Attılar ha attılar
Balalarιm ! xoruzlar banlıyanda
qulaq asıp, səsləri annıyanda
qıd-qıd edip toyuğu dannıyanda
gah həyətdə, gah talvarda,damdadı
xuruşları pilov üstə ombadi
Attılar ha attılar, tikmə qara böklülər
xan evinə gedərsiz, pənir çörək yiyərsiz
sıçan oğlu süleymana diyərsiz
pıspısla püstə xanım, dabanı çüstə(çust)xanım
tüşüp, dərin-dәrin dәryalarda qәrq olub qalιb
(at ayağından açılmış çuxur- colaya, pıspısla düşüp, su qalmışdı.
۩ ۩ ۩
Yuxu görmək (uşaq yuxusu)
Balalarιm pişiklərin balası
sevməli olı ağı-bozı qarası
bala gedər ana evdə qalası
gah azdırıb, gahdan töhvə verəllər
damduvarda gecə gündüz gəzəllər
gahdanda birbirlərin görәllər
۩ ۩ ۩
Biz açanda süfrəni, pişik yedi küfdəni
anam geddi vurmağa, pişik qalxdi cırmağa
kırıkdırdi ananı, cırmaqladı sonanı
sona qorxub ağladı, ana əlin bağladı
۩ ۩ ۩
Pişiklər ha pişiklər
Pişiklər- pişiklər, sarı pişiklər
sizi görüm qιrsιn, tanrı pişiklər
birisi oğrudu birisi hәrami
birisi yan bacadan verər səlami
birisi kiliddani yolaq eylədi
birisi qovurmanι soraq eylədi (bələdlədi)
yeriynən apardi sarı pişiklər
sizi görüm qιrsιn tanrı pişiklər
۩ ۩ ۩
Dodu dolandırmaq
(dodu nə deməkdir: dodular iki uşax olub, yağış yağmayan zaman, quraxlıxda, iki çömçə iki qaşıq əldə, bir birinə vuraraq bu sözləri diyərlər, qapı qapı gəzib pay alarlar)
dodu doduyu gördünmü,
doduya salam verdinmi
dodudan nə istər,
allahdan yağış istər (Çömçə qaşıq nə istər,
allahdan yağış istər)
۩ ۩ ۩
ağ bulutlar yürüdü,
tozu aləmi bürüdi
allah bir yağış yetir,
zəmilərim çürüdi
Allahın məsəllisi,
keçinin səqqәllisi
keçi çıxdi minbərə,
yalvardı peyqumbərә
peyqumbәrdən beş atlı,
beşində səhәr atdı
ha geşdi ha, ha geşdi
vurdu gilanı geşdi
iki xoruz əlləşdi,
biri qana bələşdi
qan geddi çaydan aşdı,
çaydan gövərçin uşdu
gövərçin aladaxda,
yuvasi bula daxda(bozdağda)
yarιm yatιb otaxda.
۩ ۩ ۩
Bazarda xandalanı,
xan danışmaz yalanı
necə qəbrə qoyarlar,
yar dərdindən öləni
۩ ۩ ۩
Bura bir xərmənidi,
bura bir quş qondu
biri vurdu,
biri tutdu
biri pişirdi,
biri yedi
cöcülüyə qalmadı
Çok sevərəm üzümü,
gecə yumdum gözümü
bağa sarı tez qaşdım, bağ duvarından aşdım
әl atanda üzümə,
bir şey batdı üzümə
baxdım gördüm arιdı,
qanatlarι sarιdı
arı döndü dev oldu,
bağda döndü ev oldu
qoxdum dedim evay ana xuxudi
anam dedi qorxma bala yuxudu
mən yuxudan oyandım,
yasdığıma dayandım
duz gətdilər yaladım, su içəndə caladım
mən hammını oyatdım
sonra başımı qoydum yatdım
۩ ۩ ۩
Goplama
Eyvay abaci pişik dama yorqan apardi
göz göz elədi, hamısιnι birdən apardi
۩ ۩ ۩
Hadıydıydi Hudiydi
Mənidim, Hadıydı, Huduydı
Koroğlu Kosmançıydı
Əbdüləli zırnaçıydı.
geddik şikara
tüfəgimiz varıdı, çaxmağı yoxudı
lüləsi varıdı, gülləsi yoxiydi
o tüfəginən, ov ovladık.
pıçax axtardıx ovun başın kəsək
Hadi pıçağın var?
Dedi : yox
Hudi pıçağın var ?
Dedi: yox.
Koroğlu pıçağın var?
Dedi : yox
Əbdüləli pıçağın var?
Dedi : yox
bir pıçax tapdıx,
dəsdəsi varıdi tiyəsi yok
onlan ovun başın kəsdik.
ətin doğradık dedik ki:
qazan axdarax, onu pişirək
bir qazan tapdıx,
dövrəsi varıdı, təki yok
onnan əti pişirip yedik.
yedi işdi yerə keşdi.
göydən üç alma düşdü
biri mənim biri özümün,
biridə nağıl diyənin
۩ ۩ ۩
Qarqışlar
Sağgəlməmiş, sevdasız qalmış!
Cəhənnəmin isti bucaqında qalasan.
Gün görməmişin biri gün görməmiş.
Qarnına çiban çıksın.
Qarnın akılar yarası töksün.
۩ ۩ ۩
Dul
Dədə: oğul alma arvadın dulunu,
satar evin çal-çulunu
yığar onun pulunu, özünə göt altı qayıyar
oğul dul alma dul alma
dula qul olma, qul olma
Oğul: Dul arvad gedir sulduza
gözləri baxιr ulduza.
dul varki dəyər min qιza
dədə dul allam, dul allam
dula qul ollam, qul ollam
۩ ۩ ۩
Təkərləmələr
Qara qarqa qar istiyir,
Qəhrəman arvad istiyir
arvadda paltar istyir,
paltarda pul istyir
pulda qəhrəman istiyir,
Qəhrəman arvat istiyir
arvadda paltar istyir,
paltarda pul istyir
pulda qəhrəman istiyir
۩ ۩ ۩
Qavalι çala çala, geddim bağa
bağdaki qιzlarιnan oynamağa
əl atdιm böyük qιzιn mә...әsinə
çiçik qιz harayladı nənəsinə
nənəsi çιkdi dama,
bir daş vurdı qabιrqama
qabιrqamı tuta tuta,
geddim xana
xan dedi: qaşı qәrә gözi qәrә,
nə tüşmüsәn bu çöllərә
۩ ۩ ۩
Bir gün bir qoca arvat varıdı, ounun bir pişiyi varıydi. pişik ölür. arvad aparır onu quyluyur. qəbir daşında yazır: bir qoca arvad varıydi, onun bir pişiyi varıydi, pişik ölür, arvat onu aparır quyluyur, qəbir daşının üstündə yazır: Bir gün bir qoca arvat varıdı, ounun bir pişiyi varıydi. pişik ölür. arvad aparır onu quyluyur. qəbir daşında yazır: bir qoca arvad varıydi, onun bir pişiyi varıydi, pişik ölür., arvat onu aparır quyluyur. qəbir daşının üstündə yazır............
۩ ۩ ۩
Tamara tamar top qızı,
erməni saldat qızı
tamara geddi beş günə,
gəlmədi onbeş günə
۩ ۩ ۩
Ürəyim dil istəyir, dil topraq istəyir
torpaq da qorqu istəyir, qorqu qorquç istəyir
۩ ۩ ۩
Postumudu ha! postumudu!
o kişi mənim dostumudu
geddi bazara gəlmәdi,
yaylığımı gətirmədi
yaylığımın ucu qәrә,
yalvardım peyqubərə
bəlkə dostum gələ,
yaylığımı gətirə
۩ ۩ ۩
Alqışlar
Alnın açıq olsun
Mutlu olsun
Başarιlar dilərəm
Baxtı gülsün, ömrü uzsun
ruzu bulsun, yaşad olsun
kefə dolsun, çiçək olsun
qız olsun, iyid olsun
oğul olsun, ər olsun
yüklü olsun, qız olsun.
Bal günü olsun.
Bal axsın yaşamından.
Hayatı bala batsın.
Bəxdi qarlı, gözəl yarlı.
Bəxti ucalsιn.
Qәdәmi urzalı olsun.
Atalı analı böyüsün.
Qәdәmi xoş olsun.
Doğani var olsun.
Dar günü uzaq olsun.
Allah bәxtini versin(qıza).
Boya başa çatsın.
Uğru xoş olsun.
Yutçu olsun .
Çoluxlu cocuqlu olsunla.
Çoluq cocuq iyəsi olsunlar.
Tanrım döllü döşlü eləsin.
Tanrı dirlik düzənlik versin.
Alğışlı oğullu qızlı olsunlar.
Bir birinə qatnaşlı, qarlı qarışlı olsunlar.
۩ ۩ ۩
olum günü
yaşι uzun olsun.
yaşι uzaq olsun.
Allahım aşdır daşdır
umurqanın bol olsun
toğurduğun ər olsun
düşmən qaytaran nər olsun
۩ ۩ ۩
üşüdüm ha üşüdüm, dağdan alma daşıdım.
almacığımı aldılar(müzd), mənə curum saldılar(cərmə)
mən curumnan bezaram, dərin quyu qazaram
dərin quyu beş keçi, hanı bunun erkəci
erkəc qazanda qeynər, qənbər yolunda oynar.
qənbər geddi oduna, qarğı batdı buduna
qarğı dəyir qəmişdi, beş barmağım gümüşdü
gümüşü verdim tata, tat mənə darı verdi
darını səpdim quşa, quş mənə qanat verdi
qanatdandım uşmağa, haq qapısın aşmağa
haq qapısı kilitli, kilit babam yolunda
(ya belə diyərlər: kilit dəvə boynunda, dəvə sərvan yolunda(yada: gilan yolundada)
babam yolu sərbəsər, içində meymun gəzər
meymunun balaları, məni gördü ağladı
tumanına qığladı
afdafa dəlik dəlik, qurbağa bölük bölülük
qurbağanı haxlatdım, həsən bəyə saxlatdım
həsən bəyin nəyi var, göyə çıxan atı var
əlli batman əti var (yada deyərlər: həsənbəyin qızı var, onun qızı iş toxur, üsdündə bülbül oxur(fərşin nəxşələrindən danışır).(heriz mahalı)
۩ ۩ ۩
sayalar
saya saya sayadan, damazlığı mayadan
səlamun əleykim bəylər, biri birindən yeylər
uca uca göylər, yorqanıdı çobanın
yastı-yastı gəvənlər, yastığıdı çobanın
dərin-dərin dərələr, hamamıdı çobanın
çoban, uzaqda durma. çoban, qoyunu vurma
qoyunsuz evlər gördüm,
qurumuş çaylara bənzər
qoyunlu evlər gördüm,
axan araza bənzər
canım o şişək qoyun, yunu bir döşək qoyun
bulamanı tez yetir, ağlıyır uşax qoyun.
canım bozala quyun, dağda sozala qoyun
yiyən sənin sayannan, verir qız ala qoyun
soyun diyər dağı daşı gəzərəm
kəklik təkin daşdan daşa süzərəm
gəlin təkin hər evləri bəzərəm(fərş, yorqan döşək)
ceyran ceyran balalarım var mənim
۩ ۩ ۩
öküz diyər üç ay qışı mən ağama nökərəm
yeyib içip pəyəsində bekaram
yaz açılcaq çayır çimən sökərəm(cüt sürrəm)
güllü güllü buğdalarım var mənim
۩ ۩ ۩
keçi diyər: mənim adım əbdülkərimdi
qavala çəkdiyin mənim dərimdi
yay yaz dağı daşı gəzərəm
qışa allah kərimdi.
şeytan şeytan balarım var mənim
eşşək diyər: mən hamıdan fağıram
palçığa batsam dağdan daşdan ağıram
cənavar gələndə, mən yiyəmi çağırram
kərəneydən uca səsim var mənim
1382
TƏBRİZ
۩ ۩ ۩ ۩ ۩ ۩
۩ ۩
۩ ۩
۩ ۩
۩
Dostları ilə paylaş: |