Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 231,57 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix17.01.2018
ölçüsü231,57 Kb.
#21346
  1   2   3   4   5   6   7   8   9   10


Baytarlıq haqqında 

Azərbaycan Respublikasının Qanunu 

Bu qanun Azərbaycan Respublikasında baytarlıq fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir, 

ölkənin baytarlıq (baytarlıq-sanitariya) sağlamlığını, dövlət baytarlıq nəzarətində olan yüklərin 

təhlükəsizliyini, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən 

subyektlər arasındakı münasibətləri tənzimləyir. 

I fəsil. Ümumi müddəalar 

Maddə 1. Əsas anlayışlar  

1.0. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 

1.0.1. baytarlıq—heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin 

qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, 

habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki 

və təşkilati tədbirlər sistemi; 

1.0.2. baytarlıq fəaliyyəti—qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi, 

baytarlıq nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən fəaliyyət növü; 

1.0.3. baytarlıq təbabəti—heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını, diaqnostikasını, 

müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən fəaliyyət sahəsi; 

1.0.4. baytarlıq (baytarlıq-sanitariya) qaydaları—

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən hazırlanan, 

baytarlıq normativləri əsasında baytarlıq tədbirlərinin aparılması qaydasını müəyyən edən və baytarlıq 

fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tədbirləri 

təsbit edən normativ sənədlər; 

1.0.5. baytarlıq preparatları—yalnız heyvan xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və 

heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı immunobioloji, bioloji, 

bitki, kimyəvi və kimya-əczaçılıq mənşəli maddələr; 

1.0.6. baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması—

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən 

baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının 

nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə 

daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi; 

1.0.7. baytarlıq preparatlarının dövlət reyestri—qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış 

və Azərbaycan Respublikasında istehsalına, ixracına, idxalına və tətbiqinə icazə verilmiş baytarlıq 

preparatlarının siyahısı; 

1.0.8. baytarlıq preparatlarının dövriyyəsi—baytarlıq preparatlarının istehsalı, aprobasiyası, daşınması, 

saxlanması, idxalı, ixracı, satışı və istifadəsi; 

1.0.9. baytarlıq sənədləri—dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən vəzifəli şəxslər tərəfindən 

dövlət baytarlıq nəzarətində olan yüklərə və obyektlərə verilən baytarlıq (baytarlıq-sanitariya) rəyləri, 

baytarlıq arayışları, şəhadətnamə və sertifikatları; 



1.0.10. identikləşdirmə—heyvanların və heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsulların 

emalı, saxlanması və satışı obyektlərinin, həmçinin heyvanlar üçün yem və baytarlıq təyinatlı bioloji 

preparatlar istehsalçılarının uçota alınması (kodlaşdırılması); 

1.0.11. dövlət baytarlıq nəzarətində olan yüklər—heyvanlar, heyvan mənşəli məhsullar və xammal, 

baytarlıq preparatları, yem və yem əlavələri; 

1.0.12. fərdi baytarlıq təbabəti praktikası—bu Qanunun 5.3-cü və 30-cu maddələrinin tələbləri nəzərə 

alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata 

keçirilən baytarlıq fəaliyyəti; 

1.0.13. özəl baytarlıq təbabəti—qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında hüquqi 

şəxslər (baytarlıq klinikaları və s.) tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti. 

Maddə 2. Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi  

Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Azərbaycan Respublikasının 

Konstitusiyasından

, bu Qanundan, ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, 

habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 



Maddə 3. Baytarlığın əsas vəzifələri  

3.0. Baytarlığın əsas vəzifələri aşağıdakılardır: 

3.0.1. Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan 

xəstəliklərindən qorumaq; 

3.0.2. heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə 

məşğul olmaq, heyvanların çoxaldılması və məhsuldarlığın artırılmasına yönəldilmiş tədbirlər görmək; 

3.0.3. əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq; 

3.0.4. dövlət baytarlıq nəzarətində olan yüklərin ölkə daxilində daşınmasına və tranzitinə, habelə onların 

idxalına və ixracına qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) təhlükəsizliyini 

təmin etmək və baytarlıq nəzarətini həyata keçirmək; 

3.0.5. insanların qidalanması, heyvanların yemləndirilməsi və emal üçün nəzərdə tutulan heyvan mənşəli 

məhsulların və xammalın heyvankəsim məntəqələri və sexlərində, emal müəssisələrində tədarük, 

saxlanma, satış və digər yerlərdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını qanunvericiliklə müəyyən 

edilmiş qaydada keçirmək; 

3.0.6. heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq, baytarlıq preparatları və 

vasitələrinin, yem və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və 

keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək; 

3.0.7. baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf 

mühitin çirklənməsinin qarşısını almaq və çirklənməni aradan qaldırmaq; 

3.0.8. baytarlıq elminin inkişafı üçün tədbirlər görmək, genişləndirilməsini, elmi nəticələrin 

təsərrüfatlarda tətbiqini, baytarlıq mütəxəssislərinin hazırlanmasında və ixtisaslarının artırılmasında 

iştirak etmək; 




Yüklə 231,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə