Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi



Yüklə 115,44 Kb.
Pdf görüntüsü
tarix29.11.2017
ölçüsü115,44 Kb.
#13105


 

 

73 



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-siyasi 

elmlər seriyası   

 

2012 

 

 



 

 

 



UOT 101.1; :316 

 

ƏXLAQİ ŞÜURUN MAHİYYƏTİ VƏ STRUKTURU 

 

A.M.

MƏMMƏDOVA  

Bakı Dövlət Universiteti 

aygun.memmedova.1976@mail.ru 

 

Məqalədə əxlaqın mahiyyətindən söhbət açılır, əxlaqi prinsiplərin və normaların əsas 

cəhətləri  ifadə  olunur,  əxlaqın  tarixi  tipləri  təhlil  olunur,  əxlaqi  şüurun  əhəmiyyəti  qeyd 

olunur.  Eyni  zamanda  burada 

əxlaqi  şüurun  struktur  elementi  kimi  əxlaqı  qiymətləndirmə 

göstərilir  və  əxlaqi  şüurun  baza  elementləri  olan  qiymətləndirmə  və  dəyərləndirmə  meylləri 

təhlil edilir.  

 

Açar sözlər: əxlaqi şüur, dəyər, mahiyyət, motiv, qarşılıqlı əlaqələr, ünsiyyət 

 

Bütün  tarixi  dövrlərdə  əxlaqi  şüurun  mahiyyəti,  onun  inkişaf  meylləri 



istər gündəlik həyatda, istərsə də elmi-nəzəri səviyyədə müzakirə olunan mü-

hüm  məsələlərdən  biridir.  Müasir  tədqiqatçıların  çoxu  əxlaqda  iki,  nisbətən 

müs

təqil sahə olduğunu söyləyir: əxlaqi şüur və əxlaqi fəaliyyət (praktika və 



təcrübə). Bəziləri əxlaqda üçüncü elementi də ayırır ki, bu da əxlaqi münasi-

bətlərdir.  Lakin  əxlaqi münasibətlər  əxlaqi  fəaliyyətlə  (praktika  ilə)  əlaqədar 

ol

duğu üçün əksər hallarda hər iki element vəhdətdə nəzərdən keçirilir.  



Əvvəla, qeyd etmək lazımdır ki, mənəviyyat və ya əxlaq (latınca mores 

– 

mənəviyyat  deməkdir)  ayrı-ayrı  fərdlərin,  sosial  qrupların, bütövlükdə  isə 



cəmiyyətin baxışları, təsəvvürləri və davranış normaları və qiymətləndirmənin 

əks olunduğu ictimai şüur formasıdır. Məlum olduğu kimi, əxlaq cəmiyyətdə 

insanların  davranış  və  hərəkətlərinin  tənzim  edilməsi  üsulu  olmaq  etibarilə 

dövlətin gücünə arxalanan hüquqdan fərqli olaraq bilavasitə əxlaq normalarına 

riayət etməyə məcbur edən heç bir xüsusi təsisata arxalanmır. Əxlaqın arxasın-

da inandırma, nümunə, ictimai rəy, ənənə gücü, xeyir və şər kateqoriyaları ilə 

ifadə olunan mənəvi nüfuz durur.  

Əxlaq  normaları  insanlar  arasında  dövlət  orqanları  tərəfindən  tənzim 

edilməyən münasibətləri (dostluq, yoldaşlıq, məhəbbət və s.) əhatə edir. Yuxa-

rıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, əxlaq cəmiyyətin inkişa-

fının  hər  bir  formasiya  və  sivilizasiya  pillələri  üçün  zəruri  olan  tənzimedici 



 

 

74 



sistemdən ibarətdir.  

Qeyd edək ki, əxlaqi şüur ictimai şüurun spesifik forması olub, ictimai 

nasibətləri əks etdirən anlayış və təsəvvürlərin məcmusundan ibarətdir. An-



la

yışlar sistemi hər hansı bir təlimin – siyasi, dini, estetik və s. özünəməxsus 

«dili

dir» və bunlarsız əsas ideyaları ifadə etmək mümkün deyil. Əxlaqi şüurun 



anla

yışları  cəmiyyətin  və  şəxsiyyətin  mənəvi  həyatını  özünəməxsus  şəkildə 

əks etdirir. Bu anlayışlardan hər hansı bir hərəkətin qiymətləndirilməsi zamanı 

da istifadə edilir. Əxlaqi şüurun əsas anlayışlarına xeyir və şər, borc və vicdan, 

şərəf və ləyaqət, əxlaqi hisslər, əxlaq normaları, əxlaqi prinsiplər, əxlaqi ideal, 

əxlaqi qiymətləndirmə və s. aiddir. Bunların arasında isə vicdan anlayışı etika-

nın ilk anlayışı,  yaxşılıq anlayışı onun əsas anlayışıdır (1, 301). Xeyir şərsiz 

müm


kün  deyil,  ancaq  insan  onları  seçir.  Xeyirlə  şər  arasında  ziddiyyət  və 

onla


rın seçilmək imkanı  insanın təbiətində, onun məzmunundadır (2,21).    

Əxlaqi şüur anlayışının təşəkkülü hələ qədim dövrlərdən başlayır. Etika 

ilə məşğul olan ilk filosoflar – Platon, Aristotel, Epikur və başqaları əxlaqın 

əsas anlayışlarının bir çoxunun, məsələn, ədalət, xoşbəxtlik, müxtəlif fəzilətlər 

və s. dərin təhlil etmişlər. Hətta müxtəlif anlayışların təsnifatına, içərilərindən 

ən  əsaslarının  seçilməsinə,  digər  anlayışların  onun  üzərində  qurulmasına  da 

təşəbbüs göstərmişlər.  Bu istiqamətdə hərə öz variantını qurmağa çalışsa da, 

antik  etikanın  əsas  anlayışı  xoşbəxtlik  sayılırdı.  Həzz  (zövq  almaq)  də  bu 

qəbildən idi. Epikur hesab edirdi ki, bütün fəzilətlər öz  təbiətinə görə gözəl 

həyatla  əlaqədardır,  həzz  isə  həyatın  bizə  verdiyi  ilk  və  fitri  xoşbəxtlikdir. 

Sonralar  İmmanuil  Kant  əsas  anlayış  kimi  borcu  diqqət  mərkəzinə  qoyur  və 

onun vasitəsilə digər anlayışları müəyyən etməyə çalışır. 

Mənəvi-əxlaqi sferanın, əxlaqi şüurun inkişafı mexanizmi çoxtərəfli və 

mürəkkəb olduğuna görə, əxlaqa və əxlaqi şüura dair müxtəlif yanaşma tərzlə-

rin

dən çıxış edərək çoxsaylı fikir və  mülahizələrin irəli sürülməsi təbii haldır. 



Əxlaqın  mahiyyətinin  dəqiq  və  konkret  müəyyən  edilməsi  çətindir.  Fəlsəfə 

tari


xində bununla əlaqədar olaraq bir sıra cəhdlər edilməmişdir. Ancaq bunun-

la belə, bu elmi «əmələ gətirən», «yaradan» anlayışların əsas özülləri müəyyən 

edil

məmişdir.  



Əxlaq bugünkü vəziyyətinə birdən-birə, «hazır şəkildə» gəlib çıxmamış-

dır. Primitiv norma və təsəvvürlərdən yetişməyə başlayan əxlaq, bəşəriyyətin 

bütün tarixi boyu mövcud olmuş və olduqca mürəkkəb, uzun və hətta çətin bir 

yol  keçmişdir.  Tarixi  inkişafın  hər  bir  pilləsində  maddi  və  mənəvi  istehsal 

prosesi  zamanı  insanlar  müəyyən  davranış  normaları,  prinsipləri,  qaydaları, 

adət və ənənələr dəblər yaratmışlar. Cəmiyyətin təşəkkül tapdığı ilk günlərdən 

insanlar bir-bir

ilə münasibətlərini tənzim etmək üçün yaratdıqları bu birgə ya-

şayış qaydalarına riayət edir, öz hərəkətlərində nəyin pis, nəyin yaxşı olduğu-

nu, hansı hərəkətin bəyənilib-bəyənilmədiyini xeyir və şər kateqoriyaları vasi-

təsilə qiymətləndirmişlər.  

İctimai şüurun qədim formalarından olan əxlaq insanlar arasındakı mü-




 

 

75 



na

sibətləri əks etdirir. Əxlaq insanların bir-birinə, dövlətə və cəmiyyətə olan 

nasibətlərini  nizama  salır,  ictimai  həyatın  bütün  sahələrində  insanların 



hərəkətlərini tənzimləyir. Məsələn, əməkdə, məişətdə, siyasətdə, elmdə, ailədə, 

ictimai yerlərdə və s.-də bunların hər birində o, müxtəlif rol oynayır. Bununla 

əlaqədar «peşə etikası», «ailə və nigah etikası» və s. terminlər yaranıb. Bütün 

bu sahələrdə əxlaqla yanaşı insanların hərəkətlərinin digər tənzimləyiciləri də 

var.  Məsələn,  dövlətin  hüquq  normaları  və  dekretləri,  istehsalatdakı  qanun-

qaydalar,  takt,  etiket,  ədəb,  davranış  qaydaları,  idman  və  digər  oyunların 

şərtləri, nəqliyyatın idarə olunma qaydaları, sanitar-gigiyena normaları və s. - 

bütün bunlar bəzən əxlaq normalarının spesifikasını aydınlaşdırmağa bir qədər 

mane olur. Əxlaqda «bu belədir» anlayışı ilə yanaşı, «belə olmalıdır» daha çox 

uyğun gəlir.      

Bəzi təsir formaları, məsələn, milli ənənələr, məişətdəki estetik norma-

lar, əmək vərdişlərinin tərbiyə edilməsi və s. əxlaqla yanaşı digər sahələrə də 

aiddir.  Ayrı-ayrı  insanların  tərbiyəsinə  təsir  edən  ictimai  formalar  –  adət  və 

ənənələr, ictimai rəy, tərbiyə və s. əxlaqla bağlı olsa da, bütünlükdə ona məx-

sus ola bilməz. Hər bir  dövrün və  cəmiyyətin özünəməxsus əxlaq qaydaları, 

prinsip və normaları olduğu üçün hər bir insan da əsasən yaşadığı dövrün və 

cəmiyyətin əxlaq qaydalarına tabe olur. Tarixi hadisə olan əxlaq bəşəriyyətin 

ictimai tərəqqisi gedişində dəyişir və inkişaf edir. Cəmiyyətdə əxlaq normala-

rının əsası dəyişildikcə, onun özü də dəyişir və cəmiyyətin inkişafından asılı 

olaraq tamamilə yeni formaya düşür, tədricən öz əvvəlki məzmununu itirir və 

nəhayət, yeni məzmun daşıyır (4,38).  

Cəmiyyət  siniflərə  bölünən  zaman  əxlaq  qaydaları  da  sinfi  xarakter 

daşımağa başladı. Hər sinfin özünəməxsus əxlaq qaydaları yarandı. Müəyyən 

sinfə  xidmət  edən  əxlaq  sinfi  xarakter  daşıyaraq  hakim  sinfə  xidmət  etdi. 

Tarixdə əxlaqın aşağıdakı əsas tipləri var ki, bunlara əxlaqın konkret-tarixi tip-

ləri də deyilir:  

1) ibtidai icma əxlaqı; 2) quldarlıq əxlaqı; 3) feodal əxlaqı; 4) burjua əx-

la

qı və s.  



Əxlaqın  inkişafında  bəşər  mədəniyyətinin  tarixi  tərəqqisini  əks  etdirən 

varislik  elementlərinə  də  rast  gəlmək  olar.  Əxlaq  bir  formadan  digərinə 

keçərkən  insanlar  arasındakı  münasibətlərdə  humanizm  ünsürləri  də  artır. 

Artıq ibtidai icma dövründə qarşılıqlı yardımın sadə formaları yaranır. Adam 

əti yemək adəti yox olur. Tayfa ittifaqları və dövlətin yaranması ilə qan düş-

mənçiliyinə son qoyulur. Feodal əxlaqı təhkimli kəndlini öldürməyə yol ver-

mir. Halbuki, quldarın öz qulunu öldürməsi onun şəxsi işi idi. Burjua əxlaqın-

da  şəxsiyyətə  hörmət  prinsipi  təsdiqlənir.  Zaman  keçdikcə,  cəmiyyət  inkişaf 

etdikcə əxlaq qaydaları da dəyişir. Çox vaxt hətta zahirən əbədi görünən əxlaq 

qaydaları belə dəyişikliyə uğrayır, öz əvvəlki məzmununu itirir və  ya onlara 

heç bir ehtiyac qalmır.  

Əxlaqın bir sıra kateqoriyaları onu sistem kimi xarakterizə edir. Onlar-




 

 

76 



dan  biri  vicdan  kateqoriyasıdır.  O,  insanın  öz  davranışlarını  hamı  tərəfindən 

qəbul edilən əxlaq normaları əsasında qiymətləndirilməsindən ibarətdir. İnsa-

nın vicdanlılığı onda utanmaq qabiliyyətinin olması ilə, yəni öz hərəkətlərinə 

ictimai normalar əsasında qiymət verməsi ilə əlaqədardır. Utanmaq hissindən 

uzaq olan adamın vicdanı da təmiz olmur. Vicdan insanlığın ölçüsüdür. Xalq 

arasında vicdanı ləkəli adamları yazıq və miskin adlandırırlar. Vicdan kateqo-

ri

yası şərəf anlayışı ilə  bilavasitə əlaqədardır. Onun məzmunu isə öz sözünə 



sahib olmaq, qeyd-

şərtsiz düzlük, öz borcunu və insan ruhunun xeyirxahlığını 

anlamaqdan  ibarətdir.  İnsanların  öz  şərəfini  anlaması  onun  konkret  şəraitdə 

mövcudluğundan, həmin şəraitin xüsusiyyətlərindən asılıdır.      

Əxlaqi  fəaliyyət  hərəkət  və  əməllərdə,  davranış  normalarında  təzahür 

edən  əxlaqın  ən  mühüm  komponentidir.  Şəxsiyyətin  davranışını  xarakterizə 

edən hərəkət və ya əməllərin məcmuyu onun əsl mahiyyəti barəsində təsəvvür 

yaradır. Bu cəhətdən, yalnız əxlaqi prinsiplərin və normaların fəaliyyəti və hə-

yata keç

irilməsi şəxsiyyətə belə bir imkan verir ki, onun əsl əxlaqi mədəniyyə-

ti tanınsın.  

«Xeyir»  anlayışının  çoxmənalı  təyini  əxlaqın  öz  təbiətindən  irəli  gəlir. 

Bunun özü də insanların həyat fəaliyyətinin bütün tərəflərinə təsir edir. Məlum 

olduğu  kimi,  xeyir  həmişə  şərə  qarşı  durur.  Yunan  filosofu  Heraklit  qeyd 

etmişdir ki, «xeyir də, şər də – birdir» (11,74).  

Xeyir və şər – xoşbəxtlik, vicdan, borc kimi digər əxlaqi anlayışlarla sıx 

bağlıdır. Bunlar adekvat başa düşülə bilməz. Eyni zamanda, şəxsiyyətdə xeyir 

və şərin düzgün başa düşülməsi formalaşmayıbsa, o, davranışın aktual prinsip-

lərinə də malik ola bilməz.  

Xeyir  və  şər  anlayışlarının  tarixən  dəyişkən  xarakterinə  baxmayaraq, 

onların mahiyyəti bundan ibarətdir ki, bütün zamanlarda və dövrlərdə «xeyir» 

dedikdə əxlaqi, təqdirə layiq olan şeylər, «şər» dedikdə isə bir-birinə əks, zid-

diy

yətli  mənalar  –  əxlaqsızlıq,  pislənilməyə  layiq  olanlar  başa  düşülmüşdür 



(16, 130).    

Ümumi xarakter daşıyan digər qiymətləndirmə anlayışı ədalət prinsipidir. 

M.N.Ru

tkeviçin qeyd etdiyi kimi, bu anlayışda «cəmiyyətdə hakim əxlaqa nəyin 



uyğun gəlib-gəlmədiyi haqqında əxlaqi təsəvvürlər aşkar edilir» (13,127).    

“Xoşbəxtlik”  anlayışı  hər  bir  insan  üçün  xüsusi  əhəmiyyət  kəsb  edir. 

“Xoşbəxtlik – dəyərdir, insan həyatında xeyirxahlıq ölçüsüdür, şəxsiyyətin və 

bütövlükdə  varlığın  ideal  kamilliyidir”  (12,  63).  Aristotelə  görə  isə,  insanlar 

təlim və səyləri sayəsində xoşbəxt ola bilərlər (6,303). Aydındır ki, etika da 

siyasətdən  və  hüquqdan  ayrılıqda  xoşbəxtlik,  borc  və  azadlıq  konsepsiyasını 

hazırlaya bilməz. Burada əlaqəli fəaliyyət özünü göstərir (3, 6).  

Əxlaqi  şüurun  elementləri  kimi  qiymətləndirmə  istiqamətləri  bir  sıra 

funksiyalar yerinə yetirirlər. Tədqiqatçı E.V.Sokolov tərəfindən qiymətləndir-

mə  istiqamətlərinin  aşağıdakı  ən  mühüm  funksiyaları  irəli  sürülür:  a)  fərdin 

özünü

təsdiqinə və özünü ifadəsinə kömək edən ekspressivlik; b) insan əxz et-




 

 

77 



di

yi  dəyərləri  digərlərinə  ötürməklə  tanınmağa,  uğurlar  qazanmağa  çalışır. 

Şəxsiyyətin,  cəmiyyətin  malik  olduğu  üsullar  və  dəyərlər  vasitəsilə  özünün 

əsas  tələbatını  ödəmək  qabiliyyəti  ilə  ifadə  olunan  adaptivlik;  c)  şəxsiyyətin 

dafiəsi – yalnız şəxsiyyətin bütün sisteminin əsaslı surətdə yenidən qurul-



ma

sını tələb etməyən informasiyaları bir növ süzgəcdən keçirən qiymətləndir-

mə  istiqaməti;  ç)  şəxsiyyətin  daxili  bütövlüyünün  qorunub  saxlanılması  üçün 

ob

yektlərin və informasiyaların axtarışına yönəldilmiş idraki, dərketmə prosesi; 



d) psixi proses

lərin harmonizasiyasının, onların zamana və fəaliyyət şərtlərinə 

uyğunlaşdırılmasının, daxili psixoloji həyatın əlaqələndirilməsi (14, 174.)    

 

Hərəkət,  əməl  üç  komponenti  özündə  birləşdirir.  Bunlardan  birincisi 



motiv

dir.  Motivlərin  öyrənilməsinin  böyük  əhəmiyyəti  vardır.  Bu,  mahiyyət 

etiba

rilə şəxsiyyətin fəaliyyətini öyrənmək dəməkdir. İnsan fəaliyyətinin spesi-



fik xüsusiyyəti ondan ibarətdir ki, o, həmişə məqsədyönlüdür.  

Motiv (latınca movere – hərəkətə gətirmək, itələmək dəməkdir) dedikdə 

tələbatların  təmin  olunması  ilə  əlaqədar  olaraq  insanı  fəaliyyətə  təhrik  edən 

amil


lər nəzərdə tutulur. Motiv insanı fəaliyyətə təhrik edir və onun fəaliyyəti-

nin istiqamətini müəyyənləşdirir. Bu iki cəhət bir-birilə vəhdət təşkil edir və 

motivin əsas funksiyaları kimi meydana çıxır. 

Motivlər bir-birindən onlarda təzahür  edən tələbatların növünə, onların 

kəsb  etdiyi  formalara,  genişliyinə  və  ya  məhdudluğuna,  onların  fəallaşdığı 

fəaliyyətin konkret məzmununa görə fərqləndirilir. Fəaliyyətin mürəkkəb növ-

ləri bir qayda olaraq bir motivə deyil, еyni vaxtda bir neçə təsir göstərən və 

qarşılıqlı  təsirdə  olan  motivə  cavab  verir  ki,  bunlar  da  insanın  hərəkət  və 

əməllərinin şaxələnməmiş motivləşmə sistemini təşkil edir. 

Motivlər hər bir fəaliyyət sahəsində özünəməxsus xüsusiyyətlərlə təza-

hür edirlər. Bu cəhəti nəzərə alsaq, biz onları fəaliyyətin növlərinə görə: oyun, 

təlim və əmək motivləri kimi xarakterizə edə bilərik. 

İkinci  komponent  nəticədir,  yəni  müəyyən  mənaya  malik  hərəkətin 

maddi və mənəvi nəticələridir. Üçüncü komponent isə həm hərəkətin özünün, 

həm də onun nəticəsinin ətrafdakılar tərəfindən qiymətləndirilməsidir. Hərəkə-

tə qiymət onun sosial əhəmiyyətinə, yəni adamlar, kollektivlər, cəmiyyət və s. 

üçün onun əhəmiyyətinə görə verilir. Deməli, insani hərəkət bütün fəaliyyətlər 

deyil, amma subyektiv motiv

asiya edilmiş fəaliyyətdir.  

Əxlaqi şüurda və cəmiyyətin mənəvi həyatında baş verən dəyişikliklər  

bəzən  müxtəlif  ziddiyyətlərlə  müşahidə  olunur.  Sözsüz  ki,  bu  ziddiyyətləri 

doğuran səbəblər içərisində əxlaqi şüur və davranışlar sistemində mövcud olan 

stereotiplərin,  vərdişlərin  yeni  ictimai  münasibətlərin  xarakterindən  doğan 

yeniliklərlə qarşılaşması,  cəmiyyətin mənəvi təşkilinin  çoxvariantlığı, sosial 

qrupların  maraq  və  tələbatlarının  müxtəlifliyi  mühüm  yer  tuturdu.  Digər 

tərəfdən ictimai həyatın bütün sahələrini əhatə edən bu dəyişikliklərin  cəmiy-

yətin  sosial  strukturu  kontekstində   insan  faktoruna  təsir  göstərməsi  heç  də 

təsadüfi deyildi. Çünki cəmiyyətdəki yeniləşmələr zamanı insanın bu proseslə-




 

 

78 



rin  mərkəzi  faktoru  kimi  çıxış  etməsi  onun  yaradıcılıq  imkanlarını,  mənəvi 

dün


yasını və  həyat tərzini müəyyənləşdirən mənəvi-əxlaqi dəyərlərin daşıyıcı-

sı olması ilə bağlıdır.    

Qeyd etmək lazımdır ki, əxlaqi şüur çoxölçülü və çoxstrukturlu sistem-

dən ibarətdir. Əxlaqi şüurun strukturunda iki dərəcəni ayırmaq olar: adi (gün-

dəlik) və nəzəri. Bunlar qanunsuz, yanlış olaraq bir-birinə qarşı qoyulur. Onla-

rın arasındakı sərhəd mütəhərrikdir. Belə ki, ayrı-ayrı struktur elementlər (nor-

ma

lar,  qiymətləndirmələr,  anlayışlar)  hər  iki  səviyyədə  fəaliyyət  göstərə  bi-



lərlər. Adi əxlaqi şüurun daha sabit, davamlı struktur elementləri adət və ənə-

nələr,  nəzəri  elementləri  isə  –  ideallardır.  Qiymətləndirmə  və  qiymətləndirmə 

istiqamətləri bütün elementləri vahid halda birləşdirən inteqrativ başlanğıcdır.  

Bütün bunlar isə son nəticədə öz əksini  kollektivçilik, vətənpərvərlik və 

s.  əxlaqi  prinsiplər,  eyni  zamanda  xeyirxahlıq,  azadlıq,  həyatın  mənası, xoş-

bəxtlik  və s. kimi ali əxlaqi dəyərlərin məzmunun müəyyənləşməsində tapırdı.                                

İnsanların  həyatında  adi  əxlaqi  şüurun  əhəmiyyəti  belə  bir  amili  də 

təsdiq edir ki, bütün tarix boyu insanların böyük əksəriyyəti mənəvi həyatda 

adi şüur səviyyəsi ilə kifayətlənmişlər. Bu barədə A.Labriola olduqca dəqiq və 

obra


zlı surətdə demişdi ki, «Bütün bəşər nəsli özünün inkişafı boyunca Plato-

nun və ya Ouenin, Pestalotsinin və ya Herbartın məktəbinə getmək üçün heç 

vaxt nə vaxtları, nə də ki, imkanları olmuşdur. O necə lazımdır, o cür də hərə-

kət etmişdir» (10, 134). 

Əxlaqi  şüur  həmçinin  özünün  fərqli  cəhətlərinə  də  malikdir.  Onlardan 

biri  mənəvi  halların  dərinliyində  əks  olunmaqdan  ibarətdir.  Adi,  gündəlik 

səviyyədə insanlar əsasən empirik qəbul edilmiş məlumatlardan istifadə edirlər 

və ictimai həyatın bu və ya digər hadisələrinin dərinliyinə və mahiyyətinə var-

ma

ğa qabil olmurlar.  



Hazırda  əxlaqi  şüurun  strukturlarına  münasibətdə  vahid  fikir  yoxdur. 

Əvvəla, bu məsələ üzrə mövcud olan işlərdə yalnız onun ayrı-ayrı elementləri 

öy

rənilir.  İkincisi,  bu  elementlərin  əxlaqi  şüurun  adi  və  nəzəri  səviyyələrinə 



aid edilməsində elmi ciddilik yoxdur. Üçüncüsü, bəzən əxlaqi şüurun struktu-

run


da ayrı-ayrı elementlər öz əksini tapır.  

Bütün bunlar bütövlükdə həm əxlaqi şüur, həm də onun strukturu haq-

qında kifayət dərəcədə tam təsəvvür vermir. Bu məsələləri tədqiq edən tədqi-

qat


çı rus müəllifi A.İ.Titarenko olduqca dəqiq qeyd etmişdi ki, «Əxlaqi şüurun 

strukturu  – 

bu təkcə dərəcələr sistemi deyildir, amma bu, hər şeyin qarşılıqlı 

əlaqədə  olduğu  və  hər  bir  elementin  yalnız  digər  elementlərlə  xüsusi 

əlaqəsində məna kəsb etdiyi bir vəhdətdir (15, 277).  

Əxlaqi  şüurun  gündəlik  səviyyəsi  adət,  ənənə,  norma  və  qiymətləndir-

mələr  kimi  struktur  komponentlərlə  təmsil  oluna  bilər.  Adət  –  adi  əxlaqi 

şüurun sabit elementidir. Ənənə isə adi əxlaqi şüurun tarixən bərqərar olmuş 

möhkəm və uzunmüddətli elementidir, o, ictimai həyatı onun bütün sahələrin-

də fəal əks etdirir, insanın davranışını onun fəaliyyətinin emosional tərəfləri ilə 




 

 

79 



sıx bağlı olan adamlar arasında əxlaqi münasibətlərin inkişafına və möhkəm-

ləndirilməsinə yönəldir. 

Əxlaqi  norma  əxlaqi  şüurun  struktur  elementidir,  adamların  davranış-

larının  mümkün  olan    və  məcburi  variantlarının  özünəməxsus  ölçüsüdür. 

Bunun əsasında fərdlərin xeyir və şər mövqelərindən fəaliyyət və münasibət-

lərinin  nizamlanması  həyata  keçirilir.  Əxlaqi  qiymətləndirmə  əxlaqi  şüurun 

struk

tur  elementidir.  Onun  köməyi  ilə  insanın  davranışının  əxlaqi  normalara 



uyğun olub-olmaması müəyyən edilir.  

Bütün yuxarıda qeyd olunan struktur elementlər bir-birilə sıx əlaqədar-

dır. Belə ki, onların köməyi ilə adamların maraqlarının uyğunlaşdırılması, ün-

siy


yət prosesinin təşkili, ünsiyyətdə subyektlərin qarşılıqlı fəaliyyətinin qoru-

nub saxlanılması mümkün olur.  

Nəzəri-əxlaqi şüur üçün daha yüksək səviyyə xasdır. Tədqiqatçı Q.Ak-

mam


etov bunu «ideal haqqında, həyat barəsində zəruri sistem» kimi müəyyən-

ləşdirir (5,74). Bu cür təyinat tam deyildir. Belə ki, müəllif bu şərhdə nəzəri 

əxlaqi  şüurun  struktur  tərkibini  göstərərək,  orada  baza  xarakterli,  dəyər  və 

qiymətləndirmə  istiqamətləri  komponentlərini  ayırmamışdır.  Bunlar  əxlaqi 

şüurun  digər  elementlərini  tam  halında,  onun  mahiyyətini  ifadə  edən,  əxlaqi 

şüurun bütün strukturlarının vəhdətini təmin edən möhkəm bir əsas olardı.  

Tədqiqatçılardan A.Q.Zdravomıslov və V.A.Yadov qiymətləndirmə isti-

qa

mətlərinin birləşdirici rolunu qeyd edirlər (8, 189). Tədqiqatçı A.İ.Titarenko 



dəyərləri və qiymətləndirmə meyllərini əxlaqi şüurun mərkəzi elementi kimi 

ayırır (15,291).   

Əxlaqi şüurun baza elementləri kimi, dəyərlər və dəyərləndirmə meyllə-

ri

nin qanunauyğun ayrılması onunla izah olunur ki, əvvəla, onların vasitəsilə 



bu  və  ya  digər  məqsədlərə  yetişmək  üçün  adamların  şüurunun  ümumi 

qiymətləndirmə-imperativ meyli ifadə olunur.  

Tarixdə  elə  insanlar  olmuşdur  ki,  onlar  özlərinin  bütün  düşüncəsini, 

ümid


lərini, hisslərini hər hansı bir yüksək məqsədlərə həsr etmişdilər. Məsələn 

öz  vətənlərini  yadelli  zülmündən  xilas  etməyə  (Babək,  Cavanşir,  Dimitri 

Dons

koy, Kuzma Minin, Haribaldi və b.), bəziləri isə xəstələrin əzab və əziy-



yətlərinin yüngülləşdirilməsinə (R.Kox, A.Şveytser və b.), gənc nəslin tərbiyə-

si

nə (Y.Korçak, V.Suxomlinskiy və b.) həsr etmişlər. Bu adamların bütün hə-



ya

tının əsas məqsədi, qayəsi aydın surətdə əxlaqi dəyərlərin göstəricisidir və 

onların mənəvi dünyasına nüfuz etmişlər. Bu məqsədlərə ali, bu şəxsiyyətlərin  

ira


də və hisslərini tabe etmiş, onların dəyərləndirmə meylləri kimi baxmaq olar.   

Qeyd etmək lazımdır ki, qiymətləndirmədə insan üçün lazım olan bütün 

əhəmiyyətli fikir və düşüncələr ifadə olunur. Ancaq onlardan ən qlobalı həya-

tın mənasıdır. Onun mahiyyəti şəxsiyyətin özünə və cəmiyyətə münasibətin-

dən, cəmiyyətdə öz yerini anlamaqdan və öz fəaliyyətinin sosial əhəmiyyətini 

başa düşməkdən ibarətdir. Həyatın məqsədinin bu və ya digər anlamı insanın 

davranışının bütün xəttini müəyyən edir. «Həyatın mənası» adı altında adam-



 

 

80 



lar tərəfindən bütün fəaliyyətin əsas məzmunu (keçmiş, indiki, gələcək) başa 

düşülür, bu isə, öz növbəsində, cəmiyyət həyatında onların yerini və əhəmiy-

yətini müəyyən edir.  

Hər bir insan əmin olmalıdır ki, fərdi həyat həm onun özünə, həm onu 

əhatə edən insanlara və həm də bütövlükdə cəmiyyətə gərəkdir. İnsan tərəfin-

dən həyatın mənasının düzgün başa düşülməsi ona elə bir mənəvi güc verir ki, 

bu  da  həyat  yolundakı  çətinlikləri  dəf  etməkdə  ona  kömək  edir.  İnsan  üçün 

təkcə onun fəaliyyətinin nəticəsi deyil, həm də fəaliyyətin özü, ona olan tələ-

bat maraq doğurur.  

Həyatın mənası haqqında sual insan qarşısında birdən-birə dayanmır. Bu 

anlayışın  formalaşması  –  şəxsiyyətin  mənəvi  yaranış  prosesidir.  İnkişaf  və 

kamilləşmə  səviyyəsindən  asılı  olaraq  insan  həyatın  mənasını  və  bəşəri 

dəyərlər  haqqında  öz  təsəvvürlərini  yenidən  gözdən  keçirməli  olur.  Həyatın 

özü, insan

ların  təcrübəsi  və  digər  adamların  nümunəsi  bu  cür  yenidən qiy-

mətləndirməyə təsir göstərən həlledici amillərdir.  

Hazırda adamların çoxu həyatın mənasını maraqlı işdə, uşaqların tərbi-

yəsində,  rifah  halının  yaxşılaşdırılmasında,  ictimai  münasibətlərin  humanist-

ləşdirilməsində, fəaliyyəti insanın harmonik inkişafı üçün şəraitin yaradılması-

na yönəldilmiş əsl demokratik dövlətin qurulmasında görürlər. Bunu sosioloji 

tədqiqatlar nəticəsində əldə edilmiş məlumatlar da sübut edir (17).     

Bu cəhətdən belə bir tezis irəli sürüb təsdiq etmək olar ki, istənilən insa-

nın  həyatı  obyektiv  məna  kəsb  edir,  belə  ki,  bəzən  o,  insan  tərəfindən  dərk 

olunmasa da, nəyəsə doğru istiqamətlənmiş olur (9,47).    

Qeyd  etmək  lazımdır  ki,  dəyərlər  və  qiymətləndirmə  meylləri  insanın 

davra


nışının və əxlaqi şüurunun əlaqələndirici həlqəsidir. Dəyərləndirmə isti-

qa

mətləri əxlaqi şüurun elə elementləridir ki, bunlar insanın əməllərində, mü-



na

sibətlərində  real  surətdə  təkrar  olunur,  təzələnir  və  ifadə  edilirlər  (15,83). 

On

lar  fərdin  tələbatları  və  maraqları  ilə,  onun  psixikasının  emosional-iradi 



mexa

nizmləri ilə sıx bağlıdır.  

Dəyərlər  və  dəyərləndirmə  meyllərinin  psixoloji  aspektləri  haqqında 

danışarkən  qeyd  etmək  lazımdır  ki,  əxlaqi  şüurun  bu  struktur  elementləri 

motivlərin  və  subyektlərin  fəaliyyətinin  bütün  növ  və  formalarının  tərkibinə 

daxil olaraq onun yönümünü müəyyən edir.  

Dəyərləndirmə  meyllərinin  əxlaqi  şüurun  strukturuna  daxil  edilməsi 

davranışın motivləşməsinin ən ümumi sosial determinantlarını başa düşməyə, 

anlamağa imkan verir. Onun köklərini isə cəmiyyətin sosial-iqtisadi təbiətində 

və  şəxsiyyətin  formalaşdığı,  insanın  gündəlik  həyat  fəaliyyətinin  cərəyan 

etdiyi  mühitdə  axtarmaq  lazımdır  (18,32).  İnsan  öz  mühitinin  dəyərlərini 

mənimsəyərək və onları dəyərləndirmə meyllərinə, öz davranışının motivləş-

dirmə qüvvəsinə çevirərək ictimai fəaliyyətin aktiv subyektinə çevrilir.  

Beləliklə, dəyərlər və qiymətləndirmə meylləri əxlaqi şüurun baza ele-

mentləri kimi təmsil oluna bilər. Onlar təkcə nəzəri əxlaqi şüurun deyil, həm 



 

 

81 



də gündəlik əxlaqi şüurun elementlərini bir-birilə əlaqələndirir, onları bir araya 

gətirir.  

Əxlaqi şüurun, onun motivlərlə və tələbatlarla sıx bağlı olan düşüncələr 

sisteminin, dəyərləndirmə və dəyərləndirmə meyllərinin məqsədyönlülüyünün 

ifadə edilməsi insanın fəaliyyətində, davranışında və digər adamlarla münasi-

bətlərində şüurunun təzahürünə kömək edir.  

Yuxarıda  göstərilənlərlə  yanaşı,  əxlaqi  münasibətlərin  ümumbəşəriliyi-

nin,  onların  həm  milli  adət-ənənələrlə  bağlılığının,  həm  də  müasir  dövrün 

tələblərindən doğan yeniliklərə açıqlığının təmin edilməsində, daha geniş mə-

nada götü

rsək,  bütövlükdə əxlaqi şüurun formalaşmasında ailə, təhsil, ədəbiy-

yat və incəsənət, kütləvi informasiya vasitələri və s. qarşısında mühüm vəzifə-

lər  dayanır. Hamıya məlumdur ki, ailədaxili tərbiyə əxlaqi şüurun formalaş-

ma

sına təsir göstərən amillərdən biridir. Əxlaqi keyfiyyətlər insanda bütün hə-



ya

tı boyu formalaşır və inkişaf edir. Lakin əsas əxlaqi norma və keyfiyyətlərin 

bünövrəsi insanın  uşaqlıq,  yeniyetməlik və  gənclik  yaşında qoyulur. Uşağın 

ilk


in  yaş  dövrləri  əsasən  ailənin  təsiri  altında  keçir.  Uşaqlar  valideynlərinin 

dav


ranışlarından əxlaqi nümunələr götürür, onların əxlaqi norma və ali əxlaqi 

dəyərlərlə  bağlı  fikirlərini  mənimsəyirlər,  identifikasiya  yolu  ilə  özünü  vali-

deyn

lərinə oxşatmağa çalışırlar. Onlar müəyyən yaşa çatdıqdan sonra əsas tər-



bi

yəçi funksiyasını  məktəb yerinə yetirir. Lakin ailədə uşağa məktəbəqədərki 

dövrdə  hansı  əxlaqi  keyfiyyətlərin  aşılanmasının  böyük  əhəmiyyəti  vardır.  

Bəzi  görkəmli  pedaqoqların  qeyd  etdiyi  kimi,  uşağın  evdə  aldığı  tərbiyə  ilə 

məktəbdə aldığı tərbiyənin üst-üstə düşməsi müsbət haldır. Məktəbli müəllimi-

nə və sinif yoldaşlarına o halda inanır ki, məktəbdəki əxlaqi tərbiyə ilə evdə 

aldığı  tərbiyə  üst-üstə  düşsün.  Əgər  ailədə  yüksək  əxlaqi  dəyərlər  qorunursa,  

uşaqların əxlaqi şüuru və mənəvi dünyası  düzgün istiqamətdə formalaşır.   

Əxlaqi dəyərlərin struktur elementləri müəyyən iyerarxiya təşkil edir. Bu 

onunla izah olunur ki, insanların öz əxlaqi inkişafının zirvəsinə tarixi və ontoloji 

yüksəlişi tədricən baş verir: individin cəmiyyətin əxlaq normalarına uyğunlaş-

ma

sından, onun əsasında dəyərləndirmə mülahizələrinin formalaşması, sonra ən 



ümumi

ləşdirilmiş dünyagörüşü anlayışı kimi əxlaqi idealın işlənib hazırlanma-

sınadək  daha  mürəkkəb  məna  törəmələri  (əxlaqi  anlayışlar,  prinsiplər).  Bu 

dünyagörüşü  verilmiş  mərhələdə  onun  inkişafında  və  bir  şəxsiyyətdə  təmsil 

olunan əxlaqın işləyib hazırladığı bütün yaxşı nə varsa hamısını özünə götürür. 

Buna görə qeyd etmək lazımdır ki, ayrılmış struktur elementlər mütəhər-

rik

dir, onlar inkişaf edərək və ya tənəzzülə uğrayaraq sistemdə öz vəziyyətini 



dəyişə bilər. Məsələn, feodalizm mərhələsinin əxlaqi şüurunda geniş yayılmış 

zümrə,  təbəqə  şərəfi  prinsipi  tədricən  öz  əhəmiyyətini  itirərək  xüsusi  əxlaqi 

normaya çevrilir. 

Əxlaq  normalarının  qiymətləndirmə  xarakteri  artıq  onların  şərhində 

aydın izlənilir. Əxlaqi normalar ictimai şüurda təsdiq olunmuş başlıca əxlaqi 

dəyərlərin davamlı yerləşməsidir. Tədqiqatçı V.A.Vasilenkonun fikrincə, əxla-




 

 

82 



q

i normalarda əməl və münasibətlərin müəyyən növünün dəyərləndirmə struk-

turu modelləşir (7,146).   

Əxlaq normalarının dəyərləndirmə əsası ondan ibarətdir ki, onlarda düz-

gün olan və düzgün olmayanlar, xeyir və şər haqqında informasiyalar vardır. 

İnsan bunları rəhbər tutaraq əxlaqi davranışın optimal variantını seçir. Müəy-

yən ölçüyə, fərdi davranış çərçivəsinə salınan normalar insani münasibətlərin 

nizamlanmasına  kömək  edir.  Dəyərləndirmə  məzmununun  xüsusi  dərinliyi 

ümumbəşəri  əxlaqi  normalarla  xarakterizə  olunur:  öldürmə,  oğurlama,  yalan 

danışma, qibtə etmə, zəiflərə, müdafiəsiz şəxslərə və s. kömək et.  

Əxlaqi dəyərlərin tərkib hissəsi olan əxlaqi normalar onunla fərqlənirlər 

ki, onların əsasını təşkil edən zərurilik, şəxsiyyətlər tərəfindən onların könüllü 

etirafının  ilkin  şərtlərini,  davranışın  zəruri  xəttinin  seçim  azadlığı  imkanını 

özündə əks etdirir.  

Dəyərlər  iyerarxiyasında  növbəti  element  əxlaqi  qiymətləndirmədir. 

Əxlaqi qiymətləndirmə obyektiv və subyektiv xarakter kəsb edə bilər. Qiymət-

ləndirmənin obyektiv tərəfi ictimai praktika və abstrakt anlayışlarla, subyektiv 

tərəfi isə ən müxtəlif təbiətə malik olan qiymətləndirmə subyektinin maraqları 

və tələbatları ilə şərtlənir.  

Qiymətləndirmə prosesi informasiyanın iki növünün əlaqələndirilməsin-

d

ən  ibarətdir:  qiymətləndirmə  predmeti  haqqında  bilgi  və  qiymətləndirmə 



subyekti: onun maraqları və tələbatları haqqında bilgi. Bir tərəfdən subyektin 

özü  dolğunluğun  çox  və  ya  az  dərəcəsi  ilə  əks  oluna  bilər,  digər  tərəfdən 

maraqlar  və  tələbatlar  həmçinin  qeyri-bərabər,  subyektiv,  qabaqcadan  tədqiq 

edilmədən əks oluna bilər.  

 

ƏDƏBİYYAT 

I. 

Azərbaycan dilində  

1.

 



Mehdiyev R.

Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı: Şərq-Qərb, 2010, 360 s. 

2.

 

Məmmədzadə İ.R., Məmmədzadə R.H. Xeyir və şər arasında. Bakı: Təbib, 1993, 51 s. 



3.

 

Məmmədzadə İ. Siyasi etika. Bakı: İnam, 1997, 18 s. 



4.

 

Sadıqov Q. Etika. Bakı: Maarif, 1971, 183 с. 



II. Rus 

dilində 

5.

 



Акмамметов Г.Г. Нравственная культура и личность. Алма-Ата: Госиздат, 1988, 273 с.  

6.

 



Аристотель Соч. в 4 т.  т.4, М.: Мысль,  826 с. 

7.

 



Василенко В.А. Мораль и общественная практика. М.: МГУ, 1983, 176с. 

8.

 



Здравомыслов А.Г., Ядов В.А. Отношение к труду и ценностные ориентации лич-

ности // Социология в СССР. Т.2, М.: Мысль, 1965, 511 с.     

9.

 

Леонтьев Д.А. Очерк психологии личности. М.: Мысль, 1997, 47 с.  



10.

 

Ларушфуко Ф., Паскаль Б., Лабьюйер Ж. Суждения и афоризмы. М.: Наука, 1990, 164 с.  



11.

 

Материалисты Древней Греции. М.: Госполиздат, 1955, 239 с.  



12.

 

Нешев К. Этика счастья. М.: Знание, 1982, 64 с.  



13.

 

Руткевич М.Н. Диалектика и социология. М.: Мысль, 1980, 356 с.  



14.

 

Соколов Э. В. Культура и личность. Л.: Наука, 1972, 228 с.  



15.

 

Титаренко А.И. Структуры нравственного сознания. М.: Мысль, 1974, 516 с  



16.

 

Философский словарь / Под ред. И.Т.Фролова), М.: Политиздат, 1986, 588 с.  



17.

 

Шабанова М. Свобода в условиях реформ // Свободная мысль. 1996, № 4, 62-72 с. 




 

 

83 



18.

 

Ядов В.А. Регуляция и саморегуляция социального поведения личности: постановка 



проблемы  // Саморегуляция и прогнозирование социального поведения личности. Л.: 

Наука, 264 с.   

 

СУЩНОСТЬ И СТРУКТУРА МОРАЛЬНОГО СОЗНАНИЯ 

 

А.М.МАМЕДОВА  

 

РЕЗЮМЕ 

 

В статье  речь идет о сущности морали, в целом. Были изложены основные осо-



бенности моральных принципов и норм. Анализируется исторические типы морали. А 

также  было  отмечено  значение  морального  сознания.  Как  структурные  элементы  мо-

рального  сознания,  отмечены  моральные  ценности.  Анализируются  как  базовые  эле-

менты морального сознания, ценности и ценностные ориентации. 

 

Ключевые слова: моральное сознание, сущность, мотив, взаимные связи, общение 

 

THE ESSENCE OF THE MORAL CONSCIOUSNESS AND ITS STRUCTURE 

 

A.M.MAMMADOVA  

 

SUMMARY 

 

The article studies the essence of the moral principles and norms. The historical types 



of moral attitudes are analyzed. The importance of the moral consciousness is marked. Moral 

values as structural elements of the moral consciousness are interpreted. 



 

Key words: moral consciousness, essence, motive, mutual connection, intercourse  

Yüklə 115,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə