Bankin iNKİŞaf strategiyasi



Yüklə 112,43 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü112,43 Kb.
#69750

background image
BANKIN İNKİŞAF STRATEGİYASI 

Yapı Kredi Bank Azərbaycan QSC 100% xarici sərmayəli kommersiya Bankı olaraq  

Azərbaycanın maliyyə sektorunda çox önəmli yer tutmağı hədəfləyir. Səmərəli bank  

əməliyyatları ilə fəaliyyət göstərən Yapı Kredi Bank Azərbaycan QSC bütün bank  

xidmətlərini özünün dünya üzrə yayılmış şəbəkəsi vasitəsilə həyata keçirir.  

Bankın əsas siyasəti keyfiyyətli və etibarlı korporativ və pərakəndə bankçılıq xidmətlərini  

Müxtəlif sektorlarda çalışan müştərilərə və əhalinin geniş təbəqəsinə təqdim etməkdir.  

Bank müştərilərə keyfiyyətli və geniş, köçürmələrini daha rahat həyata keçirmək üçün sərfəli  

xidmət göstərir və eyni zamanda yeni müştərilərin cəlb edilməsi istiqamətində fəalliyyət  

göstərməkdədir.  

Bankın vəzifələri sırasında məhsul çeşidinin genişləndirilməsi və yeni texnologiyaların tətbiqi  

yer almaqdadır. Bank 26 ATM və 2700-dən çox POS Terminal şəbəkəsinə sahibdir. Gələcəkdə bu  

istiqamətlərdə bankın böyük planları var.  

 

Vizyonumuz :  

 

Davamlı böyümə və dəyər yaratmaqla maliyyə sektorunun öndə gedən banklarında biri halına  



gəlmək, müştərilərin və işçilərin ilk seçimi olmaq.  

 

Missiyamız:  

 

Bankın əsas missiyası, müştərilərə beynəlxalq səviyyədə geniş çeşiddə məhsullar təqdim etmək,  



limitsiz xidmətlər, şəffaf biznes fəaliyyəti, və müştərilərə inam, uzun müddətli əlaqələr qurmaqla  

müştəri məmnuniyyətini qazanmaq və bank sektorunda əhəmiyyətli və aparıcı pozisiya  

tutmaqdır.  

 

Dəyərlərimiz :  

 

Yapı Kredili düşüncələrini hər şəraitdə, şəffaf və rahat ifadə edə bilir. Bunun üçün uyğun  



metodlardan konstruktiv bir şəkildə istifadə edir. Bank dəyərləri çərçivəsində sərbəst hərəkət  

edir, qurumu gələcəyə aparan fəaliyyətlərə qoşulur.  

 

Ədalətli olma:  

Yapı Kredili, iş yoldaşları, həmkarlarına, müştərilərinə və Yapı Kredinin əlaqədə olduğu  

tərəflərə, şəxsi mənafelərini güdmədən, ayrı seçkilik olmadan ədalət və əzmlə davranır; hər  

vəziyyəti obyektiv şəkildə dəyərləndirərək qərar verir. YapıKredili qurum və toplum  

vəzifələrini yerinə yetirərkən, dəyərlərinə və öhdəliklərinə uyğun davranır.Şəffaflıq:  

Yapı Kredili öz sahəsi ilə əlaqəli məlumatları iş yoldaşları, müştəriləri və Bankın münasibətdə  

olduğu tərəflərlə, məxfilik prinsipləri çərçivəsində şəffaf, aydın bir şəkildə,vaxtında paylaşır və  

təqdim edir. YapıKredili öz düşüncələrini eyni şəffaflıqla irəli sürür.  

 

Etibarlılıq:  

 

Yapı Kredili, bank bilikləri, təcrübəsi və təşkilati dəyərlərə sadiqliyi ilə iş yoldaşları,  



müştəriləri və Bankın münasibətdə olduğu tərəflər arasında etibar yaradır. Səlahiyyət və  

məsuliyyət verdiyi insanlara etibar edir. Verdiyi sözü vaxtında, əskiksiz və təşkilati dəyərlərə  

uyğun olaraq ən gözəl şəkildə yerinə yetirir. əməl edə bilməyəcəyi sözü verməz. Nöqsanlara  

və problemlərə sahib çıxır, həlli yolları və nəticələrini izləyir.  



Hörmət etmə /Ehtiram:  

 

Yapı Kredili iş yoldaşlarının və müştərilərinin söyləmək istədiklərini, kim olduqlarına fərq  



qoymadan dinlər və mühüm sayar. Başqalarının fikir və göüşlərinə hörmət edər. Öz fikir və  

görüşlərinin də eyni şəkildə diqqətə alınacağını bilir. 



Yüklə 112,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə