Balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament



Yüklə 82,2 Kb.
tarix02.05.2018
ölçüsü82,2 Kb.

Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

“17 “ aprel 2013-cü il tarixli

01-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir


Balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı:

Balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama biletlərinin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi;

1.3.2. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanının 2-ci hissəsi;

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2-ci və 5-ci hissələri;



1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr”in 4-cü hissəsi;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq ehtiyatlarından istifadə haqqı və qaydaları”nın 3-cü və 4-cü hissələri;

1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” “Elektron xidmət növlərinin Siyahısı”nın 11.11-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti



1.5. Elektron xidmətin digər icraçıları:

Yoxdur.


1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

5 (beş) gün müddətində



1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Təqdim edilmiş sənədlər bu reqlamentdə göstərilənlərə uyğun olduğu halda fiziki və hüquqi şəxslərə sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:

İnteraktiv.



2.2. Elektron xidmət üzrə ödəniş:

Ödənişli.



2.2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr” və 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasında balıq ehtiyatlarından istifadə haqqı və qaydaları”nın 4-cü hissəsinə əsasən aşağıdakı cədvəldə olduğu kimi ödəmə nəzərdə tutulmuşdur:



Balıq və digər su bioresursları

Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün


Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün



1 ton balıq və ya 1 ədəd suitinin ödəniş qiyməti (manatla)

1 ton balıq və ya 1 ədəd suitinin ödəniş qiyməti (manatla)

1

Кilkə

20,00

40,00

2

Siyənək

50,00

100,00

3

Кеfal

40,00

80,00

4

Çapaq

40,00

80,00

5

Кülmə

40,00

80,00

6

Çəki

80,00

120,00

7

Хəşəm

100,00

200,00

8

Sıf

80,00

160,00

9

Кütüm

100,00

200,00

10

Şamayı

100,00

200,00

11

Qarasol

40,00

--

12

Qızılbalıqlar

--

--

13

Хərçəngki-milər

100,00

200,00

14

Bölgə

--

--

15

Nərə

--

--

16

Uzunburun

--

--

17

Digər balıq növləri

40,00

80,00

18

Suiti

20,00

40,00

Balıqovlama bileti verilməsinə görə ödəmə haqları ödəniləcək bank hesabının rekvizitləri:


Alan bank:

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T: CTREAZ 22
Alan müştəri:

Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti



Hesab: AZ32CTRE00000000000008297701

VÖEN: 1500139001

Büdcə təsnifatının kodu: 142332

Büdcə səviyyəsinin kodu: 3
  Ödəmə üsulları - bank, poçt, plastik kart, nağd və ya internet vasitəsi ilə.

2.2.2. Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

2.3. Elektron xidmətin istifadəçiləri:

Hüquqi və fiziki şəxslər.



2.4. Elektron xidmətin təqdim olunma yeri:

www.e-gov.az, http://e-xidmet.eco.gov.az/



2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http:/www.eco.gov.az

Elektron poçt: ekologiya.nazirliyi@eco.gov.az

Telefon: (+994 12) 566 76 75



2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətin göstərilməsi üçün ərizə (bu reqlamentə 1 nömrəli əlavə) və aşağıdakı sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestirindən çıxarışın surəti;

2.6.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

2.6.3. ərizəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə;

2.6.4. balıqovlayan gəmilərin və su nəqliyyatı vasitəsi kimi istifadə edilən qayıqların qeydiyyatına dair sənədlər;

2.6.5. mülkiyyətində və icarəsində olan gəmilərə (qayıqlara) (əgər balıq və digər su bioresurslarənın ovunun gəmidən (qayıqdan) istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulursa) ərizəçinin mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədin natariat qaydada təsdiq edilmiş surəti;
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması:

Ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://e-xidmet.eco.gov.az) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir.



3.2.2. Sorğunun qəbulu:

Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə məlumat (elektron ünvanına bildiriş göndərmək vasitəsi ilə) verilir.



3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, Azərbaycan Respublikasında balıq ehtiyatlarının mühafizəsi və balıq ovu qaydaları kobud şəkildə pozulduqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin balıq və digər su bioresurslarının sənaye ovu üçün balıqovlama biletlərinin verilməsi ilə bağlı elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu:

İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.



3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə ünvanlanır.

Sorğunun icrası üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin rəhbəri bilavasitə məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;



3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:

Yoxdur.


3.4.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçiyə balıqovlama biletinin verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Ərizəçi bildirişi aldıqdan sonra balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama biletinin verilməsi üçün haqqın ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra balıqovlama biletinin verilməsi barədə qərar qəbul edilir və rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.



3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti həyata keçirir.



3.5.1. Nəzarət forması:

Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.



3.5.2. Nəzarət qaydası:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.



3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.



3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayət ərizəsi kağız üzərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin poçt ünvanına, elektron formada isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir.



3.6.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Balıq və digər su bioresurslarının sənaye

ovu üçün balıqovlama biletlərinin
verilməsi məqsədi ilə müraciətin və sənədlərin


qəbulu üzrə inzibati reqlament”ə

1 nömrəli əlavə

Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Su Hövzələrində Bioloji Resursların

Artırılması və Mühafizəsi Departamentinə
Balıq və digər su bioresurslarının ovu üçün balıqovlama biletlərinin verilməsi barədə
Ə R İ Z Ə
________________________________________________________________

(fərdi sahibkarın soyadı, adı və atasının adı, hüquqi şəxsin tam adı)

Hüquqi ünvanı: _______________________________________________________

Su obyektinin adı:______________________________________________________

Su bioresursunun növləri:_______________________________________________

Ov limitinin (növlər üzrə çəkisi) miqdarı:_____________________________________

_________________________________________________________________

Ovlama üsulu (ov alətlərinin növü və sayı): __________________________________

_________________________________________________________________

_________________________________________________________________

Ovda iştirak edəcək balıqçıların soyadları, adları və atalarının adları: ______________

___________________________________________________________________

___________________________________________________________________

___________________________________________________________________

___________________________________________________________________

___________________________________________________________________

___________________________________________________________________

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

1.__________________________________________________________________

 (ərizəçi hüquqi şəxs,xarici hüquqi şəxsin filialı,nümayəndəliyi olduqda,hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti)

2._________________________________________________________________________

(ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin və VÖEN-nin surəti) 3.____________________________________________________________________

(balıqovlayan gəmilərin və su nəqliyyatı vasitəsi kimi istifadə edilən qayıqların qeydiyyatına dair sənədlər)

4._________________________________________________________________________

(mülkiyyətində və icarəsində olan gəmilərə (qayıqlara) (əgər balıq və digər su bioresurslarının ovunun gəmidən (qayıqdan) istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulursa) ərizəçinin mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədin notariat qaydada təsdiq edilmiş surəti)

_____________________ _________________________



(imza)        (ərizəçinin adı və soyadı)

Tarix:
Qeyd: Hüquqi şəxslər tərəfindən ərizə möhürlə təsdiq olunmalıdır.
: uploads -> melumat reqlament
uploads -> Biblioqrafiya
uploads -> Affektive Störung Diagnose Affektive Störungen sind durch Störungen der Stimmungslage, des Antriebs
uploads -> Kolleg-14 juni-zch-affekt
melumat reqlament -> Azərbaycan Respublikası
melumat reqlament -> Azərbaycan Respublikası
melumat reqlament -> Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki
melumat reqlament -> Sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu
melumat reqlament -> Milli parklara onlayn bilet satışı üzrə inzibati reqlament Ümumi müddəalar
melumat reqlament -> Ekoloji və normativ sənədlərin razılaşdırılması və təsdiq edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə