Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 102,51 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü102,51 Kb.
#2067


 

132 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Sosial-siyasi 

elmlər seriyası   

 

2013 

 

 



 

PSİXOLOGİYA 

 

UOT 159.9: 37.015.3 

 

MÜƏLLİMLƏRİN RƏHBƏRLİK ÜSLUBUNUN 

TƏDQİQİNİN ƏSAS İSTİQAMƏTLƏRİ 

 

K.R.ƏLİYEVA, S.H.ƏLİZADƏ 



Bakı Dövlət Universiteti 

sabina.az@gmail.com 

 

Məqalədə müasir  psixoloji nəzəriyyələr (xassələr nəzəriyyəsi; davranış yanaşması; si-



tuativ yanaşma; adaptiv yanaşma) müstəvisində müəllimin rəhbərlik üslubunun xüsusiyyətləri 

araşdırılır. Qeyd olunur ki, müxtəlif texnologiyaların tətbiqi müəllimin pedaqoji təcrübəsindən 

daha  cox  şagirdlərin  fəaliyyətini  idarəetmə  qabiliyyətindən  asılıdır.  Nəticə  olaraq  müəy-

yənləşdirilir ki, müəllimin rəhbərlik  üslubu peşə səriştələri ilə birbaşa əlaqəlidir.      

   


 

Açar  sözlər:  idarəetmə  üslubu,  liderlik  tipi,  liderlik  sistemi,  rəhbərliyin  şərtləri,  fərdi 

üslub, səriştəlilik, rəhbərlik üslubu 

 

Təhsil  sistemində  müəllim  idarəetmə  sahəsinin  əsas  komponentidir. Bu 



konteksdə  müəllimin  rəhbərlik  üslubu  özünün  köklü  parametrləri  ilə  sosial 

pedaqoji psixologiyada diqqəti xüsusilə cəlb edir. Müəllimin “rəhbərlik üslu-

bu” anlayışını ifadə edən məsələlər onun reallaşmasını nizamlayan nəzəriyyə-

lərdə açıqlanır. Psixologiya və sosiologiya sahəsində mövcud olan yaradılan bu 

nəzəriyyələr  müəllimin  rəhbərlik  üslubunun  səmərəlilik  dərəcəsinin  tədqiqi 

probleminə  xüsusi  önəm  verir.  Həmin  nəzəriyyələrin  köməyi  ilə  hansı  şəxsi 

keyfiy

yətlərin  müəllimə  lider  və  rəhbər  olmağa  kömək  etməsi  haqqındakı 



sualları aydınlaşdırmaq mümkündür.    

Ədəbiyyatda  liderlik  konsepsiyalarının  4  əsas  aspekti  ayırd  edilir  (1): 

xassələr nəzəriyyəsi; davranış yanaşması; situativ yanaşma; adaptiv yanaşma.  

 

Xassələr nəzəriyyəsi. Bu nəzəriyyəni “liderlik keyfiyyətləri nəzəriyyəsi” 

(2,  228)  də  adlandırırlar.  Xassələr  nəzəriyyəsində  insanın  şəxsi  keyfiyyətləri  ön 

plana çəkilir. Təsadüfi deyil ki, qeyri-rəsmi şəkildə xassələr nəzəriyyəsi “gör-

kəmli  şəxsiyyətlər  nəzəriyyəsi”,  yaxud  “xarizmatik  nəzəriyyə”  anlamınında  da 

işlədilir. Nəzəriyyəyə görə yalnız müvafiq şəxsi keyfiyyətlərə: intellekt, iradə, tə-

şəbbüskarlıq, enerjililik, əminlik, yoldaşlıq, etibarlılıq, yaxşı danışıq tərzi və s. 

malik olan i

nsan  lider  ola  bilər  (A.Adler,  Q.Ollport,  C.Kelli,  E.Fromm  və  b.).   

Göründüyü  kimi,  bu  nəzəriyyədə liderlik  şəxsi keyfiyyətlər  üzərində  qurulur, 

şəxsiyyətlərarası  münasibətlər,  yəni  liderin  başqa  adamlara  münasibəti  arxa 

plana  keçir,  “keyfiyyətlər  liderin  başqaları  üzərində  hakimiyyətini  öz-özünə 




 

133 


müəyyən edir” (2, 229). Sonrakı tədqiqatlar göstərdi ki, bu nəzəriyyədə lider-

liyin  mahiyyəti  tam  açılmır.  Belə  ki  liderlik  üçün  müəyyən  edilən  kompleks 

keyfiyyətlər  içərisində  situasiyadan  asılı  olaraq  keyfiyyətlərdən  hansısa  biri 

daha  əhəmiyyətli  olub,  digərləri  ilə  ziddiyyət  təşkil  edir,  başqa  sözlə,  key-

fiyyətlər heç də həmişə liderin müvəfffəqiyyətini təmin edə bilmir. 

 

Davranış  yanaşması.  Bu  yanaşma  yalnız  rəhbərin  şəxsi  keyfiyyət-

lərinin deyil, həm də onun davranışında tabe olanlarla qarşılıqlı münasibətlərini 

ön  plana  çəkir.  F.Fidler  liderliyin  səmərəliliyi  istiqamətində  apardığı  tədqi-

qatlarda  həm  şəxsiyyətin  keyfiyyətləri,  həm  də  onun  işçiləri  ilə  qarşılıqlı 

münasibətləri tədqiq edir, liderin qrupa “hansı səviyyədə nəzarət etməsi və öz 

təsirlərini  qrupda  necə  reallaşdırması”  ilə  şərtləndiyi  isbat  edir  (2,  230).  Bu 

tədqiqatlar  nəticəsində  “rəhbərlik  üslubu”  və  “idarəetmə  üslubu”  anlayışları 

yaranmış, bütövlükdə götürdükdə, davranış yanaşması rəhbərin səlahiyyətində 

olan hakimiyyətin idarəetmə üslubu istiqamətinə yönəlir. Bu zaman rəhbərliyin 

iki  əksqütblü  üslubu  yaranır:  avtoritar  və  liberal.  Bu  iki  üslubun  sintezindən 

üçüncü  – 

demokratik üslubun müxtəlif variantları əmələ gəlir.  Üslubların bu 

qaydada ayırd edilməsi əsasında rəhbərlik üslubu haqqında təsəvvürlər yaranır. 

Bu üslublar bir-

birindən  nə  ilə  fərqlənirlər?  Respublikamızda  aparılan  tədqi-

qatlara istinadən qeyd edə bilərik ki, avtoritar üslub üçün “məcburi motivasiya, 

pedaqoji identik

liyin orta səviyyəsi, aşağı özünüqiymətləndirmə, refleksiyanın 

orta səviyyəsi, aşağı səviyyəli kreativlik”, liberal üslubda “məcburi motivasiya, 

fəaliyyətin  özünə  yönəlməsi,  pedaqoji  identikliyin  orta  göstəricisi,  aşağı 

səviyyəli  meyllilik,  aşağı  səviyyəli  özünüqiymətləndirmə,  empatiyanın  olma-

ması, orta səviyyəli kreativlik”, demokratik üslubda “pozitiv motivasiya, digər 

insanlara  yönəlmiş  fəaliyyət,  pedaqoji  identikliyin  yüksək  səviyyəsi,  özünü-

qiymətləndirmənin  orta  səviyyəsi,  yüksək  səviyyəli  refleksiya  və  empatiya, 

eləcə də orta səviyyəli kreativlik”  (3, 147) xasdır. 

 

Situativ yanaşma. Rəhbərlik probleminin inkişafı ilə bağlı olan iki ya-

naşma göstərdi ki, şəxsi keyfiyyətlər və üslublar özü-özlüyündə hələ idarəetmə 

fəaliyyətinin  səmərəliliyini  müəyyənləşdirmir.  Onun  başlıca  şərti  üslubun  və 

şəraitin (situasiyanın) uyğunluğudur.  Bir çox  hallarda, bundan əlavə, situativ 

amil

lər  rəhbərliyin  səmərəli  olmasında  aparıcı  rol  oynayır.  Bu,  idarəetmə 



fəaliyyətinin  xarakteri  tapşırıqların  yerinə  yetirilməsi  tipidir.  Nəticədə  situativ 

davranışın xüsusi üslubuna və müəyyən idarəetmə situasiyasına  daha çox uyğun 

gələn xüsusi yanaşma əmələ gəlir (4). 

 



Adaptiv  yanaşma.  Situativ  yanaşma  idarəetmə  nəzəriyyəsinə  böyük 

töhvə verdi. Sübut edildi ki, idarəetmə üslubu müxtəlif idarəetmə fəaliyyətində 

müxtəlif  şəraitdə  müxtəlif  səmərə  verməklə  müxtəlif  adekvatlığa  malikdir. 

Rəhbər  daha  səmərəli  fəaliyyət  göstərmək  üçün  özündə  olduqca  mürəkkəb 

situasiya  tiplərini  birləşdirir:  özünü  fərqli  aparmalıdır,  idarəetmə  dəyişkən 

olmalıdır, rəhbərlik üslubu konkret idarəetmə şəraitinə, situasiyasına uyğunlaş-

dırılmalıdır. İdarəetmə üslubu adaptiv olmalıdır. Rəhbər nə qədər üslub reper-

tuarına malik olarsa, daha səmərəli fəaliyyət göstərə bilər (1). 

Müasir sosial 

psixologiyada  rəhbərlik  üslubu  ilə  bağlı  olaraq  qeyri-

ənənəvi yanaşmalar da meydana gəlmişdir. Bu – partisipativ rəhbərlik və ida-



 

134 


rəetmə  üslubunun  müəyyən  edilməsidir.  Partisipativ  rəhbərlik  və  idarəetmə 

üslubu 


aşağıdakı  xüsusiyyətlərlə  konkretləşir:  rəhbərin  tabe  olanlarla  müntə-

zəm məsləhətləşməsi; onlarla münasibətlərdə açıqlıq; təşkilatda qərarların qə-

buluna icraçıları cəlb etmək; icraçıların təşkilatdakı dəyişmələrin planlaşdırıl-

masında və həyata keçirilməsində iştirakı; müstəqil qərarlar qəbul etmək üçün 

qrup strukturları yaratmaq (1). 

Liderlik istiqam

ətində aparılan tədqiqatlar nəticəsində yaranmış konsep-

siyaların 4 əsas aspekti ilə tanış olduq. Hər bir yeni yanaşma liderlik proble-

mini özünd

ən əvvəlki yanaşma ilə müqayisədə daha da təkmilləşdirmiş, döv-

rün, zamanın tələblərini, nəfəsini bu nəzəriyyələrə gətirmiş, onu müasirləşdir-

mişdir. Rəhbərlik mövqeyi zamanın hökmü ilə bağlı olur. Müasir dövr özünün 

demokratikliyi, s

ərbəstliyi,  söz  azadlıgı,  yaradıcılığa  meylliliyi,  peşə  keyfiy-

y

ətləri və s. ilə fərqlənir. Sonuncu yanaşmalar da öz məzmununda bu  keyfiy-



y

ətləri  ehtiva edir. 

Yuxarıda  qeyd  olunan  yanaşmalar  pedaqoji  rəhbərlik problemi üçün də 

faydalıdır.  Məlumdur ki, pedaqoji rəhbərlik üslubunun səmərəlilik dərəcələ-

rinin öyr

ənilməsi  sahəsində  silsilə  tədqiqatlar  aparılmışdır.  Həmin tədqiqatlar 

yuxarıda  qeyd  etdiyimiz  yanaşmalara  əsaslanır.  Onları    bir  neçə  istiqamətdə 

t

əsnif etmək olar. Məsələn, А.М.Umarov öz tədqiqatlarında rəhbərliyin və ida-



r

əetmə üslubunun inkişafı məsələlərinə aydınlıq gətirir (5). V.D.Parıgin təhsil 

qruplarında  rəhbərlik və  liderlik problemini tədqiq etmiş  (6),  E.E.Vejeviç 

pedaqoji mühitd

ə  liderlik keyfiyyətlərinin  inkişaf  etdirilməsi xüsusiyyətlərini 

əyyənləşdirmiş (7), A.İ.Davıdova təhsil qrupları rəhbərlərinin idarəetmə fəa-



liyy

ətinin modelləşdirilməsini  aparmışdır  (8).  E.İ.Roqov  müəllimi psixoloji təd-

qiqatın  obyekti  kimi  götürərək onun  rəhbərlik fəaliyyətini  şəxsi keyfiyyətlərlə 

əlaqədə təhlil edir (9). N.A.Mislavski bu məsələləri  şəxsiyyətin özününizam-

laması və yaradıcı fəallığı fonunda nəzərdən keçirir (10). L.M.Mitinanın araş-

dırmalarında müəllimin peşə özünüdərketməsində onun rəhbərlik fəaliyyətinin 

əhəmiyyəti ön plana çəkilir (11).   

Rəhbərlik  və  liderlik  idarəetmə  nəzəriyyəsində  daha  çox  inkişaf  etmiş 

istiqamətdir. Müəllimin rəhbərlik üslubunun öyrənilməsi istiqamətində aparılan 

tədqiqatların  əksəriyyətində  “liderlik”  və  “rəhbərlik”  anlayışlarına  vəhdətdə 

baxılsa da, struktur baxımdan onlar fərqli mənalara malikdirlər. Bu fərqlilikdə iki 

əsas məqam maraqlıdır:  

liderliyin və rəhbərliyin tipologiyası; 



rəhbərliklə liderlik rolları arasındakı münasibətlər.  

Liderliyin 

və  rəhbərliyin  tipologiyasının  müəyyən  edilməsi  istiqamətində 

psixologiyada bir çox tədqiqatlar aparılmışdır. Həmin tədqiqatlardan bəzilərinə   

diqqət yetirək:  

B.D.Parıgin liderin rolunu üç kriteriyaya görə ayırd edir: 

1. Fəaliyyətin məzmununa görə: lider-ilhamverici və lider-icraçı.  

2. Fəallıq üslubuna görə: avtoritar və demokratik lider.  

3. Fəaliyyətin xarakterinə görə: unuversal və situativ lider (12) .  




 

135 


L.İ.Umanski isə öz tədqiqatlarında liderliyin 3 kriteriya əsasında kombi-

nasiya edilən 6 tipini ayırd edir: təşkilatçı, təşəbüskar, erudit, emosional əhval-

ruhiyyənin generatoru, bacarıqlı və emosional cəlbedici lider (13). 

   


F.P.Tonkix  liderliyin aşağıdakı  tiplərini    müəyyən  etmişdir:  Diaqnost, 

fanatik, pioner, erudit, texnik, müstəqil (14, 4-7).  

Bu yanaşmalar ayrı-ayrılıqda təhlil etdikdə, məlum olar ki, onlar liderin 

iki  əsas  qabiliyyətlərini  özündə  birləşdirir:  instrumental  və  emosional.  Bi-

rincisi, şəxsi qabiliyyətlər əsasında qrup işində ayırd edilir. İkincisi, qrup üçün 

münasib  olan,  onlar  arasında  yaxşı  qarşılıqlı  münasibətlərin  yaranmasına 

kömək edən şəxsi qabiyyətlərə görə.  

R.L.Kriçevsk

i və E.M.Dubrovskaya təhsil sistemində rəhbərliyin səmərə-

lilik dərəcəsini bir sıra dünya tədqiqatçılarının əldə etdikləri nəticələr əsasında 

müəyyənləşdirərək  liderliyin  4  tipini  şərh  edirlər:  təşkilatçı,  motivator, 

dispeçer, generator (15). Burada 

bir sıra sahələr xüsusilə müəllimin rəhbərlik 

fəaliyyətinin  motivləşməsi,  xüsusi  olaraq,  vurğulanır.  Rəhbərlik  fəaliyyətinin 

motivasiyası,  işin  yerinə  yetirilməsinə  maraq  bir-biri  ilə  qarşılıqlı  əlaqədə 

götürülərək, daxili və xarici təsirlərdən yaranan motivlər fərqləndirilir, 

Ə.Ə.Əlizadə  və  H.Ə.Əlizadə  müəllimin  rəhbərlik  üslubunun  şərhini  ve-

rərək  onu  3  aspektdə  nəzərdən  keçirirlər:  avtokratik,  liberal  və  demokratik 

müəllimlər.  “Avtokratik  rəhbərlik  üslubu  üçün  xas  olan  başlıca  xüsusiyyətlər 

avto


ritar rəhbərlik üslubu üçün səciyyəvidir. Lakin avtokratik müəllimdən fərq-

li olaraq avtoritar müəllim şagirdlərlə nisbətən həlim rəftar edir, nəticə etibarilə 

qərarı özü qəbul etsə də, şagirdlərin rəyini öyrənir, hər hansı bir məsələni on-

larla birli

kdə müzakirə edir. Liberal müəllim öz vəzifələrini formal surətdə ye-

ri

nə yetirir, lakin sinif kollektivinin həyatı ilə maraqlanmır, sinifdə özünü qo-



naq  kimi  aparır.  Demokratik  müəllim  isə  sinifdə  şagirdlərin  “böyük  yol-

daşıdır”. O yoldaş kimi özünə də, şagirdlərə də “uşaqların gözüylə” baxır. On-

larla məhz yoldaş kimi dialoqa girir, mübahisə etməyi xoşlayır” (16, 104-105).  

Liderliyin 

və  rəhbərliyin  tipologiyasını  təsnif  etmək  bizim  məqsədimiz 

deyil. Lakin idarəetmə fəaliyyətinin müxtəlif situasiyaları rəhbərlərdən müxtəlif 

iş üslubunun tətbiqini tələb edir. Ona görə də, hesab edirik ki, rəhbərliyin tipologi-

yasına diqqət etməklə yanaşı onlar üçün səciyyəvi olan iş üslubunu da nəzərdən 

keçirməliyik.  Bunu  yuxarıda  haqqında  bəhs  etdiyimiz  rəhbərlik  nəzəriyyələri 

müstəvisində təhlil edək.   

Sinifləri  xassələr  yanaşması  baxımından  idarə  edən  müəllimlər  şagirdlərin 

şəxsi keyfiyyətlərini öyrənməyə üstünlük verirlər. Mahiyyətinə görə bu yanaşma 

humanist yanaşma hesab olunmur, çünki, xassələr yanaşmasına üstünlük verənlər 

yalnız üstün keyfiyyətləri  ilə fərqlənən sinifləri idarə edə bilirlər. Belə hallarda 

müəllimin  rəhbərlik  imkanları  məhdud  xarakter  daşıyır.  İdarəetmədə  yalnız 

məktəb  direktorları  və  onların  müavinləri  xassələr  yanaşmasına  üstünlük 

verdikdə müvəffəqiyyət qazana bilirlər.             

Davranış yanaşmasında rəhbər şəxsi keyfiyyətlərlə yanaşı, həm də davra-

nışında  tabe  olanlara  münasibətləri  ilə  fərqlənir.  Elə  buna  görə  də  idarəetmə 

fəaliyyətinin üslubuna xas olaraq rəhbərliyin avtoritar və liberal və demokratik 




 

136 


üslu

bu ayırd edilir.  Burada daha çox avtoritar üslubla demokratik üslub müqa-

yisə olunur.  

Davranış  yanaşmasının  yaradıcısı  K.Levin  sübut  etmişdir  ki,  avtoritar 

rəhbərlik  demokratik  üslubdan  həcmcə  daha  çox  iş  yerinə  yetirməyə  imkan 

verir. Ancaq bu za

man icraetmənin motivasiyası, keyfiyyət və orijinallığı enir, 

davranışın aqressiv forması yaranır, gərginlik əmələ gəlir. İdarəetmənin liberal 

üslubunda,  eləcə  də  işin  keyfiyyəti  demokratik  üslubla  müqayisədə  zəifləyir. 

İcraçıların özləri də belə rəhbərlik üslubunu xoşlamırlar (17, 446).  

P.Laylert  davranış  yanaşmasının  əsasında  dixotomiya  duran  alternativ 

vasitələr təklif edir: “işə istiqamətlənən rəhbər”, “insana istiqamətlənən rəhbər” 

(1). Bu, iki rəhbəri bir-birindən fərqləndirən cəhət nədir? Suala müəllim-şagird 

münasibətləri  müstəvisində  cavab  verək.  İşə  yönələn  müəllimi,  ilk  növbədə, 

şagirdin fəaliyyətinin məzmunu və onunla bağlı olan məsələlər, insana yönələn 

rəhbərlik üslubunda isə müəllimi şagirdin fəaliyyətini yüksəltmək üçün başlıca 

olaraq  onunla  insani  münasibətlərin  mükəmməlləşdirilməsi  maraqlandırır. 

Burada ikinci halda müəllim, daha böyük nailiyyət əldə edir.   

R

əhbərlik probleminin inkişafı ilə bağlı olan qeyd etdiyimiz iki sonuncu ya-



naşma isə göstərir ki, şəxsi keyfiyyətlər və üslublar idarəetmə fəaliyyətinin səmərəli-

liyini mü

əyyənləşdirmir.  Burada  fəaliyyətin səmərəliliyini üslubun və  şəraitin 

(situasiyanın)  uyğunluğu  müəyyənləşdirir.  Məktəb təcrübəsindən də  aydındır  ki, 

pedaqoji ugursu

zluğun səbəbi üslubun keyfiyyət göstəricisi deyil, müəllimin həmin 

anda t

ətbiq etdiyi üslubun şəraitə (situasiyaya) uyğun olmamasıdır.    



N

əticədə  situativ-davranışın  xüsusi  üslubuna  və  müəyyən idarəetmə 

situasiya

sına daha çox uyğun gələn xüsusi yanaşma əmələ gəlir. Bu yanaşmalar 

ərisində  F.Fidlerin  konsepsiyası  daha  məşhurdur.  Onun  konsepsiyasında 



r

əhbərin  davranışına  daha  güclü  təsir göstərən, eyni zamanda situasiyanın 

özünü xarakteriz

ə edən 3 əsas faktor var:      

-

 

r



əhbər və tabe olanlar arasındakı münasibətlər; 

-

 



tapşırıqların  strukturu,  parametri,  dəqiqliyi və  müəyyənliyi,  uyğun-

luğu, aydınlığı və s.; 

-

 

r



əhbərə  aid olan hüquqi hakimiyyət  imtiyazlarının  olması,  tabe 

olanların real tərəfdaşlığının səviyyəsi.  

F.Fidler  əlverişli  situasiyanın  ümumi  göstəricisi  olan  “situativ  nəzarət” 

anlayışını  təklif  edir  (4).  Bu  yanaşma  idarəetmə  nəzəriyyəsinə  böyük  töhvə 

verərək, sübut etdi ki, idarəetmə üslubu müxtəlif idarəetmə fəaliyyətində müx-

təlif  şəraitdə  müxtəlif  səmərə  verməklə  müxtəlif  adekvatlığa  malikdir.  Rəhbər 

daha  səmərəli  fəaliyyət  göstərmək  üçün  özündə  olduqca  mürəkkəb  situasiya 

tiplərini birləşdirir: özünü fərqli aparmalıdır; idarəetmə dəyişkən olmalıdır; rəh-

bərlik üslubu konkret idarəetmə şəraitinə, situasiyasına uyğunlaşdırılmalıdır. 

Bütövlükdə  bu  sadalanan  yanaşmaların  xüsusiyyətlərinin  birölçülü  olması, 

rəhbərlik  üslubunun  hansısa  bir  parametrinə  uyğunluğu  ilə  səciyyələndirilir. 

İdarəetmə fəaliyyətində daha mükəmməl yanaşma rəhbərlik fəaliyyəti haqqındakı 

ikiölçülü  təsəvvürlərdir.  Burada,  eləcə  də  R.Laykertin  tezisinin yanlışlığı  da 

göstərilir. O, rəhbərləri yalnız işə və insanlara yönəlişliyinə görə bölür. Əslində, 

rəhbər eyni vaxtda həm insana, həm də işə yönələ bilər. Digər yanaşmaya görə, 



 

137 


əslində, rəhbərlik üslubu adaptiv olmalıdır. Rəhbər nə qədər çox üslub repertuarına 

malik olarsa, daha səmərəli fəaliyyət göstərə bilər. Başqa sözlə desək, müəllimin 

sinifdəki müfəffəqiyyəti onun coxlu üslub repertuarına malik olmasindan asılidır.    

Rəhbərlik üslubu ilə bağlı ənənəvi olanlardan fərqli yeni yanaşmalar da 

meydana gəlməkdədir. Onlardan biri də qeyd etdiyimiz kimi, partisipativ rəh-

bərlik  üslubudur.  Partisipativ  (bərabərlik)  yanaşması  özünüidarəeətməyə  he-

sablanmaqla əsas qərarların qəbulunda işçilərin iştirakını tələb edir. R.Laykert 

bu  sistemi  ən  düzgün  sistem  hesab  edir.  Tabe  olanlar  və  rəhbərlər  arasında 

münasibətlər qarşılıqlı etimada əsaslanır. Onlar arasında dostluq münasibətləri 

var. Qərarların qəbulu mərkəzləşmiş qaydada həyata keçirilir. Ünsiyyət ikitə-

rəfli və qeyri formaldır. Bu sistemin liderləri rəhbərliyə layiqdirlər. Onlar icra-

çılıq və idarəetmə bacarıqlarına malik olurlar. Ə.Ə.Əlizadə və H.Ə.Əlizadənin 

demokratik 

müəllimin yüksək sosial keyfiyyətləri içərisində şagirdlərlə dialoq 

qurmaq, diskussiya təşkil etmək mədəniyyətini önə çəkmələri (16, 104-105) bu 

istiqamətdə maraq dogurur. 

İdarəetmə  təcrübəsindən  məlumdur  ki,  rəhbərliyin  və  liderliyin  eyni 

şəxsdə birləşməsi məqsədəuygun  hesab olunur. Lakin bu zaman müəllim öz 

fəaliyyətində liderlik və rəhbərlik tiplərini uyğunlaşdıra bildikdə böyük səmərə 

əldə  edə  bilir.  Müəllimin  liderlik  və  rəhbərlik  tiplərinin  bir-birinə  uyğunluğu 

müəllimin fərdi üslubunu formalaşdırır. 

Müəllimin fərdi üslubu onun pedaqoji səriştəliliyi ilə də qarşılıqlı əlaqə-

dədir. Bu fenomenlərin hər ikisi bir-birinə inkişafetdirici təsir göstərir. Səriş-

təlilik - (latınca “competo” - əldə edirəm, uyğunlaşdırıram, yaxınlaşıram) hər 

hansı bir sahə üzrə əldə olunmuş sosial təcrübədir. Bu anlayışı pedaqoji prosesə 

şamil etsək, bura müəllimin peşəkarlığının, peşə üzrə ümumi mədəniyyətinin, 

təcrübəsinin, pedaqoji fəaliyyət stajının və pedaqoji yaradıcılığının təzahürünü 

aid  edə  bilərik.  Müəllimin  peşə  ustalığının  mühüm  elementlər  toplusu hesab 

olu

nan səriştəlilik onun rəhbərlik üslubunun da keyfiyyət göstəricisidir. Səriş-



təlilik  bir  tərəfdən  pedaqoji  hazırlıq  və  fəaliyyəti,  digər  tərəfdən  pedaqoqun 

fəaliyyətinin  keyfiyyətini  müəyyən  edərək,  özünü  əməyin  davamlı  və  səmərəli 

xarakterində  ifadə  olunmaqla  müxtəlif  çətinlik  şəraitində  yaranan  pedaqoji 

problemlərin rasional həlli yolunu tapmaqda təzahür edir.  

Müəllimlərdə  belə  yüksək  peşə  səriştəliliyinin  təmin  olunması  bir  çox 

amillərdən  asılıdır.  Bu  amillər  sisteminə  müəllimin  fərdi  psixoloji  xüsusiy-

yətləri, sosial təcrübəsi, idarəetmə və rəhbərlik, öyrətmə və başqa peşə baca-

rıqları, ünsiyyət mədəniyyəti,  yüksək peşə təhsili və s. məsələlər daxildir.  

Təhsildə  rəhbərlik  problemlərini  əlverişli  qaydada  həll  etmək  üçün 

F.A.Cəbrayılova  hələ  müəllim  kadrlarının  hazırlığı  prosesində  bu  məsələyə 

diqqət yeturilməsini zəruri sayaraq, peşə səriştəliliyinin formalaşmasının yaxşı 

işlənmiş  proqramlardan  xeyli  dərəcədə  asılı  olduğunu  qeyd  edir.  Bu proq-

ramlarda müəllimin peşə səriştəliliyinin inkişafına təsir göstərən bütün məsə-

lələr nəzərə alınmalıdır. Onun təbirincə desək,  “Təcrübə göstərir ki, ilk növbə-

də, müəllim müasir metodikalara, yeni texnologiyalara yiyələnməli, nəzəri və 

praktik 


məzmunlu  bilik  və  bacarıqlara  malik  olmalıdır.  Məhz  bundan sonra 


 

138 


təhsilalanların  həyatın  tələblərinə  uyğun  olaraq  məsuliyyətli,  səriştəli  kadrlar 

kimi hazırlanması imkanları məqsədəuyğun qaydada reallaşa bilər” (18,  274).  

Səriştəlilik  müəllimin  müvafiq  pedaqoji  bacarıqlara  yiyələnməsidir. 

Pedaqoji səriştəlilik həm də müəllimin məktəbdəki fəаliyyətinə şəхsi münаsi-

b

əti, оnu düzgün qura bilməsi və həyаtа kеçirilməsini təmin еtmək bаcаrığıdır. 



Təhsil  prosesində  şagirdlərlə  yanaşı  müəlimlərdə  də  bir  çox  dəyərlər,  sosial-

peşə keyfiyyətləri formalaşdığından məhz bu keyfiyyətlərin köməyi ilə o qar-

şılıqlı münasibətlərini inkişaf etdirə, dəyişə bilir. Əlverişli rəhbərlik üslubuna 

malik olan müəllim qarşılaşdığı məsələlərin müvəffəqiyyətli həllinə nail olur.  

Nəzərdən keçirdiyimiz mənbələrə istinad edərək, müəllimlərin rəhbərlik 

üslubu


nun öyrənilməsinin aşağıdakı istiqamətlərini müəyyən edə bilərik.   

1. 


Pedaqoji prosesdə müəllimlərin rəhbərlik fəaliyyətinin yenidən qurulması. 

M

əlumdur ki, XX əsrin sonlarına qədər təhsil sistemi sovet dövründən miras 



qalmış üsullarla, ənənəvi yollarla idarə olunub. Bu səbəbdən təhsil sistemində 

fəaliyyət  göstərən  mütəxəssislərdə,  o  cümlədən  müəllimlərin  pedaqoji  fəaliy-

yətində yeni ənənələrinin yaranmasına böyük  tələbat əmələ gəlmişdir.   

Müstəqiliyin əldə edilməsinin ilk illərindən başlayaraq təhsil sistemində mü-

əllimlərin  rəhbərlik  üslubunun  təkmilləşdirilməsi  sahəsində  sistemli  işlər  görül-

məkdədir. Həmin işlər bir sıra istiqamətlərdə aparılmalıdır: perspektiv fəaliyyətin 

yeni  dəyərlər  əsasında  qurulması;  intellektual,  əxlaqi,  estetik,  emosional  mə-

dəniyyətin  inkişafı;  cəmiyyət  üçün  xeyirli  olan  ənənələrə  sadiqlik;  optimizm, 

əməkdaşlıq, humanizm; təfəkkür müstəqilliyi, problemin mahiyyətini görə bilmək 

bacarığı; özünütəhsil, iş tempi, iradə, dünyagörüşü, mənəvi sağlamlıq və s.  

3.

 

R



əhbərlik  qaydaları  ilə  bağlı  olaraq  yaradılan  yеni  kоnsеpsiyаlаrdа 

şəхsiyyətin  еtnоpsiхоlоji  yеniləşməsi  üçün  vаcib  оlаn  şərtlər,  mехаnizmlər, 

yоllаr və vаsitələrin nəzərə аlınmаsı.  

4.

 



T

əhsilin səmərəli üsullarla idаrə оlunmаsı üçün əlverişli mаddi-tехniki 

bаzа, infоrmаsiyа və tədris-mеtоdik təminаtın yaradılması. 

4. Pedaqoji prosesin t

əşkilində və tənzimlənməsində innоvаsiyаlаrа mа-

rаq  göstərmələrini təmin etmək üçün rəhbərlik edənlərdə  ictimai maraqlara 

uyğun  idarəetmə  mоtivаsiyаsının  yаrаdılmаsı.  Bu  prоsеsin  gеdişinə  nəzаrət 

еtmək məqsədilə  münаsib  mоnitоrinqlər  аpаrılmаlı,  müəllimlərin rəhbərlik 

üslubunun n

əticələri qiymətləndirilməli, münаsib qərаrlаr qəbul еdilməlidir.  

Müəllimin  rəhbərlik  üslubunun  səmərəliliyinin  başlıca  göstəricisi  kimi 

onun fərdi iş üslubunun şagirdlərin dərketmə tələbatları, bu tələbatların ödənil-

məsi tərzi, tempi, dinamikliyi və çevikliyi ilə uzlaşmasıdır. Əgər müəllim qrup 

işini, yeni biliklərin mənimsədilməsini və onlarda həyati bacarıqların formalaş-

dırılmasını    şagirdlərin  öyrənmə  maraqlarına  müvafiq  qaydada  təşkil  edə  bi-

lirsə,  bu halda müəllimin rəhbərlik üslubunun səmərəliliyindən danışmaq olar.  

Məqalənin elmi yeniliyi: Məqalədə müəllimin və liderin rəhbərlik üslub-

ları təhlil edilir, bu sahədə aparılmış tədqiqatlar və liderin rəhbərlik üslubları 

sistemləşdirilir, müasir şərait baxımından yeni kontekstdə təhlil olunur. 

Məqalənin praktik əhəmiyyəti: Tədqiqatdan əldə olunmuş nəticələr sosial 

psixologiyanı  yeni  müddəalarla  zənginləşdirir,  seçmə  fənlərin  tədrisinə  yeni 



 

139 


istiqamətlər açır. Bununla yanaşı, əldə olunmuş nəticələr bu sahədə yeni elmi 

istiqamətlərin yaranmasına zəmin formalaşdırır. 



 

ƏDƏBİYYAT 

1.

 



www. studopedia.ru 

2.

 



Bay

ramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı: Qapp-poliqraf, 2003, 355s. 

3.

 

Əliyev B.H., Əliyeva  K.R., Cabbarov R.V. Pedaqoji psixologiya. Bakı: Təhsil, 2011, 289 s. 



4.

 

www.ipp.hse.ru 



5.

 

Умаров  А.М.  Руководитель.  Размышление  о  стиле  управления.  М.:  Политическое 



издательство, 1987, 54 с. 

6.

 



Парыгин В.Д. Социально-психологический климат коллектива. Л.: 1981, 216 с. 

7.

 



Вежевич Т.Е. Педагогические условия развития лидерских качеств учащихся// дисс. 

канд. пед наук. Улан-уде: 2001, 198 с. 

8.

 

Давыдова  А.И.  Моделирование  управленческой  деятельности  куратора  учебной 



группы //Среднее профессиональное образование, 2008, № 7, с. 33-35. 

9.

 



Рогов Е.И. Учитель как объект психологического исследования.  М.: Владос, 1998, 496 с.   

10.


 

Мисловский Н.А. Саморегуляция и творческая активность личности// Вопросы пси-

хологии, 1988, №3, с. 64-71 

11.


 

Митина  Л.М.  Формирование  профессионального  самосознания  учителя  //  Вопросы 

психологии, 1990, № 3, с.58-64. 

12.


 

Нотанзон Э.Ш. Прием педагогического воздействия. М.: Просвещение, 1972, 214 с.  

13.

 

vsetesti.ru 



14.

 

Тонких Ф.П. Формирование индивидуального стиля педагога как один из аспектов 



управленческой  функции  методической  работы  //http://nsportal.ru/  shkola/ 

administrirovanie-shkoly/ 

15.

 

Кон И.С. Психология старшеклассника. М.: Просвещение, 1982, 190 с. 



16.

 

Əlizаdə Ə. Ə., Əlizаdə H.Ə. Pеdаqоji psiхоlogiya. Bаkı: АDPU, 2010, 600 s. 



17.

 

Крикунов  А.Е.  Образовательная  концепция    В.В.  Розанова:  Историко-педагоги-



ческий анализ //дисс. канд. пед. наук. Елец: 1999, 132 с. 

18.


 

C

əbrayılova F.A. Pedaqoji təmayüllü orta ixtisas məktəblərində tələbələrin peşə səriştəlili-



yi

nin inkişafının sosioloji təhlili // Təhsilin sosioloji problemləri. Bakı: Mütərcim, 2011, s.  

245-306.  

 

ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ ИССЛЕДОВАНИЙ  



СТИЛЯ РУКОВОДСТВА УЧИТЕЛЕЙ 

 

К.Р.АЛИЕВА, С.Х.АЛИЗАДЕ 

 

РЕЗЮМЕ 

 

В  статье  рассматриваются  основные  направления  стиля  руководства  учителей  в 

контексте современных психологических исследований. Прежде всего, рассматриваются 

особенности стиля руководства различных теорий, в том числе такие подходы, как пове-

дение,  ситуативная  адаптация,  партисипативный  подход,  который рассматривается  как 

наиболее эффективный. Это связано с высокой результативности в функционировании 

организации.  Применение  данного  способа  связано  с  возможностью  формирования  у 

подчиненных высокой компетенции и профессиональных навыков, потребность в само-

стоятельности  и  свободе,  стремлении  к  творчеству,  интересу  к  работе,  ориентации  на 

дальние цели.  

Одной из отмеченных проблем является то, что применение образовательных тех-

нологий  учителей  в  большей  степени  зависит  не  от  приобретения  опыта  по  специаль-

ности,  сколько  от  умения  управлять  деятельностью  учебной  группы.  Эмоциональное 



 

140 


состояние учителя является существенным фактором воздействия. Совместное действие, 

которое формируется в подобных условиях, является более эффективным.  

Одним из вопросов, рассматриваемых в статье, является то, что стиль руководства 

непосредственно связан с профессиональной компетенцией. Последнее-это процесс вы-

бора  соответствующего  стиля  руководства  в  соответствии  со  способностями  учителя, 

его возможностями и особенностями.  



 

Ключевые слова:  стиль управления, тип лидерства, система лидерства, условия 

руководства, индивидуальный стиль, компетентность, стиль управления 



 

THE MAIN DIRECTIONS OF THE INVESTIGATION OF PSYCHOLOGİCAL 

CRİTERİA OF TEACHERS’ LEADERSHIP STYLES 

 

K.R.ALIYEVA, S.H.ALIZADE 

 

SUMMARY 

 

The article analyses the  main directions of the investigation of teachers’ leadership 

styles in the light of modern psychological researches. Firstly, the theory of leadership style  is 

intepreted.The behavioral, situational adaptive, participative approaches to this problem are 

reviewed and the final approach is considered to be the most effective. The efficiency of the 

participative approach is justified by its granting fruitful results in the functioning of the 

organization. Thus, these styles form such qualities as high professionalism, and professional 

qualities, independence, requirement for being independent, tendency to creativity, interest in 

work, strive for top level goals.  

One of the main aspects here is that the implementation of teachers’ teaching tech-

nologies depends more on management of a group of pupils’ activities than on his acquiring 

professional experience. Here, the teacher’s  emotionality plays a great influencing role. Such 

professional experience gained through mutual activities is of high quality. 

One of the main points emphasized in the article is the coordination between the style of 

the teacher’s leadership and his professionalism. Professionalism is the process that allows a 

teacher choosing a leadership style due to his ability, characterstic features and opportunities. 

 

Key words:  management style, type of leadership, leadership system, terms of leader-

ship, individual style, competence, management style 



 

 

 



 

Yüklə 102,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə