Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
  1   2   3   4   5   6   7   8   9   ...   134


 

 
 
Barak Obama 
 
 
 
 
Ümidin cəsarəti 
Amerikan arzusunun bərpası barədə düşüncələr 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
Barak Obama 
Ümidin cəsarəti 
 
Amerikan arzusunun bərpası barədə düşüncələr 
 
 
Ġngiliscədən  Telman Orycov tərcümə etmiĢdip. Kitabın üz qabığının 4-
cü səhifəsindəki mətnin də müəllifi odur. 
 
Məni  ayağa  qaldıran  qadınlara  –  həyatımda  sabitlik  qayası  olan  ana 
nənəm  Tutuya  və  sevən  ruhu  indiyədək  məni  dəstəkləyən  anama  ithaf 
edirəm 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
 
 
 
 
 
Kitabın içindəkilər 
 
Proloq 
I fəsil: Respublikaçılar və demokratlar 
II fəsil: Dəyərlər    
III fəsil: Bizim Konstitusiya 
IV fəsil: Siyasət 
V fəsil: Ġmkan 
VI fəsil: Din 
VII fəsil: Ġrq 
VIII fəsil: Bizim sərhədlərdən kənarında dünya 
XI fəsil: Ailə 
Epiloq 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

 
Proloq 
 
Demək  olar  ki,  on  il  əvvəl  mən  ilk  dəfə  siyasi  vəzifə  uğrunda 
mübarizəyə  baĢlamıĢdım.  Həmin  vaxt  otuz  beĢ  yaĢında  idim,  universitetin 
hüquq  fakültəsini  artıq  dörd  il  idi  ki,  bitirmiĢdim,  təzəcə  evlənmiĢdim, 
ümumən  həyat  üçün  bir  səbirsizlik  əhval-ruhiyyəsində  idim.  Ġllinoys 
qanunvericilik orqanında boĢ yer açılmıĢdı və bir neçə dostum güman edirdi 
ki, bu yer üçün layiqli namizəd ola bilərəm, çünki mən  vətəndaĢ hüquqları 
üzrə mütəxəssis idim, mülki hüquq üzrə vəkil iĢləmiĢdim və icma təĢkilatçısı 
olmuĢdum.  Arvadımla  məsləhətləĢdikdən  sonra  mən  seçkiqabağı 
kampaniyaya qoĢuldum və ilk dəfə namizəd olan digər adamlar kimi hərəkət 
etməyə baĢladım: məni dəstəkləmək istəyən hər bir adamla söhbət edirdim. 
Məhəllə klublarındakı görüĢlərə və kilsə yığıncaqlarına, gözəllik salonlarına 
və  bərbərxanalara  gedirdim.  Küçənin  küncündə  iki  oğlanın  dayandığını 
görəndə,  yolu  keçib  onlara  öz  seçki  kampaniyamın  reklam  sənədlərini 
təqdim  edirdim.  Hara  gedirdimsə  müxtəlif  qaydada  səslənən  iki  sualı 
eĢidirdim: 
“Bu məzəli adı hardan tapmısan»? 
Və sonra  deyirdilər: “Sən kifayət qədər yaxĢı oğlana oxĢayırsan. Niyə 
siyasət kimi çirkli və iyrənc iĢin içinə girmək istəyirsən»? 
Bu sözlər mənə tanıĢ idi, bu sualların baĢqa variantını bir neçə il əvvəl 
ilk  dəfə  Çikaqoya  gəlib  kasıb  rayonda  iĢləməyə  baĢlayanda  məndən 
soruĢmuĢdular. Bu sadəcə siyasətlə bağlı ədəbsizlik niĢanəsi deyildi, həm də 
ictimai  həyat  barədəki  əsl  təsəvvür  idi,  bu  ən  azı  təmsil  etmək  istədiyim 
Sautsayd rayonlarında yaĢayan və puç olmuĢ vədlərin Ģahidi olmuĢ bir nəslin 
gəldiyi  qənaət  idi.  Buna  cavab  olaraq  mən  adətən  gülümsünürdüm,  baĢımı 
silkələyirdim,  bədbinliyin  səbəblərini  baĢa  düĢsəm  də,  digər  siyasət 
ənənəsinin də mövcud olduğunu qeyd edirdim. Bu ənənə ölkənin bünövrəsi 
qoyulan dövrlərdən mövcuddur və belə sadəcə fikrə əsaslanır ki, bir-birimizə 
möhkəm  bağlıyıq,  bizi  heç  bir  ziddiyyət  parçalaya  bilməz  və  bu  inamla 
yaĢamağa baĢlasaq, bütün problemləri həll edə bilməsək də, xeyli faydalı iĢ 
görə  bilərik.  Bunun  yaxĢı  inandırıcı  nitq  olduğunu  düĢünürdüm.  Məni 
dinləyən adamın buna Ģərik çıxmasına əmin olmasam də, müəyyən təəssürat 
yaratdığını  güman  edirdim,  elələri  də  tapılırdı  ki,  niyyətlərimin  ciddi 
olmasını  qiymətləndirirdi,  bu  niyyətlərlə  mən  Ġllinoys  qanunvericilik 
məclisinə yol tapmaq istəyirdim. 
 
 


 

Altı il sonra mən BirləĢmiĢ ġtatlar Senatına namizədliyimi irəli sürmək 
qərarına gəldikdə bu inamım xeyli azalmıĢdı. 
Bütün təzahürlər karyera seçimimin uğurlu olacağına dəlalət edirdi. ġtat 
senatında  azlıqda  fəaliyyət  göstərdiyim  iki  müddətdən  sonra  Demokratlar 
burada  nəzarətə  sahib  oldular  və  nəticədə  mən  bir  sıra  qanun  layihələrini 
əngəl  maneələrindən  keçirə  bildim.  Bu,  Ġlinnoys  Ģtatında  ölüm  cəzası 
sisteminin  islahatlarından  tutmuĢ  uĢaqlar  üçün  Ģtatın  səhiyyə  proqramının 
geniĢlənməsinə  qədər  olan  vacib  məsələləri  əhatə  edirdi.  Çikaqo 
Universitetinin  hüquq  fakültəsində  dərs  verməyimi  davam  etdirirdim, 
iĢimdən həzz alırdım və Ģəhərin hər yerində çıxıĢ etməyə dəvət edilirdim. Öz 
müstəqilliyimi,  yaxĢı  adımı  və  nikahımı  qoruyub  saxlayırdım,  axı  bunların 
hamısı  böyük  siyasət  dünyasına  daxil  olmağa  qərar  verməyimlə  risq  altına 
düĢmüĢdü. 
Lakin  illər  də  öz  hesabını  çəkirdi.  Təbii  ki,  mən  yaĢa  dolurdum,  öz 
səhvlərimə görə haqq verdiyimi daha ciddiliklə hiss edirdim, axı biz adətən 
idrakın stereotiplərinə elə də əhəmiyyət vermirik, güman edirik Ki bu irsidir 
irsidir  və  ya  ətraf  mühitdən  gəlir,  ancaq  tədricən  onların  quluna  çevrilirik, 
necə  ki,  axsamaqdan  adamın  budu  ağrıyır.  Məndəki  belə  xüsusiyyətlərdən 
biri  xroniki  narahatlıq  hissi  idi.  ĠĢimin  necə  getməsindən  asılı  olmayaraq, 
mənə ürcah çıxan sevinci qiymətləndirməyə qadir deyildim. Güman edirəm 
ki,  bu  qüsur  bütövlükdə  müasir  həyatın  və  həmçinin  amerikan  xarakterinin 
əlamətdir, lakin özünü hər Ģeydən daha güclü Ģəkildə məhz siyasətdə biruzə 
verirdi.  Ancaq  siyasətin  ona  yiyələnənləri  bu  qüsura  cəzb  etməsi  və  ya 
mübarizənin  onun  meydana  çıxmasına  Ģərait    yaratması  heç  də  tam  aydın 
deyildir.  Kiminsə  dediyi  kimi,  hər  kəs  çalıĢır  ki,  ya  öz  atasının  ümidlərini 
doğrultmaq üçün ya da onun səhvlərini düzlətmək üçün yaĢasın. Mən güman 
edirəm ki, bu, baĢqa Ģeylər kimi mənim xüsusi xəstəliyimi izah edə bilər. 
Hər  halda,  2000-ci  il  seçkilərində  Konqressdə  yer  tutmaq  üçün 
Demokratların  namizədinə  qarĢı  çıxmağım  həmin  narahatlığın  əlaməti  idi. 
Bu özlüyündə düĢünülməmiĢ addım idi və mən məğlubiyyətə düçar oldum. 
Bu,  baĢa  dəyən  yumruğun  bir  növü  olmaqla  səni  oyadır  ki,  həyat  heç  də 
sənin planlaĢdırdığın kimi uğurlu olmağa borclu deyildir. Bir il yarım sonra 
bu  uduzmanın  yarası  tam  qaydada  sağaldı.  Mən  mətbuatla  əlaqə 
məsləhətçim  ilə  birlikdə  nahar  edirdim,  o  bir  neçə  dəfə  məni  bütün  Ģtat 
miqyasında vəzifə tutmağa həvəsləndirmiĢdi. Nahar 2001-ci il sentyabrının 
sonlarına təsadüf ediri. 
O, salatı yeyə-yeyə dedi: 
-
 
Siz  yəqin  ki,  baĢa  düĢürsünüz  ki,  siyasi  həyatın  dinamikası 
dəyiĢilmiĢdir.  
Mən cavabın nə olacağını yaxĢı bilsəm də, soruĢdum:  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə