Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

 

Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu

  

(30-06-2009 12:24) 



Bu  Qanun  Azərbaycan  Respublikasında  bədən  tərbiyəsi  və  idman  sahəsində 

fəaliyyətin  təşkilati

-

hüquqi,  sosial



-

iqtisadi  əsaslarını  və  dövlət  siyasətinin  əsas 

prinsiplərini  müəyyən  edir,  bu  sahədə  yaranan  münasibətləri  tənzimləyir,  hər  kəsin 

bədən tərbiyəsi və idmanla məşğul olmaq hüququna təminat verir. 

 

I fəsil

 

Ümumi müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:



 

1.0.1. bədən tərbiyəsi –

 

cəmiyyətin ümumi mədəniyyətinin ayrılmaz hissəsi olmaqla, 



fiziki hərəkətlər vasitəsilə insanın sağlam həyat tərzinin formalaşdırılmasına, fiziki və 

əqli  inkişafına  yönəldilmiş  norma,  bilik  və  dəyərlər  məcmusunu  özündə  əks

 

etdirən 


sosial fəaliyyət sahəsi;

 

1.0.2. idman 



 

müxtəlif fiziki hərəkətlər kompleksi vasitəsilə mütəmadi olaraq şəxsin 



fiziki  hazırlığının  təkmilləşdirilməsinə,  bütün  səviyyəli  yarışlarda  iştiraka  və  yüksək 

nəticələr göstərilməsinə yönəldilmiş bədən tərbiyəsinin tərkib hissəsi;

 

1.0.3.  kütləvi  idman  –



 

təşkil  olunmuş  formada  əhalinin  bədən  tərbiyəsi  ilə 

məşğulluğuna və fiziki inkişafına, eləcə də bədən tərbiyəsi

-

sağlamlıq tədbirlərində və 



kütləvi idman yarışlarında iştirakına yönəldilmiş idman sahəsi;

 

1.0.4. 



fiziki  hazırlıq  –

 

insanın  sosial



-

demoqrafik  xüsusiyyətləri  və  fəaliyyət  növləri 

nəzərə alınmaqla, onda fiziki keyfiyyətlərin, qabiliyyətin inkişafına yönəlmiş proses;

 

1.0.5. fiziki kamillik 



 

bədən tərbiyəsi və idmanla məşğul olan hər bir şəxsdə fiziki və



 

mənəvi keyfiyyətlərin ahəngdar birləşməsi prosesi;

 

1.0.6. idmançı –



 

seçdiyi idman növü və ya növləri ilə mütəmadi olaraq məşğul olan və 

idman yarışlarında iştirak edən fiziki şəxs;

 

1.0.7. yüksək səviyyəli idmançı –



 

müvafiq idman adına (dərəcəsinə) malik və yüksək 

idman nəticələrinə nail olmaq məqsədi ilə idman yarışlarında çıxış edən idmançı;

 



1.0.8.  peşəkar  idman  –

  idman-


tamaşa  tədbirlərinin  (yarışların)  təşkil  olunmasına  və 

keçirilməsinə yönəldilmiş idmanın elə tərkib hissəsidir ki, burada idmanı özünə peşə 

(əmək)  fəaliyyəti  seçən  idmançılar  həmin  tədbirlərdə  (yarışlarda)  iştirak  etmək  və 

onlara  hazırlaşmaq  üçün  qanunvericiliyə  uyğun  olaraq  əmək  haqqı  (pul  mükafatı) 

alırlar;

 

1.0.9.  məşqçi  –



 

idmançılarla  təlim

-

məşq  prosesini  həyata  keçirən,  onların  yüksək 



n

əticələrə nail olmaları üçün yarış fəaliyyətinə rəhbərlik edən müvafiq ali və ya orta 

ixtisas təhsilinə malik olan fiziki şəxs;

 

1.0.10.  idman  hakimi 



 

idman  yarışının  təşkilatçısı  tərəfindən  idman  növünün 



qaydalarına  və  yarışın  əsasnaməsinə  (reqlamentinə)  riayət  olunmasına  nəzarət 

etməyə  səlahiyyətləndirilmiş,  xüsusi  hazırlıq  keçmiş  və  müvafiq  təsnifat  dərəcəsini 

almış fiziki şəxs;

 

1.0.11.  idman  növü  –



 

idmanın  aşağıdakı  fərqləndirici  əlamətləri  olan  bir  hissəsi: 

məşğələlər mühiti, istifadə olunan idman alətləri (mühafizə vasitələri istisna olmaqla) 

və avadanlıq, müəyyən edilmiş qaydada qəbul olunmuş yarış qaydaları;

 

1.0.12. idman fənni –



 

fərqləndirici əlamətləri olan idman növünün tərkib hissələri;

 

1.0.13.  hərbi



-

tətbiqi  və  xidməti

-

tətbiqi  idman  növləri  –



 

əsasını  xüsusi  hərəkətlər  (o 

cümlədən  fəndlər)  təşkil  edən,  hərbi  qulluqçular  və  hüquq  mühafizə  orqanlarının 

əməkdaşlarının (bundan sonra 

xüsusi xidmət keçən şəxslər) öz xidməti vəzifələrini 



yerinə yetirməsi ilə əlaqəli bir və ya bir neçə hərbi və ya hüquq  mühafizə orqanının 

fəaliyyəti çərçivəsində inkişaf etdirilən idman növləri;

 

1.0.14. milli idman növləri –



 

əhalinin etnik qruplarında tarixən formalaşmış və sosial

-

mədəni yönümlü idman növləri;



 

1.0.15.  respublika  idman  federasiyası  –

 

üzvlük  əsasında  yaradılan,  dövlət 



akkreditasiyasından  keçən,  məqsədi  ölkə  miqyasında  bir  və  ya  bir  neçə  idman 

növünün  inkişaf  etdirilməsi,  həmçinin  respublika  və  ya  beynəlxalq  miqyaslı  idman 

yarışlarının  keçirilməsi,  milli  yığma  komandaların  formalaşdırılması,  beynəlxalq 

yarışlara hazırlanması və iştirakı olan idman növü (növləri) üzrə ictimai birlik;

 

1.0.16.  milli  yığma  komandalar  –



 

idmanın  müxtəlif  növləri  üzrə  respublika  idman 

federasiyaları  tərəfindən  beynəlxalq  yarışlara  hazırlaşmaq  və  bu  yarışlarda  dövləti 

təmsil etmək məqsədi ilə müxtəlif yaş qruplarına aid idmançılardan, məşqçilərdən və 

bədən tərbiyəsi

-

idman sahəsində digər mütəxəssislərdən formalaşdırılan və müvafiq 



icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən kollektivlər;

 

1.0.17.  rəsmi  bədən  tərbiyəsi  və  idman  tədbirləri  –



 

bədən  tərbiyəsi

-

sağlamlıq  və 



idman tədbirlərinin  təqvim planlarına daxil edilmiş rayon, şəhər, regional, respublika 

və beynəlxalq miqyaslı tədbirlər və yarışlar;

 

1.0.18.  bədən  tərbiyəsi  və  idman  tədbirlərinin  təşkilatçısı  –



 

tədbirlərin  və  idman 

yar

ışlarının  təşkilatı  məsələlərinin  həllini,  maliyyələşdirilməsini,  hazırlanması  və 




Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə