Bazar tarazlığındakı dəyişikliklərin üç mərhələli təhlili



Yüklə 18,16 Kb.
tarix07.12.2017
ölçüsü18,16 Kb.
#14340

Ad

Soyad



Fakültə

Mövzu


Qrup

Kurs


Bazar tarazlığındakı dəyişikliklərin üç mərhələli təhlili

Biz tələb və təklifin qarşılıqlı əlaqədə bazar tarazlığını necə təmin etməsinə, bunun da öz növbəsində qiyməti, istehsal olunan və alınan əmtəələrin miqdarını müəyyənləşdirməsinə baxdıq. Tarazlı qiymət və məhsulun həcmi tələb və təklif əyrilərinin vəziyyətindən asılıdır. Nə vaxt ki, hər hansı bir hadisə əyrilərdən birinin dəyişməsinə səbəb olur, bazar tarazlığı pozulur və yeni səviyyədə o, bərpa olunur. Belə dəyişikliklərin təhlili, köhnə və yeni tarazlıq şərtlərinin müqayisəsi müqayisəli statika adlandırılır.


Bazardakı şəraitə təsir göstərən hadisələrin təhlili üç mərhələni birləşdirir. Birinci mərhələdə baxılan hadisənin tələb və təklif əyrisinin dəyişməsinə və ya hər iki əyrinin birləşməsinə təsirini müəyyən etmək lazımdır. Ikinci mərəhələdə biz əyrilərin hərəkət istiqamətini (sağa və sola) müəyyən edirik. Üçüncü mərhələdə biz tarazlı qiymətə, təklif olunan və alınan əmtəələrin həcminə təsir edən dəyişmənin başa düşülməsini asanlaşdıran tələb və təklif əyrisinin qrafikindən istifadə edirik. Bu mərhələlərin ardıcıllığı cədvəl də verilmişdir. Dondurma bazarındakı vəziyyətə təsir göstərən müxtəlif hadisələrə münasibətdə bu üsulların tətbiqinə baxaq.

Müqayisəli statikanın üç mərhələsi

1

Tələb və təklif əyrisinin (hər iki əyrinin də ola bilər) dəyişməsinin müəyyən edilməsi

2

Əyrilərin dəyişməsi istiqamətinin müəyyən edilməsi

3

Tələb və təklif əyrilərinin qrafiklərindən istifadə edilməsi və bu dəyişmənin bazar tarazlığına təsirinin təhlili

tələbin dəyişməsi. Fərz edək ki, isti yay günüdür. Belə hava şəraiti dondurma bazarına necə təsir edir?
1. Isti hava tələbə belə təsir edir: dondurmaya münasibətdə insanların zövqü dəyişir. Başqa sözlə, hər bir mümkün qiymətdə insanların almaq istədikləri dondurmanın miqdarı artır. Belə hava şəraiti dondurma istehsalçılarına – firmalara birbaşa təsir göstərmədiklərindən, təklif əyrisi dəyişmir.
2. Isti havalar insanların dondurma əldə etmək arzusunun artmasına gətirib çıxarır, tələb əyrisi sağa doğru dəyişir. Dondurmaya olan tələb əyrisi D1-dən D2-yə doğru yerini dəyişir Dəyişmə onu göstərir ki, hər bir mümkün qiymətdə tələb olunan dondurmanın miqdarı artır. 
3. Tələbin artması tarazlıq qiymətinin 2,00 dollardan 2,50 dollara, tarazlıq həcminin 7-dən 10 stəkana qalxmasına səbəb olur (Başqa sözlə, isti hava dondurmanın qiymətinin və satılan əmtəələrin miqdarının artmasına gətirib çıxarır.

Əyrilərin dəyişməsi və əyrilər boyunca hərəkəti. Müşahidə etdik ki, isti havalar dondurmanın qiymətini qaldırdığından, firmaların təklif etdikləri əmtəələrin miqdarı artır, təklif əyrisi isə dəyişmir. Bu halda, iqtisadçılar deyirlər ki, təklifin dəyişməsi deyil, təklifin həcminin artması baş verir.
«Təklif» dedikdə, təklif əyrisinin vəziyyəti, «təklifin həcmi» dedikdə isə məhsulu təklif edən satıcıların miqdarı başa düşülür. Bu misalda təklif dəyişmir, çünki hava şəraiti əmtəənin hər mümkün qiymətində kompaniyanın təklifi dəyişmək istəyinə təsir etmir. Əksinə, isti hava hər bir mümkün qiymətdə istehlakçıların müəyyən miqdar stəkan dondurma əldə etmək istəyində dəyişikliyə və deməli, tələb əyrisinin dəyişməsinə gətirib çıxarır. Tələbin artması tarazlıq qiymətinin artmasına və uyğun olaraq təklifin həcminin yüksəlməsinə, başqa sözlə, təklif əyrisi boyunca hərəkətinə səbəb olur.
Ümumiyyətlə, təklif əyrisinin dəyişməsi təklifin dəyişməsi, tələb əyrisinin dəyişməsi isə tələbin dəyişməsi adlanır. Təsbit olunmuş təklif əyrisi boyunca dəyişmə təklifin həcminin, təsbit olunmuş tələb əyrisi boyunca dəyişmə isə tələbin həcminin dəyişməsi adlanır.

 təklifin dəyişməsi. Fərz edək ki, növbəti ildə yayda zəlzələ bir neçə dondurma fabrikini işin dayandırmasına səbəb oldu. Bu hadisə əmtəə bazarına necə təsir edir?
1. Zəlzələ təklif əyrisinə təsir göstərir. Satıcıların miqdarı azalır, bu da istehsalın həcmində və hər bir mümkün qiymətdə dondurma təklifində dəyişikliyə gətirib çıxarır. Zəlzələ ev təsərrüfatlarının almaq istədikləri dondurmanın həcminə təsir göstərmədiyindən, tələb əyrisi dəyişməz qalır.
2. Təklif əyrisi sola doğru dəyişir. Çünki hər bir mümkün qiymətdə dondurma təklif etmək istəyən və buna qabil olan şirkətlərin ümumi miqdarı azalır.

3. Təklif əyrisinin yerdəyişməsi dondurmanın tarazlıq qiymətinin 2,00 dollardan 2,50 dollara qədər artmasına, tarazlıq həcminin isə 7-dən 4 stəkana qədər azalmasına gətirib çıxarır. Zəlzələ nəticəsində dondurmanın qiyməti artır, onun satış həcmi azalır.

tələb və təklif eyni vaxtda dəyişir. Indi fərz edək ki, havalar çox istidir və eyni zamanda zəlzələ baş verir. Bu hadisələrin əlaqələndirilməsini təhlil edərək, yenə üç mərhələyə baxaq.
1. Biz belə nəticəyə gəlirik ki, tələb və təklif əyriləri yerini dəyişir. Isti hava hər bir mümkün qiymətdə ev təsərrüfatlarının almaq istədikləri dondurmanın həcmi dəyişdiyindən tələb əyrisinin dəyişməsinə gətirib çıxarır. Eyni zamanda, zəlzələ hər bir mümkün qiymətdə firmaların satmaq istədikləri dondurmanın miqdarını dəyişdiyindən, təklif əyrisi dəyişir.
2. Əvvəlki təhlilimizdə olduğu kimi, hər iki əyri də eyni istiqamətdə dəyişir: tələb əyrisi sağa doğru, təklif əyrisi isə sola doğru dəyişir .
3. Tələb və təklifin dəyişməsinin nisbi həcmindən asılı olaraq, hadisələrin inkişafının iki variantı mümkündür , ancaq tarazlıq qiyməti hər iki halda artır. Qrafikdə dondurmaya olan tələb əhəmiyyətli dərəcədə artır, təklif isə nəzərəçarpacaq dərəcədə azalır, dondurmanın tarazlıq həcmi isə artır (a). Əksinə, qrafikdə təklif əhəmiyyətli dərəcədə azalır, dondurmaya olan tələb isə az miqdarda artır, tarazlıq həcmi azalır (b). Beləliklə, baş verən hadisələr dondurmanın qiymətini müəyyən qədər artırır, ancaq onun satışının həcminə təsir birmənalı deyildir.
Yüklə 18,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə