«Bank işi» kafedrası



Yüklə 253,27 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix08.04.2018
ölçüsü253,27 Kb.
#36798
  1   2   3   4   5   6   7   8   9   10


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ  

 

 

 

«Bank işi» kafedrası 

«Doktorantura»  şöbəsi 

 

 

ELMİ VƏ ELMI-PEDAQOJİ KADR  

HAZIRLIĞININ  HÜQUQİ ƏSASLARI 

 (METODİKİ  VƏSAİT) 

 

Hazırlayanlar: 

Prof. Zahid Fərrux Məmmədov; 

Dos. Həmid İnsafoğlu Həmidov; 

PhD., Elmlər doktoru proqramı üzrə doktorant Mustafa Aslan oğlu 

Abbasbəyli 

 

 

 

 

Bakı- 2015 



 

Elmi  v



ə  elmi-pedaqoji  kadr  hazirlığının  hüquqi 

əsasları  (Metodik  vəsait)  //  Prof.  Zahid  Fərrux 

M

əmmədov;  Dos.  Həmid  İnsafoğlu  Həmidov;  PhD., 

Elml

ər  doktoru  proqramı  üzrə  doktorant  Mustafa  Aslan 

o

ğlu Abbasbəyli .Bakı.:AzDİU- 2015. 

 

 



 

Elmi və elmi-pedaqoji kadr hazırlığının hüquqi əsaslari ki-

tabı elmi-pedaqoji kadr hazırlığınına dəstək verə biləcək  məlumat 

vəsaitidir.  Bu  məlumat    vəsaiti    elmi-pedaqoji  kadr  hazırlığı  üzrə 

qəbul olunmuş normativ –hüquqi aktların icrasında yaranmış sual-

lara cavab verir. Kitabda -  Doktorantura proqrammına qəbul olmaq 

və kafedra üzrə dosent, professor elmi ad almaq istəyən iddiaçıların 

attestasiya işlərinin təhlil və qiymətləndirməsi prosesində ortaya çı-

xa biləcək suallara  Azərbaycanda həyata keçirilən  yüksək ixtisaslı 

elmi  və  elmi-pedaqoji  kadrların  hazırlanması  istiqamətində  qəbul 

olunan  Qanunları və normativ-hüquqi sənədləri rəhbər tutaraq ca-

vablar  verilir.   




 

Ön söz 

Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-

pedaqoji  kadrların  hazırlanması  ali  təhsilin  ən  yüksək  səviyyəsi 

olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcə-

lərin (elm sahələri  göstərilməklə, fəlsəfə doktoru və elmlər dokto-

ru) verilməsi ilə başa çatır. Doktoranturada təhsil fəlsəfə doktoru və 

elmlər doktoru proqramları üzrə həyata keçirilir. 

Doktoranturaya  qəbul  olmaq  istəyən  şəxslərin  ixtisas  uy-

ğ

unluğu  qəbul  komissiyası  tərəfindən  müəyyən  edilir.  Doktorant 



təhsil  müddətində  peşə  biliklərinə  dərindən  yiyələnməli,  müstəqil 

elmi  tədqiqat  işi  aparmaq  vərdişləri  əldə  etməli,  elmi  tədqiqatlar 

aparmaq metodologiyasını mənimsəməli, fərdi iş planını tam yerinə 

yetirməli,  ixtisas  fənnindən  (həmçinin  ixtisas  uyğunluğu  nəzərə 

alınmaqla, digər fəndən), informatikadan və xarici dildən doktorluq 

imtahanlarını  verməli,  elmi  tədqiqatlarının  nəticələrini  əks  etdirən 

məqalələr dərc etdirməli, elmi tədqiqatlarının nəticələrini aprobasi-

ya etdirməli və elmi tədqiqat işini uğurla bitirməlidir. 

Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi təd-

qiqat  işini  bitirən  şəxslər  «Fəlsəfə  doktoru»  elmi  dərəcəsi  almaq 

üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. 

Ə

yani  təhsil  alan  doktorantlar  elmi  rəhbərin  razılığı  ilə 



təhsil aldıqları ali təhsil müəssisəsi və elmi təşkilatda 0,5 ştat vahidi 

ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər. 

Dissertasiya  müəllifin  təkbaşına  yazdığı  və  açıq  müdafiə 

üçün  irəli  sürdüyü  elmi  müddəaların  və  nəticələrin  məcmusunu 

ə

hatə  edən  elmi  işdir.  Dissertasiya  daxili  vəhdətə  malik  olmalı, 



müəllifin elmə şəxsən verdiyi töhfəni əks etdirməlidir. 

Müəllif tərəfindən təklif olunmuş yeni nəticələr ciddi əsas-

landırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqi-

di  qiymətləndirilməlidir.  Tətbiqi  əhəmiyyətə  malik  dissertasiyada 

müəllif tərəfindən alınmış elmi nəticələrin praktikada tətbiqi barədə 

məlumat,  nəzəri  əhəmiyyətə  malik  olan  dissertasiyalarda  isə  elmi 

nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr verilməlidir. Dissertasiya-

ların əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbay-




 

can  Respublikasının  elmi  nəşrlərində  və  xarici  ölkələrin  nüfuzlu 



(beynəlxalq  elmi  ictimaiyyət  tərəfindən  birmənalı  olaraq  qəbul 

olunmuş elmi- praktiki) elmi nəşrlərində dərc olunmalıdır. 

Dissertasiyanın  əsas  elmi  nəticələrini  əks  etdirən  dərc 

olunmuş  işlərə,  əlavə  olaraq  ixtiralar  haqqında  müəlliflik  şəhadət-

namələri, sənaye nümunələri və patentlər, ümumrespublika və bey-

nəlxalq  konfrans  və  simpoziumların  nəticələri  üzrə  dərc  olunmuş 

məruzə və tezislər, elektron elmi nəşrlər də aiddir. Ümum respubli-

ka konfrans və simpoziumlarının nəticələri üzrə dərc olunmuş mə-

ruzə  və  tezislərə,  habelə  elektron  nəşrlərə  dair  tələblər  Komissiya 

tərəfindən müəyyən edilir. 

Dissertasiya işinin ilkin müzakirəsi əvvəlcə həmin işin ye-

rinə yetirildiyi təşkilatın kafedrasında keçirilir. 

Avtoreferatda  dissertasiyanın  əsas  ideyaları  və  nəticələri 

şə

rh olunmalı, onun yenilik dərəcəsi və tədqiqatın nəticələrinin el-



mi  və  praktiki  əhəmiyyəti,  aparılan  tədqiqatlarda  müəllifin  şəxsi 

töhfəsi göstərilməlidir. 

Kafedra  üzrə  professor  elmi  adı  müsabiqə  və  ya  təyinat 

üzrə  kafedra  müdiri  və  ya  professor  vəzifəsini  tutan  və  ya  rektor, 

prorektor (elmi və tədris işləri üzrə) təyin olunmuş və bu vəzifələr-

də  bir  il  müvəffəqiyyətlə  işləyən,  beş  il  ali  pedaqoji  iş  stajı  olan, 

yüksək  metodiki  və  elmi  səviyyədə  mühazirələr  oxumuş,  müda-

fiədən  sonra  dərc  olunmuş  tədris-metodiki  və  elmi  işləri  olan  do-

sent elmi adı almış elmlər doktorlarınaverilir. 

Kafedra üzrə dosent elmi adı kafedra müdiri və ya dosent 

vəzifəsinə seçilən və ya təyin edilən, yaxud rektor, prorektor (elmi 

və tədris işləri üzrə), dekan vəzifəsini tutan və həmin vəzifədə bir il 

müvəffəqiyyətlə işləyən, üç il ali pedaqoji iş stajı, müdafiədən son-

ra dərc edilmiş tədris-metodiki və elmi işləri olan fəlsəfə doktorla-

rına və ya elmlər doktorlarına verilir. 

Ölkədə elmin vəziyyətinin ən önəmli göstəricilərindən biri 

də keyfiyyətli elmi nəşrlərin yayımıdır. Yeni elmi istiqamətlərin sa-

yının  artımına  paralel  elmi-periodik  nəşrlərin  sayında  da  yüksəliş 

müşahidə olunur və bu yüksəlişə cavab olaraq müəllif, resenzent və 

jurnal redaktorları qarşısında ciddi tələb və məsuliyyət qoyulur. El-




Yüklə 253,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə