Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası



Yüklə 82,47 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü82,47 Kb.
#35359


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

 

        Sosial-siyasi elmlər seriyası 

  2009 

 

 



 

 

BAZAR MÜNASİBƏTLƏRİ ŞƏRAİTİNDƏ İQTİSADİYYATIN İDARƏ 



OLUNMASINDA DÖVLƏT MALİYYƏSİNİN ROLU 

 

H.H.ASLANOV 

Bakı Dövlət Universiteti 

 

Məqalədə bazar münasibətləri  şəraitində iqtisadiyyatın idarə olunmasında dövlət 



maliyyəsinin yeri və rolu müəyyən edilmiş  və vergi sisteminin vasitəsilə onun prinsipləri, 

metodları, cəhətləri əsaslandırılmışdır.  

İşdə dövlət gəlirlərinin formalaşmasında  əsas maliyyə planı, həmçinin makroiqtisadi 

sabitliyin təmin edilməsində vergilərin rolu və optimallığı məsələləri öyrənilmişdir.  

 

Müstəqilliyini  əldə etdikdən sonra Azərbaycan Respublikası milli iqtisadiy-



yatının bazar prinsipləri əsasında inkişaf etdirilməsini strateji kurs kimi sezmişdir. 

Dünya ölkələrinin təcrübəsi göstərir ki, hər bir dövlətin inkişaf səviyyəsi, onun 

beynəlxalq aləmdə nüfuzu müəyyən mənada həmin ölkənin iqtisadiyyatının inkişaf 

dərəcəsi ilə qiymətləndirilir. Bu, baxımdan dövlət bir sıra mühüm funksiyaları öz 

üzərinə götürməklə bazar iqtisadiyyatı mexanizminin tam və  səmərəli fəaliyyətini 

təmin etməlidir. Bu prosesin mühüm tərəfi çevik və  səmərəli maliyyə-büdcə 

sisteminin formalaşdırılmasıdır.  

Dövlət maliyyə-büdcə siyasətinin prioritetlərini dəyişməklə yalnız iqtisadiy-

yatdakı konyuktur tərəddüdlərin yumşaldılmasına deyil, həm də milli təsərrüfatın 

sabitləşdirilməsinə və tədricən inkişafına təsir göstərir.  

Beynəlxalq təcrübədə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sisteminin 

müxtəlif metodları  tətbiq edilir. Respublikamızın iqtisadiyyatının inkişafı üçün hər 

hansı metodun tətbiqi mövcud şəraitdə ölkəmizdə baş verən iqtisadi proseslərin daha 

dərindən öyrənilməsini, maliyyə tənzimləyicilərindən istifadə edərək iqtisadi inkişafın 

mümkün istiqamətlərinin araşdırılmasını, geniş  təkrar istehsal prosesinin fasiləsiz-

liyinin təmin edilməsində dövlət maliyyəsinin rolunun tədqiq edilməsini zəruri amilə 

çevirir.  

Dövlət maliyyəsi vasitəsilə  tənzimləmə – bu, konkret şəraitdə dövlətin məq-

sədəuyğun şəkildə və ardıcıl surətdə maliyyə üsullarından istifadə etməklə təsərrüfat 

subyektlərinə  təsir etməsi, iqtisadiyyatda makroiqtisadi tarazlığa və mütərəqqi 

inkişafa nail olunması prosesidir [1, 87].  

Ümumiyyətlə, bazar iqtisadiyyatı şəraitində dövlətin maliyyə-büdcə mexanizmi 

vasitəsilə istehsal prosesinə  təsirinin  əsas istiqamətlərini aşağıdakı kimi sistem-

ləşdirmək olar:  

-

 

büdcə subsidiyaları, pərakəndə satış qiymətlərinin saxlanması;  



-

 

iqtisadiyyata dövlət tərəfindən investisiya qoyulması;  



-

 

müəssisələrin birbaşa subsidiyalaşdırılması  və onların kreditləşdirilməsi. 



Dövlət kreditinin alınması  təsərrüfat subyektlərinin xüsusi vəsaitlərini riskdən azad 

 

125




edir və onların sərbəstləşdirilməsinə şərait yaradır;  

-

 



zəruri hallarda pul-kredit məhdudiyyətlərinin qoyulması; Bunlara qiymət-

lərin tənzimlənməsi, istehlak krediti şərtləri, kredit məhdudiyyəti, valyuta nəzarəti 

aiddir; 

-

 



ehtiyac yarandıqda bəzi (nadir) malların lisenziyalaşdırılması:  

-

 



xüsusi ticarət üzrə qanunvericilik aktlarının tətbiq edilməsi (məhsulun 

standartlaşdırılması, dövlət arbitrajı və s.);  

-

 

elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin maliyyələşdirilməsi;  



-

 

vergi siyasəti.  



Bununla yanaşı, təkrar istehsalın böhranlı vəziyyətində dövlət məhdudlaşdırıcı 

siyasət də həyata keçirə bilər. Burada əsas məqsəd müəyyən növ məhsulların buraxı-

lışına məhdudiyyətlər qoymaqdan ibarətdir. Eyni zamanda dövlət ictimai tədbirlərin 

təşkilini öz üzərinə götürməklə, subsidiyalar və aşağı faizlə kredit verilməsini təmin 

etməklə təsərrüfat vahidlərinin iqtisadi davranışını stimullaşdırır.  

Hazırda respublikamızın iqtisadiyyatının müasir inkişaf mərhələsində vergilər, 

səhmlər, büdcə kəsiri və inflyasiyanın ictimai istehsalın artım tempinə, yığım və is-

tehlak fondlarının yaranmasına, elmi-texniki tərəqqinin inkişafının stimullaşdırılması-

na və dünya bazarlarında rəqabət qabiliyyətinin artırılmasına təsiri istiqamətləri geniş 

tədqiq edilir [2, 36]. Bu baxımdan real iqtisadi proseslər daha dərindən təhlil edilir, 

iqtisadiyyatda struktur dəyişikliklər aparılması istiqamətində beynəlxalq təsərrüfat 

əlaqələri diqqət mərkəzində olmaqla, iqtisadiyyatın uzunmüddətli inkişafına və bu in-

kişaf tempinin artırılmasına əsaslanan konkret təkliflər və tədbirlər işlənib hazırlanır.  

Əlbəttə ki, bu proqramların hazırlanması üçün geniş  təkrar istehsal prosesinə 

pul, kredit, fiskal siyasətin təsiri və bu sahədəki təcrübələr hərtərəfli öyrənilməlidir. 

Dövlət maliyyəsi nəzəriyyəsinin müasir inkişafı bir-birinə zidd olan iki əsas cərəyanın 

– Keyns və neoklassik məktəbin yaranması ilə səciyyələnir.  

Dövlət maliyyəsi vasitəsilə iqtisadiyyatın tənzimlənməsi və idarə edilməsinin 

nəzəri və təcrübi əsası ingilis iqtisadçısı C.M.Keyns tərəfindən işlənilmişdir. D.Keyns 

«Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi»  əsərində iqtisadiyyata dövlət 

müdaxiləsinin zəruriliyini əsaslandırmış və onun metodlarını göstərmişdir. O, ilk dəfə 

makroiqtisadi tənzimlənmənin  əsaslarını yaratmışdır. Onun nəzəriyyələri 1940-70-ci 

illəri əhatə edən bir dövrdə demək olar ki, bütün ölkələrdə maliyyə nəzəriyyələrinin 

yaranmasında və fiskal siyasətin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. 

Belə ki, XX əsrin 40-cı illərinin sonunda və 50-ci illərin əvvəllərində Qərb maliyyə 

elmində «sabitləşdirici büdcə» nəzəriyyəsi yaranmışdır. Bu nəzəriyyənin tərəfdarları 

o müddəaya əsaslanırdılar ki, inkişaf etmiş aparıcı  sənaye ölkələrində ümumi daxili 

məhsulun 15%-dən 35%-ə  qədəri büdcə vasitəsilə yenidən bölüşdürülür və onun 

başlıca funksiyasını iqtisadi tsiklin bütün mərhələlərini tənzimləməkdə görürdülər. 

Onlar büdcəyə iqtisadiyyatda sabitliyə, təsərrüfatda tarazlığa nail olmağın vasitəsi 

kimi baxırdılar. Eyni zamanda onların fikrincə, dövlət büdcəsi sabitləşdirici ünsürləri 

– ilk növbədə iqtisadi tsiklə birbaşa təsir göstərən vergiləri və dövlət xərclərini 

özündə birləşdirir. Amerika alimi A.Hansenin fikrincə  məhz daxilolmaların və 

xərclərin nisbətinin dəyişməsi «sabitləşdirici büdcə» mexanizmini təşkil edir. 

«Sabitləşdirici büdcə» nəzəriyyəsi mövcud olduğu dövr ərzində müəyyən 

dəyişikliklərə  məruz qalmışdır. Onun inkişafının ilk mərhələsində bir çox qərb 

iqtisadçıları o fikri dəstəkləyirdilər ki, dövlət büdcəsi özünü tənzimləyən sistemdir və 

dövlətin müdaxiləsi olmadan iqtisadiyyata təsir göstərə bilən bir sıra «avtomatik 

 

126



sabitləşdirici» ünsürlərə malikdir. Belə ki, Amerika iqtisadçıları hesab edirdilər ki, 

vergilər, borclar, dövlət xərcləri, işsizliyə görə ödənilən yardımlar, sosial sığorta 

ayırmaları və s. iqtisadi durumun istənilən dəyişikliyinə «avtomatik» reaksiya verir və 

bu da tərəddüdün miqyasını, tənəzzülün kəskinliyini yumşalda bilər. Canlanma döv-

ründə dövlət büdcəsi məhdudlaşdırıcı, tənəzzül dövründə isə stimullaşdırıcı fəaliyyətə 

malik olmalıdır. Deməli, E.Hansen sübut edirdi ki, bu mexanizmin köməyi ilə iqtisadi 

tənəzzül amortizasiya olunur və canlanma məhdudlaşdırılır.  

50-ci illərin axırları 60-cı illərin əvvəllərində iqtisadiyyatın inkişafı nəticəsində 

«sabitləşdirici büdcə» nəzəriyyəsinin həmin dövrün tələblərinə tamamilə uyğun 

gəlməməsi onu əhəmiyyətli dəyişikliklərə  məruz qoymuşdur. Yeniləşmiş  nəzəriyyə 

«daxili», «avtomatik fəaliyyət göstərən qüvvənin» düşünülmüş qaydada işlənib 

hazırlanmış «xarici» diskresion büdcə  tədbirləri sistemi ilə tamamlanmasını  nəzərdə 

tuturdu. Bütün bu mexanizm «sabitləşdirici büdcə  və qabaqcadan düşünülmüş  fəa-

liyyətin kombinasiyası» adlanırdı. Amerika iqtisadçıları V.Şuls və S.Harris «vergi 

dərəcəsinin çevik düsturunu» işləyib hazırladılar və bu nəzəriyyəyə görə onların 

quruluşu istehsalın, qiymətin və  məşğulluğun dəyişməsinə  əsaslanmalıdır. Q.Kauf-

man və D.Smitin tədqiqatları göstərdi ki, iqtisadiyyatı sabitləşdirən mexanizm kimi 

büdcədən səmərəli istifadə olunmasına yalnız pul və fiskal siyasətin dəqiq uzlaşdı-

rılması əsasında nail olmaq olar.  

Bu cür düzəlişlər qanunauyğun olaraq keynszilər qarşısında dövlətin ardıcıl fə-

al maliyyə siyasətinin nəticələri üzrə problemlər yaradırdı. Elmi təhlilin məntiqi aktiv 

və passiv kəsirli dövlət büdcəsinin müəyyən edilməsi zəruriliyinə səbəb olmuşdur.  

U.Hallerin fikrincə, passiv kəsir iqtisadi böhranın təsiri altında yaranır. Belə ki, 

istehsalın və  məşğulluğun səviyyəsinin aşağı düşməsi büdcə  gəlirlərinin azalmasına 

gətirib çıxarır. Dövlət büdcəsinin aktiv kəsiri maliyyə siyasətinin həyata keçirilməsi 

gedişində yaranır. «İnvestisiya və istehlaka meylliyin» həvəsləndirilməsinə istiqa-

mətlənən dövlət maliyyə tədbirləri bir tərəfdən vergi dərəcələrinin aşağı salınması və 

vergi güzəştlərinin tətbiq edilməsi ilə, digər tərəfdən isə iqtisadiyyata müdaxilə üçün 

dövlət xərclərinin artımı ilə bağlıdır. Deməli, passiv kəsir avtomatik dəyişmə, aktiv 

isə diskresion nəticəsində yaranır. 

Geniş  təkrar istehsalın fəaliyyət  şərtlərinin dəyişməsinin təsiri altında «Neo-

klassik sintez» konsepsiyası formalaşmışdır. «Neoklassik sintez» – tam məşğulluq 

şəraitində pul amillərini nəzərə alan tarazlıq nəzəriyyəsidir. Keyns nəzəriyyəsinin bu 

yeni variantı ingilis iqtisadçısı C.Hiks və Amerika iqtisadçısı P. Samuelsonun tədqi-

qatlarında öz inkişafını tapmışdır. «Neoklassik sintez» konsepsiyası maliyyə siyasəti 

nəzəriyyəsində ciddi dəyişiklikliyə  səbəb olmuşdur. Keynisziliyin fiskal ideyaları 

iqtisadiyyatın pul-kredit siyasəti vasitəsilə tənzimlənməsini nəzərdə tutan neoklassik 

konsepsiya ilə birləşdirilmişdir. Bu barədə P.Samuelson yazır ki, müvafiq pul-kredit 

və fiskal siyasətin köməyi ilə qarışıq sahibkarlıq sistemi nəinki kəskin tənəzzüldən 

xilas ola bilər, həm də sağlam iqtisadi artıma ümid edə bilər. Onun fikrincə  tələbin 

tənzimlənməsi yalnız dövlət xərclərinin və vergilərin dəyişdirilməsi  əsasında deyil, 

həm də faiz dərəcələrinin kəmiyyətinin manipulyasiya edilməsi, habelə açıq bazarda 

müvafiq  əməliyyatların həyata keçirilməsi yolu ilə baş verməlidir. P.Samuelsonun 

konsepsiyası Keynsin maliyyə siyasəti nəzəriyyəsinin təməli olmuşdur. Demək olar 

ki, sonrakı bütün tədqiqatlar onun maliyyə siyasəti ilə pul-kredit siyasətinin uzlaş-

dırılması ideyasını inkişaf etdirmişdir. Belə ki, A.Pikokun və Q.Şounun fikrincə 

C.M.Keyns nəzəriyyəsi  əsasında işlənib hazırlanmış fiskal siyasət modelinə pul 

 

127




siyasətinin bəzi prinsiplərini daxil etmək, habelə ölkənin tədiyyə balansının nəticə-

lərini nəzərə almaq zəruridir.  

C.M.Keyns nəzəriyyəsi bir sıra ziddiyyətlərə malikdir. Birincisi, dövlət xərclə-

rini artırmaq yolu ilə «səmərəli tələbatı» stimullaşdırmaq yalnız müvəqqəti nəticə 

verə bilər. Mahiyyət etibarilə dövlət yeni tələb yaratmır, yalnız onun bir formasını 

digəri ilə əvəz edir. Dövlət tələbi və istehlakı xüsusi sektorun investisiya və istehlak 

tələbinin azaldılması hesabına yaradır. Digər bərabər şərtlərlə dövlət xərclərinin artı-

mı tələbin yerini xüsusi sektordan dövlətə dəyişir. Belə ki, dövlət mal və xidmətlərin 

satın alınmasını yalnız vergilər və yaxud borclar hesabına maliyyələşdirə bilər. Belə-

liklə,  əgər dövlət öz tələbini genişləndirərsə, onda bu və ya digər dərəcədə  əhalinin 

alıcılıq qabiliyyəti aşağı düşər və bu da ümumi məhsulun satışı problemini gərginləş-

dirər.  


İkincisi, investisiyanın vergilər və borclar hesabına maliyyələşdirilən artımı 

istehsal fəaliyyətinin genişlənməsinə, milli gəlirin artmasına  şərait yaradır. Lakin 

dövlət investisiyası eyni zamanda kapitalın quruluşunu artırır ki, bu da məşğulluğun 

artım tempinin ləngiməsinə  səbəb olur. Dövlət müdaxiləsinə baxmayaraq nəticədə 

nəinki işsizlik səviyyəsi aradan qalxır, hətta artır.  

Üçüncüsü, yalnız borclar hesabına dövlət xərclərinin maliyyələşdirilməsi milli 

gəlirin yenidən bölgüsünün miqyasının genişlənməsi ilə  nəticələnir. Ona görə ki, 

borclar və onlara görə ödənilən faizlər vergilər hesabına həyata keçirilir. Ağırlığını 

geniş istehlakçı kütləsinin daşıdığı vergilər, son nəticədə istehsalın ictimai xarakteri 

ilə onun nəticələrinin fərdi formada mənimsənilməsi arasındakı ziddiyyətləri kəskin-

ləşdirir. Dövlət borclarının bir hissəsinin emissiya və kommersiya banklarında yerləş-

dirilməsi inflyasiya prosesini sürətləndirir.  

Beləliklə, iqtisadiyyatın dövlət tənzimlənməsi konsepsiyası  çərçivəsində 

C.M.Keyns prinsip etibarilə yeni maliyyə  nəzəriyyəsi işləyib hazırlamışdır.  İstehsal 

münasibətlərinin istehsalın, kapitalın və əməyin sürətli ictimailəşmə prosesinə uyğun-

laşdırılmasının obyektiv zəruriliyi təkrar istehsal prosesinə dövlətin müdaxiləsi üzrə 

baxışlar müasir maliyyə elminin formalaşmasına və inkişafına güclü təsir göstərmiş-

dir. Keynsçiliyin maliyyə nəzəriyyəsi, inkişaf etmiş bir çox dünya ölkələrinin dövlət 

maliyyə siyasətində həyata keçirilmişdir. 40-cı illərdən başlayaraq 70-cİ illərə qədər 

bu siyasət müəyyən müsbət nəticələr vermiş  və iqtisadi inkişafın ekstensiv tipinə 

uyğun olmuşdur. Lakin elmi-texniki tərəqqinin sürətli inkişafı, təsərrüfat həyatının 

mürəkkəbləşməsi dövlət maliyyəsi və maliyyə siyasətinin Keyns modelinin bir sıra 

ilkin fəaliyyət prinsiplərinin qənaətbəxş olmadığını göstərdi.  

Sovet iqtisadçıları Keynszilik əsasında iqtisadiyyatın tənzimlənməsi sistemini 

sarsıdan dörd başlıca amili qeyd etmişlər. Birincisi, ekoloji problemlərin və təkrar is-

tehsal prosesinin kəskin surətdə pisləşməsi,  əsas xammal və yanacaq resurslarının 

qiymətlərində baş verən artım istehsal sferasındakı çatışmazlıqları  aşkar etdi, re-

sursların təklifi problemini gərginləşdirdi. İqtisadi inkişafın ləngiməsinin əsas səbəbi 

artıq D.Keynsin iddia etdiyi kimi tələbin çatışmazlığı deyil, ciddi istehsal problemlə-

rini təşkil edirdi. Tələbin tənzimlənməsinə istiqamətləndirilmiş nəzəriyyənin təklif nə-

zəriyyəsi ilə  əvəz edilməsi zəruriliyi bu məqsədlə yaranmışdır.  İkincisi, beynəlxalq 

əmək bölgüsünün dərinləşməsi, dünya bazarlarının və transmilli inhisar fəaliyyətinin 

geniş miqyas alması ölkələrin iqtisadi "aşkarlığını" artırdı ki, bu da tələbin ödənilmə-

sində dövlətin rolunun kifayət qədər qiymətləndirilməsinə  səbəb oldu. Aparılan 

dövlət siyasəti istər milli, istərsə də xarici təşkilatların tələbinin genişləndirilməsi ilə 

 

128




nəticələndi. Bundan əlavə beynəlxalq kapitalın hərəkəti ilə daxili tənzimləyici 

tədbirlər öz qüvvəsini tədricən itirmiş oldu. Üçüncüsü, inflyasiyanın dərinləşməsi 

istehsalın və  tələbin genişlənməsi yolu ilə  məşğulluğun tənzimlənməsi imkanlarını 

kəskin dərəcədə pisləşdirdi. Beləliklə də, antiinflyasiya siyasəti ilə tələbin ödənilməsi 

siyasəti arasında ziddiyyət yarandı. Hökumətin tələbatı qiymət artımına şərait yaratdı 

ki, bu da eyni zamanda inflyasiyanın qarşısının alınması, istehsal və  məşğulluq 

səviyyəsinə öz mənfi təsirini göstərdi. Dördüncüsü, dövlətin iqtisadiyyatın idarə 

edilməsi prosesinə müdaxilə səviyyəsinin yüksəlməsi, idarəetmə aparatının genişlən-

məsinə və onun saxlanmasına çəkilən xərclərin artımına səbəb oldu. Eyni zamanda, 

dövlət xərclərinin və ardıcıl olaraq vergilərin artımı mühüm iqtisadi və sosial prob-

lemləri kəskinləşdirdi, büdcədə yaranan kəsir və dövlət borclarının artması isə 

inflyasiya prosesini gücləndirdi.  

Yaranmış belə bir mürəkkəb şəraitdə dövlət tənzimlənməsi və dövlət maliyyə-

sinə yeni yanaşma metodları  tələb edilirdi ki, bu metod iqtisadi inkişafda baş verən 

bütün dəyişiklikləri nəzərə ala bilsin. Beləliklə, 50-ci illərin ortalarından etibarən qərb 

iqtisadi  ədəbiyyatlarında ortodoksal məktəb adlandırılan neoklassik nəzəriyyə 

nümayəndələrinin elmi fəaliyyəti gücləndi. Neoklassiklər iddia edirdilər ki, iqtisadi 

inkişaf istiqamətlərinin tədqiq edilməsində yalnız ekstensiv deyil, həm də intensiv 

artım amillərini də aşkar etmək lazımdır. Keynszi nəzəriyyələrdə əsas diqqət iqtisadi 

inkişafın kəmiyyət göstəricilərinə yönəldilirdisə, neoklassik nəzəriyyələrdə keyfiyyət 

amilləri – elmi-tədqiqat işlərinin genişləndirilməsi, idarəetmənin elmi əsaslarla 

tətbiqi, işçi qüvvəsinin ixtisaslaşdırılması və s. diqqət mərkəzində idi.  

Neoklassik məktəbin mühüm istiqamətlərindən biri neokonservatizm nəzəriy-

yəsi idi. Neokonservatorlar təklif edirdilər ki, idarəetmədə dövlət tərəfindən müdaxi-

ləyə  məhdudiyyətlər qoyulmalı  və  tənzimləmə metodları  dəyişdirilməlidir. Neokon-

servatorlar neoklassik nəzəriyyənin əsas müddəalarından çıxış edirdilər. Lakin onlar 

bu nəzəriyyəyə müəyyən yenilik gətirdilər ki, bunun da əsasını  təklif nəzəriyyəsi 

təşkil edirdi.  

Neokonservatorların fikrincə, dövlət tərəfindən yığılan vergilər milli gəlirin bir 

hissəsinin qeyri-səmərəli israfçılığına gətirib çıxarır. İqtisadiyyatın tənzimlənməsinin 

Keyns modelinə uyğun olaraq vergilər iqtisadi və maliyyə sabitliyinin, antiklassik 

siyasətin həyata keçirilməsinin mühüm vasitəsidir. Neokonservativ istiqamət bazar 

mexanizmini fəallaşdırmaq,  əmanət və investisiyanın yüksək normasını saxlamaq 

üçün vergilərin ümumi səviyyəsinin  əhəmiyyətli dərəcədə  aşağı salınması 

zəruriliyindən çıxış edir.  

Neokonservatizmin nümayəndələri sübut edir ki, vergi siyasəti uzunmüddətli 

planda iqtisadi artımın stimullaşdırılmasına istiqamətlənməlidir. Bu məqsədlə onlar 

vergi dərəcələrini azaltmağı, vergi sisteminin quruluşunu dəyişməyi, gəlir vergisi üzrə 

proqressiv  şkalanı proporsional şkala ilə  əvəz etməyi təklif edirlər. Burada əsas 

məqsəd bazar ünsürlərinin inkişafına  şərait yaradan «neytral» vergi sistemi yaradıl-

masından ibarətdir. Amerika tədqiqatçısı D.Coyns iqtisadi model əsasında kapital 

qoyuluşundan əldə edilən gəlirlərin vergiyə cəlb edilməsinin onun yığılması şəraitini, 

pisləşdirdiyini sübut etməyə çalışırdı.  

Amerika iqtisadçısı A.Lafferin vergi konsepsiyası isə böyük şührət qazanmış-

dır. O, vergi dərəcəsi, büdcə  gəlirləri və vergi bazasının artımı arasındakı asılılığı 

əsaslandırmışdı. Bu asılılığın modeli A.Laffer tərəfindən qrafiklə göstərilir və iqtisadi 

ədəbiyyatda «Laffer əyrisi» adlandırılır. Bu modelin əsas mahiyyəti ondan ibarətdir 

 

129




ki, məhsul və xidmət istehsalçılarına vergi təzyiqinin gücləndirilməsi büdcəyə vergi 

daxilolmalarının artması ilə nəticələnsə də, müəyyən kritik andan sonra «Vergiqoyma 

şkalasının qadağan edilmiş hədd zonası» başlanır. «Qadağan edilmiş hədd zonasına» 

aid olan vergi dərəcələrinin tətbiqi dövlət gəlirlərinin əhəmiyyətli dərəcədə azalması-

na gətirib çıxarır. Yüksək vergilər şəxsi təşəbbüskarlığı boğur, yeni investisiya cəhd-

lərini sarsıdır, nəticədə məhsul buraxılışı və müvafiq olaraq vergi bazası daralır. Bunu 

daha aydın başa düşmək üçün vergi dərəcəsinin son həddinin 100 faizə bərabər olma-

sı halını qəbul edək. Bu həddə vergi daxilolmaları sıfıra qədər azalır. Çünki 100 faizli 

vergi dərəcəsi müsadirə xarakteri daşıyır.  Əlbəttə ki, belə bir şəraitdə istehsalın, 

habelə iqtisadiyyatın inkişafı qeyri-mümkündür.  

Vergi dərəcələrinin azaldılması ilə sahibkarların əldə etdikləri gəlirlərin həcmi 

artmış olur, investisiyaların mənfəətlik göstəricisi yüksəlir, həm də sahibkarların risk 

etmək imkanları artır. Beləliklə  də, istehsalın inkişafı  gəlirlərin artması  və vergi 

bazasının genişlənməsi ilə nəticələnir [3, 235].  

Neokonservatorlar «defisitliyin maliyyələşdirilməsi» Keyns konsepsiyasını cid-

di tənqid edərək «sağlam maliyyə», yəni büdcə gəlirləri ilə xərcləri arasındakı məcbu-

ri, tarazlıq prinsipini irəli sürürlər. Onlar dövlət büdcəsinin kəsirliliyinə iqtisadiyyatın 

sabit inkişafı yolunda ciddi maneə, dövlət borcunun və inflyasiyanın artım amili kimi 

baxırlar. Neokonservatorlar qeyd edirdilər ki, büdcədəki qeyri-tarazlıq  əmanətin 

(xüsusi sahibkarların maliyyələşdirdiyi investisiya) azalmasına səbəb olur. Pul 

kapitalına tələbin yüksəlməsi borc faizinin, kreditin dəyərinin artımı ilə nəticələnir.  

İqtisadiyyata dövlət müdaxiləsinin müasir neoklassik ideyası pul siyasətinin 

prioritetliyindən çıxış edir. Ona diqqətin artırılmasına səbəb yığım və  mənfəətin 

formalaşmasını təhlükə altına alan inflyasiyanın inkişafı olmuşdur.  

Müasir monetarizmin ən görkəmli nümayəndəsi Amerika iqtisadçısı M.Frid-

mendir. Bu nəzəriyyəyə görə pul sferasında dövlət müdaxiləsi məhdud olmalıdır. 

Monetar siyasətin vəzifəsi iqtisadi fəallıq üçün əlverişli  şərait yaratmaqdır. M.Frid-

men hesab edir ki, Keynsin fiskal siyasəti iqtisadiyyatın, xüsusilə pul tədavülünün 

vəziyyətinin pisləşməsinə gətirib çıxarmışdır. Onun fikrincə ABŞ-da pul tədavülünün 

artımı üç səbəbdən baş vermişdir: 1) tam məşğulluq siyasətinin həyata keçirilməsi; 2) 

dövlət xərclərinin sürətli artımı; 3) federal ehtiyat sisteminin fəaliyyətindəki səhv 

hesablamalar. İnflyasiyanın dərinləşməsinin əsas səbəbi tələbin stimullaşdırılmasının 

Keyns siyasətidir. M.Fridmenə görə pul siyasəti pula olan tələblə onun təklifi 

arasındakı uyğunluğa nail olunmasına istiqamətlənməlidir. Bu məqsədlə milli gəlirin, 

məşğulluğun, qiymətin və tədiyyə balansı saldosunun orta artımına uyğun tədavüldə 

pulun artım faizinin müəyyən edilməsi lazımdır.  

Postkeynszilər onların adlandırdığı kimi «gəlirlər siyasəti» konsepsiyasını ya-

ratdılar. «Gəlirlər siyasətinin» əsas məqsədi sosial ehtiyaclara dövlətin ayırmalarının 

artırılması və əmək gəlirlərinə daha geniş vergi güzəştlərini tətbiq etməkdən ibarətdir. 

Onların fikrincə, milli gəlirdə əmək haqqı, mənfəət və dövlət gəlirlərinin proporsiya-

ları  həmkarlar təşkilatları, inhisarlar və hökumət arasında razılaşdırılmalıdır. Post-

keynsziliyin nümayəndələri gəlirlərin vergiyə cəlb edilməsində səmərəliliklə ədalətli-

liyin uzlaşdırılmasının zəruriliyinə diqqət yetirirlər. Onlar qeyd edirlər ki, səmərəlilik 

məqsədinin reallaşdırılması cəmiyyətin müxtəlif sosial təbəqələri arasında vergilərin 

ədalətli bölgüsü ideyasına əsaslanmalıdır. Məsələnin bu cür qoyuluşu dövlətin vergi 

sisteminin təkmilləşdirilməsi, səmərəli və eyni zamanda sosial ədalətli vergi 

siyasətinin aparılması üçün olduqca əlverişlidir.  

 

130




Postkeynszilər kapitalizmdə maliyyənin qeyri-sabitliyi nəzəriyyəsini inkişaf 

etdirirlər. Amerika iqtisadçısı X.Minski sübut edir ki, bu cəhət daxilən kapitalizmə 

xasdır, bilavasitə maliyyə bazarının qeyri-sabitliyində birbaşa təzahür edir. Maliyyə-

kredit institutları vasitəsilə iqtisadiyyatda pul sferasına, onun dəyişməsi ilə valyuta 

məzənnəsinə, qiymətli kağızlara, inflyasiyaya, deflyasiyaya təsir göstərilir. Buradan 

X.Minski maliyyə qeyri-sabitliyini aradan qaldırmaq üçün dövlətin fəaliyyətinin ge-

nişləndirilməsi zəruriliyi haqqında nəticəyə  gəlir. Qeyd etmək zəruridir ki, maliyyə 

bazarındakı qeyri-sabitlik istehsal sferasında ziddiyyətlər yaradır. Lakin optimal 

maliyyə  və pul-kredit siyasəti iqtisadi inkişafın stabilləşməsinə müsbət təsir göstərə 

bilər və göstərir.  

Beləliklə, müasir Qərb maliyyə mülahizələrinin inkişafı neoklassik və 

keynszilik ideyalarının bir-birinə sıx nüfuz etdiyini göstərir ki, bunun da nəticəsində 

yeni nəzəri istiqamətdə onların inteqrasiya cəhdləri güclənir.  

Yuxarıda şərh edilmiş makroiqtisadi tənzimləmə nəzəriyyələrini təhlil etməklə 

belə bir nəticəyə gəlmək olar ki, bu nəzəriyyələrin hər biri özündə müsbət ünsürləri 

birləşdirir ki, bunlar da makroiqtisadi tarazlığın təmin edilməsinə və iqtisadi inkişafın 

daha çox zəruri parametrlərinin (məcmu tələb və  təklif,  əmtəə kütləsi və onun pul 

ekvivalentinin uyğunluğu, istehlak və yığım, əmanət və investisiyalar, işsizlik və infl-

yasiyanın mümkün həddi, maliyyə  vəsaitlərinin həcmi və  cəmiyyətin sosial-iqtisadi 

tələbatı; dövlət büdcəsinin gəlir və  xərclərinin nisbəti, tədiyyə balansının aktiv və 

passivi, ictimai istehsal iştirakçılarının maraqlarının ödənilməsi) sabitləşdirilməsinə 

təsir etmək qabiliyyətinə malikdirlər. 

Hazırda iqtisadiyyatın dövlət tənzimlənməsinin daha çox inkişaf etmiş mexa-

nizmi əsasən Fransada, Hollandiyada, Almaniyada, Avstraliyada, İspaniyada, Yaponi-

yada, Asiyanın və Latın Amerikasının bir çox inkişaf etməkdə olan ölkələrində təşək-

kül tapmışdır.  

Fikrimizcə, respublikamızın hazırkı iqtisadi durumunda neokeyns nəzəriyyələ-

rinə daha çox üstünlük vermək və  əlbəttə  zəruri hallarda digər nəzəriyyələrə  də 

müraciət etmək olar.  

Müasir dövrdə respublikamızın mövcud iqtisadi şəraitinə uyğun yaranan prob-

lemlərini həll etmək üçün dövlət maliyyəsi və onun inkişafı böyük əhəmiyyət kəsb 

edir.  Əlbəttə ki, bu təsadüf deyil. Çünki hazırkı durumda dövlət maliyyəsi dövlətlə 

cəmiyyəti bir-birinə  sıx bağlayan iqtisadi amilə çevrilmişdir [4, 16]. Bütövlükdə 

dövlət quruculuğu, onun əsas funksiyalarının xalqın mənafeyinə uyğun yerinə yetiril-

məsi – son nəticədə iqtisadi artımın  əsas mənbəyi olan dövlət maliyyəsinin mahiy-

yətini daha qabarıq  əks etdirir və onun inkişafını  tələb edir. Dövlət maliyyəsinin 

rolunu aşağıdakı müddəalarla əsaslandırmaq olar:  

Birincisi, dövlət maliyyəsi vasitəsilə ölkənin ödəmə qabiliyyəti təmin 

olunmalıdır. Ödəmə qabiliyyəti olmayan dövlət beynəlxalq aləmdə öz nüfuzunu itirir, 

müvafiq olaraq özəl müəssisə və kompaniyalar bundan ziyan çəkir. Ölkənin maliyyə 

bazarındakı iştirakı məhdudlaşır.  

Hazırda dövlətimiz ölkədə istehsal prosesinin, biznesin və sahibkarlıq 

fəaliyyətinin inkişaf etdirilməsinə normal şərait yaratmaq məqsədilə beynəlxalq 

idarəetmədə olan pul vəsaitlərinin bir qismini ölkəyə  gətirir ki, bu da respublikanın 

ödəmə qabiliyyətinin yüksəldilməsinə  və uyğun olaraq sahibkarlıq fəaliyyətinin 

inkişafına xidmət edir.  

İkincisi, dövlətin əsas funksiyaları təkmilləşdirilməlidir. Bu baxımdan qeyd et-

 

131




mək lazımdır ki, dövlət hər bir sahənin və eləcə də, hər bir kəsin maliyyələşdirilməsi-

ni öz üzərinə götürə bilməz. Yalnız o sahələr maliyyələşdirilməlidir ki, bu xüsusi sek-

torun və sahibkarlığın gələcək inkişafına stimul yaratsın.  

Qeyd etmək lazımdır ki, dövlət tərəfindən inhisarçılığın himayə edilməsinin də 

müəyyən optimal səviyyəsi vardır.  Əks halda o, ölkənin sosial-iqtisadi inkişafına 

özünün mənfi təsirini göstərə bilər [5, 214].  

Bununla yanaşı dövlət ölkədə azad rəqabətin inkişafına mane olan inhisar-

çılığın fəaliyyətini qanunla tənzimləməlidir. Praktiki olaraq dünyanın bir çox 

ölkələrində inhisarçılıq  əleyhinə qanunlar fəaliyyət göstərir. Məsələn, Almaniyanın 

bu sahədə qəbul etdiyi qanunlar rəqabət qaydalarını müəyyən edir və azad rəqabətin 

inkişafına əlverişli şərait yaradır.  

Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq respublikamızda həyata keçirilən 

genişmiqyaslı sosial-iqtisadi dəyişikliklər yeni bazar strukturlarının yaranmasına 

gətirib çıxarmışdır. Buna baxmayaraq iqtisadi həyatda inhisarçılığın bu və ya digər 

formasının fəaliyyət göstərməsi də qaçılmazdır. Deməli, inhisarçılığın dövlət tərə-

findən tənzimlənməsi azad rəqabətin inkişaf etdirilməsinin mühüm amilidir [6, 12].  

Bazar münasibətləri iqtisadi, o cümlədən vergi formaları və metodları ilə dolayı 

tənzimləmə sisteminin tətbiq edilməsini tələb edir [7, 128]. Qeyd edilənlərdən görü-

nür ki, dünya təcrübəsi bu cür tənzimlənmə sistemlərindən geniş istifadə edir. Bu 

şəraitdə ən mühüm problemlər vergi tənzimlənməsi proseslərinin nəzəri əsaslandırıl-

ması, iqtisadiyyatın tənzimlənmə sistemində onun yeri və rolu ilə bağlıdır.  

Beləliklə, araşdırma göstərir ki, dövlət yalnız fiskal funksiyanın yerinə yetiril-

məsində deyil, həm də dayanıqlı iqtisadi artımın təmin olunması  məqsədilə  işgüzar 

fəallığın artırılmasında da maraqlı olmalıdır. Bütövlükdə götürdükdə dövlət 

tənzimlənməsi sistemi iqtisadi və sosial siyasətin prioritetlərinin dəyişməsinə uyğun 

olaraq daim təkmilləşməlidir [8, 244]. 

 

ƏDƏBİYYAT 

1.

 



Əhmədzadə M.İ. Dövlət maliyyəsi. Bakı: Nasir, 2000, 124 s. 

2.

 



Abbasov A.H. Azərbaycanda maliyyə bazarının formalaşması  və bazar iqtisadiyyatında 

maliyyə-kredit sisteminin problemləri. Bakı: Turan, 2003, 332 s. 

3.

 

Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. “Büdcə sistemi”: dərslik. Bakı: “Əbilov, 



Zeynalov və oğulları” istehsalat kampaniyası, 2003, 417 s. 

4.

 



“Büdcə sistemi haqqında”. Azərbaycan Respublikasının qanunu. Bakı: 2002, 24 s. 

5.

 



Əliyev A., Şəkərəliyev A. Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti. Bakı: 

2002, 346 s. 

6.

 

Мельников  В.Д.  Государственное  финансовое  регулирование  экономики 



Казахстана. Автореф. дисс. д-ра. эконом. наук. Алма-Аты: 1995, с. 47. 

7.

 



Məmmədov F., Musayev A. Vergitutmanın nəzəri və metodoloji əsasları. Bakı: Ozan, 

2001, 478 s. 

8.

 

Финансы, денежное обращение, кредит / Под. ред. Поляка Г.П. М.: ЮНИТИ-ДАНА, 



2001, с. 368.  

 

 



132


РОЛЬ УПРАВЛЕНИЯ ЭКОНОМИКИ ФИНАНСОВ ГОСУДАРСТВА  

В УСЛОВИЯХ РЫНОЧНЫХ ОТНОШЕНИЙ 

 

Г.Г.АСЛАНОВ 

 

РЕЗЮМЕ 

 

В  статье  определена  роль  и  место  финансов  государства  в  регулировании 



экономики,  в  условиях  рыночной  экономике  обоснованы  методологические  основы  и 

принципы при помощи управления налоговой системы. 

В  изучении  вопроса  рассматривается  основной  финансовый  план  в 

формировании  дохода  бюджета  государства,  обеспечение  оптимального  налога  и 

повышение роли макроэкономической стабильности.  

  

 

THE ROLE OF THE STATE FINANCE IN THE ORGANIZATION OF ECONOMY 

 

H.H.ASLANOV 

 

SUMMARY 

 

The article defines the role and place of state finance in the regulation of economy in 

the market economy and analyzes methodological grounds and principles with the help of tax 

system.  

The author investigates the basic financial plan in the formation of the state budget, 

provision of optimum taxes and the increase of the role of macroeconomical stability.   



 

 

133



Yüklə 82,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə