61
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Təbiət elmləri seriyası
2013
UOT 57.
DAVAMLI
İNKİŞAFIN ƏSAS MƏNBƏLƏRİ
Q.T.MUSTAFAYEV
Bakı Dövlət Universiteti
mustafayev@mail.ru
Məqalədə ilk dəfədir ki, cansız və canlı təbiətin qarşılıqlı təkamülü nəticəsində bioloji
müxtəliflik, təbii balans və ekoloji tarazlıqların formalaşması və sonda davamlı inkişaf
yaranması mexanizmi açıqlanır. Davamlı inkişafın əsas mənbələri ilə əlaqədar olan proseslərə
kompleks qiymət verilir.
Açar sözlər: Cansız təbiət, canlı təbiət, əlaqə formaları, həyat qanunu, biomüxtəliflik,
ekoloji tarazlıq, davamlı inkişaf
Biologiyada son 25-30
ildə, həm də ekologiyada bioloji müxtəliflik, təbii
balans, ekoloji tarazlıq və davamlı inkişaf anlayışları yerli-yersiz işlədilir,
amma çox vaxt mahiyyəti dərk edilmir. Halbu ki, davamlı inkişaf cansız və
canlı təbiətin 5 milyard illik mürəkkəb təkamül proseslərinin nəticəsidir
(Vernadskiy, 1967). Cansız təbiətin təkamülü canlı təbiəti yaratmış, canlı
varlıqların öz aralarında və cansız təbiət ilə qarşılıqlı əlaqələri nəticəsində
çoxlu birliklər əmələ gəlib. İnkişafın qayəsini birliklərin uğurları təşkil edir, bu
isə onların miqyasından və uğurlu fəaliyyət müddətindən asılıdır (Mustafayev,
2012). Birliyin tərkibində özünü qorumağa az vaxt sərf edən fərd yemlənməyə
ç
ox vaxt ayıra bilir.
Material və metodika
Məqalə nəzəri xarakterli olduğu üçün onun əsas materialını klassik
bioloji və ekoloji ədəbiyyat, həm də müəllifin 60 illik təcrübəsi təşkil edir (kəşf
etdiyi “biotik əlaqələrin üçbucaqlı və qoşaxətli forması qanunu”, 18 elmi
konsepsiyası, təbiətdə apardığı monitorinqlər və s.). Metodika müqayisəli və
çoxparametrli qiymətləndirmədən ibarətdir. Birliklərin əvvəlinə üstünlük
verilib. Bioloji birliklərdən ailə, coğrafi birliklərdən isə sahə (uçastok)
populyasiya səviyyəli tədqiqatlara əsaslanaraq müasir canlıların regional
təkamülündə başlanğıc kimi qəbul edilib. Problemə müəllifin belə yanaşması
Rulye-
Seçenovun əsas bioloji qanununa (İoqanzen, 1986) uyğundur.
62
Nəticələr və onların müzakirəsi
Təbiəti cansız və canlı hissələrə ayırmaq şərti xarakter daşıyır. Bunların
hər ikisi əhalinin ətraf mühit dediyi məkanın və zamanın tərkib hissəsidir.
Canlı təbiət cansız təbiətin təkamülündən əmələ gəlib və onun kiçik hissəsinin
ciddi dəyişilmiş formasıdır (Şilov, 2001). Orqanizm bölünməz varlıqdır
(Şvars,1980), onu hissələrə böləndə keyfiyyəti tamam dəyişir. Cansız bir cismi
nə qədər çox hissəyə bölsək, ən kiçik hissəsi də əvvəlki keyfiyyətini saxlayır.
Məsələn, qoyunun bir ayağını kəsib bədənindən ayırsaq, ayaq olmur, ət və
sümük
olur. Amma cansız edilmiş həmin ayağı neçə yerə doğrasaq da hər bir
hissəsi ət və sümük adını doğruldur.
Həyat qanunu 5 əlaqə forması və 3 mühüm təbii proseslə bağlıdır
(Mustafayev, 1993; Mustafayev, Su
ltanzadə, 1998). Əlaqə formaları: 1-növlər-
arası, 2-növdaxili, 3-yem əlaqəsi, 4-sahə əlaqəsi, 5-genetik əlaqə; proseslər: a-
maddələr dövranı, b-enerji çevrilməsi, c-reproduksiya (yeni nəsillər verilməsi).
Əlaqələrin hamısı qarşılıqlıdır (ikitərəfli). Yem əlaqəsi (a) növlər arasında
güclü inkişaf edib (antoqonist ziddiyyətə qədər çatır), növ daxilində isə
nisbətən güzəştli rəqabətdir. Sahə (ərazi) əlaqəsi və genetik əlaqələr (b və c)
əksinədir, növ daxilində (fərdlər arasında) güclü inkişaf edir, növlər arasında
isə zəifdir (genetik əlaqə ali heyvan növləri arasında heç yoxdur).
Canlılar arasında mövcud olan əlaqələrin və proseslərin analizi nəti-
cəsində aşkar edilmiş “biotik əlaqələrin üçbucaqlı-qoşaxətli forması qanunu”
(Mustafayev, 1993) qlobal proseslərlə qarşılıqlı əlaqə şəraitində genetik fond
və bioloji müxtəliflik yaradır. Genetik fond taksonomik spektr deməkdir –
yarımnövdən tipə qədər (Mustafayev, 2012). Qlobal proseslərə kosmik, geoloji,
coğrafi, hidroloji, aeroloji, kimyəvi, ekoloji və s. təsir formaları daxildir
(sxem).
63
Genefond və bioloji müxtəliflik strukturdur. Canlılar arasındakı cüt, ailə,
sürü, koloniya, populyasiya, müxtəlif taksonlar, biosenoz, ekosistem, sonda
biosfer miqyaslı birliklər biomüxtəlifliyin özülüdür. Bioloji müxtəliflik yalnız
növlərin cəmi deyil, o həm də hər bir növə aid olan fərdlərin sayının tənləşmə
səviyyəsini əhatə edir (Mustafayev, 1985). Biosenozda 1-2 növün kütləvi,
qalanların isə nadir olması biomüxtəlifliyin zənginliyi deyil, kasıb olmasıdır.
Nadir növlərin çoxalması biosenozun reqresə yönəlməsini göstərir. Fərdləri
təxminən bərabər paylanmış növlər nə qədər çox olarsa, biosenoz bir o qədər
zəngin etiraf edilə bilər (Mustafayev, 2012).
Nəzərə almaq lazımdır ki, müəyyən ərazidə yaranan biomüxtəlifliyə ətraf
mühitin bir sıra əlaqə formaları, qarşılıqlı həyat prosesləri və təbii qanunlar
təsir edir, eyni vaxtda onlar da 20-yə qədər qlobal proseslərin təsirinə məruz
qalırlar. Belə bir mürəkkəb çətinlikdən çıxa bilən biomüxtəliflik öz inkişafını
davam etdirə bilir. İnkişafın növbəti tələbi təbii balansdır. Biomüxtəliflik özü
ilə ətraf mühit arasında orqanizm səviyyəsindən tutmuş biosfer miqyaslı
əlaqələrə qədər proseslər üzrə balans yaradır. Balans miqyasından asılı
olmayaraq idarə etdiyi canlı sistemlərin müqəddəratını həll edir. Sistemə ətraf
mühitdən daxil olan və mənimsənildikdən sonra artıqları ətraf mühitə
qaytarılan maddə və enerji təkamülün sınağından çıxmış balans tələb edir.
Məhz belə bir balans ekoloji tarazlıqla nəticələnir.
Ekoloji tarazlıq canlıların yaratdığı birliklərin komponentləri arasında
keyfiyyət və kəmiyyət göstəricilərinin uzunmüddətli balans şəraitində sınaqdan
çıxması deməkdir. Ekoloji tarazlığı təmin olunmuş canlı sistemlər davamlı
inkişafa nail ola bilərlər.
Davamlı inkişaf rahat, uğurlu və zərərsiz yaşamaq yoludur, maddi və
mənəvi (əhali üçün) həyat resurslarının fasiləsiz təmin olunması deməkdir.
Buna nail olmağın bir yolu varsa, o da dünyada ağıllı, sivil və müdrik
insanların çoxluq təşkil etməsidir. Bizim qənaətimizə görə sivil (mədəni) insan
özünə və təmasda olduğu canlı-cansız varlıqlara qayğıkeş yanaşmağı bacaran
şəxslərdir. Belə şəxslərin çoxluq təşkil edəcəyi cəmiyyəti akademik
V.İ.Vernadskiy (1967) “Noosfer” adlandırıb. Bunu nəzərə almış zatialilər
İlham Əliyev tələb edir ki, “biz iqtisadi potensialımızı intellekt kapitalına
çevirməliyik” (Bağırov, red. 2008). Müasir dünya ölkələrinin yarışlarından
yalnız super bilik sahibləri qalib çıxa bilərlər.
Nəticə. Davamlı inkişafın əsas yolu təkamülün çətin sınaqlarından keçib
formalaşan canlı aləmin bir cütdən başlamış biosfer səviyyəsinə qədər yaratdığı
birliklərin həyat effektinin çoxalmasıdır, istər təbiətdə olsun, istərsə də
cəmiyyətdə.
ƏDƏBİYYAT
1.
Bağırov H. İlham Əliyevin uğurlu ekoloji siyasəti // Bakı: Şərq-Qərb, 2008, 399 s.
2.
Əliyeva R.Ə., Mustafayev Q.T. Ekologiya (dərslik). Bakı: Elm, 2012, 431 s.
3.
Mustafayev Q.T. Ekoloji konspekt.
// Bakı: Ekokomitə, 1993, 204 s.
4.
Mustafayev
Q.T.
İnsanın ekologiyası. Bakı: BDU, 1999, 189 s.
64
5.
Mustafayev Q.T., Sultanzadə F.V. Ekologiya sxemlərdə. İstanbul, 1998, 288 s.
6.
Mustafayev Q.T. Azərbaycanda ornitofaunanın taksonomik spektri. Bakı: BDU, 2004, 32 s.
7.
Вернадский В.И. Биосфера. Избранные труды по биогеохимии. М.: Мысль, 1967,
374 с.
8.
Иоганзен Б.Г. Основной биологический закон Рулье-Сеченова. Кемерово, 1986, 24 с.
9.
Мустафаев Г.Т. Птицы наземных экосистем в Азербайджане (АДД). М., МГУ, 1985, 54 с.
10.
Мустафаев Г.Т. Взаимосвязи позвоночных животных и людей. Баку: Элм, 2012, 268 с.
11.
Шварц С.С. Экологические закономерности эволюции. М.: Наука, 1980, 277 с.
12.
Шилов И.А. Экология. М.: Высшая школа, 2011, 512 с.
ОСНОВНЫЕ ИСТОЧНИКИ УСТОЙЧИВОГО РАЗВИТИЯ
Г.Т.МУСТАФАЕВ
РЕЗЮМЕ
В статье приводится формирование устойчивого развития природы и общества в
результате эволюционного взаимодействия биологических разнообразий через
экологическое равновесие и экологического баланса. Устойчивое развитие оценивается
как результат комплекса процессов, происходящих взаимосвязано.
Ключевые слова: неживая природа, живая природа, формы взаимосвязи, закон
жизни, биоразнообразие, экологическое равновесие, устойчивое развитие
MAIN SOURCES OF SUSTAINABLE DEVELOPMENT
Q.T.MUSTAFAEV
SUMMARY
This article about the formation of sustainable development of the nature and society in
result of evolutionary interaction of biological diversity through the ecological balance.
Sustainable development is evaluated as the results of complex processes which happen
interrelated.
Key words: inanimate nature, animate nature, types of relationships, principles of the
life, biodiversity, ecological balance, sustainable development
Redaksiyaya daxil oldu: 27.09.2013-cü il
Çapa imzalandı: 27.01.2014-cü il
Dostları ilə paylaş: |