Baltacı Araz



Yüklə 5,92 Mb.
Pdf görüntüsü
səhifə1/169
tarix14.04.2018
ölçüsü5,92 Mb.
#38226
  1   2   3   4   5   6   7   8   9   ...   169


 

 

 



 

                        

   

 

                          Baltacı Araz 



                            

 

 



 

 

 



 

 

                                                                             



 

 

 



 

 

 



 

OTAY-BUTAY  

   VƏTƏNDİR 

 



 


 

 

 



                           

                                     

Haqqını bil ki, qulluq et özünə, 

                                       

Yoxsa “ovlan” ki, kababçı qazana.

 

 



 

 

 



                     

Otay, Butay

 

Vətəndir 



 

                      

 

 

 



 

 

 



 

 

 



 

                                 



      Baltacı Araz 

 

 

 

 

 

                      

 

O tay ilə bu tay vahid bir candır, 

  Adı odlar yurdu Azərbaycandır. 

                         

 

                                          



www.otay-butay-vetendir.com 

 

 



 

 

 



 


 

 

 



 

                       

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 



 

 

 



 

Şairin həyatı: 

 

Baltacı Araz adı ilə tanınan Məhəmməd Məhəmmədəli oğlu1953-



cü  il  oktyabr  ayının  23-də  Güney  Azərbaycanın  Mərənd  bölgə-

sində  yerləşən  Yuxarı  Dizə  kəndində  dünyaya  gəlmişdir.Orta 

təhsilini doğma Mərənd şəhərində başa çatdırdıqdan sonra 1975-

1979-cü  illər  arasında  İstanbulun  Mimar  Sinan  Güzəl  Sanatlar 

Üniversitesində ali təhsil almışdır. 

1979–cu ildə ana yurduna döndükdən sonra solçu təşkilatın üzvü 

kimi əvvəlcə şah rejiminə, sonralar isə islam hakimiyyətinə qarşı 

mubarizə  apardığı  illərdə  eyni  zamanda  ədəbi  çalışmaları  ilə  də 

məşğul  olmuşdur.  Həmin  illərdə  ilk  şeirləri  Tehranda  yayılan 

“Yoldaş” dərgisində işıq üzü görmüşdür. 

1990-cı  ildə  ölüm  təhlükəsi  qarşısında  ana  yurdu  Mərəndi  tərk 

etmək  məcburiyyətində  qalmış,  Almaniyaya  sığınaraq  siyasi 

fəaliyyətini burada davam etdirmişdir. 

Baltacı  Araz  öz  məqalə  və  şeirlərində  Pəhləvi  sülaləsi  zamanı, 

eləcə  də  həmin  təfəkkürün  davamı  olan  bugünkü  Iran  İslam 

Respublikasında  fars  şovinizminin  hegemonluğu  və  basqısı 

altında  milli  və  dini  zülmə  məruz  qalmış  Azərbaycanın  və 

Azərbaycan  Türklərinin  problemlərini,    tapdalanmış  doğal 

haqlarını  dilə  gətirmiş,  yazdığı  əsərlərində  Azərbaycanın 

özgürlük məfkurəsinin bilimsəl, fəlsəfi, siyasi, hüquqi, iqtisadi, ... 

əsaslarının nəzəri təhlilini vermişdir. 

Şair yaradıcılığında parçalanmış bir xalqın ana yurdundan danışır.  

Güney  ilə  Quzey  Azərbaycanın  bütövləşməsi  haqqında 

düçüncəsini ortaya qoyur. 

Şair yazır: 

O tay ilə bu tay vahid bir candır,   

Adı odlar yurdu Azərbaycandır! 

 

Şair "O tay, bu tay Vətəndir" adlı əsərində oxucuya bütöv 

Azərbaycan ideyasını aşılayır, millətimizin siyasi və milli 

baxımdan şüurlanması işinə öz payını verir. 

 

 

 



 


 

 



 

 

 



 

O, bu əsərini xalqımızın bütöv Azərbaycan arzusunu, istəyini  

yansıdan və yurdsevər ürəklərdə bütöv Azərbaycan bayrağını  

dalğalandıran  Gülüstan  poemasının  yaradıcısı  olan  unudulmaz 

xalq şairimiz Bəxtiyar Vahabzadəyə ithaf etmişdir. 

Şair Baltaçı  Arazın digər  önəmli əsəri  “Uyqarlaş” adlı  kitabıdır.  

Şair  bu  əsərində  insanları  uyqar,  mədəni  və  çağdaş  olmağa,  öz 

haqlarını tanıyıb qorumağa çağırır. O,  Azərbaycan Türk  xalqını 

İslamın  gerici  ehkamlarına,  irqçi  Firdovsisayağı  baxışlara 

uymamağa  səsləyir.  O,  qadın  haqqında    dargörüşlü  baxışları, 

Türk  kültürünə  və  ictimaiyyətinə  aşılanmış  irticaçı  və 

geridəgalmış düşüncəni tanıdır, çağdaş insana yaraşan baxışlarını 

ortaya  qoyur.  Onun  fikrincə,  qadın  azadlığı  hər  ülkədə  onun 

mədəniyyəti və insan haqlarını tanımaq ölçüsüdür.  

Şair deyirdi, azad ana azad övlad yetişdirər, insansevərliyi və   

özgürlüyü  onun  ruhuna  aşılıyar.  Azad  ruhlu  insan  kölə  olmaz, 

kölə etməz və hər zaman öz haqqını arayıb alar. 

Baltacı Araz ömrünün sonunadək Güney Azərbaycanın  

özgürlüyü,  eləcə  də  erməni  daşnakları  tərəfindən  işqal  olunmuş 

Qarabağın  azadlığı  uğrunda  qələmi  ilə  mubarizə  aparmışdır.  Bu 

məsələlər  haqqında  hazırladığı  „Təbriz  ilə  Qarabağımızı  kim 

qurtaracaq?“ adlı kitabında o taylı-bu taylı soydaşlarımızın ortaq 

dərdi – işğalda olan torpaqlarımızı düşünmək və birgə çıxış yolu 

ilə bağlı düşüncə və fikirlərini yazmışdır. 

Ürəyi xalqla döyünən şairimiz ömrünün son dəqiqələrində  

Azərbaycana həsr etdiyi növbəti şeirini yazarkən 2012-ci il  

iyunun 25-də, səhər saat 5:00-də ürək infarktı geçirərək dünyasını 

dəyişmişdir.  Şair  2012-ci  il  iyunun  28-də  Almanıyanın  Münster 

şəhərindəki  Lauheide  məzarlığında  torpağa  tapışırılıb.Yurdsevər 

Güney  Azərbaycanın  istiqlal  şairi  Baltacı  Arazdan  aşağıdakı 

əsərlər yadigar qalmışdır:  

Otay Butay Vetendir, Uyqarlaş və digər fars dilində yazılan  

„Azərbaycan inqilaba hamilədir“ adlı kitabıdır. 

Şair öz səmərəli  yaşamını  sevdiyi vətəninin və xalqının azadlığı 

yolunda  ərmağan  qoymuşdur.  Onun  əsərləri  2004-cü  ildən 

etibarən Azadtribun və Solgunaz internet sitələrində  

yayımlanmaqdadır.                 10.10.2013   Eldar Güneyli 

 

 



 


Yüklə 5,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə