Baki universitetiNİn xəBƏRLƏRİ №4 T



Yüklə 100,23 Kb.
Pdf görüntüsü
tarix03.05.2018
ölçüsü100,23 Kb.
#40951


 

42 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

T

əbiət elmləri seriyası 

 

 

2012 

 

 

 

 

UOT 613.81+612.822.2+547.466.33 

 

ALTIAYLIQ HEYVANLARIN MSS ŞÖBƏLƏRİNDƏKİ QAYT 

MÜBADİLƏSİNƏ ETANOLUN BƏTNDAXİLİ İNKİŞAFDA YÜKSƏK 

DOZASININ XRONİKİ TƏSİRİ 

 

İ.Ə.MƏMMƏDOVA, Ə.N.FƏRƏCOV 

Az

ərbaycan Dövlət Pedaqoji Universiteti 

a.faracov@yahoo.com 

 



əyyən edilmişdir ki, bətndaxili dövrdə etanolun yüksək dozasının xroniki təsirindən 

sonra altıaylıq erkək dovşanların MSS-in (baş-beyin qabığı, beyincik, beyin sütunu və hipota-

lamusun)  toxumalarında  QAYT-ın  miqdarı  azalır  və  QDK fermentinin fəallığı  aşağı  düşür, 

s

ərbəst Qlu və Asp-nin miqdarı artır və QAYT-T fermentinin fəallığı yüksəlir. MSS-in şöbə-

l

ərində  QAYT-ın  metabolizmində  qeyd olunan dəyişikliklər  çox  ehtimal  ki,  altıaylıq  erkək 

dovşanların  qan  plazmasında  androgen  hormonların  yüksəlməsi ilə  əlaqədardır.  Bəlkə  də, 

b

ətndaxili dövrdə  etanolun yüksək  dozasının  xroniki  təsiri QAYT-ın  mübadiləsində  iştirak 

ed

ən fermentlərin – QDK və QAYT-T-nin fəal mərkəzinə təsir edir və nəticədə QAYT-ın meta-

bolizmind

ə müşahidə olunan dəyişikliklər baş verir. 

 

Açar sözl



ər: etanol, qlutamat, aspartat, qlutamatdekarboksilaza, 4-aminobutirat-2-

oksoqlutarataminotransferaza, metabolizm, xroniki, ferment 

 

Kiçik molekulyar kütl



əli neyromediator maddələrin və xüsusən qamma-

aminyağ  turşusunun  (QAYT-ın)  neyrokimyəvi tədqiqi,  hazırda  nəzəri biolo-

giya v

ə  kliniki təbabətdə  çox böyük əhəmiyyət kəsb edir. Çünki mediator 



t

əbiətli  bu  aminturşu  mərkəzi sinir sistemində  (MSS) klassik ləngidici me-

diator kimi çox mühüm funksional 

əhəmiyyətə malikdir (8, 10). Digər tərəfdən 

toksinli xass

əyə  malik olan kimyəvi maddələrin və  onların  məişətdə  geniş 

yay

ılmış, neyrotrop maddə olan etanolun insan orqanizmində törətdiyi zərərli 



t

əsirin biokimyəvi və patoloji dəyişikliklərin mexanizmini öyrənmək, müasir 

tibbi biologiyan

ın ən aktual və sosial problemlərindən biridir (2, 7, 9, 14). Ona 

gör

ə elmdə mühüm qarşılıqlı əlaqəsi olan neyrokimyəvi tədqiqat işlərini apar-



maq vacibdir v

ə  bu elmi cəhətdən  əsaslandırılmış  yeni  nəzəri və  praktiki 

tövsiyy

ələrin hazırlanmasına və alkoqolizm kimi bir çox çətin sosial xüsusiy-



y

ətli xəstəliklərin müalicəsi və profilaktikası istiqamətində müsbət nəticələrin 

əldə  edilməsinə  köməklik göstərə  bilər. Göstərilənlərə  baxmayaraq, hələ  də, 

alkoqolizm probleminin h

əlli elmi təbabətdə  kifayət qədər öyrənilməyib və 



 

43 


ona gör

ə də, bu istiqamətdə tədqiqat işlərinin aparılmasına çox böyük ehtiyac 

vardır. 

Ədəbiyyatda etanolun MSS funksiyasına və bu sistemin müxtəlif sahə-

l

ərinə  toxuma və  hüceyrələrində  olan  mediatorların  metabolizminə  aid bəzi 



m

əlumatlar vardır (4, 5, 7, 9). Lakin alkoqolun və alkoqolizmin boğazlıq (ha-

mil

əlik)  zamanı  bətn  daxilində  olan döllərin  inkişafında  və  xüsusən  onların 



beynind

ə gedən mediatorlar mübadilələrindəki fəsadlar və onların doğulduq-

dan  sonrakı  (postnatal)  inkişafının ilkin və  sonrakı  mərhələlərində  beyin 

şöbələrindəki patoloji dəyişikliklər və mediator mübadiləsi haqqında sistemli 

elmi-t

ədqiqat işi, demək olar ki, yoxdur. 



Bütün göst

ərilənlərə  nəzərən, funksional cəhətdən bir-biri ilə  sıx  bağlı 

olan b

əzi  beyin  şöbəsinin  toxumasındakı  qamma-aminyağ  turşusu  (QAYT) 



metabolizminin xüsusiyy

ətinə prenatal ontogenezin rüşeym dövründə alkoqo-

lun yüks

ək  dozasının  xroniki  təsirini öyrənməyi  qarşımıza  əsas məqsəq və 

v

əzifə qoyduq. 



 

Material v

ə metodlar 

T

əcrübələr 4 seriyaya bölünmüş 30 baş şinşilla xətli 6 aylıq erkək dov-



şanlar üzərində aparılmışdır. QAYT sisteminin (QAYT-ın miqdarı, onun sinte-

zind


ə  və  parçalanmasında  iştirak  edən fermentlərin: qlutamatdekarboksilaza 

(QDK) FT 4.1.1.15, QAYT-

transferazanın (QAYT-T) FT 2.6.1.19 aktivliyini 

v

ə sərbəst qlutamat (Qlu) və aspartatın (Asp) miqdarının təyini üçün ana bət-



nind

ə olarkən boğazlığın birinci 10 günündə (mayalanmadan 10 gün sonra, yə-

ni rüşeym dövründə) etanolun kəskin dozasının (3,5 q/kq çəkiyə 40%-li etanol 

m

əhlulu gündə 1 dəfə, 10 gün qarın boşluğuna vurulmaqla) təsirinə məruz qal-



mış  və  vivarium  şəraitində  saxlanılmış  altıaylıq  erkək  dovşanlar  üzərində 

apa


rılmışdır.  

Kontrol heyvanlara is

ə boğazlığın eyni dövründə 3,5 q/kq nisbətində fizi-

oloji m


əhlul eyni qayda ilə fizioloji məhlul gündə 1 dəfə 10 gün vurulmuşdur. 

Beyin  şöbələrindən toxuma nümunələri  (baş-beyin  yarımkürələrinin 

qabığı, beyincik, beyin sütunu və hipotalamusdan) intakt və bətndaxili etano-

lun k


əskin dozasının xroniki təsirinə məruz qalmış altıaylıq erkək dovşanlar-

dan götürülmüşdür. 

Bütün eksperimentl

ərdə heyvanlar kontrol və təcrübə qruplarına bölün-

müşdür. Həm kontrol və  həm də  təcrübə  qrupunda 5 heyvandan istifadə 

olun


muşdur.  Beynəlxalq  konvensiyanın  şərtlərinə  uyğun  olaraq  heyvanların 

uretan narkozu altında başları kəsildikdən sonra beyinləri dərhal (1,5-2 dəqiqə 

ərzində) çıxarılıb buzun üzərində yerləşdirilmiş Petri kasalarına qoyulmuşdur. 

Beynin  şöbələri  yuxarıda  göstərilən  şöbələrə  müvafiq  atlasa  uyğun  olaraq 

ay

rıldıqdan sonra onlardan alınmış toxumalar E.Roberts üsuluna (13) modifi-



kasi

ya edilmiş N.F.Şatunova, İ.A.Sıtinski (11) metodu ilə işlənilmişdir. 

S

ərbəst qamma-aminyağ  (QAYT),  qlutamin  (Qlu)  və  asparagin (Asp) 



turşularının  fraksiyalarına  ayrılması  üçün  kağızda  elektroforez  üsulundan 


 

44 


istifad

ə edilib (10). Bu metod  üçün  FN-12, FN-16 marakasından  olan  vərəq-

l

ərdən istifadə olunub. Bu zaman amin  turşular molekulların  yüklənməsindən  



asılı olaraq müxtəlif sürətlə elektrik sahəsində yerdəyişmə edirlər. Hazırlanmış 

bufer m


əhlulları:  katod üçün  2  dəfə  qovulmuş  piridin (100  ml)+ buzlu sirkə 

turşusu (4 ml) və  bidistillə su (1l)-pH 6,5; anod üçün 2 dəfə qovulmuş piridin 

(10 ml) + buzlu sirk

ə turşusu (10 ml) və bidistillə su (1l)-pH 5 küveytlərə di-

ametri 0,8-1 ml olan platin elektrod b

ərkidilmişdir. Elektrofarez 4200 V gər-

ginlikd

ə, 5mA elektrik şiddətində 45 dəq. müddətində aparılmışdır.  



Beyin toxumalarında QDK fermentinin 30 dəqiqə müddətində 37 ºC-də 

azot atmosferind

ə sərbəst Qlu ilə inkubasiya olunduqdan sonra QAYT-a görə 

əyyən  edilmişdir  (12).  QAYT-T fermentinin fəallığı  N.S.Nilovanın meto-



duna 

əsasən 1q təzə beyin toxumasında Qlu-nun mk molla miqdarına və 1saat 

inkubasiya vaxtına görə təyin olunmuşdur. 

Bütün 


əldə edilən təcrübə göstəriciləri Fişer Studentə görə və Vilkokson 

qeyri-parametrik (Manna-Uitni) statistik 

üsulla  işlənilib (3). Hesablamalar 

“Statistica” proq

ramının köməyilə aparılmışdır. 

 

N

əticələr və onların müzakirəsi 

Birinci seriyada t

əcrübələrimizdən alınan dəlillər (cəd. 1) göstərdi ki, al-

tıaylıq kontrol erkək dovşanların tədqiq etdiyimiz beyin şöbələrinin toxuma-

larında mediator təbiətli aminturşuların (QAYT, Qlu, Asp) miqdarı eyni səviy-

y

ədə  paylanmayıb.  Belə  ki, QAYT-ın  miqdarı  baş-beyin  yarımkürələri  qabı-



ğında 2,60 mkmol/q, beyincikdə  2,94 mkmol/q, beyin sütununda 1,64 

mkmol/q v

ə hipotalamusda 2,62 mkmol/q olmuşdur. Göründüyü kimi, QAYT-

ın  miqdarı normada bu heyvanların beyin toxumalarından ən çox beyinciyin 

toxumasında (2,94 mkmol/q), ən az isə baş beyin yarımkürələri qabığının to-

xumasında  (2,60  mkmol/q)  müəyyən  edilmişdir.  Normal  şəraitdə  bu hey-

vanların beyin şöbələrində sərbəst Qlu və Asp-nin miqdarı da eyni səviyyədə 

deyildir. Qlu-nun 

ən yüksək həddi beyin sütununda (3,34 mkmol/q), ən aşağı 

h

əddi isə (3,03 mkmol/q) hipotalamusun toxumasında təyin edilmişdir. Sərbəst 



Asp 

ən  çox  baş-beyin  yarımkürələri  qabığının  toxumasında  (2,15  mkmol/q), 

ən az isə hipotalamusun toxumasında (1,01 mkmol/q) qeydə alınmışdır.  

T

əcrübələrin  sonrakı  nəticələri göstərdi ki, hələ  ana bətnində  olarkən 



etanolun yüks

ək  dozasının  xroniki  təsirinə  məruz  qaldıqdan  sonra  doğulmuş 

v

ə 6 aylıq erkək dovşanların tədqiq etdiyimiz beyin şöbələrinin toxumalarında 



QAYT-

ın miqdarı normaya nisbətən xeyli azalır, sərbəst Qlu və Asp-nin miq-

darı isə əksinə, çoxalır. Bu yaş dövründə etanolun təsirindən sonra öyrənilən 

strukturlarda biokimy

əvi göstəricilərin miqdarında azalma getmişdir: məsələn, 

baş-beyin yarımkürələri qabığında QAYT-ın miqdarı 15%-dən -2,20 mkmol/q 

(kontrol 2,60 mkmol/q), beyincikd

ə  39%-dən  -1,78 mkmol/q (kontrol 2,94 

mkmol/q), beyin sütununda 29%-d

ən -1,17 mkmol/q (kontrol 1,64 mkmol/q), 

hipotalamusda is

ə  onun  miqdarı  22%-dən-  2,04 mkmol/q-a (kontrol 2,62 

mkmol/q) enmişdir. Bu zaman sərbəst Qlu-nun miqdarı kontrola nisbətən arta-



 

45 


raq baş-beyin yarımkürələri qabığında 21%-ə -3,68 mkmol/q-a (kontrol 3,05 

mkmol/q), beyincikd

ə 23%-ə -3,78 mkmol/q-a (kontrol 3,07 mkmol/q), beyin 

sütununda 23%-

ə -4,10 mkmol/q-a (kontrol 3,34 mkmol/q), hipotalamusda isə 

25%-


ə artaraq 3,78 mkmol/q-a (kontrol 3,03 mkmol/q) çatmışdır. Bu dövrdə 

s

ərbəst Asp-nin miqdarı baş-beyin yarımkürələri qabığında 27% artaraq 2,72 



mkmol/q (kontrol 2,15 mkmol/q), beyincikd

ə 30% artaraq 2,52 mkmol/q (kon-

trol 1,94 mkmol/q), beyin sütununda 43% artaraq 2,54 mkmol/q (kontrol 1,78 

mkmol/q), hipotalamusda is

ə  normaya nisbətən 47% artaraq 1,48 mkmol/q 

(kontrol 1

,01 mkmol/q) olmuşdur.  

 

C



ədvəl 1 

Altıaylıq erkək dovşanların beyin şöbələrinin toxumalarındakı QAYT, 

Qlu v

ə Asp-nin miqdarına (mkmol/q), prenatal ontogenezin rüşeym 

dövründ

ə etanolun yüksək dozalı (3,5 q/kq 40%-li məhlulunun boğazlığın 

10-cu gününd

ən başlayaraq, gündə 1 dəfə, 10 gün müddətində qarın 

bo

şluğuna yeridilməsindən sonra) xroniki təsiri 

 

Beyin şöbələri 



T

əcrübə 


QAYT 

Qlu 


Asp 

Baş-beyin  yarım-

kür

ələri qabığı 



Kontrol 

M±m 


2,60±0,05 

3,05±0,04 

2,15±0,03 

T

əcrübə 



M±m 

2,20±0,08 

3,68±0,14 

2,72±0,04 

85 


121 

127 




<0,01 

<0,01 

<0,001 

Beyincik 

Kontrol 

M±m 


2,94±0,06 

3,07±0,06 

1,94±0,03 

T

əcrübə 



M±m 

1,78±0,05 

3,78±0,05 

2,52±0,04 

61 


123 

130 




<0,001 

<0,001 

<0,001 

Beyin sütunu 

Kontrol 

M±m 


1,64±0,03 

3,34±0,05 

1,78±0,05 

T

əcrübə 



M±m 

1,17±0,05 

4,10±0,04 

2,54±0,05 

71 


123 

143 




<0,001 

<0,001 

<0,001 

Hipotalamus 

Kontrol 

M±m 


2,62±0,03 

3,03±0,05 

1,01±0,03 

T

əcrübə 



M±m 

2,04±0,05 

3,79±0,03 

1,48±0,04 

78 


125 

147 




<0,001 

<0,001 

<0,001 

 

Bel



əliklə, aydın olunmuşdur ki, etanolun yüksək dozasının bətndaxili xro-

niki t


əsirindən  sonra  doğulmuş,  altıaylıq  heyvanların  beyincik  toxumalarında 

QAYT-


ın  miqdarı  digər  beyin  şöbələrinin  toxumalarına  nisbətən daha kəskin 

azalır  (39%),  nisbətən az dəyişiklik  baş-beyin  yarımkürələri  qabığının  toxu-

masında (15% azalma) baş vermişdir. Bu zaman sərbəst Qlu-nun miqdarı ən çox 

hipotalamusda (25%), s

ərbəst Asp-nin miqdarında ən yüksək artım hipotalamusda 

(47%), nisb

ətən cüzi (27%)  baş beyin yarımkürələri qabığında qeydə alınmışdır. 

Apardığımız  təcrübələrin  sonrakı  seriyalarından  alınan  dəlillər (cəd. 2) 

göst

ərdi ki, QAYT-ın sintezində iştirak edən QDK fermentinin fəallığı bətnda-



xi

li (boğazlığın rüşeym dövründə) etanolun yüksək dozasının xroniki təsirinə 

m

əruz qaldıqdan sonra doğulmuş və altıaylıq erkək dovşanların tədqiq etdiyi-




 

46 


miz beyin şöbələrinin toxumalarında normaya nisbətən xeyli aşağı düşür, bu 

aminturşunun  sintezini  təmin edən QAYT-T fermentinin fəallığı  isə  əksinə, 

t

ədqiq edilən beyin şöbələrinin toxumalarında normaya nisbətən xeyli yüksə-



lir. Qeyd etm

ək lazımdır ki, kontrolda bu fermentlərin fəallığı da eyni dərəcə-

d

ə paylanmayıb.  



C

ədvəl 2 


Altıaylıq erkək dovşanlarının beyin şöbələrinin toxumalarındakı QDK və 

QAYT-T fermentl

ərinin fəallığına (mkmol QAYT/q·s və mkmol Qlu/q·s), 

prenatal ontoge

nezin rüşeym dövründə etanolun yüksək dozalı (3,5 q/kq 

40%-li m

əhlulunun boğazlığın 10-cu günündən başlayaraq, gündə 1 dəfə, 

10 gün müdd

ətində qarın boşluğuna yeridilməsindən sonra) xroniki təsiri 

Beyin 


şöbələri 

T

əcrübə 



QDK 

QAYT-T 


Baş-beyin 

yarımkürələri qabığı 

Kontrol 

M±m 


103,4±2,05 

76,9±1,76 

T

əcrübə 


M±m 

85,7±1,57 

90,4±1,05 

83 



118 



<0,001 



<0,001 

Beyincik 

Kontrol 

M±m 


138,1±1,03 

89,6±1,87 

T

əcrübə 


M±m 

117,4±0,90 

120,4±1,47 

85 



134 



<0,001 



<0,001 

Beyin sütunu 

Kontrol 

M±m 


47,5±2,10 

78,2±1,70 

T

əcrübə 


M±m 

34,1±1,42 

106,1±2,23 

72 



136 



<0,001 



<0,001 

Hipotalamus 

Kontrol 

M±m 


59,9±0,98 

100,3±0,97 

T

əcrübə 


M±m 

51,0±1,72 

136,4±3,40 

85 



136 



<0,01 



<0,001 

 

Bel



ə  ki,  altıaylıq  heyvanların  kontrolda  beyin  yarımkürələri  qabığının 

t

oxumasında  QDK  fermentinin  fəallığı  103,4  mkmol  QAYT/q·s,  beyincikdə 



138,1 mkmol QAYT/q·s, beyin sütununda 47,5 mkmol QAYT/q·s, hipotala-

mu

sun  toxumasında  isə  bu fermentin fəallığı  59,9  mkmol  QAYT/q·s  təşkil 



edir. Göründüyü kimi, kontrolda QDK-

nın fəallığı ən yüksək beyinciyin toxu-

ma

sında (138,1 mkmol QAYT/q·s), ən aşağı isə beyin sütununun toxumasında 



(47,5 mkmol QAYT/q·s) 

aşkar olunub. QAYT-T fermentinin fəallığı isə altı-

aylıq kontrol heyvanların beyin şöbələrindən ən yüksək hipotalamusda (100,3 

mkmol Qlu/q·s), 

ən  aşağı  isə  beyin  yarımkürələri  qabığında  (76,9  mkmol 

Qlu/q·s) qeyd

ə alınmışdır. 

T

əcrübələrin  sonrakı  nəticələri göstərdi ki, QDK fermentinin fəallığı 



altıaylıq  erkək  dovşanların  öyrəndiyimiz  beyin  şöbələrinin  toxumalarında, 

prenatal inkişafın rüşeym dövründə etanolun yüksək dozasının təsirinə məruz 

qaldıqdan sonra normaya nisbətən xeyli aşağı düşür. Belə ki, QDK fermenti-

nin f


əallığı  mövcud  şəraitdə  beyin  yarımkürələri  qabığının  toxumalarında 


 

47 


17%, beyincikd

ə 15%, beyin sütununda 28%, hipotalamusun toxumasında isə 

15%  azalmışdır.  Göründüyü  kimi,  fermentin  fəallığı  müvafiq  şəraitdə  beyin 

tununun  toxumasında  xeyli  azalır  (28%),  nəinki digər  3  beyin  şöbələrinin 



toxumalarında  (müvafiq  olaraq  17,  15,  15%)  aşağı  düşür.  Eyni  şəraitdə 

QAYT-T fermentinin f

əallığı isə beyin yarımkürələri qabığının toxumalarında 

18%, beyincikd

ə 34%, beyin sütununda 35% və hipotalamusun toxumasında 

da, 


əksinə, normaya nisbətən yenə də 36% yüksəlir. Məlum olmuşdur ki, eyni 

şəraitdə QAYT-T fermentinin fəallığı ən çox beyin sütununda və hipotalamus-

da yüks

əlmiş,  normaya  nisbətən  beyin  yarımkürələri  qabığında  xeyli  azalma 



(18%) getmişdir. 

Aparılan  təcrübələrin nəticələri göstərdi  ki,  altıaylıq  erkək  dovşanların 

t

ədqiq edilən beyin şöbələrinin (baş-beyin yarımkürələrinin qabığı, beyincik, 



beyin sütunu v

ə  hipotalamusun)  toxumalarında  kontrolda,  mediator  təbiətli 

amin

turşularının  (QAYT,  Qlu,  Asp)  miqdarı  və  QAYT-ın  mübadiləsində 



iştirak edən QDK və QAYT-T fermentlərinin fəallığı eyni dərəcədə paylanma-

yıb. Güman etmək olar ki, bu cür paylanma QAYT-, Qlu- və Aspergik neyron-

la

rın  həmin  beyin  şöbələrindəki  mövcud  olan  sayları  və  beyin  şöbələrinin 



yerin

ə yetirdikləri funksiyalarla əlaqədardır. 

Atıaylıq  erkək  dovşanların  öyrənilən  beyin  şöbələrinin  toxumalarında 

prenatal onto

genezin rüşeym dövründə etanolun yüksək dozasının xroniki tə-

sirind


ən sonra QAYT-ın miqdarının azalması və sərbəst aminturşularının (Qlu 

v

ə Asp) miqdarlarının normaya nisbətən artması və digər tərəfdən QDK fer-



mentinin f

əallığının  normaya  nisbətən  aşağı  düşməsi və  QAYT-T-nin fəallı-

ğının yüksəlməsi, onu deməyə əsas verir ki, bir tərəfdən bu şəraitdə beyin şö-

b

ələrinin toxumalarında QAYT-ın azalması, bir tərəfdən onun sintezinin azal-



ması  (QDK-nın  fəallığının  aşağı  düşməsi  hesabına),  digər tərəfdən isə  onun 

parçalanmasının  və  udulmasının  (QAYT-T fermentinin fəallığının  yüksəl-

m

əsinin) nəticəsidir (3,13). Eyni zamanda müvafiq beyin şöbələrinin toxuma-



larında sərbəst Qlu və Asp-nin miqdarları da, QAYT-ın əksinə olaraq, beyin 

şöbələrinin  toxumalarında  artır.  Görünür,  bu  şəraitdə  tədqiq olunan amin-

turşularının miqdarı onların amidlərinin (qlutamin və asparaginin) çevrilməsi 

hesabına  və  digər alternativ yolla QAYT-ın  parçalanaraq,  həmin aminturşu-

larına çevrilməsi hesabına baş verir (6). Altıaylıq erkək dovşanların prenatal 

on

togenezin rüşeym dövründə etanolun yüksək dozasının xroniki təsirinə mə-



ruz qaldıqdan sonra onların beyin şöbələrinin toxumalarında QAYT-ın miqda-

rının normaya nisbətən və sərbəst Qlu və Asp-nin miqdarlarının isə əksinə art-

ma

sı  MSS-də  oyanma prosesinin ləngimə  üzərində  üstünlüyünə  səbəb olur. 



M

əlumdur ki, cinsi yetişkənlik dövründə erkək heyvanların qan plazmasında 

androgen  hormonların  miqdarı  artır,  digər tərəfdən  bu  hormonların  artması 

beyin  şöbələrində  QAYT-ın  miqdarını  və  QDK-nın  fəallığını  aşağı  salır  və 

Qlu v

ə  Asp-nin  miqdarlarını  isə  əksinə  artırır  (1,5,8).  Güman  etmək olar ki, 



altıaylıq heyvanların prenatal ontogenezdə etanolun yüksək dozasının xroniki 

t

əsirinə  məruz  qalmasından  sonra,  bu  heyvanların  orqanizmində  müqavimət 




 

48 


qüvv

əsi də bir qədər aşağı düşür və QAYT-ın qoruyucu və kompensator funk-

siyası da zəifləyir və nəticədə Qlu və Asp-nin miqdarlarının artması MSS-də 

oyanma prosesinin yüks

əlməsinə  gətirib  çıxarır.  Görünür  ki,  boğazlığın  rü-

şeym dövründə etanolun yüksək dozasının xroniki təsirinə məruz qalmış döl-

l

ərin doğulduqdan sonra cinsi yetişkənlik dövrünə qədər keçdiyi müddət ərzin-



d

ə beyində gedən neyrokimyəvi proseslərin inkişafında istər aksonların mie-

linl

əşməsi dövründə, istərsə  də  sonrakı  müddətlərdə  etanolun  mənfi təsiri 



qalmaqda davam edir.  

 

ƏDƏBİYYAT

 

1.

 



Rüst

əmov D.K. Postnatal ontogenezdə  beynin müxtəlif  strukturlarında  qamma-aminyağ 

turşusu  mübadiləsinə  cinsiyyət  hormonlarının  təsiri:  Tibb  elm.nam.  ...  dis.  avtoreferatı, 

Bakı, 2007, 19 s. 

2.

 

Анохина И.П. и др. Некоторые биологические механизмы врожденной предраспо-



ложенности к алкоголизму // Физиол. журн. им. И.М.Сеченова, 1992, №12, c.30-38. 

3.

 



Лакин Г.Ф. Биометрия. М.: Высшая школа, 1990, 325 с. 

4.

 



Лебедев А.А., Мешеров Ш.К., Шабанов П.Д. Нейрохимические механизмы подкре-

пления,  активируемые  этанолом.  Проблемы  психофизиологии  //  Межвузовск.  сб. 

научн. труд. Ставропольского гос. ун-та, 2003, c. 79-87. 

5.

 



Микаилова С.А., Фараджев А.Н., Сафаров М.И. Обмен ГАМК в митохондриальных 

фракциях структур ЦНС в постнатальном онтогенезе при воздействии на организм 

этанола // Ж. эксперим. и клин. медицина. Тбилиси, 2009, №10, с.36-42. 

6.

 



Нилова Н.С. Аммиак и ГАМК-трансаминазная активность ткани головного мозга // 

Докл. АН СССР, 1966, №2, c.483-486. 

7.

 

Салимов Р.М. и др. Быстрая толерантность к этанолу и добровольное употребление 



больших доз по весу мозга // Ж. высш. нервн. деят. 2003, 53, 1, c.100-106. 

8.

 



Сафаров  М.И.  Обмен  гамма-аминомасляной  кислоты  в  развивающемся  мозге  при 

экстремальных состояниях организма. Баку: Азернешр, 2008, 210с. 

9.

 

Сытинский И.А. Биохимические основы действия этанола на центральную нервную 



систему. М.: Медицина, 1980, 191 с. 

10.


 

Козлов  Э.А.  Алиев  Т.В.  Количественное  определение  свободных    аминокислот  в 

тканях головного мозга белых  крыс методом электрофореза и  хроматографии на  

бумаге // Укр. биохим.  журн., 1972, т.44, №2, с. 263-267. 

11.

 

Shatunova N.F., Sytinsky I.A. On the intracellular localization of glutamate decarbox-



ylase and gamma-aminobutyric acid in mammalian brain // J. Neurochem., 1964, v.11, 

p.701-708. 

12.

 

Sytinsky I.A., Priyatkina T.N. Effect of certain drugs on gamma-aminobutyric acid sys-



tem of central nervous system // Biochem. 

Pharmacol., 1966, v.115, №1, p.49-57. 

13.

 

Roberts E., Frankel S. 



γ-aminobutyric acid in brain, it formation from glutamic acid // 

Biol.Chem., 1950, 

v.184, №1, p. 55-61. 

14.


 

Vasconcelos S.M.M., Cavalcane R.A., Aguiar L.M.V., Sausa F.C.K. et al. Effect of 

chronic ethanol treatment of monoamine levels in rat hippocampus and striatum. Braz. J. 

Med. and Biol.Res. 2004, 37, 12, p.1839-1846. 

 



 

49 


ВЛИЯНИЕ ВНУТРИУТРОБНОЙ ХРОНИЧЕСКОЙ ИНТОКСИКАЦИИ  

ЭТАНОЛОМ В ВЫСОКОЙ ДОЗЕ НА МЕТАБОЛИЗМ ГАМК  

В ТКАНЯХ СТРУКТУР ЦНС ШЕСТИМЕСЯЧНЫХ ЖИВОТНЫХ 

 

И.А.МАМЕДОВА, А.Н.ФАРАДЖЕВ 

 

РЕЗЮМЕ 

 

Установлено,  что  при  внутриутробном  хроническом  воздействии  высокой  дозы 

этанола  в  тканях  ЦНС  (коры  больших  полушарий  мозга,  мозжечка,  ствола  мозга  и 

гипоталамусa)  6-месячных  кроликов-самцов  происходит  уменьшение  содержания 

ГАМК, понижение активности фермента ГДК и увеличение содержания свободных Глу 

и Асп, повышение активности фермента ГАМК-Т. Вероятно, наблюдаемые изменения в 

обмене ГАМК в тканях структур ЦНС больше всего связаны с повышением уровня анд-

рогенных гормонов в плазме крови у 6-ти месячных кроликов-самцов. Возможно, что 

внутриутробное  хроническое  воздействие  высокой  дозы  этанола  влияет  на  активный 

центр ферментов, участвующих в обмене ГАМК – ГДК и ГАМК-Т и тем самым проис-

ходят наблюдаемые изменения в обмене ГАМК в указанных условиях. 

 

Ключевые  слова:  этанол,  глутамат,  аспартат,  4-аминобутират

:

  2-



оксоглутарат 

аминотрансфераза, глутаматдекарбоксилаза, метаболизм, хронический, фермент. 

 

EFFECTS OF IN UTERO CHRONIC ETHANOL INTOXICATION IN  

THE HIGH DOSE ON GABA METABOLISM IN THE CNS  

STRUCTURES OF SIX-MONTH-OLD ANIMALS 

 

I.A.MAMMADOVA, A.N.FARAJOV 

 

SUMMARY 

 

It is found  out  that administration in utero  to chronic high doses of ethanol in six-



month-old male rabbits in the CNS tissues (cerebral cortex, cerebellum, brain stem and hypo-

thalamus) leads to a decrease in GABA, inhibition of GAD activity and an increase in free Glu 

and Asp, and GABA-T activity. Probably, the observed changes in the GABA metabolism in 

the CNS structures are mostly  associated with higher levels of androgenic hormones in the 

blood plasma of 6-month-old male rabbit. It is possible that chronic prenatal exposure to high 

doses of ethanol affects the active site of enzymes involved in GABA metabolism - GAD and 

GABA-T and so is observed changes in the GABA metabolism in these conditions. 

 

Key words: ethanol, glutamate, aspartate, glutamate decarboxylase, 4-aminobutyrate 

transaminase, metabolism, chronic, enzyme 

 

 



Redaksiyaya daxil oldu: 04.12.2012-ci il 

Çapa imzalandı: 14.02.2013-cü il 

 

Yüklə 100,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə