Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 84,33 Kb.
Pdf görüntüsü
tarix23.09.2017
ölçüsü84,33 Kb.
#1302


 

40 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2012 

 

 



 

UOT 82; 82-1 

  

MİLLİ İSTİQLAL PROBLEMİ B.VAHABZADƏNİN  



POETİK İŞIĞINDA 

 

A.R.M

İRZƏYEVA 

Bakı Dövlət Universiteti 

Zalova-Aida@ mail.ru 

 

Məqalədə Bəxtiyar Vahabzadənin yaradıcılığında milli istiqlal problemi təhlil obyekti-

nə çevrilmişdir. Yazıda şairin “Köləliyə sədaqət”, “Azadlıq”, “Əsarət-azadlıq”, “Vətən mar-

şı”,  “Azərbaycan”,  “Unudulsun  unutqanlıq”,  “İlk  və  son dərdim  -Vətən”,  “Siz  böyüyün  ey 



yüklər”,  “Şər  şeytana,  xeyir  Allaha”,  “Atatürk”,  “M.Ə.Rəsulzadənin  xatirəsinə”,  “Ye-

niləşmiş  ittifaq”,  “Öz-özünü  tanımaq”,  “Əgər  qorunmasa  istiqlalımız”,  “Nəvəm-istiqlalım” 

və digər şeirləri bəhs olunan problem fonunda araşdırılmışdır. Həmçinin şairin yaradıcılığı 

ilə bağlı tədqiqat aparan müəlliflərin araşdırmalarından da yeri gəldikcə istifadə olunmuşdur. 

 

Açar sözlər: B.Vahabzadə, istiqlal, poeziya,azadlıq, ədəbiyyat, vətən, müstəqillik 

 

Azərbaycanın istiqlaliyyəti məsələsi Bəxtiyar Vahabzadəni daim düşün-



dürmüşdür.  Şairin  «Köləliyə  sədaqət»,  «Azadlıq»,  «Əsarət-azadlıq»,  «Vətən 

mar


şı», «Azərbaycan əsgəri», «Azərbaycan», «Unudulsun unutqanlıq», «İlk və 

son  dərdim  –Vətən»,  «Siz  böyüyün,  ey  böyüklər»,  «Şər  -  şeytana,  xeyir  - 

Allaha», «Ata

türk»,  «M.Ə.Rəsulzadənin  xatirəsinə»,  «Yeniləşmiş  ittifaq», 

«Öz-

özünü tanımaq», «Əgər qorunmasa istiqlalımız», «Nəvəm -istiqlalım» və 



digər şeirləri bu problemin müxtəlif aspektlərinə həsr olunmuşdur. 

Ədib «İstiqlal günü» (1992) adlı məqaləsində yazırdı: «İyirminci illərdən 

üzü bəri bütün yazıçı və şairlərimiz, tarixçi alimlərimiz xalq Cümhuriyyətimizi 

zülm və istismar dövləti, yaradıcılarını isə xalq düşməni, vətən xaini adlandı-

ranlar bir anlıq da olsa öz vicdanlarından niyə utanmadılar? Axı, onlar həqiqəti 

bilirdilər. Həqiqəti yaza bilmədilər, heç olmasa susaydılar…Yetmiş ildə həm 

şeirimiz,  həm  nəsrimiz,  həm  dramaturgiyamız,  həm  də  tənqidi fikrimiz bu 

respublikanı  damğalamaqla  məşğul  olmuşdur.  İndi  isə  bu  günün  zirvəsindən 

həmin əsərlərə baxanda adamı dəhşət götürür» (8, 64). 

«Köləliyə sədaqət» (1991) adlı şeirində şair Sovetlər Birliyinin dağılma-

sı ərəfəsində Azərbaycana rəhbərlik edənlərin imperiya cəlladlarına arxa, da-

yaq olmala

rını, milli azadlıq uğrunda mübarizəyə qalxan xalqın qarşısına sipər 

çəkmələrinı  köləlik  kimi  dəyərləndirir.  Şair  dünyada  cərəyan  edən  siyasi 

prosesləri  layiqincə  dəyərləndirməyən,  buna  görə  də  öz  xalqına  düşmən  kə-



 

41 


silən bu cür başçıları sərt şəkildə ittiham edir: 

Daşmaq vaxtı çatıbdır, biz nə qədər qaynayaq? 

Mərkəzin çaldığına yenədəmi oynayaq? 

Nə vaxt biləcəyik biz 

Mütilik – 

millətləri dəfn edir diri-diri, 

Mütilik – 

hər məqamda azadlığın zənciri! (7, 47). 

Bütün  yaradıcılığı  boyu  «azadlıq  mövzusunu  dilə  gətirmiş»,  «azadlığı 

həyatının başlıca idealına çevirmiş» (3, 27) Bəхtiyar Vahabzadənin «Azadlıq» 

ad

lanan  şeirində  Azərbaycanın  uzun  illərdən  sonra  yenidən  istiqlaliyyət  əldə 



etməsi milli dəyər kimi səciyyələndirilir: 

Azadlıq, azadlıq! Ömrüm boyunca, 

Sənin acın oldum, möhtacın oldum (9, 209). 

«Azad


lıq» şeirinin sonrakı misralarında şair azadlıq məfhumunun yalnız 

si

yasi anlamda deyil, həmçinin şəxsi mənada da mühüm əhəmiyyət kəsb etdi-



yini söyləyir: 

Azadlıq eşqilə qol-qola çatdıq, 

Azadlıq naminə bayraq ucaltdıq. 

Səpdik qanımızı qədəmlərinə, 

Baha başa gəldin bizə sən, baha. 

Azadlıq! Nəhayət qovuşduq sənə, 

Amma deyəmmədik: «Şükür Allaha» (9, 209). 

Göründüyü kimi, müəllif şeirdə azadlıq anlayışının geniş məzmun daşı-

dığını  qabardaraq,  azadlığa  bütünlüklə  qovuşmadan  xoşbəxt  olmağın  qeyri-

mümkünlüyü qənaətinə gəlir. 

Tənqidçi-ədəbiyyatşünas  Mürşüd  Məmmədli  görkəmli  şairin  anadan 

olma


sının  80  illik  yubileyinə  həsr  edilmiş  «Ustad»  adlı  məqaləsində:  «Bəx-

tiyar Vahabzadə bütöv bir istiqlalçı nəslin ideoloqu, tərbiyəçisi və ustadı olub. 

Onun  imzası  olmadan  millətin  istiqlal  hərəkatı  yarımçıq  görünərdi»  (4)  - 

tezisini  irəli  sürür.  Şübhəsiz  ki,  vətəndaş  şairin  yaradıcılıq  yolu  bütün  bu 

deyilənlərin doğruluğuna oxucunu tam inandırır. 

Bəxtiyar Vahabzadə «Azərbaycan əsgəri» (1992) adlı şеirində Vətən sər-

hədini qoruyan əsgərlərə üz tutaraq torpaqlarımıza göz dikmiş qəddar, zalım 

düşməndən intiqam almağa çağırır. 

Başımızın üstündədir üç rəngli bayraq, 

Əvvəlimiz, axırımız bu ana torpaq. 

Bu torpağın keşiyində əzm ilə durmaq 

Bu millətin oğlu üçün şöhrət, şərəf, şan (7, 52).  

«Azərbaycan» (1991) adlanan şеirində isə müəllif doğma yurdun azadlı-

ğı uğrunda qurban gedən şəhid oğulların хatirəsinin hеç bir zaman xatirələrdən 

silin

məyəcəyi qənaətini ifadə edərək yazır: 



Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız, 

Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız (7, 61 ).  

Şairin «Günahdan günahdır» (1995) adlı şeirində isə müstəqil Azərbayca-



 

42 


nın üçrəngli, aylı-ulduzlu bayrağı sovet hakimiyyəti dövrünün oraq-çəkiçli, qır-

mızı rəngli bayrağı ilə müqayisə olunur. Şair müstəqil Azərbaycanın bayrağını 

«halal», so

vet Azərbaycanının bayrağını isə «haram» epiteti ilə dəyərləndirir. 

Üç rəngim, ulduzum, bir də hilalım, - 

Mənim öz bayrağım, doğmam, halalım. 

Oraqlı-çəkicli o al bayrağın 

Bizə gətirdiyi – köləlik, qərəz. 

O haram bayraqdan halal bayrağın 

Fərqini bilməyən qədrini bilməz (7, 147). 

Təqdim  olunan  misralarda  poetik  obraz  kimi  düşünülmüş  «bayraq»  bu 

əsərlərin  ictimai-siyasi  siqlətini  artıran  bədii  faktor  kimi  şərtlənməkdədir. 

Müəllifin qənaətincə, «Bayraq (kulturoloji, idеoloji, dövlətçilik) bir rəmz ola-

r

aq, türkün qürur və müəyyənlik nişanəsinin gələnəyi kimi həm millilik, həm 



də Vətənçilik şüur və məfkurəsinin yaşamı olaraq ifadə olunmaqdadır. Bayraq 

və ona münasibət də mеntal dəyər olub çağdaş fikir və düşüncənin mərkəzində 

siyasi-

idеoloji dərk, fərdi anlayış və tərbiyə mənbəyi kimi tərənnüm еdilmək-



dədir. Sənətkarlar bayrağa sözün sinirlərindən, hücеyrələrindən gələn sirayəti 

ilə bütün hallarda dövlətçilik, müstəqillik rəmzi kimi süslü münasibət bildir-

mişlər» (2, 197). Bu mənada şairin «bayrağa» şərti-simvolik obraz kimi yanaş-

ması təsadüfi sayılmamalıdır. 

Üçrəngli bayrağın kölgəsində mən, 

Qaraca torpağı vətən görmüşəm. 

Zəfər güllərini dövri-qədimdən 

Bayraq işığında bitən görmüşəm. 

Bayraq mənliyimdir, bayraq kimliyim 

Bayraq – öz yurduma öz hakimliyim (7, 224). 

«Bayraq» (1998) adlı şeirdən örnək gətirdiyimiz bu parçada şair bayrağı 

Vətənin, millətin gələcəyi, varlığı, mövcudluğu kimi dəyərləndirir. Şairin bay-

ra

ğa  bu  dərəcədə  əhəmiyyət  verməsi,  onu  ilahiləşdirməsi  qan  yaddaşından, 



türkçülük 

məfkurəsindən, əcdadlarının azadlıq, hürriyyət uğrunda aparmış ol-

du

ğu mübarizələrdən qaynaqlanır. 



Professor  Yavuz  Axundlu  «İstiqlal  şairləri»  adlı  tədqiqatında  yazır: 

«1988-


ci  ildə  Azərbaycan  xalqının  milli-azadlıq  hərəkatının  alovlanması, 

müstəqillik  uğrunda  aparılan  mübarizə  Bəхtiyаr  Vahabzadənin  də  yaradıcı-

lığında  yeni  bir  mərhələnin  başlanğıcı  oldu.  İstiqlal  mövzusu  onun  poeziya-

sında  ən  əsas  mövzuya  çevrildi.  Bunu  isə  təsadüfi  saymaq  olmaz.  Çünki 

Bəхtiyаr  Vahabzadə  ömrü  boyu  xalqının,  millətinin  istiqlalını  arzulamış,  bu 

amal yolunda təqiblərdən, hətta təhqirlərdən belə çəkinməmişdir. Nəhayət, elə 

bir  vaxt  gəlib  çatır  ki,  o,  ürəyindən  keçənləri  açıq  şəkildə  xalqa  çatdırır  və 

şeirləri ilə milli müstəqillik uğrunda mübarizənin önündə addımlayır» (1, 32). 

«Vətən marşı» (1992) adlı şeirində Bəxtiyar Vahabzadə azadlığın, hür-

riyyətin hər bir vətən övladının təbii haqqı olduğuna diqqəti çəkərək yazır: 




 

43 


Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni, 

Ər oğullar, ər igidlər, kişi qızlar Vətəni. 

Sənin haqqındır azadlıq, sənin eşqindir iman, 

Tapınar haqqa və insanlığa haqdan doğulan. 

Bəşərin dərdini öz dərdi bilib millətimiz

Bizim öz niyyətimizdən doğub hürriyyətimiz (7, 60). 

Bəxtiyar Vahabzadənin «İlk və son dərdim –Vətən» adlı şeiri də azadlıq 

motiv


ləri  ilə  zəngin  poetik  örnəklərdən  biri  kimi  maraq  doğurmaqdadır. 

Qürbətdə  yaşayan  bəstəkar  Adil  Bəbirova  həsr  olunmuş  bu  şeirdə  müəllif 

vətən, yurd həsrəti fonunda azadlıq arzularına ifadə etməyə çalışmışdır. 

Şairin  «Siz  böyüyün,  ey  böyüklər»  (1990)  adlı  şeirində  köləliyə,  müs-

təmləkəçiliyə  qarşı  etiraz  ruhu  qabarıq  şəkildə  bədii  təcəssümünü  tapmışdır. 

Millətin  önündə  gedənlərə  müraciətlə  yazılmış  bu  şeirdə  şairin  azadlıq,  hür-

riyyət, istiqlal arzuları ifadə olunmuşdur: 

Köləliyi özümüzə qoruq bildik, 

Böyü

klərin qabağında  



hey süründük dizin-dizin. 

Elə bildik köləliklə 

Hörmətini qazanırıq 

Mərkəzdəki böyüklərin. 

Biz bilmədik əyildikcə  

«hələ azdır» deyəcəklər. 

Daha artıq əyəcəklər (7, 18-19). 

Şeirdə  təlqin  olunan  fikrə  görə,  millətin  öndə  gedən  ziyalıları,  dövləti 

ida

rə edən şəxslər müstəmləkəçi imperiya cəlladları önündə əyildikcə, köləli-



yin ömrü uzanacaqdır. Xalqın böyükləri millətə söykənməli, millətlə birlikdə 

ucalmalı, yüksəlməli, əsarətdən xilas olmalıdır. 

Siz millətə söykənsəniz 

Arxanızda millət durar. 

Qorxunuzdan əyilsəniz, 

Qarşınızda daha böyük zillət durar. 

Millət ilə siz birsiniz. 

Qorxunuzdan əyiləndə 

Milləti də əyirsiniz (7, 19). 

Şairin «Şər - şeytana, xeyir - Allaha» (1991) adlı şeirində yetmiş ildən 

artıq  sovet  əsarətinə  boyun  əyməyə  məcbur  olan  Azərbaycan  xalqının  var-

lığına  çökmüş  ətalət,  köləlik,  zülmə,  haqsızlığa  dözüm  göstərmək,  özünə, 

taleyinə biganəlik və s. kimi mənfi keyfiyyətlər tənqid olunur. Şeirdə müəllifi 

narahat edən əsas məsələ uzun illərin əsarət tarixinin xalqın mənəviyyatına yo-

luxdurmuş olduğu qul psixologiyasıdır. 

Əriyir astaca ətalət buzu, 

Millətlər haqqını dərk edir artıq. 



 

44 


Açılıb qapının otuz doqquzu

Qırxıncı qapının kandarındayıq (7, 25). 

Şeirdə əksini tapan pessimizm əhvali-ruhiyyəsi də məhz burdan qaynaq-

lanır. Belə ki, şair gələcəyə nə qədər ümidlə baxır-baxsın, o millətin taleyindən 

narahatlığını  gizlədə  bilmir.  Azərbaycanın  dövlət  müstəqilliyini  əldə  etmə-

sindən  bir  qədər  əvvəl  yazılmış  bu  şeirdə  eyni  zamanda  şairin  illərdən  bəri 

həsrətində olduğu istiqlal arzuları da bədii əksini tapmışdır. 

Qonşuda səslənən azad ünlərin, 

Əksi bizim elə heç gələmmədi. 

Bəs nə vaxt gələcək bizim günlərin 

Ağ atlı igidi, Məlik Məmmədi? (7, 26). 

Şairin «Şər - şeytana, xeyir - Allaha» adlı şeirdə qaldırılan problem bir qə-

dər fərqli səpkidə «Biri-birimizə atdığımız daş» (1995) şeirində də bədii təcəs-

sümünü tap

mışdır.  Müəllif  əsrlər  boyu  millətin  ruhuna,  varlığına  nüfuz  edən 

əsarət, köləlik duyğusunun hələ də yaşamaqda olduğuna diqqəti çəkmişdir. 

Qandal açılsa da qollarımızdan, 

Köləlik hələ də beynimizdədir. 

Bir böyük mətləbi unuduruq biz; 

Birdir vətənimiz, birdir elimiz. 

Biri-

birimizə atdığımız daş 



Vətənə, millətə dəyir, a qardaş (7, 139). 

Şairin digər şeirlərində də bu və ya buna bənzər motivlər bədii təcəssü-

nü  tapmışdır.  Məsələn,  «Neçin»  (1998)  adlı  şeirdə  müəllif  uzun  illərin 



əzablarından sonra qazanılan istiqlaliyyətdən sonra da millətin dərd və əzab-

lardan xilas olma

dığına diqqəti çəkir. Ədibin qənaətincə, istiqlal elə böyük bir 

sərvətdir ki, o sərvət bütün millətin firavan həyat sürməsini təmin etməlidir. 

Şair  yeri  gəldikcə  milli  istiqlalı  layiqincə  dəyərləndirməyənlərə,  müstəqil 

dövlətimizin  qurulmasına  baxmayaraq  hələ  də  imperiya  illərini  həsrətlə  xa-

tırlayanlara, nə zamansa keçmiş günlərin təkrar olacağı ümidi ilə yaşayanlara, 

«saatını Moskva vaxtı ilə» quraraq «nicat yolunu» şimalda arayanlara kəskin 

etira

zını bildirmişdir. 



Ana birsə, vətən də bir a bala, 

İstiqlala dal çevirib əsnəmə. 

Nə dikmisən gözlərini şimala? 

Ürəyində iki vətən bəsləmə (7, 294).  

Sosial-

siyasi  məzmunu  ilə  seçilən  «Unudulsun  unutqanlıq»  (1992)  şei-



rin

də Bəxtiyar Vahabzadə Azərbaycan xalqının milli mentalitetində, qan yad-

da

şında özünə dərin kök salmış, bir çox tarixi faciələrimizin təməlində daya-



nan unutqanlıq məsələsinə diqqəti yönəltməklə insanları bu mərəzdən xilas ol-

ma

ğa, çarə aramağa səsləyir. Şeirdən hasil olan qənaətə görə, tarixdə baş verən 



heç bir hadisə  yaddan çıxarılmamalıdır. Əksinə, baş verən hadisələr öyrənil-

məli,  ciddi  şəkildə  təhlil  edilməli,  səhvlərdən  ibrət  dərsi  götürülməlidir.  Adı 

çəkilən şeirdə müəllif oxucunun diqqətini1920-ci ilin 28 aprelində Azərbaycan 



 

45 


Xalq Cümhuriyyətinin XI rus ordusu tərəfindən işğalına yönəldir. Şair, həmin 

fa

ciənin  bir  daha  təkrarlanmaması  üçün  məğlubiyyətimizin  səbəblərini ara-



mağa çağırır. 

O bəd günün,  

 

rəzil günün xatirəsi 



İniltiylə dindirilsin. 

Hərəkəti dayandıraq, 

Yaddaşları oyandıraq: 

Bilək niyə endirildi bayrağımız. 

Niyə bizim başımızda  

çatladı öz çanağımız (7, 325). 

Ədibin  Azərbaycanın  istiqlalına  həsr  etdiyi  poetik  örnəklər  içərisində 

«Nəvəm  istiqlalım»  (1995)  adlı  şeiri  də  diqqəti  çəkir.  Şeirin  maraq  doğuran 

cəhətlərindən biri müəllifin onu balaca nəvəsinə müraciətlə qələmə almasıdır. 

Azərbaycanın istiqlalının nəvəsi ilə  yaşıd olduğunu vurğulayan şair bu  fakta 

rəmzi  məna  verir.  Onun  fikrincə,  sovet  əsarətini  görmüş  insanların  hələ  də 

ruhunda köləlik, məhkumluq duyğusu yaşamaqdadır, yeni doğulan gənc nəsil 

isə müstəqil bir ölkənin vətəndaşı kimi yetişib tərbiyələndiyi üçün onlar ruhən, 

mənən azaddırlar. 

Oğullar, nəvələr qoruyar, yəqin, 

Babalar qazanan bu istiqlalı. 

Bu bayraq altında böyüyənlərin 

Ruhu da özütək azad olmalı (7, 358). 

Bəxtiyar Vahabzadənin türk dünyasının və Azərbaycanın ayrı-ayrı tarixi 

şəxsiyyətlərinə həsr olunmuş şeirlərində də milli istiqlal problemi bədii təcəssü-

münü tap

mışdır. Bu mənada şairin «Atatürk», «Xəyalpərəst», «Zindanda», «Mao-

bit»,  «M.Ə.Rəsulzadənin  xatirəsinə»,  «Haqqa heykəl qoyuldu»  və  digər  şeirləri 

maraq doğurur. «Atatürk» (1992-1998) şeirində müəllif Türkiyə Cümhuriyyətinin 

quru

cusu,  İstiqlal  savaşının  qəhrəmanı  Mustafa  Kamal  Atatürkün  şəxsiyyətini 



canlan

dırmağa çalışmış, sadə bir ailədə böyümüş bu insanın türk millətinin atası 

məqamına yüksəlməsinin səbəblərini açmağa çalışmışdır. Şairin ən böyük arzusu 

itirilən  yurd  yerlərinin  qaytarılması,  parçalanmış  Vətənin  birləşdirilməsi  üçün 

Azərbaycanda belə bir qəhrəman insanın dünyaya gəlməsidir. Türküstanın istiq-

lalı yolunda canını qurban vermiş Ənvər Paşanın xatirəsinə həsr olunmuş «Xəyal-

pərəst» (1999) şeirində şair türk dünyasının azadlığının Turanın birlyindən keç-

diyi fikrini vurğulamışdır. «M.Ə.Rəsulzadənin xatirəsinə» adlanan şeirdə isə mü-

əllif 1918-1920-ci  illərdə  mövcud  olan  Azərbaycan Xalq Cümhuriyyətinin 

quru


cusu və ideoloquna dərin sevgisini ifadə etmişdir. 

Borclu ikən Vətən sənə, xalq sənə 

Hər şey döndü tərsinə. 

Bu torpaqdan verəmmədik  

Bir məzarlıq yer sənə (7, 15). 

Şair M.Ə.Rəsulzadənin Vətən yolunda canından keçdiyi halda, məzarı-




 

46 


nın qürbətdə olmasına dərin kədər hissi ilə təəssüf edir. O, eyni zamada, sovet 

dönəmində  doğma  Vətəni  yadlara  satanlara,  məmləkəti  talayıb-sökənlərə 

ucaldılan heykəllərə də bir vətəndaş şair kimi etirazını bildirir: 

Riyalara, boyalara,  

yetmiş ildir uymuşuq, 

G

örün, kimin əvəzinə  



kimə heykəl qoymuşuq (7, 16). 

Böyük Azərbaycan şairi Hüseyn Cavidə həsr olunan «Haqqa heykəl qo-

yul

du» (1997) adlanan şeirdə sovet siyasi rejimi dönəmində Azərbaycan ziya-



lılarının  başına  gətirilən  faciə  və  müsibətlərin  bədii  mənzərəsi  yaradılmışdır 

(VI, s.388-

389). «Molla Nəsrəddin» ədəbi məktəbinin yaradıcısı, böyük satira 

ustası Cəlil Məmmədquluzadəyə ithaf edilən «Mirzə Cəlil» (1958) adlı şeirdə 

Bəxtiyar  Vahabzadə  ədibin  tərcümeyi-halının  Vətən  tarixi,  xalqın  ağrı  və 

iztirabla

rı  ilə  həmahəng  olduğunu  nəzərə  çatdırır.  Bu  qüdrətli  fikir  sahibinin 

dünyaya kiçik bir daxmadan pərvazlandığına heyrətini  gizlədə bilməyən şair 

elə məhz bu məqamı da qabartmağa çalışmışdır. 

Balaca bir daxmanın önündə baş əyirəm, 

Öz-

özümə deyirəm: 



Bu 

qaranlıq daxmadan 

Bizim ana Vətənə işıq düşdü bir zaman (6, 284). 

Müəllifin  İkinci dünya savaşında alman faşistlərinin həbs düşərgəsində 

qəhrəmancasına həlak olmuş görkəmli tatar şairi Musa Cəlilə həsr etdiyi «Zin-

danda» və «Maobit» (1957), adlı şeirləri, habelə «Uçun nəğmələrim» (1966) 

po

eması da azadlıq ruhu ilə yoğrulmuş bədii örnəklərdəndir. Ədib düşmənlərə 



əsir düşən bu qəhrəman şairin böyük qüdrət və iradə sahibi kimi bir an olsun 

belə mübarizədən vaz keçmədiyini, ölüm düşərgəsində məhbəs həyatı yaşadığı 

zaman  qələmi  ilə  doğma  xalqına,  vətəninə  əlindən  gələn  xidməti  əsirgəmə-

diyini poetik şəkildə ümumiləşdirə bilmişdir. 

Ey əsarət yuvası! Sən bildinmi sinəndə, 

Yarandı ən möhtəşəm azadlıq nəğmələri?! (6, 225), - 

deyə düşməni ittiham edən müəllif qəhrəman şairin ölümün gözlərinə cəsarətlə 

bax


ması ilə xalqının azadlıq simvoluna çevrildiyini açıb göstərmişdir. Ədibin 

ori


jinal yazı üslubunun məhsulu olan «Uçun nəğmələrim» (1966) poeması da 

azadlıq, hürriyyət ideyaları ilə zəngindir. 

Ümumiyyətlə, Quzey Azərbaycanın istiqlaliyyəti məsələsi Bəxtiyar Va-

habza


dənin yaradıcılığından qırmızı xətt kimi keçir. Şairin bir çox əsərlərində 

qaldırılan  müxtəlif  səpkili  problemlərin  arxasında  belə  məhz  doğma  yurdun 

azadlıq və istiqlaliyyəti məsələsi durur. 

Azərbaycanın  müstəqillik  əldə  etməsindən  sonra  sovet  imperiyasının 

dağılmasıyla barışmayan Rusiyanın Müstəqil Dövlətlər Birlyi (MDB) adı al-

tında imperiyanı yenidən bərpa etmək niyyəti ölkənin bir çox vətənpərvər qə-

ləm sahibləri kimi Bəxtiyar Vahabzadəni də dərindən hiddətləndirmişdi. Şairin 

bu  münasibətlə  yazmış  olduğu  «Yeniləşmiş  ittifaq»  (1991)  adlı  şeir  milləti 




 

47 


ayıq olmağa, düşmən hiyləsinə aldanmamağa çağırır: 

Bilək, «yeniləşmiş ittifaq» nədir? 

Bu da başqa tələ, başqa hiylədir. 

Nədir yeniləşmək? 

Vaxtın, zamanın 

Kor gözün üstünə təzə sürməsi, 

Görən gözlərəsə kül üfürməsi (7, 32). 

İstiqlal məfkurəsinin orijinal ifadə şəkli ilə seçilən «Öz-özünü tanımaq» 

(1992) adlı şeirdə şair Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfin-

dən tanınmasını bir vətəndaş kimi alqışlayır. Müəllif öz ölkəsinin istiqlaliyyətə 

qo

vuşmasını böyük sevinc, fərəh və fəxr duyğusu ilə geniş oxucu kütlələrinə 



bəyan edir. 

Bu gün yüz beş ölkə tanımış bizi  

Yenicə yaranmış dövlətimizi. 

Artıq yer üzündə öz yerimiz var, 

Qarşıda işıqlı günlərimiz var (7, 39). 

Lakin bu sevincin içərisində şairi narahat edən bir məqam diqqəti çək-

məkdədir ki, o da dünya dövlətlərinin bizi tanıdığı halda, özümüzün-özümüzü 

tanımamağımızdır. 

Əvvəlcə özünü tanımayan kəs 

Özünü dünyaya tanıda bilməz (7, 39) 

Bəxtiyar  Vahabzadənin  «Əgər  qorunmasa  istiqlalımız»  (1992)  şeirində 

Azərbaycanın  dövlət  müstəqilliyini  əldə  etməsindən  sonra  ölkənin  xarici  və 

daxili siya

sətində qarşıya çıxan problemlərin yarada biləcəyi çətinliklərə diq-

qət yetirilmişdir. Şeirdə şair azadlığı, istiqlaliyyəti böyük bir səadət, millətin 

təbii haqqı kimi səciyyələndirir, onun böyük qurbanlar hesabına əldə edildiyini 

vurğulayır: 

Azadlıq, səadət haqqımdır mənim, 

Allah çox görməsin bu haqqı bizə. 

İstiqlal yolunda qurbanlar verib 

Axır yetişmişik istəyimizə (7, 41). 

Şeirin sonunda uzun illər əsarət həyatı yaşayan xalqımızın yenidən müs-

təmləkəçilik boyunduruğuna düşə biləcəyindən ehtiyatlanan şair dövləti idarə 

edənləri ayıq-sayıq olmağa, düşmənin məkrli hiylələrinə uymamağa çağırır. 



 

ƏDƏBİYYAT 

1.

 



Aхundlu Yavuz. İstiqlal şairləri. Bakı: Еlm, 1998, 126 s. 

2.

 



ХХ əsr Azərbaycan ədəbiyyatı məsələləri (məqalələr toplusu). I kitab. Bakı: Еlm, 2006, 428 s. 

3.

 



Mayadağlı  Hüsniyе  B.  Vahabzadеnin  еsеrlеrindе  sеtiraltı  ifadеlеr,  «Türk  Еdеbiyatı» 

dеrgisi, şubat, 1994, s.26-29 

4.

 

Məmmədli Mürşüd. Ustad, «Yеni müsavat» qəzеti , 2001, 23 avqust. 



5.

 

Türk dünyasının Bəхtiyarı, I hissə, Bakı: «Təfəkkür NPM», 2002, 364 s. 



6.

 

Vahabzadə Bəхtiyar. Əsərləri, 12 cilddə, I c., Bakı: Elm, 2008, 612 s. 



7.

 

Vahabzadə Bəхtiyar. Əsərləri, 12 cilddə, VI c., Bakı: Elm, 2008, 738 s. 




 

48 


8.

 

Vahabzadə Bəхtiyar. Əsərləri, 12 cilddə, XI c., Bakı: Elm, 2009, 826 s. 



9.

 

Vahabzadə Bəхtiyar. İstiqlal. Bakı: Gənclik, 1999, 496 s. 



10.

 

Yusifli Vaqif. Poeziyanın yolları və illəri (1960-2000-ci illər). Bakı: Mütərcim, 2009, 404 s. 



 

НАРОДНО-ОСВОБОДИТЕЛЬНЫЕ ПРОБЛЕМЫ В ПОЭЗИИ 

БАКТИЯРА ВАГАБЗАДЕ 

 

А.Р.МИРЗОЕВА 

 

РЕЗЮМЕ 

 

В статье анализируются народно-освободительные мотивы творчества Б.Вагабза-



де. В тексте на фоне рассматриваемой проблемы исследуются следующие стихи поэта:  

«Рабская преданность»,  

«Свобода»,  «Неволя  -  свобода»,  «Марш  отчизны»,  «Азербайджанский  солдат», 

«Азербайджан»,  «Забыть  забвение»,  «Первое  и  последнее  несчастье-Родина»,  «Вырас-

тайте,  взрослые»,  «Зло  дьяволу-добро  Аллаху»,  «Ататюрк»,  «Памяти  М.Э.Расулзаде», 

«Обновленное объединение», «Узнать себя», «Если не беречь свободу», «Мой внук - моя 

свобода». В том числе проводятся исследования творчества поэта другими авторами.  

 

Ключевые  слова:  Б.Вагабзаде,  освобождение,  поэзия,  литература,  свобода, 

Родина, независимость 

 

NATIONAL INDEPENDENCE PROBLEM IN  



BAKHTIYAR VAHABZADEH POETRY 

 

A.R.MIRZAYEVA 

 

SUMMARY 

 

The main object of analyses in this article is the theme of national liberty in Bakhtiyar 

Vahabzadeh’s creative activity. The poems such as: “The loyality to slavery”, “Liberty”, “The 

Servitude”, “Let the forgetfulness be forgotten”, “Motherland-  my first and last grief”, 

“Azerbaijan”, “Grow up!  You seniors!”, “Evil to Demon, Blesssings to God!”, “Atatürk”, 

“Servitude-Liberty”, “To the memory of M.R.Rasulzadeh”, “The renewed union”, “To know 

oneself”, “İf our liberty is not protected” by B.Vahabzadeh are investigated on the background 

of the same problem. The article refers to the research works by the authors who investigated 

the literary activities of the poet as well. 

 

Key words: Bakhtiyar Vahabzadeh, independence, poetry, literature, freedom, 

Motherland, liberty 

 

 



 

 


Yüklə 84,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə