BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Təbiət elmləri seriyası
2010
HOLARKTİK FLORA VİLAYƏTİ VƏ QAFQAZ FLORASININ
COĞRAFİ TİPLƏRDƏ PAYLANMASI
F.Ə.BABAYEV
Bakı Dövlət Universiteti
bun@box.az
Holarktik flora vilayəti dünyanın 6 flora vilayətindən ən irisidir. Bu Boreal və Qədima-
raliqdənizi yarımsəltənətinə bölünür.
Dünyada olan coğrafi bölgülər oxşar florası olan yerlər əsasında müəyyənləşdirilmiş-
dir. Bu baxımdan Qafqaza aid bölgülər Qafqaz florasında arealın coğrafi tipləri müəyyənləş-
dirmir. Bunu Qrossheym 1936-cı ildə “Qafqaz florasının analizi” kitabında ilk dəfə 7 tipdə
paylanmasını qeyd etmişdir. Ancaq bəzi botaniklər bunu dərindən bilmədən ya qəbul etmir və
ya coğrafi bölgülərlə eyniləşdirir. Bunu nəzərə alaraq məqalədə arealın coğrafi tipləri haq-
qında qisa məlumat verilir.
Dünyada müxtəlif ölkələrin florasının öyrənilməsi yeganə flora sisteminin
yaranmasına səbəb olmuşdur. Dünyanın oxşar flora üstünlüyü olan yerləri flora vila-
yətləri kimi qeyd edilir. Bu həmin yerlərdə endemik fəsilə, cins və növlərin çox və
oxşar olmasına görə müəyyənləşdirilir. Yer kürəsinin flora vilayətlərini – vilayətlərə,
əyalətlərə və s. bölürlər. Bunlar da yarımvilayətlərə, yarıməyalətlərə və s. bölünə
bilər. Belə ardıcıllıq yunanca xarion adlanır. Bu Tarril (Turrill, 1959) tərəfindən irəli
sürülmüşdür. Böyük xarionomik vahid bitklik səltənəti (Reqnum Vegetabile) adlanır.
Mülliflərin çoxu, o cümlədən Sehimithüsen, 1961; Mattisk, 1974 və başqaları dünya-
da qurunun florasını 6 flora vilayətinə bölmüşlər. Bunlara Holarktik (Holarctis), Pa-
lerotropik (Paleotropis), Neotropik (Neotropis), Kap (Capensis), Avstraliya (Austira-
lis) və Antarktida (Antarctis) aiddir. Bu bölgü bitki coğrafiyasında düzgün hüsab edi-
lir. Ancaq Holarktikanın cənub və şimal sərhədlərinə aid çoxlu fərqli suallar meydana
çıxır. Dünyada qeyd edilən bütün coğrafi bölgələri tamamilə düzgün hesab etmək ol-
maz. Məsələn, Kuznetsov (1909) Qafqazda 19 əyalət, Çrossheym və Sosnovski (1929)
10 əyalət, 19 il sonra Çrossheym (1948) 9 əyalətə bölmüşdür. Buna görə də bölgülər
şərti sayıla bilər. Bitki areallarının zonal, vertikal yerləşməsi, həmçinin dağ və düzən-
likdən keçməsi bitkiliyin fərqlənməsinə səbəb olur. Bu xəritədə müyyən floraya aid
xəttin çəkilməsində çətinlik yaradır. Buna görə də dünyanın flora vilayətlərinə görə
bölgüsü zamanı müxtəlif alimlər fərqli bölgülər irəli sürmüşlər. Vult (1944) qeyd edir
ki, Enqler və Drudenin bölgüsünə Popovun (1927) əlavəsi Aralıq dənizi flora vilayəti-
nin sərhədləri ücün düzgün sayılır. Burada Orta Asiyanın şimalı, Turan, Cunqar,
Hindiquş dağ sistemi, Pamur – Altay, Krımın cənubu, Zaqafqaziya, Kiçik Asiya, Ərə-
bistan, Afrikanın şimalı, Atlantik və Aralıqdənizi sahilləri (Priney yarımadasının
şimalından başqa) daxildir.
Dünyanın flora vilayətlərinə aid axırıncı bölgülərdə yuxarıda qeyd edilən Ara-
lıq dənizi flora vilayəti Holarktik flora vilayəti kimi qəbul edilir.
Holarktik flora vilayəti Holarktik səltənət kimi verilir. Bunu 2 yarımsəltənətə 1.
65
Boreal, 2. Qədim Aralıq dənizinə bölünür. Boreal yarımsəltənətə 4 vilayət: 1. Sırkum-
boreal, 2. Şərqi asiya, 3. Atlantik şimalı Amerika, 4. Qayalıq dağ vilayəti; Qədim-
aralıqdənizi yarımsəltənətinə: 1. Makroneziya, 2. Aralıq dənizi, 3. Saxara- Ərəbistan,
4. İran- Turan vilayətləri aid edilir.
Qrosseheym, Sosnovski (1928) “Qafqazın botaniki – coğrafi rayonlaşdırılması
təcrübəsi”, Qrossheym (1939) “Qafqazda yayılan birləpəlilərin bir sıra coğrafi əla-
mətləri” və Musayev (1971) Azərbaycanda yayılan taxılların coğrafi yayılmasına aid
fikirləri Qafqaz florasında ayrı-ayrı növlərin arealının coğrafi tipini və ya arealının
genetik mərkəzini müəyyənləşdirmir. Ümumilikdə Holarktik flora vilayətinə aid olan
Qafqaz və eləcə də Azərbaycandakı bitkilərin oxşarlığını göstərir.
Qafqaz florasında arealın coğrafi tipini və ya genetik mərkəzini ak. Qrossheym
(1936) müəyyənləşdirmişdir. Qrossheym “Qafqaz florasının analizi” (1936) kitabında
Qafqaz florası haqqında məlumat cədvəli vermişdir. Orada Qafqaz florasının 7 tip, 17
sinif, 49 əsas qrup və 22 keçici qrupda paylanmasını qeyd etmişdir. Həmçinin əsərdə
Qafqazda olan 600 növdən 1200 növün (yuvarlaq olaraq) endem oldugu göstərilmişdir.
Beləliklə, Qafqazda qeyd edilən az sayda bitki növləri müstəsna olmaqla bütöv-
lükdə Qafqaz florasının arealın coğrafi tipini qeyd etmişdir. Bu sonra Qafqaz florası-
nın I-VI cildlərində (1946-1964) öz əksini tapmışdır. Qrossheymin vəfatından sonra
VII-VIII cildlər yazılmadığından onun başladığı iş demək olar ki, yarımçıq qalmışdır.
Ancaq qeyd edilən məlumatlara əsasən Qrossheym Qafqaz florasının arealın coğrafi
tiplərində paylanmasını bütövlükdə müəyyənləşdirmiş sadəcə VII-VIII cildlər yazıl-
madığından orada öz əksini tapmamışdır.
Qrossheymə görə Qafqaz florasının 7 coğrafi tiplərinə: 1. Qədim (III dövr meşə),
2. Boreal, 3. Bozqır, 4. Kserofit, 5. Səhra, 6. Qafqaz, 7. Adventiv coğrafi tiplər aiddir.
Kserofit tipə 3 sinif: 1. Aralıq dənizi; 2. Ön Asiya; 3. Mərkəzi Asiya; 13 əsas qrup
və 9 əlavə qrup daxildir. Qafqazda, o cümlədən Azərbaycanda hər hansı regionun
florasını arealın coğrafi tiplərinə görə analiz etdikdə hidrofitlər, hiqrofitlər, mezofitlər
və s. səhvən kserofit tipə düşür. Həmin floranı ekoloji qruplara görə analiz edərkən
hidrofitlər, hiqrofitlər, mezofitlər kserofit tipdə deyil, özünəməxsus qrupda paylanır.
Bunu nəzərə alaraq kserofit tipin Qədimaralıqdənizi tipi ilə əvəz edilməsi məqsədə-
uyğun hesab edilmişdir (Babayev, 2007). Bununla yanaşı arealın səhra coğrafi tipi
var. Səhra bitkilərinin hamısı ekoloji baxımdan kserofitlərdir. Bunu Qrossheym kse-
rofit tipdə deyil, səhra tipində vermişdir. Çünkü coğrafi tiplər ekoloji bölgü deyildir.
Bitkilərin birincili areallarının genetik mərkəzinin təyin edilməsi son dərəcə çətin
olub, paleantoloji sübutlar və dünya florasını dərindən bilmək tələb olunur. Qafqaz
florasının arealın coğrafi tiplərində paylanmasında qeyd edilən bəzi nöqsanların
aradan qaldırılması nəticəsində Qafqaz florasının areallarının genetik mərkəzinin
təyin edilməsində çox böyük əhəmiyyəti var. Qeyd etmək lazımdır ki, bəzi botaniklər
Qafqaz florasının arealın coğrafi tiplərində paylanmasını dərindən bilmədən Qros-
seymin bu dəyərli işini səhv hesab edir. Bunu nəzərə alaraq, Qafqaz florasının arealın
coğrafi tiplərində paylanmasına aid bəzi mülahizələr irəli sürdük (Babayev, 2007).
Həmin mülahizələrdən ən əhəmiyyətlisi Qrossheymin (1936) Qafqaz florasını coğrafi
tiplərə görə analiz edərkən qeyd etdiyi Kserofit tipin Qədimaraliqdənizi tipi ilə əvəz
edilməsidir. Belə ki, kserofitlik suya təlabatına görə bitkilərin ekoloji qruplarından
biridir. Areal isə hər hansı bitki növünün coğrafi yayılma sahəsindən bəhs edir.
Göründüyü kimi Aralıq dənizi vilayətində olan bitkilər içərisində hidrofitlərdən tut-
muş kserofitlərə və səhra bitkilərinə kimi arealın coğrafi tipinə aid bitkilr mövcuddur.
Qrossheymin Qafqaz florasının coğrafi tiplərdə payalanmasını ardıcıl olaraq nə-
66
zərdən keçirək.
I Qədim (III dövr meşə tipi) – Qafqaz florasından olan 6000 növdən 1200 növün
arealının genetik mərkəzi Qafqazdır. Ancaq bunun 399 növünün həqiqi endem
olduğunu qalanına isə şübhə etdiyini qeyd etmişdir. Sonrakı tədqiqatlarda sübutunu
tapmışdır. Endemik bitkilər Qrossheymə görə Kiçik Asiya Aralıq dənizi növlərindən
ibarətdir. Bu III dövrdə iki mərkəzdən Qafqazın qərbində “Kolxid”, mərkəzində
“Hirkan” olmaqla bir - birindən asılı olmadan inkişaf etmişdir. Qalan növlər Holark-
tik səltənətin digər yerlərindən Qafqaza keçmişdir. III dövrün axırlarında və IV döv-
rün əvvələrində şimal qütbdən cənuba tərəf baş verən buzlaşma 39-cu en dairəsinə ki-
mi bitki örtüyünü tələf etmişdir. Ancaq bəzi yerlərdə bitki örtüyü qalmışdır. Buzlaşma
Orta Asiya dağlarında 1000-1200 m-dən, Azərbaycanda Talışda 800-1000 m-dən
yuxarıların bitki örtüyünü tələf etmişdir. Qədim III dövr bitkiləri bəzi refyuqumlarda
(sığınacaqlarda) qala bilmişdir. Bunlardan Qafqazda: Gürcustanda “Kolxid”, Azər-
baycanda “Hirkan” sığınacaqlarını göstərə bilərik. Burada yayılan bitkilər buzlaşma-
dan sonra öz arealını genişləndirə bilməyən relikt – endemik bitkilərdir.
Iberiya qrupuna aid endemik bitkilər baş silsilənin cənub yamacı vasitəsilə cənuba
keçmişdir. Talışda endem bitkilər 4 qurşaqda yerləşir (Qrossheym, 1936. Babayev, 2004).
Talışın düzən meşələri – Xəzər dənizinin ətraflarından başlayaraq dağətəyinə
kimi davam edir. Burada meşə əmələgətirən ağaclardan dəmirağacı (Perrotia persica),
şabalıdyarpaq palıd (Quercus caschtanifolia) və s. yayılmışdır.
Talışda 600-700 m hündürlükdə düzən meşələrin davamı kimi qeyd edilən
ağaclar meşə əmələ gətirir. Burada tək-tək hirkan ənciri (Ficus hircana) qeyd edilir.
600-700 m-dən 17000-18000 m-ə kimi şərq fıstığı üstünlük təşkil edir. Meşənin
seyrək yerlərində ikinci mərtəbədə hirkan pirkalı (İlex hircana), azat ağacı (Zelcova
hircana) yayılmışdır. Şərq fıstığı müstəsna olmaqla qeyd edilən ağaclar qədim III
dövr relikt – endemik elementlərdir.
II. Boreal tipi. Bunlar əsasən şimaldan (Avropa və Sibirdən) gələn flora elemen-
tidir. Qeyd etmək lazımdır ki, Qrossheymə görə Boreal tipə daxil edilən holarktik
sinif hazırkı bölgələrdə Holarktik flora vilayəti və ya Holarktik səltənət kimi verilir.
Bu da öz növbəsində borael yarımsəltənətə və Qədimaralıqdənizi yarımsəltənətinə
bölünür. Bunlar haqqında yuxarıda qeyd edilmişdir. Holarktik sinfə aid bitkilərin
xeyli qismi cənubdan Qafqaza keçdiyi üçün onların sırkumboreal adlandırılması
məqsədəuyğun olar. Sırkumboreal Holarktik səltənətin şimaldan cənuba tərəf davam
edən ən iri vilayətidir.
III. Bozqır tipi. Bozqır elementləri Ön Asiya, İran, Kiçik Asiya, Rusiyanın cənu-
bundan - Pontik və Turan mənşəlidir, bir qisim bitkilər isə dağlardan gəlmiş və Aralıq
dənizi mənşəlidir.
IV. Kserofit tipi. Bunun haqqında yuxarıda geniş izahat verilmiş və Qədim Aralıq
dənizi adlandırılması məqsədəuyğun hesab edilmişdir.
V. Səhra tipi. Qrossheymə görə cavan olub, 2 qrupa bölünür:
1. Saxara-İran,
2. Turan elementləri aiddir. Bunlar Qədimaraliqdənizinin quruması nəticəsində
Qafqaz Aral-Xəzər düzənliyindən səhra qrupuna aid flora elementləri və halofitlər
keçmiş, həmcinin Orta Asiyadan digər kserofit mərkəzlərdən, cənubdan – İran və
Mərkəzi Asiyadan, Şimaldan KQ və BQ-dan dəniz sahilləri vasitəsilə miqrasiya et-
mişdir. Qrossheymə görə bunlar “boreal” növlər olmayan, İran və Kiçik Asiya vasi-
təsilə keçən bitkilərdir.
VI. Qafqaz tipi. Buraya Qafqaz sinfi daxildir. Qafqaz flora elementlərinin arealının
67
mərkəzi Qafqazdadır və yuxarıda endemik bitkiləri haqqında məlumat verilmişdir.
VII. Adventiv tipi. Coğrafi tiplərin qisa mülahizəsindən göründüyü kimi endemik
bitkilər müstəsna olmaqla qalan flora elementləri bu və ya başqa yollarla Qafqaza
miqrasiya etmişdir. Adventiv bitkilər dünyanın başqa flora vilayətlərindən sonradan
gələn bitkilərdir. Bunların yaşama şəraiti dünyada uyğun olduğundan müxtəlif vasi-
tələrlə asan yayılır. Məsələn, su bitkiləri, alaq bitkiləri və s. dünyanın hər yerində su-
yun tərkibi və mədəni bitkilərin becərilən sahələri ekoloji baxımdan uyğun oldu-
ğundan belə bitki qrupları bu və ya digər ölkələrə asanlıqla keçə bilir.
ƏDƏBİYYAT
1.
Babayev F.Ə. Bitki coğrafiyası. Bakı: Bakı Dövlət Universiteti, 2004, s.291.
2.
Babayev F.Ə. Qafqaz florasının coğrafi tiplərdə paylanmasına aid bəzi mülahizələr. BDU-
nun xəbərləri, təbiət elmləri seriyası, 2007, №2, s. 71-75.
3.
Алехин Б.Б. География растений. М., 1944. с.493.
4.
Вальтер Г. Растительность земного шара. т.т. I-II, М., 1968, с. 480.
5.
Вульф Е.В. Историческая география растений. История флоры земного шара. М.:
Л., 1944, с. 532.
6.
Сочов В.Б. Классификация и картогрaфирование высших подразделений раститель-
ности земли. В кн. Современные проблемы географии. М.: 1964, с. 167 -173.
7.
Гроссгейм А.А. Анализ флоры Кавказа. Баку, 1936, с. 257.
8.
Гроссгейм А.А. Растительный покров Кавказа. М., 1948, с. 267.
9.
Илинский А.П. Растительность земного шара. М.-Л., 1937, с.448.
10.
Толмачев А.И. О некоторых количественных соотношениях во флорах земного
шара. Вест. ЛГУ, 1970, 15 сер. Биол., c.33-74.
11.
Mattick F. Übersicht über die Florenreche und Florengebiete der Erde, 1964, p. 626 -630.
ГОЛАРКТИЧЕСКАЯ ФЛОРИСТИЧЕСКАЯ ОБЛАСТЬ
И РАСПРОСТРАНЕНИЕ ГЕОГРАФИЧЕСКИХ ТИПОВ АРЕАЛОВ
Ф.А.БАБАЕВ
РЕЗЮМЕ
Флора голарктической области самая широкая из 6- областей флоры мира. Она
распределена под области: Бореальная и Древнесредиземноморская. Вся флористичес-
кая область (Кузнецов, 1909; Гроссгейм, 1936; Сосновский. 1928; и др.) не определяет
географический тип ареалов Кавказской флоры. Однако Гроссгейм (1936) впервые оп-
ределил 7 географических типов ареалов - Кавказской флоры. В статье кратко представ-
ляются географические типы ареалов Кавказской флоры.
HOLARCTIC AND FLORISTIC REGION AND SPREAD OF THE GEOGRAPHICAL
TYPES OF NATURAL HABITATS OF THE CAUCASIAN FLORA
F.A.BABAYEV
SUMMARY
The flora of the holarctic region is the widest out of the six regions of the world flora. It
is spread under the regions like Boreal and the Ancient Mediterranean. All the floristic region
(Kuznetsov, 1909; Grossheym, 1936; Sosnovskiy, 1928; Musayev, 1971) cannot determine
geographical types of the natural habitats of the Caucasian flora. Nevertheless, Grosseyme
(1936) for the first time could determine seven geographical types of natural habitats of the
Caucasian flora. The author briefly presents geographical types of the natural habitats of the
Caucasian flora in the article.
68
Dostları ilə paylaş: |