Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix31.08.2018
ölçüsü1,27 Mb.
#65786
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

ver. 1.0.4. date 27.01.17 



 

Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu  

 

 

Bir  tərəfdən  Azərbaycan  Respublikasının  qanunvericiliyi,  Mərkəzi  Bankın  lisenziyası  və  öz 



Nizamnaməsi əsasında fəaliyyət göstərən “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Bank 

adlandırılacaq) və digər tərəfdən Müştəri, birlikdə Tərəflər adlandırılacaqlar, aşağıdakılar barədə Bank 

xidmətlərinin  göstərilməsinə  dair  ümumi  şərtlər  toplusunu  (bundan  sonra  Müqavilə  adlandırılacaq) 

bağladılar. 



 

I.

 

MÜQAVİLƏNİN PREDMETİ 

 

1.



 

Bu  Müqavilədə,  Müştərinin  müraciəti  əsasında  ona  bank  hesabının  açılması,  depozitin 

yerləşdirilməsi,  maliyyələşdirilməsi  (kredit,  kredit  xətti  və  ya  overdraft),  ödəniş  kartlarının 

verilməsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır.  

2.

 

Hazırki Müqavilə, həmçinin, Tərəflər arasında elektron daşıyıcılar vasitəsi ilə bank xidmətləri 



üzrə  sərəncamların  verilməsi  və  qəbulu,  bu  sərəncamların  icrası  ilə  bağlı  elektron  imzanın 

qəbuluna dair tələblər öz əksini tapmışdır. 

3.

 

Bu Müqavilənin imzalanması Bank tərəfindən Müştəriyə bu Müqavilə ilə tənzimlənməyən digər 



xidmətlərin göstərilməsini məhdudlaşdırmır və həmin münasibətlərə şamil edilmir.  

4.

 



Yuxarıda qeyd olunan xidmətlərdən hər birinin Bank tərəfindən Müştəriyə təqdim olunması üçün 

bu  Müqavilədən  başqa  müvafiq  Ərizə  formalarının  da    Müştərinin  özü  və  ya  səlahiyyətli 

nümayəndəsi tərəfindən doldurularaq Banka təqdim olunması tələb olunur.  

5.

 



Müştəriyə  yalnız  müvafiq  Ərizə  formasında  qeyd  etdiyi  xidmət  təqdim  olunacaq.  Bu  ərizə 

formaları  2  (iki)  nüsxədə  olacaq  və  hər  iki  tərəfin  imzası  və  möhürü  olan  tərəfin  möhürü  ilə 

təsdiqləndiyi andan qüvvəyə minəcək. 

6.

 



Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmətin göstərilmə 

yeri və sair şərtlər qeyd olunan  Ərizə formalarında öz əksini tapacaq. 

7.

 

Hər bir bank xidməti üzrə Xidmət haqqı Bankın qüvvədə olan Tariflər kitabçasında qeyd olunur. 



8.

 

Bu Müqavilə çərçivəsində tərəflərin imzaladığı bütün Ərizə formaları bu Müqavilənin ayrılmaz 



hissəsini təşkil edir. Tərəflər arasında imzalanmış hər-hansı Ərizə forması ilə hazırki Müqavilənin 

şərtləri arasında uyğunsuzluq olarsa, Ərizə formasında qeyd olunan şərtlər üstünlük təşkil edəcək. 

9.

 

Tərəflər  arasında  daha  əvvəl  imzalanmış  və  qüvvədə  olan  digər  müqavilələr  mövcud  olduğu 



halda, bu Müqavilənin imzalanması həmin müqavilələr üzrə yaranmış münasibətlərə təsir etmir. 

 

II.



 

BANK HESABI 

 

1.



 

Cari hesab barədə məlumat 

1.1.


 

Bank,  Müştərinin  müraciəti  əsasında  ona  “Bank  hesabının  açılması  üçün  ərizə”  formasında 

göstərilən  valyuta(lar)da  cari  hesab  açmağı,  onun  tapşırığı  ilə  Azərbaycan  Respublikası 

qanunvericiliyi, Mərkəzi Bankın və Maliyyə bazarlarına nəzarət orqanının normativ sənədləri ilə 

nəzərdə  tutulmuş  bütün  hesablaşma  və  kassa  əməliyyatlarını  həyata  keçirməyi,  yəni  açılmış 

hesaba  daxil  olan  pul  vəsaitini  qəbul  etməyi  və  hesaba  mədaxil  etməyi,  hesabdan  müvafiq 

məbləğlərin köçürməyi və verməyi, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin 

sərəncamlarını  yerinə  yetirməyi  öhdəsinə  götürür.  Müştəri  isə  bunun  müqabilində  Bankın 

qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür. 

1.2.


 

Müqavilənin  qüvvədə  olduğu  müddət  ərzində  açılan  yeni  hesablar  üzrə  münasibətlərə  də  eyni 

qaydalar tətbiq ediləcək. 



 

ver. 1.0.4. date 27.01.17 



1.3.

 

Hesab üzrə Müştəri sərəncamları həm kağız, həm də elektron daşıyıcılarda verilə və qəbul oluna 



bilər.  Sərəncamların  elektron  daşıyıcılarda  verilməsi  ilə  bağlı  Tərəflər  arasında  yaranan 

münasibətlər Müqavilənin VII bölümü ilə tənzimlənir. 



 

2.

 

Bank hesabı xidmətinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələri 

2.1.

 

Bankın vəzifələri: 

2.1.1.


 

Müştəriyə  hesablaşma-kassa  xidməti  üzrə  kompleks  xidmət  təqdim  etmək.  Bura  Müştərinin 

hesablarının açılması, aparılması  və onun tapşırığı  ilə Bankın  lisenziyasında nəzərdə tutulmuş 

bütün hesablaşma və kassa əməliyyatlarının həyata keçirilməsi daxildir. 

2.1.2.

 

Bankın  qüvvədə  olan  tariflərinə  uyğun  olaraq  xidmət  haqlarının  ödənilməsi  şərtilə  Müştəriyə 



bilavasitə  hesablaşma-kassa  xidmətinə  aid  olan  və  ya  aid  olmayan  digər  xidmətləri 

(kreditləşdirmə, xarici valyutanın alınıb satılması, və s.) göstərmək. 

2.1.3.

 

Müştərinin  tapşırığı  ilə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  və  Maliyyə  Bazarlarına 



Nəzarət  Palatasının  müvafiq  qaydaları  və  Bankın  daxili  qayda  və  prosedurlarına  ciddi  riayət 

etməklə hesablaşma əməliyyatlarını vaxtı-vaxtında və düzgün yerinə yetirmək. 

2.1.4.

 

Qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün ona hesablaşma hesabından nağd pul vəsaiti 



vermək.  Bu  halda  Müştərinin  hesabından  pul  vəsaitlərinin  silinməsi  ardıcıllığına  dair 

qanunvericiliyin tələbləri nəzərə alınır.  

2.1.5.

 

Müştərinin hesabında olan pul vəsaitinə dair əməliyyatı yalnız onun tapşırığı, yaxud onun razılığı 



ilə həyata keçirmək. Bank tərəfindən Müştərinin hesabından akseptsiz vəsaitin silinməsi yalnız 

qanunvericilik  və  Müqavilənin  II.2.2.2.  və  II.2.2.4.  bəndlərində  göstərilən  hallarda  həyata 

keçirilir. 

2.1.6.


 

Nağd pulun qəbulu və verilməsini Mərkəzi Bankın qaydalarına və normativ 

xarakterli 

aktlarına 

və Bankın daxili qayda və prosedurlarına ciddi riayət etməklə həyata keçirmək. 

2.1.7.


 

Hesabda aparılmış  əməliyyatlar üzrə Müştəriyə  hesabdan çıxarış vermək.  

2.1.8.

 

Bank, hesab üzrə məlumatların və əməliyyatların sirrinin mühafizəsinə təminat verir. Müştərinin 



razılığı olmadan bu məlumatlar üçüncü şəxslərə yalnız qanunvericiliklə xüsusi olaraq nəzərdə 

tutulmuş hallarda verilə bilər. 

2.1.9.

 

Müştəriyə  hesablar,  bank  avadanlığı,  sənədlərin  dövriyyəsi  qaydaları  və  hesablaşma-kassa 



xidmətinə bilavasitə aidiyyəti olan digər məsələlər üzrə məsləhətlər vermək. 

2.2.

 

Bankın hüquqları: 

2.2.1.


 

Müştərinin  qüvvədə  olan  qanunvericilik,  habelə  Bank  qaydaları,  hesablaşma  sənədlərinin 

rəsmiləşdirilməsi proseduru və onların Banka təqdim edilməsi müddətini pozduğunu sübut edən 

dəlillər olduqda hesablaşma-kassa əməliyyatlarının həyata keçirilməsindən imtina etmək. 

2.2.2.

 

Müştərinin hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə özünün qüvvədə olan xidmət 



tarifləri  ilə  müəyyənləşdirilmiş  məbləğdə  xidmət  haqqını  Müştərinin  hesabından  mübahisəsiz 

silmək. 


2.2.3.

 

Müştərini  1 (bir)  gün əvvəlcədən  yazılı  xəbərdar etməklə birtərəfli qaydada xidmət  tariflərinə 



dəyişiklik  etmək.  Yazılı  xəbərdarlığa  məktub,  elektron  əlaqə  vasitəsi  (e-mail),  faks,  SMS 

məlumatlandırma və digər vasitələrlə göndərilən xəbərdarlıq aiddir. 

2.2.4.

 

Kredit,  faizlər,  komissiyalar,  Banka  ödənilməli  olan  ödənişlər  və  qanunvericiliklə  müəyyən 



olunan  qaydada  üzrə  yaranmış  borcların  (tələblərin)  ödənilməsinə  yönəldilən  pul  vəsaitlərini 

Müştərinin Bankda mövcud olan bütün hesablarından akseptsiz qaydada silmək. 

2.2.5.

 

Müştərinin  hesabına  səhvən  daxil  olmuş  məbləğləri  onu  yazılı  qaydada  xəbərdar  etməklə 



hesabından  silmək.  Yazılı  xəbərdarlığa  məktub,  elektron  əlaqə  vasitəsi  (e-mail),  faks,  SMS 

məlumatlandırma və digər vasitələrlə göndərilən xəbərdarlıq aiddir.  

2.2.6.

 

Qanunvericilikdə baş vermiş dəyişiklik və ya Bank tərəfindən Müştəri haqqında əlavə məlumat 



əldə  etmək  zərurəti  yarandığı  hallarda  tələb  olunan  əlavə  sənədlərin  təqdim  edilməsini 

Müştəridən tələb etmək.  



2.3.

 

Müştərinin  vəzifələri: 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə