhsili məsələsinə mahiyyətcə 

z

ərərli olan münasibətə səbəb olmuşdu. Bunu XIX əsrin ortalarında Rusiyada 



Moskva Universitetinin tarixind

ə fəlsəfənin tədrisinə münasibətin nümunəsində 

aydın görmək olar. MDU-nun Fəlsəfə fakültəsinin «Rus fəlsəfəsi tarixi» kafed-

rasının professoru Aleksey Teretyeviç Pavlovun «Moskva Universitetində fəl-

s

əfi təhsilin tarixinə dair» adlı məqaləsində (18, 113) düzgün olaraq fəlsəfə təh-



silinin universitet t

əhsilinin ayrılmaz hissəsi olduğunu qeyd etməklə göstərir ki, 

Moskva  Universiteti 

yaradılarkən  oradakı  3  fakültədən  biri  fəlsəfə  fakültəsi 

olmuş və fəlsəfənin təhsili mürəkkəb yol keçmişdir. 1835-ci ildə pozitivizmin 

t

əsiri  altında  qəbul  olunan  nizamnaməyə  görə,  bütün  təbiət  fakültələrində 



f

əlsəfənin tədrisi ləğv olunur və təbiətşünaslıq ixtisasları üzrə hazırlanan mə-

zunlar f

əlsəfi problemlərin öyrənilməsindən məhrum edilir. Həmin fakültələrdə 

t

ədris  olunan  təbiət  elmləri  ilə  bağlı  olan  və  onların  inkişafı  üçün  mühüm 



əhəmiyyəti olan fəlsəfə ilə tanışlıq bir kənara qoyulur. Rusiyada fəlsfi təhsilə 

bel


ə  yaramaz  münasibət  görkəmli  rus  təbiətşünas  alim  akademik  Vladimir 

İvanoviç Vernadskini hiddətləndirmiş və o, bu münasibətlə yazmışdır: «Elm və 

t

əbiətşünaslıq fəlsəfəsiz və metafizika (oxu: fəlsəfə-K.V.) sistemlərinin təsirin-



d

ən  kənarda,  ona  hər  cür  münasibətdən  kənarda  ancaq  insan  fantaziyasında 

mövcud 

olmuşdur və mövcuddur. İnsan şüurunun tarixi faktıdır ki, onlar həmişə 



– öz 

əsaslarında – fəlsəfə ilə sıx ünsiyyətdədirlər» (3, 199). 

T

əəssüflə  qeyd  etmək  lazımdır  ki,  respublikamızın  ali  məktəblərində, 



xüsusil

ə  təbiət  elmləri  üzrə  fakültələrdə  fəlsəfənin  tədrisinə  belə  yaramaz  və 

z

ərərli münasibətə respublikamızda da rast gəlinir. Belə ki, son illərdə görünür 



«

yuxarılarda»  kimlərəsə  xoş  gəlmək  xatirinə  universitetlərdə,  xüsusilə  də 

respublikamızın  ali  məktəblərinin  flaqmanı  olan  Bakı  Dövlət  Universitetinin 

t

əbiət (fizika, riyaziyyat, kimya, biologiya və b.) fakültələrində «fəlsəfə» seçmə 



f

ənnlər  sırasına  daxil  edilərək  çox  halda  «siyasətşünaslıq» («Politologiya») 

f

ənni ilə əvəz olunmuşdur.  



F

əlsəfəni digər bilik sahələrini o cümlədən təbii-elmi bilikləri öz içərisində 

əridən «elmlər elmi» kimi qələmə verən naturfəlsəfənin gərəksizliyinin aşkara 

çıxdığı dövrdə təbiətşünaslar arasında geniş yayılaraq rəğbətlə qarşılanan pozi-

tivizmin  t

əsiri  altına  düşən  alimlər  belə  düşünür  və  pozitivistlər  onları 

99 



inandırmağa çalışırdılar ki, elm fəlsəfədən asılı deyildir. Onların fikrincə, alimin 

f

əlsəfi  baxışları  elmin  inkişafına  və  məzmununa  təsir  göstərmir.  Əksinə,  fəl-



s

əfənin  xüsusi  elmlərin  işinə  müdaxilə  etməsi  sonuncuların  müvəffəqiyyətli 

inkişafına mane olur. Buna görə də pozitivizmin təsiri altında olan təbiətşünaslar 

sözd


ə  hər  cür  fəlsəfəyə  etinasızlıq  göstərirdilər.  Halbuki  əslində  fəlsəfə  və 

t

əbiətşünaslıq sıx əlaqədə və qarşılıqlı təsirdə mövcud olub inkişaf etdiyindən 



əyyən,  yəni  elmin  obyektiv  məzmununa  və  inkişaf  məntiqinə  uyğun  olan 

elmi f

əlsəfəyə, əsaslanmadan konkret elmlər, o cümlədən təbiət elmləri müvəf-



f

əqiyyətlə  inkişaf  edə  bilməz.  Bunu  anlamayan  və  pozitivizmin  təsiri  altında 

sözd

ə hər cür fəlsəfəyə etinasızlıq göstərən təbiətşünaslar əslində son nətcədə 



çox zaman 

düşünülmədən təhsil prosesində aldıqları və mövcud kitablardan əxz 

etdikl

əri  ən  mürtəce  fəlsəfi  baxışların  təsiri  altına  düşürdülər.  Bu  halı  hələ 



F.Engels  çox  s

ərrast  ifadə  edərək  yazmışdı: «Təbiətşünaslar  xəyal  edirlər  ki, 

f

əlsəfəyə etinasızlıq göstərdikləri və ya onu söydükdə fəlsəfədən azad olurlar. 



Lakin bir halda ki, t

əfəkkürsüz onlar bir addım da ata bilmirlər, təfəkkür üçün isə 

m

əntiqi kateqoriyalar zəruridir, bu kateqoriyaları isə onlar ya elmi deyilən və 



üz

ərlərində  çoxdan ölüb getmiş fəlsəfi sistemlərin qalıqlarının hökm sürdüyü 

adamların adi ümumi şüurundan, ya universitetlərdə məcburi dinlənilmiş fəlsəfə 

kurslarının….  qırıntılarından,  ya  cürbəcür  fəlsəfi  əsərləri  qeyri-tənqidi  və 

qeyri-münt

əzəm surətdə oxumaqdan tənqidsiz olaraq əxz edirlər… deməli, onlar 

n

əticədə hər halda fəlsəfəyə, lakin təəssüf ki, əksəriyyətlə ən pis fəlsəfəyə tabe 



v

əziyyətə  düşürlər  və  fəlsəfəni  hamıdan  çox  söyənlər  məhz  ən  pis  fəlsəfi 

t

əlimlərin ən pis bayağılaşdırılmış qalıqlarının qulu olurlar. Buna görə də hər bir 



elm 

adamı  F.Engelsin  bu  sözlərini  möhkəm  yadda  saxlamalıdır  ki, «təbiət-

şünaslar özlərini necə tuturlarsa tutsunlar, fəlsəfə onlara hakimdir. Məsələ yalnız 

bundadır ki, onlar dəbdə olan pis bir fəlsəfənin özlərinə hakim olmasını istə-

yirl

ər, yoxsa nəzəri təfəkkürün elə bir formasını rəhbər tutmaq istəyirlər ki, o, 



t

əfəkkür tarixinə və onun nailiyyətlərinə bələd olmağa əsaslanır» (6, 182). 

Deyil

ənlər aydın göstərir ki, fəlsəfə və təbiətşünaslığın münasibəti məsə-



l

əsində  pozitivist  mövqedən  çıxış  edərək  həmin  idrak  sahələrinin  qarşılıqlı 

əlaqəsi və bir-biri üçün əhəmiyyətinin qiymətlənldirilib nəzərə alınmaması el-

min 


inkişafına  ləngidici  təsir  edərdi.  Elmin  sonrakı  inkişafı  göstərir  ki,  xoş-

b

əxtlikdən o, pozitivistlərin arzularına rəğmən başqa yolla getmişdir. Bunu XIX 



əsrin sonlarına doğru sürətlə inkişaf edərək təbiət elmlərinin liderinə çevrilən 

fizikanın  nümunəsində  aydın  görmək  olar.  Bu  halı  o  dövrün  tanınmış  fizik-

l

ərindən O.D.Xvolson görərək çox aydın ifadə etmişdir. O, pozitivizmin banisi 



O.Kontun anadan 

olmasının 100 illiyi münasibətilə fəlsəfə cəmiyyətinin 1898-ci 

il 

martın 7-də keçirilən  iclasındakı nitqində demişdir ki, fizika  «Kontun  gös-



t

ərdiyi yolla getməmişdir, getməməlidir və getməyəcəkdir». O, sözünə davam 

ed

ərək demişdir ki, fiziklərin yaratdıqları «bütün böyük şeylər… gedilməsi po-



zitiv f

əlsəfənin məsləhət gördüyünə əks olan yolla əldə edilmişdir». O.D.Xvol-

son sonra pozitivizmin 

əslində fəlsəfə sistemi olmadığını bildirərək deyirdi ki, 

f

əlsəfəni inkar etmək fəlsəfə deyildir» (11, 137-138). O.D.Xvolsonun sözlərinin 



100 


mahiyy

ətcə düzgün olduğunu qeyd etməklə bunu da demək lazımdır ki, pozi-

tivizm ümumiyy

ətlə hər cür fəlsəfəni deyil, materialist fəlsəfəni rədd edir, təbiət 

elml

ərini  öz  təsiri  altına  almağa,  onların  nəticələrini  öz  mənafelərinə  uyğun 



olaraq 

saxtalaşdırmağa çalışır.  

Bunu  pozitivizmin  ikinci  m

ərhələsi kimi XIX əsrin 70-ci illərində mey-

dana 

çıxan və öz yaradıcılarından Maxın adı ilə maxizm adlandırılan empirio-



kritisizm 

aydın  göstərir. XIX-XX  əsrlərin  qovşağında  fizikada  materiyanın 

quruluşu və xassələri haqqında təlimdə baş verən və təbiətşünaslıqda əsil inqilab 

yaradan  bir 

sıra fundamental kəşflər (rentgen şüalarının, radioaktivliyin, elek-

tronun, 


işıq təzyiqinin, kvantların, hərəkət sürətindən asılı olaraq kütlənin də-

yişilməsinin kəşfi, nisbilik nəzəriyyəsinin  yaradılması və s.) sayəsində təbiət-

şünaslığın  liderinə  çevrilmiş  fizikanın  fəlsəfi  məsələlərinə  diqqəti  artırmışdı. 

Ümumi 


dünyagörüşü  xarakteri  daşıyan  həmin  məsələləri  fəlsəfəyə  müraciət 

etm


ədən,  onun  köməyi  olmadan  həll  etmək  olmazdı.  Fizikanın  həmin  nailiy-

y

ətləri  həlli  yalnız  fəlsəfənin  köməyilə  mümkün  olan  bir  sıra  qnoseologiya 



m

əsələlərini  irəli  sürmüşdü.  Elmin  tərəqqisi  ilə  irəli  sürülən  və  onun  sonrakı 

inkişafı üçün həlli zəruri olan dünyagörüşü xarakterli həmin məsələləri yalnız o 

halda h


əll etmək olardı ki, tədqiqatçı müəyyən – fəlsəfədə mövcud olan mate-

rialist  yaxud  idealist  mövqed

ə dursun və məsələni həmin nöqteyi-nəzərlərdən 

birinin mövqeyind

ən həll etməyə çalışsın. 

O  zaman  t

əbiətşünasların böyük əksəriyyətinin əsas tutduqları metafizik 

materializm mövqeyind

ən həmin kəşflərin həqiqi mahiyyətini açmaq və düzgün 

f

əlsəfi  şərhini  vermək  mümkün  deyildi.  Həmin  mövqedən  fizikanın  qeyd 



etdiyimiz  k

əşflərinin  mahiyyətinin  açıla  bilməməsi  təbiətşünaslığın  inkişafı 

yolunda aradan 

qaldırıla bilinməməsi ciddi metodoloji çətinliklərə səbəb oldu. 

Qeyd olunan k

əşflərin mahiyyətini açmağın və irəli sürdüyü nəzəri-idrak məsə-

l

ələrinin əsas tutduqları metafizik mövqedən həll etməyin mümkün olmaması 



elmin 

inkişafında  metodoloji  çətinliklərə  gətirib  çıxartdı.  Həmin  çətinliklərin 

aradan 

qaldırılmaması fizikada metodoloji böhrana səbəb olmuşdu.  



Elm  v

ə  fəlsəfənin  inkişafı  yolunda  yaranmış  bu  şəraitdə  pozitivizmin 

ikinci  tarixi 

forması olan empiriokritisizm istifadə etdi. Öz banilərindən Ernst 

Maxın (1838-1916) adı ilə adlanan maxizm öz fəlsəfəsini həm materializm, həm 

d

ə  idealizmdən  yüksəkdə  duran  bitərəf,  üçüncü  xətt  kimi  qələmə  verməyə 



çalışırdı. Halbuki o, əslində ingilis subyektiv idealisti C.Berklinin baxışlarının 

davamı idi. Məlum olduğu kimi, C.Berkli «mövcud olmaq – qavranılmaq de-

m

əkdir» kimi iddianı irəli sürməklə şeyləri duyğu kompleksləri saymışdır. Öz 



s

ələfi  C.Berklinin  ardınca  gedərək  «duyğu»  sözünü  «element»  sözü  ilə  əvəz 

ed

ərək şeyləri dünya elementlərinin kompleksi, kombinasiyaları adlandırmaqla 



öz f

əlsəfəsini orijinal fəlsəfə kimi qələmə verən Maxın baxışları xalis subyektiv 

idealizmdir. 

F

əlsəfə  və  təbiətşünaslığın  qarşılıqlı  əlaqəsini  rədd  edən  Kontçu  sələf-



l

ərindən fərqli olaraq maxistlər həmin bilik sahələrinin əlaqəsini qəbul edərək 

özl

ərinin elmlə bağlılığını bildirir, fizikadakı ən yeni kəşflərin fəlsəfi mənasını 



101 


açmağa  girişərək  həmin  kəşflərin  onların  obyektiv  məzmununa  zidd  olan 

idealizm ruhunda 

şərh edirdilər.  

M

əlumdur  ki, XIX əsrin  sonlarınadək  materiyaya  metafizik-mexaniki 



baxışlar hökm sürmüşdür. Həmin baxışa görə, materiyanın bünövrəsində hələ 

q

ədim atomistlərin (Levkipp və Demokritin) irəli sürdüyü ən kiçicik , dəyişməz 



v

ə  bölünməz  atomlar  durur.  Radioaktivliyin  (1896-cı  il)  və  elektronun  kəşfi 

(1897-ci  il)  göst

ərdi ki, atomlar mürəkkəb və dəyitşkən olub bir-birinə çevri-

lirl

ər.  Atomlar  haqqında  mövcud  olan  əvvəlki  metafizik  təsəvvürlər  mövqe-



yind

ən çıxış edən magistlər materiyanın quruluşu və xassələri haqqında uzun 

ill

ərdən  bəri  mövcud  olan  təsəvvürlərin  aradan  qalxmasını  fəlsəfi  kateqoriya 



olan 

materiyanın «yox olaraq» aradan qalxması kimi şərh edərək yeni kəşflərin 

m

ərkəzi anlayışı materiya olan materializmi təkzib etməsi kimi şərh etdilər. Bu 



bar

ədə maraqlananları əvvəllər dərc olunmuş işlərimizə (8) yönəldərək qısaca 

olaraq 

aşağıdakıları qeyd etməklə kifayətlənirik.  



Max  v

ə  ardıcılları  adını  çəkdiyimiz  kəşflərin  mahiyyətini  təhrif  edərək 

özl

ərinin maxist (empiriokritik) fəlsəfələrini müasiri olduqları təbiətşünaslığın 



yegan

ə, həqiqi fəlsəfəsi kimi qələmə verirdilər.  

T

əbiətşünaslığın  inkişafı  yolunda  yaranmış  belə  bir  şəraitdə  ən  yeni 



k

əşfləri  yalnız  onların  obyektiv  məzmununa  uyğun  gələn  materialist  fəlsəfə 

mövqeyind

ən  düzgün  təhlil  etmək,  ümumiləşdirmək  olardı.  O  dövrdə  təbiət-

şünasların böyük əksəriyyətinin dünyagörüşünə hakim olan metafizik-mexaniki 

materializm mövqeyind

ən bunu etmək mımkün deyildi. Çünki hələ F.Engelsin 

qeyd  etdiyi  kimi,  t

əbiətşünaslıq  sahəsində  baş  verən  hər  bir  mühüm  kəşflə 

materiailmzin 

almalı olduğu belə forma isə artıq XIX əsrin ortalarında K.Marks 

v

ə F.Engels tərəfindən yaradılan, lakin XIX-XX əsrlərin qovşağında fəaliyyət 



göst

ərən  təbiətşünasların  tanış  olmadıqları  dialektik  materializm  fəlsəfəsi  idi. 

M

əhz bu fəlsəfə mövqeyindən çıxış edərək V.İ.Lenin maxizmin tənqidinə həsr 



olunmuş  «Materializm  və  empiriokritisizm»  əsərində  təbiətşünaslığın  qeyd 

etdiyimiz  mühüm  nailiyy

ətlərini  dialektik-materialistcəsinə  təhlil  edərək  gös-

t

ərdi ki, materiyanın fəlsəfi anlayışı və onun haqqındakı təbii-elmi təsəvvürlər 



müxt

əlif məsələlərdir və buna görə də onları eyniləşdirmək olmaz. Materiyanın 

f

əlsəfi anlayışı qnoseoloji kateqoriya olub onun obyektiv reallıq olmaq xassəsini 



ifad

ə edir: «Materiya insana onun öz duyğusu ilə verilən, duyğularımızdan asılı 

olmayaraqmövcud olan v

ə duyğularımızla surəti alınan, şəkli alınan, əks olunan 

obyektiv 

reallığı göstərmək üçün fəlsəfi bir kateqoriyadır» (13, 137). Maxizmin 

t

əbiətşünaslıq ilə fəlsəfənin münasibətinə dair baxışlarının təhlili göstərir ki, öz 



s

ələfləri kimi o da ümumiyyətlə fəlsəfəni deyil, ancaq materialist fəlsəfəni rədd 

edir, subyektiv idealizm olan  öz  f

əlsəfələrini müasir olduqları təbiətşünaslığın 

f

əlsəfəsi kimi qələmə verirdi. Bu da bir daha göstərir ki, pozitivizmin ilk forması 



olan kontizm kimi, empiriokritizsizm d

ə ümumiyyətlə fəlsəfəni deyil, materia-

list f

əlsəfəni, onun elm üçün əhəmiyyətini rədd edir, təbiət elmlərini öz idealist 



f

əlsəfələrinin  təsiri  altına  almağa,  onların  nəticələrini  öz  mənafelərinə  uyğun 

olaraq 

saxtalaşdırmağa  çalışırdı.  Bunu  pozitivizmin  inkişafında  empiriokri-



102 


tisizmd

ən  (maxizmdən)  sonra  gələn  «üçüncü  pozitivisizm»  -  neopozitivizm 

daha 

aydın göstərir.  



XX 

əsrin 20-ci illərində meydana gələn bu təlimin nümayəndələrinin onun 

analitik f

əlsəfə, məntiqi pozitivizm, semantik fəlsəfə, linqvistik təhlil və s. kimi 

qollarını yaradaraq onları inkişaf etdirməsi göstərir ki, elmin fəlsəfəyə ehtiyacı 

vardır  və  ona  pozitivistcəsinə  bəslənən  nihilist  münasibət  əsassızdır.  Öz 

s

ələflərindən  fərqli  olaraq  onun  nümayəndələri  xüsusi  elmlərin,  o  cümlədən 



t

əbiətşünaslığın fəlsəfəyə ehtiyacı olduğunu, müasir elmlə fəlsəfə arasında sıx 

əlaqə  olduğunu  etiraf  edir  və  xüsusi  «elm  fəlsəfəsini» yaratmağa  çalışırdılar. 

H

əm  də  bu  zaman  onlar  maxist  ənənələrini  davam  etdirərək  öz  fəlsəfələrini 



materializm  v

ə idealizmin «birtərəfliliyindən» yüksək duran üçüncü xətt kimi 

q

ələmə verməyə çalışdılar. Bunun neopozitivizmin nümayəndələrindən F.Fran-



kın nümunəsində aydın görmək olar. o, elm ilə fəlsəfə arasındakı əlaqəyə həsr 

etdiyi «Elm f

əlsəfəsi» adlı kitabında mahiyyətcə düzgün olan belə fikri söyləyir 

ki, «biz h

əqiqi elmə dərindən nüfuz etdikcə onun fəlsəfə ilə əlaqəsi bir o qədər 

aydın  olur» (15, 38). Lakin  fəlsəfənin  təbiət  elmləri  üçün  əhəmiyyətini  qeyd 

ed

ən F.Frank bütün səylərini elmi idealist fəlsəfənin müttəfiqinə çevirməyə, onu 



elmi f

əlsəfə ilə bağlayan telləri qırmağa yönəldirdi.  

 Çox  zaman  pozitivizmin  müasir 

ardıcılları  kimi  çıxış  edən  və  materia-

lizm

ə  nifrət  bəsləyən  filosoflar  hamıya  məlum  faktları  saxtalaşdıraraq  sübut 



etm

əyə  çalışırlar  ki,  materializm  və  onun  nümayəndələri  elmə  heç  nə  ver-

m

əmişdir.  Məsələn,  neopozitivizmin  meydana  gəlməsində  böyük  rolu  olan 



analitik f

əlsəfənin banilərindən Bertran Rassel (1872-1970) «Elmin cəmiyyətə 

t

əsiri» kitabında inandırmağa çalışırdı ki, bəşəriyyətin əqli və əxlaqi tərəqqisinin 



əsasını  təşkil  edən  qiymətli  nə  varsa,  onların  hamısı  idealistlərin  əsərlərində 

verilmişdir. Əslində isə elmin çoxəsrlik inkişaf tarixi göstərir ki, materializm 

elmi 

idrakın tərəqqisinə çox böyük kömək etmişdir və etməkdədir.  



H

ətta, idealist mövqedə duran görkəmli təbiətşünaslar elmi zənginləşdirən 

mühüm  k

əşflər  etdikdə  bunu  idealist,  metafizik  fəlsəfəyə  rəğmən  edirlər;  bu 

zaman  onlar  özl

ərinin konkret ixtisasları sahəsində şüurlu olmasa da kortəbii 

materializm v

ə dialektika mövqeyindən çıxış etmişlər və edirlər. Əslində başqa 

cür  ola  da  bilm

əz. Ona görə ki, təbiətin hər hansı sahəsini öyrənməyə girişən 

ist

ənilən təbiətşünas alim bu zaman materialist və dialektik kimi çıxış etməli 



olur, y

əni o, əvvəlcədən öyrəndiyi obyektin obyektiv-real mövcudluğuna inan-

malıdır.  İkincisi,  tədqiqatçı  öyrəndiyi  obyekt  haqqında  həqiqi,  tam  biliyi  onu 

olduğu kimi, yəni əbədi dəyişmə, hərəkət və inkişafda, başqaları ilə qarşılıqlı 

əlaqədə və təsirdə götürməklə, başqa sözlə, ona dialektikcəsinə yanaşmaqla əldə 

ed

ə  bilər.  Bütün  bunlar  təbii-elmi  idrakın  ilkin  şərtidir  və  bütün  görkəmli 



t

əbiətşünaslar tərəfindən qəbul və etiraf olunmuşdur. Məsələn, görkəmli alman 

fiziki,  kvant 

mexanikasının yaradıcılarından M.Plank xarici aləmin reallığının 

q

əbul olunmasına «hər cür elmi tədqiqatın əsas ilkin şərti» kimi baxmışdır. (20, 



108)  T

ədqiqat obyektlərinin obyektiv reallığının qəbul olunmasına özlüyündə 

aydın olan bir hal kimi baxan görkəmli təbiətşünasmların nöqteyi-nəzərini ifadə 

103 



ed

ərək böyük rus təbiətşünas alimi V.İ.Bernadski yazmışdır: «Hər cür elmi işin 

əsasında elmin öyrəndiyi predmetin reallığı haqqında – dünyanın və onun qa-

nunauyğunluqlarının  reallığı  haqqında  aksiomatik  müddəa  durur…  yalnız  bu 

müdd

əa  qəbul  edildikdə  insan  üçün  elmi  iş  mümkün  və  əlverişli  olur.  Bu 



aksiomatik müdd

əaya şübhə edildikdə elmi iş ondan ötrü öz əhəmiyyətini itirir 

v

ə o, elmi işi atır» (4, 107). XX əsrin A.Eynşteyn, M.Plank, M.Born kimi gör-



k

əmli fizikləri də xarici aləmin obyektiv reallığını özlüyündə aydın olan bir şey 

saymışlar. Onların bu nöqteyi-nəzərini sərrast və yığcam ifadə edərək fransız 

fiziki  A.Tonnela 

yazmışdır: «Xarici  aləmin  şüurumuzdan  asılı  olmayan 

obyektivliyi h

ər bir fizikin qəbul etdiyi postulatdır» (16, 135).  

Pozitivizm uzun müdd

ət bir çox görkəmli təbiətşünasların dünyagörüşünə 

t

əsir  etmiş  və  onlar  çox  vaxt  öz  konkret  elmi  nailiyyətlərinin  obyektiv  məz-



mununa  r

əğmən həmin fəlsəfənin təsiri altında olmuşdur. Lakin uzun müddət 

h

əmin təsir altında olan bəzi görkəmli təbiətşünaslar onun səhv olduğunu başa 



düşərək öz elmlərinin obyektiv məzmununa uyğun olan materializm mövqeyinə 

keçmişlər.  Bu  cəhətdən  maddə  hissəciklərinin  (elektronun)  korpuskulyarlıqla 

yanaşı dalğa təbiətinə də malik olduğunu kəşf edən görkəmli fransız fiziki Lui 

de  Broylun  mövqeyi  s

əciyyəvidir. 25 il  ərzində  kvant  mexanikasının  mik-

roal


əmdə  indeterminizmin  hökm  sürməsi  haqqında  pozitivist  konsepsiyasını 

q

əbul etsə də o, sonradan bunun səhv olduğunu başa düşüb ondan əl çəkərək bil-



dirirdi ki, Kopenhagen m

əktəbinin pozitivist interpretasiyası «məntiqi cəhətdən, 

f

əlsəfi  mənada  subyektivizmə  gətirib  çıxarır  və  müşahidəçidən  asılı  olmayan 



fiziki 

reallığın  inkar  edilməsinə  can  atır…  subyektivist  şərh  həmişə  onda 

(fizikada – K.V.) 

ağır təəssürat yaradacaq və mən düşünürəm ki, son nəticədə o, 

ondan  xilas  olmaqla 

xoşbəxt olacaqdır» (14, 31). Eynilə kvant mexanikasının 

pozitivizm  mövqeyind

ən  çıxış  edən  baniləri  N.Bor,  V.Heyzenberq  elementar 

hiss

əciklərin  kopuskulyar-dalğa  xassələrinin,  ümumiyyətlə  mikroobyektlərin 



obyektiv 

olmayıb  onların  öyrənilməsi  məqsədi  ilə  tətbiq  olunan  cihazlar 

t

ərəfindən  yaradıldığını söyləyirdilər. Lakin sonralar bu mövqedən çıxış edən 



N.Bor  h

əmin  pozitivist  baxışlarından  əl  çəkərək  mikrohissəciklərin  obyektiv 

mövcudluğunu qəbul etmişdir.  

Deyil


ənlər  göstərir  ki  ,  həm  naturfəlsəfə,  həm  də  pozitivizm  fəlsəfə  və 

xüsusi  elml

ərin həqiqi münasibətini anlamayaraq onu təhrif edir. Əgər  natur-

f

əlsəfə xüsusi elmlərə nəzərən fəlsəfənin üstünlüyünü iddia edir və bununla da 



idrak  prosesind

ə  elmin  rolunu  azaldırdısa,  pozitivizm  bunun  əksinə  olaraq, 

f

əlsəfənin rolunu yalnız inkar etmək deyil, faktiki olaraq onu müstəqil elm kimi 



inkar  etm

əyə cəlib çıxartdı. Gürcü filosofu prof. S.M.Avalianinin qeyd etdiyi 

kimi, f

əlsəfə və xüsusi elmlərin münasibətinə həm filosof, həm də təbiətşünaslar 



arasında yayılmış pozitivist baxış yalnız səhv və zərərli deyil, habelə sadəlövh 

v

ə əsassız saymaq lazımdır. Əslində fəlsəfəni inkar etmək heç olmazsa, ona görə 



mümkün  deyildir  ki,  f

əlsəfəni  inkar  etməyin  özü  fəlsəfədir;  fəlsəfəni  inkar 

ed

ənin özü filosofluq edir, bununla da fəlsəfənin zəruriliyini, onu inkar etməyin 



mümkünsüzlüyünü  t

əsdiq  edir.  Beləliklə,  fəlsəfəni  hər  cür  inkar  etmək  cəhdi 

104 



iflasa m

əhkumdur» (1, 16).  

F

əlsəfə  və  təbiətşünaslığın  inkişaf  tarixi  göstərir  ki,  bu  bilik  sahələri 



pozitivistl

ərin iddialırının əksinə olaraq, qarşılıqlı əlaqədə və təsirdə olmuşlar. 

Dövrün  t

əbii-elmi  biliklərinin  nailiyyətlərinə  uyğun  inkişaf  edən  fəlsəfə  öz 

növb

əsində  təbiətşünaslığın  tinkişafına  əks  təsir  göstərmişdir.  İnsan  idrakının 



n

əticələrini  şərh  edib  ümumiləşdirməyə  çalışan  fəlsəfə  təbiətin  tədqiqi  üçün 

əhəmiyyətli olan bir sıra rəhbər ideyalar irəli sürmüşdür. Belə ideyalara misal 

olaraq 


materiyanın  atom  quruluşu  haqqında  təlimi,  heç  nəyin  heçdən  yaran-

maması və heçə çevrilərək yox olmaması, materiya və hərəkətin ayrılmazlığı və 

saxlanması, hər şeyin əbədi hərəkətdə və dəyişmədə olması haqqında Heraklitin 

fikrini, 

dünyanın hüdudsuzluğu və dünyaların saysız-hesabsız olması haqqında 

C.Brunonun  t

əlimini,  hərəkətin  kəmiyyətcə  məhvedilməzliyi  və  saxlanması 

haqqında R.Dekartın baxışlarını, Nyutonun mütləq məkan və zaman haqqındakı 

baxışlarını, leybnisin bunun əksinə olan məkan və zamanın nisbiliyi, materiyasız 

ağlasığmaz olması fikrini, dialektik materializm fəlsəfəsində irəli sürülən mate-

riya, h

ərəkət, məkan və zamanın vəhdəti, materiyanın tükənməzliyi ideyalarını 



v

ə s. göstərmək olar. 

F

əlsəfə və təbiət elmlərinin qarşılıqlı münasibətini belə bir faktdan aydın 



görm

ək olar ki, təbiət elmlərinin, onlar içərisində mühüm  yer tutan fizikanın 

klassik  dövrünün  görk

əmli  nümayəndələrinin  yaradıcılığında  təbiətşünaslıq 

probleml

əri fəlsəfi problemlərlə çulğaşmışdır. Məhz bu cəhəti nəzərdə tutaraq 

XX 

əsrin  görkəmli  alimlərindən  akad.  S.İ.Vavilov  yazmışdır: «Fizikanın 



m

əzmununun,  faktları  və  qanunlarının  xeyli  hissəsinin  çox  böyük  ümumiliyi 

onu  lap  q

ədimdən  fəlsəfə  ilə,  xüsusilə  idrak  nəzəriyyəsi  sahəsində  yaxınlaş-

dırmışdır. Qədimdə demək olar ki, istinasız olaraq hər bir fizik eyni zamanda 

filosof 


olmuşdur.  Bu  zaman  təsir  qarşılıqlı  və  çox  qüvvətli  idi.  Fizika  və 

f

əlsəfənin əlaqəsi min illərlə davam etmiş və o, müasir şəraitdə də qalır. Fəlsəfə 



v

ə fizika Qaliley, Qassendi, Dekart, Kepler, Nyuton, Lomonosov, Mendeleyev, 

Umov,  Plank, 

Eynşteyn və ümumiyyətlə, geniş dünyagörüşlü bütün fiziklərin 

elmi f

əaliyyətlərində ayrılmaz surətdə çulğaşmışdır» (2, 83). 



Bunu  eynil

ə  S.İ.Vavilovun  özü  barəsində,  habelə  XX  əsrin  N.Bor, 

P.Lanjeven,  M.Born,  V.Heyzenberq,  Lui  de  Broyl,  V.A.Fok,  M.A,Markov  v

ə 

bir  çox 



başqalarının fizikləri haqqında, həm də daha artıq əsasla demək olar. 

M

əsələn, N.Bor fəlsəfə ilə o qədər bağlı olmuşdur ki, V.Heyzenberq onu «fizik 



deyil, h

ər şeydən əvvəl, filosof» adlandırmışdır (12,6).  

F

əlsəfə və təbiətşünaslığın əlaqəsini və bunun həmin idrak sahələrinin hər 



ikisi  üçün 

əhəmiyyətini  dərindən  başa  düşən  XX  əsr  fizikasının  baniləri  öz 

elml

ərinin  zirvəsindən  onun  qnoseoloji  və  metodoloji  əsaslarının  işlənməsinə 



ciddi 

əhəmiyyət vermiş və bu işdə fəlsəfənin rolunu yüksək qiymətləndirmişlər. 

M

əsələn, fəlsəfə ilə təbiətşünaslığın münasibətinin tarixini izləyən Maks Plank 



bu  n

əticəyə gəlmişdir ki, «təbiət elmləri fəlsəfə olmadan keçinə bilməz» (23, 

199).  Öz  növb

əsində  təbiətşünaslıq  da  fəlsəfə  qarşısında  borclu  qalmayaraq 

onun  t

əbii-elmi  əsası  kimi  çıxış  edir,  sonuncusunun  ayrı-ayrı  müddəalarını 



105 


əsaslandırır və ona öz inkişafının zəruri şərtlərindən olmaqla nəzəri ümumiləş-

dirm


ələr etməsi, materiyanın hərəkəti və inkişafının ümumi qanunauyğunluq-

larını  açması,  öz  nəzəri  müddəalarını  əsaslandırması  və  konkretləşdiriməsi, 

habel

ə öz kateqoriyaları və qanunlarının, idrak nəzəriyyəsinin məzmununu in-



kişaf etdirib zənginləşdirməsi üçün canlı qida rolunu oynayan yeni-yeni faktlar 

verir.  


 

ƏDƏBİYYAT 

1.Авалиани  С.Ш.  Предмет  марксистской  онтологии.  Сб.,  О  предмете  философии. 

Тбилиси: Мецниереба, 1973, 163 с.  

2. Вавилов С.И. Ленин и физика. М.: АН СССР, 1960, 95 с.  

3. Вернадский В.И. Труды по философии естествознания. М.: 2000, 334 с.  

4. «Вопросы философии», №5, 1963.  

5. Дюгем П. Физическая теория. Ее цель и строение. СПб., 1910, 326 с.  

6. Engels F. T

əbiətin dialektikası. Bakı: Azərnəşr, 1966, 359 s.  

7. K


ərimov V.M. V.İ.Lenin və müasir fizikanın bəzi filsəfi məsələləri. Bakı: Elm, 1983,  253 s.  

8. K


ərimov V.M. Fəlsəfədə və təbiətşünaslıqda varlıq və materiya problemi. Bakı: Təhsil, HTM 

n

əşriyyatı, 2003, 486 s.  



9.K

ərimov  V.M.  Fəlsəfə  və  təbiətşünaslığın  münasibətinin  naturfəlsəfi  anlamı.  BDU-nun 

x

əbərləri. Sosial-siyasi elmlər seriyası. №3, 2010, s.97-117.  



10. K

ərimov V.M. Fəlsəfə və təbiətşünaslığın qarşılıqlı əlaqəsinin dialektik-materialist anlamı. 

Orada

, №1, 2012, s.120-127.  



11. Конт О. Курс положительной философии. Т.II. Философия физики. С.Петербург: 1900, 

302 с. 


12.  Гейзенберг  В.  Квантовая  теория  и  ее  интерпретация.  «Нильс  Бор.  Жизнь  и 

творчество». Сборник статей. М.: Наука, 1967, 344 с.  

13. Lenin V.

İ. Materializm və empiriokritisizm. ƏTK, c.18, Bakı: 1979, 547 s.  

14. Луи де Бройль. Останется ли квантовая физика индетерминистской? Сб.: «Вопросы 

причинности в квантовой механике. М.: ИЛ, 1959, 234 с. 

15. Франк Ф. Философия науки. М.:  ИЛ, 1960, 542 с.  

16. Эйнштейнский сборник. М.: 1966, 335 с.  

17. Пахомов Б.Я. Становление современной физической картины мира. М.: Мысль, 1985, 

262 с.  


18.  Павлов  А.М.  К  истории  философского  образования  в  Московском  университете. 

Вестник Московского Университета. Серия 7. Философия. №1, 2013, с.100-113.  

19. Павлов П. Избранные произведения. Госполитиздат, 1949, 568 с.  

20. Планк М. Смысл и границы точной науки. «Вопросы философии», №5, 1958.  

21. Пуанкаре А. Наука и гипотеза. СПб.: 1904, 263 с.  

22. Позитивизм и наука. М.: Наука,  1975, 245 с.  

23. «Успехи физических наук», М.: 1926, т. III, вып.3.  

24. Зоммерфельд А.Р. Пути познания в физике. М.: 1973, 318 с.  

25. Зотов А.Ф. Мельвилл Ю.К. Буржуазная философия середины XIX – начала ХХ веков. 

М.: Высшая школа, 1988, 520 с.  



 

106 



ПОЗИТИВИСТСКОЕ ПОНИМАНИЕ ВЗАИМООТНОШЕНИЯ  

ФИЛОСОФИИ И ЕСТЕСТВОЗНАНИЯ 

 

В.М.КЕРИМОВ 

 

РЕЗЮМЕ 

 

В  статье  раскрывается  сущность  и  критически  анализируется  позитивистское 

понимания  взаимоотношения  философии  и  естествознания.  Показывается,  что  эти  об-

ласти знания находятся и развивается во взаимодействии друг с другом. Оно имеет объек-

тивное основание, которое является общностью их объекта исследования: и философия, и 

естествознание исследует природу. 

В  работе  также  критически  рассматриваются  исторические  формы  позитивизма: 

когнитизм, махизм и неопозитивизм. Автор приходит к выводу о том, что и философия, и 

естествознания могут успешно развиваться в условиях их взаимосвязи и взимодействия 

друг с другом.  



 

Ключевые слова: философия, естествознание, взаимосвязь позивитизм, конгизм, 

махизм, неопозитивизм, диалектико-материалистическое понимание  

 

POSITIVIST UNDERSTANDING OF INTERRELATION OF PHILOSOPHY  

AND NATURE SCIENCE 

 

V.M.KARIMOV 

 

SUMMARY 

 

The article reveals the essence and critically analyzes positivist understanding of 



interrelation of Philosophy and Natural Scinence et is shown, that these areas of science develop 

in interaction with each other. They have an objective basic that is their common object of study 

both, Philosophy and Nature Science in investigate nature. 

The work critically studies the historical forms of positivism as contism, makhism and 

neopositivism. The author comes to the conclusion that Philosophy and Nature Science can 

successfully develop only in the conditions of interaction with each other. 

 

Key words:  philosophy, nature science, intercommunication, positivism, kontism, 

makhism, neopositivism, dialectical-materialistical understanding 



107 

Yüklə 176,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə