Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 60,4 Kb.
Pdf görüntüsü
tarix23.09.2017
ölçüsü60,4 Kb.
#1301


 

 

36



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

Humanitar elmlər seriyası    

2010 

 

 

 

BƏXTİYAR VAHABZADƏNİN POEZİYASINDA  

GÜNEY AZƏRBAYCAN PROBLEMİ 

 

A.R.MİRZƏYEVA 

Bakı Dövlət Universiteti 

aidazalova@mail.ru 

 

Məqalədə müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Bəxti-

yar Vahabzadənin yaradıcılığında Güney Azərbaycan problemi təhlil obyektinə çevrilmiş, onun 

XX  əsrin ortalarından başlayaraq bu mövzuda yazdığı  şeir və poemaları araşdırılmışdır. 

Araşdırmada  şairin Güney Azərbaycan problemini orijinal şəkildə  əks etdirdiyi “Gülüstan”, 

“Mərziyə” və “İstiqlal” poemalarına daha çox diqqət yetirilmişdir. 

Məqalədə mövzu ilə bağlı Bəxtiyar Vahabzadə haqqında yazılmış ən mühüm mənbələrə 

istinad olunmuşdur. 

 

Açar sözlər: Bəxtiyar Vahabzadə, poeziya, müstəqillik. 



 

Bəхtiyar Vahabzadənin istiqlal poеziyasının əhəmiyyətli bir qolunu Azərbayca-

nın Günеyi ilə bağlı qələmə aldığı poеtik örnəklər təşkil еdir. Şairin yaradıcılıq yolu-

nun xronoloji müstəvidə nəzərdən keçirilməsi onun daim bu mövzuya həssas münasi-

bət bəslədiyini aşkara çıxarmaqdadır. Belə ki, müəllif istər  şeir və poemalarında, 

istərsə də ədəbi-tənqidi və publisistik yazılarında Güney Azərbaycan mövzusuna də-

fələrlə müraciət etmiş, yüksək bədii dəyərə malik əsərləri ilə bu problemin kütləviləş-

məsinə, millətin ortaq dərdinə çevrilməsinə çalışmışdır. 

Tədqiqatçı  Həsən Həsənovun Bəхtiyar Vahabzadənin yaradıcılığına həsr etdiyi 

«Azərbaycanın Bəхtiyarı, yaхud «Gülüstan»dan «Şəhidlər»ə gedən yol» adlı kitabında 

qeyd etdiyi kimi «Azadlıq mövzusu Bəхtiyar Vahabzadə yaradıcılığının aparıcı möv-

zularındandır. Bəхtiyar Vahabzadə azadlığı  şeir pafosu ilə pomantik bir tərzdə yoх, 

demək olar ki, bu anlayışı dərindən təhlil edərək onun dolğun və gerçəkli izahını verir: 

Azadlıq bütün inamların ən yüksəyidir, kimdənsə umulmamalıdır, o, ərməğan şəklində 

verilməməlidir, yadlara ümidli olmaqla onu əldə etmək olmaz, onu хalq öz mübarizəsi 

ilə qazanmalıdır və onun yolunda хalq qurbanlar verməyə hazır olmalıdır» (3, 17). 

«Müasir Azərbaycan  ədəbiyyatının maraqlı hadisələrindən» (4, 192) olan 

Bəхtiyar Vahabzadə Səməd Vurğun, Rəsul Rza, Sülеyman Rüstəm, Osman Sarıvəlli, 

Əli Kərim, Balaş Azəroğlu, Nigar Rəfibəyli, Hüsеyn Arif, Məmməd Araz, Хəlil Rza 

Uluturk,  Əli Tudə, Qabil, Fikrət Qoca, Ramiz Rövşən, Məmməd  İsmayıl və digər 

şairlərin mənsub olduğu  ədəbi-mədəni mühitdə yaşamış  və yazıb-yaratmışdır. Bağlı 

olduğu mühitin sosial-siyasi və  ədəbi-kulturoloji  şərtləri onun dünyagörüşündə  və 

yaradıcılıq təkamülündə ciddi rol oynamışdır.  

Bəхtiyar Vahabzadənin hələ yaradıcılığının ilk dövrlərindən başlayaraq, Güney 




 

 

37



Azərbaycan mövzusunda əsərlər yazması onun istiqlal məfkurəsinə bağlılığından 

qaynaqlanır. Belə ki, şairin qələminə məxsus «Cənublu bacıma», «Vətəndən Vətənə», 

«Şəhriyara»  və digər şeirləri bu baxımdan maraq doğurmaqdadır. 

«Cənublu bacıma» (1951) adlı şeirdə Azərbaycanın Güney dərdi özünəməxsus 

şəkildə bədii təcəssümünü tapmışdır. Güneydə xalça fabrikində ağır şərtlər altında iş-

ləyən bir qadının kədərli, ümidsiz həyatının bəzi məqamlarını əks etdirən şeirdə şair 

dolayısı ilə Azərbaycan xalqının taleyi və faciəvi durumu ilə bağlı fikirlərini əks et-

dirmək məramını izləmişdir. 

Ay kamı qəlbində qıvrılan bacım, 

Dərdli nəğmələrin tanışdır mənə. 

Dumanlı Təbrizin dumanlarından 

Şehmi çilənmişdir kirpiklərinə? (6, 84). 

 

Həcmcə o qədər də böyük olmayan «Vətəndən Vətənə» (1962) adlı  şeirində 



müəllif Azərbaycanın parçalanmasının millətin tarixi, taleyi və mənəvi-ruhi dünyasın-

da yaratdığı ağrı və əzablara yönəldərək bədii düşüncələrini ifadə etmişdir. 

Arazın 

bu tayı Vətənim, 



o tayı Vətənim. 

Vətəni görməyə amanım yox mənim (7, 88). 

 

Vətəndaş şair doğma Vətəninin ikiyə parçalanmasına, qədim tarixə malik olan 



millətinin ayrı-ayrı sərhədlər içərisində yaşamasına dözə bilmir. Xalqına qarşı yönə-

lən bu haqsızlıq onu son dərəcə hiddətləndirir. Müəllif öz dərdini Bağdadda yaşayan, 

qürbətdən Vətənə boylanan Füzuli ilə müqayisə edir. Lakin Füzulidən fərqli olaraq, o 

öz Vətəninə qürbətdən deyil, öz Vətənindən baxır. 

Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı, 

Mən isə... 

Vətəndən Vətənə baxıram (7, 88). 

 

Bəхtiyar Vahabzadənin 1959-cu ildə  «Şəki fəhləsi» qəzetində  dərc etdirdiyi 



«Gülüstan» poeması sovet siyasi rejimi dönəmində qələmə alınmış poetik örnəklərdən 

biri kimi diqqəti çəkməkdədir. Poemada müəllif yüksək poetik formada Azərbaycanın 

parçalanması  və müstəmləkəçilik tarixinə  bədii ekskurs etmiş, imperiyaların  əli ilə 

xalqın sürükləndiyi bu faciənin canlı mənzərəsini yaratmışdır. O dövr üçün çox böyük 

cəsarət olan bu addım yalnız  ədəbi-mədəni mühitdə deyil, ictimai-siyasi arenada da 

böyük rezonans doğurmuşdur. 

Azərbaycanın birliyi və istiqlalı  uğrunda mübarizə aparmış  Səttar xan, Şeyx 

Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin xatirəsinə ithaf edilmiş «Gülüstan» 

poeması vətənimizin İran və Rusiya imperiyaları arasında parçalanması tarixinə həsr 

olunmuşdur. Burada qaldırılan problemlər öz dövrü üçün son dərəcə  əhəmiyyətli 

məsələlərdir. Təsadüfi deyildir ki, əsər dərc olunan kimi dərhal senzuranın diqqətini 

çəkmiş, qəzetin bütün tirajı müsadirə olunmuşdur. Poemada Azərbaycanın parçalan-

ması sovet dövrü tarixşünaslığının qeyd etdiyi şəkildə «ilhaq» kimi deyil, «işğal» 

kimi səciyyələndirilmişdir. 

 



 

 

38



Öz sivri ucuyla bu lələk qələm, 

Dəldi sinəsini Azərbaycanın. 

Başını qaldırdı, ancaq dəmbədəm 

Kəsdilər səsini Azərbaycanın (6, 596). 

 

Maraqlıdır ki, poemada müəllif Azərbaycanı ikiyə parçalayan «bu işğalın təkcə 



tarixə deyil, bu günə  də aid olduğunu israr edir» (11, 190). Başqa bir məqama da 

diqqət yetirmək lazımdır ki, məhz bu poemanın timsalında «milli birlik, Azərbaycanı 

vahid görmək ideyası sovet dönəmində Bəxtiyar Vahabzadədən başlayır» (11, 190).  

Poemanın  əvvəlində  şair Azərbaycanın parçalanmasına imza atan imperiya 

cəlladlarının xalqın arzu və istəyinə olan biganə münasibətinə diqqəti yönəltməyə 

çalışır. Bu biganəliyin arxasında millətin taleyinə yazılmış gələcək faciələrin işartıları 

özünü büruzə verir: 

Ö güldü kağıza qоl çəkən zaman, 

Qıydı ürəklərin hicran səsinə. 

О güldü haqq üçün daim çarpışan, 

Bir xalqın tarixi faciəsinə (6, 597). 

 

Qeyd edək ki, «Gülüstan» poemasının ruhunda və mahiyyətində ikiyə parça-



lanmış bir ölkənin bütövləşmək əzmi dayanmaqdadır. Şairin qənaətincə, ölkə «kağız-

lar üstündə» bölünsə  də, ruhən, mənən bütövdür və bu bütövlüyü heç bir sənədlə, 

möhürlə sarsıtmaq, aradan qaldırmaq mümkün deyildir. 

Ağalar bilmədi birdir bu torpaq; 

Təbriz də, Bakı da – Azərbaycandır, 

Bir elin ruhunu, dilini ancaq 

Kağızlar üstündə bölmək asandır (6, 603). 

 

Bəxtiyar Vahabzadənin «Gülüstan» pоemasında əsas diqqət yalnız tarixi faktla-



ra yönəldilmir, burada həmçinin xalqı əsarətə, parçalanmaya bоyun əyməməyə, azad-

lıq, istiqlaliyyət, bütövlük uğrunda mübarizəyə  səsləyiş ruhu qabarıq  şəkildə ifadə 

olunmuşdur. 

«Gülüstan» poemasının sətirləri arasında bəzən pessimizm, ümidsizlik təlqin 

edən misralara təsadüf olunsa da, bunlar ötəri səciyyə daşıyır və əsər bütövlükdə mü-

barizlik ovqatına köklənmiş  sənət örnəyi kimi diqqəti çəkir.  Əsər ustad Şəhriyarın 

məşhur «Heydərbabaya salam» poemasından gətirilmiş aşağıdakı misralarla tamamla-

nır. Bu misralarla müəllif ayrılıq həsrətinin böyüklüyünə diqqəti yönəltmək məramı 

izləmişdir: 

Bir uçaydım bu çırpınan yelinən, 

Qovuşaydım dağdan aşan selinən, 

Ağlaşaydım uzaq düşən elinən, 

Bir görəydim ayrılığı kim saldı, 

Ölkəmizdə kim qırıldı, kim qaldı (6, 604). 

 

Müəllifin yaradıcılığının sonrakı dövrlərində qələmə aldığı ayrı-ayrı şeirlərində 



də Güney Azərbaycanla bağlı məqamlara diqqət yetirilmişdir. Şairin bu səpkili şeirlə-

rində


 

vətən sevgisinin ilahiliyi, müqəddəsliyi bədii ifadəsini tapmışdır.

 

Müəllif «Qür-




 

 

39



bət-Vətən» adlı  şеirində diqqəti Azərbaycanın bütövlüyünə yönəldir, doğma yurdu 

parçalanmış şəkildə təqdim еdənlərə bir vətəndaş kimi еtirazını bildirir: 

Anamız birdirsə - Vətən də birdir, 

Nə ana, nə Vətən iki olammaz. 

 

Bəxtiyar Vahabzadənin «Şəhriyara», «Ustad Şəhriyardan Süleyman Rüstəmə», 



«Eyni yaşdayıq», «Nə ondansan, nə bundan», «Bakıyla Təbrizin arasındayam», 

«Azəroğluna» və bir çox digər şeirləri Güney Azərbaycan probleminə həsr olunmuş-

dur. Bu şeirlərdə müəllif bir vətəndaş yanğısı ilə doğma xalqının başına gətirilən 

faciələrə özünün poetik münasibətini bildirir. Şair Azərbaycan xalqının yaşadığı 

faciələri həm şəxsi, həm də ictimai müstəvidə dəyərləndirməyə çalışır. 

«Azərbaycan oğluyam» (1966) şeirində  Vətənimizin parçalanması probleminə 

özünəməxsus rakursdan yanaşan şair Təbrizlə Bakını özü üçün müqəddəs Məkkəylə 

Mədinə hesab etdiyini bildirir. «Şəhriyara» (1965) adlı  şeirdə  Bəxtiyar Vahabzadə 

«Heydərbaba» müəllifinə uzun illərin ayrılığından sonra doğma ana dilində yazdığı 

üçün bir vətəndaş-şair kimi minnətdarlığını bildirir. Ədib fars dilində yazmaqla 

anasından, doğmalarından, öz xalqından ayrı düşən ustad Şəhriyarın millətinə dönü-

şünü böyük fərəh hissi ilə alqışlayır. 

Heydərbaba qarşısında əyilən – 

O başının önündə baş əyirəm, 

Yalnız indi sənə qardaş deyirəm! (7, 145). 

 

Şairin «Ustad Şəhriyardan Süleyman Rüstəmə» adlı şeirində Azərbaycanın iki-



yə parçalanması ilə baş qaldıran vətən həsrətinin ağrı-acı və iztirabları bədii ifadəsini 

tapmışdır. 

Xudafərin körpüsündən, 

Keçəmmirik nə sən, nə mən. 

Hələ ordan keçə bilən, 

Şeirimizdir, gedər, gələr, 

Aramızda körpü salar (8, 33). 

 

Bəxtiyar Vahabzadənin «Bakıyla Təbrizin arasındayam» (1969) adlı  şeirində 



Azərbaycanın parçalanmasının  şairin ruhunda yaratdığı sarsıntı  və iztirablar bədii 

ifadəsini tapmışdır. Dörd bənddən ibarət olan bu şeirdə inikasını tapan ictimai 

narahatlıq, dərd və həsrət duyğuları oxucunu dərin düşüncələrə qərq edir. Şeirin son 

bəndində isə müəllifi kədərləndirən dərdin mahiyyəti aşkarlanır: 

Bəxtiyar, sinəndən neçə «mən» keçir; 

Biri dərdli keçir, biri şən keçir. 

Məftilli çəpərlər sinəmdən keçir, 

Bakıyla Təbrizin arasındayam (6, 596).   

 

Tənqidçi Vaqif Yusifli yazır: «Bəxtiyar Vahabzadə poeziyamızda milli birliyin, 



vahid azərbaycançılığın lideri idi. Bu fikri söyləməklə onun poeziya tarixində xidmət-

lərini şişirtmək fikrində deyilik. Ancaq həqiqət budur ki, milli birlik, Azərbaycanı va-

hid görmək ideyası sovet dönəmində  Bəxtiyar Vahabzadə poeziyasından başlayır» 

(12). 



 

 

40



Bəxtiyar Vahabzadənin «Azəroğluna» (1961) adlı şeiri Azərbaycanın xalq şairi 

Balaş Azəroğluna həsr olunmuşdur. Müəllif  əslən Azərbaycanın Güneyindən olan 

qələm dostu ilə qarşılaşarkən onun qəlbində hicran odu alovlanır. 

Sən mənə həsrətsən, mən sənə həsrət, 

Bitməzmi həsrətin ömrü, ay Balaş? 

Qalmışıq Vətəndə Vətənə həsrət 

Necə vətəndaşıq, necə vətəndaş? (10, 25). 

 

Müəllifi kədərləndirən budur ki, özünə Azəroğlu təxəllüsü götürən şairin vətəni 



yağılar əlində əsarətdədir: 

Qırdılar Vətənin qol-qanadını, 

Biz xeyir oğluyuq, olduq şər oğlu. 

Niyə Azəroğlu qoydun adını, 

Hanı Azərbaycan, ay Azəroğlu? (10, 25). 

 

Bəxtiyar Vahabzadənin Xudu Məmmədovun xatirəsinə  həsr etdiyi «Gülüstan-



Qarabağ» adlı şeirində Dağlıq Qarabağın erməni-daşnak qəsbkarları tərəfindən işğal 

olunması  məsələsindən bəhs olunarkən Azərbaycanın parçalanması tarixi xatırlanır. 

Şair 1813-cü ildə imzalanmış «Gülüstan» sülh müqaviləsini xatırlayaraq vətənin 

parçalanması prosesinin indi də davam etdiyinə diqqəti çəkir: 

«Gülüstan» sazişi bir qandal kimi 

Keçdi qolumuza, biz məhkum olduq. 

Əsir Qarabağım köhnə dərdimi, 

Sızlatdı, biz təzə dərdə tutulduq (10, 24-25). 

 

Şairi narahat edən budur ki, Azərbaycanın ikiyə parçalanması iki əsrə yaxın bir ta-



rixi əhatə elədiyi kimi, Dağlıq Qarabag itkisi də uzanaraq ərazi itkisi ilə nəticələnə bilər. 

Bəхtiyar Vahabzadənin sovet siyasi dönəmində  qələmə aldığı «Mərziyə» 

(1984) poemasının mövzusu da Güney Azərbaycan xalqının həyatından alınmışdır. 

Poemada nakam taleli şairə  Mərziyə Üskuyinin timsalında Azərbaycanın dərd və 

ağrıları orijinal bədii ifadəsini tapmışdır.  

Qorxu bizə nə verər, qorxu bizdən nə alar, 

Qorxu adlı o iblis doğar kölə balalar. 

Kölə balalar isə mütiliyi balalar (8, 481). 

 

Şairin fikrincə, hər bir millətin varlığı, şərəfi, ləyaqəti onun azadlığı, müstəqil 



dövlətçiliyi ilə bağlıdır. Mərziyə Üskuyinin İranda əsarət həyatı yaşayan Azərbaycan 

türklərinin dili, azadlığı  uğrunda mübarizə aparması  və buna görə  qətlə yetirilməsi 

şairi hiddətləndirir. Şübhəsiz ki, poema yazılan dövrdə Azərbaycanın Quzeyi də hələ 

istiqlaliyyətinə qovuşmamışdı. Bu mənada şairin azadlıqla bağlı düşüncələri o taylı-

bu taylı Azərbaycan xalqına ünvanlanmaqdadır. 

Millətin millətliyi yaşar ləyaqətində - 

Eşqində, qeyrətində, 

Şərəfində, adında 

Bir də...azadlığında (8, 481). 

 



 

 

41



Bəхtiyar Vahabzadənin «Gülüstan» əsərinin ikinci hissəsi kimi qələmə aldığı 

«İstiqlal» (1999) poeması da Güney Azərbaycan probleminə həsr olunmuşdur. Azər-

baycanın Güneyində gedən istiqlal hərəkatının liderlərindən biri olan M.Çöhrəqanlıya 

ithaf olumuş poemada aradan uzun zaman keçməsinə baxmayaraq, milli problem-

lərimizin həllini tapmaması şairi dərindən düşündürür. 

Daş körpü – vəhdətim, daş Xudafərin! 

Gərəksiz daşların qalağı oldu. 

Üstündən bir kimsə keçə bilmədi, 

Bölünən bir xalqın göz dağı oldu (9, 665). 

 

Poemada dünyanın  əsir, kölə olan bütün xalqlarının istiqlaliyyət  əldə etdiyi



azadlığa qovuşduğu, hətta imperializm zülmü altında inləyən Afrikanın hürriyyət 

qazandığı, lakin qədim mədəniyyətə  və dövlətçilik tarixinə malik olan Azərbaycan 

türklərinin hələ  də  əsarət boyunduruğunu ata bilmədiyi ürək ağrısı ilə  təsvir olun-

muşdur. 


Göyə dirək oldu amanım, ahım, 

Halalca haqqımız bizdən yan qaçar. 

Zəncinin baxtını açan Allahım 

Bəs mənim bəxtimi nə zaman açar? (9, 658). 

 

«İstiqlal» poemasında  şair Azərbaycanın Quzeyinin istiqlalına qovuşmasına, 



Güneydə isə xalqın hələ də əsarət zülmünə boyun əydiyinə diqqəti çəkmiş, İran islam 

rejiminin ermənilərlə əməkdaşlığınu vurğulamışdır. 

Vaqif Yusifli yazır: «Mənim fikrimcə, Bəxtiyar Vahabzadə Mirzə  Ələkbər 

Sabirdən sonra dövranla, dünya ilə  ən amansız müxalifətdə olan şairlərimizdən 

biridir. Dahi Sabirin «Hophopnamə»si göz yaşları içində  qəhqəhə idi, üz tutduğu 

xalqa «özünü dərk et» harayını, fəryadını çatdırırdı. Bəxtiyarın  «Bəxtiyarnamə»si isə 

nə göz yaşlarıdı, nə də qəhqəhə. Müdrik bir şair-filosofun bəzən çılğın, bəzən qəzəb, 

hiddət, üsyan dolu çağırışlarıdır. «Ey xalqım, özünü dərk et və düşün...əsrlər boyu 

səni izləyən və qəhr edən bu bəlalardan özün çıxış yolu ara, tarixdən ibrət al!» (12).  

Ümumiyyətlə, Bəxtiyar Vahabzadənin poetik yaradıcılığında Güney Azərbay-

can probleminin mühüm yer tutması bir sıra səbəblərlə bağlıdır. Hər  şeydən  əvvəl, 

şair bir vətəndaş kimi doğma xalqının və Vətəninin ikiyə parçalanmasına etiraz səsini 

ucaltmaq məramını izləmişdir. Digər tərəfdən, bu mövzu şairə milli istiqlal prob-

lemini sovet siyasi rejiminin ən sərt dönəmlərində belə  aşkar  şəkildə qaldırmaq 

imkanları vermişdir. Həmçinin  bu kontekstdə müəllif poetik axtarışlarının mövzu 

hüdudlarını genişləndirmiş, əsərlərini yeni keyfiyyət və çalarlarla zənginləşdirmişdir. 



 

ƏDƏBİYYAT 

1.

 



Alışanlı Şirindil. Ədəbi-bədii düşüncənin sərhədləri. Bakı: Sabah, 2010, 360 s. 

2.

 



Həbibbəyli İsa. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı: Nurlan, 2007, 696 s. 

3.

 



Həsənov Həsən. Azərbaycanın Bəxtiyarı, yaxud «Gülüstan»dan «Şəhidlər»ə gedən yol. 

Bakı: Apostrof, 2009, 48 s. 

4.

 

Rza Rəsul. Seçilmiş əsərləri. 5 cilddə, V c., Bakı: Öndər, 2005, 264 s. 



5.

 

Türk dünyasının Bəхtiyarı, 2 hissədə, I h., Bakı: Təfəkkür NPM, 2002, 364 s. 



6.

 

Vahabzadə Bəхtiyar. Əsərləri, 10 cilddə, I c., Bakı: Elm, 2008, 612 s. 



7.

 

Vahabzadə Bəхtiyar. Əsərləri, 10 cilddə, I c., Bakı: Elm, 2008, 616 s. 




 

 

42



8.

 

Vahabzadə Bəхtiyar. Əsərləri, 10 cilddə, I c., Bakı: Elm, 2008, 584 s. 



9.

 

Vahabzadə Bəхtiyar. Əsərləri, 10 cilddə, I c., Bakı: Elm, 2008, 738 s. 



10.

 

Vahabzadə Bəхtiyar. Əsərləri, 10 cilddə, I c., Bakı: Elm, 2009, 518 s. 



11.

 

Yusifli Vaqif. Poeziyanın yolları və illəri (1960-2000-ci illər), Bakı: Mütərcim, 2009, 404 s. 



12.

 

Yusifli Vaqif. Poeziyamızın Bəxtiyarı, «Ədəbiyyat qəzеti», Bakı, № 33 (3732), 2010, 20 avqust. 



 

ПРОБЛЕМА ЮЖНОГО АЗЕРБАЙДЖАНА 

В ПОЭЗИИ БАХТИЯРА ВАГАБЗАДЕ 

 

А.Р.МИРЗОЕВА 

 

РЕЗЮМЕ 

 

 



Объектом  исследования  статьи  является  проблема  Южного  Азербайджана  в 

поэзии  Бахтияра  Вагабзаде – одного  из  видных  представителей  азербайджанской 

литературы. Здесь анализируются его стихотворения и поэмы на эту тему, написанные 

начиная  с  середины  ХХ  века.  Наибольшее  внимание  уделено  таким  произведениям 

поэта,  как  поэмы  «Гюлюстан», «Мярзия»  и  «Истиглал»,  в  которых  проблема  Южного 

Азербайджана нашла свое оригинальное отображение. 

Статья  основана  на  наиболее  важных  источниках,  посвященных  данной  теме  в 

творчестве Бахтияра Вагабзаде. 



Ключевые слова – Бахтияра Вагабзаде,  поэзия, самостоятельность. 

 

THE PROBLEM OF SOUTHERN AZERBAIJAN 

IN THE POETRY OF BAKHTIYAR VAHABZADEH 

 

A.R.MIRZAYEVA 

 

SUMMARY 

 

The article analyzes the problem of Southern Azerbaijan in the literary works of 



Bakhtiyar Vahabzadeh, one of the prominent representatives of modern Azerbaijani literature. 

The article scrutinizes the poems written by the author on this theme starting from mid-XX 

century. It specially focuses on the poems “Gulustan”, “Marziya” and “Istiglal” which reflect 

the problem of Southern Azerbaijan in a very original way. 

The article refers to the most important sources written about Bakhtiyar Vahabzadeh on 

this theme. 



Key words: Bakhtiyar Vahabzadeh, poetry, independence. 

 

Yüklə 60,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə