"bank avrasiYA" AÇiq səhmdar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix27.03.2018
ölçüsü0,98 Mb.
#34896
  1   2   3   4   5   6   7   8   9   ...   27


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

“BANK AVRASİYA”  

AÇIQ SƏHMDAR 

CƏMİYYƏTİ 

 

Beynəlxalq Maliyyə Hesabatları Standartlarına 

Uyğun Hazırlanmış Maliyyə Hesabatları və  

Müstəqil Auditorların Rəyi 

31 dekabr 2010-cu il tarixində başa çatmış il üzrə 

 



 

 

“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

 

MÜNDƏRİCAT 



 

 

Səhifə 

 

 

31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ 



HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI  

RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI  

 

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ 



2-3 

 

31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  



MALİYYƏ HESABATLARI: 

 

Məcmu gəlir hesabatı 



 

Maliyyə vəziyyəti hesabatı 



 

Səhmdar kapitalında dəyişikliklər hesabatı 



 

Pul vəsaitlərinin hərəkəti hesabatı 



7-8 

 

Maliyyə hesabatları üzrə qeydlər 



9-61 

 

 












“BANK AVRASİYA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  



31 DEKABR 2010-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  

(Azərbaycan Manatı ilə) 

 



 

1. 

GİRİŞ 

 

Müəssisə və onun əsas fəaliyyəti 



 

“Bank  Avrasiya”  ASC  (bundan  sonra  “Bank”)  Azərbaycan  Respublikasında  təsis  olunmuş  və  bu 

ölkədə  fəaliyyət  göstərir.  Bank,  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən  yaradılmış 

açıq tipli səhmdar cəmiyyətidir. Bankın əsas fəaliyyəti Azərbaycan Respublikasında hüquqi və fiziki 

şəxslər üçün bank xidmətlərinin göstərilməsindən ibarətdir. Bank, Azərbaycan Respublikası Mərkəzi 

Bankı (“ARMB”) tərəfindən 28 noyabr 2007-ci ildə verilmiş 251 N-li tam bank lisenziyası əsasında 

fəaliyyət göstərir. 

 

31 dekabr 2010-cu il tarixinə Bankın işçilərinin sayı 44 olmuşdur. 



 

Bankın hüquqi ünvanı və fəaliyyət göstərdiyi ölkə 

 

Bankın hüquqi ünvanı Nizami küçəsi, 70, Bakı AZ1010, Azərbaycan Respublikasıdır. 

 

Bankın  ARMB  tərəfindən  verilmiş  13  aprel  2009-cu  il  tarixli  251/1  saylı  icazəsi  əsasında  fəaliyyət 



göstərən  və  Azərbaycan  Respublikası,  Sumqayıt  şəhəri  AZ5000,  Azərbaycan  Prospekti  1,  

1-ci məhəllə, ev 2 ünvanında yerləşən Sumqayıt filialı mövcuddur. 

 

Bankın səhmdarları  

 

31  dekabr  2010-cu  və  2009-cu  il  tarixlərinə  aşağıdakı  səhmdarlar  Bankın  adi  səhmlərinə  sahib 

olmuşlar: 

 

Səhmdarlar 



31 dekabr  

2010-cu il, % 

 

31 dekabr, 

2009-cu il, % 

 

“Evro Standard” MMC 

37.5 

37.5 


“Tayning Global Ink” MMC 

37.5 


37.5 

“Azbizneskom” MMC 

25.0 

25.0 


 

Cəmi 

100 

100 

 

 



Bankın əməliyyat mühiti 

 

Azərbaycan  Respublikası,  ölkə  hüdudlarından  kənarda  sərbəst  dövriyyəyə  malik  olmayan  valyuta, 



sərt  valyuta  nəzarəti,  müəyyən  qədər  yüksək  inflyasiya  və  iqtisadi  artım  templəri  də  daxil  olmaqla 

inkişaf  etməkdə  olan  ölkələrə  xas  bir  çox  xarakterlərə  malikdir.  Azərbaycanın  bank  sektoru  ictimai 

fikirdəki  mənfi  dəyişikliklərə  və  iqtisadi  şəraitə  qarşı həssasdır.  Bəzən  Azərbaycan  iqtisadiyyatında 

likvidlik  riskləri  ilə  əlaqədar  olaraq  bank  sektoruna  inamın  azalması  halları  müşahidə  olunur.  Bank 

sektorundakı  iqtisadi  tendensiyaları  və  aparılacaq  islahatları,  habelə  Azərbaycanın  bank  sektorunda 

likvidlik  və  ya inamın azalması hallarının Bankın  maliyyə vəziyyətinə  mümkün təsirini qabaqcadan 

rəhbərlik tərəfindən proqnozlaşdırılması mümkün deyil. 

 

Azərbaycan Respublikasının vergi, valyuta və gömrük qanunvericiliyində tez-tez müxtəlif şərhlər və 



dəyişikliklər  baş  verir.  Bundan  əlavə,  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  bankların 

üzləşdiyi  çətinliklərə,  müflisləşmə  və  iflas  haqqında  qanunvericiliyin  gələcəkdə  təkmilləşdirilməsi 

zərurəti,  girovun  qeydiyyatı  və  istifadəsi  üzrə  rəsmiləşdirilmiş  proseduraların  yetərsizliyi,  eləcə  də 

qanunvericilik  və  vergi  sistemi  ilə  bağlı  digər  maneələr  daxildir.  Azərbaycan  Respublikasının 

gələcək  iqtisadi  istiqaməti  əsasən  hökümət  tərəfindən  iqtisadi,  maliyyə  və  monetar  sahələrində 

görülən tədbirlərdən, eləcə də vergi, hüquq, tənzimlənmə və siyasi sahələrdə inkişafdan asılıdır.  




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə