Bakının ən qədim kəndlərindən hesab olunan Balaxanı Abşeron yarımadasının mərkəzində yerləşir



Yüklə 9,91 Kb.
tarix30.12.2023
ölçüsü9,91 Kb.
#167477
Balaxanı qəsəbəsi-1


Bakının ən qədim kəndlərindən hesab olunan Balaxanı Abşeron yarımadasının mərkəzində yerləşir.Sabunçu rayonunun ərazisində şəhər tipli qəsəbə statusuna malik olan Balaxanı, şimalda Məhəmmədi, Digah və Zabrat kəndləri,şərqdən isə Ramana kəndi ilə qonşudur.Balaxanı kəndi cənub tərəfdən Sabunçu,qərb tərəfdən isə Binəqədi kəndi ilə əhatə olunub.Balaxanı qəsəbəsi Böyükşor gölünün sahilində yerləşir.
Balaxanı toponiminin mənası ilə bağlı fikirlər demək olar ki, bir-birindən fərqlənmir.Bu qəsəbənin adının mənası Qılman İlkinin “Bakı və bakılılar” əsərində “yuxarı ev” kimi göstərilib.Tat ilindən tərcümədə “bala”- yuxarı,”xanı” isə ev deməkdir.Yerli balaxanılılarda öz ləhcələrində doğma qəsəbələrinə “Bəyxanə” deyirlər.Bu deyilişdə “hündür ev”,”yuxarıda yerləşən yaşayış məntəqəsi” anlamına gəlir.Qəsəbə ağsaqqalları bunu qəsəbənin yüksəklikdə yerləşməsi ilə əlaqələndirirlər.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın neft sənayesinin əsas mərkəzi hesab olunan Balaxanı öz adət ənənələri,özünəməxsus memarlığı,müxtəlif dövrlərə aid qədim tarixi abidələri ilə öyünə bilər.Balaxanıda istər Şirvanşahalar, istər Səfəvilər,istərsədə Bakı xanlığı dövründə inşa olunmuş onlarla tarxi abidə var.Belə tarixi abidələrdən biridə qəsəbənin mərkəzində yerləşən qədim qum hamamıdır.Bu tarixi tikilinin XIV əsrdə Şirvanşahlar tərəfindən inşa olunduğu hərkəsə məlumdur.Balaxanıda Şirvanşahlar dövrünə aid bir digər adibə XIV əsrin yadigarı olan “Hacı Şəhla” məscididir.Memarlıq abidəsinin girişindəki kitabədə onun 1385-1386cı illərdə Hacı Şəhla ibn Şakir ibn Mustafa Köşkinin sifarişi ilə ustad memar Arif ibn Musa tərəfindən inşa edildiyi göstərilir.Balaxanıda yerləşən qədim abidələrdən biridə qəsəbənin girişində yerləşən “Şah Səfi” karvansayarıdır. Bakı-Abşeron memarlıq məktəbinin ən gözəl nümunələrindən hesab olunan Şah Səfi karvansarayı XVII əsrdə inşa olunub.Sözügedən karvansaray Səfəvi şahı I Səfinin sifarişi ilə 1635-1636cı ilərdə usta Bürhan və Sərkər Behbud tərəfindən inşa olunub.
Qədimdə Balaxanı qəsəbəsi yuxarı və aşağı məhəllə olmaqla 2 əsas məhəllədən ibarət idi.Bu 2 məhəlləni bir birindən yalnız kənd qəbirsanlığı ayırarmış.Balanının yuxarı hissəsi Rzaqulu məhəlləsi,aşağı hissəsi isə Canhüseyn məhəlləsi adlanırdı. Sonradan kəndin inkişafı ilə əlaqədar Balaxanıda yeni məhəllələr salınıb.Hazırda Balaxanıda 20-dən artıq məhəllə var.
Tarixi mənbələrdə göstərir ki, hələ eramızdan əvvəl Midiya imperiyasının mövcud olduğu illərdə Abşeron ərazisində neft istehsal olunurdu və bu neft başqa ərazilərə satılırdı. O zamanlar nefti “Midiya yağı” adlandırırdılar.Balaxanının əsas neft sənayesi dövrü isə XIX əsrin sonlarından başlayır.O dövrlərdə istər xarici istərsədə yerli burjuaziyanın nümayəndələri Balaxanının qara qızılla zəngin ərazilərinə kapital yatırmağa başladırlar.1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki üsulla ilk neft quyusu qazılır.O zamanlar Balaxanıdakı ilk neft quyusunun şərəfinə abidədə qoyulur.Lakin hazırda bu abidədən heç bir iz qalmıyıb.1873-1878ci illər aralığında Balaxanıda 47 belə neft quyusu qazılıb.Həmin dövrlərdə neftlə maraqlanan xarici şirkətlər Balaxanıdan böyük torpaq sahəlləri əldə ediblər.Təsadüfi deyilki Nobel qardaşları,Roçkin kimi milyonçular Balaxanıda çoxlu sayda mədənlər salıblar.O zamanlar kənd əhalisi əsasən neft təsərrüfatında işləyirdi.Azərbaycanda ilk dəmir yolu xəttidə 1878-ci ildə Balaxanı qəsəbəsinə çəkilib.Neft sənayesində işləyən fəhlələrin gediş-gəlişini asanlaşdıran bu dəmir yolu xətti Bakını Balaxanı,Sabunçu və Suraxanı mədənləri ilə birləşdirirdi.XIX əsrin sonlar XX əsrin əvvəllərində təkcə Bakı və Abşeron yarımadasında deyil bütövlükdə Azərbaycanda maarifçilik hərəkatının əsas mərkəzlərindən biridə qədim Balaxanı qəsəbəsi olub.Təsadüfi deyilki, görkəmli şair Mirzə Ələkbər Sabir Balaxanıda yerləşən məktəblərin birində dərs deyib.Bugün Balaxanının mərkəzində Sabirin bir vaxtlar dərs dediyi məktəbin qarşısında büstü yerləşir.






Yüklə 9,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə