Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
  1   2   3   4   5   6   7   8   9   ...   43


BARIŞ BƏYİN ƏHVALATI
PANİKA POZUNTUSU



BARIŞ BƏYİN ƏHVALATI
PANİKA 
POZUNTUSU
ORXAN DOĞAN
Bakı – 2015


© Orxan Doğan 2015
Bu kitab təkcə nəzəriyyə və texniki məlumatların toplandığı bir 
kitab deyil. Kitab əsasən psixi sağlamlıq və xəstəliklər üzrə mütəxəssisin 
məsləhəti və nəzarəti altında panika pozuntusu olan insanların və 
onların qohumlarının öz-özlərinə necə kömək etməsindən bəhs 
edir. Ölkəmizdə bu cür özünə kömək ədəbiyyatının olmaması böyük 
problemdir. Bu baxımdan “Panika pozuntusu” kitabı xəstələr, onların 
qohumları, həkim, psixoloqlar, tibb və psixologiya fakültələrinin 
tələbələri üçün faydalı olacaq.
www.1905.az 
portalının nəşri


Bizə müəllimlik edən xəstələrimizə və onların ailələrinə...



ÖN SÖZ
Tarixdə XX əsr ən çox ad verilən əsr olub. Bu adlardan biri də stress 
əsridir. Bu ad XXI əsrə də aid edilə bilər. Stress insanın həyatında 
qaçılmaz hallardan biridir. Stressin istər fiziki, istər psixi, istər 
emosional, istərsə də davranış müstəvisində bir çox mənfi təsirləri 
var. Bununla yanaşı, unutmamalıyıq ki, stress insann vahid bir sistem 
şəklində müdafiəsi və davamlılığının təminində də rol oynayır. 
Stress keçirən hər adamın mütləq mənada onun əsarətinə düşməsi, 
hər hansı psixi pozuntusunun olması elə də vacib deyil. Stressi analiz 
edib onun zərərlərindən müdafiə olunmaq da mümkündür. Stress 
genetik, biokimyəvi, vahiməyə qarşı həssaslıq, insanın xarakteri və s. 
kimi amillərlə birləşdiyində psixi bir pozuntunun baş vermə ehtimalı 
da artır. Bunlardan biri də panika pozuntusudur.
Cəmiyyətimizdə panika pozuntusunun müşahidə olunma rəqəmi 
bir-iki milyon yarım arasında (Türkiyə Respublikasında – red.) 
dəyişir. Buna görə də əhalinin sağlamlıqla bağlı ciddi bir problemi 
kimi qiymətləndirilə bilər. Xəstələrin və onların qohumlarının 
panika pozuntusu səbəbindən qarşılaşdıqları problemləri və əməyin 
keyfiyyətinə təsiri ilə yanaşı, xəstələrin düzgün və lazımi müalicə 
imkanlarından istifadə etmə ehtimalını da nəzərə alsaq, problemin 
vacibliyi daha yaxşı başa düşüləcək.
Bu kitab təkcə nəzəriyyə və texniki məlumatların toplandığı bir 
kitab deyil. Kitab əsasən psixi sağlamlıq və xəstəliklər üzrə mütəxəssisin 
məsləhəti və nəzarəti altında panika pozuntusu olan insanların və 
onların qohumlarının öz-özlərinə necə kömək etməsindən bəhs 
edir. Ölkəmizdə bu cür özünə kömək ədəbiyyatının olmaması böyük 
problemdir. Bu səbəbdən inanıram ki, bu kitabın panika pozuntusu 
olan xəstələrə, onların qohumlarına, həkim, psixoloqlar, tibb və 
psixologiya fakültələrinin tələbələrinə faydası olacaq. 
Yrd.Doç.Dr. Gökbən Hızlı Sayar və Uzm.Dr Hülya Turquta 
təkliflərinə görə təşəkkür edirəm.
Hörmətlə
Prof.Dr. Orxan DOĞAN


8
PANİKA POZUNTUSU

Barış bəy və ilk panika tutması
Barış bəy iş yerinə – məktəbə getməyə hazır idi. Qızı Özləm hələ 
yatırdı. Əyilib yanağından öpdü. Həyat yoldaşı Zeynəbin işlədiyi 
məktəb evə yaxın olduğu üçün o, evdən daha gec çıxırdı.
– Salamat qalın, axşam görüşərik, – dedi. Onsuz da bir az sonra 
Zeynəbin anası gələcəkdi. 
Barış bəy hər günkü vaxtda evdən çıxdı. Hər gün həmin vaxtda 
evdən çıxmasaydı, işə vaxtında çata bilmirdi. Odur ki, hər gün eyni 
vaxtda işə gedirdi, beş dəqiqəyə avtobus dayanacağına çatırdı. Avto-
busla iyirmi dəqiqə yol getdikdən sonra, düşüb başqa avtobusa minir-
di. İkinci avtobusla da təxminən 15 dəqiqəlik yolu vardı. Sonra da beş 
dəqiqə piyada gedib çatırdı məktəbə. 
Bir saata çatırdı işə. Əvvəllər bu vaxt çox görünmüşdü gözünə. Za-
rafat bir yana, hər gün düz iki saatı yolda itirirdi. Heyf deyildi tələbəlik 
illəri? 
Universitet şəhərciyindəki yataqxanada yaşayırdı, beş dəqiqəyə də 
fakültəyə çatırdı. O günlər rahat günlərmiş deyə fikirləşdi. İşə gedib–
gəlmək məsələsini ciddi düşünmüşdülər. Ona görə də əvvəlcədən 
belə qərara almışdılar ki, kirayə tutduqları ev həyat yoldaşı Zeynəbin 
işlədiyi məktəbə yaxın olsun. Uşaqları dünyaya gələndən sonra xanı-
mı yolda vaxt itirməməli idi.
Zeynəblə universitetdə, tələbəlik illərində tanış olmuşdular. İlk 
dəfə uzaqdan gördükdə ona qarşı özündə bir yaxınlıq, mehribanlıq 
hiss etdiyini xatırlayırdı. Zeynəbin alicənab bir qız olduğunu dərhal 
sezmişdi. Saf və məsum bir gözəlliyi var idi bu qızın. Baxanda adamı 
sakitləşdirirdi. Sakit bir qızdı, az gülürdü, amma güləndə Barış bəy se-
vindiyindən az qalırdı göydə uçsun. Zeynəbin həmişə gülməsini istə-
yirdi. Çünki onun xöşbəxtliyi Barış bəyin xoşbəxtliyi deməkdi. 
Barış bəy bunları düşünə–düşünə avtobus dayanacağına gəlib çat-
dı. Başını qaldırıb göyə baxdı. Günəş işıq saçır, istiliyini hər yana ya-
yırdı. Avtobusu gözləyən adamlara baxdı. Heç biri gözləməkdən razı 
görünmürdü. “Bəlkə hərənin ya evdə, ya da işdə bir dərdi var”– deyə 


9
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI
fikirləşdi.
Özünün də dərdi yox idimi? “Dərdsiz insan var görəsən?” – deyə 
öz-özünə sual verdi. “Yəqin elə bir insan yoxdur. Ailə, iş, dolanışıq dər-
di, insani münasibətlərdəki süniliklər, ekoloji problemlər, ölkə prob-
lemləri” – deyə fikirləşdi...
Elə bu vaxt avtobus gəldi. Bir təhər minə bildi. “Lənət olsun, növ-
bəyə durmağı öğrənə bilmədik də. Bir də deyirlər ki, təhsil müddəti-
miz artıb” – deyə əsəbləşdi. Bəs nə bilmişdiniz, inkişaf etmişik, adam 
başına düşən illik gəlir bilmirəm neçə min dollara qalxıb. 
Avtobusda ayaq üstə sıxılmış bir vəziyyətdə gedə-gedə axşam evdə 
olanlar yadına düşdü. “Zeynəbin də əbəs yerə qanını qaraltdım. Kaş 
ki, daha sakit olsaydım” – deyə fikirləşdi. 
Axşam Zeynəblə aralarında söz-söhbət olmuş, xatırladığı qədər ilk 
dəfə Zeynəbin üstünə qışqırmışdı. İndi isə əslində ciddi bir məsələnin 
olmadığını başa düşürdü. Bu yola birlikdə çıxmışdılar, birgə hərəkət 
edib, problemləri birlikdə həll etməliydilər. 
Barış bəy ədəbiyyat müəllimi idi. Həm kitab oxumağı çox sevir-
di, həm də işi bunu tələb edirdi. Həyat yoldaşı biologiya müəllimiydi, 
onun qədər kitab aludəçisi deyildi. Kim bilir, bəlkə də işinə görə çox 
mütaliə etməsinə ehtiyac yox idi.
Üstəlik Barış bəyin kitab məsrəfi ailə büdcəsi üçün problem ya-
ratmağa başlamışdı. Axşam bir də kostyum almalı olduğunu deyəndə 
Zeynəb xanım çox əsəbiləşdi. Bir təhər başlarını saxlayırdılar, belə bir 
vaxtda kostyum haradan çıxdı, onsuz da kitablarına heç nə demirdi. 
Qızlarını fikirləşmək məcburiyyətində idilər. Guya o, qızlarını, gö-
zünün ağı–qarası Özləmi fikriləşmirdi? Özləm ağlına gələn kimi üzü 
güldü. Dünyada ən çox qiymət verdiyi məxluq məgər qızı deyildimi? 
Zeynəb də bunu bilirdi. 
Əslində, Barış bəy də yorulmuşdu. Hər ikisi maaş alırdı, amma İs-
tanbulda dolanmaq asan məsələ deyildi. 
Barış bəylə xanımı Zeynəb həmyaşıd idilər, hər ikisinin 28 yaşı 
vardı. Tələbə vaxtı gələcəklə bağlı xəyallarını bölüşürdülər. Məzun ol-
duqdan sonra ailə quracaq, eyni vilayətə, bir məktəbə təyinat alacaq-
dılar. Ah, eyni məktəb olsaydı nə yaxşı olardı! Anadolunun hər hansı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə