97
B
AKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2013
UOT 338, 425
MONQOL FENOMEN
İ, YOXSA TARİXİ REALLIQLAR
R.
İ.MƏHƏRRƏMOV
Gəncə Dövlət Universiteti
rabiteci_22@mail.ru
Məqalə monqol-türk tarixinin tarixşünaslığında hələ də tam həllini tapmayan maraqlı
bir problemə həsr edilmişdir.
Müəllif dünyanın iqtisadi və insan potensialına malik böyük bir hissəsinin, müqayisədə
monqolların az bir qüvvə ilə fəth etməsinin səbəblərini aydınlaşdıraraq, bunun təkcə monqol
müəmması (fenomeni) ilə deyil, tarixi reallıqla bağlılığını faktlarla və məntiqlə
arqumentləşdirilmiş şəkildə sübut edir.
A
çar sözlər: monqol, Çingiz xan, müharibə, feodal, köçəri, fenomen
"Monqol
məsələsinin" öyrənilməsinə başlanandan artıq 300 il keçsə də,
monqolların kiçik bir qüvvə ilə az qala dünyanın yarısını fəth etməsinin
səbəbləri elmdə həllini qismən tapsa da, bu məsələ hələlik tam həll olunmamış
qalır.
Tarixi
ədəbiyyatlarda belə bir fikir vurğulanır ki, necə oldu ki, yarım
milyondan bir
qədər artıq (700 minə yaxın) sayı olan monqollar, müxtəlif
tayfalara
bölündükləri halda, qeyri-mütəşəkkil, hərbi hazırlıq keçməmiş,
təchizatı olmayan (dəmir çatışmırdı) bir toplum özündən qat-qat güclü olan
xalqlardan
ibarət Çini Hindiçinlə birlikdə, Tibet, İran, Orta Asiya (Qərbi
Türküstan),
Qazaxıstan, Ukrayna kimi dövlətləri ələ keçirmiş, Aralıq dənizinə
çıxmış, Polşa və Macarstandan keçib, Adriatik dənizinə çata bilmişdir. Belə
hesab edilir ki, bu hansısa bir monqol möcüzəsinin nəticəsi, maldarların
əkinçilər üzərində qələbəsi idi [1, 123].
Məlum olduğu kimi, Avropa xalqları çoxdan Avroasiya köçəriləri ilə
toqquşsalar da, onlar haqqında az bilirdilər və onlarla maraqlanmırdılar. Yeri
gəlmişkən, köçərilik, bəzi tarixçilərin fikirləşdikləri kimi hər hansı bir etnosun
xarakterik
xüsusiyyəti olmayıb, onların yaşadıqları coğrafi-təbii şəraitin
təzahürü idi.
Haşiyə: alimlər sübut etmişdilər ki, eradan əvvəl II minillikdə Böyük Çin
səddi qurşağında yerli çöl etnosları hələ oturaq həyat sürürdülər və onlardan bə-
98
ziləri əkinçiliklə və ev heyvandarlığı ilə məşğul idilər. Lakin e.ə. I minilliyin or-
talarında regionda baş verən bərk quraqlıq torpağın məhsuldar münbit qatını er-
roziyaya (defilyasiyaya)
uğradaraq əkinçilik üçün yararsız hala salmışdır. Mal-
da
rlığa keçid labüdləşmiş, həm də burada da çətinliklər meydana gəlmişdir. Çün-
ki
quraqlıq şəraitində otlaqların azlığı mal-qaranı yeni otlaqlara köçürməyə məc-
bur
etmişdir. Beləcə, bu çöllərdə təsərrüfat sistemini şəraitə uyğunlaşdırmaq
vasitəsi kimi, köçəri maldarlığın meydana gəlməsinə səbəb olmuşdur [3, 64].
Köçəri maldarların tipik təmsilçiləri olan monqollar XIII əsrdə dünya
tarixi arenasına yenicə qədəm qoysalar da, o dövrki mürəkkəb tarixi proseslər
burulğanında qurbanlıqdan qaliblərə çevrildilər. Burada belə bir məsələni qeyd
etmək zərurəti yaranır ki, «tatar-monqol» termini heç də tarixin dərinliklərin-
dən doğan anlayış olmayıb, Rus imperiyasının digər xalqlara qısqanclıq, onları
aşağılamaq və şovinizm siyasətinin formalaşdığı dövrdə təşəkkül tapmışdır.
Gimnaziyalarda,
məktəblərdə uşaqları onlarla qorxudur, Rusiyanın rahatlığını
pozan, bu «
yırtıcı qaniçənlər»in rusun bədbəxtliklərinin və əziyyətlərinin
baiskarı olduğu qələmə verilirdi.
Bu
mənasız cəfəngiyatı ilk dəfə gimnaziya müəllimi R.A.Naumov 1823-
cü
ildə uydurmuşdur. O həmin dövrdə yazdığı kitabçasında belə bir mühakimə
yürüdür: «Bütün
tarixçilər öz aralarında razılaşmışlar ki, bu qəddar işğalçılar
tatar deyil, monqol
idilər». Naumovda heyrət doğuran bir ideya hasil oldu və
onları tatar-monqollar adlandırdı. Onun bu «məntiqi-elmi kəşfi» Peterburqun
xoşuna gəldi və türklərə yapışdırılan etiket 1823-cü ildən elmi leskikona daxil
edildi [9, 226].
Aşağıdakı faktlara diqqət yetirək. Bu dövrdə Şimali Çində 60 mln. əhali
ya
şayırdı və hakimiyyət döyüşkən və cəsur mancur xalqının əlində idi. Çinin şi-
mali-
qərbində güclü, zəngin və çoxsaylı əhalisi olan Tanqut və Uyquriya yerlə-
şirdi. Xuanxe və Yantsızı çayları arası kiçik Xuauşuy çayından cənuba, Cənubi
Çinə 30 mln. əhalinin daxil olduğu Sun sulaləsi başçılıq edirdi. Deməli, mon-
qollara
düşmən olan Çin ərazisində 100 mln-a yaxın əhali yaşayırdı [1, 323].
Orta Asiyada (
Qərbi Türküstanda) və Şərqi İranda Xarəzm sultanı hökm-
ranlıq edirdi. Onun hakimiyyəti altında 20 milyon müsəlman əhali yaşayırdı.
Sultan ordusu
döyüşkən çölçülərdən və dağlılardan ibarət idi. Bu ölkədə onlara
müasir
sivilizasiyanın yüksəkliyində duran iki ən böyük şəhər yerləşirdi.
Söhbət öz zənginliyi və cah-cəlalına görə Konstantinopol, Kardova və Cənubi
Çindəki Xançjoudan qətiyyən geri qalmayan Səmərqənd və Buxaradan gedir.
O zaman bu
şəhərlər dünyanın birinci beşliyə daxil olan şəhərləri idi. Bu
şəhərlərdən hər birinin özünü müdafiə edə bilən kifayət qədər (60 min nəfər)
ordusu var idi. Paris, Venesiya kimi
şəhərlər, haradasa üçüncü beşliyə daxil
idilər [1, 124].
Volqa
ilə Karpatlar arasındakı Şərqi Avropada 8 mln. əhali yaşayırdı.
Qafqazın və Suriyanın hərəsində (bir qədər şübhəli də olsa) 5 mln. nəfər əhali
var idi.
Yarım milyondan bir qədər çox əhalisi olan monqollar eyni vaxtda üç
99
istiqamətdə, dünyanın üç tərəfində vuruşmağa başladılar, özü də maraqlıdır ki,
təkcə döyüşmədilər, həm də qələbə çaldılar [3, 66]
Doğrudanmı Monqolustanı əhatə edən xalqlar bu qədər qorxaq, gücsüz
idilər ki, monqollar onları əzdi və əsarət altına aldı. Bu xalqlar yəni bu qədər
fərqində deyildilər ki, monqolların bu işğalları onların məhv edilməsindən və
istiqlaliyyətinin yox edilməsindən keçir? Bu heç də belə deyildir, yəqin ki,
burada
nə isə, hansısa bir faktor (amil) unudulmuşdur. Axı, XIII əsrdə nə
tibet
lilər, nə qıpçaqlar, elə rusların özü də və digər əsarətə məruz qalan xalqlar
heç
də qorxaq deyildilər. Görünür səbəb açıq hiss olunmayan, mahiyyəti
aydınlaşdırılmalı olan, görünməyən bir qatda gizlənir. Məhz ona görədir ki,
XIII
əsrin ortaları özü sirli kriminal romanı xatırladır.
Lakin dövrün
bəzi reallıqları və Çingiz xanın əməli tədbirləri bu
möcüzəni tam olmasa da ağlabatan gerçəkliklərə bir qədər yaxınlaşdırır və ona
mümkünlük
payı verir.
Gəlin, tarixi reallıqlara nəzər salaq, onda görərik ki, bu monqol
fenomeninin, onun
möcüzəni xatırladan qələbələrinin səbəbləri təkcə Çingiz
xanın şəxsi keyfiyyətləri, onun həyata keçirdiyi əməli tədbirlərin nəticəsi de-
yildi. Bu
məsələləri bir qədər incələsək məlum olur ki, əvvəla, ram edilən hər
bir
ölkənin daxili problemləri, həmin ölkələrdə vahid siyasi mərkəzdən idarə
olunan
dövlət strukturlarının olmaması, bu zaman ayrı-ayrı xırda dövlətlərə
parçalanan,
yəni feodal pərakəndəliyi keçirən bu ərazilərdə ümumi düşmənə
qarşı yekdil müqavimət hərəkatı olmamışdır. Məsələn, bu zaman Çində sülalə
müharibələri gedirdi, Xarəzmşahlar dövlətində şah Məhəmmədlə ölkədə güclü
nüfuza malik olan
anası Türkan Xatunla dərin ziddiyyətlər və ölkədəki hərbi
strukturlarla
şah arasında fikir ayrılıqları mövcud idi. Heç də hərbi hissələrin
hamısı şah Məhəmmədə tabe olmaq istəmirdi. Rusiya knyazlıqlarına gəldikdə,
monqollarin
yürüşü ərəfəsində Kiyev Rusu 14 udel knyazlığına parçalanmışdı
və bu knyazlıqlar arasında düşmənçilik münasibətləri o qədər dərin idi ki, hətta
ionqollar hücum
edən zaman ilk hücuma məruz qalan Ryazan knyazlığının
kömək haqqında digər rus knyazlıqlarına müraciəti belə cavabsız qalmışdı.
İkincisi, o zamankı monqollar döyüşkən köçərilər idi. Belə bir fikir də
mövcud idi:
onların silahları iti, atları sürətli idi. Monqolların özlərindən
iqtisadi
cəhətdən qat-qat güclü olan düşmənlərinə qalib gəlməsini bəzi
tarixçilər, monqolların həddindən ziyadə qəddarlıqları ilə izah etməyə
çalışırlar. Lakin əksər tarixçilər qeyd edirlər ki, XII-XIII əsrlərdə sülhsevərlik
heç ye
rdə, elə Avropada da ləyaqət hesab olunmurdu və köçəri monqollar
qəddarlıqda tamamilə öz zəmanəsinin səviyyəsində idilər və ədalət duyğuların-
dan heç
də məhrum deyildilər. Məsələn, 1240-cı ildə onlar Kiyevi işğal
edərkən şəhərin qızıl darvazaları önündə dayanıb, Sofiya məbədinin və
bütövlükdə Kiyev şəhərinin bənzərsiz gözəlliyinə valeh olub, şəhəri döyüşsüz
təslim etməyi tələb etmişdilər. Hunlar, avarlar, çjurçjanlar, xarəzmlilər, qıp-
çaqlar,
səlibçilər və digərləri zərrə qədər də xeyirxah deyildilər. Monqolların
cəlb edildiyi müharibə, Çingiz xanın şəxsi ağılsızlığının deyil, feodal
100
dövlətlərinin rəqabəti və fəal etnosların toqquşmaları nəticəsində meydana
gələn sosial-iqtisadi ziddiyyətlərin məntiqi nəticəsi idi.
Üçüncüsü, Çingiz xan qanunlar küliyyatı - "Yasa"nın köməyi ilə dövlətin
idarə edilməsi işini möhkəmləndirdi."Yasa"da müvafiq olaraq Çingiz xan
aratlara bir onluqdan digər onluğa, bir yüzlükdən başqa yüzlüyə özbaşına
getməyi qadağan etmişdi. Məhkəmə işlərinə baxmaq və "Yasa"nın qanunlarına
uyğun olaraq hökm çıxarmaq üçün dövlət hakimi (carquçi) vəzifəsi təsis edildi.
Çağdaş tariximizdə yüksək inkişaf etmiş ölkələrin hələ də həll edilməmiş
problemi kimi,
həlli örnək ola biləcək oğurluğun və yalanın (aldatmanın) kökü
kəsildi. On min nəfəri özündə birləşdirən şəxsi qvardiyasını yaratdı. Qvar-
diyaçı-keşikçilər nizam-intizamın pozulmasına görə çox ağır cəzaya məhkum
edilirdilər. Keşik təkcə Çingiz xanın şəxsi mühafizəsi deyildi, o həm də sıravi
aratlar-maldarlar
və ovçular üzərində çöl (səhra) aristokratiyası hakimiyyətinin
saxlanmasını təmin edən əsas qüvvə idi. Sərkərdələr və dövlətin görkəmli
mənsəb sahibləri məhz qvardiyadan seçilirdi [6, 53].
Dördüncüsü, Çingiz xan
qohumlarını və silahdaşlarını uyğur əlifbası
əsasında savadlanmağa məcbur edirdi. Məğlub xalqların görkəmli alimləri və
mülki-inzibati
idarəçilik təcrübəsi olan məmurları monqol xanlarının müşavir-
ləri idilər. Məsələn, Çingiz xan Tayan xanı məğlub etdikdən sonra onun yaxın
məsləhətçisi Tatatunqanı özünə xidmətə götürdü və uşaqlarına uyğur savadını
öyrətməyi tapşırdı. Məşhur kidan alimi Yelyuy-Çutsay əvvəlcə Çingiz xan,
sonra
isə Ugedey xanın xidmətində olmuşdur. Tarixi ədəbiyyatlarda -
"
İmperiyanı biz at üstündə oturaraq qursaq da, onu at üstündə oturub idarə
etmək mümkün deyildir"- fikrinin Yelyuy-Çutsaya məxsus olduğu qeyd edilir.
Monqol
xanları alim insanları qiymətləndirirdilər və onlardan dövlət aparatının
idarə edilməsində istifadə edirdilər [6, 53].
Beşincisi, təbii-tarixi prosesin obyektiv qanunauyğunluğu kimi o zaman-
kı monqolların passionar gərilməsi, yəni etnosun ruh yüksəkliyinin artması on-
ların gücünü qarşılarında duran vəzifələrin həll edilməsi səviyyəsinə qaldırdı.
Nəhayət, Çnngiz xanın bütün fütuhatları onun yarımvəhşi tayfanın
başçısı, qüdrətli döyüşçü və islahatçı olduğu üçün deyil, böyük Asiya qitəsində,
gələcək «maarifçi» avropalıların vəhşi heyvan dərilərində sərkərdan dolaş-
dıqları və bir-birlərini daş baltalarla qovduqları bir zamanda mövcud olan
minillik bir
mədəniyyətin varisi olduğu üçün mümkün olmuşdu [10, 9].
Çingiz
xanın fəaliyyəti o vaxta qədər müsbət və mütərəqqi idi ki,
obyektiv tarixi proses monqol
xalqının birləşdirilməsi və feodal dövlətinin
formalaşmasına yönəlmişdi. O öz hakimiyyətinin ilk dövründə, təxminən XIII
əsrin ikinci onilliyinin başlanğıcına qədər məhz bu istiqamətdə hərəkət
etmi
şdir. Lakin sonradan Çingiz xan və onun ətrafı gənc dövlətin enerjisini
işğalçılıq müharibələrinin aparılmasına sərf etdi, nəticədə bu müharibələr ram
edilmiş ölkələrin xalqlarına ölçüyəgəlməz əzablar verdi və Monqolustanın
özünə fəlakət gətirdi...
101
Çingiz xan
və onun silahdaşlarının istilaları monqolların xeyli hissəsini
ölkə hüdudlarından uzaqlaşdırdı və onlar Monqolustandan uzaqlarda ram edil-
miş xalqlarla sıx əlaqə yaratdılar. Çində, İranda, Orta Asiyada, rus knyazlıqla-
rında, Qafqazda əhali feodal cəmiyyətinin inkişaf etmiş mədəniyyət şəraitində
yaşayırdılar. Nəticədə monqollarda F. Engelsin yazdıqları baş verdi: "Hər dəfə,
işğalçı daha zəif mədəniyyətə malik xalq olanda, nəticədə aydın məsələdir ki,
iqtisadi
inkişafın gedişi pozulur və məhsuldar qüvvələr kütləvi məhv olmağa
düçar olur. Lakin uzun
müddət işğal zamanı daha az mədəni istilaçı çox halda
əsarət altına alınmış ölkənin daha yüksək "təsərrüfat vəziyyətinə uyğunlaşmağa
məcbur olur, o (işğalçı) istila edilmiş xalq tərəfindən assimilyasiya edilir və
böyük bir
hissəsi onun dilini mənimsəməyə məcbur olur".
Çingiz
xanın işğalçılıq yürüşləri Monqolustanın özü üçün faciəyə çevrildi
və onun inkişafı bir neçə əsr ləngidi. Ölkənin maddi və mənəvi qüvvələri
fasiləsiz hərbi yürüşlərə cəlb edildi. Monqolustan əhalisinin xeyli hissəsini
itirdi,
monqolların böyük bir qismi müxtəlif ölkələrə səpələndi və digər xalqla-
rın içərisində əridi. Özgə ölkələrdən əldə edilən böyük var-dövlət sadə xalqı
deyil,
əsasən çingizidləri və hərbi monqol feodallarının hərbi-komanda dairələ-
rini
varlandırdı. Bu sərvətdən Monqolustana yalnız kiçik bir hissə daxil olurdu,
bu
isə ölkənin məhsuldar qüvvələrini canlandırmadı və canlandıra da bilməzdi.
Çingiz xan
və onun varislərinin istilaları aratlara (maldarlara) heç bir iqtisadi
mənfəət gətirmədi. Monqolustan geridə qalmış heyvandarlıq ölkəsi olaraq
qaldı.
Belə yerdə deyirlər, kiminin əvvəli, kiminin axırı.
ƏDƏBİYYAT
1.
Гумилев Л.Н. Ритмы Евразии. М.: Прогресс, фирма «ПрогрессПангея», «Экопрос».
199
3, 570 с.
2.
Гумилев Л.Н. Поиски вымышленного царства. М.: Айрис-Пресс, 2009, 1970, 432 с.
3.
Гумилев Л.Н. Люди и природа Великой степи // Вопросы истории, 1973, №11.
4.
Гумилев Л.Н. Хунну. М.: Восточная литература, 1960, 292 с.
5.
Qumilyov L.N.
Qədim türklər. Bakı: Elm, 1993.
6.
Капица М.С. Ещё раз о роли Чингизхана в истории // Вопросы истории. Москва,
1988, №7.
7.
Мункуев Н.П. Заметки о древних монголах. В.кн. Татары-монголы в Азии и Европе.
М.: Наука, 1977, с. 365-366.
8.
История стран зарубежной Азии в средние века. М.: Наука, 1970, 580 с.
9.
Мурад Аджи. Европа. Турки. Великая степь. М.: Мысль, 1993, 331 с.
10.
Александр Бушков. Чингизхан. Неизвестная Азия. М: 3АО «Олма медиа Грунн»,
2007, 544 с.
102
МОНГОЛЬСКИЙ ФЕНОМЕН ИЛИ ИСТОРИЧЕСКАЯ РЕАЛЬНОСТЬ
Р.И.МАГЕРРАМОВ
РЕЗЮМЕ
Статья посвящена одной из интересных и актуальных проблем, недостаточно ис-
следованных в развитии истории монголо-тюркским историческим событиям.
Автор подробно анализирует причины значительных завоеваний монголами с не-
большой численностью армии по сравнению с мировым экономическим потенциалом.
Внося ясность в развитие исторических событий, они логически аргументируют их связь
не только монгольским феноменом, но исторической реальностью.
Ключевые слова: монгол, Чингиз хан, война, феодал, кочевник, феномен
MONGOLIAN PHENOMENON OR HISTORIC REALITIES
R.I.MAHARRAMOV
SUMMARY
The article is devoted to one of the interesting and actual problems which has not found
its absolute solution in Mongolian- Turkish historical studies .
The author thoroughly analyses the causes of Mongolian conquest of the greater part of
the world which has economies and men potential with minority forces and proves with forci-
ble and logical arguments that it was not connected with Mongolian phenomenon but historical
realities.
Key words: Mongol, Chingiz khan, war, pheodal, mignatory, phenomenon
Dostları ilə paylaş: |