Barmaqlarinda



Yüklə 146,85 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü146,85 Kb.
#49867


 
DAHİLƏRİN MUSİQİSİ 
 
 
 
 
 
 
KÖRPƏ 
 BARMAQLARINDA 
 


 
ztempo.com 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu sərbəst iş üç cilddən ibarət olub, dahi bəstəkarların qısa tərcümeyi-
halını, onların məşhur əsərlərinin fortepiano üçün sadələşdirilmiş not yazılışını 
özündə cəmləşdirir.
 
 


 
ztempo.com 

 
 
“Dahilərin musiqisi körpə barmaqlarında” 
Sərbəst iş 
 
Hazırladı:   
 
 
Zərrin Şükür 
Rəhbər:  
 
 
 
Nərminə Əliverdi-zadə 
 
 
 
 
 
Təqdim  olunan  “Dahilərin  musiqisi  körpə 
barmaqlarında”  sərbəst  işinə  istinad  verilmədən 
istifadə  etmək,  rəsmi  icazəsiz  kommersiya  məqsədi 
üçün təkrar nəşr etmək qəti qadağandır.  
Bütün hüqüqlar Azərbaycan Respublikası mövcud 
Qanunvericiliyi ilə qorunur. 
 
 
 
 
 
BAKI-2017 
 


 
ztempo.com 

 
 
I və II hissədəki bəstəkarlar 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ.S.Bax 
Ş.F.Quno 
A.L.Vivaldi 
C.Puççini 
H.Eklis 
Y.F.Haydn 
V.R.Vaqner 
Q.Donizetti 
K.V.Qlük 
N.Rimski-Korsakov 
B.Marçello 
C.Rossini 
G.Hendel 
Ş.Adam 
M.Şarpantiye 
K.Sen-Sans 
L.V.Bethoven 
B.Smetana 
L.R.Bokkerini 
J.Offenbax 
Ü.Hacıbəyli 
P.Maskanni 
K.Veber 
F.Şubert 
C.Verdi 
S.Prokofyev 
P.İ.Çaykovskiy 
K.Debüssi 


 
ztempo.com 

 
 
 
III 
hissə 
 


 
ztempo.com 

 
 
Mündəricat 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ön söz 
 

V.A.Mozart 
 
29 
D.Leo 
 
33 
A.Ponkelli 
 
37 
İ.Brams 
 
41 
R.Şuman 
 
51 
J.Bize 
 
57 
E.Qriq 
 
67 
F.List 
 
73 
F.Şopen 
 
81 
A.Borodin 
 
89 
A.Dvorjak 
 
95 
M.İ.Qlinka 
 
99 
İ.Ştraus 
 
103 


 
ztempo.com 

 
 
 
içik  yaşlı  uşaqların  inkişafında,  dünya 
görüşünün  formalaşması  istiqamətində 
incəsənətin  çox  saylı  növləri  arasında 
musiqi önəmli yelərdən birini tutur. 
 
Onlarda 
erkən 
yaşlardan 
bədii 
yaradıcılıq 
xüsusiyyətlərinin  və  eləcə  də  estetik  zövqün  formalaşması 
gələcəkdə mənəvi zəngin şəxs kimi yetişməsi üçün möhkəm 
təməl yaradır. 
 “Dahilərin  musiqisi  körpə  barmaqlarında”  sərbəst 
işinin  ideyası  II  sinif  şagirdim  Şükürova  Zərrinlə  dərs 
əsnasında  yarandı.  Dərs  zamanı  əsas  tədris  proqramı 
(imtahan,  musabiqə,  festival  və  konsert)    materiallarını 
işlədikdən  sonra  biz  “üzündən  oxuma”  üçün  də  zaman 
ayırırdıq.  
Zərrinin  valideynləri  tərəfindən  toplanmış  zəngin 
kitabxanasından  olan  kitablar  isə  “üzündən  oxuma”  üçün 
əsas  vəsait  oldu.  Bu  vəsaitlərdən  digər  şagirdlərimlə  də 
“üzündən oxuma” vərdişlərini aşılamaq və inkişaf etdirmək 
üçün istifadə etdim.  
İstər  ibtidai,  istərsə  də  yuxarı  sinif  şagirdlərimin 
musiqiyə olan böyük marağını, müxtəlif dövrlərdə yaşamış 
və musiqi xəzinəsinə əvəzsiz töhvələr vermiş dünya şöhrətli 
bəstəkarların  yaradıcılığı  ilə  tanış  olmaq  həvəsini  nəzərə 
alıb Zərrinlə bu sərbəst işi hazırlamaq qərarına gəldik. 
Sərbəst  iş  üç  hissədən  ibarətdir  və  hər  hissədə  14 
bəstəkar  olmaqla  ümumilikdə  42  bəstəkar  haqqında 
məlumat verilib.  
 
 



 
ztempo.com 

 
 
Uşaqların  marağını  nəzərə  alaraq,  burada  əsərlərdən 
əvvəl bəstəkarın şəkili, onun həyatı və zəngin yaradıcılığının 
yığcam şəkildə xronologiyası qeyd edilmişdir. 
Bundan  əlavə  sərbəst  işdə  dahi  bəstəkarlar  haqqında 
deyilən  fikirlər  və  ya  onların  özlərinin  söylədikləri 
aforizmlər də yer alıb. Sonra bəstəkarların ən məşhur opera, 
balet, simfoniya, sonata, süita və digər iri həcmli əsərlərinin 
fortepianoda  ifa  üçün  daha  yüngül  tonallıqlarda,  asan  və 
orta  çətinlik  dərəcəsində  olan  sadələşdirilmiş  formaları 
yerləşdirilib.  
Ümid  edirəm  ki,  “Dahilərin  musiqisi  körpə 
barmaqlarında”  sərbəst  işi  fortepiano  ixtisası  üzrə  dərs 
aparan  pedaqoqların,    musiqi  nəzəriyyəsi  müəllimlərinin 
“royal  üstü”  kitabına  çevriləcək.  Şagirdlər  də  isə  klassik 
musiqiyə  marağı  artırmaqla  yanaşı,  onlarda  bu  əsərləri 
gələcəkdə  orijinal  not  yazılışında  çalmaq  həvəsini 
gücləndirəcəkdir. 
  
Inanıram ki, bu bizim sonuncu işimiz deyil və gələcəkdə 
başqa  mövzulara  da  müraciət  edərək  sərbəst  işlər 
hazırlayacağıq. 
 
N.Əliverdi-zadə 
 
 


 
ztempo.com 

 
 
İohann Xrizostom Volfqanq Amadey Teofil Mozart 
 
 
 
 
Musiqi dahisi 
 


 
ztempo.com 
10 
 
 
27.01.1756-cı  ildə  Zaltsburqda  anadan  olmuş  05.12.1791-ci  ildə  Vyanada 
vəfat etmiş, dünya musiqi mədəniyyətinə böyük töhvələr vermiş avstriya bəstəkarı 
və  virtuoz  musiqiçisi.  Müasirlərinin  dediyinə  görə,  o  fenomenal  eşitmə 
qabiliyyətinə, yaddaşa  və improvizasiya etmək qabiliyyətinə malik olan musiqiçi 
olub. Onun  bəstələdiyi  əsərlər bu gün  simfonik kamera, opera və xor  musiqisinin 
şedevrləri sayılır. 
   
 Mozart  ailənin  yeddinci  övladı  idi.  Atası  Leopold  Mozart  (1719-1787) 
musiqi nəzəriyyəçisi və bəstəkar idi. Leopoldun 7 övladından yalnız Volfqanq və 
Mariya  Anna  boya-başa  çatır.  1760-cı  ildə  ata  özünün  musiqiçi  kimi  karyerasını 
bitirərək iki övladının təhsili və tərbiyəsi ilə məşğul olur.  
 
Fenomenal musiqi istedadına malik olan Volfqanq 4 yaşında klavesində çalır, 
5-6 yaşında artıq bəstələyir və 10-11 yaşında musiqi teatrları üçün əsərlər yazırdı.  
 
1762-ci  ildə  Volfqanq  və  Mariya  Anna  valideynlərinin  müşayəti  ilə 
Almaniyada,  Fransada,  İngiltərədə,  İsveçrədə  uğurla  çıxışlar  edirlər  və  İngiltərə, 
Fransa saraylarında qəbul edilirlər. 
 
1764-cü  ildə  ilk  dəfə  Parisdə  Volfqanqın  skripka  üçün  dörd  sonatası  nəşr 
edilir. 
 
1767-ci  ildə  Zaltsburq  universitetində  onun  “Apollon  və  Giasint”  məktəbli 
operası tamaşaya qoyulur. Bir müddətdən sonra “Basten və Basteyena” tamaşası da 
oynanılır. 
 
Mozartın  İtaliyada  olduğu  müddət  onun  üçün  olduqca  əhəməiyyətli  və 
məhsuldar  olur.    İtaliyada  o,  Covanni  Battista  Martinidən  kontrapunkt  üzrə  ustad 
dərsləri alır və Milanda 1770-ci idə “Pontiy çarı Mitridat”, 1771-ci ildə isə “Luisi 
Sulla” operalarını tamaşaya qoyur.  
1770-ci ildə V.A. Mozart “
Ordo Militia Aurata or Ordine dello Speron d'Oro 
o  Milizia  Aurata”  ordeni  ilə  təltif  edilir  və  Bolonya  Filarmonik  Akademiyasının 
üzvü seçilir. 
1782-ci ildə Mozart bütün Vyananın kumiri idi. 1784-cü ildə 6 həftə ərzində 
bəstəkar 22 konsertlə çıxış etmişdir.  
1786-cı  ildə  onun  “Teatr  diektoru”  musiqili  komediyasının  və  “Fiqaronun 
toyu”  operasının  böyük uğurla premyerası  keçirilir.  1787-ci ildə    bu  uğuru  “Don 
Juan” operasının premyerası da qazanır. Vyana sarayı üçün isə bəstəkar şən opera 
“Sevgililər məktəbi”ni yazır. 
1782-1786-cı illərdə Mozartın əsas işlədiyi janr fortepiano konsertləri idi.  Bu 
müddət ərzində o 15 konsert yazmışdır və konsertlərdə o dirijor, solist kimi çıxış 
edib. 
1780-cı  illərin  sonunda  avstriya  imperatoru  II  İosifin  saray  bəstəkarı  və 
kapelmeystri vəzifəsində çalışıb. 
1791-ci  ildə  “Sehirli  fleyta”  operasını  yazır.  Bu  ilin  mart  ayında  o  özünün 
sonuncu çıxışını fortepiano konserti KV 595 ilə edir. 
 
 


 
ztempo.com 
11 
 
1791-ci ilin yayında artıq xəstə olan bəstəkar “Rekviyem” üçün anonim sifarış 
alır. Xəstə bəstəkar bu əsər üzərində işləməyə başlasa da, yalnız 6 hissəni yazır və 
yeddinci hissə “Lacrimosa”nı tamamlamağa çatmır. 
05.12.1791-ci ildə dahi Mozart vəfat edir. Kral II Leopold fərdi dəfnə qadağa 
qoyduğundan bəstəkar Müqəddəs Mark qəbristanlığında kütləvi qəbirdə basdırılır. 
“Rekviyem”  onun  tələbəsi olmuş  F.K.  Züsmayr  tərəfindən  (Mozartın xəstə 
ikən Züsmayra verdiyi göstərişlərə əsasən) tamamlanır.  
Bəstəkarın  altı  övladı  olmasına  baxmayaraq,  dördü  kiçik  yaşlarında  tələf 
olmuşdur. Oğlanlarından  Karl Tomas (1784-1858)  Milan konservatoriyası bitirsə 
də,  dövlət məmuru olmuşdur. Frans Ksaver (1791-1844) isə atasının yolunu davam 
etdirərək bəstəkar və pianoçu olmuşdur.  
 
Kyöxel tərəfindən 1862-ci ildə “Mozartın bəstələrinin tematik kataloqu” tərtib 
edildi.  Kataloqa  ümümilikdə  626  əsər  daxildir.    Bu  kataloq  mozartşünaşlar 
tərəfindən dəfələrlə yenidən baxılır, araşdırılır və tədqiq edilir. 
 
 
 
 
 


 
ztempo.com 
12 
 
Aria 
 
 


 
ztempo.com 
13 
 
 
 
 


 
ztempo.com 
14 
 
Zənglər 
 
 
 


 
ztempo.com 
15 
 
 
 


 
ztempo.com 
16 
 
“Yupiter” simfoniyasından bir parça 
 
 


 
ztempo.com 
17 
 
 


 
ztempo.com 
18 
 
Sonata KV 622 
 
 


 
ztempo.com 
19 
 
 
 
 


 
ztempo.com 
20 
 
40-cı  simfoniyadan bir parça 
 
 


 
ztempo.com 
21 
 
  
 


 
ztempo.com 
22 
 
Serenada 
  
 


 
ztempo.com 
23 
 
  
 


 
ztempo.com 
24 
 
“Titus” operasından bir parça 
 
 
“Sehirli fleyta” operasından duetto 
 
 


 
ztempo.com 
25 
 
 
 
“Don Juan” operasından aria 
 
 


 
ztempo.com 
26 
 
 
 
“Sehirli Fleyta” operasından bir parça 
 
 


 
ztempo.com 
27 
 
 
 


 
ztempo.com 
28 
 
“Sehirli Fleyta” operasından aria 
 
 
 


 
ztempo.com 
29 
 
Daniel Fransua Espri Ober 
 
 
 
 
Fransız komik operasının mahir bəstəkarı 
 
 


 
ztempo.com 
30 
 
1782-1871-ci illərdə yaşamışdır. 
Daniel Oberin atası həvəskar-rəssam, musiqi maraqlanan, skripkada 
çalmağı  bacaran  şəxs  olmuşdur.  Ailə  antikivar  dükanına  sahib  idi  və 
incəsənət  əşyalarının  satışı  ilə  məşğul  olurdu.  Ailədə  gənc    Danielin 
musiqi ilə məşğul olmasına heç bir əngəl və maneə yox idi. O, artıq çox 
erkən  yaşdan  bir  neçə  musiqi  alətində  çala  bilirdi.  Onun  ilk    müəllimi 
bəstəkar  Yozef  Alois  Ladurner  olmuşdur.  İyirmi  yaşında  Daniel  Ober 
təhsili  davam  etdirmək  üçün  Londona  gedir.  Lakin  Amyen  Sülh 
Müqaviləsinin pozulması nəticəsində yenidən vətənə qayıdır. 
 
1822-ci  ildə  Ober  sonralar  onun  operalarının  liberettolarını  yazan 
görkəmli fransın dramaturqu Ejen Skriblə tanış olur. Onların ilk birgə iş 
birliyinin məhsulu 1823-cü ildə yazılan “Leyçester və ya Kenilvotr qəsri” 
operası  olur.  Bəstəkarın  bu  əsərində  Rossinin  üsulubunun  təsiri  aydın 
görünür. Lakin tezliklə Daniel Ober özünün təkrar olunmaz dəsti-xəttini 
tapır.  Onun  musiqisi  zərifliyi,  canlılığı,  yüngüllüyü  və  cazibədarlığı  ilə 
seçilir. 
 
İki ildən sonra  bəstəkar  ona ilk mühüm uğuru qazandıran “Bənna” 
operasını yazır və bu iş XIX əsr fransız opera teatrların bəzəyinə çevrilir. 
Bu əsər “Opera Comique” də 525 dəfə oynanılıb. 
 
1828-ci  ldə  fevral  ayının  29-da,    fransız  musiqisi  tarixində  adı 
sanballı tarixi musiqi dramı kimi qeyd edilən “Portiçili lal qadın” operası 
“Opera  Comique”  də  işıq  üzü  görür.  Bu  əsər  “Mazanyello”  adı  ilə  də 
tanınır.Opera  üzərində  bəstəkar  tam  üç  il  çalışır.  Fransız  opera  teatrı 
tarixində  ilk  dəfə  bu  əsərdə  xüsusi  texniki  səhnə  effektlərdən  istifadə 
olunur. 
 
Oberin  bəstəkar  kimi  sonuncu  qəələbəsi  15.02.1868-ci  ildə 
premyerası keçirilən “Xoşbəxtliyin ilk günü” operası ilə olub. 
   
Ober 1871-ci ildə may ayının 13-də ürək tutması nəticəsində vəfat 
edir.
 
 
 
 


 
ztempo.com 
31 
 
 
“Portiçli lal qadın” operasından bir parça 
 
 
 
 
 
 
 


 
ztempo.com 
32 
 
 
“Portiçli lal qadın” operasından barkarolla 
 
 
 
 


 
ztempo.com 
33 
 
Delib Leo 
 
 
 
Şərq koloritini Qərb operasında təcəssüm etdirən bəstəkar 
 
 
 
 


 
ztempo.com 
34 
 
21.02.1836-16.01.1891-ci illərdə yaşamış fransız bəstəkarı. 
Onun atası poçt işçisi, anası isə “Opera komik” vokalçısının qızı idi. Atası 
rəhmətə getdikdən sonra ailə 1847-ci ildə Parisə köçməli oldu. Leo  ilk 
musiqi  təhsilini  anasından  və  Sent-Estaş  kilsəsində  orqan  ifaçı,    Paris 
konservatoriyasında vokal dərsi verən dayısından alıb. 
 
Ali  musiqi  təhsili  almaq  üçün  Delib  Paris  konservatoriyasına 
Tarionun  sinfinə  daxil  olur.  1849-cu  ildə  solfeciodan  II  mükafata,  bir 
ildən  sonra  isə  I  mükafata  layiq  görülür.  O,    Fransua  Benuadan  orqan 
dərsləri,  Adolf  Adannan,  Feliks  de  Kuppe  və  Fransua  Bazendən 
bəstəkarlıq dərsləri alır. 
 
İlk 13 kiçik həcmli operalar Delibə o qədər də uğur qazandırmadı. 
Yetmişinci illərdə  bəstəkar iri həcmli operalar   və baletlər  yazır. Onun 
baletləri  arasında    “Koppeliya”,  “Silviya  və  ya  Diananın  pərisi”  çox 
məşhurdur.  “Silviya”nın  musiqisi  haqqında  P.İ.Çaykovskiy  belə 
demişdir: “necə də incəlik, necə də məlahət,  necə də melodik, ritmik, və 
harmoniya xəzinəsidir!” 
 
Bəstəkarın operaları arasında ən məşhuru “Lakme” operasıdır. Bu 
operanın  liberettosu  ingilis  zabitinin  hindistanli  buddist  rahibin  qızına 
olan sevgisindən bəhs edilir. Əsərdə şərq koloriti olduqca incə verilib. 
 
Bəstəkar  1884-cü  ildə  Fransız  İncəsənət  Akademiyasının  üzvü 
seçilmişdir. 
 
 
 
 


 
ztempo.com 
35 
 
“Lakme” operasından bir parça 
 
 
 
 


 
ztempo.com 
36 
 
“Kopelya” baletindən vals 
 
 
 


 
ztempo.com 
37 
 
Amilkare Ponkelli 
 
 
 
Musiqi tarixinə  adı bir opera və iki tələbəsinə görə əbədi 
yazılan bəstəkar. 
 
 
 


 
ztempo.com 
38 
 
01.09.1834-cü  ildə  Padernoda  (indi  isə  kənd  onun  adı  ilə  adlanır  Poderno-
Ponkelli) anadan olub. 17.01.1886-cı ildə Milanda vəfat edən italyan bəstəkarı. 
Amilkarenin atası kəndin orqan ifaçısı olmaqla yanaşı, dükanı  da var idi. O 
oğlunun ilk musiqi müəllimi də idi. 9 yaşında Amilkare Milan konservatoriyasına 
qəbul  edilir.  Oranı  bitirdikdən  sonra  1881-ci  ildə  Berqamoda  kilsə  regenti 
vəzifəsində çalışır. 
1883-cü ildən Milan konservatoriyasında bəstəkarlıqdan dərs vermişdir. 
İlk operaları ona heç bir uğur gətirmir. Bəstəkara ən böyük uğur 1876-cı ildə 
Milanda tamaşaya qoyulan, liberettosu V.Huqoya məxsus  “Cokonde” operası ilə 
gəlir. Bu əsər bu gün də dünya opera teatrlarının səhnəsinin bəzəyidir. 
Onun  1882-ci  ildə  yazdığı  “Cüzeppi  Qaribaldinin  xatirəsinə  himn”,  1873-cü 
ildə  bəstələdiyi  birpərdəli  və  yalnız    bir  bariton  muğənninin  ifası  üçün  nəzərdə 
tutulan “l'oratore eterna” operası ona şöhrət gətirir. 
1880-ci  ildə    şöhrəti  bütün  İtaliyaya  və  onun  hüdudlarından  kənara  yayılan 
bəstəkar  Milan konservatoriyasında bəstəkarlıq kafedrasının professoru olur. 
Bəstəkar 1885-ci ildə  yenidən Huqo yaradıcılığına  müraciət edir və  “Marion 
Delorm” operasını yazır. Lakin bəstəkar 1876-cı ildəki uğuru təkrarlaya bilmir. 
Ponkelli pedaqoq kimi daha böyük uğurlara imza atır. Bəstəkar C. Puccini və 
P. Maskaninin müəllimi olmuşdur. 
Bəstəkar 1886-cı ildə Milanda vəfat etmişdir. 
 
 
 


 
ztempo.com 
39 
 
Saatların rəqsi 
 
 
 


 
ztempo.com 
40 
 
  
 
 


 
ztempo.com 
41 
 
 
İohannes Brams 
 
 
 
 
“Xalq mahnıları-mənim idealımdır” deyən bəstəkar 
 
 
 


 
ztempo.com 
42 
 
Alman bəstəkarı və pianoçusu. Romantizm dövrünün əsas simalarından biri olan 
bəstəkar musiqi dünyasına R. Şumanın davamçısı kimi daxil olub.  
İohannes Almaniyanın şimalında, 07.05.1833-cü ildə Hamburqda anadan olub. 
Atası küçə musiqiçiliyindən Hamburq filarmonik orkestrində kontrabass ifaçısına kimi 
yüksələrək, çətin yol keçmişdir və oğluna kiçik yaşlardan müxtəlif alətlərdə çalmağı 
öyrədirdi, amma İohannesin ən çox fortepianoya maraq göstərməsini gördükdə, fərdi 
dərslər almasını təmin edir.  
F.Kossellə dərslərdə əldə etdiyi uğurlar və sonralar məşhur pedaqoq Marksenlə 
əldə etdiyi nailiyyətlər ona 10 yaşında kamera ansamblında çalmağa imkan verir. 15 
yaşında isə solo konsertlərlə çıxış edir. 1853-cü ildə Brams macar skripka ifaçısı ilə 
qastrol  səfərinə  çıxır.  Bu  səfər  zamanı  konsertlərdə  ifa  edilən  macar  xalq  mahnı  və 
musiqiləri əsasında sonralar Brams özünün məşhur “Macar rəqsləri”ni yazır.  
Bəstəkar    gənclikdə bir  çox  əsərlər yazsa  da,  onların  çoxu  nəşr  edilməyib.  İlk 
rəsmi  nəşri  20  yaşına  təsadüf  edir.  Bu  topluya  fortepiano  üçün  3  sonata  və  skerso, 
mahnılar  aiddir.  1853-cü  ildə  Düsseldorfda  Şumanla  görüş  bəstəkarın  həyatında 
mühüm əhəmiyyət kəsb edir və onun bütün həyatının qayəsinə təsir göstərir. Şumanın 
dəsti-xəttinin  izlərini  gənc  Bramsın  1853-cü  ildə  yazdığı  III  sonatada,  1854-cü  ildə 
yazdığı “Şuman mövzusunda variasiyalar”da aydın görünür.  Musiqişunasların fikrincə 
sanki alman musiqisinin təəsübünü çəkməyi Şuman gənc Bramsa ötürdü.  
1862-ci ildə Brams Vyanaya gəlir və ömrünün sonuna kimi bu şəhərdə yaşayır. 
1867-ci  ildə  fortepiano  üçün  valslar,  “Məhəbbət  mahnıları”-nı  1869-cu  ildə,  “Yeni 
məhəbbət mahnıları”nı isə 1874-cü ildə  yazır. 1868-ci Bremendə  özünün iri həcmli 
əsəri  olan  “Alman  rekviyemi”  ilə  özünü  bəstəkar  kimi  bu  şəhərdə  tam  təsdiqləyir. 
Brams o dövrdə o qədər də məşhur olmayan A. Dvorjaka əsərlərinin nəşri üçün də xeyli 
köməklik göstərir.  
Xalqını,  musiqisini  çox  sevən  bəstəkar  belə  demişdir:  “Mənim  həyatında  iki 
əhəmiyyətli  hadisə  olub:  Almaniyanın  birləşməsi  və  Baxın  əsərlərinin  nəşrini  sona 
çatdırmağım”.  Tənqidçilər,    musiqişunaşlar    onu  “Böyük  üçlüyün  sonuncusu” 
adlandırır: Bax, Bethoven və Brams. 
Bramsın bəstəkar kamilliyi 1876-1885-ci illərdə bəstələdiyi dörd simfoniyalarda 
aydın görünür. 
 “Xalq  mahnıları-mənim  idealımdır”  deyən  bəstəkar  bu  illərdə  alman  xalq 
mahnılarını  toplayıb  nota  salır.  Bariz  nümunə  kimi  1894-cü  ildə  nəşr  etdirdiyi  “49 
alman xalq mahnısı” toplusunu göstərmək olar. 
Özünə  qarşı  olduqca  tələbkar  olan  və  alman  musiqi  ənənələrinə  sadiq  qalan 
bəstəkar belə deyirdi: “Biz daha  Mozart kimi gözəl yaza bilmirik, heç olmasa onun 
kimi təmiz yazmağa çalışaq”. 
 
Alman  və  dünya  bəstəkarlıq  məktəbinin  görkəmli  simalarından  olan  Brams 
03.04.1897-ci ildə Vyanada vəfat edib.  
 
 
 
 
 


 
ztempo.com 
43 
 
Beşik nəğməsi


 
ztempo.com 
44 
 
 
 
 


 
ztempo.com 
45 
 
 
Macar rəqsi N 5 
 
 
 


 
ztempo.com 
46 
 
 
 


 
ztempo.com 
47 
 
Vals 15  
 
 
 


 
ztempo.com 
48 
 
 
 


 
ztempo.com 
49 
 
Macar  rəqsi   4 
 
 
 
 


 
ztempo.com 
50 
 
 
 
 
 


 
ztempo.com 
51 
 
Robert Aleksander Şuman 
 
 
 
 
 
Ağıl səhv edə bilər, hisslərsə əsla.
 
 
 
 


 
ztempo.com 
52 
 
1810-1856-cı illərdə yaşamış, bəstəkar, pedaqoq və nüfuzlu musiqi tənqidçisi.  
 
Robetr  Almaniyanın Svikkau şəhərində kitab nəşriyyatçısı ailəsində anadan 
olmuşdur. Musiqi ilə məşğul olmağa 7 yaşından başlayır. 
 
1828-ci ildə Leypziq universitetinin hüquq fakultəsinə daxil olur. Bu şəhərdə 
o  fortepiano  ifaçılığı  üzrə  ən  yaxşı  pedaqoq  olan  Fridrix  Vikdən  dərslər  almağa 
başlayır. Vik inanırdı ki,  Robert Avropada ən yaxşı pianoçulardan biri olacaq, lakin 
əlinin zədə almasından sonra Robert pianoçu karyerasından əl çəkməli olur. 1829-
cu ildə Heydelberq universitinin hüquq fakultəsinə keçir, lakin yekunda hüquqşunaş 
olmayacağına tam əmin olaraq universiteti tərk edir.  
 
1834-cü ildə R.Şuman “Yeni musiqi jurnalı”nı təhsis edir və 1844-cü ilə kimi 
bu jurnalın baş redaktoru, nəşriyyatçısı və əsas müəllifi olur. 
 
Bəstəkar  yaradıcılığında  əsas  yeri  fortepiano  musiqisi  tutur.  Bir-birinin 
ardınca “Variasiyalar” (1830), “Kəpənəklər”(1831) , “Karnaval”(1835) əsərləri işıq 
üzü görür. 1838-ci ildə isə bir neçə şedevr birdən “Uşaq lövhələri”, “Kreysleriana”, 
“Novelettalar” nəşr edilir. 
 
1840-cı ildə  Şuman öz müəllimin qızı Klara Viklə ailə həyatı qurur.  Bu il 
bəstəkarın həyatında mahnı ili kimi qalır. O 140 mahnı bəstələyir. 
 
Bəstəkar 1841, 1846, 1850, 1851-ci illərdə simfonik musiqiyə muraciət edir. 
Şuman  dörd  simfoniyanın  müəllifidir.  1848-ci  ildə  isə    yeganə  operası  olan 
“Genoveva”  bəstələyir.  Opera  1850-ci  ildə  Leypziq  şəhər  operasında  tamaşa 
qoyulur,  bəyənilməyən  əsər  cəmi  üç  dəfə  oynanılır.  Bəstəkar  8  konsertin,  7 
üverturanın müəllifidir. 
 
Şumanın musiqi tənqidçisi kimi fəaliyyəti xüsusi ilə əhəmiyyətli və vacib idi. 
O yeni romantizmi təbliğ edir və dəstəkləyirdi.  
 
Bəstəkar  psixi  pozğunluqdan  əziyyət  çəkdiyi  üçün  ömrünün  son  iki  ilini 
xəstəxanada keçirib. 29.07.1856-cı ildə Bonn yaxınlığında, Endenipde vəfat edib. 
Bəstəkar  onu  sevənlərin  yaddaşında  təkcə  musiqisi  ilə  deyil,  həm  də  gözəl 
aforizmləri ilə də qalıb. 
-
 
İstedad işləyir, dahi yaradır. 
-
 
Musiqini bəstələmək üçün heç kəsin ağlına gəlməyən səsləri yada salmaq 
lazımdır. 
-
 
Kim fortepiano ilə birlikdə ifa etmirsə, deməli onda ifa edə bilmir. 
 
 
 
 
 
 
 
 


 
ztempo.com 
53 
 
Xülya 
 
 
 
 
 
 
 


 
ztempo.com 
54 
 
 
 
 
 
Şən kəndli 
 
 
 


 
ztempo.com 
55 
 
 
 
 


 
ztempo.com 
56 
 
 
Melodiya 
 
 


 
ztempo.com 
57 
 
Jorj Bize 
 
 
 
 
Mirvarini musiqidə axtaran bəstəkar 
 


 
ztempo.com 
58 
 
 25.10.1838-ci  ildə  Parisdə  anadan  olan  romantizm  dövrünün  fransız 
bəstəkarı. Jorj mədəni bir ailədə dünyaya gəlmişdir.  Atası nəğmə müəllimi idi, anası 
isə gözəl fortepiano çalırdı və oğlunun dörd yaşı olanda onunla musiqi ilə məşğul 
olmağa başlamışdır. 
Bize  10  yaşında  Paris  Konservatoriyasına  qəbul  edilir  və  ona  Fransanın 
görkəmli musiqiçiləri pianoçu Marmontel, nəzəriyyəçi Simmerman, bəstəkar Quno 
dərslər  verir.  Onun  istedadı  belə  dahi  müəllim-musiqiçilərin  vasitəsi  ilə  daha  da 
cilalanır. O parlaq pianoçu-virtuoz kimi tanınır və çalğısı ilə hətta bütün dövrlərin 
dahi pianoçusi sayılan F.Listi belə heyrətləndirir. Dəfələrlə nəzəriyyə fənləri üzrə 
keçirilən müsabiqələrdə mükafatlar qazanır. Orqan ifaçılığına maraq göstərir və S. 
Frankdan orqan dərsləri alır.  
1848-1858-ci  illərdə  konservatoriyada  təhsil  aldığı  dövrdə  do  major 
simfoniyasını,  J. Offenbaxın təşkil etdiyi müsabiqə üçün “Doktorun evi”  komik 
operasını  yazaraq  mükafata  layiq  görülür.  Konservatoriyanı  bitirdikdən  sonra 
“Klovis və Klotilda” kantatasına görə  Roma mükafatını  qazanaraq dörd il İtaliyada 
təhsil almaq hüqüqu qazanır. 
 İtaliyada  1858-1860-cı  illərdə  bəstəkar  çox  məhsuldar  işləyir.  O  çoxlu 
kitablar oxuyur və rəssamlıq inciləri ilə tanış olur.  
Bize  özü  üçün  iki  şəxsi  ideal  qəbul  edirdi:  rəssamlıqda  Rafael,  musiqidə 
Mozart.  
İtaliyadan qayıdan bəstəkar hesabat kimi kantata yerinə C.Rossini ənənələrinə 
əsaslanan “Don Prokopio” komik operasını və “Vasko da Qama” oda-simfoniyasını 
təqdim edir.  
Parisə  dönən  bəstəkarı  maddi  sıxıntılar  öz  cənginə  alır    və  o  əziyyət  çəkir: 
“mən hər gün zənci kimi 16 saat işləyirəm... sanki işlər arasında parçalanıram... yeni 
sifarışçi nəşriyyat üçün bir romans bitirdim. Qorxuram, elə bil adi alındı, amma pul 
lazımdı.  Pul,  həmişə  pul-cəhənnəm  olsun.”  Bu  sözlər  bəstəkarın  özünə  aid  olub, 
onun neçə çətinliklə yaşadığını əks etdirir. 
Şarl  Qunodan  sonra  Bize  də  lirik  operaya  müraciət  edərək  1863-cü  ildə 
“Mirvari  axtaranlar”,  1867-ci  ildə  “Pert  gözəli”  operalarını  yazır.  Müasir  dövrdə 
dünya opera səhnələrinin bəzəyi olan bu əsərlər rəğbətlə qarşılansalar da,  bəstəkarın 
maddi vəziyyətini o qədər yaxşılaşdırmadı. 
Bizenin “Karmen” operası isə onun adının sonradan dahi bəstəkarlarla eyni 
cərgədə  çəkilməsinə  səbəb  olsa  da,  03.03.1875-ci  il  tarixdəki  premyera  olduqca 
uğursuz olur.   
Bəstəkar 03.06.1875-ci ildə ürək tutmasından Parisdə vəfat edib.  
 


 
ztempo.com 
59 
 
“Pert gözəli” operasından serenada 
 
 
 
 
 
 


 
ztempo.com 
60 
 
“Mirvari axtaranlar” operasından aria 
 
 
 
 


 
ztempo.com 
61 
 
“Mirvari axtaranlar” operasından aria 
 
“Karmen” operasından bir parça 
 
 
 


 
ztempo.com 
62 
 
“Karmen” operasından oğlanların xoru 
 


 
ztempo.com 
63 
 
“Karmen” operasından Qaraçı mahnısı 
 
 


 
ztempo.com 
64 
 
“Karmen” operasından Habanera 
 
 
 


 
ztempo.com 
65 
 
 
 


 
ztempo.com 
66 
 
 
“Karmen” operasından Eskamilionun kupletləri 
 
 
 
 


 
ztempo.com 
67 
 
Edvard Hagerup Qrieq 
 
 
 
 
“Zəif” skandinaviya üslubunun əvəzinə daha 
 “güclu” olan “şimal tərzinin” yaradıcısı 
 
 


 
ztempo.com 
68 
 
 Romantizm dövrünün görkəmli Norveç bəstəkarı, pianoçusu, dirijoru.  
1843-cü idə Şimal dənizinin sahilində yerləşən Bergendə anadan olub. Atası şotland 
sülaləsi olan Qreyqlərdən idi və Berhendə Britaniya konsulu vəzifəsində çalışırdı. 
Edvard  altı  yaşından  anası  ilə  musiqilə  məşğul  olmağa  başlayır.  Məşhur 
norveç  skripka  ifaçısı  Bullun  təşəbbüsü  ilə  15  yaşlı  Edvardı  Leypziq 
konservatoriyasında təhsil almağa göndərirlər.  
Qrieqin gənc Nurdrokla tanışlığı həyatında böyük dəyişikliklərə səbəb olur. 
Qrieq  bu  dəyişikliyi  belə  xarakterizə  edirdi:  “mənim  gözlərimdən  pərdə  yalnız 
Nurdrokla tanışlıqdan sonra düşdü, mən norveç xalq musiqisi ilə tanış olub, özümü 
dərk etdim”.  
Bu  iki  gənc  musiqidə  “zəif”  skandinaviya  üslubunun  əvəzinə  daha  “güclu” 
olan “şimal tərzini” yaratdılar. 
1865-ci  ildə  Qrieq  vərəmə  tutulur  və  İtaliyaya  getməli  olur.  Burada  o, 
səhhətini bərpa etsə də, möhkəm sağlamlığa malik olmur. Roma o artıq yaşlanmış 
F. Listlə  tanış  olur və  List  onun  fortepiano  üçün bəstələdiyi  lya  minor  konsertinə 
heyranlığını bildirir. 
Qrieq vətənə qayıtdıqdan sonra 1867-ci ildə Norveç Musiqi  Akademiyasını 
yaradır.  1873-cü  ildən  dövlət  təqaüdləri  hesabına  bəstəkar  maddi  müstəqillik 
qazandığı üçün özünü tam yaradıcılığa həsr edir. O  Fransada, İngiltərədə, Polşada, 
Macarıstanda çıxışlar edir. 
E.Qrieq milli ruhda yazan bəstəkar idi. Onun əsərlərində şimalın mənzərələri, 
adətləri  parlaq,  isti  çalarlarla  əks  olunur.  Qrieq  kiçik    musiqi  əsərlərində  özünün 
fikirlərini daha aydın şəkildə təsvir edə bilən bəstəkarlardan idi. 
Bəstəkar 240 mahnı bəstələmişdir və onları həyat yoldaşı gözəl mügənni N. 
Hagerupa ithaf edib. Bəstəkarın yaradıcılığında  1867-1901-ci illərdə yazdığı piano 
üçün  lirik pyeslər dəftərləri məxsusi yer tutur. 
Dünyaca məşhur olan “Per Günt”  əsəri də bəstəkarın qələminə məxsusdur.  
Bəstəkar  1898-ci  ildə  uğurla  keçirilən    ilk  Norveç  musiqi  festivalının 
yaradıcısı olur. 
Xalqının  sevimlisi  olan  bəstəkar  04.09.1907-ci  ildə  vəfat  edəndə  bütün 
Norveç göz yaşları içində idi.    
 
 
 


 
ztempo.com 
69 
 
 
Səhər 
 
 
 


 
ztempo.com 
70 
 
 
 


 
ztempo.com 
71 
 
“Per-Günt” suitasından bir parça 
 
 
 
 


 
ztempo.com 
72 
 
 
 


 
ztempo.com 
73 
 
Frans (Ferens) List 
 
 
 
 
 
 
Zəngçiçəklərini vəsf edən bəstəkar 
 
 
 


 
ztempo.com 
74 
 
 
Frans 22.10.1811-ci ildə Macarıstanın Doboryan kəndində anadan olmuşdur. 
Uşaq yaşlarında  qaraçı musiqisi və macar kəndlilərinin rəqslərinə heyran olub. Atası 
Adam List qraf Esterxazinin iqamətgahında çalışmaqla bərabər, həvəskar musiqiçi 
idi və oğlunda da musiqiyə maraq aşılayırdı.  
 
9 yaşında Şoprone şəhərində Frans ilk konsertini verir. Bir müddətdən sonra 
qraf Esterxazinin sarayında verdiyi konsertdə  çalğısına heyran qalan zadəganlardan 
altısı onun tam  musiqi təhsili alması üçün Vyanaya getməsi və oxumaq xərclərini 
öz  üzərinə  götürürlər.  Vyanaya  göndərilən  Frans  List  Karl  Çernidən  fortepiano, 
Salyeridən  bəstəkarlıq  dərsləri  alır.  Vyanada  ilk  çıxışı  01.12.1822-ci  ildə  olur. 
Tənqidçilər  bu  konsertdən  heyranlıqla  ayrılır  və  elə  o  vaxtdan  Listin  bütün  solo 
konsertlərinə böyük uğur və dolu tamaşaçı zalı ilə hakim olur. 
 
Vyanaya  gələn  gənc  List  Bethoven,  Şubert  kimi  dahilərin  əhatəsində  olur, 
onlardan məsləhətlər alır.  
Macar vətəndaşı olduğu üçün onu Paris konservatoriyasına qəbul etmirlər və 
List fərdi şəkildə dərslər almalı olur.   
Atası  Adamın  1827-ci  ildə  vəfatından  sonra  Frans  özü  müəllim  kimi 
çalışmağa  başlayır.  Bu dövrdə o gənc  Berlioz  və  Şopenlə də  tanış olur ki, bu da 
onların hər birinin yaradıcılığına öz töhvəsini verir. 
1830-cu illərin əvvəllərində virtuoz-pianoçu Frans List heç bir rəqib tanımır. 
Bəstəkar və trnaskripsiya müəllifi kimi  List 1300-dən artıq əsərə imza atıb.  
Şubert,  Mozart,  Menselson,  Paqanini,  Rossini,  Sen-Sans,  Quno  Verdi  kimi 
bəstəkarların əsərlərini fortepianoya transkripsiya edib. 
List  ilk  simfonik  poemanın  müəllifi  olub.  Onun  yaradıcılığında  “Macar 
rapsodiyaları”nın xüsusi yeri var. Bu əsərlərin kökündə macar xalq musiqi olduğu 
üçün heç vaxt öz əhəmiyyətini və gözəlliyini itirməyəcək. 
Frans List 75 yaşında, 31.07.1886-cı ildə vəfat edir. 
 
 
 
 
 
 
 
 
 


 
ztempo.com 
75 
 
Məhəbbət xülyası 
 
 
 
 


 
ztempo.com 
76 
 
 
 
 
 
 


 
ztempo.com 
77 
 
Macar rapsodiyası 2 
 
 
 
 
 


 
ztempo.com 
78 
 
 
 
 
 
 


 
ztempo.com 
79 
 
Kampanella 
 
 
 
 


 
ztempo.com 
80 
 
 
 
 
 


 
ztempo.com 
81 
 
 
 
Frederik  Fransua  Şopen 
 
 
 
 
 
Ürəyinin vətənində basdırılmasını istəyən harmoniya dahisi
 
 
 


 
ztempo.com 
82 
 
Polyak fortepiano ifaçılığı məktəbinin yaradıcı olan dahi bəstəkar-romantik, 
pianoçu,  pedaqoq.  Onu  fortepianonun  “ürəyi”    adlandırırlar.  Bəstəkar  yaşadığı 
müddət  ərzində  simfonik  orkestr  üçün  bir  əsər  belə  yazmayıb.  Amma  onun 
fortepiano üçün bəstələdiyi əsərlər piano musiqisinin əlçatmaz zirvəsi sayılır. 
 
Frederik Fransua 1810-cu Polşada, Varşava yaxınlığında yerləşən Jelyazova 
Volyada  anadan  olub.  Atası  müəllim,  anası  isə  zadəgan  nəslindən  idi  və  Şopen 
soyadı Varşavada hörmət və ehtiramla qarşılanırdı. Frederikdən başqa ailədə 3 qız 
uşağı  da  böyüyürdü.    Təkcə  Frederik  bacılarından  fərqli  olaraq,  fortepiano 
ifaçılığında  böyük  istedad  nümayiş    etdirirdi.  Artıq  5  yaşında o  solo  konsertlərlə 
çıxış edirdi və 7 yaşında o dövrdə məşhur polyak pianoçu Voyzex Jivnovun sinfinə 
daxil  olur.    V.  Jivnovun  sinfində  oxumaqla  bərabər  Yuzef  Elsnerdən  bəstəkarlıq 
dərsləri  də  alırdı.  Beş  ildən  sonra  12  yaşlı  Şopen  böyük  pianoçuları  belə  heyrətə 
salan ifaçılıq texnikasına malik olan pianoçu-virtoz idi. O Avropaya səyahətlər edir, 
Drezden, Berlin, Paris operalarında tamaşalara baxır, çıxışlar edirdi.  
 
Şopenin Parisdə ilk çıxışından sonra dövrü mətbuat “fortepiano musiqisinin 
intibahı”ndan  yazır.  Robert  Şumanın  həyat  yoldaşı  Klara  Şuman  Şopenin  ifasını 
Leypziqdə dinləyəndə isə bu sözləri söyləyir: “Cənablar, şlyapalarınızı çıxarın, bu 
dahidir.” 
 
XIX  əsrin  30-cu  illəri  bəstəkarın  yaradıcılığının  çiçəklənmə  dövrü  kimi 
qiymətləndirilir. Polyak şairi Adam Miskeviçin poeziyasının təsiri altında bəstəkar 
vətəni Polşaya həsr edilən dörd ballada yazır. Bu əsərlərlə yanaşı 4 skerso, valslar, 
mazurkalar, poloezlər və noktürnlər bəstələyir. 
 
Şopen  hərfi  tərcümədə  “gecə  mahnısı”  olan  noktürnlərə  də  yeni  yanaşma 
verərək onlara lirik-dramatik ahəng qatır.  
 
Məlumdur ki, bəstəkar təkcə solo ifaçı və bəstəkar kimi fəaliyyət göstərməyib. 
F.  Sopen  fortepano  ifaçılığı  üzrə  unikal  metodikanın  yaradıcısı  olmuş  və  bir  çox 
pianoçuların  əsl  profesional  kimi  yetişməsinə  səbəb  olan  pedaqoq  kimi  də 
çalışmışdır.  
 
F.Şopen 1849-cu ildə Parisdə vəfat edir. Ölümünə səbəb kimi ağ çiyərlərinin 
vərəmi olur.  O sağlığında xahiş edir ki, onun ürəyi çıxarılıb vətəni Polşaya aparılsın. 
Bədəni  Per-Laşez  qəbristanlığında  basdırılan  bəstəkarın  ürəyini  bacısı  Lüdvika 
Polşaya gətirir. Şopenin ürəyi Varşava yaxınlığında Krakovda basdırılır. 
  
 
 
   
 
 


 
ztempo.com 
83 
 
 
Fantaziya ekspromt 
 
 


 
ztempo.com 
84 
 
Etüd N3 


 
ztempo.com 
85 
 
Ballada 
 
 
 


 
ztempo.com 
86 
 
 
 
 
 


 
ztempo.com 
87 
 
Polonez 
 
 
 


 
ztempo.com 
88 
 
 
 
 
 


 
ztempo.com 
89 
 
 
Aleksandr Porfiryeviç Borodin 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
Həkim, kimyaçı və  bəstəkar 
 
 
 
 
 


 
ztempo.com 
90 
 
 
1833-cü ildə Peterburqda anadan olub. Atası İmeretinski nəslindən idi. Uşaq 
7 yaşına kimi doğma atasının təhkimlisi olmuşdur və knyaz vəfat etməzdən əvvəl 
1840-cı ildə oğluna azadlıq verməklə bərabər onun anasına da iki mərtəbəli mülk 
bağışlamışdır.   
Aleksandr  məktəbə  getməmiş  yalnız  ev  təhsili  almışdır.  O  alman,  fransız 
dillərini mükəmməl öyrənir və 10 yaşından kimya fənninə böyük maraq göstərir. 
1856-cı ildə Borodin Peterburq Tibbi Cərrahiyyə Akademiyasını bitirib. 
Kimya  və  musiqi  onun  bütün  həyatının  işi  olur.  Kimya  sahəsində  onun  adı 
Qərbi Avropanın bir çox ali kimyaçı ziyalıları ilə yanaşı çəkilə bilər. O kimyaya dair 
21 (bəzi mənbələrdə 40)  sanballı elmi əsərin müəllifidir.  
Karbonatlı turşuların gümüşlə, duzlarının halogenlərlə kimyəvi reaksiyası ilk 
dəfə  1861-ci  ildə  Borodin  tərəfindən  verilmişdir.  Reaksiyanın  tam  mexanizmi 
Hunsdikers tərəfindən 1942-ci ildə araşdırılmışdır. 
 
 
 
 “Moquçaya Kuçka”-nın üzvü olan Borodin Rusiyada musiqili kvartetin, epik 
simfonizmin yaradıcısı sayılır. O, rus operasında milli qəhrəmanlıq səlnaməsi yazan  
bəstəkardır. Borodin “Knyaz İqor” operası üzərində 18 il çalışmışdır. Operanı onun 
vəfatından sonra Rimski-Korsakov və Qlazunov tamamlamışdır. 
 Bəstəkar 1887-ci ildə vəfat edib. 
 
 
 
 


 
ztempo.com 
91 
 
“Knyaz İqor” operasından rəqs 
 
 


 
ztempo.com 
92 
 
 
 
 


 
ztempo.com 
93 
 
 
Mərkəzi Asiya cöllərində 
 
 


 
ztempo.com 
94 
 
 
 
 


 
ztempo.com 
95 
 
 
 
Antonin Leopold Dvorjak 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Romantizmin nümayəndəsi olmuş çex bəstəkarı
 
 
 
 
 
 


 
ztempo.com 
96 
 
 
Ən  məşhur  əsərlərinə  ABŞ-da  bəstələdiyi  “9-cu  simfoniya”,  “Su  pərisi” 
operası, “Stabat Mater” əsəri və “Slavyan rəqsləri” aiddir. 
 
Antonin  1841-ci  ildə  Praqa  şəhərinin  yaxınlığında  yerləşən  Nelaqozeves 
kəndində anadan olmuşdur. O ailənin 8 övladından ilki idi. Atası, babası, ulu babası 
qəssab olmuşdur. Atası sitrada professional səviyyədə ifa edib.  
 
6 yaşında kəndlərində olan məktəbə gedir və yerli kilsənin orqan ifaçısı ona 
musiqi dərsləri verir. 
 
1857-1858-ci illərdə Dvorjak Praqa orqan ifaçıları məktəbində təhsil alır və 
bu müddət ərzində altda, fortepianoda və orqanda mükəmməl ifaçılıq vərdişlərinə 
yiyələnir.  
 
1866-cı ildə Smetananın rəhbərlik etdiyi orkestrdə çalmağa başlayır. 
 
1877-ci  ildə  Dvorjakın  bəstələdiyi  musiqi  Bramsın  diqqətini  çəkir  və 
beləliklə,  Bramsla  gənc  bəstəkarın  dostluğu  başlayır.  Məhz  Brams  onu  musiqi 
əsərləri nəşriyyatçısı Zimrokla tanış edir və o Dvorjaka “Slavyan rəqsləri”nin ilk 
toplusunu sifariş edir. Əsər 1878-ci ildə nəşr edilir və böyük uğur qazanır. 
 
Dvorjakın xaricdə ifa edilən ilk əsəri “Stabat Mater”dir.  
1892-1895-ci  illərdə  A.Dvorjak  Nyu-York  Milli  Konservatoriyasının 
direktoru vəzifəsində çalışıb. 
  
Bəstəkar 1904-cü ildə vəfat etmişdir. 
 
 
 
 
 
 
 
 
 
 


 
ztempo.com 
97 
 
 
“Yeni dünya” simfoniyasından pir parça 
 
 


 
ztempo.com 
98 
 
 
 
 
 


 
ztempo.com 
99 
 
 
Mixail İvanoviç Qlinka 
 
 
 
 
Həqiqətin gizlənmə ehtiyacı yoxdur 
 
 
 


 
ztempo.com 
100 
 
 
1804-cü ildə Smolensk quberniyasında  mülkədar  ailəsində anadan 
olmuşdur.  1817-ci  ildə  onu  Peterburq  Pedaqoji  İnstitutu  nəzdində  olan 
“Nəcib Pansiona” verirlər. 1822-ci ildə təhsilini bitirdikdən sonra o xaricə 
gedir və ilk səfər etdiyi ölkə İtaliya olur. Sonra isə Almaniya, Avstriyaya 
səyahət edir. 1833-1834-cü illərdə Almaniyada yaşayır. 
 
Vətənə  qayıdan  Qlinkanın  rus  milli  operası  üçün  zəngin  və  yeni 
fikirləri, planları olur. 
 
1836-ci  ildə  bəstəkarın  bəstələdiyi  “İvan  Susanin”  operasının 
məşqlərinə  Peterburqda  başlanılır.    Məşqlərdən  birinə  gələn  dövlət 
məmuru təklif edir ki, operanın adı dəyişilsin. Bəstəkar əvvəlcə heç cür 
razılıq vermir. Müzakirələr nəticəsində operanın adı dəyişdirilərək “Çar 
naminə”qoyulur. 
 
1612-ci ildəki tarixi hadisəyə, qəhrəmanlığa həsr olunan opera uğur 
qazanır və Qlinka saray kapellasının kapelmeystri təyin edilir.  
 
1844-cü  ildə  bəstəkar  İspaniyaya  gedir.  Bu  səfərin  nəticəsi  kimi 
“Madriddə gecə” və “Araqon ovu” əsərlərini yazır.  
 
Xaricdən qayıdan bəstəkar “Kamarinskaya” simfonik əsərinin yazır. 
  
Bəstəkar  səfər  zamanı  1857-ci  ildə  Berlində  vəfat  edir  və  nəşi 
sonradan Peterburqa gətirilir. 
 
 


 
ztempo.com 
101 
 
 
 
Torağay 
 
 
 
 
 
 
 


 
ztempo.com 
102 
 
 
 
 
 


 
ztempo.com 
103 
 
 
İohann Ştraus (oğul) 
 
 
 
Valsın kralı 
 
 
 


 
ztempo.com 
104 
 
 
 Avstriya bəstəkarı, dirijoru, skripka ifaçısı.  
 
25.10.1825-ci  ildə  Vyanada  məşhur  bəstəkar  və  dirijor  Ştrausun  ailəsində 
anadan olub. 
 
Musiqi nəzəriyyəsini Drekslerdən öyrənib. İki alətdə, fortepiano və skripkada 
ifaçılıq texnikasına tez yiyələnir. 1844-cü ildə atasının orkestri ilə rəqabət edən fərdi 
orkestrini yaradır və dirijor kimi fəaliyyət göstərir. 
 
Atasının  vəfatından  sonra  hər  iki  orkestri  birləşdirən  İ.  Ştraus    Avropada 
konserlərlə  çıxış  edir.  Bu  konsertlərdə  o  digər  bəstəkarların  əsərləri  ilə  yanaşı  öz 
əsərlərini də ifa edir.  
 
1863-1870-ci illərdə o Vyana saray ballarının dirijoru vəzifəsində də çalışır. 
 
Ştrausun  bəstəkar  kimi  sevimli  janrı  rəqs  musiqisi:  polkalar,  mazurkalar, 
ələxsus da valslar idi. Bəstəkar tərəfindən 500-dən artıq rəqs musiqisi yazılmışdır. 
 
1867-ci ildə  yazdığı “Gözəl, mavi Dunayda” və “Artistin həyatı”,  1868-ci 
ildə  bəstələdiyi  “Vyana  meşəsinin  nağılları”  və  1890-cı  ildə  yazdığı  “İmperator 
valsı” şedevrləri bəstəkara “Valsın kralı” adını qazandırır. 
 
Valslardan sonra bəstəkarın yaradıcılığında II mühüm yeri operetta tutur. O 
16  operettanın  müəllifidir.  Bu  operettalar  arasında    “Roma  karnavalı”  (1873), 
“Yarasa” (1874), “Qaraçı baronu” (1885) ona böyük şöhrət və uğur qazandırır. 
Bəstəkarın musiqisi həyatsevər, parlaq, aydın olduğu üçün bu gün də bütün 
dünyada sevilir.  
 
 
 
 
 
 


 
ztempo.com 
105 
 
“Mavi Dunay” valsı 
 
  
 


 
ztempo.com 
106 
 
 
 
 
 
 


 
ztempo.com 
107 
 
“Qaraçı baronu” operettasından vals 
 
 
 


 
ztempo.com 
108 
 
“Bahar səsləri” 
 
 


 
ztempo.com 
109 
 
 
 
 
 


 
ztempo.com 
110 
 
Qeydlər 


 
ztempo.com 
111 
 
Qeydlər 
 
 


 
ztempo.com 
112 
 
 

Yüklə 146,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə