Balalar-Az. Com Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar



Yüklə 5,47 Kb.
tarix16.11.2017
ölçüsü5,47 Kb.
#10534

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.

1906.
Mahi-Kənanın batıb, ey piri-Kənan, qəm yemə!
Mahi-Kənanın batıb, ey piri-Kənan, qəm yemə!
Ta gülüstanın olubdur beyti-ehzan, qəm yemə!
Ey dili-möhnətzədə, ol şad, ləbrizi-sürür,
Kəsb namərdi qılar əfkarü vicdan, qəm yemə!

Olmadı məqsudunuzca dövri-çərxi-gəcmədar,


Qalmalıdır böylə halət üzrə dövran paydar,
Qismətindir, etgilən həm ruz, həm şəb nalə, zar,
Ey rəiyyət, ey fəqirü fəhlə, dehqan, qəm yemə!

Sübh tezdən dur ayağə, şamətək çək zəhməti,


Güclülərdən də eşit, hər növ föhşü töhməti,
Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti,
Qoy səni xar eyləsinlər xanü əyan, qəm yemə!

İşlə, qoy qəddin bükülsün, işlə, annın tərləsin,


İşlə, ac qal, ac bəhayimtək əyalın çərləsin,
Zülmdən fəryadü dadı qoy dilin əzbərləsin,
Qarət etsin ruzunu molla və bəy, xan, qəm yemə!

Çəkgilən ömrün çatınca, binəva, ahü fəğan,


Böylə pünhan sirrlər olmaz sənə hərgiz bəyan,
Molla Nəsrəddin, "Lisanülqeyb"ə oldun tərcüman,
Ruhi-pakindir sənə hər dəm sənaxan, qəm yemə!



Balalar-Az.Com

Yüklə 5,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə