Balalar-Az. Com Abdulla Şaiq. Şeirlər. Məktəblilər marşı



Yüklə 9,4 Kb.
tarix06.02.2018
ölçüsü9,4 Kb.
#26608

Balalar-Az.Com

Abdulla Şaiq. Şeirlər. Məktəblilər marşı.
Biz maarif cəbhəsinin

Alnıaçıq əsgəriyik.

Biz həqiqət səhnəsinin

Köksü polad səfləriyik.

Yürü, şərəf, şan ordusu,

Əmək və ürfan ordusu!


Arş irəli, durma, sağın,

Var günəşə doğru axın.

Zülmət sönür, mənzil yaxın;

Biz sabahın rəhbəriyik.

Yürü, şərəf, şan ordusu,

Əmək və ürfan ordusu!


Sevimlidir şən yurdumuz,

Müzüffərdir gənc ordumuz

Düşməndən yoxdur qorxumuz,

Qızıl əsrin ülkəriyik.

Yürü, şərəf, şan ordusu,

Əmək və ürfan ordusu!


Məktəbimiz ürfan bağı,

Əmək yurdu, nur ocağı,

Bilik, səadət qaynağı;

Biz inqilab ərləriyik.

Yürü, şərəf, şan ordusu,

Əmək və ürfan ordusu!


1936




Balalar-Az.Com

Yüklə 9,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə