Bank Əməliyyatlarının hüquqi əsasları Maddə Bank sistemi və onun hüquqi əsasları



Yüklə 37,94 Kb.

tarix20.09.2018
ölçüsü37,94 Kb.


 

- 1 - 


Bank Əməliyyatlarının hüquqi əsasları 

Maddə 2. Bank sistemi və onun hüquqi əsasları 

Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Milli Bankından (bundan 

sonra mətndə - Milli Bank) və kredit təşkilatlarından ibarətdir.  

Milli  Bank  dövlətin  mərkəzi  bankıdır  və  onun  fəaliyyəti  Azərbaycan  Respublikasının 

Konstitusiyası,  “Azərbaycan  Respublikasının  Milli  Bankı  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  banklar  haqqında 

Azərbaycan  Respublikasının  qanunu  və  bunlara  müvafiq  olaraq  qəbul  edilmiş  digər  normativ 

hüquqi  aktlar,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdıgı  beynəlxalq  müqavilələrlə 

tənzimlənir.  

Azərbaycan  Respublikasında  kredit  təşkilatlarının  fəaliyyəti  Azərbaycan  Respublikasının 

Konstitusiyası,  banklar  haqqında  Azərbaycan  Respublikasının  qanunu,  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsi,  “Azərbaycan  Respublikasının  Milli  Bankı  haqqında”  və 

“Kredit İttifaqları haqqında” Azərbaycan Respublikası qanunları, Milli Bankın bunlara müvafiq 

olaraq  qəbul  edilmiş  normativ  aktları,  Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi 

aktları,habelə Azərbaycan Respublikasının tərəfdar çıxdıgı beynəlxalq müqavilələrlə tənzimlənir.  

Cari  bank  fəaliyyəti  ilə  bağlı  qərarları  qəbul  edərkən  kredit  təşkilatları  dövlət  hakimiyyəti  və 

bələdiyyə  orqanlarından  asılı  deyildir  və  onlar  kredit  təşkilatlarının  fəaliyyətinə  qarışa  bilməz. 

Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə 

məcbur edilə bilməz.  

Kredit  təşkilatlarının  və  dövlətin  müvafiq  öhdəlik  götürdüyü  hallardan  başqa  bütün  digər 

hallarda  kredit  təşkilatları  dövlətin,  dövlət  isə  kredit  təşkilatlarının  öhdəlikləri  üçün  məsuliyyət 

daşımır.  



Maddə 3. Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar 

3.1.Azərbaycan  Respublikasının  ərazisində  banklar  və  bank  olmayan  kredit  təşkilatları  bank 

fəaliyyətinı Milli Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər.  

3.2. Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər.  

3.3. Bu Qanunun 3.4-cü maddəsi istisna olmaqla digər müddəaları ”Kredit İttifaqları haqqında” 

Azərbaycan 

Respublikasının  Qanununa  və  digər  qanunvericiliyə  müvafiq  olaraq 

lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına 

şamil olunmur.  

3.4.  Bu  Qanunun  3.3-cü  maddəsində  göstətilən  bank  olmayan  kredit  təşkilatlarının  bank 

fəaliyyətinin  lisenziyalaşdırılması  və  tənzimlənməsi  qüvvədə  olan  qanunvericilik  və  Milli 

Bankın  normativ  xarakterli  aktları  ilə  həyata  keçirilir.  Bank  olmayan  kredit  təşkilatlarına 

rəhbərlik  edən  işçilərin  peşə  ixtisasına  və  təcrübəsinə  dair  tələblər  Milli  Bank  tərəfindən 

müəyyən edilir.  

3.5. Milli  Bank hər hansı  şəxsin  lisenziyası  olmadan bu Qanunun 3.1-ci  maddəsində  göstərilən 

fəaliyyətlə  məşğul  olduğunu  müəyyən  etdikdə,  həmin  şəxsə  bu  fəaliyyətinə  xitam  verilməsi 

haqqında tələb göndərir və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir. 

 

Banklar haqqında Azərbaycan respublikasının qanunu sonuncu dəfə 16 yanvar 2004- cü 



ildə  qəbul edilib.  Bu qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq stan- 

dartlara  tam  uyğunlaşdırılmasını,  iqtisadiyyatda  bank  xidmətlərinin  rolunun  artırılması,  bank 

əmanətçilərinin  və  kreditorlarının  müdafiəsinin  gücləndirilməsi  və  bütövlükdə  bank  sisteminin 

stabil  və  təhlükəsisz  fəaliyyətin  təmin  edilməsi  məqsədi  ilə    bankların  təşkili  ,daxili  idarə 

edilməsi,  fəaliyyətin  tənzimlənməsi  və  ləğv  edilməsi  prinsiplərini,  qaydalarını  və  normalarını 

müəyyən edir. 

 

Milli bank haqqında Azərbaycan Respublikasının 10dekabr 2004-cü il tarixli qanunu  



bu  qanun  Azərbaycan  respublikası  Milli  bankının  hüquqi  statusunu,  onun  məqsəd,  funksiya, 

səlahiyyətlərini, idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi  

dövlət  hakimyyət  orqanları  ilə  və  digər  şəxslərlə  münasibətlərini  tənzimləyir 

  

 



 

- 2 - 


 

Bankın yaradılması və ləğv edilməsi 

Bank  fəaliyyəti  ilə  məşğul  olmaq  istəyən  bütün  qurumlar  Milli  Bankın 

lisenziyasına malik olmalıdır.  Bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən 

açıq 


səhmdar 

cəmiyyəti 

formasında 

yaradılır. 

Bank 

fəaliyyətinin 



lisenziyalaşdırılması  qaydası    “Banklar  haqqında”  qanununa  əsasən  həyata 

keçirilir.  Azərbaycan  Dövlət  Respublikasının  qanunlarının  tələblərinə  əsasən 

kommersiya bankları hüquqi şəxs statusu almaq üçün Ədliyyə Nazirliyində dövlət 

qeydiyyatından  keçməlidir.  Sənədlər  toplusuHüquqi  şəxslərin  dövlət  qeydiyyatı 

haqqında    qanuna  uyğun  olaraq  ədliyyə  nazirliyinə  təqdim  edilir.  Bank  dövlət 

qeydiyyatından keçərək hüquqi çəxs statusu aldıqdan sonra bank lisenziyası almaq 

üçün  MB-a  yazılı  surətdə  vəsatət  verir.  Banklar  və  bank  fəaliyyəti  haqqında 

qanununa  əsasən  bank  lisenziyası  almaq  üçün  banklar    MB-a  aşağıdakı  sənədləri 

və məlumatları təqdim etməlidir. 

1.

 



Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti 

2.

 



Təsis  sənədləri(təsis  müqaviləsi,nizamnamənin  qəbul  olunması,nəzarət  və 

idarəetmə orqanları rəhbərlərinin təyin edilməsi haqqında protokol və s.) 

3.

 

Hüquqi  şəxs  olan  təsisçilərin  son  il  üçün  maliyyə  vəziyyətini  əks  etdirən 



mühasibat balansı, mənfəət və zərər haqqında hesabat və buna dair auditor rəyi 

4.

 



Rəhbərlərin və baş mühasibin peşə yararlılğı və məhkum olunub-olunmadıqları 

haqqında məlumaq, həmin şəxslər tərəfindən doldurulmuş anket. 

Sənədlər  tələblərə  uyğun  olduqda,  Milli  bank  yeni  kredit  təşkilatı  üçün  müxbir 

hesabı  açır  və  minimal    nizamnamə  kapitalının  ödənilməsini  tələb  edir.  Bank 

yalnız  lisenziya  aldıqdan  sonra  hüquqi  şəxs  kimi  fəaliyyətə  başlayır  və  bank 

sisteminə  daxil  olur. MB tərəfindən  yeni kredit  təşkilatına bank  lisenziyası  qeyri-

müəyyən müddətə verilir. Lisenziya verilərkən, onun verilməsi haqqında qərarında 

MB kredit təşkilatına əsaslandırılmış şərtlər, məhdudiyyətlər qoya bilər.  

Banklar haqqında qanunun 16-cı maddəsinə əsasən lisenziyanın geri götürülməsi 

aşağıdakı hallarda mümkündür. 

1.

 

kredit təşkilatlarının təsisçilərinin  müraciəti əsasında 



2.

 

bankın  bank  qanunvericiliyini  və  MB_ın  normativ  aktlarının  tələblərini 



mütəmadi pozduqda 

3.

 



Lisenziya alınması üçün təqdim edilən sənədlərdə yanlışlıq olduqda 

4.

 



lisenziyanın qüvvəyə mindiyi gündən bir il ərzində ondan istifadə edilmədikdə 

5.

 



bank müflis elan edildikdə 

6.

 



Milli banka yanlış hesabat və məlumat verildiyi müəyyən olunduqda 

7.

 



lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə. 

8.

 



filialın baş təşkilatından bank əməliyyatları aparılması alındıqda 

9.

 



kapitala  və  xüsusi  ehtiyyatlara  malik  olmadıqda  və  öhdəlikləri  yerinə  yetirə 

bilmədikdə.  Və s . qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda. 

Lisenziya geri alınarkən, bu MBİH-nin qərarı ilə rəsmiləşdirilir və bütün səbəblər 

göstərilməklə  kredit  təşkilatına  yazılı  surətdə  bildirilir.  Bu  haqqda  Ədliyyə 

Nazirliyinə  5  gün  ərzində  məlumat  verir  və  bu  barədə  rəsmi  məlumat  dərc 

etdirir.Bank lisenziyasının geri götürülməsi haqda qərar qüvvəyə  mindiyi gündən 

bütün əməliyyatları dayandırır. 



 

- 3 - 


Bankların Milli bankla münasibətlərinin təşkili 

Milli bank Azərbaycan Respublikasının bank sisteminin sabit işini təmin 

etmək, bank kreditorlaının və əmanətçilərinin maraqlarını qorumaq məqsədi ilə  

bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını 

Milli bank, banklar haqqında Azərbaycan Respublikasının qanunlarına, Milli bank-

ın normativ xarakterli aktlarına və səmərəli bank nəzarəti üzrə beynəlxalq təcrübə-

yəuyğun olaraq həyata keçirir.  Milli bank qanunla nəzərdə tutulmuş hallar istisna 

olmaqla kredit təşkilatlarının cari fəaliyyətinə qarışmır. 

 

Milli bank kredit təşkilatlarının öhdəlikləri üçün , kredit təşkilatları isə Milli 



bank ın öhdəlikləri üçün cavabdeh deyil. Milli bank kredit təşkilatları üçün 

sonuncu inistansiya kreditoru kimi çıxış edə bilər. 

 

Milli bank Azərbaycan Respublikasında bank fəaliyyətinin həyata keçirilmə- 



si üçün kredit təşkilatlarına xüsusi icazələrin , onların filial və şöbələrinə, 

nümayəndəlik fəaliyyətini həyata keçirilməsi üçün yerli və xarici bankların 

nümayəndəliklərinə liseziyaların verilməsi və ləğv edilməsində müstəsna səlahiy- 

yətə malikdir. Liseziyaların forma və məzmununu Milli bank müəyyənləşdirir. 

 

Kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti üçün Milli 



bank aşağdakıları həyata keçirir. 

1.

 



Bank fəaliyyəti üzrə normativ xarakterli aktları qəbul edir. 

2.

 



Kreditlər və digər aktivlər üzrə ehtimal olunan zərərlərin ödənilməsi üçün 

banklar , xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları 

yaradılan xüsusi ehtiyyat fondunun hesablanması və formalaşdırılması 

qaydasını müəyyən edir. 

3.

 

Hesabat və yoxlamalar əsasında kredit təşkilatlarının maliyyə vəziyyətini 



qiymətləndirir və düzəlişlərin edilməsi barədə göstərişlər verir. 

4.

 



Qanunla müəyyən edilmiş hallarda və qaydada kredit təşkilatlarında və 

onların törəmə təsərüfat cəmiyyətlərində yoxlamalar aparır. 

5.

 

Bank xidmətləri bazarında inhizarçılıq fəaliyyətinin qarşısının alınması məq- 



sədi ilə  səlahiyyətli dövlət orqanı qarşısında məsələ qaldırır. 

6.

 



Banklarda və xarici bankların yerli filiallarında korporativ idarəetmə 

standartlarını müəyyən edir və tətbiqinə nəzarət edir. 

7.

 

Qanunla nəzərdə tutulmuş hallarda banklarım maliyyə sağlamlaşdırılması 



tədbirləri çərçivəsində  onların Milli bank bank qarşısında öhdəliklərin 

yerinə yetirilməsinin xüsusi şərtlərini müəyyən edir. 

8.

 

lisenziyası ləğv edilmiş banklar haqqında qanunvericiliyə müvafiq tədbirlər 



görür. 

9.

 



Qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir. 

kredit təşkilatları ilə qarşılıqlı fəaliyyət məqsədi ilə Milli bank kredit təşkilatlarının  

nümayəndələrini cəlb etməklə bank işinin mühüm məsələləri barədə məsləhətləş- 

mələr apara , əməli təkliflər hazırlamaq üçün ictimai əsaslarla fəaliyyət göstərən 

şuralar, işçi qrupları yarada bilər. Milli bankın lisenziyalaşdırma, tənzimləmə Ə və 

nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlar barəsində mübahisə- 



lərə məhkəmə qaydasında baxılır, şikayətin  verilməsi qərarın icrasını dayandırmır.

 

: kurs-isleri
kurs-isleri -> Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür
kurs-isleri -> Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək
kurs-isleri -> İqtisadiyyat insanlar arasında məlumat mübadiləsinə, öz iqtisadi fəaliyyətində
kurs-isleri -> Qeyd etdiyimiz kimi bu mövzuda bizim əsas məqsədimiz məcmu tələb və məcmu
kurs-isleri -> Биожоьрафийа-организм групларынын вя онларын айры-айры компонентляринин жоьрафи йайылмасы вя мяскунлашмасы щаггында елмдир
kurs-isleri -> Magistr I kurs (Qədim Misir mədəniyyəti)
kurs-isleri -> Mövzu : Bağdad xilafəti və Səlcuq türkləri
kurs-isleri -> \\ddfalınma sözlər: Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir
kurs-isleri -> Səyahət və turizm kimi bir-birinə bağlı bu iki anlayış müəyyən həyat


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə