Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası



Yüklə 63,73 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü63,73 Kb.
#8595


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4  

Sosial-siyasi 

elmlər seriyası   

2010 

 

 

 

 

 

 

KOMPYUTER İNFORMASİYASI VƏ ŞƏXSİYYƏTİN SOSİAL İNKİŞAFI 

 

A.M.İMANOVA 

Bakı Dövlət Universiteti  

azada69@mail.ru 

 

Məqalədə kompyuter informasiyasının səciyyəvi xüsusiyyətləri, şəxsiyyətin sosiallaşma 



prosesinin  baş  verdiyi  sosial  mühitin  formalaşması  və  idarə  edilməsində  rolu  açıqlanır, 

sosiallaşmanın  üsulu  və  faktoru  kimi  kompyuter  informasiyasının  təkmilləşdirilməsinin 

əhəmiyyəti,  yeni  kompyuter mühitinin  formalaşdırılmasının  əhəmiyyəti  göstərilir.  Kompyuter 

informasiyasının  qloballaşdırma  rolu,  şəxsiyyətin  dərkinin  dəyişilməsi,  şəxsiyyətin  sosiallaş-

masında  kompyuter  bilgilərinin  artan  əhəmiyyəti  xüsusi  qeyd  olunur.  İnformasiya  qeyri-

bərabərliyinin, onun cəmiyyətin və şəxsiyyətin inkişafında tormozlayıcı rolunun sosial mahiy-

yəti  açıqlanır.  Belə  bir  neqativ  halın  tamamilə  aradan  qaldırılması  planında  kompyuterləş-

dirmə  siyasətinin  düzgün  qurulması  vacibdir.  Məqalədə  eyni  zamanda  kompyuter  savadsız-

lığının  aradan  qaldırılması  kimi,  şəxsiyyətin  sosiallaşmasının  normal  prosesinin  təmin 

edilməsi faktoru kimi informasiya bərabərliyinin üstün əhəmiyyəti qeyd olunur. 

 

 



Kompyuter inqilabı informasiyanı dövrümüzün baxışlarının diqqət mərkəzinin 

başlıca obyekti etmişdir. İnformasiyanın həyatın əsası kimi qəbul edilməsi ideyasını 

yəqin ki, biologiyanın daxil motivasiyasına müncər etmək mümkün deyildir (1). 

Cəmiyyətdəki dəyişiklikləri dərk edərkən sosial, iqtisadi və siyasi elmlər yeni qlobal 

təsir faktoru kimi kompyuter informasiyasına müraciət etməli olurlar. İnformasiya 

cəmiyyəti ilə bağlı nəşrlərin sürətlə artmasını qlobal şəbəkə fenomeni stimullaşdırır. 

Nəşrlərin çoxunda kompyuterəqədərki dövrlərdə mövcud olmuş sosial inkişaf mo-

dellərinin və priotetlərin modernləşməsi təklif olunur. Əvvəlki problemlərin həllində 

informasiyaya elitanın sadəlövh assistenti rolu həvalə olunurdusa, indi sosial mühitin 

daxili antaqonizmi kompyuterlə konservasiya edilir. Cəmiyyətin və  şəxsiyyətin 

tərəqqisinin başlıca hərəkətverici rolu əvvəlki kimi aydın, yaxud gizli formada sosial 

bərabərsizlik antoqonizminə verilir. Lakin həqiqətənmi sosial antoqonizm kompyuter 

aləmində inkişafın zəruri şərti olaraq qalır? Və bu məcrada şəxsiyyətin sosiallaşması 

necə keçir? 

Tarix səhnəsinə yalnız kompyuterin yaranması ilə meydana gələn çoxlu sayda 

informasiya cəmiyyəti nəzəriyyələri aşağıdakı suallara tam cavab verməmişlər: 

“Sosial bərabərsizliyin səbəbləri və funksiyaları  nədən ibarətdir?”, “Sosial inkişafın 

funksiyaları nədən ibarətdir?”, “Sosial vahid mühitdə şəxsiyyətin inkişafı və azadlığı 

harmoniyasına nail olmaq mümkündürmü?”. İndiki qlobal informasiyalı kompyuter 

dövründə belə cavabları nə qaneedici, nə də son hesab etmək olar (2). 

Tərəqqini idarə etmək sənəti inkişafın hərəkətvericisi qüvvəsi kimi sosial an-

 99



taqonizmin energetikasının saxlanmasından və istifadəsindən ibarət olmuşdur. An-

taqonizmin partlayış energetikası  hər zaman idarəetmədə asan başa düşülməmişdir. 

Tarixdə  bəzən formasiyaları  dəyişən üsyanlar, inqilablar çox olmuşdur, lakin onlar 

heç zaman sosial antoqonizmin ilkin səbəblərini aradan qaldırmamışlar. 

Qlobal kompyuter şəbəkəsinin təşəkkül tapması ilə sosial mühitdə idarəetmə-

nin, özünütəşkilin prinsipcə yeni imkanları yaranmış və açıq qlobal əlçatar və avto-

matik dəyişən kompyuter informasiyası ilə  tənzimləmə üsulu meydana gəlmişdir. 

Güman edilən perspektivdə həmin imkanlar və kompyuter informasiyası sosial mühi-

tin konfliktsiz balanslaşdırma vasitəsilə harmoniyalaşdırılmasının təməl əsasını təşkil 

edə bilərlər. Bu, əsrlərlə antoqonist mühitdə  təşəkkül tapmış “iqtisadiyyat-siyasət” 

müstəvisində güc idarəçiliyi yanaşmalarına real alternativdir. Bu yanaşmaların əsasın-

da sarsılmaz prinsip olaraq informasiya azadlığının məhdudlaşdırılması durmuşdur. 

Sosial mühitdə informasiyanın xüsusi rolunu başa düşmək üçün kibernetikanın 

təkamülə münasibətinə canlı sistemlərin  ən sadə orqanizmlərindən insan cəmiyyət-

lərinədək oxşar bir prinsiplə inkişafına informasiya prosesi kimi baxmaq lazımdır (3). 

Kompyuter insanın informasiyanı işləməsi məsələsində unikal imkanlarını tək-

rar edir və möhkəmlədir. Canlı sistemlərin təkamülündə informasiya ən sadədən 

başlayan informasiyanın saxlanması, ötürülməsi və dəyişdirilməsinin daşıyıcıları olan 

orqanizmlərlə birlikdə inkişaf etmişdir.  İlkin sosiallaşma təzahürlərinə mifologiyada 

və mifoloji təsəvvürlərdə rast gəlindiyi üçün ilk canlı orqanizm informasiya daşı-

yıcıları hesab edilmişdir (4). 

Qapalı sistemlərdə bir-birləri ilə  əlaqədə olan daşıyıcılar həyat təminatı  və 

reproduksiya funksiyalarını yerinə yetirirlər. Təkamül yüksəldikcə  həm baza hərə-

kətlərinin, rəngarəng təcəssüm formalarının, həm daha mürəkkəb orqanizmlərini və 

populyasiyaların meydana gəlməsini təmin edən informasiya imkanlarını nümayiş 

etdirir. Bu mürəkkəb orqanizmlər həm daxili (orqanizmin bütövlüyünü saxlamaq), 

həm də xarici (ətraf mühitlə və özü kimiləri ilə qarşılıqlı əlaqə) informasiyanı işləmək 

funksiyalarını yerinə yetirir. 

İnsan şüuru elə bir informasiya məkanı formalaşdırmışdır ki, burada sosial mü-

hitin idarə olunması və özünütəşkili vəzifələri həll edilir. Burada həm də təkamülün 

başlanğıc – texnogen mərhələsi başlayır. Sosial əhəmiyyətli informasiya biokimyəvi 

substansiyasından ayrılaraq təkamül prosesinin obyektlərinə çevrilir. Sosial, inkişafın 

tempi sürətlənir, artmaqda olan informasiya axınları insanın fərdi imkanlarını üs-

tələyir. Onların, yəni informasiya axınlarının vaxtında təşkili üçün informasiyanın 

kollektiv işlənilməsi lazım gəlir. Dövlətin özü ikinci informasiya aqreqatı kimi Homo 

Sapiensdən sonra həm informasiya, həm də sosial inkişafın mərhələsi olur (4). Sosial 

fərdlərin inkişafı kontekstində subyektlərin aktiv fəallığı ilə sosial mühitin informasi-

ya strukturunun təkmilləşdirilməsi artmaqda olan informasiya axınlarının işlənməsi 

üçün zəruri olan məhsuldarlığın da artmasını təmin edir. 

Sosial bərabərsizlik dövlətin sosial inkişafını təmin edən, fərdləri canlı fəaliy-

yətə cəlb edən, bununla da şəxsiyyətin sosiallaşmasına təkan verən informasiya maşı-

nı kimi fəaliyyətinin zəruri şərti olmuşdur.  

Sovet sistemindən fərqli olaraq bazar sistemi artmağa olan informasiya axın-

larını işləmək üçün daha qabil ictimai faktor olmuşdur. Bunun nəticəsində istehsalın 

qüsurlarının vaxtında azaldılması, həyatın müxtəlif sahələrində elmi-texniki nailiyyət-

lərdən kütləvi istifadə edilməsi və yüksək inkişaf tempi, böhranları aradan qal-

dırmaqla sosial balansların yeniləşdirilməsi,  əhalinin böyük hissəsinin yaşayış  sə-

 100



viyyəsinin artırılması  və bütün bunların sosiallaşdırma faktorları kimi çıxış etməsi 

mümkün olmuşdur. Bazardan imtina etmək və onun informasiya səlahiyyətlərini 

bürokratik aparata həvalə etmək cəhdi özünü qətiyyən doğrultmadı (5). 

Sovet sisteminin dağılmasının ilkin informasiya səbəblərini təkcə “iqtisadiyyat-

siyasət” müstəvisi ilə lokallaşdırmaq düzgün olmazdı. Burada həlledici rolu sistemin 

total daxili informasiya böhranı oynamışdır. Sosial özünütənzimləmənin informasiya 

axınları bürokratik sistemin zəif informasiya kanallarını  məhv etdi. Bunu da dərk 

etmək vacibdir ki, bu total informasiya böhranı bir presedent kimi bütün inkişaf etmiş 

ölkələr üçün real təhlükə yaradır. Deməli, məsələ yalnız siyasi quruluşda və iqtisadi 

ukladda deyil. 

Ardı  kəsilməyən informasiya axınına qarşı sosial mühitin “həzmetmə” qabi-

liyyəti başlıca məsələdir. Cəmiyyətin və  fərdlərin ictimai inkişafının başlıca faktoru 

olan sosial əhəmiyyətli informasiyanın yolunda heç bir ideoloji siyasi hədd qoyulma-

malıdır. Həyat təminatının  əsasında duran maddi məhsulların istehsalının öz dəyəri 

buraxılmış qiymətin mühüm hissəsini təşkil edir. Qiymət mexanizmi ilə bazar 

avtomatik olaraq maddi məhsulların hamıya çatmayacağını irəlicədən tənzimləyir. 

İnformasiya qeyri-məhdud  şəkildə artırıla bilər ki, bu da onun kəsirsiz olduğundan 

xəbər verir. Ona görə də, informasiyanın aradan qaldırılması, kəsirsiz bazar tənzimlə-

mələrinin tətbiq edilməsi informasiyanın inkişaf kanallarını arzuedilməz dərəcədə 

daraldır. Həmin tənzimləmələr informasiya və sosial inkişaf yolunda maneəyə 

çevrilirlər. İnformasiyanın, istehsalı-istehlakın sosial tənzimləməsinin əsası kimi, belə 

bir prinsipini qeyd etmək yerinə düşərdi: hər kəsdən qabiliyyətinə, hər kəsə tələbatına 

görə. Burada şəxsi fayda ictimai fayda ilə əlaqələndirilir: bacardığın qədər cəmiyyətə 

ver, istədiyin qədər al. 

Sosial mühit informasiya sahələrinin konfiqurasiyasına tabedir, lakin ictimai 

subyektlərin fəaliyyət məkanı kimi informasiyanı da yaradan odur. Kompyuter mühiti 

informasiya konfiqurasiyalarının formalaşdırılmasının tamamilə yeni ailəvi və qlobal 

təsir faktorudur. Sosial mühitin idarə olunması  və  fəaliyyət subyektlərinin özünü-

təşkili kompyuter informasiya sahəsinin keyfiyyəti ilə sıx bağlıdır. 

Cəmiyyətlərin və fərdlərin təkmilləşdirilməsi və sonrakı inkişafı üçün kompyu-

ter informasiyasının təkmilləşdirilməsi yolu ilə prinsipə yeni imkanlar açılır. Kom-

pyuter mühitinin təkmilləşdirilməsi və burada vahid və yüksək təşkilli kompyuter 

informasiya sahəsinin formalaşdırılması  həm də elmi-texniki problemdir (6). Onun 

sürətlə və uğurla həlli üçün artıq texnoloji şərtlər mövcuddur. 

Bu gün Azərbaycan, inkişaf etməkdə olan ölkə kimi, informasiya cəmiyyətinin 

qurulmasını özünün milli inkişaf prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. Bu 

o deməkdir ki, ölkə rəhbərliyi hər bir vətəndaşın İnternetə qoşulmasına imkan yarat-

maqla yanaşı, həm də informasiya texnologiyaları sahəsində layihə-investisiya qoyu-

luşunu artırmaq siyasətinə üstünlük verir. 

Hazırda milli əlamətə görə bölgü öz yerini iki sistemə verir: birinci sistem İn-

ternetə  əlçatarlığı olan və  qərarların qəbul edilməsində güclü dəstəyə malik olanlar; 

ikinci sistem isə özünün heç bir şeyi olmayan, geridə qalmağa məhkum olanlardır. Bu 

gün ölkələrin çoxu belə seçim qarşısında durur: ya öz potensial üzvlərinin izafi 

tələbatlarına biganə qalmayıb irəli getmək, xalqın arzu etdiyi xoşbəxt cəmiyyəti qur-

maq, ya da yoxsulluğa düçar olunmuş destruktiv, fraqmentləşmiş aləmdə yaşamaq.  

Lakin bu istiqamətdə sosial təşəbbüslərə müxtəlif tərəfdən təzyiqlər edilir. Bu, 

hər  şeydən  əvvəl, heç də  rəvan keçməyən qloballaşma proseslərinin və dünya ba-

 101



zarlarının təkamülü, lakin ümumi rifahın inkişafının təmin olunmaması ilə izah edilir. 

Hər bir ölkə iqtisadi inkişafda sıçrayışa nail olmaq məqsədi ilə informasiya tex-

nologiyaları sahəsində mövcud proseslərə yaradıcı yanaşaraq investisiya qoyuluşuna 

nail ola bilər. Bütün bunlar yeni yanaşmaları tələb edir, insan potensialından səmərəli 

istifadəni önə  çəkir. Bu bir növ Xose Mariya Xiqeyresin qeyd etdiyi kimi “virtual 

dairədir” (7). Bu dairəyə daxil olmuş ölkələr öz idarə sistemlərini təkmilləşdirməklə 

daha şəffaf tənzimləmə mexanizmləri yaradacaq ki, bu da inkişaf üçün yeni imkanlar 

açan daha geniş, daha güclü bazarların meydana gəlməsinə gətirib çıxaracaq, ölkədə 

sağlam sosial mühitin yaranması üçün vacib olan demokratik dəyərləri möhkəmlən-

dirməyə, dayanıqlı inkişafın bərqərar olması üçün mümkün şəraiti yaradacaq.  

Birləşmiş Millətlər Təşkilatı bütün Bəyannamələrində şəxsiyyətin inkişafını və 

yoxsulluğun ləğv edilməsini bir məqsəd kimi irəli sürmüşdür. 

İnformasiya texnologiyalarından istifadə olunması  həmin Bəyannamələrin 

məqsədlərinə BMT informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunu 

yaratmışdır. Onun işində dövlət və özəl sektorlarla yanaşı  vətəndaş  cəmiyyətinin 

təmsilçiləri də  iştirak edirlər. Bu üç qüvvə elektron sahəsində strategiyaların işlənib 

hazırlanması və tətbiqi naminə birləşmişdir. 

Deyilənlər kontekstində hər bir ölkənin, insan potensiyalından səmərəli istifadə 

etməklə, ən mühüm vəzifəsi informasiya texnologiyası sahəsində tələbatları maliyyə-

ləşdirməkdir. İnformasiya texnologiyalarının inkişaf etdirilməsi, bütövlükdə cəmiyyə-

tin özünün yeni keyfiyyət səviyyəsində sosiallaşmasının başlıca şərti kimi çıxış edir. 

“İnformasiya texnologiyaları və şəxsiyyətin inkişaf potensiyası” dialektik pro-

ses kimi ikili təbiətə malikdir. Bu, həm cəmiyyətin informasiya resurslarının daha da 

artırılmasına kömək edir, həm də cəmiyyətin mövcud informasiya resurslarına ehtiyac 

duyur. 

Qlobal anlarda bilik həmişə milli sərvət olmuşdur. Bunu qeyd etmək vacibdir 



ki, “canlı bilik” milli sərvət olmaqla informasiya resursuna daxil olmur. Burada söh-

bət biliyin daşıyıcılarının özgələşməsindən, daha doğrusu, biliyin öz daşıyıcılarından 

ayrılmasından gedir. Hər bir ölkədə “canlı biliyin” səviyyəsi tarixən təhsildə  əldə 

edilən biliyin maddiləşməsi dərəcəsi, peşə ixtisası və s. ilə müəyyən edilir.  

Bu gün cəmiyyətdə  şüurun qloballaşmasının intensiv getdiyi bir şəraitdə  həm 

bilik yaratmaq üzrə yaradıcı əməyin dəyərdən düşməsi meylini, həm də bilikdən is-

tifadə edənin statusunun artması meylinin harmonik idarə olunması  zərurəti bütün 

kəskinliyi ilə durur (8). Bu problemin aktuallığı son 10 illər  ərzində informasiya və 

telekommunikasiya texnologiyalarının inkişafı  və yayılması  nəticəsində ictimai hə-

yatın keyfiyyətcə  dəyişməsi, cəmiyyətin həyat fəaliyyətinin iqtisadi, siyasi, sosial, 

mədəni və digər sahələrində inqilabi irəliləyişlərin qlobal tendensiyaya çevrildiyi bir 

vaxtda daha da artır. Lakin paradoks ondadır ki, bu dünya əhəmiyyətli proseslərin 

məcrasında cəmiyyətdə sosial stratifikasiyanın yeni növü durur. İnformasiya texnolo-

giyaları aləminə  cəlbolunma bu gün yeni resursdur. Bu resursa malik olmaq müasir 

cəmiyyətdə daha faydalı mövqe tutmağa imkan verir, həmçinin, yaxud bütünlükdə 

qrupun sosial statusunu müəyyənləşdirir. 

İnformasiya bərabərsizliyinin sosial mahiyyətini dərk etmək bütün MDB mə-

kanı üçün, o cümlədən Azərbaycan üçün olduqca vacibdir. Fransız maarifçisi 

J.A.Kondorse haqlı olaraq demişdir: vəziyyətlərin bərabərsizliyi və təhsilin bərabər-

sizliyi – bütün sosial sarsıntıların başlıca ilkin şərtləridir. Təəccüblü olsa da, infor-

masiya bərabərsizliyinin səviyyəsi informasiya və kommunikasiya texnologiyalarının 

 102



sürətlə artması  nəticəsində yüksəlir.  İnformatizasiya sahəsində yüksək tərəqqi infor-

masiya bərabərsizliyini dərinləşdirir və bu səbəbdən də, həmin bərabərsizliyin aradan 

qaldırılması prosesində şəxsiyyət böyük çətinliklərlə üzləşməli olur. 

Sosiallaşma prosesini şərtləndirən faktorları qeyd edərkən nəzərə alınmalıdır 

ki, informasiya bərabərsizliyi informasiya cəmiyyətinin formalaşması dövründə sosial 

qrupların diferensasiyasının  ən mühüm amillərindən biri olur. Bu, daha fraqmentar, 

çoxölçülü, hətta adət edilmiş sosial stratifikasiya strukturunu dəyişikliyə məruz qoyur. 

Sosial fəlsəfi ədəbiyyatda belə bir mülahizə səslənir ki, məhz əlçatar biliklərin səviy-

yəsi sosial diferensiasiyanı müəyyən edən faktor olur, “əmlaklıya” və  “əmlaksıza” 

bölünmə isə yeni xarakter alır: imtiyazlı təbəqə cəmiyyətin məlumatlı üzvlərini təşkil 

edir, halbuki məlumatlanmamışlar “yeni yoxsullara” çevrilirlər. Tədqiqatçı S.A.Dyat-

lov özünün “İnformasiya cəmiyyətinin prinsipləri”  əsərində göstərir ki, müasir 

şəraitdə  ən mühüm iqtisadi resurs olaraq elmi bilik və informasiya resursları  çıxış 

edirlər. Cəmiyyətin bütün sosial strukturu informasiya ilə effektli işləmək iqtidarında 

olur. Bu və ya digər fərdin, sosial statusu daha çox mövcud informasiya resursları, 

elmi biliklər və informasiya ilə müəyyənləşir. Lakin belə bir mülahizə  də  nəzərə 

alınmalıdır ki, cəmiyyətdə informasiyanın tən bölünməməsi həm informasiyanın 

istehsalının və bölünməsinin obyektiv proseslərindən, həm də informasiya müna-

sibətləri subyektlərinin xüsusiyyətlərindən doğur. Lakin önəmli cəhət budur ki, bu 

xüsusiyyətlər insanlarda dünya informasiya məkanlarına “cəlbolunma” hissi for-

malaşdırır (9).  

Şübhəsiz ki, informasiya bərabərsizliyi xüsusi nəzərdən keçirilməli olan 

mühüm və aktual problemlərdən biridir, ona görə də məsələnin təfərrüatına varmadan 

bunu xüsusi qeyd etmək istərdik ki, informasiya bərabərsizliyi cəmiyyətin inkişafı 

üçün böyük təhlükədir. Bunu aradan qaldırmaq üçün olan faktorlardan biri də 

kompyuterləşmə siyasətinin düzgün qurulması və səmərəli həyata keçirilməsidir. 

Əhalinin kompyuter sahəsində savadlandırılması bu gün böyük dövlət siyasə-

tinin mühüm istiqamətidir. Lakin vətəndaşların informasiyaya əlçatarlığı  məsələsini 

həll etmədən dövlətin informasiya bərabərsizliyini aradan qaldırmaq məqsədi və 

vəzifələri yerinə yetirilə bilməz. Beynəlxalq ekspert, Tallin elektron idarəetmə akade-

miyasının direktoru İzar Tall qeyd edir ki, Estoniyada Seymin qərarı ilə, 1999-cu ildə 

bütün ölkə məktəbləri İnternetə qoşulmuşdur. Hazırda biz buna adi hal kimi baxırıq. 

Halbuki həmin dövrdə, yəni 1999-cu ildə bu iş hələ İngiltərədə görülməmişdi, ölkədə 

təbii resursların olmadığı bir şəraitdə biz bütün gücümüzü təhsilə yönəltdik. Bu hal 

cəmiyyətdə bütün dinamikanı dəyişdirdi. 

Təbii ki, informasiya bərabərsizliyinin aşağı düşməsi kompyuter savadsızlığı-

nın aradan qaldırılması ilə paralel gedən prosesdir. Lakin bu yolda çox mühüm 

texniki, təşkilatı, həmçinin normativ-hüquqi çətinliklər də ortaya çıxır ki, bunları həll 

etmədən informasiya cəmiyyəti quruculuğu mümkün deyildir (1). Məlumdur ki, kənd 

yerlərində  İnternet böyük problemə çevrilmişdir. Bu sahədə informasiya bərabərsiz-

liyini azaltmaq proqramının mühüm vəzifəsi simsiz texnologiyaları inkişaf etdir-

məkdir. Lakin informasiya texnologiyaları üzrə mütəxəssislər yetişdirmədən texniki 

layihələri reallaşdırmaq çox da asan məsələ deyildir. Odur ki, ən vacib məsələlərdən 

biri, həmçinin informasiyanın əlçatarlığıdır. Belə olmasa, informasiya bərabərsizliyini 

aradan qaldırmaq proqramı havadan asılı qala bilər. Bunun üçün ilk növbədə qanun-

vericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq lazımdır. 

Bu gün etiraf edilməlidir ki, bəşəriyyətin inkişafı prosesində başlıca cəhət şüu-

 103



run qloballaşmasının üçüncü mərhələsinin başlanğıcıdır.  Şüurun qloballaşmasının 

birinci mərhələsi Magellanın və Kolumbun kəşfləri ilə bağlıdır. Bu zaman bəşəriyyət 

əvvəllər sonsuz hesab etdiyi planetin məhdud olduğunu ilk dəfə dərk etdi. İnsan şüuru 

sanki yeni planetlə üzləşdi. İctimai şüurun ikinci qloballaşması Y.Qaqarinin kosmosa 

çıxması ilə başlandı. İnsan ilk dəfə kosmosdan yaşadığı planeti gördü və dərk etdi ki, 

planetimiz kiçik və kövrəkdir, onu qorumağı öyrənmək lazımdır.  İkinci mərhələni 

bəşəriyyət bu gün yaşayır. İnformasiya cəmiyyətinin məqsədyönlü formalaşması pro-

sesində planetin sakinləri informasiya asılılığını  dərindən dərk etməyə başlamışlar. 

Bu son dərəcə mühüm humanitar və ümumbəşəri, ilk növbədə, cəmiyyətin qlobal 

informatizasiyalaşması prosesi ilə sıx şərtləşmiş fenomendir. 

Bu, həm də o deməkdir ki, müasir insan keyfiyyətcə yeni qlobal sosiallaşma 

prosesini yaşayır. 



 

ƏDƏBİYYAT 

1.

 



На  пути  к  информационному  обществу.  Автоматизированные  информационные  ре-

сурсы России. Состояние и тенденции развития // Вестник РОИВТ. 1994, №4-5, с.5-66. 

2.

 

Затуливетер Ю.С. Информационная природа социальных перемен. Серия «Инфор-



мация и социум» М.: СИНЕТ, 2001, 132 (http: // znt. hotboks.ru. / book.htm). 

3.

 



Тургин В.Ф. Феномен науки. Кибернетический подход к эволюции. М.: ЭТС. 2000, 

369 с. 


4.

 

Вторичная социализация. File : // F: b. Vuz Lib. Net. Htm.  



5.

 

Серафимова  З.Е.  Проблемы  социализации  юношества  в  условиях  НТП.  М., 1990 



http:// www/ upraz/ biz/materials /pseholqy /uieru / 1825.hite? next =7. 

6.

 



Затуливетер Ю.С. Компьютерная информация и социальный прогресс // Технологии 

информационного общества. С.П.: 2003, с. 11-13. 

7.

 

Хосе  Мария  Фигейри.  Информационные  технологии  и  потенциал  развития  лич-



ности. file: // F: / 21 марта 2009 г. 

8.

 



Колин  К.К.  Информационная  глобализация  общества  и  гуманитарная  революция. 

File: // F: K.K. Kolin. Htm. 

9.

 

Деятлов С.А. Принципы информационного общества. www.e maq. Iis.ru/arc/infosoc/. 



 

КОМПЬЮТЕРНАЯ ИНФОРМАЦИЯ И СОЦИАЛЬНОЕ РАЗВИТИЕ ЛИЧНОСТИ 

 

А.М.ИМАНОВА 

 

РЕЗЮМЕ 

 

В  статье  раскрывается  характерная  особенность  компьютерной  информации,  ее 



роль в формировании и управлении социальной сферы, где происходит процесс социа-

лизации  личности.  Показывается  важность  совершенствования  компьютерной  инфор-

мации как способа и фактора социализации, формирование новой компьютерной сферы. 

Особо  отмечается  глобализирующая  роль  компьютерной  информации,  изменение 

сознания личности, возрастание значения компьютерного знания в социализм личности. 

Раскрывается  социальная  сущность  информационного  неравенства,  его  тормозящая 

роль в развитии общества и личности. В плане преодоления этого, в целом, негативного 

явления  необходимо  правильное  построение  политики  компьютеризации.  Отмечается 

значимость преодоления информационного равенства как способа повышения компью-

терной  неграмотности,  как  фактора  обеспечения  нормального  процесса  социализации 

личности. 

 104



COMPUTER INFORMATION AND AN INDIVIDUAL’S SOCIAL DEVELOPMENT 

 

A.M.IMANOVA 

 

SUMMARY 

 

The article studies characteristic features of computer information, its importance in the 



formation and management of social sphere where an individual socializes. The perfection of 

computer information is marked as an important means and factor of socialization, formation 

of a new computer sphere. The author lays emphasis on the globalizing importance of 

computer information, change in the individual’s consciousness, extension of the importance 

of computer knowledge for an individual’s socialization and analyzes social essence of 

information inequality, its hampering role in the social and personal enhancement. Sound 

formation of computerization policy is needed to cope with these negative developments. 

The importance of information balance is marked as a means of computer illiteracy as 

well as a factor of providing an individual’s socialization process. 

 

 



 105

Yüklə 63,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə